Ekoloji LÜĞƏt a
Download 3.98 Mb. Pdf ko'rish
|
QURUNUN FOSFATLAŞMASI – fosfor kübrəsi və müxtəlif fosfor tərkibli preparatlar əldə etmək üçün mədənlərdən fosforun çıxarılması nəticəsində ətraf mühitdə fosforun texnogen çoxalması. Q.f. ətraf mühitin pisləşməsinə səbəb olur. Fosforun yüksək miqdarı canlı orqanizmlər, o cümlədən insan üçün zəhərli olur. Su hövzələrinin fosforlaşması onun evtrofikasiyasına səbəb olur. Elmə termini V.A.Kovda (1973) təklif etmişdir.
axıb göl, su anbarı, nohur, kanallarda və buzlaq toplanan suları, həmçinin yeraltı sular. Təqribi hesablamalara görə (Şukin, 1980) yer kürəsində çay məcralarında 1200 min km 3 , göllərdə – 280 min km 3 , buzlaqlarda – 24 mln km 3 , bütün yeraltı sular 60 mln km 3 təşkil edir. QURUTMA MELİORASİYASI – torpaqdan və onun səthindən artıq (izafi) rütubəti (suyu) kənar edərək onun su və hava rejimini yaxşılaşdırmaq, münbitliyini artırmaq, bataqlıq ərazini qurutmaq tədbiri.
Adətən sərt sahil qayalıqlarında yerləşir; yuvalar çox sıx olur. Avropa, Asiya, Şimali və Cənubi Amerika, Cənubi Afrika, Yeni Zenlandiyanın sahillərində və Cənub yarımkürəsinin okean adalarında yayılmışdır. Q.b. bəzən 10 km-lərlə sahəni tutur. Quş bazarları bir çox ölkələrdə mühafizə olunur.
QUŞLAR (Aves) – Onurğalı heyvan sinfi. Əksəriyyəti uçmağa uyğunlaşmış ikiayaqlı, yumurta qoymaqla çoxalan, heyvanlardır. Q.-ın təqribən 8,6 min, o cümlədən Azərbaycanda 350 növü məlumdur. Xarici mühitin dəyişilməsi və çirklənməsi, eləcə də quşların nizamsız ovlanması nəticəsində 16-cı əsrdən bəri 170 növün nəsli kəsilmiş, 300 növ isə son dərəcə azalmışdır. Quşların təbiətdə və x.t.-da böyük əhəmiyyəti olduğu üçün hazırda nəsli azalan Q.-ın ovlanması qadağan edilir və ya məhdudlaşdırılır: təbii şəraitdə Q.-ın ovlanması üzərində nəzarət qoyulur. Q.-ı öyrənən zoologiya bölməsi ornitologiya adlanır.
Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin PREZİDENT KİTABXANASI ────────────────────────────────────────── 272
hissəsinin geri qayıtmaq şərtilə hər il yuvaladığı ərazidən qışladığı əraziyə köçməsi. Q.k. onların mövsüm dəyişkənliyinə uyğunlaşmasıdır, köçərilik xüsusiyyəti nəsildən-nəslə keçmiş, həmin quşun irsiyyətində möhkəmlənmişdir. Müasir quşlarda köçmə instinkti anadan gəlmədir. Quşlar köçərkən sutkada 30-50 km-dən 200-300 km-ə qədər sürətlə uçur, 1-2 gün uçduqdan sonra 5-10 sutka fasilə edirlər. Köçmə 1-2 ay davam edir. QUŞLARIN QORUNMASI – heyvanat aləminin mühafizəsinin bölməsi olub, quşların populyasiya – növ tərkibinin və sayının müəyyən səviyyədə saxlanmasına yönəldilən kompleks beynəlxalq, dövlət və regional inzibati təsərrüfat və ictimai tədbirlər. QUŞLARIN UÇOTU – vizual (gözəyarı), quşların səsinə görə və s. üsulla quşların növ tərkibinin və sayının müəyyən edilməsi (mütləq və ya nisbi).
qapalı yerliklərində və südlü şirəsində olan yapışqanlı hissə. Ondan quttaperça alınır.
həmin qətranın alındığı ağac; – əsasən Şərqi Asiya, Yeni Qvineya və CAR-da bitən palakvaum, payena, bassia cinslərinə mənsub olan ağac növlərinin süd şirəsindən alınan məhsul. Əsas komponenti (təqr. 90%-i) qutta – təbii kauçuku əmələ gətirən və emprik formulu (C 5 H 3 ) olan
irimolekulalı polizoprendən ibarətdir. Texniki Q.-da müxtəlif qətranlar, zülali maddələr, su və s.-də olur. O, otaq temperaturunda bərk haldadır, rəngi ağ-sarımtıl-qəhvəyidir, rütubəti keçirmir, yaxşı izolyatordur. Başlıca olaraq sualtı kabellərin izolyasiya edilməsində, habelə turşuyadavamlı və yapışdırıcı materiallar hazırlanmasında işlədilir. Tropik zonada palakvium, payena, bassia cinsindən olan bitkilər, həmçinin bəzi gərməşov və evkomiya növləri Q.-lı bitkilərə aiddir. Azərbaycanda da evkomiya əkilir. Quttaperçalı bitkilər dərman bitkisi kimi də istifadə olunur.
şəklində su ifraz etməsi. QÜTB İQLİMİ – uzun qış, qısa və sərin yayı (temperatur hərdən 0 °-dən yuxarı olur) ilə səciyyələnir. Qış aylarının çoxillik orta Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin PREZİDENT KİTABXANASI ────────────────────────────────────────── 273
temperaturu mənfi 50 ° (Qrenlandiya), 70° (Antraktida), illik yağmurlarının cəmi 200-300 mm. (Şərqi Atraktidada 100 mm-dən az) təşkil edir.
xüsusiyyətləri ilə müxtəlif obyektləri əlverişsiz təbii və antropogen amillərin təsirindən qoruyan təbii və süni meşələr. Azərbaycan respublikasının bütün meşələri I-qrupa aid edildiyi üçün qoruyucu meşələr sayılır. Bu meşələr Azərbaycan Nazirlər Sovetinin qərarına əsasən (28 yanvar 1983-cü il, N-47) aşağıdakı qoruyucu kateqoriyalara bölünmüşdür.
Ümumi sahə, min ha, o cümlədən Sıra №-si
Qoruyucu kateqoriyalar Cəmi dağ
meşələri düzən
meşələri I Əsasən su mühafizəedici funksiyalı meşələr 59,6 21,0 38,6
II Əsasən qoruyucu funksiyalı meşələr 767,7 698,8 68,9 III
Əsasən sanitariya- gigiyena və sağlamlaşdırma funksiyalı meşələr 117,5 90,8 14,0
IV Xüsusi təyinatlı meşələr
77.6 53,6 24,1
I-Əsasən su mühafizəedici funksiyalı meşələrə qiymətli ov balıqlarının kürüləmə yerlərini qoruyan qadağan meşə zolaqları aid edilmişdir. II-Əsasən qoruyucu funksiyalı meşələrə dövlət qoruyucu meşə zolaqları (9,6 min ha), dəmir yolları boyunca qoruyucu meşə zolaqları (0,2 min ha), respublika əhəmiyyətli avtomobil yolları boyunca qoruyucu meşə zolaqları (4,1 min ha), xüsusilə qiymətli meşə massivləri (90,3 min ha), ətraf mühitin qorunması üçün mühüm əhəmiyyəti olan yarımsəhra, bozqır, meşəli və azmeşəli dağ rayonlarının sair meşələri
Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin PREZİDENT KİTABXANASI ────────────────────────────────────────── 274
(663,5 min ha), aid edilmişdir. III-Əsasən sanitariya-gigiyena və sağlamlaşdırma funksiyalı meşələrə şəhərlərin, digər yaşayış məntəqələrinin və sənaye müəssisələrinin ətrafındakı yaşıllıq zonalarının meşələri (47 min ha), su təhcizatı mənbələrinin sanitariya mühafizəsi zonalarnının I və II qurşaqlarının meşələri (48,6 min ha), kurortların sanitariya mühafizə dairələrinin meşələri (21,8 min ha) daxil edilmişdir. IV-Xüsusi təyinatlı meşələrə dövlət qoruqlarının meşələri (59,5 min ha) aid edilmişdir.
zolaqları şəklində sahələri, torpağı, yolları, yaşayış məntəqələrini, su hövzələrini, kənd təsərrüfatı heyvanlarını və s.-ni təbii amillərin zərərli təsirlərindən qorumaq üçün süni yaradılan meşəliklər. Q.m.z. aşağıdakı qruplara bölünür: dövlət qoruyucu meşə zolaqları; tarlaqoruyucu meşə zolaqları (dəmyə və suvarılan sahələrdə); yamaclarda sutənzimedici- torpaqqoruyucu meşə zolaqları; yarğan və qobubərkidici meşə zolaqları; yollar boyunca qoruyucu meşə zolaqları: irriqasiya meşə zolaqları və s. Respublikamızda Kür-Araz ovalığında, Gəncə-Qazax düzündə və Lənkəran ovalığında tarlaqoruyucu meşə zolaqları, yollar və kanallar boyu meşə zolaqlarının sahəsi cəmi 15,0 min ha təşkil edir. Lakin bu meşəliklər həmin ərazilərdə azlıq təşkil edib öz tarlaqoruyucu, meliorativ və iqlim tənzimedici rolunu lazımi dərəcədə təmin edə bilmir. Odur ki, respublikamızın dəmyə və suvarılan sahələrində, həmçinin kanallar və yollar boyu yeni əlavə meşə zolaqlarının salınması vacibdir. Bu zolaqlarda qərzəkli, meyvə və giləmeyvə növlərinə üstünlük verilməlidir.
təsnifatına görə kontinental və dəniz qrupu ekosistemləri.
Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin PREZİDENT KİTABXANASI ────────────────────────────────────────── 275
L LABOROGEN DƏYİŞİLMƏLƏR və ya SUKSESSİYALAR – bitki örtüyünə insanın sistematik (müntəzəm) surətdə təsirilə bitki qruplaşmalarında gedən dəyişilmələr. (Aleksandrova, 1964), məs. ot biçini, meşə qırması və s. antropodinamik suksessiyalara aiddir. LAKRİMATORLAR (lat. lacrina – göz yaşı) – gözün yaş örtüyü ilə kontaktda olarkən çoxlu gözyaşı axıdan zəhərləyici maddələr. LANDŞAFT (alm. Landschaft) – bax: coğrafi landşaft. LANDŞAFT ANALOQLARI – strukturu və xarici əlamətləri eyni olan bir taksonomik ranqın, ərazilərdə arası kəsilən landşaft kompleksləri.
xüsusiyyətlərini nəzərə alaraq tikinti işlərinin aparılması. LANDŞAFT EKOLOGİYASI – coğrafi və ekoloji nöqteyi nəzərincə ekosistemlərdə kompleks qarşılıqlı əlaqələr haqqında təlim. L.e. termini geniş yayılmışdır, belə ki, bu məsələləri ənənəvi olaraq landşaftşünaslıq və biogeosenologiya həll edir. K.Trollun (1972) fikrincə biogeosenologiya və L.e. terminlərini yanlış olaraq sinonim hesab edirlər. LANDŞAFT İNDİQATORLARI – indiqasiya obyektləri ilə bağlı landşaftın komponentləri və elementləri. Aerokosmik şəkillərin deşifrlənməsində (relyef, bitki örtüyü, insan fəaliyyətinin izləri, erozion- hidroqrafik şəbəkə və subasmış sahələr, qar, buz və s.). L.i. böyük əhəmiyyət kəsb edir.
– Ekoloji vəziyyəti saxlamaq, sabitləşdirmək üçün landşaft komplekslərinin qiymətləndirilməsi vacib məsələ sayılır. Azərbaycanın landşaft komplekslərini qiymətləndirmək ilkin material kimi torpaq xəritələrindən, torpaq-eroziya və torpaqların mühafizəsi xəritələrindən, landşaft kompleksi xəritəsindən, torpaqların bonitet şkalası və bonitet kartoqramlarından istifadə edilmişdir. Nəticədə tədqiqat obyektlərindəki landşaft komplekslərinin sayı, onların sahəsi, landşaftın orta ölçülmüş balı və –müqayisəli dəyərlilik əmsalı müəyyən olmuşdur. Azərbaycanın landşaftının orta ölçülmüş bonitet balını (41) vahid qəbul edərək (K-1.00) ona münasibətdə landşaft tiplərinin dəyərlilik əmsalı müəyyən olunmuşdur. (Məmmədov, 1998) landşaft kompleksləri üçün o, cədvəldə verilir. Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin PREZİDENT KİTABXANASI ────────────────────────────────────────── 275
AZƏRBAYCANIN LANDŞAFT KOMPLEKSLƏRİNİN ORTA ÇƏKİLİ BONİTET BALI
№ Landşaft kompleksləri Torpaqları n sahəsi, km 2
Landşaftın orta çəkili bonitet balı Landşaf
tın müqayi
səli dəyərlili k əmsalı
1 2 3 4 5 1 İntensiv parçalanmış yüksək dağlıq nival, qismən nival-buzlaq landşaftı 1647 52 1,27 2 İntensiv parçalanmış yüksək dağlıq alp, subalp çəmən və çəmən-bozqır landşaftı 4806 58 1,41 3 Güclü parçalanmış yüksək dağlıq enliyarpaqlı meşə və çəmən-kollu landşaft 12330 66 1,61 4 Güclü
parçalanmış orta dağlıq dağ-kserofit landşaft 1602 30 0,73 5 Orta
parçalanmış dağətəyi enliyarpaqlı meşələr landşaftı 1107 50 1,22 6 İntensiv parçalanmış dağətəyi arid meşə-kol landşaftı 2628 34 0,83 7 Güclü
və orta parçalanmış dağətəyi bozqır /qismən meşə çöl/ 11304 41 1,00 8 Orta parçalanmış dağətəyi yarımsəhra landşaftı 6750 22 0,54 9 Orta parçalanmış dağlar arası düzənlik və ovalıqların çəmən-meşə landşaftı 5499 56 1,36 10 Orta
parçalanmış düzənliklərin quru bozqır landşaftı 8721 48 1,17 Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin PREZİDENT KİTABXANASI ────────────────────────────────────────── 276
11 Orta
və zəif parçalanmış dağlararası düzənlik və ovalıqların yarımsəhra landşaftı 22230 22 0,54 12
Şərti yararsız ərazilər, quru çay yataqları və s. 7949 10 0,24
86573 41 1.00 LANDŞAFT PARKI – süni salınmış qorunan landşaft, əsasən rekreasiya məqsədilə istifadə olunur. LANDŞAFT PLANLAŞDIRILMASI – landşafta təsir göstərən bütün təbii və antropogen faktorlar: rayon planlaşdırılmasının tərkib hissəsi.
kontakt zonası (aşınma qabığı, torpaq, canlı maddə, havanın yerüstü qatları). Termini Y.K. Yefremov (1956) irəli sürmüşdür.
iki sinif ayırırlar – düzən və dağlıq landşatları. LANDŞAFT ZONASI– bir və ya bir neçə kontinentdən (qitədən) keçən, müəyyən istilik və rütubətlik (hidroloji rejim) nisbətinə, eyni intensivli ekzogen proseslərə, oxşar torpaq və bitki tipinə, zonal lanşafta malik olub enli zolaq şəklində uzanan Yer səthinin bir hissəsi. LANDŞAFTIN BƏDİİLİYİ (gözəlliyi) – landşaftın estetik keyfiyyətinin subyektiv qiymətləndirilməsi. LANDŞAFTIN BƏRPASI – təsərrüfat fəaliyyəti nəticəsində pozulmuş təbii landşaftın qismən və ya tam bərpa edilməsi. LANDŞAFTIN ÇİRKLƏNMƏSİ – Bu termin bir neçə mənada işlənir: 1) bu və ya digər maddənin və ya enerjinin təbii haldan yüksək olması; bu, həm də təbii faktorlar (vulkan fəaliyyəti, torpaq hissəciklərinin və ya duzların gətirilməsi), həm də antropogen faktorların təsiri nəticəsində baş verə bilər; 2) landşafta təbii proseslərin gedişi nəticəsində formalaşmayan yad maddələrin verilməsi. L.ç.-nin əsas mənbəyi texnogen təzyiq sayılır. Çirklənmə landşaftın xarakterinin və onun komponentlərinin xassələrinin dəyişməsinə səbəb olur, bu isə geomorfoloji (tozun, qumun
Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin PREZİDENT KİTABXANASI ────────────────────────────────────────── 277
və s.-nin toplanması) və termik anomaliyanın formalaşması ilə nəticələnir. Landşaftın komponentlərinin qarşılıqlı təsiri onlardan birinin çirklənməsi (məs. havanın), digər komponentlərin (bitki örtüyü, torpaq və s.) çirklənməsinə səbəb olaraq bütün landşaftı əhatə edir. Bu zaman orqanizmlər, torpaq və su hövzələrindəki lil çox vaxt çirkləndirici maddələr toplayır. Landşaftın çirklənməsini azaltmaq və ya onun qarşısını almaq – landşaftın qorunmasının əsas hissəsindən biri hesab olunur. LANDŞAFTIN DAVAMLIĞI – mühitin dəyişilən şəraitində landşaftın öz strukturunu və funksiyasını saxlamaq qabiliyyəti. LANDŞAFTIN DEQREDASİYASI – landşaftın təbii və antropogen pisləşməsi, onun təsərrüfat və estetik potensialının aşağı düşməsi.
özünün inkişafı nəticəsində landşaftın yeni xassə qazanması, yaxud əvvəlki xassələrini itirməsi.
digər dərəcədə ayrılmış xarakterik və spesifik hissələrə (komponent, kompleks) ayrılması. L.d. müxtəlif təbii mühafizə tədbirləri əsasında aparılır. LANDŞAFTIN ELEMENTLƏRİ – 1) komponentlərin sadə hissələri; onların kombinasiyasından real dünyanın müxtəlif obyektləri toplanır (cəmlənir); 2) E. Neyefə (1963) görə L.e. komponentlərin bölünməz sadə tərkib hissələridir; V. B.Soçavaya (1978) görə L.e. geosistemin hər hansı komponentlərinin tərkib hissələri olub tam (bütöv) mürəkkəbdir (torpağın mexaniki tərkibi, bitki örtüyünün ayrıca yarusu, qar örtüyü, karst forması).
cazibədarlığı. İnsanların psixi sağlamlığını qorumaq və normal istirahət üçün vacib olan təbii resurslardan biri (boş yerlər, qurumuş meşə sahələri, nizamsız qazılan kanallar, zibillənmiş sahələr qeyri estetik hesab olunur).
olan proseslərin məcmusu və onun müasir dinamiki vəziyyəti. Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin PREZİDENT KİTABXANASI ────────────────────────────────────────── 278
Cəmiyyətin landşafta təsir göstərməsinə qədər onun əmələ gəlməsi əsasən iqlim şəraiti, həmçinin tektonik və bioloji faktorlarla təyin edilirdi. Bu özünü landşaft tiplərinin adında əks etdirir: zonal – qurşaq landşaft tipləri (tundra, ekvator və s.) biogen, orogen (düzən, dağ, dərə və s.) landşaft. İnsanın peyda olması ilə landşaftəmələgətirən və landşaftı dəyişdirən mühüm faktordan biri insan cəmiyyətinin fəaliyyəti oldu. Bu özünü landşaftların adında əks etdirir: antropogen landşaft, əkinçilik landşaftı və s. Landşaftın əmələ gəlməsi və müasir vəziyyətinin formalaşması paleocoğrafi, arxeoloji və tarixi metodlarla, landşaftın vəziyyətini, strukturunu və prosesləri təhlil etmək yolu ilə müəyyən edilir. LANDŞAFTIN GEOKİMYASI – geokimya elminin landşaftda kimyəvi elementlərin akkumlyasiyası, yerləşməsi, miqrasiyası və çıxarılmasını tədqiq edən hissəsi.
fəaliyyətinin təsiri nəticəsində destruksiyanın (resursların tükənməsi şəklində) başlanğıcı, landşaftın tarazlığının pozulması.
kompleksdə olduğu zaman aldığı infomasiyanın (sezici və rasional) miqdarı.
faktorların təsiri nəticəsində landşaftın inkişafı; bu zaman landşaftın morfoloji strukturu və funksiyasının xarakterində bəzi fərqlər silinir (yoxa çıxır). LANDŞAFTIN KLİMAKS VƏZİYYƏTİ – terminin əsası bioloji termindən başlanır. 1904-cü ildə Kliment tərəfindən irəli sürülmüşdür. Klimaks bitki örtüyünün yüksək, final, sabit inkişaf mərhələsi olub həmin ərazinin iqlimi ilə tam vəhdət təşkil edir. LANDŞAFTIN KOMFORTLUĞU – müəyyən landşaftda əhalinin ekobioloji və sosial-psixoloji həyat şəraitini əlverişli hala gətirmək üçün tədbirlər (komfort, diskomfort). L.k. sərvətlərdən səmərəli istifadə olunması və yaşayış mühitinin mühafizəsi məsələlərinin həllində nəzərə alınır.
coğrafi qabıq mühitinin (sferinin) ayrı-ayrı fraqmentlərindən ibarət Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin PREZİDENT KİTABXANASI ────────────────────────────────────────── 279
landşaftın əsas qurucuları: litosfer (dağ, süxurları, torpaq), hidrosfer (səthi və yeraltı sular), atmosfer (onun kimyəvi tərkibi) və biotanın yayılma sferi (mikroorqanizmlər, bitkilər və heyvanlar). L..k-nə həmçinin insan fəaliyyəti obyektləri (qurğular, kənd təsərrüfatı tarlaları, meşə zolaqları və s. daxildir). LANDŞAFTIN KONSERVASİYASI – landşaftı ilkin, az dəyişilmiş və ya dəyişilməmiş şəkildə saxlamaq məqsədilə ondan istifadəni dayandırmaq; landşaftda qoruq rejimi yaratmaq yolu ilə həyata keçirilir, xüsusi qoruq ərazisi təşkilinin bir forması sayılır. LANDŞAFTIN OPTİMALLAŞDIRILMASI – landşaftın məhsuldarlığını, floristik və faunistik zənginliyini və estetikasını yüksəltməyə yönəldilən tədbirlər sistemi. Məs. landşaftı meşə-park və milli parka çevirmək L.o.-na misal ola bilər.
davamlığını təmin edən əsas xarakteristikasını saxlamaqla landşaftın dəyişməsi qabiliyyəti. L.P. hətta ekstremal şəraitlərdə (quraqlıq, izafi rütubətlik və s.) onun tam (bütöv) qalmasını təmin edir. LANDŞAFTIN REJİMİ – sutka, mövsüm, bir neçə il ərzində landşaftda gedən təbii proseslər və hadisələr. Energetik, su, bioloji (biotik), informasiya və b. L.r. ayrılır. L.r.-nin təyin olunması, ona riayət edilməsi və landşaftın düzgün istifadəsinə nəzarət təbii sərvətlərdən səmərəli istifadə və təbiətin mühafizə fəaliyyətində aparıcı element sayılır. LANDŞAFTIN REKREASİYA TUTUMU – təbii mühiti deqradasiyaya uğratmamaqla ərazinin müəyyən miqdarda istirahət edənləri psixofizioloji komfortla və idman-sağlamlıq fəaliyyəti ilə təmin etmək qabiliyyəti. Bu vahid sahədə (və ya rekreasiya obyektində) müəyyən vaxt ərzində istirahət edən əhalinin sayı ilə ifadə olunur. Rekreasiya yükü qiymətləndirildikdə yalnız təbii komplekslərin və rekreasiya obyektlərinin davamlığına (dözümlüyü), L.r.t.-nu qiymətləndirdikdə isə həmçinin komfort dərəcəsinə diqqət vermək lazımdır.
Download 3.98 Mb. Do'stlaringiz bilan baham: |
ma'muriyatiga murojaat qiling