AZƏrbaycan respublikasi təHSİl naziRLİYİ azərbaycan döVLƏT İQTİsad universiteti


Download 5.13 Mb.
Pdf ko'rish
bet39/55
Sana15.09.2017
Hajmi5.13 Mb.
#15716
1   ...   35   36   37   38   39   40   41   42   ...   55

Pulun  

diktaturası 

 

 



376 

nisb


ətən  asan  olardı.  İnkişafın  müəyyən mərhələsində 

ziddiyy


ətlər daha da dərinləşir, kəskin dönüş məqamları yaranır, 

bu da c


əmiyyətdə, iqtisadiyyatda, siyasətdə və s. istiqamətlərdə 

m

əyyən dağılmalarla müşayiət olunur, nəticədə böhran baş verir. 



Böhran iqtisadi inkişafın gözlənilən, labüd hadisəsidir. 

İqtisadi inkişaf  vaxtaşırı sürətdə, bərabər, eyni vəziyyətdə 

ola bilm

əz. Daimi iqtisadi yüksəliş  bütün  ölkələrin hö-

kum

ətlərinin  can  atdığı  idealdır.  Lakin,  iqtisadi  inkişafın 

da

imi  xarakter  daşımasına  –  tarixdə  hələ  ki, heç bir ölkə 

nail ola bilm

əmişdir. Həqiqətdə isə bazar iqtisadiyyatı mər-

h

ələlərlə  inkişaf  edir  –  yüksəlişdən sonra, həmişə  tənəzzül 

baş verir. 

Riçard Dunkan doğru demişdir, hər bir qalxma nəzəriyyə-

sind

ə  həm də  enmənin  izahı  verilir:  qalxma  nəticəsində  nə 



əkilibsə, böhran nəticəsində bunun bəhrəsi görünəcək.

1

 



İqtisadi tsikl - bir iqtisadi böhrandan digərinədək olan döv-

rdür. O, ardıcıl olaraq bir-birini əvəz edən dörd fazadan ibarətdir: 

böhran, t

ənəzzül (durğunluq), canlanma, tərəqqi (yüksəliş). 

Bu fazalar K.Marks t

ərəfindən geniş şərh edilmişdir. Mü-

asir iqtisadi 

ədəbiyyatda isə ABŞ Milli İqtisadi Tədqiqatlar Bü-

ro

sunun  işlətdiyi  anlayışlardan  istifadə  edilir.  Əslinə  baxanda, 



bunlar K.Marks n

əzəriyyəsindən imtina deyil, mahiyyətcə eyni, 

formaca müxt

əlif  olan  anlayışlardır:  böhran  (enmə,  sıxılma), 

dur

ğunluq-tənəzzül  (inkişafın  dibi),  canlanma  (genişlənmə), 



yüks

əliş (zirvə, pik, bum). 



Böhran – 

başlanğıc mərhələsidir. Təkrar istehsal – onun 

əsas xüsusiyyətidir. Böhran bütövlükdə  təkrar  istehsalın  gedi-

şində kəskin pozuntuların baş verməsi ilə meydana gəlir. Ödə-

m

ə qabiliyyəti olan tələblə müqayisədə çox məhsul istehsal olu-



nur ki, bununda n

əticəsində  istehsal  ixtisar  edilir,  firmaların, 

şirkətlərin bir çoxu iflasa uğrayır, işsizlik artır, əməkhaqqı aza-

                                                 

1

 

Bax: Riçard Dunkan. Dolların böhranı / rus dilindən tərcümə. Bakı: “İqti-



sad Universiteti” n

əşriyyatı. 2009, s. 71. 



Pulun  

diktaturası 

 

 



377 

lır, qiymətli kağızların məzənnəsi aşağı düşür. Başqa sözlə, elə 

bir şərait yaranır ki, ya istehsal tələbatı, ya da tədiyyə qabiliy-

y

ətli tələb istehsalı üstələyir. Böhran, bir tərəfdən iqtisadiyyatı 



da

ğıdır, digər bir tərəfdən isə ölkənin bu ağır vəziyyətdən çıx-

ma

sı üçün şərait yaradır. Deməli, böhran hiss olunmasa, uzun 



müdd

ət iqtisadiyyat çökməyə doğru getsə, bu elmi cəhətdən 

d

ərk edilməsə, onda hər hansı bir ölkə çox ağır, uzunmüd-

d

ətli iqtisadi faciə ilə üzləşər. 

T

ənəzzül mərhələsində istehsalın aşağı düşməsi dayandı-



rılır,  ümumi  tələblə  ümumi təklif  arasındakı  tarazlıq  məcburi 

sur


ətdə  bərpa olunur, gələcək  iqtisadi  artım  üçün  ilkin  şərtlər 

for


malaşır, əsas kapitalın yeni texnika əsasında kütləvi surətdə 

t

əzələnməsi baş verir. 



Canlanma m

ərhələsində istehsalda yavaş-yavaş artım baş-

layır,  iqtisadiyyat  böhran  mərhələsində  olan səviyyədəki gös-

t

əricilərə nail olur, alıcılıq tələbləri böyüyür, qiymətlər yüksəlir, 



işsizlik  azalır.  Canlanma  böyüyərək tərəqqiyə  keçir.  İstehsal 

sür


ətlə  artır.  Məhsul  buraxılışı  həcmi böhrandan əvvəlki sə-

viyy


əni ötüb keçir. 

Qeyd etdikl

ərimiz  böhranın  başlanması  ilə  yeni  böhranın 

ya

ranması arasındakı dövrü xarakterizə edir. Lakin göstərdiyimiz 



m

ərhələlər müntəzəm xarakter daşıyır. O bir neçə ildən bir neçə 

onilliy

ədək uzana bilər. İqtisadi nəzəriyyədə 10 ilədək olan müd-



d

ət “kiçik” (kiçikdalğalı), 40-50 ilədək olan müddət isə “böyük” 

(uzundalğalı)  adlanır.  Mərhələnin müddəti bir çox amillərdən: 

əsas  kapitalın  təzələnməsi  vaxtından,  bazar  konyunkturasının 

dinamikasından,  dövlətin iqtisadiyyata müdaxiləsindən və  in-

sanların hökumətin apardığı iqtisadi siyasətə inamından asılıdır. 



Böhranı tam mənfi hal, faciə də hesab etmək düzgün 

deyildir.

1

 

Çünki  böhran  iqtisadiyyatdakı  zəif həlqələri üzə 

                                                 

1

  Qeyd: 


İnkişaf etmiş ölkələrin heç birində böhranı faciə kimi qarşıla-

mırlar. Firmalar, şirkətlər, korporasiyalar müflisləşsə də, əhali öz əmanətlə-

rini itirs

ə də, buna adi hal kimi baxırlar və inanırlar ki, tezliklə hər şey öz 



Pulun  

diktaturası 

 

 



378 

çıxarmaqla  gələcəkdə  daha rəqabətli  iqtisadiyyatın  başlan-

ma

sına (inkişafına) təkan verir. Böhran bazar iqtisadiyyatlı 

ölk

ələrin təsərrüfatının hərəkətinin təbii və labüd formasıdır, 

bir müv

əqqəti müvazinət vəziyyətindən digər müvazinət 

v

əziyyətinə keçid formasıdır. 

Böhran  –  d

ərin, çox zaman gözlənilməz, mənfi bir dəyi-

şiklikdir, lakin o özündə inkişaf üçün yeni imkanlar da daşıyır. 

Böhranlar iqtisadi sisteml

ərin öyrənilməsinin  əsasını  qoyur. 

Böhran normal halda göz

əgörünməz olan tərəfləri açıqlayır, sis-

temin inkişafını təmin edən qüvvələri hərəkətə gətirir. Böhranın 

əsas funksiyası ən az həyat qabiliyyətli və dayanıqsız element-

l

ərin dağıdılmasıdır. Bunun nəticəsində sistemin sadələşməsi və 



ardıcıllığın  möhkəmlənməsi  əmələ  gəlir. Böhran məhz bu 

c

əhətlərinə görə stimullaşdırıcı, tənzimləyici rol oynayır, elmi-



texniki t

ərəqqinin inkişafına, daha səmərəli sahələrin yaranma-

sına, iqtisadiyyatda yeni meyillərin və perspektivlərin, innova-

siyaların, investisiyaların ortaya çıxmasına səbəb olur. 

Böhranlar müxt

əlif və çoxcəhətli olur. İqtisadi ədəbiyyat-

da böhranların müxtəlif təsnifatları verilir. Biz bunların hamısı 

haq


qında şərh vermək fikrindən uzağıq. Lakin, müasir pul mü-

nasib


ətləri müstəvisində  böhranlara ümumi xarakteristika ver-

m

əyi zəruri hesab edirik.  



Böhranlar iki yer

ə bölünür: ümumi və lokal. Ümumi böh-

ran bütün sosial-iqtisadi sistemi, lokal böhran is

ə onun bir his-

s

əsini əhatə edir. 



Mahiyy

ət etibarilə böhranlar öz həcminə, miqyasına görə 

makro v

ə mikroiqtisadi böhranlara bölünür. Makroiqtisadi böh-



ran böyük h

əcmdə və iri miqyasda fəaliyyət göstərir. Mikroiqti-

sadi böhran is

ə ayrıca bir problem və ya problemlər qrupunu, 

y

əni firmadaxili (müəssisədaxili) problemləri əhatə edir. 



                                                                                                        

axını ilə inkişaf edəcək. Çünki, öz hökumətlərinə, onların apardığı iqtisadi 

siyas

ətə, tarixin dərslərinə inamları böyükdür.  



Pulun  

diktaturası 

 

 



379 

Lokal v


ə  mikroböhranlar zəncirvari reaksiya kimi bütün 

sistem


ə  yayıla  bilər, çünki sistemdə  bütün elementlər  qarşılıqlı 

əlaqədədir və problemlər ayrı-ayrılıqda həll olunmur. 

Böhranın tarixən növləri müxtəlif olmuşdur: məsələn, iqtisa-

di, sosial, maliyy

ə, aqrar, pul-kredit, birja, valyuta, ərzaq, təşkilati, 

texnoloji, ekoloji, psixoloji,  struktur, s

ənaye, xarici borc və s. 

Müasir dövrd

ə  isə  böhranların  əsasən  aşağıdakı  növləri 

da

ha aktualdır: 



1.

 

İqtisadi böhranlar. İstehsal, əmtəə və xidmətlərin yerinə 

yetirilm

əsində çətinliklərlə müşayiət olunur. Başqa sözlə, o tək-

rar istehsal tsiklinin: böhran, durğunluq, canlanma, yüksəliş fa-

zalarından biridir. 

2.

 

Maliyy



ə  böhranı.  Əslində  bu  iqtisadi  böhranın  tərkib 

hiss


əsidir. Lakin nisbi müstəqil olan maliyyə sektorunun fəaliy-

y

əti ilə əlaqədardır. Ona görə də iqtisadi ədəbiyyatda maliyyə 



böh

ranı  haqqında  ayrıca  yazılır.  O  iqtisadi,  siyasi,  hərbi və  s. 

fövq

əladə vəziyyətlərin təsiri altında dövlət maliyyəsinin pozul-



masıdır.

1

   



3.

 

Sosial böhranlar.  Bu müxt

əlif sosial qrupların maraqla-

rında əkslikləri inikas etdirir. Bunlar arasında siyasi böhran xü-

susi yer

ə malikdir. Hakimiyyət böhranı çox vaxt iqtisadi böhra-

na g

ətirib çıxarır: 



4.

 

Aqrar böhranlar.  K

ənd təsərrüfatı, torpaqla, təbii amil-

l

ərlə bağlı olan böhranlardır. 



5.

 

Pul-



kredit böhranları. Bank kreditlərinin kəskin şəkildə 

azal


ması,  faiz  dərəcələrinin  artması,  səhmlərin,  istiqrazların 

m

əzənnəsinin aşağı düşməsi ilə müşahidə olunan böhranlardır. 



                                                 

1

 Qeyd: Müasir qlobal böhran m



əhz maliyyə böhranı kimi şərh edilir. Görünür 

bu,  ABŞ-da ipoteka kreditlərinin verilməsi  zamanı  pul  problemləri ilə  bağlı 

olduğundan  iqtisadi  ədəbiyyatlarda bunu maliyyə  böhranı  adlandırırlar. 

M

əlumdur ki, böhran necə  adlandırılır    ―  adlandırılsın,  bu,    iqtisadi  prob-



leml

ərlə bağlıdır.  



Pulun  

diktaturası 

 

 



380 

6.

 



Valyuta böhranları. Valyuta məzənnəsinin aşağı düşmə-

si, valyuta ehtiyatlarının bölgüsündəki qeyri-bərabərlik nəticə-

sind

ə yaranan böhranlardır. 



7.

 

Birja böhranları. Əslində bu,  pul-kredit böhranı ilə bağ-

lıdır.  Səhmlərin, qiymətli  kağızların  məzənnəsinin  aşağı  düş-

m

əsi, siyasi hadisələr, bank fırıldaqlarının baş verməsi böhranın 



yaranmasına səbəb olur.  

8.

 



T

əşkilati böhran. Təşkilati fəaliyyətin kəskin pozulması 

v

ə  ya  iflicidir.  Bu  cür  böhranlar  firmaların  istehsal  etdikləri 



m

əhsulların əvvəlki çeşidlərindən fərqli dəyişikliyi zamanı ya-

ra

nır.


1

   


9.

 

Texnoloji böhran. 

Yeni texnologiyanın hazırlanması və 

iqtisadiyyata t

ətbiqi zamanı yaranır. İqtisadi ədəbiyyatda buna 

elmi-texniki t

ərəqqinin böhranı da deyilir. 

10.


 

Ekoloji böhran. 

Ekoloji böhranlar insanların həyat fəaliy-

y

ətini, sağlamlığını kəskin zəiflədir. Bu böhran insanların təbiətə 



laqeyd, t

əbii  tarazlıq  qanunlarına  etinasız  münasibətindən ya-

ranır.  Qlobal  ekoloji  böhran  isə, ekoloji sistemdə  bəşər cəmiy-

y

ətinin təbiətlə münasibətlərində tarazlığın pozulmasıdır. Başqa 



sözl

ə, məhsuldar qüvvələrin və  istehsal münasibətlərinin in-

kişafının ətraf mühitin ekoloji imkanlarına uyğun gəlməməsidir. 

11.


 

Psixoloji böhran. 

İnsanların  psixoloji  vəziyyətinin böh-

ra

nıdır ki, əsəbilik, qorxu, həyəcan, inamsızlıq, narazılıq və s. 



onun t

əzahürüdür. Buna iqtisadi ədəbiyyatda sosial-psixoloji 

hitin böhranı da deyilir. 



 

Böhranlar  aşkar  və  gizli xarakterdə  olur.  Aşkar  böhran 

asan

lıqla təyin olunur və yüngül keçir. Gizlilər isə qapalı keçir 



v

ə bu səbəbdən onları dəf etmək də çətinləşir. 

Böhranın xarakterini, amillərini, səbəblərini və əlamətləri-

ni bir-birind

ən ayırmaq lazımdır. 

                                                 

1

  Qeyd:  T



əşkilatçılıq  özü  bir  elmdir,  xüsusi  qabiliyyətdir,  istedaddır. 

T

əşkilatçılıq qabiliyyəti olmadan iqtisadiyyatı idarə etmək qeyri-müm-

kündür. Demokratik c

əmiyyətin yaradılması, qurulması da təşkilatçılıq 

is

tedadının nəticəsidir. 

Pulun  

diktaturası 

 

 



381 

 

Bütün bunlarla yanaşı böhranlar, eyni zamanda, dayaz, də-



rin, qısamüddətli, uzunmüddətli, xüsusi və ümumi xarakterlidir. 

Böhranın amilləri dedikdə onu yaradan hadisələr, proses-

l

ər, meiyllər nəzərdə tutulur. Böhran istər ölkə daxilində istərsə 



d

ə ayrı-ayrı firmalarda baş verirsə, o bir neçə amilin təsirindən 

ya

ranır: xarici, daxili, ümumi, spesifik və inflyasiya. 



Xarici amill

ər dünya iqtisadiyyatına məxsus olan proses-

l

ər və  hadisələrdir. Daha dəqiq desək,  inkişaf  etmiş  ölkələrdə 



ba

ş verən iqtisadi proseslərdəki pozulmalardır. 

Xarici amill

ər əsasən iki yerə ayrılır: beynəlxalq və milli. 

Beyn

əlxalq amillərə  aiddir:  başqa  ölkələrdə  böhranın  olması; 



qlobal iqtisadi v

ə maliyyə böhranları; ölkələr arasındakı iqtisadi 

əlaqələr; beynəlxalq siyasət; beynəlxalq maliyyə institutlarının 

s

əviyyəsi və onların təsir dairəsi;  beynəlxalq məhdudiyyətlərin 



olması,  beynəlxalq etibar və s.; beynəlxalq ticarət və tarif ra-

zılaşmalarının olması; beynəlxalq gömrük rüsumu; beynəlxalq  

r

əqabət və s. 



Əsas milli amillərdən bunları qeyd edə bilərik: ölkədə siya-

si kursun qeyri-sabitliyi; daimi olmayan, tez-tez d

əyişən qanun-

vericilik; fövq

əl inhisarçılıq; qanunlardakı çatışmazlıqlar; ödəmə 

qabiliyy


ətli tələbatın  aşağı  və  yuxarı  hədləri;  qanunların  iş-

l

əməməsi; zəif dövlət büdcəsi; dövlət sifarişinin qənaətbəxş ol-



ma

ması; maliyyə sisteminin qeyri-sabitliyi; müttəfiqlik əlaqələri-

nin pozulması; yüksək inflyasiya; biznes üçün qeyri-uğurlu ver-

gi, kredit v

ə valyuta siyasəti; vergi siyasətindəki çatışmazlıqlar; 

rüşvət, korrupsiya, lobbiçilik, kriminallaşma; bank sistemindəki 

çatışmazlıqlar; investisiya siyasətinin elmi əsaslandırılmaması və 

s. 


Daxili amill

ər milli iqtisadiyyatın özündə yaranır. Belə ki, 

əssisənin (onun məhsulu) tsiklik inkişafı mövcuddur ki, bu 



da böhranın əmələgəlmə imkanlarına təsir edə bilər. 

Dig


ər bir tərəfdən hər müəssisə xarici və daxili mühitin də-

yişməsinə  özünəməxsus tərzdə  reaksiya  verir.  Bu  da  böhranlı 

hal

ların yaranma səbəblərindən və qeyri-adekvat reaksiyanın tə-



Pulun  

diktaturası 

 

 



382 

sirind


ən ola bilər. Buradan belə bir nəticəyə gəlmək olar ki, iqti-

sadi sisteml

ərin daimi inkişafını təmin edən daxili və xarici anti-

böh


ran  mexanizmi  olmalıdır.  Bunları  nəzərə  almadan iqtisadi 

sis


temin davamlı inkişafını təmin etmək mümkün deyildir. 

Xarici v


ə daxili mühitdəki dəyişikliklər çoxsaylı müəssi-

s

ələrin inkişafına təsir edə bilər və ya yalnız bir müəssisəyə aid 



ola bil

ər. Bu səbəbdən antiböhran idarəetməsinin ümumi və 

spesifik mexanizmini d

ə nəzərə almaq lazımdır. 

Böhranın  səbəbləri dedikdə,  onun  yaranmasınaqədərki 

proses v


ə  hadisələr nəzərdə  tutulur.  Əgər  inflyasiya  böhranın 

amilidirs

ə, onda pul kütləsinin özünü doğrultmayan çoxalması 

böh


ranın səbəbi ola bilər. 

Böhranlar müxt

əlif səbəblərdən baş verə bilər: obyektiv, 

subyektiv v

ə təbii. 

Obyektiv s

əbəb – iqtisadi sistemin yeniləşməsi ilə bağlıdır. 

Subyektiv s

əbəb – idarəetmədəki səhvlərin nəticəsidir. 

T

əbii səbəb  –  ekstremal təbiət  –  iqlim  şərtlərini 



xarakteriz

ə edir. 


Böhran daxili, xarici, t

əsadüfi və  qanuni səbəblərdən 

tör

əyə bilər. 



Daxili s

əbəb – müəssisədaxili problemlərlə əlaqədardır. 

Xarici s

əbəb – makroiqtisadi inkişafın meyli ilə bağlıdır. 

T

əsadüfi səbəb – təsadüfi hadisə və proseslərin nəticəsidir. 



Qanuni s

əbəb  –  proqnozlaşmış,  davamlı  və  təkrarlanan 

prosesl

ərin nəticəsidir. 



Böhranın səbəblərindən asılı olaraq müxtəlif nəticələr verə 

bil


ər: sistem yeniləşə  bilər,  sistem  dağıla  bilər, böhran güclənə 

bil


ər, böhran zəifləyə  bilər, yeni böhran yarana bilər, sistemdə 

keyfiyy


ət dəyişikliyi baş verə bilər, sistemdə kəmiyyət dəyişikli-

yi baş verə bilər, böhran  uzunmüddətli ola bilər, böhran qısa-

müdd

ətli ola bilər, böhran dözülməz və dözülən ola bilər. 



Böhranların  əlamətləri müxtəlif formalarda özünü büruzə 

verir. Y


əni təhlil  zamanı  böhranın  amilləri, yaranma səbəbləri, 

xarakteri v

ə nəticələri xüsusi əhəmiyyət kəsb edir. Bütün yuxarı-


Pulun  

diktaturası 

 

 



383 

da qeyd etdikl

ərimizdən əlavə onun bizə məlum olmayan başqa 

s

əbəbləri də  mövcud ola bilər. Yəni gözləmədiyimiz hadisə  və 



prosesl

ərin nəticəsi də ola bilər. 

Böhranın əlamətləri onu bir sistem kimi xarakterizə etmə-

y

ə  imkan  verir.  Böhranı  qiymətləndirərkən  əsasən  aşağıdakı 



əlamətlərdən istifadə edilir: miqyasına, inkişaf sahəsinə, əmələ-

g

əlmə  fazasına,  amillərinə, səbəblərinə, kəskinliyinə  və  müm-



kün n

əticələrinə görə. 

Böhranın əlamətləri – məsələn: qiymətlərin kəskin qalx-

ma

sı böhranlı halın yaranmasına siqnal ola bilər. Əlamət heç də 



h

əmişə böhranın əsl səbəblərini müəyyən edə bilməz, lakin on-

lar adekvat ölçül

ərin qəbulunu vacib edir.

1

 

M



əlumdur ki, hər bir əmtəənin öz istifadə dövrü mövcud-

dur. H


ər əmtəə məhdud  istehsal və istehlak imkanlarına malik 

olduğuna  görə,  əmtəənin rəqabət vəziyyəti vaxt çərçivəsində 

m

əhduddur. Rəqabət üstünlüyünün itirilmə təhlükəsi haqqında 



siq

nallar  vaxtında  qəbul edilir və  bu təhlükəyə  qarşı  adekvat 

t

ədbirlər həyata keçirilir. Hər bir firma müəyyən istehsal dövrü-



n

ə  malikdir. Təcrübə  göstərir  ki,  böhranlı  halların  yaranması 

istehsal dövrünün dig

ərinə keçidi ilə əlaqədar baş verir.  

Firmanın  yaranma  mərhələsində  yüksək risklər (qeyri-

əyyənlik) mövcuddur ki, onlar da müəssisənin hələ  forma-



laşmış strategiyası və ehtiyatları ilə sıx bağlıdır. 

Firma inkişafetmə mərhələsində tədricən genişlənir, effekt-

liyi yüks

əlir, bütün struktur və sistemlər yenidən qurulur, tərəqqi 

üçün  lazım  olan  ehtiyatlar  cəmlənir. Lakin bu mərhələdə  hələ 

s

əhvetmə ehtimalı kifayət qədər böyükdür. Bu kimi uğursuzluğun, 



böhranın  qarşısını  almaq  üçün  taktika  və  strategiyanı  düzgün 

                                                 

1

  Bax


:  Антикризисное  управление.  Теория  и  практика:  учеб.  пособие 

для студентов вузов, обучающихся по специальностям экономики и уп-

равления / (В.Я. Захаров и др.) ; под ред. В.Я.Захарова. – 2-е изд., пере-

раб. и доп. – М.: ЮНИТИ – ДАНА, 2009,  с. 10-14; Кован С.Е. Теория 

антикризисного  управления  предприятиями.  Учебное  пособие.  М.: 

Финакадемия, 2008, с. 10-20.  



Pulun  

diktaturası 

 

 



384 

əyyənləşdirmək  lazımdır.  Bəzən isə  mühit özü bunu diktə 



edir. 

Professor Ş.H.Hacıyev və Ə.İ.Bayramov öz tədqiqatların-

da iqtisadi 

ədəbiyyatda böhranın yaranma səbəbləri haqqındakı 

müxt

əlif fikirləri ümumiləşdirərək yazırlar: 



1.

 

Böhran “t



əbii” prosesdir. 

2.

 



Əsas problem maliyyə  sferasında  yeni  arxitekturanın  qu-

rul


ması ilə bağlıdır. 

3.

 



Problem

ə  sistemli  yanaşılmanı  nəinki  iqtisadiyyatın  sahə 

v

ə sferaları, eləcə də bütövlükdə ictimai həyatın əksər “dəyişən-



l

əri” nəzərə almalıdır. 

4.

 

Böhranın ümumdünya səviyyəsi almasının əsas “günahkarı” 



qloballaşma prosesidir. 

5.

 



Subyekt aspektinin (m

əs.: ABŞ) həlledici rola malikliyi və s.

1

 

Sonra mü



əlliflər, qlobal maliyyə böhranının baş vermə sə-

b

əbləri haqqında özlərinin konkret mülahizələrini söyləyirlər: 



1.

 

Geniş təkrar istehsal prosesinin həm qlobal, həm də ayrı-ay-



rı “həlledici səsə malik” ölkə və regionlarda sistemliliyi, tamlığı 

v

ə bütövlüyünün pozulması (Maliyyənin əlahiddələşməsi nəticə-



sind

ə). 


2.

 

Tör



əmə maliyyə bazarlarının sürətli yüksəlişi; real olmayan 

pulun qlobal dövriyy

əsinin ifrat dərəcədə artımı. 

3.

 



İqtisadi sistemin neoliberal model çərçivəsində  fəaliyyəti. 

Bu amilin h

əm mahiyyətə, həm də böhranın sürətlə yayılmasına 

bir


başa aidiyyəti vardır.

2

 



Böhranlar  haqqında  iqtisadi  ədəbiyyatlarda mövcud olan 

an

layışları ümumiləşdirərək belə nəticəyə gəlmək olar: 



-

 


Download 5.13 Mb.

Do'stlaringiz bilan baham:
1   ...   35   36   37   38   39   40   41   42   ...   55




Ma'lumotlar bazasi mualliflik huquqi bilan himoyalangan ©fayllar.org 2024
ma'muriyatiga murojaat qiling