Ekoloji LÜĞƏt a


Download 3.98 Mb.
Pdf ko'rish
bet33/60
Sana14.02.2017
Hajmi3.98 Mb.
#384
1   ...   29   30   31   32   33   34   35   36   ...   60

QƏSƏBƏ – 1) Şəhərdən kənarda yerləşmiş  şəhər tipli yaşayış 

məntəqəsi. 2) şəhər ətrafında (şəhərdən qıraqda) yerləşən xüsusi yaşayış 



Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin 

PREZİDENT   KİTABXANASI 



────────────────────────────────────────── 

263 


 

məntəqəsi (kurort, bağ-daça). 



QƏFİL FIRTINA, ŞKVAL – qısa müddətli külək sürətinin kəskin 

artması  və istiqamətini dəyişməsi. Q.f zamanı küləyin sürəti 20-30 

m/san-dən çox, davamiyyəti isə bir neçə dəqiqə olur. Q.f. xüsusilə güclü 

konvensiyada, həmçinin soyuq atmosfer cəbhələrində müşahidə olunur. 



QICQIRMA – mikroorqanizmlərin və ya onların hasil etdiyi 

fermentlərin təsiri ilə üzvi maddələrin anaerob şəraitdə parçalanması 

prosesi. Bu zaman gedən oksidləşmə-reduksiya reaksiyaları nəticəsində 

mikroorqanizmlərin həyat fəaliyyəti üçün zəruri olan enerji alınır və 

müxtəlif kimyəvi birləşmələr  əmələ  gəlir. Mikroorqanimzlər həmin 

birləşmələrdən aminturşular, zülallar, üzvi turşular, yağlar və  bədənin 

başqa komponentlərinin biosintezi üçün istifadə edir. 

Sərbəst oksigen olmayan şəraitdə baş verən anaerob Q.-larından 

başqa aerob şəraitdə keçən qıcqırmalar da vardır. Belə Q.-larda 

mikroorqanizmlər havanın sərbəst oksigenindən istifadə edir. 



QIJILAR  (Polypodiopsida) – qıjıkimilər  şöbəsinin sinfi. Qazıntı 

halında tapılan (ilk qıjılar) və hazırda yaşayan nümayəndələri vardır. 

300 cinsə daxil olan 10000 növü məlumdur. Azərb-da 56 növü 

yayılmışdır. Sporlarla çoxalan bitkidir. Q. bitki örtüyünün, xüsusən 

meşə formasiyalarının  əsas komponentidir. Q. arasında dekorativ, 

aşılayıcı, boyaq və s. əhəmiyyətli növlər də vardır. Bəzi Q. zəhərlidir. 



QIRQOVULKİMİLƏR  (Phasianidae) – toyuqkimilər dəstəsinin 

bir fəsiləsi. Fəsiləyə 50-dən artıq cins və 180-ə  qədər növ aiddir. 

Azərbaycanda 7 növü: bildirçin, dağkəkliyi, turac, Qafqaz uları, Xəzər 

uları, boz kəklik (çil) və qırqovul yayılmışdır. Tarla, çöl və çəmənlərdə, 

meşə, göl və qamışlıqlarda, dağlarda, qayalıqlarda yaşayır. 6-20 

yumurta qoyur. Giləmeyvə, toxum, bitki, həşərat və onurğasız 

heyvanlarla qidalanır. Kənd təsərrüfatına xeyir verir. Ov quşlarıdır. Bəzi 

növləri ev quşlarının  əcdadıdır. Tovuz quşu  əhliləşdirilmiş, qırqovul 

ovçuluq təsərrüfatlarında saxlanılır. 

QIRILMA, QIRĞIN DÜŞMƏ, MƏHV OLMA – (ZAMOR) – 

Donmuş su hövzəsində oksigenin miqdarının azalması ilə  əlaqədar su 

heyvanlarının, xüsusən balıqların qırılması (məhv olması). Q. bəzən 

suyun sənaye tullantıları ilə çirklənməsi nəticəsində də baş verə bilər. 



QIRMIZI KİTABLAR  – Nəsli kəsilmək təhlükəsinə  məruz qalan 

Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin 

PREZİDENT   KİTABXANASI 



────────────────────────────────────────── 

264 


 

heyvan və bitkilərin təsviri və  vəziyyətini göstərən (izah edən) kitab. 

Respublikamızda yaşayan və  nəsli kəsilməkdə olan nadir bitki və 

heyvan növlərini mühafizə etmək məqsədilə  qırmızı kitablar tərtib 

olunmuşdur. 

QIRMIZI QABARMA – okeana çoxlu miqdarda üzvi maddələrin 

atılması  və pirofit yosunlarn kütləvi çoxalması  nəticəsində baş verən 

ekoloji hadisə. 

QIRMIZI SİYAHI  – nadir və ya məhv olmaq təhlükəsi olan bitki 

və heyvan növləri. 



QIROV – ayaz gecələrdə yerin və cisimlərin səthi soyuyaraq mənfi 

temperatura düşdükdə onların səthinə çökən buz kristalcıqları. 



QISQACLAR, QULAĞAGİRƏNLƏR  (Dermaptera)  – həşərat 

dəstəsi. Bədəni uzunsovdur (uz. 3.5-30 mm). Rəngi sarı-qəhvəyidən 

qaraya qədərdir. Qarıncığının sonunda bir cüt qısqacı olur. 1200-ə 

qədər, Azərbaycanda 7 növü məlumdur. Gecə  həşəratıdır. Gündüz 

daşların, ağacqabığının və s. altında gizlənir; bəzən evlərdə, 

arıpətəklərində yaşayır. Heyvan və bitki qalıqları ilə qidalanır. 



QIŞ YEMİ – heyvanlara qış dövrü üçün yem ehtiyatı (bitki növləri, 

bitkinin hissələri, bitki və heyvan qalıqları). 



QIŞADAVAMLILIQ – bax Soyuğadavamlılıq. 

QIŞLAQ – mal-qaranın qışladığı  ərazi, otlaq sahəsi. Maldarlıq, 

qoyunçuluq təsərrüfatının meydana çıxması ilə  əlaqədar yaranmışdır. 

Qarabağ, Mil, Muğan,  Şirvan və s. ərazilər qoyunçuluğun qədim Q.rı 

sayılır. Soyuqlarla əlaqədar mal-qara 7-8 ay Q-da saxlanılır və artırılır. 

Q. iqliminin nisbətən mülayim və münasib olması, yem ehtiyatının 

bolluğu və örüşlərinin genişliyi ilə fərqlənir. 



QIŞLAMA (HEYVAN VƏ  BİTKİLƏRİN)  – canlı orqanizmlərin 

əlverişsiz qış  şəraitini keçirmək üsulları (miqrasiya, diapauza, sakitlik 

vəziyyəti, yuxu, donub qalma və s.) 

QIZILBALIQLAR, QIZILBALIQKİMİLƏR  (Salmonidae) – 

siyənəyəbənzərlər dəstəsinin balıq fəsiləsi.  Şimal yarımkürəsinin dəniz 

və şirin sularında yayılmışdır, keçici balıqlardır. Yalnız şirin sularda ço-

xalır. Q.-ın 9 cinsi var. Xəzər dənizində yaşayan əsl Q. (xəzər qızılba-

lığı), kumja, qızılxallı balıq (forel) daxildir. Q.-ın böyük vətəkə 

əhəmiyyəti var; əti və kürüsü çox qiymətlidir. Bəzi növlərinin sayı 



Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin 

PREZİDENT   KİTABXANASI 



────────────────────────────────────────── 

265 


 

azalır.  



QIZILBÖCƏKLƏR (Buprestidae) – böcəklər fəsiləsi əsasən tropik 

ölkələrdə yayılmış 10 mindən çox növü məlumdur. Azərbaycanda 200 

növü yayılmışdır.  Əsasən ağac və kollara, qismən də tarla bitkilərinə 

ziyan verir. Meşələrin zərərli böcəkləri arasında 3-cü, meyvə bağlarının 

zərərvericiləri arasında 1-ci yeri tutur. Ağacların kökündə, qabığı altında 

və oduncağında gizli həyat keçirir. 



 

QIZILQUŞLAR  (Falconidae) – yırtıcı quşlar dəstəsindən 

qızılquşkimilər fəsiləsinin bir cinsi. Uzunluğu 21-50 sm-dir. Qanadları 

uzun və sivridir. Üst dimdiyində iti dişciyi var. İti,  əyri caynaqları  və 

ayaqları çox qüvvətlidir. Uçuşu sürətlidir. Azərbaycanda düzənliklərdən 

alp zonasına qədər 8 növü yayılmışdır: bəhri, qaragöz, adi meymulu, 

ütəngi daha məşhurdur. Əksəriyyəti siçan və iri həşərat ilə qidalanır, çox 

xeyirlidir. Yalnız qaragöz ən çox quşlar ilə qidalanır və zərər verir. 

QİDA MADDƏLƏRİ  – bitki həyatı üçün birinci dərəcəli 

əhəmiyyətə malikdir. Q.m. makroelementlərə və mikroelementlərə bölü-

nür. 

QİDA MƏHSULLARININ ÇİRKLƏNMƏSİ – bioloji, kimyəvi və 

radioaktiv xarakterli müxtəlif çirkləndiricilərlə qida məhsullarının 

infestasiyası (çirkləndirilməsi). Ekosistemin qida cərgəsində toplanan 

kimyəvi və radioaktiv çirkləndiricilər (pestisidlərdən və radioaktiv 

tullantılardan düzgün istifadə olunmadıqda) bu baxımdan xüsusi təhlükə 

yaradır. Bir çox heyvanlar (məs. balıqlar) bədənində sudakı qatılığından 

min dəfələrlə artıq civə, pestisid və s. toplayır. 

QİDA ZƏNCİRİ – bax: trofik zəncir. 

QİDALANMA  İNTENSİVLİYİ  – vahid zamanda heyvan 

orqanizmin qəbul etdiyi qidanın miqdarı (çəkisi). 



QLİKOZİDLƏR  – təbiətdə geniş yayılan fizioloji aktiv maddələr. 

Tibbdə dərman kimi istifadə edilir. Onların arasında antibiotiklər, məs: 

streptomisin və güclü zəhərlər, məs: saponin və salonin mövcuddur. 

QLOBAL (Globus - kürə) – bütün Yer kürəsini əhatə edən planetar. 

QLOBAL ÇİRKLƏNMƏ, BİOSFERİN ÇİRKLƏNMƏSİ  – 

çirklənmənin istənilən nöqtəsində çirklənmə  mənbəyindən uzaqlarda 

aşkar edilməsi. (məs. Antraktida pinqvininin yumurtasından DDT-nin 


Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin 

PREZİDENT   KİTABXANASI 



────────────────────────────────────────── 

266 


 

aşkar edilməsi). 



QLOBAL EKOLOGİYA  – bütövlüklə biosferi öyrənən kompleks 

elmi fənn. Q.e.nın  əsası M.İ.Budıko (1977) tərəfindən qoyulmuşdur. 

Müəllif Q.e.-nın mərkəzi problemini biosferdə müxtəlif maddələrin 

dövranı hesab edir. Bu problemin həlli Q.e.-nın  əsas vəzifələrini-

gələcəkdə biosferdə insan fəaliyyəti nəticəsində mümkün olan 

dəyişikliklərin proqnozunu vermək üçün vacibdir. 



QLOBAL MONİTORİNQ  – antropogen təsir daxil olmaqla 

ümumbəşər proseslərinin və hadisələrinin mümkün dəyişməsinin 

proqnozlaşdırılmasına nəzarət. 

QLOBAL RADİASİYA  – Yer səthinə çatan Günəş enerjisi. 

Aşağıdakı düsturla təyin edilir: 

 

Q = S 


⋅ sinh + D 

 

burada: S 



⋅ sinh enerjinin miqdarı, üfiqi səthdə aktinometrlə ölçülür, 

“D” - əks olunan radiasiya, albodometrlə ölçülür. Q.r. yerli iqlim 

variantlarının formalaşmasını  təmin edir, canlı orqanizmlərin boy, 

inkişaf və növmüxtəlifliyinə təsir göstərir. 



QLOBAL SİSTEM  – insanların tələbatını ödəməyə yönəldilən, 

individiumların, sosial və mədəni cəmiyyətin və bütövlüklə bəşəriyyətin 

fəaliyyəti nəticəsində yaranan və inkişaf edən sivilizasiya və  təbiətin 

qarşılıqlı  ələqaləri elementlərinin məcmusu. Q.s. istehsalın üsul və 

vəsaitlərinin proqressiv dəyişməsini təşkil edir. 

QLOBAL SU DÖVRANI – suyun okean və qurunun səthindən 

buxarlanması, su buxarının aparılması, kondensasiyası  və yağmur 

halında düşməsi, müxtəlif səthi axınlar, son nəticədə suyun okeana 

qayıtması. 



QLOBUS  (lat. Globus - kürə) – sahələrinin nisbəti və konturların 

həndəsi oxşarlığı saxlanmaqla bütün Yer səthinin təsviri verilən model. 

Ən çox 1:30 mln. – 1:80 mln. miqyaslı Q.-lar işlənir. Qlobuslar 

müxtəlifdir.  Ən geniş yayılanı fiziki-coğrafi Q.-lardır. Bəzən relyefli 

qlobuslar da hazırlanır. 

QLÜKOZA (yun. Glykys - şirin) – dekstroza, üzüm şəkəri C

6

H

12

O

6

 

–monosaxaridlər qrupundan karbohidrat. Q. rəngsiz kristal maddədir; 



Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin 

PREZİDENT   KİTABXANASI 



────────────────────────────────────────── 

267 


 

suda yaxşı  həll olur: canlı  təbiətdə geniş yayılmışdır.  İnsan və 

heyvanların bütün orqan və toxumalarında, bitki orqanizmlərində – 

əsasən meyvə və giləmeyvələrdə (xüsusən üzümdə), tərəvəz, bal və s.-

də var. Bəzi bakteriyalar üçün Q. yeganə enerji mənbəyidir. Q. maddələr 

mübadiləsi reaksiyalarından çoxunda iştirak edir. İnsan qanında Q.-nın 

miqdarı  təqribən 100 mq/%-dir. və neyrohumorol yolla təqdim olunur. 

Sənayedə Q-nı nişastanın hidrolizi yolu ilə alırlar. Qənnadı sənayesində 

istifadə olunur; tibbdə müalicə vasitəsi kimi toz və həb şəklində, habelə 

izotonik (4,5-5%) və hiprotonik məhlul (10-40%) halında işlədilir. 

İzotonik məhlulları  dəri altına vururlar. (Orqanizmdə mayeni artırmaq 

məqsədilə). Asan mənimsənilə bilən qida maddəsidir. 



QLÜKOZİDLƏR – monosaxarid (qlükoza) və  hər hansı lifin 

birləşməsindən  əmələ  gələn maddələr qrupu. Qlükozidlər bir çox 

bitkilərdə olur və onlara bəzən acı dad verir. 

QLYASİOLOGİYA  (lat. glacies - buz)  – buzlaqların  əmələ 

gəlməsi, fiziki xassələri, inkişafı, fəaliyyəti və Yer səthinə  təsiri 

haqqında elm. 

QOBU – müvəqqəti və ya az miqdarda daimi suların yerin səthində 

əmələ  gətirdiyi mənfi relyef forması (dərə.). Dibi az meylli-batıq, 

yamacları qabarıq olur. Q-nun uzunluğu bir neçə km, dərinliyi isə 10-15 

m və daha artıq ola bilər. Yamacları və dibi çimli, bəzən kol və meşə ilə 

örtülü olur. Azərbaycanda dağətəyi rayonlarda çoxlu miqdarda Q. 

vardır. 


QORUQ FONDU – 1) Təbii (xüsusi) qorunan ərazilərdəki bütün 

sahələrin cəmi; 2) Ölkə və ya regiondakı qoruqların cəmi. 



QORUQLAR – elm, mədəniyyət və  təsərrüfat üçün müstəsna 

əhəmiyyəti olan, dövlət tərəfindən mühafizə edilən  ərazilər 

(akvatoriyalar). Q. təbiətin  ən yaxşı mühafizə formalarından biridir. 

Burada müxtəlif təbii zonaların xarakterik landşaftları, kökü kəsilməkdə 

olan, yaxud nadir hallarda rast gələn bitki və heyvan növləri, eləcə  də 

aradan çıxmaq təhlükəsinə  məruz qalan təbii komplekslər və onların 

komponentləri, mağaralar,  şəlalələr, buzlaqlar və s. qorunur. Q.-da 

geoloji kəşfiyyat işləri, şumlama, mal-qara otarması, turizm, ov etmək, 

balıq tutmaq, ağac kəsmək, bitkiləri məhv etmək, ümumiyyətlə  təbii 

sərvətlərdən istifadə etmək və onların təbii halını pozmaq qadağan 



Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin 

PREZİDENT   KİTABXANASI 



────────────────────────────────────────── 

268 


 

edilir. Q. təbii canlı laboratoriya sayılır. Burada müxtəlif obyektlərdə 

uzun illər boyu tədqiqatlar aparılır, təbiətin etalon və kontrol sahələrində 

mürəkkəb ekoloji sistemlərin inkişafı qanunauyğunluqları öyrənilir. 

Tədqiqat zamanı  əldə edilən materiallar təsərrüfatda istifadə edilən 

sahələrlə müqayisə edilir. Belə  nəticələr təbii mühitin pozulma 

dərəcəsini aşkara çıxarmağa və onun qarşısını almaq üçün tədbirlər 

sistemini hazırlamağa imkan yaradır. Ekoloji sistemin daha çox 

rəngarəngliyini öyrənmək, genetik fondun növlərini saxlamaq məqsədilə 

Q. müxtəlif landşaft zonalarında yaradılır. Qoruq əraziləri  ətrafında 

mühafizə zonaları yaradılır. Bu zonalar insanın təsərrüfat fəaliyyətinin 

qoruğa daxil olmasının qarşısını alır. Lakin respublikamızın  əksəriyyət 

qoruqlarında belə mühafizə zonaları yoxdur. 

Azərbaycan Respublikasında Bəsitçay qoruğu, Qızılağac qoruğu, 

Qarayazı qoruğu, Qaragöl qoruğu, Qobustan qoruğu, Zaqatala qoruğu, 

İlisu qoruğu,  İsmayıllı qoruğu, Göygöl qoruğu, Pirqulu qoruğu, 

Türyançay qoruğu, Hirkan qoruğu qoruğu var. 

QORUNAN NÖV – müvafiq hüququ aktlara əsasən (mənəvi 

normalar və dini kanonlar) vasitəsilə  və bilavasitə ziyan vurulması 

qadağan olunan növlər. (mövcud olduğu yerin pozulması, kolleksiya

herbari toplamaq və s.). 



QORUNAN OBYEKTLƏRİN PASPORTLAŞDIRILMASI  – 

təbiət obyektlərinin müəyyən sxem üzrə növlərə görə  təsviri və 

qeydiyyatı. Q.o.p. dövlət orqanları (respublikanın Ekologiya və  Təbii 

Sərvətlər Nazirliyi, Meşə təsərrüfatı istehsalat birlikləri və s.) tərəfindən 

yerinə yetirilir. Q.o.p. təbii abidələrin kadastrlarını tərtib etmək və onları 

mühafizə etmək üçün əsas sayılır. Azərbaycanda çoxyaşlı  ağaclar, 

qiymətli meşə sahələri, geoloji abidələr, müxtəlif landşaft abidələri 

qorunan obyektlər kimi pasportlaşdırılmışdır və bu iş davam etdirilir. 



QORUNAN TƏBİİ  ƏRAZİLƏR SİSTEMİ  – funksiyasından və 

hansı  təşkilata aidiyyətindən asılı olmayaraq xüsusi qorunan təbii 

ərazilərin şəbəkəsi. 

QOZ FƏSİLƏSİ  –  (Yuglandaceae). Bu fəsiləyə 8 cins daxildir. 

Azərbaycanda yabanı halda 2 cinsi (adi qoz və yalanqoz) və bir cins-

pekan becərilir. 

Adi qoz (cəviz, cöyüz) Y.regia – Azərbaycanın bütün meşələrində 


Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin 

PREZİDENT   KİTABXANASI 



────────────────────────────────────────── 

269 


 

sırf və qarışıq halda, əsasən dərələr boyunca rast gəlinir. 

Respublikamızın bütün dağ və aran rayonlarında becərilir. 

Yalanqoz   Pterocarya – 11 növündən respublikamızda biri – 

qanadmeyvə yalanqoz (P.pterocarpa) yabanı halda Böyük və Kiçik 

Qafqazda orta dağ qurşağına qədər olan ərazidə, Lənkəran, Samur-

Dəvəçi düzənliyində, Qanıx-Əyriçay vadisində bitir və rütubətli 

yalanqoz meşələri əmələ gətirir. 

Gikori-Kariya cinsi – Carya. Bu cinsə 22 növ daxildir. Ondan biri – 

pekan  (C.pecan)  Lənkəran və Astara rayonlarında bağlarda, meşə 

zolaqlarında becərilir. Zaqatala, Cəlilabad və Göyçayda tək-tək 

nüsxələrinə rast gəlinir. 

 

 



 

Adi qoz

Qanadmeyvə yalanqoz

 

 

QRAVİTASİON AXIN – ağırlıq qüvvəsinin təsiri altında  əmələ 

gələn su axını (dağ çayları, şəlalələr və s.). 



QRAVİTASİYA SULARI – süxur məsamələri, çatları  və 

boşluqlarında ağırlıq qüvvəsi (qrunt suları) və hidrodinamiki basqının 



Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin 

PREZİDENT   KİTABXANASI 



────────────────────────────────────────── 

269 


 

(basqılı sular) təsiri altında hərəkət edə bilən yeraltı sular. 



QRUNT SULARI – yer səthindən aşağı su keçməyən birinci lay 

üzərində, üst səthi sərbəst olan yeraltı sular; əsasən atmosfer yağıntıları, 

çay, göl, su anbarları, suvarma kanallarının infiltrasiyasından  əmələ 

gəlir. Atmosfer yağıntılarının miqdarından, həmçinin suvarma 

rejimindən asılı olaraq Q.s.-nın səviyyəsi, debiti, temperaturu və 

kimyəvi tərkibi dəyişir. Meşə, meşə-çöl və çöl rayonlarında şirin və ya 

minerallaşmış Q.s., quru çöl, səhra və yarımsəhra rayonlarında  şor, və 

ya çox minerallaşmış Q.s. üstünlük təşkil edir. 

Q.s-nın böyük xalq təsərrüfatı əhəmiyyəti var; su təchizatı  mənbəyi 

kimi sənaye müəssisələrində,  şəhərlərdə, kəndlərdə  və s.-də istifadə 

edilir. 

QRUP HALINDA YAYILMA (növlərin, fərdlərin)  – 

populyasiyada bir neçə  fərdlərin topa halında yerləşməsi (qrupu) 

müşahidə olunur; bu qrupların arasında məsafə eyni (bərabər Q.h.y) və 

müxtəlif (qeyri-bərabər Q.h.y.) ola bilər. 



QRUPLAŞMA METABOLİZMİ  ƏMSALI  – fotosintez zamanı 

ayrılan oksigenin udulmuş karbon qazının miqdarına nisbəti: O

2

/CO


2

Qruplaşmanın (biosenoz, ekosistem) metabolizmi-biosenozun canlı 



elementləri arasında, həmçinin canlı elementlərlə  ətraf mühit (biotop) 

arasında gedən maddələr mübadiləsi. 



QUDUZLUQ  (Hidrofobiya) – yoluxucu xəstəlik: sinir sisteminin 

ağır xəstələnməsi, qıcolmalar, iflic, udlaq və  tənəffüs  əzələlərinin 

spazması. 

QUM – xırda qırıntılı kövrək çökmə süxur. Fiziki aşınma nəticəsində 

əmələ  gəlir. Ölçüsü 0,1 mm-dən 1 mm-ə  qədər olan müxtəlif mineral 

(əsasən, kvars, çöl ştatı  və s.) və süxur qırıntılarından ibarətdir. Q.-lar 

əmələgəlmə şəraitinə görə çay, göl, buzlaq, dəniz, eol mənşəli olur. Q.-

larda qiymətli minerallar – qızıl, platin, almaz, yaqut, rutil, titanit və s. 

ola bilər. 



QUM EKOSİSTEMLƏRİ  – hipoekosistem sırasına aid olub 

senogenetik proseslərin tamamlanması, bitki örtüyü ilə  zəif örtülməsi 

(3-25%), fauna, fitofaq və zoofaqların az zənginliyi ilə seçilir. Lakin bu 

biota hərəkət edən qum relyefinə və qumluqlara yaxşı uyğunlaşır. 



QUMMİ  – selikli və yapışqanlı  məhlul  əmələ  gətirən kompleks 

Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin 

PREZİDENT   KİTABXANASI 



────────────────────────────────────────── 

270 


 

polisaxaridlər; gavalı, gilas, ərik,  şaftalı  və s. ağacların qabığı 

yaralandıqda duru yapışqan  şəklində xaricə  çıxır və havada bərkiyir; 

suda həll-olur, spirtdə isə həll olmur. 



QURAQLIĞA DAVAMLILIQ – Quraqlıq dövründə və quru iqlim 

şəraitində bitkinin toxuma və hüceyrələrinin susuzlaşmasına davam 

gətirmək qabiliyyəti, torpağın və havanın quraqlığına daha çox kserofit 

bitkilər adaptasiya olunur. 



QURAQLIQ  – yazda və yayda yağıntının normadan çox aşağı  və 

hava temperaturunun xeyli artıq, hava rütubətliyinin isə xeyli aşağı 

olduğu uzun dövr. Q-da torpaqdakı rütubət ehtiyatı buxarlanmaya və 

transpirasiyaya sərf olunaraq qurtarır, bitkilərin normal inkişafı üçün 

əlverişli olmayan şərait yaranır, normal fotosintez şəraiti pozulur, 

nəticədə tarla, otlaq və biçənəklərdə  məhsul azalır, yaxud tamamilə 

məhv olur. Süni suvarma, tarlaqoruyucu meşə zolaqlarının salınması Q.-

ğa məruz qalan yerlərdə Q.-ğa davamlı bitkilərin  əkilməsi də yaxşı 

nəticə verir. 

QURAQLIQ ZONA (YARIMARİD, SEMİARİD ZONASI) – çöl 

(bozqır) və meşə zonasında yer səthinin dövri olaraq quraqlıq təkrar 

olunan ərazisi. 

QURĞUŞUN (Pb) – sənayedə geniş istifadə olunan kimyəvi 

element, ağır metaldır,  ətraf mühiti çirkləndirən  ən təhlükəli sayılır. 

Sənaye rayonlarında Q. çoxlu miqdarda kənd təsərrüfatı heyvanlarının 

qaraciyər və böyrəklərində olur. Q., həmçinin çaxır, təmiz suda olan 

balıqlar, bəzi meyvə-tərəvəzlərin də tərkibində müşahidə olunur. Qanın 

analizi zamanı insan orqanizmində olan qurğuşunun miqdarı  təyin 

olunur. Q.-nun miqdarı 100 ml qanda 15 mkq-dan artıq olmamalıdır. 

Uşaq və hamilə qadınlar üçün bu normativ iki dəfə aşağı sayılır. Q.-la 

zəhərlənməyə az təsadüf edilir, lakin onun orqanizmdə çox olması 

zamanı daxili orqanların xəstəlikləri güclənə bilər. 



QURULUŞ   – insan meylinin müəyyən fəaliyyətinin, müəyyən 

hərəkət qabiliyyətinin istifadəsinin vəziyyəti. 



QURUMUŞ  AĞAC  – meşədə  məhv olmuş, lakin hələ yerə 

yıxılmamış, çətri və gövdəsi quru ağac. Senoekosistemin ölü kütləsinə 

aid edilir. 

QURUNUN FAUNA RAYONLAŞDIRILMASI  – qurunun 


Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin 

PREZİDENT   KİTABXANASI 



────────────────────────────────────────── 

271 


 

zoocoğrafi rayonlaşdırılması - faunanın tərkibinə  və yayılması 

xarakterinə görə qurunun regionlara bölünməsi. 

QURUNUN FLORİSTİK RAYONLAŞDIRILMASI  – müxtəlif 

ərazilərdəki floranın xüsusiyyətlərinə əsaslanaraq qurunun bölünməsi



Download 3.98 Mb.

Do'stlaringiz bilan baham:
1   ...   29   30   31   32   33   34   35   36   ...   60




Ma'lumotlar bazasi mualliflik huquqi bilan himoyalangan ©fayllar.org 2024
ma'muriyatiga murojaat qiling