Ekoloji LÜĞƏt a


Download 3.98 Mb.
Pdf ko'rish
bet37/60
Sana14.02.2017
Hajmi3.98 Mb.
#384
1   ...   33   34   35   36   37   38   39   40   ...   60

MEŞƏ KADASTRI – Meşənin səmərəli istifadəsi, qorunması, 

mühafizəsi və meşə  təsərrüfatının inkişafının planlaşdırılmasını  təşkil 

etmək məqsədilə meşələrin dövlət uçotu və dövlət M.k. aparılır. Dövlət 

M.k. meşə quruluşu materialları  əsasında yerinə yetirilir. Meşə 

təsərrüfatından səmərəli və effektli istifadə etmək məqsədilə dövlət 

M.k.-na meşələrin kəmiyyət və keyfiyyət vəziyyəti haqqında 

məlumatlar, meşələrin qoruyucu kateqoriyalara bölünməsi və s. daxil 


Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin 

PREZİDENT   KİTABXANASI 



────────────────────────────────────────── 

299 


 

edilir. Dövlət M.k.-nın sənədləşdirilməsi dövlət meşələrində, qoruq 

meşələrində  və ayrı-ayrı müəssisə  və  təşkilatlara aid meşələrdə 

aparılmalıdır. 

Hazırda bəzi SNQ dövlətlərində M.k. aparılır. Respublikamızda 

vaxtilə bu işə başlanmış, lakin sonra davam etdirilməmişdir. Onun 

aparılması respublikamızın meşə təsərüfatları üçün vacib məsələ hesab 

edilməlidir. 



MEŞƏ  KƏNARI  – qonşu biosenoza zolaq şəklində dar keçidli 

sərhəd (ekoton). Meşə  kənarında çox vaxt kollar, sarmaşıqlar, meşədə 

dominantlıq edən ağacların pöhrələri bitir. Çox vaxt meşə  kənarının 

bitki örtüyü ekoton suksessiyaları üçün prosenoz kimi müşahidə olunur. 

Bu zaman meşənin sərhədi suksessiv (dəyişkən) olur. 

MEŞƏ İLƏ ÖRTÜLÜ SAHƏ – meşə fondunun ağac (meşə) bitkisi 

ilə örtülü hissəsi, fazlə. 



MEŞƏ QORUMA, DÖVLƏT MEŞƏ QORUMA – M.q.-nın əsas 

vəzifələri: meşə yanğınlarının qarşısını almaq, yanğınları vaxtında aşkar 

etmək və ona qarşı mübarizə aparmaq; insanın ziyan verən 

hərəkətlərindən – öz başına (qanunsuz) ağacların kəsilməsi, oğurlanması 

və s.-dən mühafizəsi; meşəqırma, meşədə ot çalımı, mal-qara otarılması 

və digər istismar növlərinə  nəzarət; meşədə ziyanverici həşəratlar və 

xəstəliklər zahirə  çıxdıqda xəbərdarlıq etmək; meşədə heyvanların 

ovlanma qaydası  və vaxtına nəzarət etmək. M.q. işlərinin yerinə 

yetirilməsi və  nəzarəti Respublikanın Ekologiya və  Təbii Sərvətlər 

Nazirliyi Meşə Departamentinə həvalə olunmuşdur. 



MEŞƏ QRUPLARI – meşələrin xalq təsərrüfatı  əhəmiyyətinə 

uyğun olaraq, onların yerləşdiyi  ərazidən və funksiyalarından asılı 

olaraq dövlət meşələri üç qrupa (I, II, III) ayrılır. I-qrupa əsasən 

suqoruyucu, torpaqqoruyucu, səhiyyə-gigiyena və sağlamlıq funksiyası 

daşıyan meşələr daxildir. Bu meşələrdə istifadə olduqca 

məhdudlaşdırılır. Meşədə yalnız meşə-bərpa, xidməti və sanitar 

qırıntısına icazə verilir. II qrup meşələrdə başdan-başa, tədrici və seçmə 

qırıntısına icazə verilir. III qrup meşələr çoxmeşəli rayonlarda yerləşir 

və burada başdan-başa qırıntı üsulları  tətbiq edilir. II, III qrup 

meşələrinə Ural,Sibir meşələri daxildir. 

Azərbaycan respublikasının meşələri I qrupa aiddir. 


Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin 

PREZİDENT   KİTABXANASI 



────────────────────────────────────────── 

300 


 

MEŞƏ QURULUŞU  – meşə fondunun təşkilinə, meşənin 

taksasiyasına, meşələrin uçotunda və öyrənilməsində prespektiv dövr 

üçün meşə  təsərrüfatının idarə olunması layihəsini tərtib edir və 

kompleks tədbirlər hazırlayır. M.q. zamanı meşə ehtiyatlarının yenidən 

bərpası və s. üçün tədbirlər müəyyən edilir. 

MEŞƏ MELİORASİYASI – bax: aqromeşəmeliorasiya. 

MEŞƏ MÜHAFİZƏSİNİN BİOLOJİ ÜSULLARI – 

(zərərvericilərdən və  xəstəliklərdən) bu üsullar entomopatogen 

mikroorqanizmlər, entomofaq – cücülər qidalanan quş və heyvanlardan 

istifadə etməklə aparılır. 



MEŞƏ  SƏNAYESİ  – meşələrdə oduncaq tədarük edən və onun 

emalı ilə məşğul olan sənaye sahələrinin məcmusu. 



MEŞƏ  SƏRVƏTLƏRİ  – iqtisadi və  mədəni cəhətdən cəmiyyətin 

meşəyə olan tələbatını ödəmək üçün meşənin məhsulundan və faydalı 

xüsusiyyətindən istifadə edilir. M.s.-nə oduncaq, texniki, ərzaq, yem, 

dərman bitkiləri, həmçinin meşənin qoruyucusu və ictimai əhəmiyyəti 

daxildir. 

Oduncaq sərvətləri-xidməti, səhiyyə  və digər meşəqırma işləri vaxtı 

əldə edilir. Texniki sərvətlərə quttaperça, mantar qabığı, tinnidlər (gönü 

aşılamaq üçün), müxtəlif üzvi rəngləyicilər və s. aiddir. Meşənin  ərzaq 

sərvətlərinə – meyvə, giləmeyvə, göbələk, qoz, yem otları, həmçinin vəhşi 

heyvan və quşlar daxildir. Bura həmçinin meşə  ərazisində yerləşdirilən 

arıların məhsulu aid edilir. 

Yem sərvətlərinə meşə sahəsindən  əldə edilən ot, çırpı, yem 

məqsədilə toplanan meyvələr (palıd qozası  və s.) daxildir. Meşənin 

dərman sərvətləri farmakologiyada geniş istifadə olunur. Dərman 

preparatlarının 40%-dən çoxu dərman bitkilərindən hazırlanır. 

Preparatlar ot, ağac və kolların meyvəsindən, yarpaqlarından, 

qabığından və s. hazırlanır. 

Meşənin qoruyucu funksiyası onun torpağı su və külək 

eroziyasından, sellərdən, uçqundan, hava və su hövzələrini 

çirklənmədən, insan və heyvanları  səs-küydən qorumasıdır. Meşənin 

ictimai  əhəmiyyətinə onun rekreasiya, kurort, estetik xüsusiyyətləri 

daxildir. 



MEŞƏ TAKSASİYASI  – meşə  sərvətlərinin uçotu, keyfiyyətcə, 

Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin 

PREZİDENT   KİTABXANASI 



────────────────────────────────────────── 

301 


 

kəmiyyətcə xarakteristikasını  və dinamikasını  aşkar etmək üçün 

kompleks texniki tədbirlər. M.t. ağacların, meşə massivlərinin həcmini, 

ehtiyatını, ayrı-ayrı  ağacların və meşəliyin artımını hesablamaq üçün 

metodları öyrənir. M.t. meşə  təsərrüfatı  fəaliyyətini səmərəli 

planlaşdırmaq, meşənin dinamikasına, inkişafına və mövcud 

meşəliklərin bitmə  şəraitinə görə optimallığına qiymət vermək, meşə 

təsərrüfatının düzgün aparılmasına, görülən təsərrüfat tədbirlərinin 

keyfiyyət və effektivliyinə nəzarət etmək haqqında məlumat verir. 

MEŞƏ  TƏSƏRRÜFATI  – istehsal sahəsi: meşələri öyrənmək, 

uçota almaq, yeni meşələr salmaq, onları yanğından, xəstəlik və 

zərərvericilərdən qorumaq, meşələrin qoruyucu və sutəmizləyici 

funksiyasını saxlamaqla, xalq təsərrüfatının meşə materialına olan 

tələbatını ödəmək məqsədi ilə meşələrdən səmərəli istifadə olunmasını 

təmin edir. M.t. meşədən oduncaq, dərman və texniki xammal, yeyinti 

məhsulları  və s. istehsal edir. Meşədən torpaq və suqoruyucu, iqlim 

saflaşdırıcı, kurortoloji, rekreasiya və s. məqsədlər üçün istifadə olunur. 

M.t-nın əsas vəzifələrindən biri də meşələrin bərpası və yeni meşəliklər 

salınmasıdır. 



MEŞƏ  TƏSƏRRÜFATININ KİMYALAŞDIRILMASI  – meşə 

təsərrüfatında kimyəvi vasitələrdən istifadə olunması; M.t.k. özündə 

aşağıdakıları  cəmləşdirir: meşənin ziyanverici cücülərdən və 

xəstəliklərdən qorumaq üçün, tingliklərdə  və meşə  əkinlərində alaq 

otları ilə mübarizədə pestisidlərin istifadə olunması; tingliklərdə  əkin 

materialının keyfiyyətini, davamlılığını, boy artımını yüksəltmək 

məqsədilə mineral gübrələrdən istifadə olunması; meşə yanğınlarını 

söndürmək üçün kimyəvi vasitələrdən istifadə edilməsi və s. 



MEŞƏ YANĞINLARI  – M.y. əsasən kortəbii hadisələrlə yayılan 

yanğına deyilir. M.y. ən çox əhalinin təqsiri üzündən baş verir (meşədə 

tonqal qalamaq, ov etmək, ot çalmaq və s.). M.y. zamanı canlı  və ölü 

örtük, töküntü, yarpaq, budaqlar, meşə döşənəyi və s. yanır. M.y. meşə 

təsərrüfatına böyük ziyan vurur: çoxlu oduncaq məhv olur, meşənin 

tərkibi pisləşir, ağacların boy artımı zəifləyir, heyvanat aləmi məhv olur 

və  s.  M.y-na  qarşı mübarizə meşə  təsərrüfatları  tərəfindən yerinə 

yetirilir. 



MEŞƏ  ZİYANVERİCİLƏRİ  – meşəliklərə ziyan verən 

Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin 

PREZİDENT   KİTABXANASI 



────────────────────────────────────────── 

302 


 

(zədələyən) orqanizmlər. Meşəyə,  əsasən, ziyan verən cücülər sinfidir

bir qədər az ziyanvericilərdən bəzi gənələri, çoxayaqlıları, ibliz, 

məməlilər (həşəratyeyənlər – kirpilər, göstəbək, siçanlar; cütdırnaqlılar 

– qaban, cüyür və s. yırtıcılar – tülkü, ayı  və  bəzi quşlar). Bu 

heyvanların verdiyi ziyan yarpaqların, tumurcuqların, çiçəklərin, 

meyvələrin toxumların, budaqların, qabıqların, ağacın oduncağının, 

köklərinin tam və qismən yeyilməsi və ya zədələnməsindən ibarətdir. 

Bu zaman bitkilər (ağac və kollar, yeniyetmələr) zəifləyir, inkişafı 

dayanır, bar vermir və çox vaxt məhv olur. 

Cücülər meşə üçün daha təhlükəlidir, onlar kütləvi çoxalaraq geniş 

ərazilərdə meşə təsərrüfatına ziyan yetirir. 



MEŞƏ ZOLAQLARI – bax: qoruyucu meşə zolaqları. 

MEŞƏALTI – meşə qruplaşmasının əsas ağaclıq yarusunun hündür-

lüyünə çatmayan kol və ağacların məcmusu. 



MEŞƏDƏN  İSTİFADƏ  – meşə fondu meşələrinin faydalı 

xüsusiyyətlərindən və torpağından istifadə edilməsi. Qanunla aşağıdakı 

M.i. növləri vardır: oduncaqdan istifadə: meşənin ikinci dərəcəli 

materiallarının (kötük, ağac qabığı və s.) istifadə; meşədən əlavə istifadə 

(meyvə, gilə-meyvə, göbələk və s. tədarükü): M.i. xüsusi icazə ilə (meşə 

qırma bileti, meşədən istifadə bileti) olmalıdır. Yalnız adamların meşədə 

olarkən göbələk, meyvə, giləmeyvə və s. yığması icazəsiz ola bilər. 

MEŞƏÇİLİK  – 1) bitkiçiliyin bir sahəsi; oduncaq və s. meşə 

məhsulu almaq məqsədi ilə meşə salınması, onun mühafizəsi, sutənzimi, 

müalicə-sağlamlıq, estetik əhəmiyyətinin öyrənilməsi ilə məşğul olur. 

2) Meşənin becərilməsi və yaxşılaşdırılması, onun məhsuldarlığının 

artırılması metodları haqında elm. M. bir elm kimi meşəşünaslığa və 

xüsusi meşəçiliyə bölünür. 

3) Meşə təsərrüfatlarının quruluşuna daxil olan ərazi təsərrüfat vahidi 

(yaxud meşəbəyilik). 



MEŞƏLİK FAİZİ – ərazinin meşə ilə örtülmə dərəcəsi. 

Meşə ilə örtülü sahənin ümumi sahəyə (məs: respublikanın, rayo-nun 

meşə  təsərrüfatının və s.) nisbəti ilə  təyin olunur: faizlə ifadə olunur. 

Meşəlik faizinin dinamikası insanın təsərrüfat fəaliyyətinin təsiri altında 

gedir. Azərbaycan Respublikası az meşəliyi ilə səciyyələnərək ərazisinin 

meşəlik faizi 10-dur. Ən böyük meşəlik faizi (40%-dən çox) ilə Böyük 



Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin 

PREZİDENT   KİTABXANASI 



────────────────────────────────────────── 

303 


 

Qafqazın cənub yamacı rayonları (Balakən, Zaqatala, Oğuz, Qəbələ, 

İsmayıllı), Qarabağın dağlıq hissəsi (Ağdərə və Xankəndi rayonları) və 

qismən Talış (Astara rayonu) xarakterikdir. Orta meşəlik faizi (20-40%) 

ilə səciyyələnən ərazilər Böyük Qafqazda (Şəki, Quba rayonları), Kiçik 

Qafqazda (Gədəbəy, Daşkəsən, Kəlbəcər və Laçın rayonları) və Talışda 

(Lerik, Masallı rayonları) yerləşir. 

Orta meşəlik faizindən aşağı olan (10-20%) ərazilər Kiçik Qafqazın 

qərb rayonları (Qazax və Tovuz) üçün səciyyəvidir. Aşağı meşəlik 

faizinə (1,0-10%) Dəvəçi,  Şamaxı,  Şəmkir, Xocavənd rayonları aiddir. 

Naxçıvan Respublikası, Ceyrançöl, Qobustan, Cəbrayıl və Füzuli 

rayonları, Abşeron yarımadası, həmçinin alp çəmənləri demək olar ki, 

meşəsizdir (meşəlik faizi – 1%-dən azdır). 

Optimal və yüksək meşəlik faizi ətraf mühitin ekoloji baxımdan 

sağlamlaşmasına daha müsbət təsir göstərir. 

MEŞƏNİN AŞAĞI SƏRHƏDİ  – Boreal iqlim şəraitində dağ 

meşələri aşağı  sərhədində meşə-çöl vasitəsilə meşəsiz çöllərlə  əvəz 

olunur. Meşənin meşə-çöl və çöllə (bozqırla)  əvəz olunmasına səbəb 

yağıntının az və havanın nisbi rütubətliyinin aşağı olmasıdır. Belə 

qanunauyğunluq respublikamızın dağ sistemləri şəraitinə uyğun gəlmir. 

Belə ki, Böyük Qafqazın cənub yamacında dağın Qanıx-Həftaran 

vadisinə keçid hissədə rütubətli düzən meşəsi ilə  əvəz olunur. Böyük 

Qafqazın  şimal-şərq yamacında meşənin aşağı  sərhədi yoxdur. Burada 

dağlıq  ərazi 600 m hündürlükdə Samur-Dəvəçi düzənliyinə keçir. 

Düzənliyin  ərazisində  bəzi yerlərdə  dənizə  qədər meşələrin yayılması 

müşahidə olunur. Lənkəran regionu ərazisində də meşənin aşağı sərhədi, 

yəni meşənin çölə, yaxud arid tipli seyrəkliyə keçidi müşahidə edilmir. 

Burada Lənkəran ovalığında Hirkan tipli məşəliklərin qalıqlarına 

təsadüf edilir. 

Respublikanın dağ yamaclarnda meşənin aşağı  sərhədinin və 

antropogen landşaftların mövcudluğu yalnız insan fəaliyyəti ilə bağlıdır. 



MEŞƏNİN BONİTETİ  – meşə sahəsinin məhsuldarlıq göstəricisi; 

təbii  şəraitdən asılıdır. Meşə sahəsindəki oduncaq artımının ölçüsü ilə 

səciyyələnir, ağaclığın orta hündürlüyü və orta yaşı ilə  təyin olunur. 5 

bonitet sinfi ayrılır: I-bonitet ən məhsuldar hesab olunur, məhsuldarlıq 

V bonitetə doğru aşağı düşür. 


Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin 

PREZİDENT   KİTABXANASI 



────────────────────────────────────────── 

304 


 

MEŞƏNİN ÇƏTİRİ  – eyni tipli morfoloji tərkibdən ibarət olan 

yarusların çətirlərinin məcmusu. 



MEŞƏ-PARK  –  şəhər və digər yaşayış  məntəqələri  ətrafında 

rekreasiya məqsədilə istifadə olunan abadlaşdırılmış meşə massivləri. 



MEŞƏNİN SU REJİMİ – atmosfer və qrunt sularının meşəyə daxil 

olması  və onların meşə  tərəfindən istifadə olunması, həmçinin suyun 

meşə daxilində  və ondan kənarda hərəkət etməsini təyin edən 

hadisələrin məcmusu. M.s.r. adətən konkret sahədə müəyyən dövr 

ərzində (əsasən bir il müddətində) atmosfer meşə bitkisi-torpaq sistemi 

daxilində su balansı ilə xarakterizə olunur. Yağıntının bir hissəsi meşə 

çətirləri arasındakı boşluqlardan keçib meşə döşənəyinə çatır, bir hissəsi 

isə  ağaclar və  aşağı yarus bitkiləri tərəfindən tutulub saxlanır. Meşə 

döşənəyinə və torpağın səthinə çatan suyun bir hissəsi sızaraq torpağın 

alt qatlarına gedir və ya səthi axım  şəklində hidroloji şəbəkəyə daxil 

olur. Meşə altda torpaq çox məsaməli olduğundan və çox zəif donmaya 

məruz qaldığından suyu bitkinin və torpağın səthindən buxarlanma 

hesabına və desuksiya, sonra isə transpirasiya yolu ilə  sərf edir. Meşə 

formasiyası ot və  mədəni bitkilərə nisbətən potensial buxarlanma 

cəminin çoxluğu ilə xarakterizə olunur, bu meşənin özünün 

xassələrindən asılıdır. 



MEŞƏNİN TƏBİİ  BƏRPASI  – meşə  çətri altında, meşəqırma 

sahələrində, meşə yanğını yerlərində meşənin yeni nəslinin yaranması 

prosesi. M.t.b. toxumla, kötük pöhrələri ilə, kök bicləri ilə gedir. M.t.b.-

nın intensivliyi fiziki-coğrafi  şəraitdən, meşə tipindən, meşəqırma üs-

ulundan və  ağac cinslərinin meşəçilik xüsusiyyətindən asılıdır. Fiziki-

coğrafi mühit meşənin bərpası üçün meşə zonasında daha əlverişlidir. 

M.t.b. zamanı  ağac cinslərinin dəyişilməsi (suksessiya) müşahidə 

olunur. M.t.b.-na kömək etmək məqsədilə meşəqırma sahəsində 

toxumluq ağaclar saxlanılır, torpaq yumşaldılır, toxumun cücərməsinə 

şərait yaradılır. Bəzən bu tədbirlərlə yanaşı seyrək və açıq sahələrdə, 

həmçinin ağac şitillərinin əkini və yaxud toxumunun səpini aparılır. 

MEŞƏNİN TİPİ  – senopopulyasiyanın dominantlıq etdiyi oxşar 

meşə biogeosenozların (meşə sahəsi) məcmusu. Belə meşə sahələri 

oxşar flora və faunaya, eyni torpaq tipinə, oxşar enerji axınına və 

maddələr mübadiləsinə və s. malik olur. 



Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin 

PREZİDENT   KİTABXANASI 



────────────────────────────────────────── 

305 


 

MEŞƏSALMA, MEŞƏYETİŞDİRMƏ – meşəsiz regionlarda olan 

sahələrdə toxum səpmək və tinglər  əkməklə süni meşə salınması. M. 

üsulları iqtisadi cəhətdən məqsədəuyğun olaraq torpaq və iqlim şəraiti 

nəzərə alınıb seçilir. M. zamanı müxtəlif səpin üsulları (dağınıq, cərgəli 

və s.) tətbiq edilir. 

MEŞƏSİZLƏŞDİRMƏ  – insan fəaliyyəti və ya təbii səbəblərdən 

müəyyən  ərazidə meşənin sıradan çıxması. M. bir qayda olaraq 

biosenozun qalan komponentlərinin vəziyyətinə, tarazlığına, torpaq, su 

rejiminə və s. neqativ (fəlakətli) təsir göstərir. 



MEŞƏŞÜNASLIQ  – meşə haqqında təlim – meşəni təşkil edən 

ağac, kol, ot və s. bitki örtüyünü, meşə ilə mühitin əlaqəsini, meşənin 

bərpası 

və inkişafı qanunauyğunluğunu, onun susaxlayıcı, 

iqlimtəmizləyici xüsusiyyətlərini və s. elmi surətdə öyrənir. 

 

 

 

 

 

 

 

 

 


Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin 

PREZİDENT   KİTABXANASI 



────────────────────────────────────────── 

306 


 

 

Şəki rayonu Qoxmux kəndi ətrafında meşəsizləşdirilmiş ərazidə  

kserofil şibləklər 

 

MEŞƏNİN YUXARI SƏRHƏDİ  (MYS) Dağlıq  şəraitində meşə 

örtüyü müəyyən yüksəkliyə  qədər yayılır. Həmin hündürlükdən 

yuxarıda ağac bitkisinin inkişafı üçün şərait pisləşir və meşənin yerini 

subalı (alp) bitkiliyi tutur. 

Meşənin iqlim və ya təbii yuxarı sərhədinin vəziyyəti ərazinin iqlimi 

ilə  sıx  əlaqədardır. Belə ki, okean (dəniz) iqlimi MYS-nin aşağıdan, 

koqntinental iqlim isə  əksinə, yuxarıdan keçməsinə  şərait yaradır. 

Alimlər (Keppen, Brokman – Yeroş, Qulisaşvili) 10

0

 iyul izotermini 



ağac bitkisinin inkişafı üçün son hədd hesab edir. Bu qanunauyğunluğu 

respublikamız üçün qəbul etsək, Böyük Qafqaz və Kiçik Qafqazın 

şimal-şərq yamacında MYS 2600 m-dən, Kəlbəcər və Laçın rayonların-

da 2800 m-dən, kontinental iqlimi olan Naxçıvan zonasında isə 3000 m-

dən keçməlidir. Lakin hazırda meşənin təbii sərhədi hər yerdə 

antropogen amillərin təsiri nəticəsində pozulmuş, aşağı salınmışdır. 

Meşənin müasir yuxarı sərhədi respublikamızın dağlarında orta hesabla 


Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin 

PREZİDENT   KİTABXANASI 



────────────────────────────────────────── 

307 


 

1600-2000 m hündürlükdən keçir. Bu hündürlük isə iyul ayının orta 

temperaturu 14-17

0

 olan yüksəkliyə uyğun gəlir. 



 

 

Qax rayonu Taxtaqaya sahəsində meşənin yuxarı sərhədində  

şərq palıdı meşəliyi 

 

MƏDƏNİ  BİTKİLƏR, kənd təsərrüfatı  bitkiləri  – ehtiyacını 

ödəmək üçün insanlar tərəfindən becərilən bitkilər. Onların sayı 2,5 min 

növ (ali bitkilərin 10%-i), 50 fəsilədə birləşir. Lakin bitki məhsullarının 

əsas kütləsini 20 növ verir. Bitkinin mədəni becərilməsi daş dövründən 

başlanıb. Mədəni bitkilərə yenilərinin daxil edilməsi davam etdirilir, 

lakin o, elmi xarakter daşıyaraq biologiya elminin nailiyyətlərinə  əs-

aslanır. 

MƏDƏNİ EKOSİSTEMLƏR  – Mədəni biosenozlar-insan 

tərəfindən yaradılan və ya onun intensiv təsiri altında olan ekosistemlər. 

M.e.-ə aiddir: məqsədli mədəniləşdirilmiş ekosistemlər (məs. meşəni 

meşə-parka çevirmək, daim istifadə edilən və gübrələnən çəmənlər, 

bununla  əlaqədar öz tərkib və  məhsuldarlığını  dəyişən ekosistemlər): 1) 

süni salınan, ancaq insan tərəfindən nizamlanmayan ekosistemlər (məs. 

meşə  əkinləri, səpilmiş  çəmənliklər): 2) Çoxillik-ağac və kolların daim 

qulluqla nizamlanan və istismar olunan mədəni ekosistemlər (bağlar, çay 



Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin 

PREZİDENT   KİTABXANASI 



────────────────────────────────────────── 

308 


 

və üzüm plantasiyaları və s.): 3) dekorativ mədəni ekosistemlər (parklar 

və xiyabanlar): 4) aqroekosistemlər və ya aqrosenozlar-tərkibi və torpaq 

şəraiti insan tərəfindən nizamlanan birillik və ikiillik cərgəaraları 

becərilən bitkilər: 5) Qapalı  əkinlər-torpaq və hava mühiti nizamlanan 

bitkilər (örtülü şitillik, orenjeriya). 



MƏDƏNİ LANDŞAFT – bax: Mədəni ekosistemlər. 

MƏHV ETMƏ – fərd qrupu, populyasiya və ya növün bir hissəsinin 

və ya cəminin təqib edilməsi, yaxud hədsiz istismarı, həmçinin bilərəkdən 

(müəyyən məqsədlə) – bilavasitə  və ya dolayı yolla mühitə  təzyiq 

göstərməklə (məhv etmə, çirkləndirmə, dəyişmə) yoxa çıxması. 



MƏHSUL EHTİYATI –qruplaşmada toplanan biokütlənin miqdarı. 

Adətən ali bitkilər tərəfindən toplanan ehtiyat təyin edilir. Ümumi 

ehtiyat, faydalı ehtiyat (məs. oduncağın, yemin ehtiyatı) ölü ehtiyat 

(məs. töküntünün, meşə döşənəyinin ehtiyatı) növləri ayrılır. 



MƏHSULDARLIQ  – biosenozun (o cümlədən su biosenozu) və 

aqrosenozun müəyyən sahəsindən götürülən faydalı  məhsul ehtiyatı 

(sent/ha ilə). 

MƏHSULDARLIQ HƏDDİ QANUNU – K.Pratt (1965) tərəfindən 

təsvir olunmuşdur, buna görə gübrələrin tətbiqinin  əsassız olaraq 

artırılması məhsuldarlığın yüksəlməsi sürətinin azalmasına doğru gedir. 

MƏİŞƏT AXINTILARI – kommunal təsərrüfatının maye tullantıları. 

Şəhər adamlarının sutka ərzində  işlətdiyi təmiz su (300-400 l) mühitə 

güclü çirklənmiş halda, qayıdır. Tərkibində neft maddələri, asılı maddələr, 

xloridlər, sulfatlar, nitritlər, nitratlar, ammonium-azot olur. Sintetik aktiv 

maddələrin (məs: yuyucu toz) tərkibində fenol, dəmir, mis, sink, nikel, 

xrom, qurğuşun, kobalt, alüminium, kadmium olur. 

M.a.-nın yenidən işlənməsi şəhər ekologiyasının çətin problemlərindən 

biri hesab olunur. 



MƏİŞƏT RADİASİYA YÜKÜ – nüvə enerjisi istehsalı  və ya 

radiaktiv  şüadan xüsusi istifadə ilə  əlaqədar olmayan aşağı dozada 

ionlaşdırcı  şüaların insana təsiri, M.r.y: məişət cihazlarından istifadə 

zamanı alına bilər. (ilk növbədə lümunafor istifadə olunan rəngli 

televizorlar, işıqverən amferblatlı saatlar), həmçinin rentgen müayinəsi 

zamanı (rentgen cihazı ilə xidmət göstərən tibbi personalın  şüalanma 

ehtimalı var). 


Download 3.98 Mb.

Do'stlaringiz bilan baham:
1   ...   33   34   35   36   37   38   39   40   ...   60




Ma'lumotlar bazasi mualliflik huquqi bilan himoyalangan ©fayllar.org 2024
ma'muriyatiga murojaat qiling