Ekoloji LÜĞƏt a
HAVANIN NƏMLİYİ (rütubətliyi)
Download 3.98 Mb. Pdf ko'rish
|
HAVANIN NƏMLİYİ (rütubətliyi) – Havada su buxarının miqdarı; hava və iqlimi müəyyən edən kəmiyyətlərdən biri. H.n. əsasən, 1) su buxarının təzyiqi, 2) mütləq rütubət (1 m 3 havada olan su buxarının qramla miqdarı), 3) nisbi rütubət (verilmiş temperaturda havada olan su buxarının elastikliyinin (təzyiqinin) doymuş buxarın elastikliyinə (təzyiqinə) nisbətinin faizlə miqdarı, 4) şeh nöqtəsi (havanın izobarik soyutduqda su buxarının doyma halına uyğun temperaturu) ilə ifadə edilir. H.n. hiqrometr və ya psixrometrlə ölçülür. Hava soyuduqda nisbi rütubət artır; temperatur aşağı düşdükdə su buxarı doymuş hala yaxınlaşır, nisbi rütubət isə 100% olur.
qorumağa yönəldilmiş, qanunverici təşkilatı və sanitariya-texniki Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin PREZİDENT KİTABXANASI ────────────────────────────────────────── 189
tədbirlər kompleksi. Sanitariya-epidemioloji xidmət sistemi sanitariya qanunvericiliyi əsasında atmosfer havasının zərərli maddələrinin icazə həddi səviyyəsini keçməmək üçün onun təmizliyinə və fəaliyyətinə aid olan təmizləyici qurğuların işinə nəzarət edir.
müəyyən edilən temperatur. H.t. adətən yer səthindən 2 m hündürlükdə meteoroloji budkada qoyulmuş quru psixrometrik termometr ilə ölçülür. H.t. avtomatik olaraq termoqraf vasitəsi ilə qeyd olunur. Müəyyən vaxt daxilində ən soyuq və ən isti temperaturu bilmək üçün minimal və maksimal termometrlərdən istifadə edilir. H.t. gün ərzində, habelə ay və il ərzində dəyişir. Atmosferin yüksək təbəqələrində H.t. şarzond, təyyarə və s. ilə atmosferə qaldırılmış meteoroqraf və radiozondlarla ölçülür. HAVANIN TƏMİZLƏNMƏSİ – Havanın texniki vasitələrlə tozdan və digər zərərli qatışıqlardan təmizlənməsi. Yaşayış, ictimai və istehsalat binalarına daxil olan hava, ventilyasiya və kondisiyalaşdırma sistemləri (kondisionerlər) ilə təmzlənir. Atmosferin yerüstü qatlarında müxtəlif mənşəli tozların havada qatılığı bir gecə-gündüz ərzində sənaye şəhərlərinin yaşayış rayonlarında 0,5 mq/m 3 -ə, sənaye rayonlarında 1 mq/m 3 -ə, sənaye müəssisələri ərazisində 3 mq/m 3 -ə (və daha çox) çata bilər. Bəzi hallarda (məs. sement istehsalında, qara metallurgiyada) havada tozların miqdarı xeyli çox ola bilər. Atmosferə buraxılan havanı təmizləmək və zərərsizləşdirmək üçün müxtəlif hava süzgəcləri, toz və qaz tutucuları, toz çökdürən kamera, siklon və s. qurğular tətbiq edilir. H.t. ətraf mühitin mühafizəsinə yönəldilmiş mühüm tədbirlərdən biridir. H.t.-nə hidrometeorologiya və təbii mühitə nəzarət üzrə Dövlət komitəsi, habelə sanitar-epidemioloji idarə tərəfindən nəzarət edilir.
torpağın (suyun) səthinə toxunmayan atmosfer nüvə partlayışı. Partlayış zamanı zərbə dalğasından hava yüz minlərlə dərəcəyədək qızıb işıqlanır; sonra odlu kürə əmələ gəlir; o, sürətlə genişlənir, yerdən qalxan toz sütunu ilə birləşib göbələk şəkilli bulud formasında 10 dəq. ərzində 10 km yüksəkliyə qalxır; ondakı nüvə reaksiyasının məhsulları külək və hava axını ilə onlarca və yüzlərcə km məsafəyə yayılar. H.n.p.-dan geniş ərazidə binaları, qurğuları, texnikanı dağıtmaq, təyyarə, qanadlı raketləri məhv etmək və s. üçün istifadə oluna bilər.
Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin PREZİDENT KİTABXANASI ────────────────────────────────────────── 190
HEYVAN XƏSTƏLİKLƏRİ – Yoluxmayan və yoluxan olur. Yoluxan H.x. iki cür olur: bakteriya, virus və göbələklərin törətdiyi infeksiya və ibtidailər, cücülər, gənə və helmintlərin törətdiyi invazion xəstəliklər. Ən qorxulu H.x.-nə aqalaktiya, aktinomikoz, askaridioz, botulizm, brüssellyoz, vakinit, qarayara, moniyezioz, raxit, taun tulyameriya və s.-ni misal göstərmək olar. HEYVANAT ALƏMİ (HEYVAN) RESURSLARI – sənaye obyektinə aid olan heyvanlar. HEYVANDARLIQ – Kənd təssərüfatı heyvanlarını yetişdirən təsərrüfat sahəsi. H. əhalini süd, yağ, ət, yumurta, yun, dəri və s. ilə təmin edir. H. məhsullarının tullantısından yem (sümük unu, üzsüz süd və s.), dərman preparatları (müalicə sorumları, hormon preparatları və s.) alınır. H.-a maldarlıq, qoyunçuluq, donuzçuluq, quşçuluq, atçılıq və s. sahələr, həmçinin balıqçılıq, arıçılıq və baramaçılıq daxildir. HEYVANLAR – Canlı varlıqlar aləminin iki əsas qrupundan (digər qrup bitkilərdir) biri. Bütün H. heterotrof orqanizmlərdir. Yer üzərində 1,5 mln-dək heyvan mövcuddur. Ümumiyyətlə, 16 heyvan tipi qəbul edilmişdir: ibtidailər, süngərlər, arxeosiatlar (nəsli kəsilmiş), bağırsaqboşluqlar, ibtidai qurdlar, molyusklar, buğumlular, prozopikilər, kamptozoylar, podaksonilər, çiyinayaqlılar, poqonoforlar, dərisitikanlılar, qılçıqçənəlilər, yarımxordalılar, xordalılar (onurğalılar yarımtipi də daxil olmaqla). H.-ı zoologiya və bir çox xüsusi zooloji elmlər öyrənir. H.-ın insan həyatında rolu böyükdür. O. qida mənbəyi, sənaye xammalı olub, həm də işçi qüvvəsidir. HEYVANLARIN BOLLUĞU (SIXLIĞI) – Əsasən heyvanların sayı ilə (fərdlərin, yuvalarının, kaloniyalarının), bəzən isə (xüsusən, onurğasızların uçotu vaxtı) – biokütləsi ilə ifadə olunur.
hərəkət xarakterikdir. Bunlardan bəzilərində (məs. kalmarlar, delfinlər) suda, quruda və havada sürətlə hərəkət etmək qabiliyyəti var. Heyvanların olduqca müxtəlif yaşayış tərzləri var (qamçılara, ilanvari, reaktiv, quyruğun köməyi ilə, əl, ayaq və qanadların köməyilə və s.) H.h. olduqca müxtəlif əhəmiyyət daşıyır: qida axtarmaq, «qurbanını»” – ovunu izləmək və onunla mübarizə aparmaq, özünü müdafiə, çoxalmaq, yuva tikmək, yemlənmək, nəslini qorumaq və «təlim”» keçmək, sürü ilə Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin PREZİDENT KİTABXANASI ────────────────────────────────────────── 191
hərəkət etmək, müntəzəm miqrasiya və s. HEYVANLARIN QIŞ YUXUSU hibernasiya – qışın əvvəlində bəzi məməlilərin yuxuya bənzər vəziyyəti; bu zaman bütün həyati proseslər minimuma çatır. H.q.y. mülayim və yüksək qurşaqların bəzi heyvanlarına xasdır (məs. kirpilər, yarasa və s.). HEYVANLARIN QORUYUCU RƏNGİ VƏ FORMASI – orqanizmin maskalanmış və ya qorxuducu rəngarəngliyi və forması. Bəzi heyvanların mühitin əşyalarına uyğun rəng və forma alması onu düşməni üçün görkəmsiz və cazibəsiz edir. HEYVANLARIN SƏMTLƏŞMƏSİ (oriyentasiyası) – Ekosistemdə, qismən hərəkəti və miqrasiyasında öz vəziyyətini təyin etmək qabiliyyəti. Bu mürəkkəb bioloji proseslər görmə, eşitmə, dadbilmə və s. ilə yerinə yetirilir. HEYVANLARIN YAY YUXUSU, ESTİVASİYA – bəzi heyvanların yuxuya bənzər qeyri-fəal vəziyyəti (yay sükutu): məs. gəmiricilərin stepdə (çöldə) yayın quru, qızmar dövrünü keçirməsinə köməklik. H.y.y-na həmçinin poykiloterm heyvanların yay sükutluğu aiddir (məs. bəzi cücülər, gənələr).
dözümlülük, minimum enerji almaq şəraitində yaşamaq qabiliyyəti. H. alp və qütb bitkiləri, ayı, qütb tülküsü və s. üçün səciyyəvidir.H. terminini O.Dekondol irəli sürmüş və əsasən bitkilər üçün qəbul edilmişdir (məs. alp bitkisi).
aktivliyinin Yer biosferində müxtəlif hadisələrlə əlaqəsini öyrənən bölməsi.
tutan orqanizmlər. HELİOFİLLİK – Orqanizmin işığa münasibəti. Bitkiləri bu baxımdan ayırırlar: işıqsevənlər (heliofitlər), kölgəyədavamlılar (umbropatiyentlər), kölgəsevənlər (ssiofitlər), işığa ehtiyacı olmayanlar, məs. göbələk və bakteriyalar (aqeliofitlər). Heyvanlar da bu və ya digər dərəcədə heliofilliyə malikdir. Onların əksəriyyəti heliofillərə mənsubdur. Lakin ssiofillərə və işıqsız mağaralarda yaşayanlara-aqeliofillər (məs. mağara əməndəri və okeanın
Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin PREZİDENT KİTABXANASI ────────────────────────────────────────── 192
işıqsız zonasında yaşayanlara (afiotik) – məs. sifonofora. HELİOFİTLƏR, HELİOTROFLAR – işıqsevər bitkilər olub, fotosintez prosesi tənəffüs prosesindən yalnız yüksək intensiv işıqlanma şəraitində üstünlüyə malik olur (buğda, şamağacı, qaraşam, dəvədabanı, kəkotu, çiyələk və s.). HELİOFOBLAR – işıqdan çəkinən orqanizmlər (mağarada və dənizin dərinliklərində yaşayan orqanizmlər). HELİOGEOFİZİKİ XİDMƏT – Günəş şüalanmasının vəziyyətinin təbii dəyişməsinə nəzarət xidməti.
texnika sahəsi. H. texnikanın perspektivli sahələrinə aid edilir. H. vasitələrinin kənd təsərrüfatında tətbiqi daha perspektivlidir. Kosmosun mənimsənilməsi işində Günəş enerjisindən istifadə (məs., Günəş batareyaları) böyük əhəmiyyətə malikdir.
bir çox xəstəliklərin törədicisi olan parazit qurdlar. H.-in törətdiyi xəstəliklər helmintozlar adlanır. H.-in 5 tipi (12 mindən artıq növü) var: yastı qurdlar, dəyirmi qurdlar, akantosefallar və ya tikanbaşlılar, nemertinlər, həlqəvi qurdlar. H.-i öyrənən elm sahəsi hilmintologiya adlanır. HELMİNTOZLAR – parazit qurdlar vasitəsilə (nematodlar, trematodlar, sestodlar və s.) insan, heyvan və bitkilərin xəstələnməsi. HELOBİONTLAR (yun. helos - bataqlıq) – bataqlıqda məskunlaşan orqanizmlər. HELOFİTLƏR – bataqlıq bitkiləri olub kriptofitlər yarımtipinə aiddir, artma tumurcuqları suyun dibindəki torpaqda yerləşir. HEMATOFAQLAR (yun. haima - qan) – digər heyvanların qanı ilə qidalanan heyvanlar (adətən həşəratlar: ağcaqanadlar, birələr, mozalan və s.). H. bəzi patogen agentləri yoluxdurmaqda iştirak edir.
növlərinin nəticələri. İnsanın orqanizmlərə və onların məskunlaşdığı yerə təsirini öyrənərək H.-nın dərəcəsi haqda nəticə əldə edilir. H.-nı biosenozun təhlili və onun yayıldığı yeri tədqiq etmək yolu ilə də müəyyən etmək olar.
Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin PREZİDENT KİTABXANASI ────────────────────────────────────────── 193
arealını genişləndirən bitki və heyvan növləri. HEMEROFİT – mədəni bitki. HEMEROFOB – insan fəaliyyəti nəticəsində sıradan çıxan və ya mədəni bitki qruplaşmalarından çəkinən bitki və heyvan növləri. HEMİKSEROFİTLƏR – arid zonanın yaxşı inkişaf etmiş kök sisteminə malik olan (bəzən freatik suya qədər çatan) bitkiləri. H. üçün intensiv transpirasiya səciyyəvidir, odur ki, onlar uzun müddətli solmaya davam gətirmir. HEMOGEN ÇÖKÜNTÜLƏR – kimyəvi çöküntülər – su hövzələri dibində məhlullardan kimyəvi və biokimyəvi reaksiyalar və ya suyun temperaturunun dəyişilməsi nəticəsində çökmə yolu ilə əmələ gələn süxurlar, minerallar və faydalı qazıntılar. H.ç.-ə halit, gips, anhidrit, dolomit, yəşəm, bəzi əhəngdaşları və s. daxildir.
haqqında elm. HERBARİ (lat. herba - ot) – 1) elmi məqsədlə öyrənmək üçün yığılıb qurudulmuş bitkilərin kolleksiyası. Müəyyən sahə, region, ölkə ərazisindən toplanmış H. həmin yerin florasını öyrənməyə imkan verir. Azərbaycan MEA Botanika institutunda 60 mindən çox H. vərəqi var. Hər bir H. vərəqində (5x10 sm) bitkinin elmi adını, hansı respublika, r- n, ekoloji sahədən götürülməsini (meşə, çəmən və s.), yığılma tarixini, toplayanın adı və familiyasını göstərən etiket olur. 2) Qurudulmuş bitkilərin kolleksiyasını saxlayan və elmi cəhətdən öyrənən müəssisə. HERBİSİDLƏR (lat. herba – ot və süd) – Pestisidlər qrupundan kimyəvi preparatlar: lazımsız, əsasən, alaq bitkilərini məhv etmək üçün istifadə olunur. Bioloji aktiv maddədir. H. insan orqanizminə də zəhərli təsir göstərir. Alaqlarla mübarizədə 140-dək H.-dən istifadə olunur. H.- dən düzgün istifadə edilməməsi torpağın, su hövzələrinin, göllərin çirklənməsinə, bitki və heyvanların məhv olmasına, biogeosenozdan bioloji əlaqənin pozulmasına səbəb ola bilər.
proseslərini öyrənən biologiya və tibbin bölməsi. HERPETOBİONTLAR (yun. herpeton - sürünənlər) – torpağın səthində və ya çəmən döşənəyində bitki və ya digər üzvi qalıqların arasında yaşayan orqanizmlər.
Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin PREZİDENT KİTABXANASI ────────────────────────────────────────── 194
HETEROFİLLİYA, müxtəlif yarpaqlılıq (yun. heteros – özgə, phyllon- yarpaq) – Bir bitkinin eyni, yaxud ayrı-ayrı zoğlarında müxtəlif formalı yarpaqların olması. H. bir çox su bitkilərində müşahidə edilir; bunların su altındakı yarpaqları formasına görə suyun üstündəki yarpaqlardan kəskin fərqlənir. H. quru bitkilərində də rast gəlir. Bu isə yaş dəyişiklikləri və funksiyalardakı fərqlərlə əlaqədardır.
eyni temperatur saxlayan, dövri olaraq dərin yuxuya gedən vaxtlarda isə temperaturu eyni vəziyyətdə qalmayan heyvanlar.
orqanizmlər. H.o.-ə insan və heyvanlar, həmçinin bəzi bitkilər (göbələklər, bir çox parazit və saprofit örtülütoxumlular) və mikroorqanizmlər aid edilir. Lakin H.o.-in müəyyən miqdarda mineral duz və s. maddələri, tipik avtotrof orqanizmlərin isə müəyyən miqdarda hazır üzvi maddələri mənimsəyə bildiyi üçün belə bölgü nisbi xarakter daşıyır.
bitki) növlərinin sayını ifadə edən emprik miqdar göstəricisi. HEYVAN GENEFONDUNUN QORUNMASI – faunanın növ tərkibinin, faydalı vəhşi heyvanların optimal sayının saxlanmasına yönəldilən tədbirlər sistemi. Respublika Konstitusiyasında H.g.q.-nın hüququ əsasları göstərilmişdir. HƏDSİZ MƏSKUNLAŞMA – ekosistemdə hər hansı növün fərdlərinin mühitin tutumundan artıq olması vəziyyəti; bu populyasiyaya limitləşdirici təsir göstərir. H.m-da bir qayda olaraq, fərdlərin intensiv məhv olması baş verir (populyasiyanın sayının nizamlanması nəticəsində), bununla əlaqədar biosenotik seçmə güclənərək sayın stabilləşməsilə nəticələnir. HƏRBİ BİOSFER FƏLAKƏTİ, NÜVƏ FƏLAKƏTİ – kütləvi qırğın silahları (nüvə, kimyəvi, bioloji) tətbiqinin qlobal ekoloji nəticələri.
əməliyyat zamanı pozulması. Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin PREZİDENT KİTABXANASI ────────────────────────────────────────── 195
HƏRBİ EROZİYA – Hərbçilər tərəfindən yamaclarda qazılmış səngər, xəndək və s. su ilə dolması nəticəsində torpağın yuyulması, düzən sahələrdə isə hərbi işlərlə əlaqədar qazıntı nəticəsində torpağın sovrulması. HƏSASSLIQ – canlı orqanizmin ətraf mühit amillərinin təsirinə reaksiyası (cavab verməsi), orqanizmin duyma qabiliyyəti. HƏŞƏRAT, CÜCÜLƏR – Buğumayaqlılar tipindən onurğasız heyvanlar sinfi. Bədəni buğumludur, xarici skelet əmələ gətirən möhkəm kutikula ilə örtülür. 3 hissəyə – baş, döş və qarıncığa ayrılır. Başında ağız orqanları, sadə və ya fasetli gözlər və bir cüt bığcığı olur. Ağzı sorucu, sancıcı – sorucu, yalayıcı, gəmirici tiplidir. H.-ın 34 dəstəyə mənsub 1 mln-dan çox, o cümlədən Azərbaycan Respublikasında 25 minə yaxın növü vardır. H.-ın təbiətdə rolu çox müxtəlifdir; onlar maddələr dövranında iştirak edib ən müxtəlif qida mənbələrindən istifadə edir, sanitar vəzifəsi daşıyır, torpağın bərpa olunması prosesində fəal iştirak edir, bəzi növləri quşların, balıqların, məməlilərin qidasıdır. Çiçəkli bitkilərin tozlanmasında rolu böyükdür. Qiymətli qida və texniki məhsullar verirlər (bal, ipək, rəng). Bəziləri zərərvericiləri və alaqları məhv etdiyindən faydalıdır. H. arasında çoxlu təhlükəli bitki və heyvan zərərvericiləri var. HƏŞƏRATLA QİDALANAN ORQANİZMLƏR – əsasən həşəratlarla yemlənən heyvanlar və bəzi bitkilər. HƏŞƏRATYEYƏN BİTKİLƏR, CÜCÜYEYƏN BİTKİLƏR – Cücüləri (az hallarda başqa xırda heyvanları) tutan və onlardan əlavə qida (başlıca olaraq azotlu) mənbəyi kimi istifadə edən çoxillik ot bitkiləri. Dünyada 500-dək, Azərbaycan Respublikasında 3 növü var. H.b. şirin su hovuzlarında, bataqlıq çəmənlərdə, azot birləşmələri zəif olan substratlarda yaşayır. Belə şəraitdə zəruri azot aclığı, həmçinin fosfor, kalium və s. maddələrin çatışmazlığını H.b. metomorfozlu yarpaqların köməyi ilə cücülərin hesabına tamamlayır. Bəzi H.b. (şehçiçəyi, yağlıc otu və b.) yarpaqların üzəri yapışqanlı şəffaf maye ifraz edən çoxlu vəzilərlə örtülüdür. Cücü bitkinin tutucu aparatı üzərinə düşdükdə vəzilərin sekressiyası güclənir.
dəstəsi. Bədənin uzunluğu 3-40 sm olur. Başı uzunsov olub, adətən Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin PREZİDENT KİTABXANASI ────────────────────────────────────────── 196
hərəkətli xortumcuq şəklindədir. Dünyada 300-ə qədər, Azərbaycan Respublikasında 8 növü məlumdur. Əsasən gecə heyvanıdır. Əksəriyyəti yuvalarda, meşədə yaşayan, kiçik növlər isə xəzəllərin altında sığınacaq tapırlar. Bir qismi (köstəbək, desman) xəzlikdir. Kirpilər H.-dəndir. H. Alt Tabaşir dövründən məlumdur. Heyvani yemlə qidalanırlar. Desmanlar və yarıqdişlilərin sayı az olduğundan qorunurlar. HƏYAT – Yer üzərində H. karbonlu birləşmələrin təkamülü nəticəsində yaranaraq müəyyən mürəkkəb struktura, maddələr mübadiləsinə, müəyyən qarşılıqlı biokimyəvi reaksiyalar sırasına malik fərdi tam sistemlər şəklində təzahür edir. HƏYAT KEYFİYYƏTİ (SƏVİYYƏSİ) – insan ekologiyasında işlənən termin. İnsanların maddi və mənəvi ehtiyaclarının ödənilməsi keyfiyyəti: qidanın keyfiyyəti, geyimin keyfiyyəti və modalılığı, yaşayış yerinin komfortluğu (rahatlığı), təhsilin, səhiyyənin, ətraf mühitin, rekreasiya strukturunun, əmək fəaliyyətinin, stres vəziyyətinin səviyyəsini və s. keyfiyyəti. H.k. yaşayış səviyyəsilə yanaşı, həm də yaşayış tərzi şəraitini təyin edir.
və daha çox nəslin dəyişməsi daxilində orqanizmlərin müxtəlif böyümə və inkişaf fazalarının məcmusu. Ali bitkilərdə birillik, ikiillik həyat dövrləri ayırırlar. Heyvanlarda sadə, əksərən çoxillik həyat dövrlərindən başqa, həm də bir sıra nəsillərin dəyişilməsilə çox mürəkkəb H.s. mövcuddur (məs. cücülərin). Hər dövrün (siklin) bir və bir neçə inkişaf bazası vardır.
H.z. orqanizmlərin yayılması üçün əlverişli temperatur zonasının sinonimi kimi istifadə olunurdu. Termini K.X.Merriam (1890) irəli sürmüşdür. HƏYATIN EKOLOJİ DAVAMİYYƏTİ – populyasiyanın həyat və davamiyyətinin mühit şəraitindən və populyasiyanın özünün ekoloji plastikliyindən asılılığı.
şəraitdə populyasiyanın fərdlərinin maksimum uzunmüddətli həyatı; Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin PREZİDENT KİTABXANASI ────────────────────────────────────────── 197
belə şəraitdə populyasiya limitlənmiş təsirlərə məruz qalmır. H.f.m. orta hesabla adətən ekoloji yaşayış müddətindən xeyli uzun olur.
(doğulduğu) andan ölənə (məhv olana) qədər yaşama müddəti. HƏYATİLİK – bitki və heyvan fərdlərinin bu və ya digər dərəcədə bioekoloji davamlılığı, qruplaşmalarda növarası əlaqədə çoxalma qabiliyyəti, müəyyən ekotopun şəraitinə uyğunlaşması. A.A.Qrossheym (1929) bitkilərin aşağıdakı beşballı həyatilik şkalasını irəli sürmüşdür. 1. Vegetativ və generativ qabiliyyəti çox aşağıdır. 2. Vegetativ çoxalma normadan aşağıdır, çiçəklənmə və meyvəvermə qabiliyyəti itirilmişdir. 3. Vegetativ çoxalması, çiçəklənməsi və meyvəverməsi normaldır. 4. Vegetativ çoxalma normadan yuxarı, çiçəklənməsi və meyvəverməsi yüksək dərəcədədir. 5. Bol çoxalma, yüksək dərəcədə çiçəklənmə və meyvəvermə qabiliyyəti. Uranova (1960) görə həyatiliyin ən yaxşı kriterisi (əsrlik dinamikası çərçivəsində) biosenozda növün davamlılıq dərəcəsidir. Download 3.98 Mb. Do'stlaringiz bilan baham: |
ma'muriyatiga murojaat qiling