Ekoloji LÜĞƏt a


Download 3.98 Mb.

bet23/60
Sana14.02.2017
Hajmi3.98 Mb.
1   ...   19   20   21   22   23   24   25   26   ...   60

GEOEKOLOGİYA  – ekologiyanın bir sahəsi; biosfer də daxil 

olmaqla ekosistemləri (geosistemləri) yüksək səviyyədə  tədqiq edir. 

Sinonimləri: landşaft ekologiyası, biogeosenologiya. 

GEOFİLLƏR  – torpaqda, lildə. bəzən bəzi süxurlarda yaşayan 

heyvanlar (məs. soxulcan, lildə yaşayan dəniz molyuskası və s.). 



GEOFİTLƏR  (geo ... və yun. phyton – bitki) – qışlamanı, yaxud 

uzunmüddətli quraqlığa davamlığı  təmin edən orqanları  və  bərpa 

tumurcuqları  həyat formalarından biridir. Əlverişsiz  şəraitdə dözə 

biləcək G. torpaqla, soyuq qışda isə  məhv olmuş yerüstü orqanlar və 

qarla mühafizə olunur. G.-ə bir çox soğanaqlı (zanbaqkimilər), 

kökümsovlu (bir çox taxıllar, cil) və köküyumrulu bitkilər (kartof, batat) 

aiddir. 

GEOFİZİKA  – Yerin fiziki xassələrini və onun qabığında gedən 

prosesləri öyrənən kompleks elm. 



GEOFİZİKİ AMİL  – Müəyyən sahənin səthinin və ya Yerin 

dərinliyinin fiziki xüsusiyyətləri ilə bağlı amil (məs. maqnit sahəsi). 



GEOFİZİKİ  XİDMƏT  – təbii mühit elementlərinin (iqlim, 

hidrosfer, ionosfer, günəş  şüalanması, yer qabığının dinamikası  və s.) 

vəziyyətinin dəyişməsinə müşahidə və nəzarət sistemi. 

GEOFİZİKİ MÜHARİBƏ – bax meteoroloji müharibə. 

GEOFİZİKİ MÜHİT – bu və ya digər orqanizmlərin yer sahəsinin 

fiziki prosesləri və xassələrinin məcmusu. 



GEOGİGİYENA – insanın daim sağlamlığı üçün biosferin gigiyena 

xarakteristikasını nizamlamağa yönəldilən tədbirlərin  əsasını  işləyib 

hazırlayan elm sahəsi. Bəzən (dar çərçivədə) G. təbiətin, (ətraf mühitin) 

mühafizəsi sinonimi kimi başa düşülür. 



GEOKİMYA  – Yer kürəsinin kimyəvi tərkibi, orada elementlərin 

yayılması və miqrasiya prosesləri haqqında elm. G.-nın bir çox bölməsi 

var: ümumi G., izotoplar G-sı, hidrogeokimya, landşaft G-sı, 

biogeokimya, geokimyəvi axtarış metodları və s. 



GEOKİMYƏVİ AMİLLƏR – torpaq, qrunt, torpaq məhlulu və su 

hövzələrindəki suyun mineral tərkibinin xüsusiyyətinin orqanizm və 

biosenozlara təsir göstərən amillər. Bir çox kimyəvi elementlər növlərin 

yaşaması üçün mühüm şərait hesab olunur. 



Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin 

PREZİDENT   KİTABXANASI 



────────────────────────────────────────── 

180 


 

GEOKİMYƏVİ ASSOSİASİYA – Ayrı-ayrı təbii vilayətlərdə Yer 

qabığının üst qatında yerləşən kimyəvi elementlər qrupu. Birinci G.a. 

hidrogen, karbon, azot və oksigendən  əmələ  gəlib canlı maddələrə 

uyğun gəlir. O, səthi geokimyəvi proseslər gedən Yer qabığı zonasında 

cəmləşmişdir. 

GEOKİMYƏVİ LANDŞAFT  – termin B.B.Polınov (1956) 

tərəfindən irəli sürülmüşdər. G.l. kimyəvi elementlərin və birləşmələrin 

eyni tərkib və miqdara malik olan Yer sahəsidir. Hər G.l.-a müəyyən tip 

elementlərin və birləşmələrin miqrasiyası məxsusdur. 



GEOKİMYƏVİ  MİQRASİYA  – təbiətdə canlı orqanizmlərin fəal 

iştirakı ilə kimyəvi elementlərin dövranı. 



GEOKİMYƏVİ MÜHİT  – Yerin strukturundan asılı olan yerin 

fiziki gücünün məcmusu: qravitasiya və maqnit qütbləri, hava kütləsinin 

vaxtı və s. Termini Ş.F.Xilmi (1966) təklif emişdir. 

GEOLİBİONTLAR  – ana süxurda (torpağın altındakı  təbəqədə) 

yaşayan orqanizmlər (adətən mikroblar). 



GEOLOGİYA  – Yer qabığı və onun daha dərin sferaları haqqında 

elmlər kompleksi: sözün əsl mənasında Yer qabığının tərkibi, quruluşu, 

hərəkətləri, onun inkişaf tarixi və faydalı qazıntılarının yerləşməsi 

qanunauyğunluqları haqqında elm. G-nın  əsas  əməli vəzifəsi faydalı 

qazıntı ehtiyatlarını aşkar etmək və mineral xammal bazası yaratmaqdır. 

GEOLOJİ EROZİYA – insanın dağıdıcı fəaliyyəti olmayan ərazidə 

təbii amillərin təsiri nəticəsində baş verən torpaq eroziyası. Bax: qədim 

eroziya 

GEOMERİDA (geo və .. yun. meros - hissə) – Yerdə yaşayan bütün 

canlıların məcmusu. Bəzən biosfer sinonimi kimi də istifadə olunur. 

Termin V.N. Beklemişev (1928) tərəfindən təklif edilmişdir. 

GEOMORFOLOJİ VAHİDLƏR  – landşaftın tərkib elementləri-

geosistemlər (dağlar, dərələr, vulkanın krateri, buzlağın relyef formaları 

və s.). 

GEOMORFOLOGİYA  – Yer səthinin relyefi haqqında elm. 

Qurunun, okean və  dəniz dibinin relyefini, xarici görünüşünü, 

mənşəyini (genezisini), yaşını, inkişaf tarixini və müasir dinamikasını 

öyrənir. Azərbaycan MEA akad. Həsən  Əliyev adına coğrafiya 

İnstitutunda G. şöbəsi var. 


Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin 

PREZİDENT   KİTABXANASI 



────────────────────────────────────────── 

181 


 

GEOSFERLƏR  (geo... və.. yun. spharia - kürə)  – yer 

maddələrindən  əmələ  gəlmiş konsentrik qatlar. G.-ə atmosfer, biosfer, 

hidrosfer, litosfer və ya Yer qabığı, mantiya və Yerin nüvəsi daxildir. 

GEOSİNKLİNAL – Yer qabığının dərin çökəkliyi. 

GEOSİSTEM  – coğrafi landşaftın geomorfoloji, iqlim və hidroloji 

elementlərini, həmçinin ekosistemi Yer səthinin müəyyən bir sahəsində 

birləşdirən fundamental struktur vahidi. Termini V.B.Soçava (1963) 

təklif etmişdir. 



GEOTERMAL SULAR – Yerin dərinliklərindən səthə çıxan sular. 

Yüksək temperatura və özünəməxsus kimyəvi tərkibə malikdir. 

Binaların, örtülü şitilliklərin (oranjeriya) qızdırılmasında istifadə olunur. 

Yüksək minerallığı olan G.s.-dan marikultur (dəniz orqanizmlərinin süni 

yetişdirilməsi) kimi də istifadə etmək olar. 

GEOTOPOLOGİYA  – geosistemlər haqqında elmin bölməsi. 

Termini V.B.Soçava (1963) irəli sürmüşdür. 



GƏDİK – iki dağ zirvəsi və ya yüksəklik arasında alçaq sahə, çətin 

keçilən dağ cığırları. G. qış aylarında boran və çovğunda keçilməz olur. 

G. aşınma, tektonika və buzlaqların qarşılıqlı təsirindən yaranır. 

GƏMİRİCİLƏR (Rodeentia) – məməlilər sinfinin ən çox növü olan 

dəstəsi. Bütün məməlilərin üçdə birindən çoxunu əhatə edir. G-in 2 

minə yaxın, Azərbaycanda 31 növü var. Ən çox növü olan 

siçanabənzərlərdir. G. tez çoxalan heyvanlardır: kənd təsərrüfatına və 

meşə  təsərrüfatına zərər verir. G. insan və ev heyvanları arasında 

təhlükəli xəstəliklər də yayır (taun, ensefalit və s.). Bəzi qiymətli 

xəzdərili heyvanlar da (məs., çay qunduzu, bataqlıq qunduzu və s.) 

G.dəndir. 



GƏNƏLƏR  (Acarina) – hörümçəkkimilər sinfindən xırda 

buğumayaqlı heyvanlar. Dünyada 15 mindən çox, o cümlədən 

Azərbaycanda isə 800-dən artıq növü məlumdur. G. dünyanın hər 

yerində yayılmışdır. Əsasən quruda, bir qismi dəniz və çaylarda yaşayır. 

Yırtıcı G. torpaqda, bitkilərin üzərində, heyvan yuvalarında, parazit G. 

isə heyvan və insan bədənində, heyvanların qulaq və burnunda parazitlik 

edir. Ensefalit, hemorragik isitmə və s. transmissiv xəstəliklərin törədi-

cisidir. Virusları, bakteriyaları, spiroxetləri və s. yayır. Bəzi G. 

xeyirlidir; torpağın münbitliyini artırır, bitki zərərvericilərini məhv edir. 

GƏRMİC KÜLƏK  – istilik gətirən külək. Qış  fəslində  əsən belə 

külək qarın vaxtından  əvvəl  əriməsinə  səbəb olur. (Astara, Lənkəran, 

Masallı rayonları). 

GİGİYENA  – sağlamlıq haqqında tibb elminin bir sahəsi: xarici 

mühit amillərinin insanın sağlamlığına,  əmək qabiliyyətinə  təsirini 



Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin 

PREZİDENT   KİTABXANASI 



────────────────────────────────────────── 

182 


 

öyrənir. G. yaşayış yerlərinin, iş  və istirahət  şəraitinin sağ-

lamlaşdırılmasını sanitariya cəhətdən  əsaslandırır,  ərzaq məhsulları  və 

məişət  əşyalarının keyfiyyətinin sanitariya ekspertizası üsullarını 

hazırlayır. G-ın hazırladığı elmi müddəaları  həyata keçirən sahə 

sanitariya adlanır. 



GİGİYENA NORMASI – insanın sağlamlığının hər cür 

pozulmasının qarşısını almaq məqsədilə gigiyena tərəfindən rəsmi 

işlənib hazırlanmış normalar. 

GİLƏMEYVƏ BİTKİLƏRİ – yeməli meyvəsi məişətdə giləmeyvə 

adlanan çoxillik kol, yarımkol və ot bitkiləri. G.b.-ndən ən çox çiyələk, 

moruq, qarağat, firəngüzümü, böyürtkən, cır mərsin, quşarmudu, 

aktinidiya və çaytikanı becərilir. Yabanı G.b.-in ən  əhəmiyyətlisi 

mərcanı, mərcangilə  və qaragilədir. Azərbaycan Respublikasının dağ, 

meşə  və çöllərində çoxlu yabanı G.b. bitir. Giləmeyvəsində  şəkər, 

mineral maddələr, üzvi turşular, vitaminlər, aromatik maddələr var. 

Yeyilir, mürəbbə, cem, şirə,  şərab, kompot və s. hazırlanır, bəziləri isə 

dərman kimi işlədilir. 

GİLƏVAR – Azərbaycanda, əsasən, Abşeron yarımadasına xas olan 

cənubdan, cənubi-şərqdən  əsən külək. Xəzriyə nisbətən istidir. Ən çox 

ilin isti dövründə əsir. Sürəti adətən, 2-10 m/san-dir, bəzən 20-24 m/san-

yə çatır. 



GİPSOFİL BİTKİLƏR  –  əsasən gipslə  zəngin olan torpaqlarda 

bitən bitkilər (bəzi gəvənlər, çoğan və s.). 



GÖBƏLƏK FIRLARI – Parazit göbələklərin bitkilərdə törətdiyi 

anormal törəmələr. 



GÖBƏLƏK XƏSTƏLİKLƏRİ – BAX: MİKOZLAR 

GÖBƏLƏK PREPARATLARI – mikroskopik göbələklərdən 

alınan pestisidlər; onların insektisid təsirinə  səbəb göbələklərin 

həşəratlarda patogenlik (xəstəlik törətmək) yaratmasıdır. 

GÖBƏLƏKLƏR  –  (Mycetes və ya Fungi) ibtidai bitki qrupu. 

Xlorofilsiz olduğu üçün hazır üzvi maddə ilə (parazit və ya saprofit) 

qidalanır. Yüz mindən çox növü məlumdur. Bəzən çəkisi 8 kq, 

papağının diametri 75 sm olan nəhəng göbələklərə  də rast gəlinir. G. 

təbiətdə maddələr dövranında iştirak edir: antibiotiklər, müxtəlif dərman 

maddələri alınmasında, çörək, pivə, şərab, pendir və s. hazırlanmasında 

istifadə edilir. G.-in bir qismi duza və sirkəyə qoyulur. Azərbaycanda 

zərərli G. geniş yayılıb: pambıqda hommoz, vilt, üzümdə mildyu, 

oidium, taxıllarda pas, sürmə, kartofda fitoftora, tütündə peronosporoz 

və s. xəstəliklər törədir. G.-in bir qismi zəhərlidir. 



GÖL  – quru çökəkliklərində yerləşən su hövzəsi. G. çökəklikləri 

tektonik buzlaq, çay, vulkan və s. mənşəli olur. Axarlı G.-lər rütubətli və 



Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin 

PREZİDENT   KİTABXANASI 



────────────────────────────────────────── 

183 


 

mülayim, axarsızlar isə quraq iqlim sahələrinə xasdır. Suyunda duzun 

miqdarı çox olan mineral göllər xüsusi qrup təşkil edir. Yer kürəsi G-

lərinin ümumi sahəsi təqr. 2,7 mln km (quru sahəsinin təqr. 1,8%-i), 

həcmi təqr. 230 mln, km

3

-dir. Azərb-da təqr. 250 g. var: ən böyüyü 



(dünyada) Xəzər gölüdür. Hacıqabul, Candargöl, Acınohur, Böyükşor 

gölləri də nisbətən böyük göl sayılır. 



GÖLŞÜNASLIQ – bax. Limnologiya. 

GÖY GURULTUSU – atmosferin səs hadisəsi: ildırım boşalması ilə 

müşayiət olunur. İldırımın yolunda təzyiqin ani artması  nəticəsində 

havanın rəqslərindən yaranır. 

GÖY QURŞAĞI – atmosferdə, havadakı su damlacıqlarından işığın 

sınması  və  əks olunması  nəticəsində  əmələ  gələn optik hadisə. G.q. 

Günəşə qarşı tərəfdə yağış tökülən buludların fonunda böyük, müxtəlif 

rəngli, bir, iki və bəzən üç qövsdən ibarətdir. Adətən üst qövs qırmızı, 

daxili qövs bənövşəyi olur. 

GÖYƏRÇİNKİMİLƏR  –  (Columbiformes) – quşlar sinfinin bir 

dəstəsi. Azərbaycanda 2 fəsiləsi var; drontlar və göyərçinlər. 



Göyərçinlər  (columbidae) – göyərçinkimilər dəstəsinin bir fəsiləsi. 

Mülayim və tropik qurşaqda 255 növü məlumdur. Azərbaycanda 4 növü 

yaşayır. Çöl G.-i (Columba livia), meşə G.-i (C.oleans), alabaxta 

(C.palumbus), qumru (Streptorilia turtur). Qumru köçəri, qalanı 

oturaqdır. Toxum və meyvə ilə qidalanır. 3 qrupa bölünür: poçt G.-i, 

dekorativ G., ətlik G. Dekorativ G. lələklərinin gözəlliyinə, ətlik G. isə 

ətinə görə yetişdirilir. 600-900 q-dır. 

GÜBRƏLƏR – tərkibində bitkilər üçün qida elementləri olan və ya 

torpağa lazımlı qida maddələrini özündə toplayan üzvi və qeyri üzvi 

maddələr. Kimyəvi tərkibindən asılı olaraq G. üzvi və mineral gübrələrə 

bölünür. G. torpağın münbitliyini yüksəldir, kimyəvi, fiziki-kimyəvi, 

fiziki və mikrobioloji xassələrini yaxşıladırır. G. bitkilərin boyuna, 

inkişafına, məhsulun keyfiyyətinə yaxşı  təsir göstərir və  məhsuldarlığı 

artırır. 

GÜLÇİÇƏKLİLƏR FƏSİLƏSİ  –  (Rosaceae) – Bu fəsilə  ağac, 

kol, yarımkol və otlardan ibarətdir. G.f.-nə 120 cins və 3150-dən çox 

növ daxildir. Azərbaycanda 200-ə yaxın növə rast gəlinir. 

 

GÜLÇİÇƏKLİLƏR FƏSİLƏSİNİN FİLOGENETİK ƏLAQƏLƏRİ. (P.L. 

Boqdanova görə)

 


Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin 

PREZİDENT   KİTABXANASI 



────────────────────────────────────────── 

241 


 

 

Qafqazmənşəli quşarmudu

1-Qonur quşarmudu, 2-Yunan 

quşarmudu, 3-Ağrıovunduran 

quşarmudu, 4-Buasye quşarmudu 

GÜLÇÜLÜK  – bitkiçiliyin bir sahəsi: dekorativ çiçək bitkilərinin 

becərilməsi, onların bağça, bağ və bulvarlarda əkilməsi ilə məşğul olur. 



Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin 

PREZİDENT   KİTABXANASI 



────────────────────────────────────────── 

185 


 

GÜN YAĞIŞI – Günəşli gündə göyün bir tərəfindən yağan yağış. 

GÜNƏŞ ENERJİSİ  – Yerin səthinə düşən  şüalı  və korpuskulyar 

Günəş enerjisi. Orta intensivliyi 2 kal/sm

2

 1 dəq. (günəş konstantı) təşkil 



edir. Fundamental və  əvəz olunmaz ekoloji faktor olub onsuz 

planetimizdə həyatın mövcudluğu qeyri mümkündür. 



GÜNƏŞ  FƏALLIĞI  – Günəşin üzərində baş verən fiziki 

dəyişikliklərin məcmusu. G.f.-nın zahiri təzahürü Günəş  ləkələri, 

məşəllər, protuberanslar və s.-dir. Güman olunur ki, G.f. atmosferin üst 

qatlarına (qütb parıltısına, termosferin ionlaşmasına və s.), habelə at-

mosferin alt qatlarının vəziyyətinə, yəni havanın və iqlimin dəyişməsinə 

təsir edir. 



GÜNƏŞ  LƏKƏLƏRİ  –Günəş  səthində müşahidə edilən tutqun 

ləkələr. Diametri 10 min km-ə çatır. Parlaqlığı normal Günəş 

diskindəkindən 10 dəfəyədək zəifdir, temperaturu fotosferinkindən 

1500


° - 2000° kiçikdir. 

GÜNƏŞ MÜALİCƏSİ, HELİOTERAPİYA  – Günəşin  şüa 

enerjisinin müalicə profilaktika məqsədi ilə  işlədilməsi: işıq 

müalicəsinin bir növü. Orqanizmə infraqırmızı və ultrabənövşəyi günəş 

şüaları  təsir göstərir. G.m. zamanı (günəş vannası) gündən qaralma 

əmələ  gəlir ki, bu da orqanizmdə mübadilə prosesini, immuniteti 

fəallaşdırır, qanyaranmasını, toxumanın qidalanmasını, ümumi 

vəziyyəti, yuxunu yaxşılaşdırır, orqanizmi möhkəmlədir. Vərəmin aktiv 

formasına, ürək çatışmazlığına tutulanlara G.m.-dən istifadə etmək 

olmaz. 

GÜNƏŞ RADİASİYASI  – Günəş  şüalarının radiasiyası. Yerdə 

ekzogen bioloji və meteoroloji proseslər üçün yeganə enerji mənbəyi 

sayılır. Ekosistemin aldığı radiasiyasının miqdarı günəş  şüalarının 

torpaq və  ya  su  səthinə düşmə bucağından, yəni en dairəsi, dəniz 

səthindən yüksəklik, ilin fəsli, günün saatı, həmçinin obyektin həmin 

şüaları udma qabiliyyətindən asılıdır. Buna əsasən, bir sıra iqlim 

zonaları ayrılır, hər zonanın özünəməxsus flora və faunası olur. Məs. 

palmalar yalnız isti zonada bitir, ağ ayı isə yalnız arktik zonada yaşayır. 



GÜCDƏN DÜŞMÜŞ (Çox pozulmuş) RESURSLAR – insanın 

mənfi təsərrüfat fəaliyyəti nəticəsində  məhsuldarlığı  aşağı düşərək 

istismarı iqtisadi cəhətdən səmərəli olmayan təbii resurslar. 

 

 



 

 

 



Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin 

PREZİDENT   KİTABXANASI 



────────────────────────────────────────── 

186 


 



 

HAKİM KÜLƏKLƏR – müəyyən ərazidə konkret zaman dövründə 

(ay, mövsüm, il, illər) küləyin ən çox müşahidə olunan istiqaməti. 



HALOBİONT  (yun. hals – duz)  – yüksək duzlu suda və ya şoran 

torpaqda yaşayan orqanizmlər. 



HALOBİOS  – okean və  dənizlərdə  məskunlaşan heyvan və 

bitkilərin məcmusu. 



HALOFİLLƏR, OSMOFİLLƏR  – yüksək konsentrasiyalı duzlu 

mühit şəraitində çoxalan mikroorqanizmlər. 



HALOFİTLƏR – Duzlu bitmə şəraitinə, xlorlu və kükürdlü duzlarla 

doymuş torpaq məhlulundan istifadə etməyə uyğunlaşmış bitkilər. 

Bunlardan bir hissəsi ətli-şirəli zoğları olan sukkulentlər (duzlaq çoğanı, 

qaraşoran, bir sıra şorangələr və s.) olub səhra və yarımsəhralarda qrunt 

suyu səthə yaxın yerləşən  şoran torpaqlarda bitir. Digər hissəsi 

sukkulent olmayan bir qədər kseromorfluq əlaməti olan, qrunt suyu bir 

qədər dərində yerləşən sahələrdə bitən bitkilərdir (məs. sirkən bitkisinin 

bəzi növləri), bunlar hüceyrə  şirəsində karbohidratlar toplayır. Bəzi 

halofitlər xüsusi uducu vəziciklərin köməyi ilə artıq duzları ayıraraq 

hüceyrə  şirəsinin osmotik qatılığını  tənzim edir (Yulğun, dəvəayağı). 

Bütün halofitlər torpaq duzluluğunun dərəcəsini göstərən indiqatorlar 

hesab edilir. Bir çox halofitlər (sirkən növləri,  şorangələr, yulğun) 

yarımsəhra otlaqlarının quraqlığa və duzadavamlı yem bitkiləridir. 

HALOFOBLAR – yüksək duzlu sulara davam gətirməyən və yalnız 

saf və az duzlu sularda məskunlaşan su orqanizmləri. 



HALOGEN SÜXURLAR – çökmə süxurların əsas tiplərindən biri; 

geniş yayılmışdır. H.s. asan həll olur və parçalanır; duzlu süxurlar, 

evaporitlər də adlanır. 

HALOİDOFİTLƏR  –  şorakət və  şor torpaqlarda bitməyə 

uyğunlaşan bitkilər (məs. yulğun, duzlaq çoğanı, dəvəayağı, qışotu, 

xəzər şahsevdisi və s.). 

HALOKSEROFİTLƏR – duza və quraqlığa davamlı bitkilər. 

HALOPSAMMON  – Dəniz qumu qruntunda məskən salan 

orqanizmlərin məcmusu. H.-rə ibtidailər, malyuskalar, xərçəngkimilər, 



Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin 

PREZİDENT   KİTABXANASI 



────────────────────────────────────────── 

187 


 

balıqlar, yosunlar daxildir. Termin İ.Vişnevski (1947) tərəfindən irəli 

sürülmüşdür. 

HALOSFER – Yer kürəsinin bütün dəniz və okeanlarının məcmusu. 

HAVA – Yer atmosferini təşkil edən fiziki qaz qurşağı. Quru H. azot 

(78,08%), oksigen (20-95%), arqon (0,93%), karbon qazı (0,03%), az 

miqdarda təsirsiz qazlar, hidrogen, ozon, azot oksidləri, karbon oksidi, 

yod, ammonyak, habelə su buxarı və toz da vardır ki, bunların miqdarı 

dəyişkəndir. Karbon qazının miqdarı  tənəffüs, yanma və bitkilərin 

qidalanma proseslərindən asılıdır. Havanın insan üçün optimal rütubəti 

40-60%, temperaturu 18-20

°C-dir. H. sənayedə müxtəlif proseslərdə 

istifadə edilən mühüm xammaldır. Sənayenin, energetikanın və 

nəqliyyatın inkişafı H.-da karbon qazının və digər zərərli qazların 

miqdarının artmasına səbəb olur. 

HAVA (METEOROLOGİYADA)  – Müəyyən mərhələdə  və 

müəyyən vaxt ərzində atmosfer proseslərinin fasiləsiz olaraq dəyişilən 

vəziyyəti. H. meteoroloji elementlərin dəyişməsi və bunlarla əlaqədar 

havada bir sıra fiziki hadisələrin baş verməsi ilə səciyyələnir. H. eyni bir 

mərhələdə bəzən də bir çox qısa müddət ərzində (bir gün, hətta bir neçə 

saat  ərzində) dəyişilə bilər ki, bununla da o, iqlimdən, yəni müəyyən 

ərazidə havanın çoxillik rejimindən fərqlənir. 

HAVA AXINLARI – troposferdə və strotosferdə əmələ gəlib, geniş 

sahəni  əhatə edən külək sistemi. Atmosferin ümumi sirkulyasiyasına 

(tsiklon, passat, musson) daxil ola bilər; yerli adlar (brizlər, dağ-dərə 

küləkləri və b.) da daşıyır. 



HAVA XİDMƏTİ  –  əhalinin və xalq təsərrüfatının müxtəlif 

sahələrini mövcud və gözlənilən hava şəraiti haqqında məlumatla 

təminetmə sistemi. 

HAVA MİQRANTLARI – atmosferdə həll olan kimyəvi elementlər 

(oksigen, hidrogen, karbon, azot); canlı maddələrin əsas kütləsini təşkil 

edir. O

2

-ın payına 70%-i düşür. Odur ki, çox vaxt canlı maddələr 



«oksigen maddələri”» adlanır. 

HAVA PROQNOZU –  İri miqyaslı atmosfer proseslərinin təhlili 

əsasında havanın gələcək vəziyyəti haqqında irəli sürülmüş elmi fikir. 

Qısamüddətli (bir ayadək və daha artıq) olur. Həm müəyyən  ərazi 

(vilayət, ölkə, rayon, dəniz akvatoriyası və s.), həm də ayrı-ayrı yaşayış 



Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin 

PREZİDENT   KİTABXANASI 



────────────────────────────────────────── 

188 


 

məntəqələri, aeroport, nəqliyyat yolları, otlaqlar və s. üçün tərtib edilir. 

Xalq təsərrüfatının ayrı-ayrı sahələrinin işində  çətinliklər törədən və 

onlara zərər vuran, həmçinin əhalinin təhlükəsizliyini qorxu altına alan 

təhlükəli hava hadisələri (tsiklon, tufan, duman, çovğun, güclü külək, 

toz fırtınası, ayaz və s.) də xüsusi H.p.-larına daxildir. H.p. sinoptik 

meteorologiyanın məlumatları əsasında tərtib olunur. 

HAVA REJİMİ  – ekosistemdə atmosfer və onun qazlarının 

hərəkətli vəziyyəti. H.r. atmosferin çirkləndirilməsi nəticəsində güclü 

pozula bilər. 

HAVANIN KONDİSİYALAŞDIRILMASI  – Bağlı yerlərdə (bina 

daxilində, otaqda), nəqliyyat vasitələrində  və s.-dəki hava mühitinin 

parametrlərinin (havanın temperaturunun, nisbi nəmliyinin, tərkibinin və 

təzyiqinin) adamların səhhəti üçün, bəzi istehsalat prosesləri aparmaq, 

avadanlıq, məhsul saxlamaq və s. üçün ən  əlverişli hədlərinin 

yaradılması  və onların avtomatik olaraq saxlanılması. H.k. 

sistemlərindən yaşayış (cənub rayonlarında), ictimai, mülki, sənaye 

binalarında, təyyarə salonlarında, qatar, avtomobil və  gəmilərdə, elmi 

tədqiqat institutlarında, arxiv, muzey, səhiyyə ocaqları, isti şitilliklər və 

s.-də istifadə edilir. H.k. sistemi, əsasən, havanı tozdan təmizləmə, 

qızdırma, soyutma, qurutma və  nəmləşdirmə, habelə onun 

parametrlərini avtomatik tənzimləmə, idarə  və  nəzarət vasitələri ilə 

təchiz edilir. H.k. üçün kondisioner adlı aqreqatlardan istifadə olunur. 



Do'stlaringiz bilan baham:
1   ...   19   20   21   22   23   24   25   26   ...   60


Ma'lumotlar bazasi mualliflik huquqi bilan himoyalangan ©fayllar.org 2017
ma'muriyatiga murojaat qiling