AZƏrbaycan respublikasi təHSİl naziRLİYİ azərbaycan döVLƏT İQTİsad universiteti
İstənilən iqtisadi sistemdə böhranlar qaçılmazdır. Bu
Download 5.13 Mb. Pdf ko'rish
|
- Bu sahifa navigatsiya:
- Pulun diktaturası
- İqtisadi sistemin əsas elementlərinin inkişaf potensialı əsasən tükəndikdə, ziddiyyət dərinləşdikdə və gələcək tsikli t
- Böhran satılmayan əmtəələrin ifrat istehsalı zamanı da ya ranır.
- İqtisadi böhranların daha tez-tez baş verməsi, onların qısa müddətdə dünya ölkələrinin əksəriyyətini bürüməsi
İstənilən iqtisadi sistemdə böhranlar qaçılmazdır. Bu, sis temin tsiklik inkişafının qanunauyğun və təkrarlanan in- ki şafıdır. Böhran böyük bir iqtisadi eksperimentin, səhvin,
1
Bakı: “İqtisad Universiteti” Nəşriyyatı, 2011, s.438. 2 Yen ə orada, s. 440. Pulun diktaturası
385 s əhlənkarlığın, diqqətsizliyin, özbaşınalığın, qanunların işlə- m əməsinin, təbii fəlakətin, müharibələrin gizli iqtisadiyyatın, rüşvətin, korrupsiyanın və s. nəticəsində yarana bilər. -
İqtisadi sistemin əsas elementlərinin inkişaf potensialı əsasən tükəndikdə, ziddiyyət dərinləşdikdə və gələcək tsikli t əyin edən yeni sistemin elementləri yaranıb mübarizəyə baş- ladığı vaxtda böhran əmələ gəlir. -
Böhran satılmayan əmtəələrin ifrat istehsalı zamanı da ya ranır.
İqtisadi böhranların tarixi təkamülü və müasir m ərhələdə xüsusiyyətləri Böhranlar h əmişə müəyyən itkilərlə müşahidə olunduğu üçün onların qarşısının alınması və yaxud nəticələrinin aradan qal dırılması üzrə iqtisadi fikir tarixində bir çox nəzəriyyələr irə- li sürülmüşdür. Bu nəzəriyyələrin tarixi böhranların özlərinin yaranma m ərhələsi ilə yanaşı baş vermişdir. İlk iqtisadi böhran 1825-ci ildə Böyük Britaniyanı və Cə- nu bi Amerikanı əhatə etmişdir 1 . İkinci böhran 1836-cı ildə Bö- yük Britaniyada v ə ABŞ-da olmuşdur. 1844-1848-ci illərdə baş ver miş üçüncü böhran ilk ifrat istehsal böhranı kimi dünyanın s ənaye cəhətdən inkişaf etmiş ölkələrini əhatə etmişdir. XIX əs- rin ilk üçd ə ikisində böhranlar 10 il intervalı ilə (1816, 1826, 1847, 1857, 1866) baş verirdi. Sonralar böhranlararası müddət art
dı. 2
XX əsrin ikinci yarısında baş vermiş böhranlar arasında iki böhran xüsusil ə fərqlənir: 1873-1875-ci və 1980-1981-ci illər böh ranı. Bu böhranlar bir çox hallarda XIX əsrin və XX əsrin bi rinci yarısının böhranlarına oxşayır. Maliyyə sferasına toxunan
1 Bax: Ç.Kindlberqer, R.Aliber. Dünya maliyy ə böhranları: İflas, təşviş və maniyalar / ingilis dilind ən tərcümə. Bakı: “İqtisad Universiteti” nəşriyyatı. 2010, s. 163. 2 Yen
ə orada, s. 37. Pulun diktaturası
386 sonuncu iri böhran 1997-1998-ci ill əri əhatə etmişdir. Bu böhran özünü keçid modeli kimi büruz ə vermişdir. 1
Bütövlükd ə XIX əsrdə səkkiz böhran olmuşdur. Doqqu- zuncu böhran yüzilliyin (1900-1903-cü ill ər) əvəz edilməsi döv- rün ə təsadüf edir. XX əsrdə on üç təkrar istehsal böhranı baş ver- mişdir. Beləliklə, bütövlükdə iyirmi iki böhran, o cümlədən on doq
quz dünya böhranı baş vermişdir. Son böhran 2007-ci ildə başlanan və hazırda davam edən ipoteka böhranıdır. Əgər əvvəllər böhran zamanı qiymətlər enirdisə, indi isə on lar artır, yəni böhranlar staqflyasiya ilə xarakterizə olunur. Dünya iqtisad ədəbiyyatında 2008-ci ildə Amerikanın ən iri maliyy ə qurumlarından biri olan “Lehman Brothers” bankının iflasa uğradığını rəsmən elan etməsi hazırkı maliyyə böhranının başlanğıcı sayılır. O zaman böhranın gələcəkdə təkrarlanmaması sah əsində heç bir addım atılmamışdır. İqtisadçıların fikrincə, böhran maliyy ə tənzimlənməsi üzrə qanunvericilikdə ciddi ad- dımların atılmasına səbəb olmalı idi, lakin bu baş verməmişdir. İqtisadçıların qənaətinə görə əgər müasir dövrdə hər hansı iri maliyy ə qurumu 2008-ci ilin sentyabrında “Lehman Brothers” ki mi iflasa uğrasa, tənzimləyici orqanlar yenə də əvvəlki vəziy- y ətlə üzləşəcək ki, bu da yeni böhranın birdən-birə güclənməsinə s əbəb ola bilər. Riçard Dunkan müasir dünya iqtisadi böhranını fövqəl kreditl
əşməyə görə yaranmış fövqəl istehsal obyektlərinin böh- ra nı adlandırmışdır. 2
Görünür el ə bu səbəbdən 2011-ci ildə böhran dalğası yeni- d ən bütün dünyanın diqqət mərkəzində oldu. Hətta iş o yerə çatdı ki, fransız varlıları bəyan etdilər ki, ölkənin maliyyə problem- l ərinin həllinə yardımçı olmaq istəyirlər. Bu məqsədlə hökumətə 1 Bax: Ю. Пахомов, С.Пахомов. Мировой финансовый кризис: цивилизационные истоки. «Экономист»Журнал. 2009, № 2, с. 37.
2
Bax: Riçard Dunkan. Dolların böhranı / rus dilindən tərcümə. Bakı: “İqtisadi Universiteti” nəşriyyatı. 2009, s.203. Pulun diktaturası
387 t əklif ediblər ki, onlardan daha çox vergi alsınlar. Onlar bir v ətəndaş, bir insan olaraq qeyd edirdilər ki, iqtisadi böhranın Fran sanın və Avropanın gələcəyini təhdid etdiyi və hökumətin h ər kəsdən həmrəylik istədiyi bir zamanda bizim yardımçı olma- ğımız vacibdir. İngiltərə də iqtisadi böhrandan çıxmaq üçün tədbirlər planı ha zırlamışdır. Belə ki, qənaət tədbirləri çərçivəsində İngiltərə kra liçası II Yelizavetanın əməkhaqqının 2015-ci ilin aprel ayına q ədər dondurulması nəzərdə tutulmuşdur. Buna səbəb kraliçanın g əlirlərinin son illərdə azalması olmuşdur. 1991-2002-ci illər ara sında illik 77 milyon funt-sterlinq alan kraliçanın gəliri 2008- 2009-cu ill ərdə 38 milyona düşmüşdür. Böhranın nəticələrindən biri kimi ekspertlər tərəfindən dün
yada ABŞ iqtisadiyyatının və dolların mövqelərinin zəiflə- m əsi qeyd olunur. İnvestorlar ABŞ-da aşağı faiz dərəcələrinin v ə iqtisadiyyata külli miqdarda vəsaitlərin yönəldilməsinin nəti- c əsi olaraq inflyasiyanın kəskin artmasından ehtiyatlanırlar. Bun dan başqa, böhran dünya iqtisadiyyatında inkişafda olan öl- k ələrin rolunu artırıb ki, nəticədə dünya iqtisadiyyatının koordi- na siyası və ciddi qərarların qəbul edilməsi sahəsində “səkkiz- lik” (G-8) birliyi deyil, “Böyük 20- lər”in (G-20) birliyi daha ak tualdır. Böhran haqqında nəzəriyyələr ilk növbədə böhranların sə- bəblərini müəyyən edən baxışlar sistemidir. Müasir iqtisadi böh- ranın tarixi dərsləri böhranla əlaqədar klassik nəzəriyyələrə bir daha diqqət yetirilməsini, onların təhlil edilməsini zəruri edir. Çünki dünya iqtisadiyyatını idarə edən ölkələr və heç kim yeni böhranların baş verməməsinə zəmanət verə bilməz. XX əsrin ikinci yarısında böhran mexanizmində əmələ gələn dəyişikliklər (ifrat istehsal qiymətlərinin artması, pulun alıcılıq qabiliyyətinin azalması) Qərb iqtisadçılarını bununla əlaqədar düşünməyə vadar etdi. O zaman böhranın səbəbləri döv lət xərclərinin çox olması ilə, inhisarların fəaliyyəti ilə (in- hi sarçı qiymətlərin qoyulması ilə) izah edildi. Pulun diktaturası
388 XX əsrin 70-ci illərində isə sosial-iqtisadi vəziyyətin də- yişməsi böhranların səbəbinin izahında yeni mülahizələr yarat- dı. Xalis monetar nəzəriyyə belə hesab etdi ki, istehsalın dövrü xarakteri ancaq pul tədavülünün qeyri-stabilliyi ilə (sabitliyi ilə) izah oluna bilər. Pulun miqdarının və tədavül sürətinin artması və yaxud azalması iqtisadiyyatda yüksəliş və tənəzzülün baş verməsinə gətirib çıxara bilər. Bu nəzəriyyəyə görə ilk baxışda ciddi görünən bir çox qeyri-pul amilləri (məsələn, zəlzələlər, müharibələr, təbii fəlakətlər) iqtisadi şəraitin pisləşməsinə sə- bəb olsa da onlar vəziyyətin uzun müddət üçün ümumi xarakter kəsb etməsinə, işsizlik və iqtisadi resurslardan tam istifadə edilməməsinə səbəb ola bilməz. Ona görə də bu nəzəriyyə bü- tün diqqətin pul amilinə verilməsini, xüsusən pul kütləsi vasi- təsilə, yəni istehlak xərclərinin mənbəyini dəyişməklə iqtisadi aktiv
liyə nail olmağın mümkünlüyünü əsaslandırır. Rusiyanın üzdə olan iqtisadçılarından biri Rusiya Elmlər Aka demiyasının direktoru, professor R.Qrinberqin böhrana dair baxışları da maraq doğurur. Onun “Böhranla əlaqədar köpü kim yaratdı” məqaləsindəki fikrinə görə bu hadisənin kökləri XX əsrin 60-70-ci illərindən başlayır. O zaman bazarın hər şeyə qadir bir güc kimi hökmranlıq etməsi ideologiyası dünyada qələbə çalmaqla dövlətin iqtisadiyyata müdaxiləsi tam mənfi hadisə sayıldı. Nəticədə orta sinfə qayğı aradan qalxdı, yəni yoxsulların müdafiəsi sanki unuduldu və varlıların gəlirlərinin artmasına olan məhdudiyyətlər aradan qaldırıldı. Nəticədə əhli- nin böyük kütləsinin alıcılıq qabiliyyəti aşağı düşdü. Elə bir təklifin artımı stimullaşdırıldı ki, məhsulların kimə satılacağı şübhə doğurur. Beləliklə, alıcılıq qabiliyyətinin azalması isteh- sa lın da azaldılması zərurətini yaratdı. Deməli böhrandan çıxış üçün tələb lazımdır. Hazırda bu cür tələbi ancaq dövlət canlan- dıra bilər 1 .
1
Bax: Р.Гринберг. Кто надул пузырь кризиса. «Аргументы и факты» газета. 2012, № 8, c.17 Pulun diktaturası
389 İqtisadçı V.Luşin də böhranın aradan qaldırılmasında döv lətin rolunu xüsusi qiymətləndirir. O qeyd edir ki, iqtisadiy- yatda kredit proseslərini aktivləşdirmək üçün dövlət bankların real sektorda investisiya qoyuluşları sahəsindəki riskləri ya əvəzləməli, ya da ki, öz üzərinə götürməlidir. 1
İqtisadi təlimlər tarixindən məlum olan ifrat yığım nəzə- riy
yəsinə görə böhran istehsalın strukturunda disproporsiya ya- ran
dıqda baş verir. Bu nəzəriyyənin nümayəndələri M.Tuqan – Baranovski, Q.Kassel, A.Aftalon belə hesab edirlər ki, istehsal təyinatlı əmtəələr digər əmtəələrlə müqayisədə çox istehsal olu- nur, nəticədə istehlak əmtəələrinin qiyməti artır, pulun çatışma- ması baş verir və böhran qaçılmaz olur. Bu nəzəriyyənin iki variantı mövcuddur. Bunlar ifrat yı- ğımın monetar və qeyri-monetar nəzəriyyələridir. İfrat yığımın monetar nəzəriyyəsinə görə böhranın səbəbi is tehsalın strukturundakı disproporsiyaların nəticəsində kreditin ge nişlənməsidir. İfrat yığımın qeyri-monetar nəzəriyyəsinə görə isə əsas səbəb texnoloji amildir. Texnoloji amili hərəkətə gətirmək üçün isə istehlaka deyil, investisiyaya üstünlük verilməlidir. Digər bir nəzəriyyə istehlakın kifayətsizliyi nəzəriyyəsi- dir. Onun nümayəndələri J.Sismondi və K.Rotbertusdur. Bu nə- zəriyyəyə görə milli gəlirdə əməkhaqqının payı aşağı ol- duğundan yığım artır, yığılmış vəsait investisiyalaşma üçün isti- fa də olunmur, istehlak əmtəələrinə tələb azalır və nəticədə böh- ran baş verir. Həm klassik nəzəriyyələrdə, həm də müasir nəzəriyyələrdə iqtisadi böhranın psixoloji faktorlarla bağlılığı mühüm yer tutur. Keyns, Mitçell, Hayek, Robertson belə fikirdədirlər ki, op timizm və pessimizm iqtisadi fəallığa müsbət və mənfi təsirə 1
Bax.: Лушин В. Реакция на кризис и ее последствия для реального сектора Российской экономики. «Вопросы экономики» Журнал. 2011. № 1, с.39.
Pulun diktaturası
390 ma likdir, hətta onların təsir gücü faiz normasının, pul kütləsinin təsirindən zəif deyil, bu da böhranla və ya inkişafla nəticələnə bilər. İqtisadi alətlərlə optimizmi artırmaq mümkündür. Mə- sələn, onların fikrinə görə insanlar o vaxta qədər optimist olur- lar ki, kredit genişlənir və deməli, tələb artır. Kredit azaldıqda, tələb aşağı düşdükdə onlar pessimizmə yuvarlanırlar. Bu psixoloji nəzəriyyə istehlak, yığım və investisiya ara- sında meyilliyi təhlil etməyə əsaslanır (istehlak, yığım və inves- tisiya, multiplikator və akselerator nəzəriyyələrində aydınlaş- dırılır). Kembric məktəbinin nümayəndəsi Artur Piquya görə cə- miy yətdə mövcud olan pessimizm və optimizm halları müvafiq ola raq iqtisadiyyatda böhran və yüksəliş hallarını doğurur. İfrat in- vestisiyalaşmanın da borc probleminə səbəb olması şübhəsizdir. İqtisadi nəzəriyyələrin səbəblərini izah edərkən daxili və xa rici amillərin nəzərə alınması şübhəsiz vacibdir. Bununla əla- qədar P.Samuelsonun mövqeyi diqqəti cəlb edir. O, böhranla əlaqədar nəzəriyyələri eksternal və internal nəzəriyyələrə bölüb. P.Sa muelson eksternal nəzəriyyədə iqtisadi səbəbləri xarici amil lərdə görən baxışları nəzərdə tutur. Xarici amillər dedikdə isə müharibə, inqilab, siyasi hadisələr göstərilir. Tarixi və müasir böhran nəzəriyyələrində nəinki böhranın nəticələri təhlil edilir, həmçinin profilaktik tədbir kimi, antitsik- lik tənzimlənmənin həyata keçirilməsi də öz ifadəsini tapmış- dır. Məsələn, yeni keynsçi baxışa görə məcmu tələbi dəyişdi- rmək, dövlət xərclərini artırmaq və yaxud azaltmaq, vergi siste- mini dəyişdirmək baş verə biləcək böhrana qarşı mühüm təsir va sitələridir. Yeni konservatorlara görə isə mühüm təsir vasitələri kimi pul-
kredit siyasətinin dəyişdirilməsi, pul kütləsinin yuxarı və aşağı hədlərinin müəyyən edilməsi göstərilir. Bütün məktəblərin özünəməxsus böhran nəzəriyyələri var. Klas sik məktəbin böhran nəzəriyyələri fransız iqtisadçısı J.Se
yin satış bazarı qanununa əsaslanır. Bu qanuna görə istehsal Pulun diktaturası
391 təklif doğurur və mükəmməl rəqabət şəraitində tələblə-təklif öz- özünə tənzimlənir, ona görə də bu tənzimlənmə dövründə böh ran baş verir. Bu tənzimlənmə ani baş vermir, müəyyən dövr tələb edir, bu dövr isə böhran dövrüdür. P.Samuelson göstərir ki, Seyin bazarlar qanununa görə təklif tələbi yaradır. Onun fikrinə görə ümumi alıcılıq qabiliy- yəti məcmu gəlir və məhsula tam bərabər olduğundan, artıq tə- ləb və ya artıq təklifin mövcudluğu mümkün deyil. C.M.Keyns J.B.Se
yin bu qanununu tənqid etmişdir. C.Keyns qeyd edirdi ki, heç də hər cür gəlir artımının istehlaka sərf olunması məcburi deyil 1
klas siklər öyrədirdilər ki, təklifin özü tələb doğurur. Bu vaxt onl ar çox da aydın olmayan, lakin son dərəcə mühüm bir müd- dəanı nəzərdə tuturdular: məhsulun bütün dəyəri birbaşa və ya do layısı şəkildə onun alınmasına xərclənmişdir. 2
Bəzi iqtisadçılar bazardan artıq məhsulun yığışdırılması üçün “üçüncü şəxslərin” zəruriliyini irəli sürürlər və yalnız bu hal da böhranın aradan qaldırılmasını mümkün hesab edirlər. Bu fikir ingilis iqtisadçısı Maltusa və fransız iqtisadçısı S.D.Sis- mondiya məxsusdur. İqtisadi ədəbiyyatda Sismondinin bu nəzəriyyəsi, “istehlakın kifayətsizliyi” nəzəriyyəsi də adlanır. İqtisadi fikir tarixində sadə və geniş təkrar istehsalın ma- kro iqtisadi proporsiyalarını, məcmu ictimai məhsulun reallaşma şərtlərini müəyyən edən K.Marks ifrat istehsal böhranının sə- bəblərini kapitalizmin əsas ziddiyyətində və bu ziddiyyət nəti- cəsində makroiqtisadi proporsiyaların pozulmasında görürdü. Ka pitalizmin əsas ziddiyyətini isə K.Marks istehsalın ictimai xa- rakteri il ə mənimsəmənin xüsusi kapitalist forması arasındakı ziddiyyət kimi vermişdir. Marksa görə böhrandan çıxmanın mü hüm yolu əsas kapitalın yeniləşməsindən ibarətdir. 1 Bax: Пол А.Самуэльсон, Вилям Д.Нордхаус. Экономика: пер. с англ. – М.: «БИНОМ», «Лаборатория базовых Знаний », 1997, с.639. 2 Bax: Con Meynard Keyns. M əşğulluq, mənfəət və pulun ümumi n əzəriyyəsi. Qanun, 2001, s.20. Pulun diktaturası
392 XX əsrdə iqtisadi böhranların məzmununda əmələ gələn dəyişikliklər iqtisadi böhran nəzəriyyəsində də əksini tapmışdır. Mo netar sektorun inkişafı, dövlət – bazar iqtisadiyyatı əlaqəsi- nin dəyişməsi (iqtisadiyyatın liberallaşma dərəcəsinin artması ilə dövlətin rolunun azalması) belə bir fikrin yaranmasına səbəb olmuşdur ki, böhranın səbəbi bank kreditləri və bank faiz də- rəcəsidir. Böhran dövründə bank kreditləri azalır, nəticədə faiz norması artır, bu da nağd pul kütləsinin azalmasına səbəb olur və ifrat istehsal böhranına gətirib çıxarır. C.Keynsin yazdığına görə iqtisadi tsikldə xarakterik cəhət var ki, bu da böhran adlanır. O, böhranı gözlənilməz və kəskin yüksəlmənin enmə ilə əvəz edilməsi kimi göstərir. K.F.Herman inkişafın öncül məqsədlərini ortaya atan hər bir gözlənilməz halı böhran adlandırır. Bu, fəaliyyətdə satış həc- minin
azalması, səhm kurslarının düşməsi, sosial münaqişələr və s.
kimi kəskin dəyişikliklərdir ki, onların nəticələrini ölçmək olar.
A.A.Boqdanov böhranın həlli üçün iqtisadi sistemlərin trans
formasiyaya uğrayacağını söyləyir. Ya yeni sistemdə birlə- şirlər, ya da başqa komplekslərə ayrılırlar. 1
Bu göstərilən nəzəriyyələrlə yanaşı, böhranları qeyri-iqti- sa di, məsələn, siyasi amillərlə, təbii hadisələrlə, pis idarəetmə ilə izah edən nəzəri baxışlara da rast gəlmək olar. Müasir qlobal iqtisadi böhran t əkcə professional iqtisadçı alim
lərin deyil, dünyanın görkəmli elm xadimlərinin də diqqət mərkəzində olmuşdur. Həmyerlimiz, dünya şöhrətli alim, qeyri- səlis məntiq nəzəriyyəsinin yaradıcısı Lütfi-Zadənin böhran haqqında fikirləri də maraq kəsb edir. Onun mülahizələrinə gö- rə müasir iqtisadi böhran dünyada artan, lakin kifayət qədər düzgün tənzimlənməyən qarşılıqlı asılılıqlardan törəmişdir.
1 Bax : Антикризисное управление. Теория и практика: учеб. пособие для студентов вузов, обучающихся по специальностям экономики и управления / (В.Я. Захаров и др.) ; под ред. В.Я.Захарова. – 2-е изд., перераб. и доп. – М.: ЮНИТИ – ДАНА, 2009, с.6. Pulun diktaturası
393 Buradan belə bir fikir yaranmamalıdır ki, bu görkəmli alim dünyadakı asılılıqların azaldılmasının tərəfdarıdır. Əksinə Lütfi- Zadə belə hesab edir ki, bu asılılıqların artırılması müasir dövrün tələbidir və vacibdir. Lakin onlar düzgün idarə olunmalıdır. Amerikada oğul Buşun hakimiyyəti dövründə düzgün ida rə olunmayan bu asılılıqlar əvvəlcə bu nəhəng ölkədə, sonra isə bütün dünyada böhrana səbəb olmuşdur. Böhranın nəticələri o qədər ağır olmuşdur ki, az bir vaxtda onları aradan qaldırmaq mümkün deyildir. Lakin bir həqiqət vardır ki, iqtisadi böhran iqtisadi sistem ha disəsidir. İndi artıq bazar iqtisadiyyatı sisteminin kifayət qə- dər səmərəli olmadığından geniş bəhs edilir. Dövlət tənzimlən- məsinin qeyri-səmərəli və zəif olması, dövlət mülkiyyətinin ki- fa yət qədər təsirli olmaması fikirləri də irəli sürülür. Deməli, iqtisadi böhran hadisəsini konkret səbəblərlə de- yil, daha geniş müstəvidə, yəni bir sistem hadisəsi kimi araşdır- maq lazımdır. Əlbəttə, bu da özlüyündə asan bir məsələ deyil və yeni alternativ nəzəriyyələrin yaranmasını tələb edir. İqtisadi böhranların daha tez-tez baş verməsi, onların qısa müddətdə dünya ölkələrinin əksəriyyətini bürüməsi, bu böhranların nəticələrinin daha ağır olması ondan xəbər ve rir ki, müasir iqtisad elmi problemin kökündən həllinə qa dir deyil. Deməli, bu elmin özündə, xüsusən fəlsəfi əsasla- rında dəyişikliklər etmək zərurəti yaranıb. Tarixən ənənəvi böhranlar kifayət qədər öncə görünən döv rə malik idilər, həmin böhranlar iqtisadiyyatı zəif və müflis- lərdən təmizləyir, güclülərə isə yol açırdı. İndiki vəziyyətdə keçmiş anlayışlar kifayət deyil. Çünki in- diki böhran əvvəlkilərdən radikal şəkildə fərqlənir. Bu böhran yalnız təzahür formalarına görə maliyyə böhranıdır. Əsas cəhət ondadır ki, maliyyə buludu arxasında daha dərin proseslər gizlənir. Professor Q.Kolodko doğru olaraq göstərir ki, dünya iqti- sa diyyatındakı hazırkı pozuntular maliyyə-iqtisadi böhranı ilə əlaqələndirilmir. Sarsıntılar ciddi maliyyə böhranından başladı. |
ma'muriyatiga murojaat qiling