AZƏrbaycan respublikasi təHSİl naziRLİYİ azərbaycan döVLƏT İQTİsad universiteti
Download 5.13 Mb. Pdf ko'rish
|
- Bu sahifa navigatsiya:
- Pulun diktaturası
Pulun diktaturası
412 ilin yayınaqədərki məlumatdır) avronu ötüb keçən dövlət borcu Avropa Birliyi ölk ələrinin böyük narahatlığına səbəb olmuşdur. Avrozonada 17 ölkə var. Prinsip etibarilə avrozonaya daxil olan h ər hansı bir ölkə borca düşən kimi digərlərinin onun borcuna köm ək etmək siyasəti mövcuddur. Narahatlıq elə ondan ibar ətdir ki, böhrandan çıxmaq üçün birlik ölkələri Yu- nanıstana yardım göstərməklə onu xilas etməyə çalışırlar. Eyni zamanda o q ədər çox yardım tələb olunur ki, bu digər ölkələr üçün (yardım edən ölkələrdən söhbət gedir) problem doğura bil
ər. 1 M əsələ bundadır ki, Yunanıstana gələn pullar BVF və Avropa Birliyi yolu il ə daxil olur. Hal-hazırda bu pullar heç bir real problemi h əll etmək imkanına malik deyil. Problem onda- dır ki, bu ölkələrin borcları o qədər böyükdür ki, onlar, hətta fa- izl əri ödəyə bilmir. 2010- cu ilin may ayında Almaniya kansleri Angela Mer- kel ölk ə parlamentində çıxışı zamanı böhran nəticəsində avro- nun mövcudluğunun təhlükə altında olduğunu bəyan etdi. An- ge la Merkel hazırda tarixi vəzifənin Vahid Avropa ideyasını qo ruyub saxlamaq olduğunu bildirib. Kanslerin sözlərinə görə, əgər avro tənəzzülə uğrasa, bütün Avropa tənəzzülə uğrayacaq. Çün
ki avro Avropanın çiçəklənməsinin və inkişafının əsasıdır. Bu b
əyanatdan sonra avronun dollara nisbətdə məzənnə- si nin aşağı enməsi müşahidə olunub. Ancaq bu müvəqqəti bir hal olmuşdur. Almaniya kansleri Angela Merkelin ölk ə parlamentindəki çıxışından sonra məşhur ABŞ maliyyəçisi Corc Soros geniş m əqalə yazaraq sanki onun fikirlərinə cavab vermişdir. Məqalə- d ə qoyulan məsələlər, reallıqlar, gerçəkliklər və proqnozlar o za- ma nın tələblərinə uyğun olaraq xüsusi maraq doğurur. C. Soros 2008- ci ilin sentyabrın 15-dən sonrakı bir neçə həftə ərzində qlo- bal maliyy ə bazarının sürətlə dağıldığını və onun süni nəfəs ver-
1 Qeyd: H ətta vəziyyət o dərəcədə gərgin olmuşdur ki, 2010-cu ilin sonunda ABŞ ekspertl
əri Yunanıstanın, İrlandiya, İspaniya və Portuqaliyanın bank sektorunda tam miqyaslı böhran baş verməməsi üçün avrozonanı tərk etməyi məsləhət görmüşlər .
Pulun diktaturası
413 m əyə ehtiyac duyulduğunu vurğulamışdır. O zaman dövlətlər t ərəfindən maliyyələşdirilən suveren kreditlər verildi. Onun söz- l ərinə görə, hökumət rəhbərləri əslində uzun müddət ərzində onun əksini həyata keçirməli idilər. Belə bir şəraitdə bazara daha çox kredit buraxılmalı və bununla da defisiti aradan qaldırmaq m əqsədəuyğun olardı. Yalnız böhran sakitləşəndən sonra vəsaiti geri ç əkib makroiqtisadi sabitlik yaratmaq mümkün idi. Soros bu prosesi avtomobil idar əetməsinə bənzədir. Belə ki, maşın sürü- şəndə sən gərək onu əvvəlcə sürüşmə istiqamətində döndərəsən v ə yalnız nəzarəti bərpa edəndən sonra istiqaməti tənzimləməyə ça lışasan. Maliyyə böhranı halında birinci mərhələ uğurla icra olun du, boşluq dolduruldu. Amma səbəblər aradan qaldırılmadı v ə maliyyə bazarları suveren borcların kredit əhəmiyyətini sual al tına alanda bu problemlər yenidən ortalığa çıxdı. Bu o zaman idi ki, avro iqtisadiyyatdakı çətinliklərin nəticəsi olaraq hadisələ- rin m
ərkəzinə çevrildi. Beləliklə, Sorosa görə, indi avronun mə- z ənnəsi ilə bağlı yaranan çətinliklər əslində 2008-ci ildəki maliy- y ə böhranından qaynaqlanır və islahatların ikinci mərhələsini hə- yata keçirm ək problemlər yaradır. Soros öz m əqaləsində keçən əsrin 30-cu illərini xatırlada- raq yazır ki, həmin vaxt bank sistemi və iqtisadiyyat fiskal və monetar stimul olmadan ir əli gedə bilmirdi və suveren kreditlər bar
ədə şübhələr var idi. O dövrdə Avropa ölkələri birinci mər- h ələni uğurla keçdilər, amma sonra vəziyyəti tənzimləməyə çə- tinlik ç əkdilər, çünki bütün problemlər vahid valyuta ilə bağlan- dı. Avro başlamaq üçün təməl valyuta deyildi, 1992-ci ildə Ma- astrix Sazişi əsası olmayan monetar birlik oldu. Avro ümumi bir bankla bağlı olsa da, onun arxasında ümumi bir xəzinə da- yanmırdı. Avropa Birliyinə üzv ölkələr vahid valyuta məsə- l əsini asanlıqla bölüşürlər, amma suveren borclanmaya gələndə onların hərəsi öz başına çarəni özü qılmalı olur. Üzv ölk
ələr yalnız 2010-cu ildə suveren kreditlərin avro- zo nada yığılıb qalmasından narahat olmağa başladı. Yunanısta- nın yeni hökuməti aşkar etdi ki, əvvəlki hökumət büdcə kəsiri- Pulun diktaturası
414 nin h
əcmini olduğundan qat-qat aşağı göstərib. Almaniya in- flya
siyanın iki epizodu ilə üzləşmişdi və inflyasiya ilə bağlı is- t ənilən təzyiqə qıcıqla yanaşırdı. Fransa və digər ölkələr həmrə- yliy ə daha çox meyilli idilər. Yunanıstan böhranı yayılmağa başladı. Üzv ölkələr məcbur qalıb Avropa Maliyyə Sabitləşdir- m əsi Fonduna 750 milyard yerləşdirdilər. Bu pulun 500 milyar- dı ölkələrin özünün, 250 milyardı isə Beynəlxalq Valyuta Fon- du nun idi. Amma bu da bazarın tarazlığına zəmanət vermədi, nisb ətən zəif ölkələr öz borclarının bir hissəsinin təminatını al- dılar. Narahatlıq yaradan məqam ondan ibarətdir ki, Almaniya z əif ölkələr üçün daha sərt fiskal tənzimlənmə təklifi ilə kifa- y ətlənmir, o cümlədən özünün maliyyə defisitinin aradan qaldı- rılmasını tələb kimi qoyur. Corc Soros yazır ki, indi Almaniya Maastrix Sazişinə da- ha çox əməl edilməsini istəyir. Bu isə başadüşülən deyil, çünki Av ropa Birliyinin qurulduğu alətlərlə ziddiyyət təşkil edir: “Gə- lin avronun çatışmayan cəhətlərini və Almaniyanın mövqeyini analiz ed ək. Avronun ən böyük çatışmazlığı onun idarə olun- masında ümumi fiskal siyasətin olmamasıdır. Bu, indiyə qədər bilin ən səbəbdir. İkinci bir səbəb isə Avropa Birliyinin maliyyə bazarının sabitliyi ilə bağlı əsassız inamıdır.” 1
2012- ci ilin iyun ayında isə Corc Soros yenidən Avropa- ya avro x əbərdarlığı etdi. Onun fikrinə görə, Avropanın avronu xilas etm əsi üçün cəmi üç ay vaxtı qalır. Üç aydan sonra bazar- lar gözl əməkdən bezəcək, daha çox şey tələb etməyə başlaya- caq. Hökum ət isə bu tələbləri yerinə yetirə bilməyəcək. Avropa Birliyinin iyunun sonuna keçiril əcək sammiti bütün tərəfləri tə- min ed ən minimal tədbirlərin qəbul edilməsi ilə işini başa çat- dırmış olacaq. Lakin, bütün bunlar mövcud mənfi meyillərin qar
şısını müvəqqəti alacaq. Corc Soros təklif edir:
1 Qeyd: M
əqalənin Azərbaycan dilində tərcüməsi: “Yeni Müsavat”. 13 iyul 2010-cu il tarixind ə çap olunub.
Pulun diktaturası
415 1. Avronu xilas etm ək üçün banklardan əmanətlərin kütləvi axınının qarşısını almaq üçün bank depozitləri sığortalanmalıdır. 2. Avropa bankları Avropa Maliyyə Sabitliyi Fondundan bir- ba şa maliyyələşdirilməlidir. O, Almaniyanın köməyi olmadan bütün bunlara nail ol- ma ğın mümkünsüzlüyünü də söyləyir. “Qızıl hiyləgər” ləqəbiylə tanınan “Hunt Brothers” kom- pa niyasının keçmiş məsləhətçisi Cim Sinkler Corc Sorosun fik- ri nin yanlış olduğunu, dünya maliyyə böhranının daha tez iyu- nun 17-d ə Yunanıstanda yeni parlament seçkilərinin keçiriləcə- yi gün başlayacaq proqnozunu vermişdir. Avropa İttifaqı böhrana qarşı Avropa ölkələrinin səylərini birl əşdirmək üçün Avropa İttifaqının Antiböhran Fondunu ya- radıb. Hazırda bu fondun həcmi bir trilyon avroya qədərdir. Bu böyük r
əqəm sayılmır, çünki böhranın vurduğu ziyandan 2 tril- yon q
ədər azdır. Analitiklərin fikrinə görə, Avropa İttifaqının Antiböhran fondu maliyy ə böhranının nəticələrini aradan qaldır- maq
dan daha çox yeni böhran dalğasının qarşısını almağa yönəl- dilib.
Dünya maliyy ə böhranı, onun sosial-iqtisadi nəticələri bir çox maliyy ə-iqtisadi məsələlərə dövlətin iqtisadiyyata qarışma- sı, himayəçilik, dövlət banklarının funksiyaları (maliyyə siyasə- ti, maliyy ə riski və s.) yeni baxış tələb edir. Bunların bəzilərinə diqq
ət yetirək. Qlobal maliyy ə böhranının dərsləri (yekunları) sübut etdi ki, inkişaf etmiş ölkələrdə maliyyə-pul siyasətini antiböhran t ədbirləri ilə əlaqələndirmək zəruridir. Bu da öz növbəsində ye- ni növ siyas ətin pul-sənaye siyasətinin formalaşdırılmasını ifa- d ə edir. Bu siyasət isə özlüyündə monetar yanaşmanın məhdud- luğunu, onun sənaye prioritetləri (inkişafı) ilə əlaqələndirilmə- sini z
əruri etmişdir. Yəni artıq məlum olur ki, iqtisadiyyatın maliyy
ə sektorunun nisbi müstəqilliyi müəyyən hədlər daxilin- d ə olmalıdır. Bu hədlər isə real sektorun inkişaf dərəcəsi ilə şərtlənir. Pulun diktaturası
416 Hadis
ələrin inkişafı həm elmdən, həm də dövlət xadimə- l ərindən bir mühüm suala cavab axtarmağı tələb edir: açıq iqti- sadiyyat (Bizim fikrimizc ə, burada əsas real sektordur, maliyyə sektoru ikinci d ərəcəlidir) və kapitalın hərəkətinin liberallaşdı- rılması şəraitində, iqtisadiyyatın monetarlaşdırılmasını və onun maliyy
ə resursları ilə təmin olunmasını necə həyata keçirməli? Ha zırda bir çox ölkələr üçün həm beynəlxalq, həm də ölkədaxi- li iqtisadiyyat s əviyyəsində maliyyə axınlarının ciddi tənzim- l ənməsi zərurəti yaranmışdır. Bu zaman milli prioritetlərə riayət olunması zərurəti meydana gəlir, maliyyə təşkilatlarından daxili maraqları ciddi qorumaq, ona xidmət etmək gözlənilir. Eko- nomiksd ə mövcud olan “maliyyə milliliyi” və “maliyyə ney- trallığı” hadisələrində üstünlük ikincidən birinciliyə keçmək- d ədir (yəni maliyyə milliləşdirilməsinə). Məsələn, maliyyə ney- trallığının tərəfdarı olan İsveçrə bankları böhran dövründə xa- rici layih ələrə nisbətən ölkə daxili layihələrin maliyyələşdiril- m əsini daha çox stimullaşdırmaq üçün bir çox tədbirlərə əl at- mışlar. 1
Müxt əlif ölkələrdə maliyyə axınlarının seqmentləşdirilmə- sinin (y əni hissələrə ayrılması) oxşar prosesləri üzə çıxmışdır. Bel ə ki, bu dövrdə (yəni böhran şəraitində) banklararası bazar tam f əaliyyət göstərə bilməmişdir və ona görə də maliyyə resurs- la rı iqtisadiyyatın real sektorunun müəssisələrinə gəlib çatma- 1
Qeyd: İsverçə Konfederasiyadır. İsveçrə 26 “Kanton”dan ibarətdir. (“Kanton” Kon- federasiya dem əkdir). Hər bir Kanton sanki ayrıca bir dövlətdir. Heç bir Kantonun işinə, qərarına digəri qarışmır. İsveçrənin sahəsi 41.290 km 2 –dir.
Əhalisi 7,5 mln n əfərdir. İngiltərənin kraliçası II Yelzabeta demişdir: “İsveçrə - bu cənnətdir”, “Əgər yer üzünd ə cənnət varsa, bu İsveçrədir”. (Bax: Лучшые туры по Европе 2010. Штутгарт, c. 24; “Kompass comfort - EVROPA” (rus dilində). Düsseldorf. 2010, s. 6.) Bu sad əcə gəlişi gözəl söz deyil. Gözlə görmədən bu ölkə haqqında fikir söy- l əmək qeyri-mümkündür. Əhalinin hər nəfərinə düşən gəlirə görə İsveçrə dünyada birinci yeri tutur. İsveçrə ərazisinə daxil olanda sanki havadan pul iyi gəlir. Bunu İs- veçr
ə iqtisadiyyatına gözəl bələd olanlar belə deyir.İkinci yerdə isə Lüksemburqdur (Lüksemburq c ırtdan dövlət olmasına baxmayaraq o qədər gözəl və qeyri-adi ölkədir ki, onu “Avropanın mirvarisi” adlandırırlar. Böyük Krallıq olan Lüksemburqun sah əsi 2600 km 2 , əhalisi 0,5 mln nəfərdir). Pulun diktaturası
417 mışdır. Hətta çatdıqda belə bu resursları əldə edənlər onları isteh- sal m əqsədləri üçün istifadə etmək imkanlarına malik olmamış- lar. Bel ə bir şəraitdə maliyyə axınlarının zəruri hərəkətini təmin ed ə bilən effektiv mexanizm yaratmaq tələb olunur. Maliyy ə çətinliyi şəraitində proteksionizmin 1 (himay
əçili- yin) artması ehtimalı vardı. Beynəlxalq “oyun qaydaları”na bu cür yanaşmanın yolverilməz olduğu məlumdur. Hətta böyük “20-l
ərin” 24-25 sentyabr 2009-cu il Peterburq şəhərindəki gö- rü şünün yekunlarına dair bəyannamələrində himayəçiliyə qarşı mübariz ənin labüdlüyü (vacibliyi) göstərilmişdir. ABŞ Çinlə ti- car ətin məhdudlaşdırılması üzrə tədbirləri həyata keçirərsə, ye- ni ticar ət münaqişələrinə səbəb ola biləcəyi qeyd olunmuşdur. Bütün bunlara baxmayaraq himay əçiliyin birbaşa və dolayı for- ma ları həmişə diqqət mərkəzində olmuşdur. Bəyannamədə, h əmçinin maliyyə himayəçiliyinin yolverilməzliyi xüsusi olaraq göst ərilmişdir. Bu cür baxışlar indi də davam etməkdədir, ölkələrarası ko ordinasiya yaradılması birgə antiböhran tədbirlərinin son ef- fek tini artırmaq üçün vacib sayılmışdır (yəni məsələ hələ həll olun mamışdır). Böhran prosesind ə postböhran dövrü üçün maliyyə siste- mi nin inkişaf istiqamətlərini dəqiqliklə müəyyən etmək müm- kün olmasa da, əsas inkişaf xəttini göstərmək olar. Məsələn, Rusiyada “2009-cu il üçün v ə 2010-2011-ci illərdə vahid dövlət pul-kredit siyas ətinin əsas istiqamətləri” qəbul edilmişdir. Bu s ənəddə pul təklifinin əsasən daxili mənbələr hesabına forma- laşdırılması göstərilmişdir. Bu tədbirin hansı nəticələr verə-
1 Qeyd: Proteksionizm – xarici malın birbaşa və vasitəli məhdudlaşdırılmasının müxt
əlif formalarından istifadə etməklə milli iqtisadiyyatın sahələrini xarici rəqabətlər- d ən mühafizə məqsədilə, xarici ticarət siyasətinin yeridilm
əsidir (ölk
əyə malların idxal edilm əsinə yüksək rüsumlar qoyulması, müəyyən malların idxalının məhdudlaşdırıl- ması və ya tam qadağan edilməsi, həmçinin bir sıra başqa tədbirlər yolu ilə). Başqa sözlə, hər hansı bir dövlətin gömrük vasitələrindən, valyuta, yaxud kredit siyas ətindən geniş istifadə edərək öz dövlətlərinin milli əmtəə istehsalçılarının hüquqla- rını xarici rəqabətdən qorumasıdır.
Pulun diktaturası
418 c əyini ancaq onun tam reallaşdırılmasından sonra göstərmək mümkündür. Antiböhran t ədbirlərinin tətbiqi, postböhran iqtisadiyyatı- nın mənzərəsi, yeni risklərin ciddiliyi (təhlükəliliyi) haqqında artıq müəyyən təsəvvürlər vardır. Həmçinin dolların potensial riski v
ə onun qlobal stabilliyin pozulmasına təsiri kifayət qədər m əlumdur. Ona görə də müxtəlif ölkələrin iqtisadçı alimləri böh ran mövzusuna geniş müraciət edirlər, çoxsaylı məqalə və monoqrafiyalar d ərc etdirirlər. Hazırda Amerikanın Federal Ehtiyat Sisteminin və Rusiya- nın maliyyə sisteminin yeni risklərindən çox yazılır. Xüsusən ABŞ-da Federal Ehtiyat sistemin və xəzinədarlığın (Maliyyə Na- zirliyinin) aparıcı rolundan geniş bəhs edilir. Federal Ehtiyat Sis- temi il ə xəzinədarlıq arasında səlahiyyət bölgüsünün, xəzinə- darlığın xeyrinə dəyişdirilməsi təklifləri xüsusən diqqəti cəlb edir v ə maraq doğurur. Bu təkliflər əslində dövlətin maliyyə sektoru üz ərində nəzarət mexanizminin təkmilləşdirilməsini əhatə edir. M əsələn, xəzinədarlığın başçılıq etdiyi maliyyə xidməti üzrə Müşahidə Şurasının, Federal Ehtiyat Sisteminin yeni sə- lahiyy
ətlərinin, Milli Bankın nəzarət orqanlarının yaradılması və s. kimi t ədbirlər onu göstərir ki, dövlət özünün maliyyə tənzim- l ənməsi missiyasını (funksiyasını) sadə, ardıcıl, mülayim for- mada, d əqiqliklə, nəticələri qiymətləndirməklə həyata keçirmək fikrind ədir.
BMT dünya maliyy ə böhranı ilə əlaqədar olaraq bir sıra ra- dikal islahatların həyata keçirilməsini irəli sürmüşdür. Onlar iq- tisadi böhranın əsas səbəbini dünya iqtisadiyyatını əlaqələndirən valyuta v ə kapitalla bağlı olan qaydalar sisteminin effektli ol- mamasında görürlər. Təklif etmişlər ki: 1.
Dolların qlobal ehtiyat valyutası statusunu nəzərdə tutan mövcud maliyy ə sisteminə tam şəkildə yenidən baxılmalıdır. 2.
T ənzimlənən beynəlxalq mübadilə məzənnələrinin yeni sis temini yaratmalı. Bu sistemə əsasən, dünya iqtisadiyyatında- kı cari vəziyyətdən asılı olaraq, Mərkəzi banklar milli valyuta- Pulun diktaturası
419 la rının məzənnəsini azaldıb-artıracaqlar. Digər bir tərəfdən ölk ələr real mübadilə məzənnələrini tənzimləmək iqtidarında olacaq. 3.
Dünyanın aparıcı valyutası sayılan ABŞ dolları yeni qlobal ehtiyat valyutası ilə əvəz olunmalıdır. Bu, bir sıra problemi aradan qaldırmağa və sabitliyin bərqərar olmasına şərait yaradacaq. Dem
əli, maliyyə böhranının aradan qaldırılmasına yönəl- dil
ən tədbirlər sistemi özünün indiki məzmunu ilə yeni köklü keyfiyy
ət dəyişiklikləri vəd etmir. 1
B əzi iqtisadçıların fikrincə, böhran tez bir zamanda başla- dığı ölkədən sürətlə dünyaya yayılaraq daha geniş iqtisadi əra- zini
əhatə etməyə başlayıb. Bu, böhrana qarşı mübarizəni çə- tinl
əşdirməklə yanaşı, onun qlobal mənada iqtisadiyyata, eyni zamanda ayrı-ayrı ölkələrə spesifik təsirinin qiymətləndirilmə- sini v ə gələcək üçün mümkün siyasi nəticələr çıxarılmasını xeyli mür əkkəbləşdirir. Bu baxımdan Azərbaycanı xüsusi bir model kimi götürm ək maraqlı olardı. Çünki artıq on ildən çox- dur ki, Az ərbaycanın Ümumi Daxili Məhsulunun (ÜDM) artı- mında diqqətəlayiq inkişaf var. Yalnız böhran dövründə ÜDM- in artımı səngiyib. Buna baxmayaraq ÜDM-in artımında mənfi temp müşahidə olunmayıb. Əksər dünya ölkələrində böhrandan sonra ÜDM- in artımı azalma ilə əvəz olunub. Azərbaycan neft ölk
əsi olduğundan neftin qiymətinin nəzərəçarpacaq dərəcədə aşağı düşməsi dövründə maliyyə böhranının Azərbaycana təsiri- nin qiym ətləndirilməsi çox əhəmiyyətlidir. Sadalanan mənfi
1 Qeyd: 2009-cu ild ə ABŞ-ın Federal Ehtiyatlar Sisteminin keçmiş rəhbəri, dünyanın ən məşhur və nüfuzlu iqtisadçılarından olan Alan Qrinspen beynəlxalq maiyyə böhranının təkrarlanacağı proqnozunu vermişdir. O qeyd etmişdir ki, növbəti böhran indikind
ən fərqlənəcək: “Amma o, mütləq təkrarlanacaq”. İqtisadçının fikrincə, uzun ç əkən iqtisadi yüksəliş həmişə böhranla əvəzlənir. Bu böhranlar təbiətinə görə f ərqlənsələr də ümumi mənbəyə malik olurlar. Qrinspenin sözlərinə görə, belə bir m ənbə kimi insanların iqtisadi çiçəklənmənin daim davam edəcəyi kimi səhv təsəv- vürünü göst ərmək olar. Qrinspen xatırladıb ki, hazırkı iqtisadi böhran ABŞ-ın mənzil tikintisi
bazarından başlayıb. Bununla yanaşı o əmindir ki, bu səbəb olmasaydı, başqa bir səbəb ortaya çıxacaqdı: “Son nəticədə hər şeyi – insan faktoru həll edir.”
Pulun diktaturası
420 tendensiyalara, 2008-ci ild ən neftin dünya bazar qiymətinin aşağı dü şməsinə rəğmən, Azərbaycan iqtisadiyyatı 2009-cu ildə 9.3%- lik iqtisadi artım tempini saxlaya bilib. 1
Bununla bel ə, böhrandan ən çox zərər görən tikinti və emal s ənayesidir. Bu sahələrdə böhran dövründə yaranan dur- ğunluq həm işçilərin kütləvi ixtisarı, həm də həmin sektorların ÜDM-d
ə payının azalması ilə xarakterizə olunub. 2
Az ərbaycan Respublikasının 3 qlobal maliyy ə böhranı şəraitində daha az itkiyə məruz qalması (bu ölkənin makroiqti- sadi göst əricilərində və büdcənin parametrlərində özünü göstə- rir), h ətta beynəlxalq təşkilatlarda (formlarda) maraq kəsb edən bir hadis ədir. Bu ondan irəli gəlir ki, bəzi iqtisadçılar belə dü- şünür ki, böhranın nəticələrinin daha ağır olmaması ölkənin beyn
əlxalq inteqrasiya əlaqələrinin zəif olması ilə əlaqədardır. Bu fikir mübahis ə doğurmaya bilməz. Çünki Azərbaycanın dünya ölk ələri ilə əməkdaşlığı, ticarət əlaqələri, investisiya əla- q ələri getdikcə artmaqdadır. Ölkədə keçirilən düzgün pul-kredit siyas ətini və xüsusən respublika prezidentinin başçılığı ilə işlə- nib hazırlanan antiböhran proqramını da qiymətləndirmək la- zımdır.
Prezident İlham Əliyev hələ 2009-cu ilin yanvar ayında Nazirl
ər Kabinetinin ilkin yekunlarına həsr olunmuş iclasında Az ərbaycan iqtisadiyyatındakı vəziyyəti təhlil etmiş və bununla əlaqədar öz mövqeyini və antiböhran paketini tam açıqlamışdır. Bu antiböhran paketind ə iqtisadiyyatı sağlamlaşdırmaq və sa- hib
karlıq fəaliyyətini stimullaşdırmaq üçün aşağıdakı konkret istiqam
ətlər müəyyənləşdirilmişdir: 1.
İstehlak qiymətlərinin azaldılması zərurəti.
1
dell ər, tapıntılar və tövsiyələr). Bakı – 2010, s.60. 2 Bax: yen ə orada, s.66.
3 Qeyd: Əlbəttə, məqsədimiz heç də Azərbaycanı inkişaf etmiş “qlobal ölkələrlə” müqayis ə etmək deyil. Lakin ərazisinə və əhalisinin sayına görə münasib ölkələr içə- risind ə Azərbaycan iqtisadi inkişafına görə seçilir və diqqəti cəlb edir.
|
ma'muriyatiga murojaat qiling