Ekoloji LÜĞƏt a


Download 3.98 Mb.

bet36/60
Sana14.02.2017
Hajmi3.98 Mb.
1   ...   32   33   34   35   36   37   38   39   ...   60

MAQARELYEF  – Yerin endogen qüvvələri tərəfindən  əmələ 

gəlmiş ən böyük relyef formaları. Məs. okean çökəyi, hündür yayla. 



MAQMATİK SÜXURLAR – püskürmə süxurları-ərgin maqmanın 

soyuması  və kristallaşması  nəticəsində  əmələ  gələn süxurlar; soyuma 

şəraitinə görə effuziv (vulkanik) və intruziv (dərinlik) süxurlara bölünür. 

Effuziv süxurlar vulkan püskürmələri zamanı maqmanın Yer səthinə 

axaraq lava şəklində soyumasından, intruziv süxurlar isə maqmanın Yer 

qabığında müəyyən dərinlikdə başqa süxurlar içərisində soyumasından 

əmələ gəlir. 

MAQNİTOBİOLOGİYA  – biofizikanın bölməsi: xarici maqnit 

sahəsinin canlı orqanizmlərə təsiri. M. bioloji mənşəli maqnit xassələrini 



Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin 

PREZİDENT   KİTABXANASI 



────────────────────────────────────────── 

290 


 

təyin edir. 



MAQNİTOTROPİZM  – orqanizmlərin maqnit sahəsinin təsirilə 

(təbii və süni) hərəkət tipi (məs. bitkilərin kök sisteminin güclü inkişafı). 



MALAKOLOGİYA  (yun. malakion - malyuska)  –zoologiyanın 

molyuskları öyrənən bölməsi. 



MALANİZM  –  ətraf mühitin çirkləndirilmiş  rənginə uyğun tünd 

rəngli orqanizmlərin seçilib qalması (məs. belə  kəpənəklər 70 növdən 

çoxdur). 

MALDARLIQ – süd, ət və gön-dəri məmulatı almaq üçün qaramal 

yetişdirən heyvandarlıq sahəsi. M-in Azərbaycanda mezolit, xüsusilə 

Neolit dövründə geniş yayılması məlumdur. 

MAL-QARA ÜÇÜN “ZAQON” – səmərəli istifadə etmək 

məqsədilə otlaq hasarlanmış sahələrə «zaqonlara» bölünür. Bu, hədsiz 

otarmanın qarşısını alaraq otlağın deqradasiyaya uğramasına, torpağın 

dağılmasına yol vermir. 



MALTUSÇULUQ  – T.R.Maltusun adı ilə bağlıdır. M.-a görə 

zəhmətkeşlərin vəziyyəti kapitalizm quruluşunun sosial şəraiti ilə deyil, 

təbiətin qanunları ilə müəyyən edilir: yaşayış vasitələrinin artımı  əhali 

artımından geri qalır; adamlar bioloji xüsusiyyətlərindən asılı olaraq 

həndəsi silsilə ilə, yaşayış vasitələrinin miqdarı isə yalnız  ədədi silsilə 

ilə artır. Maltusa görə  əhalinin sayı  və yaşayış vasitələrinin miqdarı 

arasındakı nisbət geniş insan kütləsini tələf edən epidemiya, aclıq, 

müharibə və s. ilə tənzimlənməlidir. 



MAMIRLAR– Mamırkimilər  (Bryophyta)  şöbəsində birləşən, 

quruda, bəzən  şirin suda yayılmış avtotrof bitkilər, çoxalması  nəslin 

növbələşməsilə gedir. Torpaqda, ağac qabığı və daşların üzərində geniş 

yayılmışdır. M. hər yerdə (dənizlərdən başqa) yayılmışdır. Antibiotik 

tərkibli bəzi növləri tibdə, torf mamırı kənd təsərrüfatında istifadə edilir, 

(gübrə, qaba yem və s. kimi). 



MARİKULTURA  – dəniz sənaye orqanizmlərinin (istridyə, 

malyusk, yosun və s.) süni yetişdirilməsi və artırılması. (qismən 

dənizlərdə, limanlarda, çay estuarisində). 

MARİNOBİOSFER  (lat. marinus – dəniz və biosfer)  – Dünya 

okeanında yaşayan orqanizmlərin məcmusu. 



MARŞRUT PLANALMA – Geobotaniki və torpaq xəritələri tərtib 

Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin 

PREZİDENT   KİTABXANASI 



────────────────────────────────────────── 

291 


 

etmək üçün bitki örtüyü və torpağın sadə, gözəyarı plana alınması. 

Kompas, vizir xətkeşi və orta miqyaslı ümumi xəritələrin köməyi ilə 

aparılır. 



MATERİKLƏR, KONTİNENTLƏR – Yer qabığının hər tərəfdən 

okean və dənizlərlə əhatələnmiş böyük quru massivləri. Müasir geoloji 

epoxada 6 materik mövcuddur: Avrasiya, Şimali Amerika, Cənubi 

Amerika, Afrika, Avstraliya və Antraktida. M. üçün Yer qabığının 

ümumi qalınlığının 35-45 km-dək olması və qranit qatının mövcudluğu 

xarakterikdir. 



MAVİ  SİYAHI – Qırmızı kitabın bölməsi: sayı azalmağa doğru 

gedən quş növləri daxildir. 



MEXANİKİ  ÇİRKLƏNMƏ  – mühitin bilavasitə özündə  və orada 

yaşayan orqaninzmlərə mexaniki təsirin nəticəsində (məs. müxtəlif 

zibillərlə) çirklənmə. 

MEXANİKİ EROZİYA – traktor və digər kənd təsərrüfatı 

texnikasının mexaniki təzyiqi nəticəsində torpağın strukturunun 

pozulması. 

MEXANOXORİYA  – açılan meyvə toxumlarının mexaniki 

səpələnməklə yayılması. M. sarı akasiya, itxiyarı, xınagülü üçün 

xarakterikdir; bu bitkilərin yetişmiş meyvələri birdən açılır (partlayır) və 

toxumları zərblə tullayır. 



MEQABİOSFER (yun. megas - böyük) – canlı orqanizmlərin daim 

yaşadığı bütün hidrosfer, atmosferin qatları (ozon qatına qədər) və 

litosferin bir hissəsi. 

MEQAEKOSİSTEM –  ən böyük ölçülü ekosistem (okean, biosfer 

bütövlükdə). 



MEQAPOLİS  –  əhalisi 10 mln.-dan artıq olan şəhərlərin nəhəng 

aqlomerasiyası. M.-ə Şanxay, Kalkutta, Tehran, Nyu-york, Tokio, San-

Paulu, Meksika, Rio-de-Jeneyro, London, Seul və b. aiddir. 

MELİORASİYA 

(lat. melioratio - yaxşılaşdırmaq) 

– 

(yaxşılaşdırma, yararlı hala salma) – torpaqların faydalı istifadəsi üçün 



yararlı olmayan təbii şəraitin yaxşılaşdırılmasına yönəldilmiş təsərrüfat 

və texniki tədbirlər sistemi: əsasən torpağın su, hava, qida və istilik 

rejimlərini nizamlamaq yolu ilə  həyata keçirilir. M. təbii fəlakətlərin 

nəticələrini aradan qaldırmağa, torpaqlardan səmərəli istifadəyə imkan 



Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin 

PREZİDENT   KİTABXANASI 



────────────────────────────────────────── 

292 


 

verir. Tətbiq sahəsinə görə M. üç əsas qrupa bölünür: 

1) Su rejimi əlverişli olmayan torpaqların M.-sı. Bataqlıq, su basmış 

torpaqların, həmçinin quru bozqırların, susuz səhra və yarımsəhra 

sahələrinin M.-sı. Buraya izafi nəmliyə qarşı mübarizə  tədbiri kimi 

qurutma M-sı, quraqlığa qarşı suvarma M.-sı (irriqasiya) daxildir. 

2)  Əlverişli olmayan fiziki-kimyəvi  xassələrə malik (şorakətli, şor, 

ağır gilli, lilli) torpaqların M.-sı. Bu qrupa şor torpaqların 

duzsuzlaşdırılması  və  şorakətli torpaqların kimyəvi M.-sı daxildir.3) 

Suyun və küləyin mexaniki təsirindən eroziyaya uğramış torpaqların 

M.-sı. Su ilə səthi yuyulmuş, həmçinin suyun yarğanlar əmələ gətirdiyi, 

sürüşmələr törətdiyi, küləyin qum yaratdığı sahələrin M.-sı. 

Qurutma, duzsuzlaşdırma və kimyəvi M.-da əsas mübarizə  tədbiri 

ərazinin drenlənməsi, suvarma M.-sında isə  əsas tədbir suvarma 

şəbəkəsinin yaradılması  və onun su mənbəyinə birləşdirilməsidir. Hər 

iki halda torpağın su-duz rejimi normal saxlanmalı, lazımi aqrotexniki, 

fitomeliorasiya və hidrotexniki üsullarla aparılır. Azərbaycan 

Respublikasının düzənlik rayonlarında yarıdan çoxu müxtəlif dərəcədə 

şor olan, suvarılmalı,  şorakətli, qurudulmalı  və su eroziyasına qarşı 

mübarizə aparmalı torpaq vardır. Respublikada müxtəlif drenlər, 

Ceyranbatan, Sərsəng, Ağstafa, Xanbulançay, Xaçınçay, Arpaçay, 

Bəhramtəpə su anbarları  və qovşaqları tikilib istifadəyə verilmişdir. 

Muğan-Salyan, Mil-Qarabağ,  Şirvan, Dəvəçi-Xaçmaz zonalarında 100 

min hektarlarla ərazi suvarılaraq duzsuzlaşdırılmış  və  kənd təsərrüfatı 

üçün yararlı hala salınmışdır. 

MELİORATİV BİTKİLƏR  –öz təsirilə torpağın bərpasına və 

münbitliyinin artmasına, torpaqəmələgəlmə prosesinə demək olar ki, 

əksər bitkilər meliorativ xüsusiyyətə malikdir. 

MENDELİZM  – genetikanın  əsasını  təşkil edən irsiyyət 

qanunauyğunluqları haqqında elm. Q. Mendel göstərir ki, «elementlər» 

(amillər)  əlahiddə olub çarpazlaşma nəticəsində qovuşmur və itmir. 

Əvvəlki nəsillərdə onlardan biri üstünlük təşkil edib meydana çıxır. 

«İtmiş» əlamət isə sonrakı nəsillərdə tədricən özünü büruzə verir. 

METABİOZ  (yun. meta – arası, sonra)  –  İki və bir neçə 

mikroorqanizmin birgə  həyat sürməsi; bu zaman hər iki və bir neçə 

orqanizm üçün mühitin yaranması  əlverişli olur; məs. ammonifikator 


Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin 

PREZİDENT   KİTABXANASI 



────────────────────────────────────────── 

293 


 

bakteriyaları ammonium hasil edir ki, o, onlarla birgə yaşayan nitroz 

bakteriyalarının həyatı üçün lazımdır, bu həm də öz növbəsində nitrat 

bakteriyalarını nitritlə təmin edir. 



METABOLİT SU –heyvan orqanzmində oksidləşən qida (yağ, 

karbohidratlar)  əmələ  gətirən su. M.s. səhralarda yaşayan heyvanlar 

üçün  ətraf mühitdə  sərbəst su ehtiyatının olduqca qıt olduğu  şəraitdə 

xüsusən əhəmiyyətlidir (dəvə, səhra gəmiriciləri, həşəratlar və s.). 



METABOLİTLƏR  – canlı orqanizmlərdə maddələr mübadiləsi 

məhsulları. 



METABOLİZM, maddələr mübadiləsi  – Canlı orqanizmlərdə 

maddələri enerjiyə çevirən biokimyəvi proseslərin məcmusu. M. bir-

birinə  əks nəticəli iki prosesdən (assimilyasiya və dissimilyasiya) 

ibarətdir. 



METAMORFOZ  – bitkilərin və heyvanların fərdi inkişafında 

(ontogenezdə baş verən və geniş yayılmış çevrilmə, dəyişilmə hadisəsi: 

təkamül prosesində qazanılmış uyğunlaşma. Bitkilərdə M. əsas 

orqanlarda və onların funksiyalarında baş verir. Quraqlıq sahələrdə 

rütubətin azlığı ilə  əlaqədar bəzi orqanlarda M. getmişdir. Kaktuslarda 

gövdə  həm forma, həm də funksiyaca dəyişkənliyə  uğramışdır. Bəzən 

yarpaqlar da M.-a uğrayır. Məs., zirincdə adi gövdədə yerləşən 

yarpaqlar tikanlara çevrilmişdir. 



METEORİT – planetlərarası boşluqdan yer atmosferinə uçub gələn 

mineral kütlələr. Adətən M. atmosferdə sürtünmə  nəticəsində 160-180 

km hündürlükdə alışır və yerə çatmadan atmosferdə yanıb qurtarır, lakin 

onlar bəzən Yerə çatır. 1959-cu il noyabrın 24-də Yardımlı rayonuna 

ümumi ağırlığı 150 kq olan dəmir M. düşmüşdür. 

METEOROLOGİYA  (yun. meteora – atmosfer və ya göy 

hadisələri və logos - elm)  – atmosfer haqqında elm. Geofizika elmləri 

sisteminə daxildir. Atmosfer fizikası, atmosfer kimyası, dinamiki M., 

iqlimşünaslıq, biometeorologiya və s. bölmələrə ayrılır. 

METEOROBİOLOGİYA  – iqlimin orqanizmə  təsirini öyrənən 

kompleks elmi fənn. 



METEOROLOJİ XİDMƏT – iqlimin vəziyyətinin təbii, süni və ya 

antropogen dəyişməsinə nəzarət xidməti. Respublika Ekologiya və Təbii 

Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətinə  həvalə 


Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin 

PREZİDENT   KİTABXANASI 



────────────────────────────────────────── 

294 


 

olunmuşdur.  



METEOROLOJİ MÜHARİBƏ – düşmənə iqtisadi zərər yetirmək 

və onun hərbi  əməliyyatlarını  çətinləşdirmək məqsədilə atmosfer 

hadisələrinə  fəal təsir göstərmək üsullarının məcmusu (yağmurlu 

rayonların su rejimini dəyişdirmək, daşqınlar, tufan, qasırğa törətmək, 

yolları keçilməz hala salmaq, azyağmurlu rayonlarda uzun sürən 

quraqlıq törətmək və s.). 



METİL SPİRTİ  (Metonol) – CH

3

 OH – şərab spirti iyi verən, 



rəngsiz mayedir, narkotik təsirə malikdir, 64,5

0

-də qaynayır. M.s. 



orqanizmdə oksidləşərək yüksək zəhərli birləşmələr – formaldehid və 

qarışqa turşusu əmələ gətirir. M.s.-nin 30-100 mil-ri fərdi hissiyyatdan 

asılı olaraq ölüm dozası sayılır. 

MEZOEKOSİSTEM (yun. mesos - orta) – orta ölçülü ekosistemlər 

(ayrı-ayrı göllər, çaylar, nohur və s.). 



MEZOİQLİM – təbii şəraiti eyni olan nisbətən kiçik ərazinin (məs. 

müəyyən meşə massivi, dağarası çökəklik, kiçik şəhər və s.) iqlimi. 

Makroiqlim və mikroiqlim arasında keçid təşkil edir. 

MEZOFİLLƏR  – hava və torpağın orta rütubətliyi  şəraitinə 

uyğunlaşıb yaşayan heyvanlar. Bura olduqca çoxlu quş  və heyvan 

növləri daxildir. 

MEZOFİTLƏR – orta dərəcədə rütubətli torpaqlarda bitən bitkilər. 

Kserofitlərlə hiqrofitlər arasında keçid təşkil edir. M.-ə, əsasən, ağac və 

kollar, xüsusilə  çəmən bitkiləri (çəmən qırtıcı, üçyarpaq yonca, 

pişikquyruğu və s), bəzən də yarımsəhra və bozqırlarda bitən efemerlər, 

kənd təsərrüfatı bitkilərinin çoxu və alaqlar daxildir. 

MEZOHİQROFİLLƏR  – orta rütubətli yerlərdə yaşamağı üstün 

tutan heyvanlar (əksərən mülayim qurşaqda rast gəlinən heyvanlar. 

(Termini R.Dajo (1975) təklif etmişdir. 

MEZOHALOFİTLƏR – ortaduzlu suları üstün tutan bitkilər. 

MEZOHİQROFİTLƏR – orta rütubətli yerləri üstün tutan bitkilər. 

MEZORELYEF  – relyef forması, makrorelyef ilə mikrorelyef 

arasında orta vəziyyət tutur. Məs., dərə, çökəklik və s. 



MEZOSAPROB ORQANİZMLƏR, MEZOSAPROBLAR – üzvi 

maddələrlə orta dərəcədə çirklənmiş su hövzələrində yaşayan bitki və 

heyvan orqanizmləri. Belə sularda oksidləşmə məhsulları – nitratlar və 

nitritlər, sərbəst oksigen olur, lakin parçalanmayan zülallar olmur. 

α M.o. və β M.o. var. α M.o. çirklənmiş və oksigen defisiti artıq olan 

sularda inkişaf edə bilir; bunlara bakteriyalar, bəzi göbələklər və 

yosunlar, ibtidailər və s. aiddir. 

β M.o. az çirklənmiş və oksigen defisiti 

çox da artıq olmayan sularda yaşayanlardır; bunlar diatom yosunlar


Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin 

PREZİDENT   KİTABXANASI 



────────────────────────────────────────── 

295 


 

bəzi çiçəkli bitkilər, qamçılılar, kökayaqlılar, kirpikli infuzorlar, 

həmçinin bəzi molyusklar, xərçəngkimilər, həşəratlar və balıqlardır. 

MEZOSFER – atmosferin stratosfer ilə ionosfer arasındakı təbəqəsi. 

Təqr. 50 km-dən 80-85 km-dək yüksəklikdə yerləşir. M. temperaturun 

yüksəkliyə görə təq. 0

°C-dən 90°C-yədək azalması ilə səciyyələnir. 



MEZOTERMOFİTLƏR  – orta istisevər termofil bitkilər, öz 

inkişafları üçün mülayim temperatur tələb edir. Vegetasiya dövründə 

orta ongünlük temperaturun 15-20

°C olmasına üstünlük verir. Mezoterm 

hidrofitlər, mezofitlər və kserofitlər ayırmaq olar. 

MEZOTROF ORQANİZMLƏR  – torpağın münbitliyinə, qida 

maddələrinə, o cümlədən mineral maddələrə orta dərəcədə tələbatı olan 

orqanizmlər. 

MEZOTROF SU HÖVZƏSİ  – Su orqanizmləri üçün qida 

maddələri orta dərəcədə olan su hövzəsi. Belə su hövzələri təmiz, şəffaf 

olur. 

MEYVƏ  BİTKİLƏRİ  –  şirəli və ya bərk, yeyilən meyvəsi olan, 

yabanı halda bitən və becərilən ağac, kol, yarımkol, çoxillik kolcuqlar 

qrupu. M.b.-nə alma, armud, heyva, albalı,  ərik, badam, fındıq, qoz, 

zeytun,  əncir və s. daxildir. Bir çox subtropik və tropik M.b.-ndən 

manqo, banan, sitrus bitkiləri və s. göstərmək olar. 

MEYVƏÇİLİK – bitkiçilik sahəsi, insanın qidalanması üçün yararlı 

meyvə verən çoxillik bitkilərdən bəhs edən elm. Azərbaycanda M. üzrə 

elmi-tədiqat işləri Qubadakı Azərb. Bağçılıq, Subtropik bitkilər Elmi 

istehsalat Birliyi və onun Göyçay, Zaqatala, Ordubad, Lənkəran təcrübə 

stansiyaları və dayaq məntəqələrində aparılır. 

MEŞƏ – öz inkişafında bioloji cəhətdən bir-birilə bağlı olan və bir-

birinə, həm də xarici mühitə təsir göstərən ağac, kol, ot, digər, bitkilər 

(mamır, şibyə), heyvanat aləmi və mikroorqanizmlərin birliyi (vəhdəti) 

olub biosferin mühüm tərkib hissəsidir, coğrafi landşaftın elementidir. 

Meşə biogeosenozdur, biogeosenozlar sistemidir. 

M. təbiətin orijinal və  təkrarolunmaz hissəsidir. O, öz qanunları ilə 

yaşayır və inkişaf edir. Öz mövcudluğu və inkişafı üçün M. öz-özünə 

əlverişli  şərait yaradır, qida və su ilə öz-özünü təmin edir, təzələyir, 

gələcək nəslinin qorunub saxlanması üçün özünə qayğı göstərir. 

Meşədəki ağaclar sıx bitdiyindən bir-birinə böyük təsir göstərir, ona 

görə  də orada ağaclar uca boylu, düz gövdəli, çətirləri isə az inkişaf 

edərək ensiz və gödək olub, ağacların təpə hissəsində yerləşir. M.-də 

ilbəil arası kəsilmədən ağac və kolların küllü miqdarda yarpağı, xırda və 

iri budaqları, qabıq, çiçək və meyvələri tökülür, onlara isə milyonlarla 

həşərat qalıqları qarışır. Torpaq səthinə düşən bu töküntülər tədricən 


Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin 

PREZİDENT   KİTABXANASI 



────────────────────────────────────────── 

296 


 

çürüyüb parçalanır və qalın üzvi kütlə (meşə döşənəyi)  əmələ  gətirir. 

M.-də üstünlük təşkil edən ağac cinsləri meşənin edifikatorları adlanır. 

Onlar meşənin, eyni zamanda bütün biosferin üzvi maddələrinin  əsas 

kütləsi sayılaraq maddələrin dövranında və ətraf mühitin dəyişilməsində 

mühüm rol oynayır. Respublikamız az meşəli olub ərazisinin yalnız 10 

faizi meşə ilə örtülüdür. Lakin meşələrimiz ağac, kol və heyvan növləri 

ilə olduqca zəngindir. Burada 450-dən çox yabanı  ağac və kol növü 

bitir. Onların 70-i endem növləri olub respublikamızdan başqa dünyanın 

heç bir yerində təbii halda bitmir. 



MEŞƏ EKOSİSTEMLƏRİ  – Mürəkkəb və yüksək məhsuldar 

ekosistemlər. Azərbaycan Respublikasında M.e.-ndə  əsasən hündür 

boylu (20-40 m) enliyarpaq ağaclar (fıstıq, palıd, vələs, cökə) 

dominantlıq edir. 



Fitofaqlar:  maral, qarapaça, çöl donuzu, ayı, cüyür, gəmiricilər və 

quşlar. Zoofaqlar: canavar, vaşaq, porsuq, tülkü və s. Qonur dağ-meşə 

torpaqları üstünlük təşkil edir. M.e. böyük torpaqqoruyucu, 

sutənzimedici rola malikdir, oduncaq, meyvə, giləmeyvə, dərman 

bitkiləri tədarük edilir. Rekreasiya əhəmiyyətindən geniş istifadə edilir. 

MEŞƏ ƏKİNLƏRİ – ağac və kolların səpini və ya əkini ilə salınan 

meşəliklər. M.ə. işlərini həyata keçirmək meşə  təsərrüfatının  əsas 

vəzifələrindən biridir. M.ə. meşəəkini fondu sahələrində, meşəsiz və 

yararsız torpaqlarda aparılır. M.ə. dövriyyəsinə toxum bazasının 

yaradılması (meşə-toxumçuluq sahələri və ya plantasiyalar), toxum 

tədarükü və  səpinə hazırlanması,  əkin materialı (tinglik) yetişdirmək, 

meşə əkini sahələrinin hazırlanması, torpağın şumlanması, toxum səpini 

və ya tinglərin basdırılması,  əkinlərə aqrotexniki və meşəçilik 

qulluqlarının yerinə yetirilməsi kimi işlər daxildir. 

Respublikanın meşə təsərrüfatları tərəfindən həm dağ, həm də düzən 

ərazilərdə M.ə. salınmışdır. Dağ yamaclarında M.ə.-də  əsasən qoz, 

şabalıd, adi göyrüş, adi şam, krım  şamı, düzən meşə  təsərüfatları 

ərazisində isə  əsasən ikinci dərəcəli ağac cinslərinə (ağ akasiya, yaşıl 

göyrüş, iydə) üstünlük verilmişdir. Burada qiymətli ağac cinsləri olan 

palıd, qoz, qovaq, saqqız ağacı, püstə, eldar şamı  əkinləri olduqca az 

sahə tutur. 



 

Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin 

PREZİDENT   KİTABXANASI 



────────────────────────────────────────── 

297 


 

 

Gədəbəy qəsəbəsi ətrafında krım şamı əkini 

 

MEŞƏ FAUNASI – Yer kürəsi meşələrində yaşayan heyvan 

növlərinin məcmusu: yer səthində yaşayan heyvanların yarısını  təkil 

edir. Meşə bitkisinin tərkibi və quruluşu onun faunasının zənginliyi və 

müxtəlifliyini müəyyən edir. Meşə qruplaşmaları nə qədər mürəkkəb və 

rəngarəngdirsə, yem bazası boldursa, meşə faunası da bir o qədər bol və 

rəngarəng olar. M.f.-nın bir çox növləri meşənin həyatında mühüm rol 

oynayaraq onun böyüməsi, inkişafı, bərpası  və formalaşmasına təsir 

göstərir. Bir sıra quşlar və  məməlilər ağac və kolların toxumları, 

meyvələri ilə qidalanaraq onların yayılmasına və bitməsinə kömək edir. 

Bununla bərabər M.f. meşəyə  və meşə  əkinlərinə müəyyən ziyan da 

verir. (bir çox cücülər, gəmiricilər). 

Respublikamızın Talış zonasının M.f. daha çox zənginlyi ilə seçilir. 

Talış dağları meşələrində cüyür, bəbir, meşə pişiyi, qaya dələləri, vaşaq, 

yereşənlər, kirpi, süleysin, köstəbək, çaqqal, qonur ayı, porsuq, 

samurlar, çöl donuzu, dənizə yaxın düzən meşələrdə quşlardan 

qaşqaldaq, qamışlıq quşu, kiçik bozca, ağqarın, cüllütlər, qağayı, 



Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin 

PREZİDENT   KİTABXANASI 



────────────────────────────────────────── 

298 


 

sternalar, anqutlar, qaqar, boz qaz, sarıleylək, bildirçin, meşə göyərçini, 

sultan toyuğu, qaratoyuq, sarquşu, qırqovul, turac, qızlar quşu və s. 

geniş yayılmışdır. Endemik quşlardan Hirkan zığzığı, Hirkan payız 

bülbülü, Hirkan zaryankası, Hirkan arıquşu, Talış  qırqovulu və s. 

göstərmək olar, endem cücülərə (kəpənək, qarışqa, böcək və s.) də rast 

gəlinir. 

Böyük və Kiçik Qafqazın dağ meşələrində yaşayan məməli 

heyvanların  əksəriyyəti qiymətli ov heyvanları, yaxud estetik cəhətdən 

nadir, gözəl heyvanlardır. Bu meşələrdə  yırtıcı heyvanların xarakterik 

nümayəndələrindən bəbir, boz ayı, canavar, çaqqal, tülkü, kaftar, vaşaq 

və meşə pişiyidir. Qiymətli ov heyvanlarından isə dırnaqlılara aid olan 

Bezoar keçisi, Qafqaz dağ keçisi, Qafqaz maralı, cüyür, dağ qoyunu, 

köpgər, çöl donuzu, gəmiricilərin nümayəndələri olan dovşan, dələ, 

sincab, porsuq, gəlincik, meşə süleysinləri, qulaqlı kirpi, çay samuru, 

quşlardan Qafqaz uları, alacəhrə, meşə  əlvan bülbülü, qaratoyuq, iri 

əlvan ağacdələn, arıquşu və s. göstərmək olar. 

MEŞƏ FONDU – mühafizə  və meşəsalma işləri nəzərdə tutulan 

meşə sahəsi (meşə ilə örtülü və meşə ilə örtülü olmayan sahələr). 



MEŞƏ XƏRİTƏLƏRİ – meşələrin bioloji və iqtisadi xüsuiyyətləri 

müəyyən sistemli şərti işarələrlə göstərilir. Meşə  sərvətlərinin aşkar 

edilməsi, məhsuldarlığının qiymətləndirilməsi və meşənin 

qorunmasında M.x.-ndən geniş istifadə olunur. Məqsəd və  tərkibinə 

görə M.x. şərti olaraq bioloji (meşənin məhsuldarlığı, meşənin tipi, ağac 

cinslərinin paylanması, fenoloji, meşəpotoloji və s.) və iqtisadi (meşə 

təsərrüfatı, meşə istismarı  və s.) xəritələrə bölünür. Meşə  təsərrüfatı 

ərazisi üçün təsərrüfat fəaliyyətini nizama salmaq məqsədilə M.x. 1:10 

000-1:25 000 miqyasında, obzor materialları isə 1:100 000, 1:250 000 

miqyasında verilir. 




Do'stlaringiz bilan baham:
1   ...   32   33   34   35   36   37   38   39   ...   60


Ma'lumotlar bazasi mualliflik huquqi bilan himoyalangan ©fayllar.org 2017
ma'muriyatiga murojaat qiling