AZƏrbaycan respublikasi təHSİl naziRLİYİ azərbaycan döVLƏT İQTİsad universiteti


Download 5.13 Mb.
Pdf ko'rish
bet43/55
Sana15.09.2017
Hajmi5.13 Mb.
#15716
1   ...   39   40   41   42   43   44   45   46   ...   55

Pulun  

diktaturası 

 

 



412 

ilin yayınaqədərki məlumatdır) avronu ötüb keçən dövlət borcu 

Avropa Birliyi ölk

ələrinin  böyük  narahatlığına  səbəb 

olmuşdur. Avrozonada 17 ölkə var. Prinsip etibarilə avrozonaya 

daxil olan h

ər hansı bir ölkə borca düşən kimi digərlərinin onun 

borcuna köm

ək etmək siyasəti  mövcuddur.  Narahatlıq  elə 

ondan ibar

ətdir ki, böhrandan çıxmaq üçün birlik ölkələri Yu-

nanıstana yardım göstərməklə onu xilas etməyə çalışırlar. Eyni 

zamanda o q

ədər çox yardım tələb olunur ki, bu digər ölkələr 

üçün  (yardım  edən ölkələrdən söhbət gedir) problem doğura 

bil


ər.

1

  M



əsələ  bundadır  ki,  Yunanıstana  gələn pullar BVF və 

Avropa Birliyi yolu il

ə daxil olur. Hal-hazırda bu pullar heç bir 

real problemi h

əll etmək imkanına malik deyil. Problem onda-

dır ki, bu ölkələrin borcları o qədər böyükdür ki, onlar, hətta fa-

izl

əri ödəyə bilmir. 



2010-

cu ilin may ayında Almaniya kansleri Angela Mer-

kel ölk

ə parlamentində çıxışı zamanı böhran nəticəsində avro-



nun mövcudluğunun təhlükə altında olduğunu bəyan etdi. An-

ge

la  Merkel  hazırda  tarixi  vəzifənin  Vahid  Avropa  ideyasını 



qo

ruyub saxlamaq olduğunu bildirib. Kanslerin sözlərinə görə, 

əgər avro tənəzzülə uğrasa, bütün Avropa tənəzzülə uğrayacaq. 

Çün


ki avro Avropanın çiçəklənməsinin və inkişafının əsasıdır. 

Bu b


əyanatdan sonra avronun dollara nisbətdə məzənnə-

si

nin aşağı enməsi müşahidə olunub. Ancaq bu müvəqqəti bir 



hal olmuşdur. 

Almaniya kansleri Angela Merkelin ölk

ə parlamentindəki 

çıxışından  sonra  məşhur  ABŞ  maliyyəçisi  Corc  Soros  geniş 

m

əqalə yazaraq sanki onun fikirlərinə cavab vermişdir. Məqalə-



d

ə qoyulan məsələlər, reallıqlar, gerçəkliklər və proqnozlar o za-

ma

nın tələblərinə uyğun olaraq xüsusi maraq doğurur. C. Soros 



2008-

ci ilin sentyabrın 15-dən sonrakı bir neçə həftə ərzində qlo-

bal maliyy

ə bazarının sürətlə dağıldığını və onun süni nəfəs ver-

                                                 

1

  Qeyd: H



ətta vəziyyət o dərəcədə gərgin olmuşdur ki, 2010-cu ilin sonunda ABŞ 

ekspertl


əri Yunanıstanın, İrlandiya, İspaniya və Portuqaliyanın bank sektorunda tam 

miqyaslı böhran baş verməməsi üçün avrozonanı tərk etməyi məsləhət görmüşlər



Pulun  

diktaturası 

 

 



413 

m

əyə  ehtiyac  duyulduğunu  vurğulamışdır.  O  zaman  dövlətlər 



t

ərəfindən maliyyələşdirilən suveren kreditlər verildi. Onun söz-

l

ərinə  görə, hökumət rəhbərləri  əslində  uzun müddət  ərzində 



onun 

əksini həyata keçirməli idilər. Belə bir şəraitdə bazara daha 

çox  kredit  buraxılmalı  və  bununla  da  defisiti  aradan  qaldırmaq 

m

əqsədəuyğun olardı. Yalnız böhran sakitləşəndən sonra vəsaiti 



geri ç

əkib makroiqtisadi sabitlik yaratmaq mümkün idi. Soros bu 

prosesi avtomobil idar

əetməsinə  bənzədir. Belə  ki,  maşın sürü-

şəndə sən gərək onu əvvəlcə sürüşmə istiqamətində döndərəsən 

v

ə yalnız nəzarəti bərpa edəndən sonra istiqaməti tənzimləməyə 



ça

lışasan.  Maliyyə  böhranı  halında  birinci  mərhələ  uğurla  icra 

olun

du, boşluq dolduruldu. Amma səbəblər aradan qaldırılmadı 



v

ə maliyyə bazarları suveren borcların kredit əhəmiyyətini sual 

al

tına alanda bu problemlər yenidən ortalığa çıxdı. Bu o zaman 



idi ki, avro iqtisadiyyatdakı çətinliklərin nəticəsi olaraq hadisələ-

rin m


ərkəzinə çevrildi. Beləliklə, Sorosa görə, indi avronun mə-

z

ənnəsi ilə bağlı yaranan çətinliklər əslində 2008-ci ildəki maliy-



y

ə böhranından qaynaqlanır və islahatların ikinci mərhələsini hə-

yata  keçirm

ək problemlər yaradır. 

Soros öz m

əqaləsində keçən əsrin 30-cu illərini xatırlada-

raq yazır ki, həmin vaxt bank sistemi  və iqtisadiyyat fiskal və 

monetar stimul olmadan ir

əli gedə bilmirdi və suveren kreditlər 

bar


ədə şübhələr var idi. O dövrdə Avropa ölkələri birinci mər-

h

ələni uğurla keçdilər, amma sonra vəziyyəti tənzimləməyə çə-



tinlik ç

əkdilər, çünki bütün problemlər vahid valyuta ilə bağlan-

dı. Avro başlamaq üçün təməl valyuta deyildi, 1992-ci ildə Ma-

astrix  Sazişi  əsası  olmayan  monetar  birlik  oldu.  Avro  ümumi 

bir bankla bağlı olsa da, onun arxasında ümumi bir xəzinə da-

yanmırdı.  Avropa  Birliyinə  üzv ölkələr vahid valyuta məsə-

l

əsini asanlıqla bölüşürlər, amma suveren borclanmaya gələndə 



onların hərəsi öz başına çarəni özü qılmalı olur. 

Üzv ölk


ələr yalnız 2010-cu ildə suveren kreditlərin avro-

zo

nada yığılıb qalmasından narahat olmağa başladı. Yunanısta-



nın yeni hökuməti aşkar etdi ki, əvvəlki hökumət büdcə kəsiri-

Pulun  

diktaturası 

 

 



414 

nin h


əcmini  olduğundan qat-qat aşağı göstərib. Almaniya in-

flya


siyanın iki epizodu ilə üzləşmişdi və inflyasiya ilə bağlı is-

t

ənilən təzyiqə qıcıqla yanaşırdı. Fransa və digər ölkələr həmrə-



yliy

ə  daha çox meyilli idilər.  Yunanıstan  böhranı  yayılmağa 

başladı. Üzv ölkələr məcbur qalıb Avropa Maliyyə Sabitləşdir-

m

əsi Fonduna 750 milyard yerləşdirdilər. Bu pulun 500 milyar-



dı ölkələrin özünün, 250 milyardı isə Beynəlxalq Valyuta Fon-

du

nun  idi.  Amma  bu  da  bazarın  tarazlığına  zəmanət vermədi, 



nisb

ətən zəif ölkələr öz borclarının bir hissəsinin təminatını al-

dılar. Narahatlıq yaradan məqam ondan ibarətdir ki, Almaniya 

z

əif ölkələr üçün daha sərt fiskal tənzimlənmə təklifi ilə kifa-



y

ətlənmir, o cümlədən özünün maliyyə defisitinin aradan qaldı-

rılmasını tələb kimi qoyur. 

Corc Soros yazır ki, indi Almaniya Maastrix Sazişinə da-

ha çox 

əməl edilməsini istəyir. Bu isə başadüşülən deyil, çünki 



Av

ropa Birliyinin qurulduğu alətlərlə ziddiyyət təşkil edir: “Gə-

lin avronun çatışmayan cəhətlərini və Almaniyanın mövqeyini 

analiz ed

ək. Avronun ən  böyük  çatışmazlığı  onun  idarə  olun-

masında ümumi fiskal siyasətin olmamasıdır. Bu, indiyə qədər 

bilin

ən səbəbdir. İkinci bir səbəb isə Avropa Birliyinin maliyyə 



bazarının sabitliyi ilə bağlı əsassız inamıdır.”

1

  



2012-

ci ilin iyun ayında isə Corc Soros yenidən Avropa-

ya avro x

əbərdarlığı etdi. Onun fikrinə görə, Avropanın avronu 

xilas etm

əsi üçün cəmi üç ay vaxtı qalır. Üç aydan sonra bazar-

lar gözl

əməkdən bezəcək, daha çox şey tələb etməyə başlaya-

caq. Hökum

ət isə bu tələbləri yerinə yetirə bilməyəcək. Avropa 

Birliyinin iyunun sonuna keçiril

əcək sammiti bütün tərəfləri tə-

min ed

ən minimal tədbirlərin qəbul edilməsi ilə işini başa çat-



dırmış  olacaq.  Lakin,  bütün  bunlar  mövcud  mənfi meyillərin 

qar


şısını müvəqqəti alacaq. Corc Soros təklif edir: 

                                                 

1

 Qeyd: M


əqalənin Azərbaycan dilində tərcüməsi: “Yeni Müsavat”. 13 iyul 2010-cu 

il tarixind

ə çap olunub.  

 

 



Pulun  

diktaturası 

 

 



415 

1.  Avronu xilas etm

ək üçün banklardan əmanətlərin kütləvi 

axınının qarşısını almaq üçün bank depozitləri sığortalanmalıdır.  

2. 

Avropa bankları Avropa Maliyyə Sabitliyi Fondundan bir-



ba

şa  maliyyələşdirilməlidir. 

O,  Almaniyanın  köməyi olmadan bütün bunlara nail ol-

ma

ğın mümkünsüzlüyünü də söyləyir. 



“Qızıl hiyləgər” ləqəbiylə tanınan “Hunt Brothers” kom-

pa

niyasının keçmiş məsləhətçisi Cim Sinkler Corc Sorosun fik-



ri

nin yanlış olduğunu, dünya maliyyə böhranının daha tez iyu-

nun 17-d

ə Yunanıstanda yeni parlament seçkilərinin keçiriləcə-

yi gün başlayacaq proqnozunu vermişdir. 

Avropa İttifaqı böhrana qarşı Avropa ölkələrinin səylərini 

birl

əşdirmək  üçün  Avropa  İttifaqının  Antiböhran  Fondunu  ya-



radıb. Hazırda bu fondun həcmi bir trilyon avroya qədərdir. Bu 

böyük r


əqəm sayılmır, çünki böhranın vurduğu ziyandan 2 tril-

yon q


ədər  azdır.  Analitiklərin fikrinə  görə,  Avropa  İttifaqının 

Antiböhran fondu maliyy

ə böhranının nəticələrini aradan qaldır-

maq


dan daha çox yeni böhran dalğasının qarşısını almağa yönəl-

dilib. 


Dünya maliyy

ə böhranı, onun sosial-iqtisadi nəticələri bir 

çox maliyy

ə-iqtisadi məsələlərə dövlətin iqtisadiyyata qarışma-

sı, himayəçilik, dövlət banklarının funksiyaları (maliyyə siyasə-

ti, maliyy

ə riski və s.) yeni baxış tələb edir. Bunların bəzilərinə 

diqq


ət yetirək. 

Qlobal maliyy

ə böhranının dərsləri (yekunları) sübut etdi 

ki,  inkişaf  etmiş  ölkələrdə  maliyyə-pul siyasətini antiböhran 

t

ədbirləri ilə əlaqələndirmək zəruridir. Bu da öz növbəsində ye-



ni növ siyas

ətin pul-sənaye siyasətinin formalaşdırılmasını ifa-

d

ə edir. Bu siyasət isə özlüyündə monetar yanaşmanın məhdud-



luğunu, onun sənaye prioritetləri (inkişafı) ilə əlaqələndirilmə-

sini z


əruri  etmişdir.  Yəni  artıq  məlum  olur  ki,  iqtisadiyyatın 

maliyy


ə sektorunun nisbi müstəqilliyi müəyyən hədlər daxilin-

d

ə  olmalıdır.  Bu  hədlər isə  real  sektorun  inkişaf  dərəcəsi ilə 



şərtlənir. 

Pulun  

diktaturası 

 

 



416 

Hadis


ələrin inkişafı həm elmdən, həm də dövlət xadimə-

l

ərindən bir mühüm suala cavab axtarmağı tələb edir: açıq iqti-



sadiyyat (Bizim fikrimizc

ə, burada əsas real sektordur, maliyyə 

sektoru ikinci d

ərəcəlidir) və kapitalın hərəkətinin liberallaşdı-

rılması şəraitində, iqtisadiyyatın monetarlaşdırılmasını və onun 

maliyy


ə resursları ilə təmin olunmasını necə həyata keçirməli? 

Ha

zırda bir çox ölkələr üçün həm beynəlxalq, həm də ölkədaxi-



li iqtisadiyyat s

əviyyəsində  maliyyə  axınlarının  ciddi  tənzim-

l

ənməsi zərurəti yaranmışdır. Bu zaman milli prioritetlərə riayət 



olunması zərurəti meydana gəlir, maliyyə təşkilatlarından daxili 

maraqları  ciddi  qorumaq,  ona  xidmət etmək gözlənilir. Eko-

nomiksd

ə  mövcud olan “maliyyə  milliliyi” və  “maliyyə  ney-



trallığı”  hadisələrində  üstünlük ikincidən birinciliyə  keçmək-

d

ədir (yəni maliyyə milliləşdirilməsinə). Məsələn, maliyyə ney-



trallığının tərəfdarı olan İsveçrə bankları böhran dövründə xa-

rici  layih

ələrə  nisbətən ölkə  daxili layihələrin maliyyələşdiril-

m

əsini daha çox stimullaşdırmaq üçün bir çox tədbirlərə əl at-



mışlar.

1

       



Müxt

əlif ölkələrdə maliyyə axınlarının seqmentləşdirilmə-

sinin (y

əni hissələrə  ayrılması)  oxşar  prosesləri üzə  çıxmışdır. 

Bel

ə  ki, bu dövrdə  (yəni  böhran  şəraitində)  banklararası  bazar 



tam f

əaliyyət göstərə bilməmişdir və ona görə də maliyyə resurs-

la

rı  iqtisadiyyatın  real  sektorunun  müəssisələrinə  gəlib çatma-



                                                 

1

 



Qeyd: İsverçə Konfederasiyadır. İsveçrə 26 “Kanton”dan ibarətdir. (“Kanton” Kon-

federasiya dem

əkdir). Hər bir Kanton sanki ayrıca bir dövlətdir. Heç bir Kantonun 

işinə, qərarına  digəri  qarışmır.  İsveçrənin sahəsi 41.290 km

–dir. 


Əhalisi 7,5 mln 

n

əfərdir. İngiltərənin kraliçası II Yelzabeta demişdir: “İsveçrə - bu cənnətdir”, “Əgər 



yer üzünd

ə  cənnət  varsa,  bu  İsveçrədir”.  (Bax:  Лучшые  туры  по  Европе  2010. 

Штутгарт, c. 24; “Kompass comfort - EVROPA” (rus dilində). Düsseldorf. 2010, s. 

6.) Bu sad

əcə  gəlişi  gözəl söz deyil. Gözlə  görmədən bu ölkə  haqqında  fikir  söy-

l

əmək qeyri-mümkündür.  Əhalinin  hər nəfərinə  düşən gəlirə  görə  İsveçrə  dünyada 



birinci yeri tutur. İsveçrə ərazisinə daxil olanda sanki havadan pul iyi gəlir. Bunu İs-

veçr


ə iqtisadiyyatına gözəl bələd olanlar belə deyir.İkinci yerdə isə Lüksemburqdur 

(Lüksemburq c

ırtdan dövlət olmasına baxmayaraq o qədər gözəl və qeyri-adi ölkədir 

ki,  onu  “Avropanın  mirvarisi”  adlandırırlar.  Böyük  Krallıq  olan  Lüksemburqun 

sah

əsi 2600 km



2

əhalisi 0,5 mln nəfərdir).  



Pulun  

diktaturası 

 

 



417 

mışdır. Hətta çatdıqda belə bu resursları əldə edənlər onları isteh-

sal m

əqsədləri üçün istifadə etmək imkanlarına malik olmamış-



lar. Bel

ə bir şəraitdə maliyyə axınlarının zəruri hərəkətini təmin 

ed

ə bilən effektiv mexanizm yaratmaq tələb olunur. 



Maliyy

ə çətinliyi şəraitində proteksionizmin

1

 (himay


əçili-

yin) artması ehtimalı vardı. Beynəlxalq “oyun qaydaları”na bu 

cür  yanaşmanın  yolverilməz  olduğu  məlumdur. Hətta böyük 

“20-l


ərin” 24-25 sentyabr 2009-cu il Peterburq şəhərindəki gö-

şünün yekunlarına dair bəyannamələrində himayəçiliyə qarşı 



mübariz

ənin labüdlüyü (vacibliyi) göstərilmişdir. ABŞ Çinlə ti-

car

ətin məhdudlaşdırılması üzrə tədbirləri həyata keçirərsə, ye-



ni ticar

ət münaqişələrinə səbəb ola biləcəyi qeyd olunmuşdur. 

Bütün bunlara baxmayaraq himay

əçiliyin birbaşa və dolayı for-

ma

ları  həmişə  diqqət mərkəzində  olmuşdur.  Bəyannamədə, 



h

əmçinin maliyyə himayəçiliyinin yolverilməzliyi xüsusi olaraq 

göst

ərilmişdir. 



Bu  cür  baxışlar  indi  də  davam etməkdədir, ölkələrarası 

ko

ordinasiya yaradılması birgə antiböhran tədbirlərinin son ef-



fek

tini  artırmaq  üçün  vacib  sayılmışdır  (yəni məsələ  hələ  həll 

olun

mamışdır). 



Böhran prosesind

ə postböhran dövrü üçün maliyyə siste-

mi

nin  inkişaf  istiqamətlərini dəqiqliklə  müəyyən etmək müm-



kün olmasa da, 

əsas  inkişaf  xəttini göstərmək olar. Məsələn, 

Rusiyada “2009-cu il üçün v

ə 2010-2011-ci illərdə vahid dövlət 

pul-kredit siyas

ətinin  əsas istiqamətləri” qəbul  edilmişdir.  Bu 

s

ənəddə pul təklifinin əsasən daxili mənbələr hesabına forma-



laşdırılması  göstərilmişdir.  Bu  tədbirin  hansı  nəticələr verə-

                                                 

1

  Qeyd: Proteksionizm – 



xarici  malın  birbaşa və vasitəli məhdudlaşdırılmasının 

müxt


əlif formalarından istifadə etməklə milli iqtisadiyyatın sahələrini xarici rəqabətlər-

d

ən mühafizə məqsədilə, xarici ticarət siyasətinin



 

yeridilm


əsidir 

(ölk


əyə 

malların idxal 

edilm

əsinə  yüksək  rüsumlar  qoyulması,  müəyyən  malların  idxalının  məhdudlaşdırıl-



ması və ya tam qadağan edilməsi, həmçinin bir sıra başqa tədbirlər yolu ilə). 

Başqa sözlə, hər hansı bir dövlətin gömrük vasitələrindən, valyuta, yaxud kredit 

siyas

ətindən geniş istifadə edərək öz dövlətlərinin milli əmtəə istehsalçılarının hüquqla-



rını xarici rəqabətdən qorumasıdır.

 


Pulun  

diktaturası 

 

 



418 

c

əyini  ancaq  onun  tam  reallaşdırılmasından  sonra  göstərmək 



mümkündür. 

Antiböhran t

ədbirlərinin tətbiqi, postböhran iqtisadiyyatı-

nın  mənzərəsi, yeni risklərin ciddiliyi (təhlükəliliyi)  haqqında 

artıq  müəyyən təsəvvürlər  vardır.  Həmçinin  dolların  potensial 

riski v


ə onun qlobal stabilliyin pozulmasına təsiri kifayət qədər 

m

əlumdur. Ona görə  də  müxtəlif ölkələrin  iqtisadçı  alimləri 



böh

ran mövzusuna geniş  müraciət edirlər, çoxsaylı məqalə və 

monoqrafiyalar d

ərc etdirirlər. 

Hazırda Amerikanın Federal Ehtiyat Sisteminin və Rusiya-

nın  maliyyə  sisteminin yeni risklərindən  çox  yazılır.  Xüsusən 

ABŞ-da Federal Ehtiyat sistemin və xəzinədarlığın (Maliyyə Na-

zirliyinin) aparıcı rolundan geniş bəhs edilir. Federal Ehtiyat Sis-

temi il

ə  xəzinədarlıq  arasında  səlahiyyət bölgüsünün, xəzinə-



darlığın xeyrinə dəyişdirilməsi təklifləri xüsusən diqqəti cəlb edir 

v

ə maraq doğurur. Bu təkliflər əslində dövlətin maliyyə sektoru 



üz

ərində  nəzarət mexanizminin təkmilləşdirilməsini  əhatə  edir. 

M

əsələn, xəzinədarlığın  başçılıq  etdiyi  maliyyə  xidməti üzrə 



Müşahidə  Şurasının,  Federal  Ehtiyat  Sisteminin  yeni  sə-

lahiyy


ətlərinin, Milli Bankın nəzarət orqanlarının yaradılması və 

s. kimi t

ədbirlər onu göstərir ki, dövlət özünün maliyyə tənzim-

l

ənməsi missiyasını  (funksiyasını)  sadə,  ardıcıl,  mülayim  for-



mada, d

əqiqliklə, nəticələri qiymətləndirməklə həyata keçirmək 

fikrind

ədir. 


BMT dünya maliyy

ə böhranı ilə əlaqədar olaraq bir sıra ra-

dikal islahatların həyata keçirilməsini irəli sürmüşdür. Onlar iq-

tisadi böhranın əsas səbəbini dünya iqtisadiyyatını əlaqələndirən 

valyuta v

ə  kapitalla  bağlı  olan  qaydalar  sisteminin  effektli  ol-

mamasında görürlər. Təklif etmişlər ki: 

1.

 



Dolların qlobal ehtiyat valyutası statusunu nəzərdə tutan 

mövcud maliyy

ə sisteminə tam şəkildə yenidən baxılmalıdır. 

2.

 



T

ənzimlənən beynəlxalq mübadilə  məzənnələrinin yeni 

sis

temini yaratmalı. Bu sistemə əsasən, dünya iqtisadiyyatında-



kı cari vəziyyətdən asılı olaraq, Mərkəzi banklar milli valyuta-

Pulun  

diktaturası 

 

 



419 

la

rının  məzənnəsini  azaldıb-artıracaqlar.  Digər bir tərəfdən 



ölk

ələr real mübadilə  məzənnələrini tənzimləmək  iqtidarında 

olacaq. 

3.

 



Dünyanın aparıcı valyutası sayılan ABŞ dolları yeni qlobal 

ehtiyat valyutası ilə əvəz olunmalıdır. Bu, bir sıra problemi aradan 

qaldırmağa və sabitliyin bərqərar olmasına şərait yaradacaq. 

Dem


əli, maliyyə böhranının aradan qaldırılmasına yönəl-

dil


ən tədbirlər sistemi özünün indiki məzmunu ilə  yeni köklü 

keyfiyy


ət dəyişiklikləri vəd etmir.

1

        



B

əzi iqtisadçıların fikrincə, böhran tez bir zamanda başla-

dığı ölkədən sürətlə dünyaya yayılaraq daha geniş iqtisadi əra-

zini 


əhatə  etməyə  başlayıb.  Bu,  böhrana  qarşı  mübarizəni çə-

tinl


əşdirməklə  yanaşı,  onun  qlobal  mənada iqtisadiyyata, eyni 

zamanda ayrı-ayrı ölkələrə spesifik təsirinin qiymətləndirilmə-

sini v

ə  gələcək üçün mümkün siyasi nəticələr  çıxarılmasını 



xeyli mür

əkkəbləşdirir.  Bu  baxımdan  Azərbaycanı  xüsusi  bir 

model kimi götürm

ək maraqlı olardı. Çünki artıq on ildən çox-

dur ki, Az

ərbaycanın Ümumi Daxili Məhsulunun (ÜDM) artı-

mında diqqətəlayiq inkişaf var. Yalnız böhran dövründə ÜDM-

in artımı səngiyib. Buna baxmayaraq ÜDM-in  artımında  mənfi 

temp müşahidə olunmayıb. Əksər dünya ölkələrində böhrandan 

sonra ÜDM-

in artımı azalma ilə əvəz olunub. Azərbaycan neft 

ölk


əsi  olduğundan  neftin  qiymətinin nəzərəçarpacaq dərəcədə 

aşağı düşməsi dövründə maliyyə böhranının Azərbaycana təsiri-

nin    qiym

ətləndirilməsi    çox  əhəmiyyətlidir. Sadalanan mənfi 

                                                 

1

 Qeyd: 2009-cu ild



ə ABŞ-ın Federal Ehtiyatlar Sisteminin keçmiş rəhbəri, dünyanın 

ən məşhur  və  nüfuzlu  iqtisadçılarından  olan  Alan  Qrinspen  beynəlxalq maiyyə 

böhranının təkrarlanacağı proqnozunu vermişdir. O qeyd etmişdir ki, növbəti böhran 

indikind


ən fərqlənəcək: “Amma o, mütləq təkrarlanacaq”. İqtisadçının fikrincə, uzun 

ç

əkən iqtisadi yüksəliş  həmişə  böhranla  əvəzlənir. Bu böhranlar təbiətinə  görə 



f

ərqlənsələr də  ümumi mənbəyə  malik olurlar. Qrinspenin sözlərinə  görə, belə  bir 

m

ənbə kimi insanların iqtisadi çiçəklənmənin daim davam edəcəyi kimi səhv təsəv-



vürünü göst

ərmək olar. Qrinspen xatırladıb ki, hazırkı iqtisadi böhran ABŞ-ın mənzil 

tikintisi

 

bazarından  başlayıb. 



Bununla  yanaşı  o  əmindir ki, bu səbəb  olmasaydı, 

başqa bir səbəb ortaya çıxacaqdı: “Son nəticədə hər şeyi – insan faktoru həll edir.”

  


Pulun  

diktaturası 

 

 



420 

tendensiyalara, 2008-ci ild

ən neftin dünya bazar qiymətinin aşağı 

şməsinə rəğmən, Azərbaycan iqtisadiyyatı 2009-cu ildə 9.3%-



lik iqtisadi artım tempini saxlaya bilib.

1

     



Bununla bel

ə, böhrandan ən çox zərər görən tikinti və 

emal s

ənayesidir. Bu sahələrdə böhran dövründə yaranan dur-



ğunluq həm işçilərin kütləvi ixtisarı, həm də həmin sektorların 

ÜDM-d


ə payının azalması ilə xarakterizə olunub.

2

 



   Az

ərbaycan  Respublikasının

3

  qlobal maliyy



ə  böhranı 

şəraitində daha az itkiyə məruz qalması (bu ölkənin makroiqti-

sadi göst

əricilərində və büdcənin parametrlərində özünü göstə-

rir),  h

ətta beynəlxalq təşkilatlarda (formlarda) maraq kəsb edən 

bir hadis

ədir. Bu ondan irəli gəlir ki, bəzi iqtisadçılar belə dü-

şünür  ki,  böhranın  nəticələrinin  daha  ağır  olmaması  ölkənin 

beyn


əlxalq inteqrasiya əlaqələrinin zəif olması ilə əlaqədardır. 

Bu fikir mübahis

ə  doğurmaya  bilməz. Çünki Azərbaycanın 

dünya ölk

ələri ilə əməkdaşlığı, ticarət əlaqələri, investisiya əla-

q

ələri getdikcə artmaqdadır. Ölkədə keçirilən düzgün pul-kredit 



siyas

ətini və xüsusən respublika prezidentinin başçılığı ilə işlə-

nib  hazırlanan  antiböhran  proqramını  da  qiymətləndirmək la-

zımdır. 


Prezident İlham Əliyev  hələ 2009-cu ilin yanvar ayında 

Nazirl


ər  Kabinetinin  ilkin  yekunlarına  həsr  olunmuş  iclasında 

Az

ərbaycan iqtisadiyyatındakı vəziyyəti təhlil etmiş və bununla 



əlaqədar öz mövqeyini və antiböhran paketini tam açıqlamışdır. 

Bu antiböhran paketind

ə  iqtisadiyyatı  sağlamlaşdırmaq  və  sa-

hib


karlıq  fəaliyyətini  stimullaşdırmaq  üçün  aşağıdakı  konkret 

istiqam


ətlər müəyyənləşdirilmişdir: 

     1. 


İstehlak qiymətlərinin azaldılması zərurəti. 

                                                 

1

 

Bax: Dayanıqlı iqtisadi və sosial tarazlığa doğru. (Müxtəlif ssenarilər, fərqli mo-



dell

ər, tapıntılar və tövsiyələr). Bakı – 2010, s.60. 

2

 Bax: yen



ə orada, s.66. 

 

3



 

Qeyd:  Əlbəttə,  məqsədimiz heç də  Azərbaycanı  inkişaf  etmiş  “qlobal  ölkələrlə” 

müqayis

ə etmək deyil. Lakin ərazisinə və əhalisinin sayına görə münasib ölkələr içə-



risind

ə Azərbaycan iqtisadi inkişafına görə seçilir və diqqəti cəlb edir.                                                                                                                                                

 


Download 5.13 Mb.

Do'stlaringiz bilan baham:
1   ...   39   40   41   42   43   44   45   46   ...   55




Ma'lumotlar bazasi mualliflik huquqi bilan himoyalangan ©fayllar.org 2024
ma'muriyatiga murojaat qiling