Ekoloji LÜĞƏt a
Download 3.98 Mb. Pdf ko'rish
|
İRRİQASİYA QURĞULARI – tarlaları su ilə təmin edən kanal sistemi. İRSİYYƏT – nəslin inkişafında eyni əlamət və xassələrin təkrar olunması qabiliyyəti. Bütün orqanizmlərə xas olan İ. çoxalma prosesində fərdin inkişaf proqramına malik olan hüceyrənin maddi quruluşunu nəslə ötürməklə onun inkişafına xas olan morfoloji, fizioloji və biokimyəvi proseslərin, yeni nəsildə ardıcıllığını təmin edir. İ. ümumi bioloji hadisə olub, canlı orqanizmlərin əlamət və xassələrinin nisbi sakitliyinə imkan yaradır. Əlamətlərin bu sabitliyi pozulduqda orqanizmlər arasında fərqlər meydana çıxır. İ. qanunlarının öyrənilməsi kənd təsərrüfatı və tibb təcrübəsi üçün böyük əhəmiyyət kəsb edir. Yeni heyvan cinsləri və bitki sortlarının yetişdirilməsi, mövcud cins və sortların təkmilləşdirilməsi İ. qanunlarına əsaslanır. İnsan orqanizmində yüzlərlə irsi xəstəliklər və çatışmazlıqlar müəyyən edilmişdir. Bu çatışmazlıqların qarşısını almaq üçün onların irsi mahiyyəti aydınlaşdırılır və bunları aradan qaldırmaq üçün konkret metodlar hazırlanır.
hissə-hissə öz faydalı və ya fiziki xassələrini itirən material qalıqları, yarımfabrikatlar, xammal.
inkişafında istehsalatda istifadə oluna bilməyən tullantılar. İ.q.t.-ra həmçinin uçan qazlar, dəm qazı və s. aiddir.
° olan termal su qaynaqları (bulaqları).
qurşaq, subekvatorial qurşaqlar və tropik qurşaqlar daxildir. Bu qurşağın sərhədləri adətən 30 ° şm.e. 30°c.e. paralelləri yaxınlığından keçən hər iki yarımkürədə 20 °-lik illik izoterm xətti götürülür. İSTİ ŞİTİLLİK BİTKİLƏRİ – isti şitilliklərdə becərilən tərəvəz, meyvə, giləmeyvə, dekorativ və s. bitkilər. Bitkiləri açıq qruntda Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin PREZİDENT KİTABXANASI ────────────────────────────────────────── 225
becərmək mümkün olmadığı dövrdə onlar isti şitillikdə becərilir və məhsul alınır. Tərəvəz bitkilərindən: xiyar, pamidor, istiot, kələm, şüyüd, turp, soğan, və s. dekorativ bitkilərdən: qərənfil, payızgülü, dağnovruzu, meyvələrdən: limon, şaftalı; giləmeyvələrdən: çiyələk, həmçinin üzüm, göbələk və s. becərilir. İSTİXANA – bax: parnik. İSTİQANLI HEYVANLAR – bax. Hotoyoterm heyvanlar. İSTİLİK BALANSI – ayrı-ayrı təbii mühitə (atmosfer, torpaq) daxil olan və sərf olunan istiliyin nisbəti. İSTİLİK ÇİRKLƏNMƏSİ – mühitdən temperaturun artması nəticəsində baş verir. Əsasən sənayedə qızdırılmış hava və suyun (məs, İES və AES turbinlərinin işi zamanı) tullantıları su hövzələrinin və yaxınlıqdakı ətraf mühitin termik, kimyəvi və bioloji rejimini dəyişir. İSTİLİK KEÇİRMƏ – maddənin çox istilik olan hissəsindən az istilik olan hissəsinə istiliyin keçmə sürəti. Maddənin 1 sm 2 -dan keçən havanın istilik tutumu 0,00005, torfunki 0,00027, gillicəninki 0,00033, qumunki 0,00047 və suyunki 0,00140 kal/s-ə bərabərdir. (Coul/s ilə uyğun olaraq 0,00021, 0,00113, 0,00149, 0,00197 və 0,00586 təşkil edir).
İSTİLİK REJİMİ – orqanizmlərin həyat fəaliyyəti üçün temperatur faktorunun dinamikasının miqdar göstəriciləri birinci dərəcəli əhəmiyyət kəsb edir. İ.r. dəniz səviyyəsindən yüksəklik və ilin fəsli ilə təyin olunur. İşıq rejimi ilə də sıx bağlıdır. İ.r. mikroiqlimi təyin edən bitki örtüyünün yerləşdiyi sahəyə, bütün canlı orqanizmlərin həyat fəaliyyətinə böyük təsir göstərir. İSTİLİK TUTUMU – cismi 1 dərəcə qızdırmaq üçün lazım olan istilik miqdarı. Maddənin vahid kütləsinin (1q, 1 kq) İ.T. xüsusi İ.t. molununku isə molyar İ.t. adlanır. İ.t. cismin qızdırılma üsulundan asılıdır. Adətən, sabit həcmdə xüsusi İ.t. (S V ) və sabit təzyiqdə xüsusi İ.t. (S r ) anlayışlarından istifadə edilir (maddə uyğun olaraq sabit həcmdə və ya sabit təzyiqdə qızdırılır). Sabit təzyiqdə qızdırılma zamanı verilən istiliyin bir hissəsi (sabit həcmdə qızdırıldıqda hamısı) cismin daxili enerjisini artırmağa, digər hissəsi isə onun həcmini genişləndirmək üçün görülən işə sərf olunur. İSTİLİK ŞÜALANMASI – mütləq sıfırdan yuxarı temperaturu olan Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin PREZİDENT KİTABXANASI ────────────────────────────────────────── 226
cisimlərin elektromaqnit şüalanması. məs., Yerin atmosferi İ.ş. buraxır. Daha dar mənada-infraqırmızı şüalanma.
vahid sahəyə və ya su hövzəsi həcminə daxil olan istilik enerjisinin miqdarı.
heyvan orqanizmlərinin ətraf mühitə istilik ayırması: Şüalanma (radiasiya İ) konveksiya və suyun buxarlanması yolu ilə baş verir. İnsan orqanizmi istiliyin 50%-ni şüalanma, 25%-konveksiya və 25%-suyun buxarlanması ilə ayırır.
çəkməklə süni yaradılmış dərinliyi az olan su anbarları. Onlar ən çox Lənkəran zonasında yayılmışdır. İ. suvarma məqsədilə yaradılırdı. 1892- ci ildə Lənkəran qəzasında 4,5 min hektar sahəsi olan 257 İ. olmuşdur. Bu i.-in suları ilə 16 min ha çəltik plantasiyası suvarılırdı. 1914-cü ildə istillərlə 21250 ha ərazi suvarılıb. İSTİRAHƏT – iş qabiliyyətini bərpa edən sakit vəziyyət. İ. aktiv və passiv olur. Passiv İ. yuxu və uzanmaqdır. İ-lə iş ardıcıl növbələşdikdə insanın əmək fəaliyyətinin əsasını təşkil edən şərti reflekslərin əlaqəsi möhkəmlənir. Konkret əmək şəraitindən asılı olaraq tez-tez qısamüddətli İ. daha əlverişlidir. İ. turizm, bədən tərbiyəsi və idmanla əlaqəli olmalıdır. İ. kurort, sanatoriya, pansionat və istirahət evlərində daha səmərəli keçir.
təbii və ya xüsusi təşkil olunmuş istirahət etdiyi ərazi, adətən yaşıl zona daxilində yerləşir: yaşayış yerlərindəki park və xiyabanları da daxil etmək olar. İSTİYƏDAVAMLILIQ – ekstremal müsbət temperatura qarşı zülal, hüceyrə, orqan və bütövlüklə orqanizmin adaptiv dözümlüyü. «İTAY-İTAY» XƏSTƏLİYİ – suvarma suları ilə gətirilən kadmium ilə çirklənmiş düyüdən yeməkdə istifadə edərkən adamların zəhərlənməsi.
bitkinin üzərinə düşən işıq axınının səthi sıxlığı, lyuksometrlə ölçülür və lyuklafla ifadə olunur.
Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin PREZİDENT KİTABXANASI ────────────────────────────────────────── 227
İŞIQ REJİMİ – Biosenoza daxil olan kiçik dalğalı günəş radiasiyasının paylanması və dəyişməsi. Keçmiş Sovet İttifaqının ərazisində fitosenotik aktiv radiasiya (FAR) il ərzində Uzaq Şərqdə 125 coul/sm
2 (30 kkal/sm 2 ), cənubda 300 Coul/sm 2 (70 kkal/sm 2 ) təşkil edir. Fitosenozlar fotosintez üçün yalnız 02-2% FAR istifadə etdiyi üçün onlar işıqla kifayət qədər təmin olunur. Biosenozların özünün işıq rejimi onların quruluşunun sıxlığından asılıdır. Çətirləri birləşmiş (09-1,0) palıd meşəliyində yayda çətir altına spektrin qırmızı hissəsinin yalnız 15%-i, sarı və narıncı hissəsi 5%, yaşıl 4%, mavi və bənövşəyi 3%-i keçir. Su biosenozlarının işıqlanma dərəcəsi və keyfiyyəti böyük qradiyentə malikdir. Belə ki, təmiz suda 10 m dərinlikdə spektrin qırmızı hissəsi yalnız 2, narıncı 8, sarı 32 və göy 75%-i qalır, 500 m dərinlikdə isə yalnız bənövşəyi şüalar qalır. İŞIĞIN UDULMASI: bax Buger-Lambert qanunu. İŞIQSEVƏN BİTKİLƏR, HELİOFİTLƏR – açıq və günəşli yerlərdə bitən bitkilər. İ.b.-in normal böyüməsi üçün intensiv günəş radiasiyası, yaxud süni radiasiya tələb olunur. İ.b. əsasən bitki örtüyü az olan işıqlı çöl və səhralarda bitir. Meşə zonasında bu bitkilərə az təsadüf edilir. İ.b.-ə bağayarpağı, suzanbağı, kəkotu, günəbaxan, pambıq, qarğıdalı, kalış, şam, akasiya, palıd, saqqız ağacı, dağdağan, badam, məryəmnoxudu və s. daxildir. İ.b. bir sıra anatomik, morfoloji və fizioloji xüsusiyyətlərə malikdir: nisbətən qalın yarpağının sütunlu və süngər parenximinin hüceyrələrində 50-300 xırda xloroplast olur. Fotosintezin və tənəffüs intensivliyinin yüksək olması İ.b.-in xarakterik fizioloji xüsusiyyətidir.
növbədə insan üçün) avtomobillərin buraxdığı təhlükəli qazlar (NO 2 ,
fotosintez prosesini pozur, insanlarda xəstəliyə qarşı dözümlüyü azaldır. İYNƏYARPAQLI MEŞƏLƏR – Çılpaqtoxumlu bitkilərin ən geniş yayılmış yarımsinfi. 8 fəsiləyə (55 cinsə) daxil olan 600, o cümlədən Azərbaycan Respublikasında 9 (2 şam, 1 qaraçöhrə, 6 ardıc) növü bitir. Həmişəyaşıl, bəzən yarpağıtökülən ağac, nadir halda kollardır. Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin PREZİDENT KİTABXANASI ────────────────────────────────────────── 228
Azərbaycanda iki növ şam ağacı bitir: eldar şamı və qarmaqvari şam. Kiçik sahələrdə təbii halda qarmaqvari şam meşələri Kiçik Qafqazda Tovuz rayonu ərazisində Əsrik və Zəyəm çayları hövzəsində, nisbətən geniş sahəsi olan Kəpəz dağında (Göygöl, Maralgölü ətrafı daşlı-qayalı yamaclarda), Böyük Qafqazda isə qarmaqvari şam Filizçayı (Balakənçayı) hövzəsində dəniz səthindən 800-1000 m yüksəklikdə 10 ha sahədə bitir. Eldar şamı Azərbaycanın endemik ağac növü olub təbii halda yeganə bitmə yeri Qabırrı çayının sağ sahilində Elləroyuğu dağıdır (Eldar şamı qoruğu). Azərbaycanda giləmeyvəli qaraçöhrə ağacları tək-tək və qrup halında Böyük Qafqaz dağlarının cənub yamacı rayonlarında (Balakəndən Şamaxıya qədər) Kiçik Qafqaz dağları rayonlarında (Tovuz, Gədəbəy, Daşkəsən, Gədəbəy) və Talış dağlarında dəniz səthindən 400-1800 metr yüksəkliklərdə bitir. Respublikamızda əsasən 6 ardıc növü bitir: kəsgin iyli ardıc,çoxmeyvəli ardıc, qırmızı ardıc, uzunsov ardıc, cırtdan ardıc və qazax ardıcı. Ağıriyli, çox meyvəli ardıc növləri Azərbaycanın quraq rayonlarında – Bozqır yaylada, Qobustanda, Böyük Qafqazda, Kiçik Qafqazda, Şəmkir, Oxçu, Həkəri çayları hövzələrində yayılmışdır. Cırtdan və qazax ardıc kolları Böyük və Kiçik Qafqazın subalp zonasının daşlı-qayalı yamaclarında bitir. İZOAMPLİTUDALAR – xəritədə bu və ya digər meteoroloji kəmiyyətin amplitudasının bərabər olduğu nöqtələri birləşdirən xətlər. İZOANEMON – küləyin ortaillik sürətinin müxtəlif qiymətini göstərən xətt (xəritədə). İZOANTLAR (izo... və yun. anthos – çiçək) – hər hansı bitkinin eyni dövrdə çiçəklədiyi məntəqələri birləşdirən izoxətlər (xəritədə). İZOBAZLAR – Yer səthinin dəniz səthinə nisbətən qalxdığı və ya çökdüyü bərabər olan nöqtələri xəritədə birləşdirən xətlərdir. Eyni qalxma xətlərini birləşdirən xətlərə izoanabazlar, eyni çökmə nöqtələrini birləşdirən xətlərə isə izokatabazlar deyilir. İZOBATLAR (izo... və yun. bathis – dərinlik) – su hövzələrinin (göl, dəniz, okean) eyni dərinlikdə olan nöqtələrini xəritədə birləşdirən xətlər.
Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin PREZİDENT KİTABXANASI ────────────────────────────────────────── 229
diaqramlarda eyni barometrik təzyiqli məntəqələri birləşdirən xətlər. İZOFENLƏR – eyni mövsümi hadisə məntəqələrini birləşdirən xətlər. (məs., botanikada: bitkilərin izofeni çiçəklənmənin eyni tarixləri).
xətlər.
İZOFİTOXRONA – eyni davamiyyətli vegetasiya mövsümlərini birləşdirən xətlər. İZOHİDRİKLƏR – eyni qalıqlı hidrogen ionlarını göstərən xətlər. İZOXATLAR – küləyin sürəti eyni olan nöqtələri xəritədə birləşdirən xətlər. İZOXİONLAR (izo... və yun. chin – qar) – xəritədə qar sərhədinin yüksəkliyini göstərən izoxətlər. İZOGİPSLƏR – yer səthinin dəniz səthindən eyni hündürlükdə olan nöqtələrini xəritədə birləşdirən xətlər. İZOGİYETLƏR (izo... və yun. hyetos – yağış) – vahid zamanda və ya orta çoxillik, aylıq, illik yağıntıların miqdarını göstərən izoxətlər. İZOKOSMLAR – kosmik şüalanma gərginliyinin eyni olduğunu xəritədə göstərən xətlər. İZOQALİNLƏR (izo... və yun. halinos – duzlu) – okeanlarda eyni duzluluğu göstərən nöqtələri birləşdirən xətlər (xəritədə). İZOMER – Yağıntıların aylıq miqdarı eyni olan məntəqələri birləşdirən xətt: ortaillik yağıntının miqdarına görə faizlə ifadə olunur. İZONAQLAR – su hövzələrində eyni davamiyyətli buz örtüyünü göstərən izoxətlər. İZONEFLƏR – eyni buludluluq izoxətləri. İZOSEYTLƏR – xüsusi xəritələrdə zəlzələnin eyni gücdə qeyd olunduğu yerləri birləşdirən xətlər. İZOTERLƏR – yayın orta temp-u eyni olan yerləri xəritədə birləşdirən xətlər. İZOTERMİK QAT – 1) yüksəklik artdıqda temperatur dəyişməyən istənilən hava qatı: 2) stratosferin ilkin adı. İZOTERMLƏR – iqlim xəritələrində müəyyən vaxt içərisində orta temperaturu eyni olan müxtəlif yerləri birləşdirən xətlər. İ. Orta, illik, yanvar və iyul temperaturlarını göstərir.
bitki növmüxtəlifliyi. Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin PREZİDENT KİTABXANASI ────────────────────────────────────────── 230
İZOTOPLAR (izo... və topos – yer) – kimyəvi elementin bir-birindən kütləcə fərqlənən atomlarının adı. Ekologiya üçün mühüm sayılan radioaktiv İ.-ın çoxu 0,1.... 5 Mev enerjiyə malikdir. Radioaktiv İ-ın enerjisi çox olduqca bioloji material üçün potensial zərər (itki) yüksəlir. İZOVELA (izo... və lat. velox – tez hərəkət edən) – küləyin eyni sürətli nöqtələrini birləşdirən xətt.
Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin PREZİDENT KİTABXANASI ────────────────────────────────────────── 231
K KADASTR (frans. cadastre) – rəsmi orqanların, yaxud idarələrin siyahısı, reyestri; ora hər hansı obyekt və hadisənin sistemləşdirilmiş məlumatların cəmi, onların keyfiyyət və kəmiyyətləri daxil olur. Müvafiq obyektlər üzərində dövri və ardıcıl müşahidələr aparmaqla tərtib olunur. Kadastra həmçinin müvafiq obyekt və hadisələrin istifadəsi, mühafizəsi və s. daxil edilir. Aşağıdakı obyektlər üçün K. tərtib olunur: su, torpaq, iqlim, meşə, landşaft, mineral resurslar, tibbi, bioloji, xüsusi mühafizə olunan obyektlər və ərazilər, sənaye ovçuluğu, rekreasiya və s.
şüurundan asılı olmayan obyektiv varlıqdır. K. külli miqdarda göy cisimlərindən, onların sistemlərindən və göy cisimləri arasındakı seyrək maddədən ibarətdir. Qalaktikalar K.-ın müşahidə edilən hissəsindəki cisimlərdir. Hər böyük qalaktikada təqr. bir neçə yüz mlrd. ulduz, Metaqalaktikada isə təqr. 100 mln. qalaktika olduğundan, K.-dakı ulduzların sayı 10 19 -dan çoxdur. KAKTUSKİMİLƏR, KAKTUSLAR – (Cactaceae) – ikiləpəlilər sinfindən çoxillik bitki fəsiləsi. Ağacvarı, kolvarı, lianvarıdır, bəzi növləri isə alçaqboylu ağaclardır. Qalınlaşmış, kürə, yaxud yumurtavarı silindrşəkilli, bəzən də parçalanmış ətli-şirəli, yarpaqsız gövdəsi fotosintez, transpirasiya və su toplamağa uyğunlaşmış tikan, tükcük və ya qılçıqla örtülüdür. Əsasən, Amerikada yayılmış 85 cinsi, 2000-dən artıq növü (yarısı Meksikadadır), Afrika, Madaqaskar adaları və Şrilankada, Krımın cənub sahillərində var. Azərbaycanda bir çox növü dekorativ bitki kimi ev və oranjeriyalarda becərilir. Toxum, çilik və calaqla çoxaldılır. KALLOİDLƏR – mayedə asılı və səpilən vəziyyətdə ölçüsü 1 mkm-dək olan hissəciklər. KALORİ – istiliyin sistemdən kənar vahidi; Adətən 1 q suyu 1 °C
qızdırmaq üçün sərf olunan istilik miqdarı K. götürülür. Beynəlxalq kkal kimi beynəlxalq kvt. saatın 861 1 -i götürülür. Beynəlxalq vahidlər Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin PREZİDENT KİTABXANASI ────────────────────────────────────────── 226
sistemində istilik vahidi couldur. 1 kal = 4,1868 C, 20 dərəcəli K = 4,181 C.K. müxtəlif vaxtlarda başqa temperatur intervallarında da təyin olunmuşdur. KALSEFİTLƏR (lat. calcis) – əhənglə zəngin olan, yəni karbonatlı torpaqlara üstünlük verən bitkilər. Məsələn, qaraçöhrə, çoxmeyvəli ardıc, dəmirqara və s. Turş torpaqlarda bu bitkilər ehtimal ki, dəmirin, marqansın və alüminiumun sərbəst ionlarından zərər çəkirlər. KALSEFOBLAR – əhəngli, karbonatlı torpaqlardan çəkinən (qorxan) bitkilər. Əsl K. torpaqda NCO 3– və Ca
2+ olduqda köklərində çoxlu birləşmələr əmələ gətirir, onlar bitkinin inkişafına mane olur. K.-a torf mamırları, şabalıd ağacı və s. aiddir. KANAL (lat. kanalis – boru) – Hidrotexnikada – suyun basqınsız hərəkəti üçün çəkilən düzgün formalı süni məcra (su yolu), təyinatdan asılı olaraq gəmiçilik K-ı, energetika K-ı, suvarma K-ı və s. növləri var. Gəmiçilik K-ı dəniz, göl və gəmi üzən çayları birləşdirmək, gəmi hərəkətini asanlaşdırmaq, su yollarını qısaltmaq və s. məqsədlərlə çəkilir. Energetika (derivasiya) kanalları su elektrik stansiyaları komplekslərinə daxildir. Suvarma K-ları əkin yerlərinin suvarılması üçündür, məs. Samur-Abşeron kanalı, Yuxarı Qarabağ kanalı, Yuxarı Şirvan kanalı. K-ların en kəsiyi düzbucaqlı trapesiya, üçbucaqlı, yarımdairə və s. şəklində olur. Axın və dalğa təsirindən K. dibinin yuyulmasını, suyun torpağa hopmasını azaltmaq (K-ın suburaxma qabiliyyətini çoxaltmaq) üçün müxtəlif üzlük materiallarından (məs. beton, dəmir-beton) istifadə olunur.
sərfini azaltmaq məqsədilə magistral, təsərrüfatarası suvarma kanalları boyu lent (zolaq) şəkilli meşəliklər salınır. K.m.z. həm də kanalın istismar şəraitini və ərazinin hidroloji rejimini yaxşılaşdırır. Meşə zolaqlarında istifadə olunan ağac və kol cinslərinin tərkibi ərazinin torpaq – iqlim şəraiti ilə müəyyənləşdirilir. Məs. qrunt suyu səthə yaxın yerləşən sahələrdə rütubətsevər ağac cinsləri (qovaq, söyüd, çinar, iydə), duzlu torpaqlarda çəhrayı maklyura, yulğun, yapon saforası və s. əkilir. K.m.z. kanal istismara veriləndən bir il sonra salınır.
sənaye müəssisələrindən kənara axıdılması, həmçinin tullanmadan əvvəl Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin PREZİDENT KİTABXANASI ────────────────────────────────────────── 227
təmizlənib zərərsizləşdirilməsini təmin edən mühəndis qurğuları, avadanlığı və sanitariya tədbirləri kompleksi. K. çəkilişinin qədim tarixi var. Arxeoloji qazıntılar nəticəsində Azərbaycanın orta əsr şəhərlərində (Beyləqan, Qəbələ və s.) Kürbənd qalıqlarının aşkar edilməsi, K.-dan geniş istifadə olunduğunu göstərir. Lahıc, Baskal və s. dağ kəndlərində sal daşdan düzəldilmiş orta əsr kürbənd sistemlərindən indi də istifadə olunur.
KANSEROGEN MADDƏLƏR – (lat. kancer – xərçəng) orqanizmə təsir etdikdə xərçəng və başqa şişlər əmələ gətirən müxtəlif kimyəvi birləşmələr.
dərə, çox hallarda çöküntü süxurları üfqi yatmış və ya lava ilə örtülmüş quru iqlimi olan platolarda əmələ gəlir. K. bir qayda olaraq eroziya mənşəli olub dibindən çay və ya su axır. K. şimali Amerikanın arid iqlimli dağlıq vilayətləri üçün səciyyəvidir. Şimali Amerikada Kolorado çayında Böyük K.-un uzunluğu 380 km, dərinliyi 1800 m-ə çatır. Azərbaycanda Zarıslı çayında (Daşaltı K.-nu) da K.var.
(qismən özününki ilə də) orqanizmlər K. əksəriyyəti həşaratlardır. KARANTİN (ital. Guaranta qiorin – qırx gün) – infeksion xəstəliklərin epidemik ocaqlardan yayılmasının qarşısını alan, habelə infeksiya ocaqlarını məhv edən inzibati sanitariya və tibbi sanitariya tədbirləri kompleksi. Respublikamızda taun, vəba, təbii çiçək, sarı qızdırma, malyariya, qarayara, dabaq, brüselyoz, saqqo və quduzluğun yayılmasının qarşısını almağa yönəldilmiş sanitariya qaydaları mövcuddur.
Download 3.98 Mb. Do'stlaringiz bilan baham: |
ma'muriyatiga murojaat qiling