Ekoloji LÜĞƏt a
Download 3.98 Mb. Pdf ko'rish
|
KARANTİN, BAYTARLIQDA – heyvanların infeksiya xəstəliklərinin yayılması qarşısını alır. Heyvanlarda dabaq, qarayara, qaramalda taun, karbunkul; atlarda saqqo, infeeksion anemiya, ensefalomielit, qoyunlarda çiçək, keçilərdə infeksion plevropnevmoniya, quşlarda nyukasl xəstəliyi, çiçək, mikoplazmoz, virus hepatiti zamanı K. müəyyən edilir. KARANTİN, BİTKİLƏRİN KARANTİNİ – təhlükəli zərərverici bitki xəstəliyi və alaqların yayılmasının qarşısını almaq üçün dövlətin həyata keçirdiyi tədbirlər kompelksi. Ölkənin bitki ehtiyatlarını
Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin PREZİDENT KİTABXANASI ────────────────────────────────────────── 228
mühafizə etməyə yönəldilmişdir. Əsas vəzifəsi bitki mənşəli import mallarının ekspertizası, kənd təsərrüfatı yerlərinin yoxlanması, K. zərərverici, xəstəlik yaxud alaqların aşkar və məhv edilməsi, K. qoyulan rayonlardan toxum və əkin materiallarının gətirilməsi üzərində qayda qoymaqdan ibarətdir. KARANTİN XƏSTƏLİKLƏRİ, KONVENSİON XƏSTƏLİKLƏR – karantin gözlənilməsi tələb olunan, Beynəlxalq karantinə, yaxud Beynəlxalq sanitariya sazişlərinə aid olan infeksion xəstəliklər. K.x.-nə taun, vəba, sarı qızdırma, təbii çiçək aiddir. Ümumdünya Səhiyyə təşkilatı 1970 ildə səpkili və qayıdan yatalaq xəstəliklərini K.x. siyahısından çıxarmışdır.
Karantin nəzarəti altına alınır. KARANTİYA NÖVÜ – Bu regionda rast gəlməyib, başqa regiondan gətirilməsi arzu olunmayan bitki və ya heyvan növüdür (təsərrüfat və ya tibbi nöqteyi-nəzərincə təhlükəli ola bilər).
kütləvi çürüməsi nəticəsində əmələ gələn məhsullarla (karbohidratlarla) çirklənməsi.
2 , karbon 4-oksidin başqa adı, karbonun baş oksidi; rəngsiz qazdır, sıxlığı 0,0019 q/sm 3 -dir, -56,6 °C-də mayeləşir, - 78,5
°C-də də donur. Adi təzyiqdə -78,5°C-də mayeləşmədən birbaşa bərkiyib qaraoxşar ağ kütləyə (“quru buz”a) çevrilir. 2000 °C-dən yuxarı temperaturda dissosiasiya olunaraq, karbon 2-oksidlə və oksigenə ayrılır. Suda nəzərə çarpacaq qədər (20 °-də kütləcə 0,169%) həll olur və qismən reaksiyaya girib karbonat turşusu H 2 CO 3 əmələ gətirir. CO 2
(CO 2 + C = 2CO) metallurgiyada geniş istifadə olunur. Mis 2-oksidin iştirakı ilə hidrogenlə reaksiyaya girib metana çevrilir. Havanın həcmcə 0,03%-i SO 2 -dir, hidrosferdə onun miqdarı 1,4 ⋅ 10 14 tondur. Bitkilər fotosintez prosesində havadan CO 2 alır. CO 2 qazlı su, pivə və şəkər istehsalında, “quru buz” hazırlanmasında, yanğının söndürülməsində və s. işlədilir. İnsan və heyvan orqanizmində CO 2 tənəffüs və qan dövranının tənzimlənməsində iştirak edir. Havada karbon qazının normadan çox Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin PREZİDENT KİTABXANASI ────────────────────────────────────────── 229
olması orqanizmə zəhərləyici təsir göstərərək, hipoksiyaya səbəb olur. Tərkibində 1,535 CO 2 olan hava ilə uzun müddət (bir neçə gün) nəfəs aldıqda qusma və başgicəllənmə başlayır. CO 2 6%-dən çox olduqda isə tənəffüs yavaşıyır, ürəyin fəaliyyəti zəifləyir və həyat üçün təhlükəli vəziyyət yaranır. Belə hallarda zəhərlənmiş adamı havaya çıxarmaq və süni tənəffüs vermək lazımdır.
qazının (CO 2 ) miqdarı hidrokarbonat ionlarının və kalsium ionlarının konsentrasiyasının müvazinətliyinə uyğun gəlir. K.q.m. pozulduqda su biotasının pozulması baş verə bilər. KARBONATLAR – karbonat turşusunun (H 2 CO 3 ) təbii duzları, mineral sinifləri (təxm. 80). Çökmə (əhəngdaşı, dolomit və s.) və metamorfik (mərmər) süxurlarından ibarətdir. Bütün K. turşularda həll olaraq CO 2 ayırır. KARBONLAŞMA – üzvi qalıqların (heyvan və bitki toxumalarının) dəyişilmə prosesi; onların qaralması, hidrogen və oksigenin miqdarının azalması, karbonun miqdarının isə çoxalması ilə nəticələnir.
inkişaf edən alçaq boylu bitkilər (heyvanlar). KARPOFAQLAR – bitkinin meyvəsi ilə qidalanan heyvanlar. KARPOZLAR (yun. karpos - gəlir) – birgə yaşayış formaları; iki populyasiyadan biri üçün sərfəli (faydalı), digəri üçün praktiki olaraq zərərsizdir.
əlaqədar olaraq yer səthində və dərinlikdə özünəməxsus relyef formalarının əmələ gəlməsi hadisəsi. K. suda asanlıqla əriyən süxur (əhəngdaşı, dolomit, təbaşir, gips, daşduz) qatlaranda geniş inkişaf edir. K. yer səthində qıf, boşqab şəklində mənfi relyef formaları əmələ gətirir. K. nəticəsində yer səthi altında xeyli dərinlikdə boşluq yaranır ki, buna mağara deyilir. Dünyada ən böyük karst mağarası ABŞ-da Kamberlend platosunda yerləşən Mamont mağarasıdır. Bu mağaranın bütün şaxə və qollarının uzunluğu 225 km-dir. Burada 200-dən çox keçid, 47 qübbə, 23 dərin xəndək vardır. Böyük bir zalın uzunluğu 5 km, eni 90 m, tavanının hündürlüyü isə 40 m-dir. Mağarada yeraltı sulardan üç göl
Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin PREZİDENT KİTABXANASI ────────────────────────────────────────── 230
əmələ gəlmiş və üç çay axır ki, bunlarda kor balıqlar və xərçənglər yaşayır. K. boşluqlarında qurğuşun, sink, dəmir filizi, boksit, fosforit, neft, yanar qaz, səpinti qızıl, almaz yataqları olur. Azərbaycan Respublikasında təqribən 6 min km 2 K. sahəsi var. Bunun 3,7 min km 2 -i Böyük Qafqazda, 2 min km 2 -i Kiçik Qafqazda, təqribən 300 km 2 -i Naxçıvan Muxtar Respublikasındadır. Azərbaycanda ən çox yayılan və ümumi uzunluğu 4 min m-ə çatan təqribən 240 K. mağarası (ən böyükləri: Azıx, Tağlar, Şuşa, Dağtumas və s.) var. KARTOQRAFİYA – coğrafi xəritələr və digər kartoqrafik əsərlər, onların yaradılması və istifadə edilməsi üsulları haqqında elm. Müasir K. bir elm kimi 7 bölməyə ayrılır: xəritəşünaslıq, riyazi K., xəritələrin tərtib və redaktəsi, xəritələrin bədii tərtibatı, xəritələrin nəşri, xəritələrin istifadə edilməsi, kartoqrafik istehsalın iqtisadiyyatı və təşkili. Azərbaycan MEA H.Ə.Əliyev adına Coğrafiya instititutunda K. şöbəsi, BDU-nun coğrafiya fakültəsi nəzdində Geodeziya və Kartoqrafiya kafedrası fəaliyyət göstərir. KARYER (KARXANA)– kömür, filiz və qeyri-filiz faydalı qazıntılarının açıq üsulla çıxarıldığı mədən sənayesi müəssisəsi. Faydalı qazıntıların açıq üsulla çıxarılması zamanı əmələ gələn çala-çüxurlar da birlikdə K. adlanır. KATADROM MİQRASİYA – su heyvanlarının (orqanizmlərinin) çoxalmaq üçün çaydan dənizə miqrasiyası (məs., angillər). KATAGENEZ (yun. kata – yuxarıdan aşağı və qenez) – Orqanizm daha sadə yaşamaq şəraitinə uyğunlaşması ilə əlaqədar sadə yaşayış tərzinin təşkilinə keçir. Bioloji inkişafın belə xüsusi yoluna nail olması terminini (katogenez) A.N.Seversov irəli sürmüşdür. KATAKOLİNLƏR – ali bitkilər tərəfindən ayrılaraq torpaq mikroorqanizmlərinə stimullaşdırıcı təsir göstərən biolinlər. KATAMORFOZ – təkamül prosesində orqanizmlərin müəyyən qrupunun mühitlə daha sadə münasibətlərə keçməsi və onların ümumiyyətlə inkişaf etməməsi, quruluşunun sadələşməsi ilə əlaqədar olan istiqamət. K. adətən xüsusi uyğunlaşmaların itməsi, hərəkətsiz, yaxud gizli həyat tərzinə keçmə ilə əlaqədardır. K.-a misal hipomorfozdur (orqanizmin ümumi inkişafdan qalması). KATAROB SU HÖVZƏSİ – su hövzəsinin suyu normadan artıq Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin PREZİDENT KİTABXANASI ────────────────────────────────────────── 231
həll olan oksigenlə doymuş, azad karbonat turşusu və hidrogen-sulfid isə tamamilə yoxdur.
təmiz, soyuq və çoxlu miqdarda həll olmuş oksigen olan suda yaşayan orqanizmlər (məs. su mamırı, alabalıq-forel).
mərhələsi, bu mərhələdən sonra o tamamilə məhvə doğru gedir. (məs. yovşanın otlağın hədsiz otarılması nəticəsində buynuzlu ot (Ceratocarpus) katasenozu. KATASTROFİK ÇİRKLƏNMƏ – hər hansı bir təsərrüfata, insana, yaxud ətraf mühitə son dərəcə əlverişsiz nəticələr törədən çirklənmə.
abiotik (vulkan püskürməsi, sürüşmə və s.) və antropogen faktorların (məs., meşənin qırılması, bozqırların şumlanması, yanğın hadisəsi) təsiri nəticəsində baş verən reqressiv biosenoz dəyişilmələri. Termini V.D.Aleksandrova (1964) təklif etmişdir.
(yanğın, zəlzələ və s.) və ya antropogen amillərin təciri nəticəsində baş verən suksessiya.
kalium, natrium və maqnezium) ekosistemdə dövranı (hüceyrələrin normal funksiyası üçün).
süxurlar (torf, daş kömür, isti şistlər, əhəngdaşılar, neft, sapropel və s.). Termini Q.Potonye (1888) təklif etmişdir.
orqanlarında təbii kauçuk əmələ gətirən bitkilər. Bu bitkilərin südəoxşar şirəsində, kök və gövdəsində, cavan zoğ və yarpaqlarında kauçuk toplanır. Şirəsində kauçuk toplanan bitkilər sənaye üçün daha əhəmiyyətlidir. Dünyada istehsal edilən kauçukun 95%-i Hevea brasiliensis ağacından, 50-i südləyənkimilər fəsiləsinin sapium, fikus və s. cinslərindən, tut fəsiləsinin landolfiya, mürəkkəbçiçəklilər fəsiləsinin tau-saqqız, krım-saqqız və s. bitkilərindən alınır. Əksəriyyəti dünyanın Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin PREZİDENT KİTABXANASI ────────────────────────────────────────── 232
tropik, subtropik, az qismi isə mülayim iqlimli zonalarında bitir. Azərbaycan Respublikasında təbii halda bir çox K.b.-ə rast gəlinir. Lakin sənaye əhəmiyyətli olmadığı üçün becərilmir. KELVİN (K) – Beynəlxalq sistemdə temperaturun ölçülməsi vahidi 1K = 1
°C. Kelvin temperaturu mütləq sıfırdan hesablanır, selsi dərəcəsi (t) kelvinə sadə hesablama yolu ilə keçirilir: 273,15 - t. Kelvin həmçinin ekosistemin entropiyasının (C/K-lə) hesablanmasında istifadə olunur.
hövzələrində əmələ gələn heyvan və bitki qruplarını buna misal göstərmək olar. Yay dövründə belə su hövzələrinin quruması, qışda isə bütövlükdə donması müntəzəm olaraq (hər il) heyvan və bitki qruplaşmalarının məhv olmasına, vegetasiya dövründə isə yenidən yaranmasına (bərpasına) səbəb olur. Bitki və heyvan qruplaşmalarının bərpası onların daimi iri su hövzələrindən köçməsi hesabına, yaxud həmin yerdə sükut mərhələsində olan bitki və heyvanların sporlarının hesabına gedir.
sahələrindən biri; əkinçilik və heyvandarlıq məhsulları almaq məqsədilə K.t. bitkilərinin becərilməsi və K.t. heyvanlarının yetişdirilməsi. K.t.-na həmçinin bitki və heyvan məhsullarının ilkin emalının müxtəlif növləri daxildir. K.t. əhali üçün ərzaq məhsulu, sənayenin bir çox sahəsi üçün xammal yaradır. K.t. istehsalının təmərküzləşməsinin spesifik formaları və ixtisaslaşması ilə müəyyənləşdirilir; torpağın münbitliyinin daim yüksəldilməsi üçün elmi sürətdə əsaslandırılmış əkinçilik sistemi tələb olunur. K.t. ayrı-ayrı ərazilər üzrə bölünərək geniş sahələrdə aparılır. Buna görə də K.t.-nda, əsasən, motorlu aqreqatlardan istifadə edilir.
biologiyanın bir bölməsi. Mədəni bitkilər, ev heyvanları və faydalı mikroorqanizmlərin məhsuldarlığını artırmaq tədbirlərinin nəzəri əsasını tədqiq edir. Əsas vəzifəsi kənd təsərrüfatı, bitki və heyvanlarda heterosis, immunitet və atogenez hadisələrinin fizioloji-biokimyəvi və genetik mahiyyətini aydınlaşdırmaq, hibribləşdirmə zamanı valideyn cütlərini seçmək, süni mutagenez hadisəsini öyrənmək, heyvandarlıq məhsullarını artırmaq və onun keyfiyyətini yaxşılaşdırmaq məqsədi ilə Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin PREZİDENT KİTABXANASI ────────────────────────────────────────── 233
kənd təsərrüfatı heyvanlarının qidalanma xüsusiyyətlərini və yem rasionunu ətraflı öyrənib təkmilləşdirməkdən ibarətdir. Heyvan və bitki zərərvericiləri və xəstəlikləri kimyəvi-bioloji üsullarla mübarizə, fotosintez prosesində Günəş enerjisindən istifadə əmsalının yüksəldilməsi tədbirlərinin hazırlanması da K.t.b.-nın vəzifəsinə daxildir.
bir sahəsi. Kənd təsərrüfatının ərazi üzrə yerləşdirilməsi problemləri, onun amilləri və inkişaf qanunauyğunluqlarını öyrənir. K.t.-nın ərazi üzrə yerləşdirilməsinin xalq təsərrüfatını istehsal sahələrinin, ilk növbədə sənayenin yerləşdirilməsindən əsas fərqi, burada istehsalın təbii şəraitlə əlaqədar olması, torpağın başlıca istehsal vasitəsi kimi istifadə edilməsindədir. K.t.-nın ərazi üzrə yerləşdirilməsi ayrı-ayrı zona və regionların təbii-iqtisadi şəraitini nəzərə almaqla həyata keçirilir, torpaq, maddi-texniki və əmək ehtiyatlarından səmərəli istifadə etməyə, sənayenin xammala, əhalinin ərzaq məhsullarına olan tələbatını ödəməyə yönəldilir.
çirklənmənin bir forması olub pestisidlər, funqisidlər və s. agentlərin tətbiqi, mədəni bitkilərə normadan artıq gübrələrin verilməsi, heyvandarlıq tullantılarının atılması və kənd təsərrüfatı istehsalı ilə bağlı digər fəaliyyətlərlə əlaqədar çirklənmə.
– bax:
Aqroiqlimşunaslıq. KƏND TƏSƏRRÜFATI METEOROLOGİYASI, aqrometeorologiya – k.t. üçün əhəmiyyəti olan iqlim və hidrooloji şəraitin obyektlərlə və k.t. istehsalatı prosesləri ilə qarşılıqlı təsirini öyrənən tətbiqi meteoroloji fənn. K.t.m. biologiya, torpaqşünaslıq, coğrafiya və k.t. elmləri ilə bağlıdır. Müasir K.t.m.-nın əsas problemləri: k.t. üçün təhlükəli meteoroloji hadisələr proqnozunun üsullarını işləyib hazırlamaq, məhsulun keyfiyyət və kəmiyyətinə dair uzunmüddətli aqrometeoroloji proqnoz üsullarını təkmilləşdirmək, qışlama dövründə payızlıq bitkilərin vəziyyəti və s. K.t.m. tədqiqatlarının əsası bir tərəfdən k.t. bitkilərinin vəziyyətini, inkişafını, böyümə və məhsulların forma-
Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin PREZİDENT KİTABXANASI ────────────────────────────────────────── 234
laşmasını, digər tərəfdən meteoroloji amillərin paralel müşahidə olunması və biometrik ölçmələrdir.
baxımından faydalı olmayan orqanizm, qiymətli bitki növlərinə, heyvanlara və ya onların məhsuluna ziyan vurur, insanın sağlamlığına təhlükə yaradır. K.t.z. böyük iqtisadi itki verir. “Ziyanvericilərin” çoxu həşəratlar arasında olur. Ən qorxulu həşərat növlərindən danadişi, kolorad kartof böcəyi, ağ amerika böcəyi, yemişan kəpənəyi, payızlıq buğda və kələm sovkası, həlqəvi ipəksarıyanı, məməlilərdən gəmiricilər (siçanlar, siçovullar, taxıl siçanı, sünbülqıran) və s. göstərmək olar. K.t.z.-nə qarşı kompleks profilaktiki, o cümlədən aqro və meşətexniki, mexaniki, fiziki, kimyəvi və bioloji təbdirlər sistemi hazırlanmışdır. KƏND TƏSƏRRÜFATININ KİMYALAŞDIRILMASI – kimyəvi gübrələr tətbiq etməklə torpağın münbitliyini artırmaq, heyvan yemlərinə kimyəvi əlavə qatmaqla heyvandarlığın məhsuldarlığını yüksəltmək, həmçinin pestisidlərin köməyilə zərərverici və xəstəliklərlə mübarizə aparmaq üzrə elmi cəhətdən əsaslanmış tədbirlər sistemi. K.t.k. düzgün təşkil edilmədikdə (kimyəvi maddələrin texnologiyasına düzgün əməl edilmədikdə) ətraf mühitin (torpaq, su hövzəsi, hava) və kənd təsərrüfatı ərzaqlarının çirklənməsi üçün olduqca təhlükəli mənbəyə çevrilir.
yeraltı qurğu. Maili lağım (hünd-1-1,4 m, eni 0,5-0,8 m) şəbəkəsindən ibarətdir. K. lağımları bir-biri ilə şaquli quyular vasitəsilə birləşdirilir. K.-i peşəkar kankanlar qazır. K. suyundan su təchizatında və suvarmada istifadə olunur. K. suyu təmiz və safdır, fəsillərdən asılı olmayaraq müntəzəm su verir. K. Yaxın şərq, Orta Asiya və cənubi Qafqaz üçün daha səciyyəvidir. Azərbaycanda K. sistemi e.ə, 1 əsrdən mövcuddur. Təbriz, Zəncan, Gəncə, Qarabağ, Naxçıvan və Bakıda geniş yayılmışdır. 20 əsrin 60-cı illərinin əvvəlində Azərbaycanda 812 K. olmuşdur.
Dünyada 140 min, Azərbaycanda 2500 növü var. K.-in çoxu gecə həyatı keçirir; yalnız sancaqbığcıqlılar gündüz fəaliyyətdə olur. K. çiçəklərin nektarı, çürümüş meyvə şirəsi ilə qidalanır. K.-in çiçəkli bitkilərin Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin PREZİDENT KİTABXANASI ────────────────────────────────────────── 235
tozlanmasında rolu böyükdür. KİMYƏVİ AMİL – ətraf mühitin kimyəvi tərkibi ilə bağlı olan amil (o cümlədən kimyəvi çirklənmə). KİMYƏVİ BİTKİ MÜHAFİZƏ VASİTƏLƏRİ – bitki zərərvericiləri və xəstəlik törədicilərilə mübarizə üçün işlədilən kimyəvi maddələr. İşlədilmə texnologiyasına riayət etmədikdə mühitin çirklənməsi mənbəyi ola bilər. KİMYƏVİ BİOFİL ELEMENT – orqanizmin yaşamasını saxlamaq üçün zəruri olan element (karbon, azot, kükürd, kalsium, kalium və mikroelementlər).
komponentlərin miqdarının artması nəticəsində onun təbii kimyəvi xassələrinin dəyişməsi (pozulması). Həmin mühit üçün xas olmayan kimyəvi maddələrin daxil olması və ya qatılığının normadan çoxluğu da K.ç. adlanır.
faktor (o cümlədən kimyəvi çirklənmə ilə). KİMYƏVİ ELEMENTLƏR – adi kimyəvi daha bəsit maddələrə ayırmanın mümkün olmadığı təbii və süni maddələr. K.e. bir-birilə birləşərək bizi əhatə edən aləmin bütün mürəkkəb maddələrini əmələ gətirir. Hər kimyəvi element, nüvəsində eyni sayda elektrik yükü və atom örtüyündə eyni sayda elektron olan atomlardan yaranmışdır. Hələlik elmə məlum olan K.e.-nin sayı 107-dir. Onların əksəriyyəti radioaktiv deyil və təbiətdə mövcud olan bütün bəsit və mürəkkəb maddələri əmələ gətirir. K.e. xassələrinə görə metal və qeyri metallara ayrılır. Metallar kimyəvi reaksiyalarda xarici elektronlarını verərək kation, qeyri metallar isə özlərinə elektron birləşdirərək anion əmələ gətirir.
məlumdur, onlardan 100 mini sənayedə istifadə olunur. Müasir sivilizasiyanı K.m.-siz təsəvvür etmək olmaz (dərmanlar, boyalar, sintetik polimerlər, ərintilər və b). Bununla yanaşı K.m. insanların sağlamlığını daim risk qarşısında qoyur, belə ki, onlar qaz, toz, suspenziya, emulsiya və maye formasında ətraf mühitə daxil olur. Davamlı və orqanizmdə toplanan və kanserogen və mutagen yaradan
Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin PREZİDENT KİTABXANASI ────────────────────────────────────────── 236
K.m. xüsusilə təhlükəli sayılır. KİMYƏVİ MELİORASİYA – torpağın xassələrini yaxşılaşdırmaq və kənd təsərrüfatı bitkilərinin məhsuldarlığını yüksəltmək üçün torpağa kimyəvi təsir göstərmək üsulları sistemi. K.m. üsulları: torpaqda yüksək turşuluğa qarşı əhəngli gübrələrdən istifadə edilməsi. (əsasən çimli- podzol torpaqlar üçün; torpağın gipslənməsi (şorakətli torpaqlar üçün) – qələviliyi azaltmaq üçün torpağa gips verilir; torpağın turşulaşdırılması (neytral və qələvi reaksiyalı torpaqlar üçün), bu məqsədlə torpağa natrium 2-sulfat verilir. (bəzi bitkilər üçün, məs. çay bitkisi); K.m.-ya həmçinin melorasiya olunan torpağı tam yaxşılaşdırmaq üçün yüksək dozada mineral və üzvi gübrələrin verilməsi də aid edilir. K.m. adətən hidrotexniki melorasiya ilə birlikdə aparılır. (məs. şorakət torpaqların yuyulması). Download 3.98 Mb. Do'stlaringiz bilan baham: |
ma'muriyatiga murojaat qiling