Ekoloji LÜĞƏt a
Download 3.98 Mb. Pdf ko'rish
|
PARTENOKARPİYA (yun. pathenos - bakirə) – mayalanma
getmədən bitkilərdə meyvə əmələ gəlməsi. Belə meyvələr, adətən toxumsuz və rüşeymsiz toxumludur. P. bir çox becərilən bitkilərdə (üzüm, alma, armud, qabaq, xiyar, pamidor və s.) məlumdur. Toxumsuz meyvələr əmələ gətirən bitkilər yalnız vegetativ yolla çoxalır.
külli miqdarda istilik ayıran və çoxlu qaz əmələ gətirən kimyəvi birləşmələr və ya müxtəlif maddələrin qarışığı. Başlıca P.m. aromatik karbohidrogenlərin nitrobirləşmələri və onların törəmələri (trinitrotoluol, tetril), nitrat turşusunun duzları və çoxatomlu spirtlərlə əmələ gətirdiyi efirlər, azidlər, guruldayıcı turşular, onların duzları, piroksilin və s.-dir. P.m., əsasən hərbi işdə, tikinti də, mədən
Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin PREZİDENT KİTABXANASI ────────────────────────────────────────── 350
sənayesində işlədilir. PAS XƏSTƏLİYİ – bir çox bitkilərdə pas göbələklərinin geniş yayılmış, zərərverici xəstəliyi. Taxıllar, texniki, dekorativ bitkilər və müxtəlif yabanı otlar P.x.-nə tutulur. P.x. meyvə və toxumların keyfiy- yətini aşağı salır. Azərbaycanda P.x. buğda, günəbaxan, yonca, lobya, qərənfil və s.-də geniş yayılmışdır.
gərginlik vahidi; Pa və Ra ilə işarə olunur. P. 1 H qüvvənin 1 m 2 səthə
göstərdiyi təzyiqdir. 1 Pa = 1 N/m 2 = 10 H/sm 2 = 0,102 kq/m 2 = 10 bar = 7,50 mm c. süt = 0,102 mm su süt. B.Paskalın şərəfinə adlandırılmışdır. PASSAT AXINI – tropik və ekvator enliklərində Dünya okeanının üfiqi səthi axını. PASTERİZASİYA – yeyinti məhsulları və mayelərin 60-90 ° temperaturda bir neçə saniyədən 30 dəq-dək qızdırılması. İlk dəfə L.Paster təklif etmişdir. P-da spor əmələ gətirməyən bakteriyalar və fermentlər tələf olsa da, sporlu bakteriyalar salamat qalır. Yeyinti məhsullarının saxlanma müddətini uzatmaq və sporlu bakteriyaları tələf etmək üçün məhsul 24 saatlıq fasilə ilə 2-3 dəfə P. edilir və hər dəfə soyudulur.
otlağın vəziyyətinin pisləşməsi. Bu zaman torpaq quru olur, onun tərkibində üzvi maddələrin miqdarı azalır, otlağın bitki örtüyü kasıblaşır, kserofil xarakter alır. PATİYENTLƏR – Özünün dözümlülüyünə görə yaşayış uğrunda mübarizədə qalib gələn bitkilər (Ramenski, 1938). P-ə bir çox dominantlar, xüsusən ekstremal şəraitdə yaşayan dominantlar aiddir.
agentlərlə doyaraq parazitar şəbəkə yaradan biosenoz. Termin Y.N.Pavlovskiyə (1946) aiddir.
törədən mikroblar. PATOGENLİK – Canlının (adətən mikroorqanizmlərin) digər canlıda xəstəlik törətmək qabiliyyəti. PATOLOGİYA – İnsan və heyvan orqanizmində xəstəliklərin ayrı- Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin PREZİDENT KİTABXANASI ────────────────────────────────────────── 351
ayrı patoloji proseslərin əmələ gəlməsini, gedişinin nəticəsini və əmələgəlmə qanunauyğunluğunu öyrənən kompleks elm.
çətirlərinin birləşməsinə baxmayaraq iri ölçülərinə və geniş kök sisteminin olması sayəsində qruplaşmalarda olan dominantlar. Məs. saqqız ağacı (Sultanbud meşəsində), yarımsavannalarda püstə ağacı. PAYIZLIQ BİTKİLƏR – birillik kənd təsərrüfatı bitkiləri: payızda səpilir və sonrakı il məhsul verir. P.b. qrupuna payızlıq buğda, çovdar, arpa, payızlıq paxla, payızlıq çölnoxudu və s. daxildir. Dünya əkinçiliyində (Avropa və ABŞ-da) əsas taxıl bitkisi olan payızlıq buğda daha çox yayılmışdır. Azərbaycanda payızlıq buğda və arpa becərilir.
örtüyünün xüsusiyətləri və onun atmosferlə termik mübadiləsindən asılıdır.
torpaqəmələgətirən süxur və aşınma qatı (canlı orqanizmlərin yaşayış mühiti hesab olunan qat): Yerin torpaqəmələgəlmə prosesi gedən qatı: 2) Litosfer, hidrosfer və Yerin canlı qabığının bir-birilə əlaqəli olan zonası: 3) Yerin torpaq örtüyü.
– İrimolekullu polisaxaridlər; quruda yayılmış bitkilərdə və bir sıra yosunlarda həll olmuş formada olur. Kimyəvi tərkibinə görə P.m. qalakturon turşusunun polimerləridir. P.m-nə neytral monosaxaridlər də (qalaktoza, ramnoza, arabinoza, ksiloza) daxildir. Meyvə yetişdikdə pektolitik fermetlərin təsiri ilə P.m.-nin miqdarının və keyfiyyətinin dəyişməsi nəticəsində yumşalır. PELAQOFİTLƏR (yun. pelagos - dəniz) – dəniz və okeanlarda məskunlaşan bitkilər. PELOFAQLAR – lil və qruntla qidalanan orqanizmlər. PELOFİLLƏR (yun. pelos -lil) – lilli substratı üstün tutan orqanizmlər: bakteriya, yosun növləri, oliqoxet, malyusklar və s. PELOFOBLAR – lilli qruntlarda yaşamayan hidrobiontlar. PELOGEN QAT – su hövzələrində lilin səthində yerləşən ölü Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin PREZİDENT KİTABXANASI ────────────────────────────────────────── 352
orqanizmlərdən və üzvi hissəciklərdən ibarət təbəqə. Saprofit orqanizmlər (bakteriya, göbələk, qurdlar, həşəratların sürfələri və s.) məskunlaşır. PENEKLİMAKS (yun. penia - kasatlıq) – insan fəaliyyətinin təsirilə kasatlaşma nəticəsində əmələ gələn stabil qruplaşmalar. PERİFİTON (yun. peri - yanında) – su altında canlı və cansız substratlarda məskunlaşan orqanizm qruplaşmaları. Termini A.L. Bin- ninq (1929) irəli sürmüşdür.
axırıncı dövrü. Perm dövrü 285 milyon il bundan qabaq başlamış və 55 milyon il davam etmişdir.
donuşluqdakı torpaq. Məs. Sibirdə donmuş torpaq qatı bir neçə yüz metrə çatır. P.-da çox qısa qütb yay dövründə mamır, şibyə və seyrək otlar bitir. PERTİNENSİYA (lat. pertinea təsir etmək) – bitkilərin, onların populyasiya və qruplaşmalarının özünün və qonşuluqdakı fitosenozların torpağına, havasının işıq balansına, torpaq-qruntunun su rejiminə və s. təsiri.
PERTURBASİYA (lat. perturbatio - pozulma) (biosenozda) – bir növün kütləvi çoxalması nəticəsində biosenozda mənfi dəyişikliklərin yaranması.
orqanizmin (populyasiyanın) fəaliyyətinin məhv olması baş verən dəyişmə diapozon sahəsi (optimumdan kənarda).
birləşməsi və ya transformasiyasının toksik məhsulları. PESTİSİDİN YOXA ÇIXMASI (İTMƏSİ) – inaktivasiya, miqrasiya, yuyulma, uçma, təbəxür və başqa proseslər nəticəsində ətraf mühitdən pestisidin kənarlaşdırılması.
xəstəliklərinə, alağa, taxıla və taxıl məhsullarına, oduncağa, pambıq məmulatları, yun, dəri, həmçinin insan və heyvanlarda təhlükəli xəstəlik yayanlara qarşı mübarizədə istifadə edilən kimyəvi maddələr. P. aşağıdakı əsas siniflərə bölünür: akarisidlər-gənələrlə mübarizədə
Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin PREZİDENT KİTABXANASI ────────────────────────────────────────── 353
istifadə edilən maddələr; antifidinqlər-cücüləri onların qidalandığı şeydən qorxub çəkindirən maddələr; insektisidlər-zərərli cücüləri məhv edən maddələr; herbisidlər – alaq bitkilərinə qarşı mübarizədə istifadə edilən preparatlar; zoosidlər – zərərli onurğalı heyvanları məhv edən zəhərlər; bakterisidlər, virusosidlər, funkisidlər-bitkilərdə viruslu və göbələk xəstəlikləri ilə mübarizə aparmaq üçün istifadə edilən maddələr; nematosidlər – bitkilərdə nematod xəstəliyinin törədicisi olan girdə qurdları məhv edən preparatlar; molyuskosidlər-zərərli ilbizləri məhv edən maddələr. P-lə işləyərkən fərdi mühafizə vasitələrindən (xüsusi geyim və ayaqqabılar, respirator, əleyhqaz, qoruyucu gözlüklər və s.- dən) istifadə edilməlidir. P.-dən düzgün istifadə etmədikdə o, insana, həmçinin arıya və bitkilərin tozlanmasına kömək edən başqa cücülərə, balıqlara, quşlara, vəhşi heyvanlara, həmçinin bütün təbiətə mənfi təsir göstərir.
rayonda 1 ha şum sahəsinə və ya çoxillik əkinlərə, yaxud rayonun ümumi torpaq sahəsinin 1 ha-na hər il verilən pestisidlərin ümumi kütləsi. PETROBİONTLAR (yun. petros - daş) – qaya çatlarında və töküntülərdə yaşayan orqanizmlər. PETROFİLLƏR –qayalıq və daşlı substratı üstün tutan orqanizmlər. Məs., bəzi kəpənəklər, torpaq malyuskları. PETROFİTLƏR – Qayalıq və daşlı töküntülərin bitkiləri. Bax: litofitlər. PETROQRAFİYA – süxurlar haqqında elm. Onların mineroloji və kimyəvi tərkibini, quruluşunu, teksturunu, yatım şəraitini, yayılma qanunauyğunluqlarını, Yer qabığında və səthində əmələ gəlməsi və dəyişilməsini öyrənir. PEŞƏ (SƏNƏT) TƏSİRİ – zərərli maddələrin istehsalı və istifadəsi prosesində təsiri. P.t. iş zonasında havanın çirklənməsi zamanı yüksək olur.
(sidik) və döşənəkdən ibarət üzvi birləşmə. P. gübrə kimi hələ qədimdən məlumdur. P. bitkilər tərəfindən üzvi maddələrin sintezini qüvvətləndirən CO 2 mənbəyidir. Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin PREZİDENT KİTABXANASI ────────────────────────────────────────── 354
PƏRDƏLİQANADLILAR, zərqanadlılar (Humenoptera) – cücülər dəstəsi. Bədəninin uzunluğu 0,2 mm-dən 6 sm-dək olur. Müasir faunada 100 mindən çox, Azərbaycanda 1500-dək növü vardır. İnsan həyatında rolu böyükdür. P. çiçək tozcuğu ilə qidalanaraq bitkiləri tozlandırmaqla, kənd təsərrüfatı və meşə təsərrüfatı zərərvericilərini tələf etməkdə əhəmiyyətlidir. Bir çox növü bioloji mübarizədə istifadə edilir. Bu dəstəyə mənsub bal arısı bal, mum və vərəmum kimi qiymətli məhsullar verir. PİQMENTLƏR (lat. pigmentum - rəng) (kimyada) – Plastik kütlə, rezin, kağız və s.-nin boyadılmasında, poliqrafiya və rəngsaz boyaların hazırlanmasında işlədilən müxtəlif rəngli narın tozlar.
daxil olan rəngli maddələr. P.-in mühüm və müxtəlif rolu var. Ən geniş yayılan P.-porfirinlər və karotinoidlər və onların oksidləşmiş törəmələri sarı, narıncı, yaxud qırmızı rəngli P.-dir. Bunlar yaşıl bitkilərin, həmçinin yosunların, göbələklərin, bakteriyaların tərkibində olur. Göy- yaşıl və qırmızı yosunlarda köməkçi fotosintez P.-i var. Heyvanların görmə orqanlarında görmə piqmenti var. Piqment sistemi orqanizmdə xarici mühitin işıq şəraitini maddələr mübadiləsi ilə əlaqələndirən bir halqadır. Ən mühüm funksiyası bitkilərdə fotosintez, heyvanlarda isə görmə prosesində iştirak edir. İnsan orqanizmində piqmentin hər hansı pozğunluğu müxtəlif mübadilə məhsullarının toplanmasından və bəzi xəstəliklərdən baş verir. PİONER NÖV – həyat (canlı) olmayan sahələri ilk dəfə sərbəst tutan və ilk sukssesiyada iştirak edən növ. Məs., qayalıqları ilk dəfə tutan tozağacı, quşarmudu, şamağacı: vulkan püskürəndən sonra soyumuş lavada bitkilərin, sonra isə heyvanların peyda olması. PİROFİTLƏR – yanğına qarşı dözümlü bitkilər: palıd, nəfəsotu və s.
PİROGEN DƏYİŞİLMƏLƏR (suksessiyalar) (yun. pagos (PYR) - od) – Bozqır, meşə yanğını və hər hansı yanğından sonra bitki örtüyünün bərpa olunması dəyişilmələri. PİROGEN DİSKLİMAKS – yanğınla pozulan klimaks. Yanğın mühüm ekoloji faktor kimi ağacların sıradan çıxması hesabına kolların dominantlığına səbəb olur.
Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin PREZİDENT KİTABXANASI ────────────────────────────────────────── 355
PİROGEN KLİMAKSI – dövri olaraq yanğın baş verən sahələrdə adaptasiya olunan ekosistemin tərkibcə sadə heyvanat aləmi və bitki orqanizminə malik klimaksı. P. k. yanğın hadisəsi ilə nəzarət olunur.
hadisəsindən sonra baş verən katastrofik suksessiya. PİROLİZ – havasız şəraitdə, 400-dən 700 0 C-yə qədər temperaturda bərk tullantıların, ilk növbədə məişət zibillərinin termik parçalama yolu ilə işlənməsi. Piroliz zamanı isti qaz – şvelqaz (tərkibində çoxlu miqdarda metan olan) ayrılır, ondan enerji mənbəyi kimi istifadə etmək olar: piroliz məişət tullantılarını zibilyandıran zavodlarda olduğundan daha tam işlənməsinə imkan verir. Bu zaman atmosferə təhlükəli qazlar az atılır, onların külü də az qalır. PİTOMNİK – bitki şitilləri, tingləri (tinglik) və heyvan artıran təsərrüfat. PLANETAR METABOLİZM – xarici və dərin geosistemlər arasındakı maddələr və enerji mübadiləsi. Yerin biokimyəvi proseslər gedən silikat qabığındakı səthi (xarici) metabolizm də P.m.-adlanır. Konsepsiya V.M.Qoldşmidt (1922) tərəfindən işlənmişdir. PLANETİN TORPAQ FONDU – müasir texnika səviyyəsində yer kürəsində təsərrüfatda istifadə oluna biləcək torpaqların sahəsi 134 mln. km 2
şumlanan sahə 1,5 mlrd.ha, yəni qurunun potensial istifadəsi üçün yararlı sahəsinin 10%-nə bərabərdir. Çəmən və otlaqlar 3 mlrd.ha (22,3%) təşkil edir.
şüaları ilə işıqlanan böyük göy cisimləri. 9 böyük planet, təqribən 2300 kiçik planet məlumdur.
tutan hidrobiontlar. PLANKTONOFİTLƏR – bax fitoplankton. PLANKTON (yun. planktos - azan) – Su qatlarında passiv həyat keçirən və suyun axımına müqavimət gösətərə bilməyən orqanizmlər. P.-da bitkilər fitoplankton (o cümlədən bakterioplankton) və heyvanlar – zooplankton yaşayır. P.-dakı orqanizmlərin ölçüsü bir neçə mkm-dən bir neçə m-dək olur. Bir çox su heyvanları üçün yemdir. Böyük ehtiyatlara
Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin PREZİDENT KİTABXANASI ────────────────────────────────────────── 356
malik dəniz P-.undan istifadə məsələsi perspektivlidir. PLANKTONOFAQ, PLANKTOFAQ – planktonlarla qidalanan orqanizm (bəzi qurdlar, molyusklar, balıqların çoxu, məməlilərdən boz kit, kaşalot və b.).
bölməsi. PLANTAJ, PLANTAJ ŞUMU – torpaq qatını tam çevirməklə 50- 70 sm və daha çox dərinlikdə aparılan şumlama. PLANTASİYA (lat. plantatio – bitki əkmək) – 1) iri əkinçilik təsərrüfatı: tropik ölkələrdə və subtropik zona ölkələrində ixrac olunan ərzaq və texniki bitkilər (şəkər qamışı, kofe, çay, düyü, banan, ananas, tütün, pambıq və s.) becərmək üçün təşkil olunur. 2) xüsusi kənd təsərrüfatı bitkiləri əkilmiş torpaq sahəsi (məs., çay P.-sı və s.).
horizontu (quruda 25-30 m qalınlığında, hidrosferdə – təxm. 200 m dərinliyində).
suda, bir hissəsi isə suyun səthində olan hidrobiontların məcmusu. P- nun azad üzvi nümayəndələri külək tərəfindən qarışdırılır: dənizlərdə külli miqdarda yosunlar bu cür həyat tərzi keçirir. PLUTONİUM – təbiətdə rast gəlinməyən olduqca təhlükəli radioaktiv element, atom elektrik stansiyaların reaktorlarında əmələ gəlir. Radioaktiv tullantıların tərkibinə daxil olur. Hazırda AES-lərin ərazilərində və hərbi obyektlərdə dünyada 200 ton P. mövcuddur. Bu, bir çox ölkələrdə həyəcan doğurur və daim atom enerjisi üzrə Beynəlxalq agentliyin diqqət mərkəzindədir. PNEVMATORLAR – Bataqlıq bitkilərinin əlavə qaz mübadiləsi keçirmək üçün yerüstü orqanları (“tənəffüs kökləri”). PODZOL TORPAQLAR – turş torpaq tipi. Üst qatların dövri olaraq izafi rütubətləndirilməsi, torpaq profilinin yaxşı diferensiasiyası, turş reaksiya ilə əlaqədar üst qatların lildən, iki və üçvalentli metalları yuyulub illüvial qatda toplanması və silisiumla zənginləşməsi ilə səciyyələnir. P.t. Azərbaycanda kiçik sahələrdə Lənkəran, Astara rayonlarında yayılmışdır. P.t.-ın münbitliyini yüksəltmək üçün əhəngləmək, üzvi və mineral gübrələr vermək, çoxillik otlar əkmək və s.
Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin PREZİDENT KİTABXANASI ────────────────────────────────────────── 357
tədbirlərdən istifadə edilir. POLİAUKSOTROF ORQANİZM – normal böyüməsi üçün çoxlu miqdarda ekoloji faktorlara ehtiyacı olan orqanizm. POLİBİONT – mühitin bir neçə fazasında və ya aqreqat vəziyyətində (hava, su, torpaq-qrunt və s.) həyat sürmək qabiliyyəti olan orqanizm (növ).
ekosistem: 2) bir növün digərinə üstünlüyü aydın olmayan ekosistem. POLİDOMİNANTLIQ – biosenozda bir çox növlərin dominantlıq əlaməti (məs. tropik və subtropik meşə qruplaşmasında, çəmən bitki örtüyündə).
plastiklərdən biri, qida məhsullarının qablanmasında geniş istifadə olunur, lakin çox vaxt onun tərkibində toksik əlavələr ola bilər.
qidalanan, hər şeylə qidalanan yırtıcı heyvanlar və bəzi cücüyeyən bitkilər.
bir neçə fenotipin mövcudluğu. POLİXLORİDLİ BİFENİLLƏR (PXB) – xlorlu karbohidrogenlər qrupuna aid olub hazırda 300-ə qədər tipi mövcuddur. PXB-dən elektrotexniki sənayesində geniş istifadə edilərək ondan lak, boya və çoxlu sintetik materiallar alınır. 60-cı illərin sonunda PXB-də mürəkkəb ekoloji problemlərə güclü toksik xassələr (kanserogen, mutagen) aşkar edildi. POLİXORİYA – bitkinin bir neçə üsulla meyvə və toxumunu yayması qabiliyyəti. POLİXROM – çoxçiçəklilik (orqanizm). POLİKARPİKLƏR (polikarp bitkilər) – həyatı müddətində təkrarən (dəfələrlə) çiçəkləyən və meyvəverən çoxillik çiçəkli bitkilər (ağacların, kolların, çoxillik otların əksəriyyəti).
müəyyən iqlim zonasında fiziki mühitin müxtəlif olmasına baxmayaraq bütün qruplaşmaların eyni klimaksa gəldiyi fikrini real hesab etmək olmaz.
Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin PREZİDENT KİTABXANASI ────────────────────────────────────────── 358
POLİQALİN SULAR (yun. polys - çox) – tərkibində çoxlu miqdarda duz olan sular (ortaogen duzluluğundan yüksək 35-36%). POLİMORFİZM – Fizika, mineralogiya və kimyada bəzi maddələrin bir neçə formada atom kristal quruluşu ala bilməsi qabiliyyəti.
görünüşünə görə kəskin fərqlənən və keçid formaları olmayan fərdlər. Belə formalar ikidirsə, bu hadisə dimorfizm adlanır. Bir və ya müxtəlif populyasiyadan olan fərdlərin xarici görüşündəki fərqlər də P.-ə daxildir. Bir növdən olan və xarici görünüşünə görə müxtəlif poliplər və meduzalar P.-ə misaldır. POLİSAPROB SU HÖVZƏSİ – müxtəlif üzvi maddələrlə zəngin olan su hövzəsi. POLİSAPROBLAR – Üzvi maddələrlə çox çirklənmiş sularda, qapalı hövzələrdə yaşayan və bu maddələrin çürüntüsü ilə qidalanan orqanizmlər. Bu sularda zülallar, karbohidratlar, karbon qazı, hidrogensulfid və metan qazı çox, oksigen az olur. Bir çox bakteriyalar, qamçılılar, infuzorlar, yaşıl yosunlar, milçək sürfəsi P.-dır P.-ın əhəmiyyəti böyükdür. Bütün növləri kütləvi bioloji təmizləməyə səbəb olur.
Download 3.98 Mb. Do'stlaringiz bilan baham: |
ma'muriyatiga murojaat qiling