Ekoloji LÜĞƏt a
POLİSENOZ – tərkibində çoxlu miqdarda növ olan qruplaşma (məs. tropik meşələr). POLİTSİKLİK NÖV
Download 3.98 Mb. Pdf ko'rish
|
POLİSENOZ – tərkibində çoxlu miqdarda növ olan qruplaşma (məs. tropik meşələr). POLİTSİKLİK NÖV – fərdləri ildə bir neçə dəfə artan növ. POLİURETAN – ən bərk plastmas sayılan sintetik polimer. P. insan həyatı üçün təhlükəli deyil, lakin onun istehsalı zamanı çox toksik məhsullardan, o cümlədən fosgendən (güclü zəhərli qaz COCl 2 ) istifadə olunur. POLİVİNİL XLORİD (PVX) – polietilendən sonra məişətdə ən geniş istifadə olunan sintetik polimerdir. PVX-dən boru, pəncərə çərçivəsi, jalyuzlar, döşəmə üçün qablamalar, oyuncaqlar və s. hazırlanır. Ərzaq qablamada PVX-dən istifadə olunması məsləhət görülmür. PVX-dən hazırlanmış məmulatların zibilyandıran zavodlarda yandırılması xüsusilə təhlükəlidir, çünki bu zaman onun tərkibində olan dioksinlər, hidrogen-xlorid, ağır metalların uçucu birləşmələri atmosferə atılır. PVX məmulatlarını həyətdə, bağda yandırmaq da təhlükəli sayılır. Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin PREZİDENT KİTABXANASI ────────────────────────────────────────── 359
Almaniyada PVX-dən istifadə olunması artıq dayandırılmışdır. POLİVOLTİNLİK – heyvanların (adətən cücülərin) il ərzində bir neçə nəsil vermə xüsusiyyəti (ev milçəyi, qara yonca milçəyi və s.). POYKİLOHİQROFİTLƏR (yun. poikilas - müxtəlif) – Havada- quru vəziyyətinə qədər quruyaraq həyat qabiliyyətini itirməyən və tez bir vaxtda rütubətlə doyub anabiozdan çıxmaq qabiliyyətinə malik sporlu bitkilər (yosunlar, şibyələr). POYKİLOKSEROFİTLƏR – İlin quraqlıq dövründə yarpaqlarının xeyli susuzlaşmasına davam gətirmək qabiliyyətinə malik olan ali bitkilər.
ektoterm heyvanlar, bədəninin temperaturu ətraf mühitin temperaturundan asılı olan və xarici fiziki-kimyəvi mexanizmi ilə nizamlanan heyvanlar. Onlara bütün onurğasız heyvanlar, balıqlar, suda- quruda yaşayanlar və sürünənlər aiddir.
nəticəsində yaranan antropogen landşaft tipi. POZULMUŞ TORPAQLAR – İnsanın istehsal fəaliyyəti nəticəsində torpağın təsərrüfat əhəmiyyətini itirməsi, torpaq, bitki örtüyünün hidroloji rejiminin pozulması və texnogen relyefin əmələ gəlməsi ilə əlaqədar ətraf mühitə mənfi təsir mənbəyi sayılır. POLİSENOTİK POPULYASİYA – Bir biosenozdan başqasına aktiv yerdəyişən (hərəkət edən) heyvan populyasiyası. Məs. dırnaqlı heyvanlar, yırtıcılar, köçəri quşlar, köçəri heyvanlar.
müəyyən ərazidə yerləşən, bir-birilə və başqaları ilə qarşılıqlı əlaqə şəra- itində uzun müddət sayını tənzim edə bilən hər hansı növün fərdlər qrupu; uyğunlaşma xarakterli struktur və həyat ritminə malikdir. Növlər çoxlu populyasiyadan ibarətdir. Ev heyvanlarının ayrı-ayrı qruplarının (cins, sürü) və mədəni bitkilərin (sort, klon, xətt) də P.-sı vardır. P.-nın mühüm xüsusiyyəti fərdlərlə tənzim olunmasıdır. P. daxilində ərazi və qida əlaqəsinə nisbətən çoxalma əlaqəsi daha güclüdür. Fərdlərin genetik morfofizioloji və etoloji cəhətdən müxtəlif keyfiyyətli olması P.-da davamlı struktur yaradır. P.-ya daxil olan fərdlərin sayı çox dəyişə bildiyi üçün onun strukturu dinamikdir. Buna görə də P.-nın tutduğu
Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin PREZİDENT KİTABXANASI ────────────────────────────────────────── 360
sahənin sərhədlərini müəyyən etmək çətin olur. Konkret şəraitdə P.-nın ən çox əlverişli sayına onun homeostazı deyilir. P. öz sıxlığını tənzimləməklə növün nəslini qoruyub saxlayır. P-lar sayına və strukturuna təsir göstərərək biogeosenozun dinamikasına səbəb amilə çevrilir. Beləliklə, ayrı-ayrı fərdlərin mühitə uyğunlaşma qabiliyyətinə nisbətən P.-nın uyğunlaşma imkanı genişdir. Özündə çoxlu P. birləşdirən növün uyğunlaşma imkanı isə daha çoxdur. POPULYASİYA AREALI – populyasiya yayılan ərazi (akvatoriya). Növün biologiyasından və mövsümdən asılı olaraq P.a. dəyişir-genişlənir və ya daralır. P.a. miqrasiya zamanı xeyli genişlənir.
populyasiyanın artımı: ΔN/Δt. Burada N populyasiyanın ölçüsü (sayı), t – vaxt.
POPULYASİYA BİOLOGİYASI – ümumi biologiyanın bölməsi: populyasiyaların kompleks öyrənilməsi ilə məşğul olur (ümumi bioloji, demoqrafik, ekoloji, genetik və s. nöqteyi nəzərindən).
(1928) tərəfindən təklif olunmuşdur, populyasiya fərdlərinin biotik və abiotik mühitin müxtəlif faktorlarının təsiri altında sayının dəyişməsini göstərir. S.S.Çetverikova (1909) görə «həyat dalğaları”» adlanır. P.d. bütün növlər üçün səciyyəvidir və müəyyən təkamül əhəmiyyəti kəsb edir, belə ki, hər hansı bir populyasiyanın sayının kəskin azalması zamanı onlardan canlı qalan fərdlər özlərini nadir genotip kimi göstərə bilər. Sonralar həmin populyasiyanın sayının bərpa olunması sağ qalan fərdlərin hesabına gedir, bu isə genin, deməli genefondun sıxlığının dəyişməsinə səbəb olur. POPULYASİYA GENETİKASI – genetikanın təbii populyasiyaların genetik tərkibini, genetik dinamikasını öyrənən bölməsi. POPULYASİYA PARTLAYIŞI – Hər hansı bir növün fərdlərinin sayının (sıxlığının) qəflətən kəskin artması və qarşısının alınması mümkün olmaması. Bir çox növlər üçün (gəmiricilər, cücülər) P.p. növün dalğavari xarakter daşıya bilər. P.p. növün introduksiyası zamanı da baş verə bilər (məs. Avstraliyada kroliklərin, SNQ dövlətləri
Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin PREZİDENT KİTABXANASI ────────────────────────────────────────── 361
ərazisində amerika ağcaqayınının, Azərbaycanda yenotun artması). POPULYASİYA SİSTEMATİKASI – sistematikanın bölməsi: bir növə aid olan populyasiyaları və onların müqayisəsini öyrənir. P.s.-nın nəzəri nöqtəyincə təbiətdə bütün orqanizmlər bu və ya digər populyasiyaların nümayəndələridir. POPULYASİYANIN ARTIMI – müəyyən vaxt müddətinin başlanğıcı və sonunda populyasiyanın ölçüləri arasındakı fərq: bu fərq müsbət və mənfi ola bilər.
şəraitində populyasiyanın itkiyə müqavimət göstərməsi qabiliyyəti. POPULYASİYANIN BÜTÖVLÜK (TAMLIQ) NƏZƏRİYYƏSİ –Y.Odumun (1975) nəzəriyyəsi olub ona görə populyasiya real bioloji vahid olub müəyyən bioloji konstanta və müəyyən dəyişmə səddinə malikdir. POPULYASİYANIN DEMOQRAFİK STRUKTURU – populyasiyanın hər növ üçün spesifik genetik strukturu. P.d.s.-a yaş və cins strukturu daxildir. Yaş strukturu həm doğum, həm də ölümə təsir göstərir. POPULYASİYANIN İDARƏ OLUNMASI – populyasiyanın tərkibindən sayına, morfoloji və davranış əlamətlərinə görə arzu olunmaz fərdlərin kənar edilməsi yolu ilə sayının, cinsi və yaş tərkibinin süni nizamlanması. POPULYASİYANIN İNTEQRASİYASI – qida, sahə və digər qarşılıqlı əlaqələrinin sıx bağlılığı əsasında populyasiyaların vahid ekosistemdə birləşməsi.
uyğun populyasiyanın ölçüsünün (sayının) bərpa olunması cəhdi. POPULYASİYANIN SABİTLİYİ – populyasiyanın öz tərkibini (sayını) daim saxlamağa cəhd etməsi. POPULYASİYANIN SAYI – Hər bir vaxt anında bir populyasiyaya aid olan orqanizmlərin sayı. POPULYASİYANIN SAYININ TƏNZİMLƏNMƏSİ – populyasiyanın böyüməsinin ləngidilməsi və ya sayının azaldılması üzrə tədbirlər. POPULYASİYANIN SAYININ TƏRƏDDÜDÜ – abiotik Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin PREZİDENT KİTABXANASI ────────────────────────────────────────── 362
faktorların təsirilə, həmçinin immiqrasiya və ya emiqrasiya prosesində vaxta görə populyasiyanın sayının tərəddüdü (dəyişməsi).
populyasiya fərdlərinin (və ya biokütləsinin) sayı. P.s. ətraf mühitin faktorlarından, yaxud mühitin həcmindən asılıdır.
müddətində və ya nəsildən-nəslə populyasiyanın məskunlaşma sıxlığının tərəddüdü (dəyişməsi).
bərabər olduqda və populyasiyanın sıxlığı daim eyni səviyyədə olarkən populyasiyanın inkişaf fazası. P.s.v. ətraf mühitin optimal şəraitində (abiotik faktorların, parazitlərin, xəstəliyin, emiqrasiyanın kəsgin tərəddüdü olmadıqda) mümkündür.
xarakteri, həmçinin cinsiyyət, yaş və digər morfoloji, fizioloji xassələrinə görə yayılması. İerarxiya P.s.-na görə (Naumov, 1963) coğrafi, lokal (yerli və ekoloji), elementar (mikropopulyasiya) populyasiyalar ayrılır. Demoqrafik P.s.-da yaş və cinsiyyət tərkibi izah edilir.
POTENSİAL AREAL – Növün həyatilik imkanlarına uyğun ekoloji şərait olan ərazi. POTENSİAL MÜNBİT SÜXURLAR – bitkinin inkişafı üçün əlverişli fiziki, kimyəvi və məhdud da olsa aqrokimyəvi xassələrə malik olan dağ süxurları. Adətən bunlar IV dövr (löss və lösəbənzər zoogen əhəng) çöküntü süxurlardan (absidian, seolit, balıqqulaqlı əhəng) və vulkan küllərindən ibarət olur.
(yaşayan) su orqanizmlərinin məcmusu. POTOMOBİOLOGİYA – çaylarda həyatı öyrənən təlim. POTOMOFİLLƏR – bax: reofillər. POTOMODROM BALIQLAR – su axınının (çayın) bir zonasından digərinə miqrasiya edən (məs. yuxarıdan aşağıya) balıqlar (şirbit durnabalığı və s.).
kimyəvi və bioloji hadisələri öyrənir. “P”. terminini alman coğrafiyaşünası A.Penk (1898) təklif etmişdir.
Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin PREZİDENT KİTABXANASI ────────────────────────────────────────── 363
POTOMOPLANKTON, ÇAY PLANKTONU – çaylarda və digər təmiz axar sularda yaşayan və axarla passiv aparılan (axıdılan) orqanizmlərin məcmusu. P. növ cəhətdən kasatdır (xüsusilə çayların yuxarı hissəsində axın sürətli olduğundan). Fitopotomplankton adətən diatom, dinofit, göy-yaşıl yosunlardan, zoopotomoplankton – kolovratkam, kolepodam, kladoseram və s.-dən ibarətdir. PÖHRƏDƏN TÖRƏYƏN MEŞƏ – kötük pöhrələrindən əmələ gələn vegetativ ağaclıq. PREVALİDLƏR (pre... və lat. validus - güclü) – biosenozun xassələrini müəyyənləşdirən əsas, daimi növlər (məs., çim əmələgətirən taxıl otları). Termini Q.N.Vısotski (1915) təklif etmişdir.
yarpaqlamadan əvvəl çiçək açan bitkilər (fındıq, zoğal, qızılağac və s.). PRODUSENTLƏR (lat. producenc – yaradan, quran) – Sadə qeyri üzvi maddələrdən üzvi maddə hasil edən orqanizmlər (avtotrof və xemotrof orqanizmlər).
canlı orqanizm və ekosistemlərə zəhərlərin zərərli təsirinin potensial təhlükəsinin qarşısını almaq metodlarının hazırlanması.
istiqamətli hərəkəti. PROFUNDAL (lat. profundus - dərin) – göl, dəniz və okeanların günəş işığı düşməyən və dalğa hərəkəti nəzərə çarpmayan dərin hissəsi. P. daxilində su hövzəsinin dibi lillə örtülü olur: dib bitkilərinə rast gəlinir: bakteriya və göbələklərlə zəngin olduğu üçün onların həyat fəaliyyəti nəticəsində metan, hidrogensulfid toplanır: oksigen defisiti başlayır; bəzən dəmir filizi əmələ gəlir. PROGEOTROPİZM – qravitasiyanın gücü altında və ona tərəf bitki orqanlarının hərəkəti. PROKLİMAKS – daha soyuq və quru iqlimə uyğun olan relikt klimaks, yerli ekoloji şərait daxilində qalmışdır. Termini F.Klements (1936) təklif etmişdir.
Elmi qabaqcadan görmə, və ya hadisələrin, o cümlədən təbiət hadisələrinin inkişaf perspektivinin tədqiqi. Məs. insanın bu və ya digər təsirilə xarici mühitin və ekosistemin dəyişilmə proqnozu; meteoroloji və hidroloji rejimlərin, biçənəklərin, otlaqların və s.-nin məhsuldarlığının dəyişilmə proqnozu. PROQRESSİV VƏ REQRESSİV İNKİŞAFIN ƏLAMƏTLƏRİ – Ekosistemin inkişafını, o cümlədən ekosistemin demutasiyasını təsdiq Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin PREZİDENT KİTABXANASI ────────────────────────────────────────── 364
edən əlamətlər, onların əksi ekosistemin reqressiyasını göstərir: – ekosistemin və onun biosenozunun, ümumi strukturunun mürəkkəbləşməsi: – onlarda biokütlə və ölükütlənin, energiya ehtiyatının cəminin artması; – fitosenozun məhsulunun səviyyəsinin biosenozdakı tənəffüs səviyyəsinə nisbəti vahidə yaxınlaşır; – ekosistemdə məhsulun, onun ehtiyatına nisbətinin azalması; – xarici mühitin səthindən və ehtiyatlarından maksimum istifadə; – xarici mühitin biosenoloji mühitə güclü çevrilməsi; – senobiontların biosenoloji mühitə adaptasiya olunmasının güclənməsi; – daxili sistem maddələr mübadiləsinin rolunun çoxalması; – populyasiya, biosenoz və ekosistemin davamlılığının artması.
yamaclarından aşınma məhsullarının müvəqqəti su axınları vasitəsi ilə gətirilən və dağın ətəyi boyunca yığılan kövrək çöküntülər. Gətirmə konusları yaradır. PROPOLİS – arı yapışqanı – arıların bitkilərin tər tumurcuqlarından hasil etdikləri və səbətin (pətəyin) ağzına yığdıqları yaşılımtıl sarı və ya qonur rəngli yumşaq qətranlı yapışqanlı maddə.
(Sukaçov, 1917), pioner senozu (Ramenski, 1938), qruplaşma (Alyoxin, 1938), koloniya (Şaxov, 1946), prosenoz və yalançı fitosenoz (Neuhasl, 1963) – orqanizmlərin birgə məskunlaşmasının qeyri sabit davamsız forması, biosenozun təşəkkül və ya sönmə fazası. Prosenozun başlanğıc mərhələsi üçün aşağıdakılar adi haldır: növlərin təsadüfən yığımı, onların diasporları külək, su və digər amillərlə asanlıqla aparılır; tez inkişaf edən, tez və bol meyvə (toxum) verən (xüsusilə bir-ikillik) və vegetativ çoxalan bitkilər; ekotopun tam tutulması; ilbəil güclü dəyişmə. Tərkibinə görə prosenozlar bir neçə qrupa bölünə bilər. 1. Prosenozlar- kaloniyalar adətən bir ekobiomorfun bir və ya bir neçə növünün məskunlaşması. Onların populyasiyalarının sayı hər il kəskin dəyişir, biosenoloji mühit əmələ gəlmir. 2. Prosenozlar- qruplaşmalar – tərkibi xeyli müxtəlifdir, bir və bir neçə ekobiomorfa aiddir.
alınmış mürəkkəb zülallar. PROTEİN – Sadə zülallar, yalnız amin turşularından ibarətdir. PROTEROZOY ERASI – proterozoy arxey erasından sonra, vaxt Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin PREZİDENT KİTABXANASI ────────────────────────────────────────── 365
etibarilə çox uzun (2000 milyon ildən artıq) çəkən era. P.e-nın çöküntülərində yalnız ibtidai yosun və bakteriya qalıqlarına təsadüf olunur.
PROTİSTOLOGİYA, protozoologiya (yun. protistos – ən birinci) – ibtidailər haqqında elm. Zoologiyanın bölməsidir. Təsvir edilmiş 15 mindən çox ibtidai növünün 3500-ə qədəri insan və heyvanların paraziti olub ağır xəstəliklərin törədicisidir. Azərbaycan MEA Zoologiya İnstitutunun P. laboratoriyası bu elmin əsas mərkəzlərindən biridir.
bölməsi: bakteriyadan kiçik olanların həyat formasını öyrənir. PROTOBİOSENOZLAR – bakteriya və yosunlardan ibarət olan ilk, primitiv (mürəkkəb olmayan) biosenozlar. Yerdə həyatın inkişafının ilk mərhələlərində mövcud olmuşdur. V.İ.Vernadskiyə görə P. Yer üzərində həyatın (biosferin) başlanğıcıdır. PROTOLOGİYA – çəmənləri öyrənən kompleks elm. Təbii və səpin aparılan çəmənlərdə yemin nəzəri əsasları və istehsalının texnologiyası işlənib hazırlanır.
yarımmaye kütləsi formasında olub zülallardan ibarətdir. PROTOTROFLAR – zülal parçalaya bilməyən mikroorqanizmlər: ətraf mühitdə yerləşən, özünü qeyri-üzvi maddələrin oksidləşməsi hesabına maddə və enerji ilə təmin edən mikroorqanizmlər (məs. kükürd, dəmir bakteriyaları). Termini alman alimi A.Fişer təklif etmişdir.
orqanizmləri-ibtidailəri öyrənir. PROYEKTİV ÖRTMƏ – Torpaq səthində bitkinin proyeksiyası. Bitkinin yerləşmə xarakteri, bitkinin sahədən istifadə dərəcəsi, bitkilərin sayı və s. haqda fikir söyləməyə imkan yaradır. Aşağıdakı P.Ö. ayrılır: torpağın bütün bitkilərlə ümumi örtülməsi, bir yarusun bitki ilə örtülməsi (yarus örtülməsi), bir bitki növünün örtmə dərəcəsi, fərdi örtmə dərəcəsi (fərdin sahəsi), həqiqi örtmə (kök boğazında bitkinin örtmə dərəcəsi). P.ö. təcrübə sahələri metodu ilə, şəkilçəkmə və s. ilə təyin edilir. P.ö. faizlə ifadə olunur. PSAMMOBİONTLAR – qumlu qruntlarda yaşayan orqanizmlər. PSAMMOFİLLƏR (yun. psammos - qum) – Qum səhralarının heyvanları, yaşama şəraiti ilə əlaqədar xarakterik xüsusiyyətlərə malikdir: tez hərəkət etmə, quma tez girmə (batma) qabiliyyəti, çox hissəsi psammokserofillərdir. PSAMMOFİTLƏR – qumluqlar, xüsusilə qum səhralarına Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin PREZİDENT KİTABXANASI ────────────────────────────────────────── 366
uyğunlaşan bitkilər. Bir sıra özünəməxsus xüsusiyyətlərə malikdirlər: qumla örtülməyən qabarıq və cod tüklü meyvələri, kök bicləri əmələ gətirən uzun yan kökləri və s. Psammohiqromezofit, psammomezofit, psammokseromezofit və psammokserofit növləri ola bilər.
dəninə təsadüfən düşməsi, orada az müddətdə yaşaması və qidalanması. Məs., adi ət, otaq və digər milçəklərin sürfələri təsadüfən insan və ya heyvan bağırsağına düşərək orada müvəqqəti yaşayır. PSEVDOPOPULYASİYA – sərbəst olaraq tamamilə özünü yenidən əmələ gətirmək qabiliyyəti olmayan populyasiya, orqanizmin daxil olması bütövlüklə kənardan asılıdır.
mühafizəedici və xəbərdarlıq rəngli orqanları ilə özünü zərərsiz orqanizmlərə bənzətmə (oxşatma).
(ruhi əhvalına) təsirini tədqiq edən kompleks elmi fənn. PSİXOFİLLƏR (yun. psychros - soyuq) – soyuqsevən orqanizmlər. PSİXOLOJİ MÜHAFİZƏ – əmək prosesində psixoloji amillərin zərərli təsirindən mühafizə sistemi. PSİXROFİTLƏR – Aşağı (alçaq) termofilliyə malik olan bitkilər. Vegetasiya dövründə 0-10 °C orta dekada (ongünlük) temperaturunu üstün tutur. Rütubətlə təmin olunmasına və quraqlığa münasibətinə görə xionofitlər, psixrohiqrofitlər, psixrohiqromezofitlər, psixromezofitlər, psixro-kseromezofitlərə ayrılır. PSİXOZOY ERASI (yun. psyche – qəlb və zoe - həyat) – planetar proseslərdə kimyəvi elementlərin mübadiləsində aktiv insan fəaliyyəti üstünlük edən yeni geoloji epoxanın adlandırılmasında V.İ.Vernadski (1924) psixozoy erası terminini təklif etmişdir. PÜSKÜRMƏ SÜXURLAR – bax. maqmatik süxurlar.
Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin PREZİDENT KİTABXANASI ────────────────────────────────────────── 367
R RADİASİYA – günəş, kosmik fəza və radioaktiv maddələrdən gələn şüa –axınları və ya elementar hissəciklər. Orqanizm üçün günəşin enerji şüalanması, məs: ultrabənövşəyi (qısadalğalı) şüalar daha təhlükəlidir, lakin belə kosmik və Günəş şüaları Yerin radiasiya zonası (planetin maqnit sahəsi) və stratosferin ozon təbəqəsi tərəfindən tutulur, ona görə də ziyan yetirmir. Texnogen mənşəli radioaktiv maddələr su, qida, hava vasitəsilə insan bədəninə daha böyük zərər yetirə bilər. Bu şüalar hüceyrələrə düşdükdə onu daxildən parçalayır, normal işini pozur, şüanın dozasından asılı olaraq axır xəstəliklə, hətta ölümlə nəticələnə bilər.
Download 3.98 Mb. Do'stlaringiz bilan baham: |
ma'muriyatiga murojaat qiling