Ekoloji LÜĞƏt a
Download 3.98 Mb. Pdf ko'rish
|
- Bu sahifa navigatsiya:
- ──────────────────────────────────────────
- MƏİŞƏT TULLANTILARININ İSTİFADƏSİ
- MƏMƏLİLƏR (Mammalia)
- MƏSKUNLAŞMA SƏHRASI
- MİKOFAQLAR
- MİKORİZA (yun. mukes – göbələk və rhiza - kök)
- MİKOZLAR (yun. mukes - göbələk)
- MİKROFAUNA
- MİKROFİTLƏR
- MİKROORQANİZMLƏR, MİKROBLAR (yun. mikros - kiçik)
- MİKROSKOPİK ORQANİZMLƏR
- MİKROTROFİZM, mikrotrofluq
- MİQRANTLAR
- MİQSOQALİN SU HÖVZƏSİ (yun. mixis – qarışıq və hals - duz)
- MİNERAL (lat. minera – filiz, mədən)
- MİNERAL QİDALANMA
- MİNERAL MADDƏLƏR
- MİNİMUM ÖLDÜRÜCÜ DOZA
- MİOFAQ (yun. mus (myos) – əzələ)
- MİSETOFAQLAR
MƏİŞƏT SÜZGƏCLƏRİ (içməli su üçün) – suyu üzvi maddələrin çirkləndiricilərindən (fenol, neft maddələri) ağır metalardan təmizləyən, həmçinin suyun codluğunu azaldan xüsusi qurğular.
Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin PREZİDENT KİTABXANASI ────────────────────────────────────────── 309
MƏİŞƏT (KOMMUNAL) TULLANTILARI – məişət əşyalarının və insanların həyatında istifadə edilən maddələrin bərk (həmçinin çirkab sularının çöküntüləri (tullantıları) hamam, camaşırxana, yeməkxana, xəs- təxana müəssəsisələrin məişət binaları tullantıları və s.). MƏİŞƏT TULLANTILARININ İSTİFADƏSİ – tullantıların tərkibindən qiymətli (əsasən metalları) və yanmayan komponentləri (şü- şə) çıxararaq, onları yandırdıqda və ya üzvi qıcqırtdıqda əldə edilən enerji və xammaldan tikinti materialları, kompost və s . istehsal olunması.
inkişaf etmiş heyvan sinfi. M.-ə hər yerdə rast gəlmək olar. Bəzi M. (canavar), heyvandarlığa, bir çox növləri (gəmiricilər) kənd təsərrüfatı bitkilərinə, əsasən taxıla və çəmənlərə ciddi zərər vurur. İnsanın bilavasitə təqibi və təbii şəraitin dəyişilməsi M.-in bir çox növünün sürətlə azalmasına səbəb olmuş, xeyli hissəsi isə (iri balinalar, pələng, lemurlar və s.) məhv olmaq təhlükəsi altında qalmışdır. Son yüz ildə bir çox növlər (Steller inəyi, kisəli canavar) tamamilə məhv olmuşdur. Beynəlxalq təbiəti Mühafizə İttifaqının məlumatına görə 300-dək növ və yarımnöv nəsli kəsilmək təhlükəsi altındadır. Zoologiyanın M.-i öyrənən bölməsi teriologiya adlanır.
növün yaşadığı yer və şəraiti mühit. Heyvanların məskəni bir neçə stasiyadan ibarət ola bilər (qışlamaq üçün, çoxalmaq üçün, yatmaq üçün, yemləmək üçün, yayılması üçün). Fitosenozun məskəni abiotik amillərin kompleksinin entopidə (fitosenozun relyefdə yerləşməsi), ekotopda(fitosenozun mühit rejimi – hava, su, mineral qidalanma, temperatur – radiasiya), biotik amillərin kompleksinin (fitosenoz üçün – heyvan və mikroorqanizmlərin fəaliyyəti) və fitosenogen amillərin kompleksinin (bitki qruplaşmalarının fəaliyyətindən yaranaraq ekotopu biotopa çevirir), məcmusundan ibarətdir.
səhra. Belə səhralarda hazırda 390 mln-a yaxın insan məskunlaşmışdır. MIĞMIĞALAR (Phlebotomiae) – ikiqanadlı qansoran milçəklər Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin PREZİDENT KİTABXANASI ────────────────────────────────────────── 310
fəsiləsi. Xırda (1,2-3,7 mm), tüklü həşərat olub, sarı, bəzən boz rəngdədir. Azərbaycanda 18 növü məlumdur. Erkəkləri əsasən, bitki və meyvə şirəsi ilə qidalanır, dişiləri isə müxtəlif heyvanların və insanın qanını sorur. Yetkin M. müxtəlif heyvanların yuvasında, ev heyvanları saxlanan binalarda, ağac kötüklərində və s. yerlərdə yaşayır. Axşamlar fəal olur. Mığmığa qızdırmasının törədicisidir.
həşəratlar). MİKOFLORA – göbələk florası. MİKOKÜTLƏ – Hər hansı biosenozda və ya ekosistemdə göbələklərin bioloji kütləsi. MİKOLOGİYA –göbələklər haqqında elm, botanikanın bölmələrin- dən biri. M. göbələklərin morfologiya, sistematika, biologiya, fiziologiya, ekologiya və coğrafiyasını, həmçinin onların təbiətdə və insan həyatında rolunu öyrənir. Azərbaycanda M. sahəsində tədqiqat işi Azərbaycan MEA Botanika institutunda aparılır.
göbələk miselisinin ali bitki kökləri ilə birlikdə simbioz (müştərək) yaşaması. M. bitkilərin kökündə müxtəlif formalarda olur; kökün ucunu xaricdən əhatə edən ektotrof M. və miselinin hüceyrənin daxilinə keçməsi ilə xarakterizə olunan endotrof M. ayırd edilir. Ektotrof M. bir çox ağac (palıd, küknar, şam, tozağacı), kol (söyüd), bəzi kolcuqlar və ot bitkiləri (diridoğan qarabaşaq) üçün xarakterikdir. Endotrof M.-nın inkişafı zamanı kökün forması dəyişmir, kök telləri məhv olmur, göbələk hifləri qabıq parenximasının hüceyrə daxilində yerləşir. Köklərində M. olan bitkilər mikotrof bitkilər adlanır. MİKOTROF BİTKİLƏR – qida maddələrini torpaqdan kökündəki göbələklər vasitəsilə alan və mikoriza əmələ gətirən bitkilər. Bitkilərin əksəriyyəti M.b.-ə aiddir (qatırquyruğu, plaunlar, bəzi birillik və su bitkilərindən başqa). M.b. 3 qrupa bölünür: simbiont göbələk yoluxmadan, toxumdan inkişaf etməyən bitkilər (məs. səhləb çiçəyi): mikorizasız inkişaf edə bilən, lakin göbələklə yoluxduqda daha yaxşı inkişaf edən bitkilər (bir çox ağaclar, kollar, kolcuqlar): çox vaxt mikorizası olan, lakin əlverişli qida mühitində göbələk yoluxmadan yaxşı inkişaf edən bitkilər (məs. cökə, tozağacı, bir çox kollar).
Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin PREZİDENT KİTABXANASI ────────────────────────────────────────── 311
MİKOTROFİZM (yun. mikros - kiçik) – ali bitkilərlə göbələklərin simbioz forması. İlk dəfə göbələklərin köməyi ilə qida maddələrini almağa, göbələklərin isə ali bitkilərin üzvi maddələrdən istifadə etməyə imkan yaradır. MİKOZLAR (yun. mukes - göbələk) – parazit göbələklərin insan və heyvan orqanizmində törətdiyi xəstəliklər, insanlarda əsasən dərini zədələyir. Heyvanlarda M. əsasən kənd təsərrüfatı xəzdərili və yırtıcı heyvanlarda, gəmiricilərdə, arılarda və balıqlarda müşahidə edilir. MİKROBENTOS – ölçüsü 0,1 mm-dən kiçik olan dib (bentos) orqanizmlərinin məcmusu. Ən kütləvi nümayəndələri bakteriyalar, yosunlar, ibtidailər (xüsusilə infuzorlar, xırda nematodlar, gənələr, kiçik xərçəngkimilər və s.-dir). MİKROBİOLOGİYA – mikroorqanizmləri, mikroskopik göbələkləri və yosunları, bunların sistematikasını, morfologiyasını, fiziologiyasını, biokimyasını, irsiyyət və dəyişkənliyini, təbiətdə maddələr dövranında rolunu və yayılmasını, praktiki əhəmiyyətini öyrənən elm. MİKROBİOSENOZ – biogesenozun (ekosistemin) mütləq komponentləri-mikroorqanizmlərin məcmusu. M. aşağıdakı mikroorqanizm qruplarına ayrılır: bakteriyalar, göbələklər, antinomisetlər, mikroskopik yosunlar, protozoalar. MİKROBLAR – aktinomisetlərin, bakteriyaların, maya göbələkləri və mikroskopik göbələklərin, yəni mikroorqanizmlərin ümumləşdirilmiş adı (mikroskopik yosunlar və ibtidailər müstəsna olmaqla) Bəzən bütün mikroorqanizmlər M. adlandırılır. MİKROEKOSİSTEM – mikrosenoz və ya mikroprosenoza uyğun (müvafiq) olan sistem, bura biosenozun biosenotik mühitinin həcmi (məs. ağacın çürümüş gövdəsi, heyvan cəsədi, leşi və ya mamırların çürüyən, yaxud artıq hümusa çevrilmiş gövdələrin əmələ gətirdiyi biohorizont) də aid edilir. Termini R.Dajo (1975) təklif etmişdir.
0,001% və daha az) təsadüf edilən kimyəvi elementlər. M. termini torpağın, süxurların, mineralların, suyun tərkibində olan bəzi kimyəvi elementləri göstərmək üçün işlənilir. Müasir məlumata əsasən bitki və heyvan orqanizmlərində, həmçinin torpaqda 70-dən artıq mikroelement
Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin PREZİDENT KİTABXANASI ────────────────────────────────────────── 312
tapılmışdır. Bunlardan 65-nin müəyyən fizioloji funksiyası vardır. 12 M. müxtəlif bioloji aktiv birləşmələrin – fermentlərin, piqmentlərin tərkibinə daxildir, orqanizmdə maddələr mübadiləsinə, bitkilərin məhsuldarlığını artırmaqla onun keyfiyyətini yaxşılaşdırmağa təsir göstərir. Bitki və heyvan orqanizmində çatışmadıqda bir sıra xəstəliklər (xloroz, boz ləkə, çətir xəstəliyi, özəyin çürüməsi, kobaltoz və s.) baş verir. M.-ə bor, mis, kobalt, yod, manqan, molibden, dəmir, alüminium, brom, gümüş, nikkel və s. daxildir.
meşə talası, göl sahili, şəhər meydançası, tarla və s.) iqlimi. M. dedikdə, əsasən, həmin sahə üçün xarakterik olan ümumi iqlim şəraitindən fərqli iqlim nəzərdə tutulur. M.-ə səth örtüyünün təsiri böyükdür. Buna görə də, əsasən, havanın yer səthinə yaxın təbəqəsində əmələ gəlir və hündürlük artdıqca yox olur. Yaşıl bitkilər zonasının, iri şəhərlərin, ayrı- ayrı binaların və s. M.-i var. Yaşayış yerinin, istehsalat binalarının, müalicə və uşaq müəssisələrinin və s. M.-i insan sağlamlığına bilavasitə təsir göstərir və istənilən vaxt asanlıqla dəyişdirilir.
– xırda qida hissəcikləri və ya mikroorqanizmlərlə qidalanan heyvanlar (arılar-bitki tozcuqlarilə, bəzi malyusklar göbələk sporlarilə, birhüceyrəli yosunlarla, torpaq soxulcanları-ibtidailərlə, yosunlarla və s.).
məcmusu (ibtidailər, torpaq nematodları və s.). MİKROFİLLƏR – bəzi qazıntı və müasir ali bitkilərin (məs., plaunkimilər) xırda yarpaqları; təkamül prosesi gedişində ali bitkilərin əcdadı olan psilofitlərin yarpaqsız budaqlarında (telomlar) törəmə kimi əmələ gəlir. MİKROFİTLƏR – ibtidai mikroskopik birhüceyrəli yosunlar (diamot, göy-yaşıl və s.). MİKROFLORA – torpaqda, suda. havada, ərzaq məhsullarında, insan və heyvan orq-lərində və s. təsadüf olunan mikroorq-lərin məc- musu.
Zn, Co və s.) olan gübrələr. M. bor, mis, manqan, sink və s. M.-inə, həmçinin tərkibində 2 və daha artıq mikroelement olan poligübrələrə
Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin PREZİDENT KİTABXANASI ────────────────────────────────────────── 313
bölünür. Mikroelementlərin duzları, bəzi sənaye tullantıları, fritlər və s. M. kimi işlədilir.
simvolu olan insan. M. haqqında təlim qədim yunan fəlsəfəsində (Platon), Renessans fəlsəfəsində (C.Bruno, Kuzalı Nikolay, T.Kompanella) yayılmışdı. Kötenin panteizm təlimlərinə və alman romantizminə xasdır.
dərəcədə nizamla növbələnən müxtəlif tipli mikrosenozların yaratdığı müxtəlif tərkibli bitki örtüyü.
Bitkilərə və heyvanlara nisbətən sadə quruluşlu, yalnız mikroskop altında görünə bilən, əsasən bir hüceyrəli canlıların geniş bir qrupu. Bakteriyalar, mikoplazmalar, aktinomisetlər, mayalar, mikroskopik göbələklər və yosunlar bəzən ibtidailər və viruslar M.-ə aiddir. M. prokari-otlara və eukariotlara bölünür. MİKRORELYEF – kiçik relyef formaları. M. yer səthinin bu və ya digər sahəsinin ayrı-ayrı kiçik hissələridir. M. başlıca olaraq ekzogen proseslər nəticəsində əmələ gəlir: mənşəyinə görə: sub-akkumlyativ M. (xırda dyunlar, qum təpələri); eroziya M. formaları (kiçik yarğan); karst M. formaları (qıf) və s. ola bilər.
yerləşərək, dominant populyasiyaların mühityaratma fəaliyyətinin təsiri altında olan kiçik qruplaşmalar. M. bölünür: a) Mediogen M.-biosenotik mühitin yaratdığı M. (epifit və saprofit M.; məs, mamırlar və şibyələr M-ı) b) biogen M.-biosenozda dominantlıq edən növün biologiyası ilə əlaqədar yaranan M. (məs. kökümsov); c) Ekzogen M-torpağın zədələnməsi nəticəsində yaranan M. (qabanların torpağı qazması, alt yarusda ağacların yıxılması), bəzi ağacların gövdələrinin qabığının zədələnməsi buna səbəb ola bilər. ç) biomediogen M. (məs: ağacın çürüyən gövdəsi üzərində kökümsov bitkinin Mikrosenozu); d) bioekzogen M. (məs. ocaq yerində kökümsov bitkinin yaratdığı M.) e) endogen M. torpağın Mikrosenozu (sistematik edafik qatının), Məs. miko və mikrosenozlar və bakteriya mikrosenozları. Bütün M.-da yalnız dominulentin deyil, Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin PREZİDENT KİTABXANASI ────────────────────────────────────────── 314
digər senotiplərin və bitki və heyvan populyasiyaları iştirak edir. Biosenozda nisbətən davamlı M.-la yanaşı çox vaxt M.-ı yaradan suksessiyaların elementlərinə-mikroprosenozlara rast gəlinir: məs. yı- xılmış ağac üzərində və heyvan leşi üzərində müşahidə olunan suksessiya. M.-rı onların məcmusu – mikroassosiasiya və ya mikrokompleks kimi də qiymətləndirmək olar.
oqanizmlər. MİKROTERMLƏR – nisbətən isti yayı, soyuq qışı və aşağı temperaturu (0-15 °) üstün tutan orqanizmlər (əksər iynəyarpaqlı bitkilər). MİKROTERMOFİTLƏR – sərinlik sevənlər – aşağı termofil bitkilər, nisbətən soyuq və qısa yay şəraitində inkişaf edirlər. Məs. ağşam. Vegetasiya dövrünün orta günlük temperaturunun 10-15 ° olmasına üstünlük verir. Mikroterm, hidroterm, hiqrofitlər, mezofitlər və kserofitlərə ayrılır. MİKROTROFİZM, mikrotrofluq – göbələk və ali bitkinin simbiozu (birgə yaşaması). MİKSOTROFİTLƏR – qarışıq qidalanan orqanizmlər, yalnız fotosintez hesabına deyil, həm də hazır üzvi maddələrlə qidalanan orqanizmlər. Yarımparazit bitkilər (çınqıldağotu, köcotu və s.). Bir çox həşəratyeyən bitkilər, yaşıl mikrotrof bitkiləri M. adlandırmaq olar. MİQRANTLAR – miqrasiya edən orqanizmlər. MİQRASİYA DÖVRÜ (yun. migratio – migro – köçürəm sözündən) –müəyyən heyvan növlərinin kürüləmək yerinə, qışlamağa və ya kökəlmək üçün hərəkət etdiyi müddət (dövr). MİQRASİYA HƏDDİ – Miqrasiya edən heyvanların (quşlar, balıqlar, məməlilər və s.) getdikləri məsafə həddi. MİQSOQALİN SU HÖVZƏSİ (yun. mixis – qarışıq və hals - duz) – tərkibində 0,5-30% duz olan su hövzəsi. MİLLİ PARK – insan fəaliyyətinin təsirilə dəyişilməyən və ya az dəyişilən, bitki və heyvanat aləmi xüsusi elmi-təhsil əhəmiyyətli mühafizə olunan təbiət ərazisi. M.p. böyük sahə tutub təbiətin mənzərəli yerində ayrılır, orada landşaftın bərpası, nadir və tükənməkdə olan bitki və heyvanat aləmi qorunub saxlanması üçün işlər görülür. Qoruqlardan
Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin PREZİDENT KİTABXANASI ────────────────────────────────────────── 315
fərqli olaraq M.p. əhalinin istirahəti üçün rekreasiya və mədəni əhəmiyyət daşıyır. M.p. təbiətin mühafizə kateqoriyası kimi xaricdə geniş yayılmışdır. Bu termin ilk dəfə 1872-ci ildə ABŞ-da konqresdə qəbul olunmuşdur. M.p. Cənubi Amerikada (1903), Braziliyada (1919), Fransada (1913), İsveçrədə (1914), İspaniyada (1915) və s. ölkələrdə təşkil olunmuşdur. 1984-cü ilədək dünyada 2600-dən artıq M.p. yaradılmışdır. Onların sahəsi 400 mln ha təşkil edir. 30 M.p.-ın sahəsi bir milyon hektarı keçir. Onlardan Qrenlandiya M.p. (Danimarka) – sahəsi 7,5 mln ha, Vud-Baffalo M.p. (Kanada) – 4,5 mln ha, Serenqeti M.p. (Tranzaniya) – 2 mln ha təşkil edir. 2003-2004-cü illər ərzində Azərbaycan Respublikası Prezidentinin Sərəncamları ilə respublikamızda Şirvan M.P. (54,3 min ha), Ağgöl MP (18 min ha), Hirkan MP (21 min ha), Ordubad MP (12 min ha) və Altıağac MP (11 min ha) yaradıldı.
balıq və ya digər dəniz məhsulu ilə qidalandıqda civəli üzvi birləşmələrin insan və ya heyvanda əmələ gətirdiyi xəstəlik (əsasən əsəb-iflic pozulması şəklində baş ağrısı, iflic, əzələ zəifliyi, görmə qabiliyyətinin itməsi, bəzən koma və ya ölümlə nəticələnir).
səthində fiziki-kimyəvi proseslər nəticəsində əmələ gələn, kimyəvi tərkibi və fiziki xassələri təqribən bircinsli təbii kütlə (məs. prit, kinovar, maqnetit, dolomit, daşduz, kalsit, kvars duzu və s.) M. əsasən kristallik quruluşlu bərk kütlədir. M-lar endogen, metomorfogen mənşəli olur. M.-lardan optika, radiotexnika, kənd təsərrüfatı və b. sahələrdə geniş istifadə olunur. Bəzi M.-lar qiymətli daşlar və məmulat daşlarıdır. MİNERAL GÖLLƏR – duzlu göllər və ya duz gölləri-kəskin minerallaşmış və ya suyunda çoxlu miqdarda duz olan (adətən 47 q/l, Xəzər gölü, Baskuncaq g, Elton g.). M.g-in suları kimyəvi tərkibinə görə karbonatlı, sulfatlı və xloridli olur. M.g.-dən xörək duzu, soda, mirabilit, yod, brom və s. istehsal edilir. Sulfat tipli M.g.-də əmələ gələn hidrogen-sulfidli mineral palçıqlar müalicə vasitəsi kimi işlədilir. MİNERAL GÜBRƏLƏR – tərkibində bitkinin qidalanması üçün lazım olan qeyri üzvi maddələr, əsasən duzlar. Kənd təsərrüfatı Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin PREZİDENT KİTABXANASI ────────────────────────────────────────── 316
bitkilərinin məhsuldarlığını və məhsulun keyfiyyətini artırmaq üçün M.g. ən effektiv vasitədir. M.g. azot gübrələri, mikrogübrələr, əhəngli gübrələr və kompleks gübrələrə bölünür. M.g. payızda və yazda şum altına (əsas gübrələr), səpinlə birlikdə (səpin gübrələri) və vegetasiya dövründə (bitkini qidalandıran) verilir. M.g. orta norması: 30-100 N, 30- 60 P 2
5 və 45-90 K 2 O.
M.g. üzvi gübrələrlə birgə verildikdə onun effektivliyi daha da artır. M.g-dən düzgün istifadə edilmədikdə (yüksək dozada) torpağın münbitliyinin azalması, bitkinin və heyvanat aləminin məhv olması, çay və digər su hövzələrinin çirklənməsinə səbəb ola bilər. MİNERAL QİDALANMA – orqanizmlər tərəfindən mineral elementlərin istifadəsi. Kation və anionlar qəbul olunur. N, P, S, K, Cf, Mg və bir sıra mikroelementlər (Fe, B, Zn, Mg və s.) çox mühüm hesab olunur. Heyvanlar onları trofik zənciri üzrə qəbul edirlər: avtotroflar – fitofaqlar -zoofaqlar.
planetdə (bütövlüklə) Yeraltı faydalı qazıntıların ehtiyatının məcmusu (neft, daş kömür, qızıl, gümüş, volfram, dəmir və s.).
ilə xarakterizə olunan və insan orqanizmini müalicə edən spesifik fiziki- kimyəvi xassələrə malik təbii (əsasən, yeraltı) sular. Kimyəvi tərkibi və fiziki-kimyəvi xassələrindən asılı olaraq müalicə məqsədi ilə (daxili və xarici) işlədilir. M.s. minerallaşma dərəcəsinə görə zəif, çox minerallaşmış, duzlu, çox duzlu, ion tərkibinə görə xlorlu, hidrokarbonatlı, sulfatlı, natriumlu, kalsiumlu, maqneziumlu və s. sulara bölünür: qazların və spesifik elementlərin çoxluğuna görə karbon qazlı, sulfidli, azotlu, bromlu, yodlu, dəmirli, mərgümüşlü, radioaktivli (radonlu) və s., temperaturuna görə soyuq (20 °C-dək), ilıq (20-37°C), isti (termal 37-42 °C), çox isti (42°C-dən daha çox) olur. Müalicə baxımından üzvi maddələrlə zəngin, zəif minerallaşmış sular daha əhəmiyyətli hesab edilir. Azərbaycan Respublikasında 1000-dən çox termal və soyuq sulu mineral bulaq qeydə alınmışdır. Karbon qazlı M.s. əsasən Kiçik Qafqazda, o cümlədən Naxçıvan Muxtar Respublikasında (İstisu, Turşsu, Sirab, Darıdağ, Badamlı, Vayxır və s.); hidrogensulfidli Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin PREZİDENT KİTABXANASI ────────────────────────────────────────── 317
sular Böyük Qafqazda (Qalaaltı, Suraxanı, İlisu), Lənkəranda, Masallıda; metanlı sular Abşeronda, Xəzəryanı sahədə və s. yerlərdədir.
kimyəvi maddələrə və elementlərə (CO 2 , N, P, K, Ca və s.) qədər parçalayan canlı orqanizmlər (əksərən heterotrof bakteriyalar). İstənilən biosenozda mühüm rol oynayır. 2) Maqmada və Yerin hidrotermal məhlullarında həll olmuş uçucu və kimyəvi aktiv maddələr (su buxarı, CO 2 , ftor və xlor birləşmələri). MİNİMUM ÖLDÜRÜCÜ DOZA – orqanizmə daxil edilən az miqdar zəhər müəyyən vaxtda onun bəzi fərdlərini məhv edir. MİNİMUM ÖLÜM KONSENTRASİYASI – ətraf mühitdə toksik madələrin ən aşağı konsentarsiyası təcrübə heyvanlarının yalnız ayrı- ayrı fərdlərinin ölümü ilə nəticələnir. CL min
və ya SK min. simvolu ilə işarə olunur. MİOFAQ (yun. mus (myos) – əzələ) – ətyeyən orqanizmlər. MİRMEKOFAQLAR (yun. myrmex - qarışqa) – qarışqa ilə qidalanan heyvanlar (hörümçək, həşəratlar, quşlar, məməlilər). MİSETOFAQLAR – göbələklə qidalanan orqanizmlər. MİŞARÇILAR (Tenthredinoidea) – oturaqqarınlı pərdəqanadlı həşəratların 3 fəsiləsinin ümumi adı. 5 mindən çox, Azərb-da 200-dək növü var. M. əsasən, meşə zonalarında yayılmışdır. Dişi fərdlər dişli yumurtaqoyanı vasitəsi ilə bitkilərin yumşaq toxumasını mişarlayır (adı da buradandır) və həmin yerə yumurta qoyur. M.-in əksəriyyəti torpaqda puplaşır. Taxıla, meyvə, bostan, dekorativ bitkilərə və s. zərər verir. Download 3.98 Mb. Do'stlaringiz bilan baham: |
ma'muriyatiga murojaat qiling