AZƏrbaycan respublikasi təHSİl naziRLİYİ azərbaycan döVLƏT İQTİsad universiteti


Download 5.13 Mb.
Pdf ko'rish
bet38/55
Sana15.09.2017
Hajmi5.13 Mb.
#15716
1   ...   34   35   36   37   38   39   40   41   ...   55

Pulun  

diktaturası 

 

 



366 

d

ə qalan vəsaitin istifadə istiqamətini şərh edə bilməmişlər.  Bu 



m

ənfi təcrübələr dünya ölkələri üçün nümunə olmalıdır. 

Norveçd

ə isə Dövlət Neft Fondu yaradıldı və əldə edilən 



g

əlirlər tədricən  planlı  surətdə  xərclənməyə  başlandı.  Norveç 

Neft Fondunun g

əlirlilik səviyyəsi təxminən 4 faizə  yaxındır. 

Lakin Dövl

ət Neft Fondundan Dövlət büdcəsinə pul köçürmələ-

ri mü

əyyən limitlərlə həyata keçirilməyə başladı. Bu Neft Fon-



dunun illik g

əlirinin 4 faizindən çox ola bilməzdi. Neft gəlir-

l

ərinin şəffaflığını qorumaq üçün Norveçdə vətəndaş cəmiyyəti 



qurulmuşudur.  Şəffaflıq  olmadan  neft  gəlirlərini ölkənin 

inkişafına xərcləmək mümkün deyil. Norveçdə hər bir vətəndaş 

bir neç

ə təşkilatın üzvüdür. Orada vətəndaş cəmiyyəti çox güc-



lüdür. Bu s

əbəbdən neft gəlirlərinin dağıdılması və dəqiq təyi-

natı olmadan istifadəsi praktiki cəhətdən qeyri-mümkündür. 

Şəffaflıq  məsələsi müəyyən mənada ölkədəki siyasi sis-

teml

ə də bağlıdır. Demokratiya olan ölkələrdə şəffaflıq yardımçı 



xarakter  daşıyır.  Demokratiya  olmayan  ölkələrdə  isə  şəffaflıq 

əslində  siyasətə  çevrilir. Norveç və  Böyük  Britaniyanı  çıxmaq 

şərtilə digər ölkələrin şəffaflıq problemi mövcuddur

1



Dünya t

əcrübəsi göstərir ki, dövlət büdcəsinin neft gəlirlə-

rind

ən asılılığını tədriclə aradan qaldırmaq lazımdır. Çünki neftin 



qiym

ətinin yüksəlməsi ilə yanaşı, onun aşağı düşməsi də labüd-

dür. 

Korrupsiyay



a uğrayan ölkələrdə təbii ehtiyatlar hesabına 

ya

radılan fondlar çox hallarda o istiqamətlərə vəsait ayırmağa 



                                                 

1

  Qeyd: 2009-



cu  ilin  fevral  ayında  Qətərin  paytaxtı  Doha  şəhərində 

M

ədən  Hasilatında  Şəffaflıq  Təşəbbüsü  (MHŞT)  üzrə  4-cü beynəlxalq 



konfrans  keçirilmişdir.  Burada  dünyada  ilk  dəfə  Azərbaycana “üzv ölkə” 

statusu verilib. 

2007-

ci ilin sentyabrında EİTİ İdarə Heyətinin Afinada keçirilən iclasında 



q

ərara alınıb ki, ölkələr üzrə MHŞT prosesinin gedişi qiymətləndirilsin və 

hansı ölkələrdə proses uğurla həyata keçirilirsə, həmin ölkələrə “MHŞT üzv 

ölk


ə”  statusu verilsin. Xüsusi qeyd etmək  lazımdır  ki,  Azərbaycan bu 

proses


ə ilk qoşulan ölkə olmuşdur.  

Pulun  

diktaturası 

 

 



367 

ça

lışır ki, orada ictimai nəzarəti təmin etmək praktiki cəhətdən 



mümkün olmur. Bütün t

əşkilat, hətta vətəndaş cəmiyyəti insti-

tut

ları  da  şəffaflığı  təmin etmək  imkanından  xaricdir.  Onların 



sad

əcə olaraq konkret nəzarət mexanizmi yoxdur.  

Əgər deyilənləri Azərbaycan iqtisadiyyatının müasir inki-

şafında təhlil etsək, müəyyən nəticələr çıxara bilərik. 

Əvvəla, Azərbaycanda neft gəlirləri dövlət büdcəsinin hər 

il artmasına gətirib çıxarır. Məsələn, 2008-ci ildə Neft Fondun-

dan dövl

ət büdcəsinə  ayırmalar  3,800,  2009-cu ildə  4,915 

(92,8%)  milyard manat  t

əşkil edirdisə, 2010-cu ildə bu rəqəm 

–  5,915 milyard manata, 2011-ci ild

ə  isə  9,0 milyard manata 

(93,7%), 2012-ci ild

ə 9,905 milyard manata  (93,7%)  çatmış-

dır. Ona görə də dünya ölkələrindəki mənfi halların baş vermə-

m

əsi üçün ciddi tədbirlər planı hazırlanmalıdır. 



İkincisi, ölkə iqtisadiyyatı həddən artıq inhisarlaşıb. Bu ha-

dis


əni dəfələrlə  dövlət  başçısı  da  etiraf  etmişdir.  Böyük  biznes 

sah


ələrinə bir neçə qruplar nəzarət edir. Ona görə də iqtisadi isla-

hatlar b


əziləri üçün sərfəli  deyil.  İnhisarçılar  bəzən islahatlara 

müqavim


ət göstərirlər. Bütün bunlar dövlət nəzarətindən kənarda 

deyil. Lakin bu m

əsələlərə vaxtı çatanda deyil,  dövlət səviyyə-

sind


ə daimi olaraq reaksiya verilməlidir. 

Üçüncüsü, Az

ərbaycan iqtisadiyyatına kapital qoyan xarici 

şirkətlərin sabitlikdə çox böyük maraqları var. Məlumdur ki, sa-

bitliyin qorunmasında neft gəlirləri böyük  rol oynayır. Hökumət 

bu gün bundan s

əmərəli istifadə edir. 30-40 ildən sonra vəziyyət 

d

əyişə  bilər. Ona görə  də  respublikamızın  ciddi  problemlərlə 



qar

şı-qarşıya durmaması üçün gələcək strategiyanı düzgün mü-

əyyən etmək lazımdır. 

Dördüncüsü, Az

ərbaycanda neft xam şəkildə satılır. Yaxın 

g

ələcəkdə  Azərbaycan neftini öz ərazisində  emal etməsi üçün 



tün hazırlıq işlərini tezləşdirməlidir və zavodlar tikilməlidir. 

Milli  Bankın  məlumatına  əsasən, ixracatda neft və  neft 

m

əhsullarının payı 94,5% təşkil edir. Problem ondadır ki, Azər-



baycanda ixracatda v

ə ÜDM-də neftin payı getdikcə artmaqda-



Pulun  

diktaturası 

 

 



368 

dır.  Bununla  da,  yaranacaq  boşluğu  doldurmaq  üçün  qeyri-neft 

sek

torunun  potensialı  çox  zəifdir. Ona görə  də  elə  bir  əlverişli 



hit olmalıdır ki, xarici investisiyalar qeyri-neft sektoruna qo-

yul

sun.  Amma  xarici  investisiyaların  bu  baxımdan  vəziyyətləri 



h

ələlik qənaətbəxş deyil. 

B

əzi siyasətçilər, hətta iqtisadçılar qeyd etdiyimiz məsələ-



l

ərə adi yanaşır, üstündən sükutla keçirlər, sanki belə olmalıdır. 

Özl

ərinə bəraət qazandırmaq üçün keçid iqtisadiyyatlı ölkələrin 



ha

mısında  özünəməxsus  çatışmazlıqların  olduğunu  dövriyyəyə 

bu

raxırlar. 



Dünya bazarında neftin qiyməti son illərdə demək olar ki, 

yüks


ələn xətlə gedir. Belə olan halda neft ölkələrində ÜDM-də 

neftin xüsusi ç

əkisi  artacaqdır.  Deməli, tədricən neftdən kənar 

sah


ələrdən  əldə  olunan ÜDM çəkisi kəskin surətdə  aşağı 

düşəcəkdir.  Əgər hər  hansı  bir  zamanda  neftdə  ucuzlaşma  baş 

verirs

ə, deməli, dollar möhkəmlənir. 2007-ci ildə ÜDM-nin ar-



tım  sürətinə  görə  Azərbaycan dünyada birinci  yeri tuturdu. 

2013-cü ild

ə ÜDM təxminən 6 faiz artmışdır. 

Əlbəttə, elmi baxımdan iqtisadi artımla iqtisadi inkişaf 

arasında  fərqlər  var.  İqtisadi  artımla  iqtisadi  inkişafı  bə-

rab

ərləşdirmək  olmaz.  İqtisadi  inkişaf  geniş  təkrar istehsal 

bazasında  cəmiyyətin məhsuldar qüvvələrinin və  istehsal 

münasib

ətlərinin təkamülüdür. İqtisadi artım isə qısa və or-

tamüdd

ətli dövrlərdə  milli  iqtisadiyyatın  inkişafının  müsbət 

dinamik

asıdır.  Ümumiyyətlə,  artım  –  tsiklik hadisədir.  İq-

tisadi artıma keyfiyyətcə yanaşdıqda inkişaf adlandırıla bilər. 

Bu nöqteyi-n

əzərdən iqtisadi artım iqtisadi inkişaf prosesinin 

t

ərkib hissəsidir. Zəngin təbii ehtiyatlara malik olan ölkədə 

ümum daxili m

əhsul  ixrac  hesabına  yüksək səviyyəyə  qalxa 

bil

ər. Lakin bu ölkənin bütün əhalisinin ümumi iqtisadi 

inkişafını xarakterizə edə bilməz. Çünki,  bu əhali arasında elə 

bölün

ə bilər ki, bir qrup, ümumiyyətlə, pay götürə bilməsin və 

yaxud az götürsün. Bi

r  sıra  ölkələrin  iqtisadiyyatını  təhlil 

ets

ək görərik ki, iqtisadi artımdan ancaq bir qrup faydalanır. 


Pulun  

diktaturası 

 

 



369 

Bu da insanlardan gizli deyil v

ə  hamı  bunu  görür.  Bunun 

üçün  iqtisadçı  olmağa  ehtiyac yoxdur. Onu da qeyd etmək 

lazımdır ki, dünya iqtisadçılarının heç də hamısı iqtisadi artım 

göst

əricisini qəbul etmirlər. 

Neft Fondunda n

ə qədər pul toplanmasından asılı olma-

yaraq, iqtisadiyyatın inkişafı həddən artıq aşağı düşərsə onda 

iş  yerlərinin çoxu az bir müddətdə  itirilə  bilər. Bu sadəcə 

olaraq  fikirdir, proqnozdur v

ə dövlət səviyyəsində alternativ 

yollarla bu t

əhlükənin qarşısını almaq mümkündür. 

Ardıcıl olaraq Britaniyanın nüfuzlu analitik mərkəzlərin-

d

ən olan Xarici Əlaqələr üzrə Kral İnstitutu («Chatam House») 



Az

ərbaycanı  gözləyən iqtisadi tənəzzüllə  əlaqədar proqnozlar 

verib. Lakin BVF-d

ən fərqli olaraq onlar ümumilikdə məsləhət 

görürl

ər ki, neft istehsal edən bütün ölkələr neft ixracının müəy-



y

ən dövrdə tükənəcəyini nəzərə alaraq o vaxta qədər qeyri-neft 

sah

ələrini də inkişaf etdirməlidir. 



İnstitutun  hesablamalarına  görə  Azərbaycanda ÜDM-in 

h

əcmi artmayacaq, əksinə azalacaq. Bu isə artıq iqtisadi böhran 



dem

əkdir. 


Az

ərbaycanda gedən proseslər isə  bunun  əksini göstərir. 

Apa

rılan iqtisadi siyasət, alternativ yollar, hələ ki, inkişafı təmin 



edir v

ə narahatlıq üçün heç bir əsas görünmür. 

Malayziya, İndoneziya və Norveç öz iqtisadiyyatlarını kar-

bo

hidrogensiz  artıq  inkişaf  etdirə  biliblər. Yəni bu ölkələr  artıq 



tam neftd

ən asılı deyil, digər sahələr də kifayət qədər inkişaf edib-

dir. Yerd

ə qalan ölkələr – Əlcəzair, Nigeriya, Anqola, Qazaxıstan, 

Şərqi Timor, Səudiyyə Ərəbistanı, Küveyt və İran bu istiqamətdə 

ciddi  sınaq  və  məhdudiyyətlərlə  üzləşəcəklər. Buna səbəb kimi, 

idar

əetmənin, özəl sektorun zəif  inkişafı,  iqtisadi  və  siyasi 



islahatların  aparılması  göstərilir.  Lakin  hansısa  iri  yataq  aşkar 

edils


ə, bu həmin dövrü sadəcə uzadacaqdır. 

Ölk


ə iqtisadiyyatı elə qurula bilər ki, ən az gəlirə malik 

olan


lar  bu  artımdan,  ümumiyyətlə, pay götürməsin. Ona görə 

d

ə artımın əhalinin həyat səviyyəsinə təsirini müəyyən edilməsi 



Pulun  

diktaturası 

 

 



370 

g

əlirin müxtəlif təbəqələr  arasında  necə  bölüşdürülməsindən 



asılıdır. Dünya neft ölkələrinin əksəriyyətində sosial baxımdan 

bölgü 


ədalətli deyil. 

İqtisadi hesablamalar göstərir ki, Azərbaycan neft hasilatı 

üzr

ə öz zirvəsinə çatıb. Əgər yeni yataqlar kəşf edilməsə hasilat 



azal

mağa doğru gedəcək. Onda avtomatik olaraq ÜDM-in həc-

mi v

ə  büdcə  xərclərinin  artım  sürəti tədricən  aşağı  düşməyə 



başlayacaq. Bunun üçün qabaqlayıcı tədbirlər görmək lazımdır. 

Qeyd olunduğu kimi ölkə iqtisadiyyatında qeyri-neft sek-

to

runu inkişaf etdirmək lazımdır. İqtisadi sahələrdən başqa res-



pub

likamızda  qeyri-iqtisadi sahələri də  inkişaf  etdirmək olar: 

m

əsələn, turizm, innovasiyalı təhsil və s. Təhsil sferasını xüsu-



sil

ə qeyd etmək lazımdır. Dünyada insana qoyulan kapital ən 



çox g

əlir gətirəndir.  Unutmaq  lazım  deyil  ki,  Azərbaycanda 

neft 


əsasən Abşeron yarımadasında çıxır. İstər-istəməz neft çı-

xan regionun inkişaf səviyyəsilə digər regionların inkişaf səviy-

y

ələri arasında bir uyğunsuzluq yaranıbdır. Artan kənd əhalisi 



şəhərlərə  axıb.  Bu  isə  həm regionlarda kənd təsərrüfatının  in-

kişafının qarşısını alır, həm də gizli işsizlik yaradır. 

İqtisadi  yüksəliş  təkcə  təbii  ehtiyatların  zənginliyindən 

asılı deyildir. İqtisadi artım kəmiyyət göstəricisidir. İqtisadi inki-

şafı  müəyyən edən əsas meyar həm də  keyfiyyətdir. Keyfiyyət 

göst


əricisi sosial-iqtisadi  inkişafın  dərin köklü istiqamətlərini  

özünd


ə səciyyələndirir. Bu eyni zamanda əhalinin yaşayış səviy-

y

əsini özündə əks etdirir. Artımın yaratdığı əlavə dəyər də var və 



yal

nız bu dəyərin ədalətli bölüşdürülməsi insanların sosial rifahı-

na t

əsir göstərir. 



 B

əzi siyasətçilər və iqtisadçılar belə hesab edirlər ki, Azər-

baycanda ümumi daxili m

əhsulun artım sürətində  mütləq azalma 

baş  verəcəkdir. Bu zaman makroiqtisadi göstəricilər sözsüz ki, 

d

əyişəcək. Lakin, eyni zamanda onlar qeyd edirlər ki, azalma 



olacaq, ancaq bu neftl

ə bağlı olmayacaqdır.  

Bu  proqnozların  əksinə  olaraq Xəzər Neft-Qaz Konfran-

sında BP-nin Azərbaycandakı prezidenti Bill Şreder bildirdi ki, 



Pulun  

diktaturası 

 

 



371 

əgər hökumət yeni texnologiyalarla neft hasilatını artırmağa razı-

lıq versə, 2019-cu ilə qədər 50 milyon ton hasilat sürətini saxla-

yacaqdır.  Ümumiyyətlə, 2029-cu ilə qədər neft  hasilatı 40  mil-

yon tondan aşağı düşməyəcəkdir. İndi kim sübut edə bilər ki, bu 

neft  artımının  qarşısında  iqtisadiyyat  necə  çökə  bilər?  İkincisi, 

neft

ə qazı da əlavə etsək onda nə baş verəcək? 



Göründüyü  kimi,  bütün  iqtisadiyyatın  inkişafı  təkcə 

t

əbii  ehtiyatların  zənginliyindən  asılı  deyildir.  Əsas  məsələ 

bu t

əbii ehtiyatlardan necə istifadə edilməsindən, idarəetmə 

sisteminin nec

ə  qurulmasından,  bütövlükdə  ölkənin  hansı 

iqtisadi sistemd

ə inkişafından asılı olmayaraq siyasi və iqti-

sadi siyas

ətindən asılıdır.  

Pulun  

diktaturası 

 

 



372 

IX FƏSİL 

 

MÜASİR DÜNYA İQTİSADİ BÖHRANI: MAHİYYƏTİ, 

SƏBƏBLƏRİ, XÜSUSİYYƏTLƏRİ, NƏTİCƏLƏRİ, 

ARADAN  QALDIRILMASI YOLLARI 

 

9.1. İqtisadi böhranın məzmunu, xarakteri və növləri 

 

Yuxarıdakı  fəsillərdə  pulla  bağlı  qarşımıza  qoyduğumuz 

probleml

ərin təhlilini verdikdən sonra müasir dövrümüzün  ən 

aktual bir m

əsələsinə  çevrilmiş  iqtisadi  böhrandan  bəhs etmə-

m

ək mümkün deyil. Çünki böhran birbaşa və dolayısı ilə de-



mok

ratiya, iqtisadi azadlıq, pul, onun diktaturası, korrupsi-

ya, siyas

ət, iqtisadi maraqların bütün başqa maraqları üstə-

l

əməsi və digər artıq bəhs etdiyimiz məsələlərlə bağlıdır. 

Sual yaranır ki, iqtisadi nəzəriyyələrin, sivilizasiyanın in-

ki

şaf etdiyi müasir mərhələdə, kifayət qədər intellektual baxış-



la

rın mövcud olduğu bir şəraitdə böyük dağıdıcı nəticələri olan 

iqtis

adi  böhranları  qabaqcadan  görmək və  aradan  qaldırmaq 



müm

kün deyil? Doğrudanmı iqtisad elmi və tarixi, müasir nə-

z

əriyyələr  böhran  qarşısında  acizdir?  Elmi  əsaslarla  işlənmiş  



iqtisadi siyas

ətlər nə üçün böhranların qarşısını ala bilmir? Bu 

s

əpkidən olan bir çox suallara cavab tapmaq üçün iqtisadi böh-



ran

ları təhlil etmək zəruridir. 

Əlbəttə, böhran, onun səbəbləri haqqında çoxlu tarixi və 

müasir n


əzəriyyələr mövcuddur. Onların mükəmməlliyinə şüb-

h

ə  ilə  yanaşmaq  səhv  olardı.  Böhranları  mümkünsüz  edən bu 



n

əzəriyyələrin zəifliyi və ya iqtisadi siyasətdəki nöqsanlar de-

yil,  iqtisadi  inkişafın  özünün  obyektiv  tələbidir.  İqtisadiyyat 

var

sa, inkişaf baş verirsə böhranlar labüddür. Bu, obyektiv 

hadis

ədir. Lakin məsələnin heç də az əhəmiyyət kəsb etmə-

y

ən digər tərəfi vardır, böhranları az itki ilə, böyük fəsadlar 

verm

ədən necə  dəf etmək olar? Cəmiyyətin mənəviyyatı, 

əxlaqı  olduğu  kimi,  iqtisadiyyatın  da  mənəviyyatı  vardır. 

Bu gün h

əmin mənəviyyatı  daha  da  sağlamlaşdırmaq  və 


Pulun  

diktaturası 

 

 



373 

h

ərəkətə gətirmək tələb olunur. Bu müasir ekonomiksdə meta-

iqtisadiyyat adlanan iqtisadi 

əxlaq, iqtisadi inam, iqtisadi vicdan, 

iqtisadi borc, iqtisadi m

əsuliyyət, iqtisadi mədəniyyət, iqtisadi 

etimad, bir sözl

ə, iqtisadi tərbiyə sanki, böhran doğuran səbəblə-

rin arad


an qaldırılması üçün açar rolunu oynayır. İstənilən böh-

ran amilini t

əhlil etdikdə onun mənəviyyat amilinə gəlib çıx-

dığının  şahidi  oluruq.  Məsələn,  əgər  böhranın  səbəbi borc 

problemidirs

ə (ipoteka böhranı) deməli, burada tərəflərin bi-

ri 

əxlaq normalarını pozur, sözünə və vədinə xilaf çıxır, ya-

lan danışır və s.  

Rusiyada f

əaliyyət göstərən “İnkişaf mərkəzi” adlı iqtisadi 

t

ədqiqatlar  fondunun  baş  iqtisadçısı  Valeri  Mironovun  bu  ba-



r

ədəki baxışları maraq doğurur. O göstərir ki, 2009-cu ildə orto-

doksal kils

ə nümayəndələrinin baxışlarında belə bir fikir diqqəti 

c

əlb  etdi:  böhranın  əsasında  iqtisadiyyat  və  maliyyə  dayanmır. 



Onun 

əsasında bütün dünyada əxlaq, düşüncə dayanır. Bu, ma-

liyy

ə, iqtisadi böhran yox, daha çox psixoloji, əxlaq böhranıdır. 



Roma papası XVI Benedikt Qərbi eqoizmi tərk etməyə ça-

ğırdı. O qeyd edir ki, mənəviyyat, yəni psixoloji böhran iqtisadi 

böh

randan daha çox dünyanı heyrətləndirdi.  



H

ələ XIX əsrdə C.Mill də böhranın səbəblərini insanın mə-

n

əvi xüsusiyyətlərində  axtarmağı  lazım  bilirdi.  Məsələn, o ya-



zırdı ki, panika (əsasız təşviş), yalan krediti məhv edir və nəticə 

etibaril


ə iqtisadiyyata ziyan vurur

1

 .     



Lakin t

əəssüflər olsun ki, dünyanın əksər ölkələrində 

m

ənəviyyatsız bir iqtisadiyyat mövcuddur və sanki belə də 

ol

malıdır devizi ilə inkişaf edir. Əvvəllərdə olduğu kimi ye-

n

ə də iqtisadi maraqlar bütün digər maraqları, əxlaq nor-

ma

larını,  hətta ailə  münasibətlərini kölgədə  qoyur,  lazım 

g

əldikdə  ölçüyəgəlməz sərt  simasını  göstərir. Halbuki iqti-

sa

diyyatın  arxasında  güclü  mənəviyyat  dayanmalıdır.  Mə-

n

əviyyatsız iqtisadi inkişafın gələcəyi yoxdur. Eyni zaman-

                                                 

1

 Bax: “


Аргументы и факты” qəzeti. 2012, № 8, s.17 

Pulun  

diktaturası 

 

 



374 

da  bazar  iqtisadiyyatının  tarixi inkişaf  mərhələləri onu da 

göst

ərir ki, bu iqtisadi sistem mənəviyyat elementlərini kö-

künd

ən inkar etmir. 

Bazar iqtisad

iyyatına qədəm qoyan ölkələrdə milli burju-

a

ziya formalaşmalıdır. Azərbaycanda belə bir inkişaf XX əsrin 



əvvəllərində artıq öz ənənəsini qoymuşdur. Əgər Azərbaycan-

da  Hacı  Zeynalabdin  Tağıyev,  Musa  Nağıyev,  Murtuza 

Muxtarov v

ə  başqaları  kimi  öz  sərvətlərindən çox ölkənin 

m

ənəviyyatını düşünən insanlar olmasa mənəviyyat itəcək-

dir. 

Onlar  öz  kapitallarını  bu  sahəyə  yönəltməlidirlər. Söhbət 

t

əkcə Azərbaycandan getmir. Dünyanın inkişaf etmiş və inkişaf 



etm

əkdə  olan ölkələrinin  hamısında  bu  ənənəyə  sadiq qalmaq 

la

zımdır. Əks-təqdirdə müəyyən bir dövrdə böhran iqtisadiyyatı 



ani bir zaman k

əsiyində məhv edəcəkdir. 



Böhran ölk

ə  iqtisadiyyatını  zəiflətməklə  bərabər mə-

n

əviyyatı pozur. Mənəviyyatı qorumaq üçün də iqtisadiyya-

tı  böhrandan  qorumaq  lazımdır.  Bəs bütün bunlara necə 

na

il olmalı?  

Bunun üçün ilk növb

ədə böhranın nə olduğunu, onun ma-

hiyy


ətinin incəliklərini dərk etmək  lazımdır.  Yunan  sözü  olan 

“krizis” (böhran) – “h

əll” anlayışındandır. “Krizis” sözü Çin di-

lind


ə  “təhlükə”, “əlverişli  imkan”  deməkdir. Deməli, böhran 

h

əm təhlükə,  həm də bir imkan, şansdır. Tarix göstərir ki, güc-



lü dövl

ətlər bu şansdan, imkandan istifadə edib daha da güclə-

nir. Z

əiflər isə güclü dövlətlərdən asılı vəziyyətə düşür.  



Böhran eyni zamanda “q

ərar”, “dönüş” nöqtəsi mənasın-

da da işlədilir.  

Ç.Kindlberqer v

ə  R.Aliber maliyyə  böhranını  şərh edər-

k

ən daha geniş anlayışlardan istifadə edildiyini göstərir: möhtə-



kir eyforiyasının sonu və klassiklərin iflas və çaxnaşma adlan-

dırdıqları mərhələnin başlanğıcı arasındakı dövrün təsviri üçün 

dig

ər epitetlər də  -  həyəcan, qorxu, gərginlik,  sıxıntı,  təzyiq, 



inam

sızlıq, təhlükə, zəiflik geniş tətbiq edilmişdir. Daha parlaq 



Pulun  

diktaturası 

 

 



375 

ifad


ələr belə söz birləşmələrinə daxil idi: “bazarın təhlükəli en-

m

əsi”, “tufan ərəfəsində atmosfer”



1

.  


Elmi nöqteyi-n

əzərdən  hamıya  məlumdur  ki,  inkişaf  zid-

diyy

ətlərdən yaranır. Ziddiyyətlər inkişafın hərəkətverici qüvvəsi 



kimi bütün m

ərhələlərdə  onu  müşahidə  edir. Ümumiyyətlə, 

iqtisadiyyatda  inkişaf  iqtisadi  sistemlərin  inkişafı  kimi  təzahür 

edir. Ona gör

ə də ziddiyyətlər hər bir iqtisadi sistemin daxilində 

v

ə iqtisadi sistemlər arasında baş verir. İqtisadi sistem daxilində-



ki ziddiyy

ətlər iki cür qiymətləndirilə bilər: 

1.

 

Sistem



ə daxilən xas olan mahiyyətdən doğan ziddiyyətlər. 

2.

 



Keçmişin qalıqları, mühafizəkarlıq, həyat fəaliyyətindəki 

ç

ətinliklər və anomaliyalar ilə bağlı olan ziddiyyətlər. 



Birinci qrupa daxil olan ziddiyy

ətlər daim yeni əsas üzə-

rind

ə yeni şəkildə bərpa olunur. Buna görə də onlar sadəcə inki-



şaf  mənbəyi deyil, həm  də  inkişafı  sürətləndirmə  mənbəyidir. 

H

əmin ziddiyyətlərin  mövcud  şəraitə  uyğun  hərəkət  forması 



tam vaxtında təmin olunduqda onlar inkişafı sürətləndirən mən-

b

ə rolunu daha yaxşı ifa edirlər.  



İkinci ziddiyyət qrupunda vəziyyət bir qədər başqadır. Öz-

lüyünd


ə  ləngidici təsir göstərən bu ziddiyyətlər  şiddətləndikcə 

onların ləngidici təsiri daha da artaraq maksimum qüvvə kəsb edir, 

əks tərəflərin  uyğunsuzluğu  xüsusilə  kəskin  şəkil  alır  və  mü-

naqişəli vəziyyət yaranır. Belə şəraitdə inkişaf əslində onları ara-

dan qaldırmaq üçün göstərilən fəaliyyətdir.  Bu ziddiyyətlərin lən-

gidici t


əsiri onlara ciddi diqqət yetirilməsini tələb edir. Xüsusilə 

ona gör


ə  ki, bu ziddiyyətlərin  yığılıb  qalması  real  şəraitdə  baş 

vermişdir  və  onları  aradan  qaldırmaq üçün qəti fəaliyyət gös-

t

ərilməlidir. Onu da qeyd etmək lazımdır  ki, bu cür ziddiyyətlərin 



d

ərin kökləri idarəçiliyin mürəkkəb sistemindədir.  Əks-təqdirdə 

ziddiyy

ətlər belə  davamlı  olmazdı  və  onları  aradan  qaldırmaq 



                                                 

1

 Bax: Ç.Kindlberqer, R.Aliber. Dünya maliyy



ə böhranları: İflas, təşviş və 

maniyalar / ingilis dilind

ən tərcümə. Bakı: “İqtisad Universiteti” nəşriyyatı. 

2010,  s. 119. 



Download 5.13 Mb.

Do'stlaringiz bilan baham:
1   ...   34   35   36   37   38   39   40   41   ...   55




Ma'lumotlar bazasi mualliflik huquqi bilan himoyalangan ©fayllar.org 2024
ma'muriyatiga murojaat qiling