Ekoloji LÜĞƏt a


Download 3.98 Mb.
Pdf ko'rish
bet19/60
Sana14.02.2017
Hajmi3.98 Mb.
#384
1   ...   15   16   17   18   19   20   21   22   ...   60

 

Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin 

PREZİDENT   KİTABXANASI 



────────────────────────────────────────── 

164 


 

 

 

Meşəsizləşdirilmiş sahədə torpaq eroziyası 

 

EROZİYA BAZİSİ – çayların töküldüyü hövzənin səviyyəsi. 

Ümumi (yaxud əsas) E.b. okeanın səviyyəsidir. Ümumi E.b.-dən başqa 

çay boyu yerli (yaxud müvəqqəti) E.b.-ləri (axar göllər, çay qollarının 

əsas çaya töküldüyü yerlər və s.) də var. E.b-nin yüksəkliyinin 

dəyişməsi (Yer qabığının  əsri hərəkəti, yaxud dəniz səviyyəsinin 

tərəddüdü) çay dərələrinin dərinləşməsi, yaxud çöküntülərlə dolması ilə 

müşayiət olunur. 

EROZİYA MƏNBƏLƏRİ – yer səthinin eroziya təhlükəli sahələri. 

Güclü eroziyaya məruz qalan sahələr hər hansı massiv fonunda kəskin 

seçilir. (məs. çılpaq qayalıq, uçqun, yarğan və s.). 

EROZİYA RELYEFİ  qayalarda, dağətəyi və maili düzənliklərdə 

və xüsusilə cavan dağlıq ərazilərdə öz yataqlarını dərinləşdirərək əmələ 

gətirdiyi müxtəlif quruluşlu relyef formaları.  

EROZİYAŞÜNASLIQ – torpaq eroziyasının baş vermə  səbəbləri 

və inkişaf qanunauyğunluqlarını, eroziyaya uğramış və eroziya təhlükəsi 



Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin 

PREZİDENT   KİTABXANASI 



────────────────────────────────────────── 

165 


 

olan torpaqları, eroziyadan mühafizə üsullarını  və eroziyaya uğramış 

torpaqların meliorasiya məsələlərini öyrənir. 

E. torpaqşünaslığın müstəqil bir bölməsi kimi son illərdə 

formalaşmışdır. E.–in obyekti müxtəlif təbii və  təsərüfat  şəraitində baş 

verən su və külək eroziyası prosesləridir. 

Azərbaycan respublikasında E. problemləri ilə bilavasitə Elmi-

tədqiqat Eroziya və Suvarma İnstitutu məşğul olur.



 

EROZİYANIN EKOLOJİ ZƏRƏRİ

 

– torpaq eroziyası hesabına 

ekoloji mühitə  dəyən zərər. Aşağıdakı növləri vardır: a) eroziyadan 

aqroekoloji mühitə dəyən zərər; b) nəqliyyat sisteminə və yollara dəyən 

zərər; v) hidroqurğulara (su anbarlarına, sutoplayan kanal və kollektor-

drenaj  şəbəkəsinə) dəyən zərər; q) balıqçılıq təsərrüfatına və başqa 

ekoloji mühitə dəyən zərərlər.  

EROZİYAYA QARŞI AQROTEXNİKİ  TƏDBİRLƏR – 

yamacları torpaq eroziyasından qorumaq üçün kənd təsərrüfatı 

bitkilərinin becərilməsində tətbiq edilən torpaqqoruyucu tədbirlər siste-

mi. Onlar aşağıdakılardır: yamacın eni istiqamətində  və ya konturla 

şumlama, laydırsız kotanla torpaq layını çevirmədən  şumlama, 

zolaqlarla şumlama, pilləli şum, torpaqdərinləşdiricilərlə şumlama, don-

durma şumunda və herikdə şırımaçma, dərindən yumşaltma, yalaqaçma, 

şumda və çoxillik ot əkinində yarıqaçma, oyuqaçma, torpaqqoruyucu 

növbəli əkin sisteminin tətbiqi, terrasların çəkilməsi və s. 

EROZİYAYA QARŞI BƏNDLƏR – suyun sürətlə axdığı 

sahələrdə onun dağıdıcı təsirini azaltmaq məqsədilə düzəldilən qurğular. 

Bu bəndləri su axınının xüsusiyyətindən asılı olaraq torpaqdan, ağacdan, 

daşdan, betondan, dəmir-betondan və s. hazırlamaq olar.  



EROZİYAYA QARŞI BİOLOJİ MÜBARİZƏ  TƏDBİRLƏRİ – 

su və külək eroziyasına məruz qalmış torpaqlarda eroziya prosesini 

zəiflətmək və onun qarşısını almaq məqsədilə ot səpini, meşəsalma və 

müvafiq kənd təsərrüfatı bitkiləri yetişdirmək. 



EROZİYAYA QARŞI SUVARMA TEXNİKASI – irriqasiya 

eroziyasının qarşısını almaq üçün tətbiq edilir. Burada qəbul edilən 

suvarma texnikası su sərfi, suvarılan  şırımın və ya zolağın uzunluğu, 

suvarmanın müddəti elə seçilməlidir ki, suvarma zamanı eroziya prosesi 

minimuma ensin və ya tam qarşısı alınsın. Buna görə  də E.q.s.t. 


Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin 

PREZİDENT   KİTABXANASI 



────────────────────────────────────────── 

166 


 

hazırlanarkən səthin meylliyi, torpağın tipi, onun mexaniki tərkibi və 

suhopdurma qabiliyyəti nəzərə alınmalıdır. 

ESTETEİK RESURSLAR – insanın mənəvi zənginliyinə  əlverişli 

təsir göstərən təbii amillərin xüsusi əlverişli uyğunluğu (ahəngi). 



ESTUARİ (lat. aestuarium su basmış mənsəb) – dənizə tərəf geniş 

açılmış  qıfabənzər çay mənsəbi. E. çayın töküldüyü yerdə  dəniz 

səviyyəsinin qaxması, çayın gətirdiyi materialları qabarma-çəkilmə  və 

ya dəniz axınlarının yuyub aparması ilə əlaqədar əmələ gəlir. E.-də delta 

əmələ  gəlir. E. dəniz suyu və saf suyun keçid zonası (ekoton) sayılır. 

Bununla əlaqədar E. nadir fiziki və bioloji əlamələrilə səciyyələnir. E.-

lər ilk növbədə insanın düşünülməmiş mənfi təsirinə məruz qalır. Odur 

ki, onların daim qorunması və səmərəli istifadəsi tələb olunur. 



ETALON QORUQ – təbii komplekslərin inkifaşına heç bir təsir 

göstərməyən tam qoruq. 



ETİL SPİRTİ (ÇAXIR SPİRTİ), C

2

H

5

OH – farmakoloji 

xassələrinə görə narkotik maddələrə aiddir. Lakin E.s.-nin narkoz 

yaratdığı doza həyat üçün mühüm mərkəzlərin iflicə  uğramasının 

başlanğıcı sayılır.  



ETOLOGİYA – ekosistem şəraitində orqanizmlərin davranışını 

(hərəkət tərzini) öyrənən elm. 



EUEDAFON – torpağın dərin qatlarında həyat sürən orqanizmlərin 

məcmusu (ibtidailər, soxulcanlar və s.). Onlar bir qayda olaraq yumşaq, 

uzun bədənə malik olur. 

EUQALİN ORQANİZMLƏR – yalnız duzlu sularda həyat sürən 

orqanizmlər. E.o.-rə bir çox dəniz orqanizmləri və duzlu göllərin 

məskunları daxildir. 

EUQALİN SU HÖVZƏSİ – duzluluğu 30-40% olan dəniz sulu su 

hövzəsi. 



EUTROFİKASİYA – tarlalardan gübrələrin yuyulması  nəticəsində 

su hövzələrinin canlanması prosesi (üzvi maddələrlə zənginləşməsi).  



EV HEYVANLARI – insanın yetişdirdiyi heyvan növləri. 

Heyvanların  əhliləşdirilməsinin  əhəmiyyəti onlardan alınan iqtisadi 

fayda olmuşdur. E.h.-na əsl qaramal, qoyun, keçi, şimal maralı, dəvə, 

lama, camış, yak, qayal, at, donuz, it, pişik, adadovşanı, toyuq, ördək, 

qaz, hindtoyuğu, göyərçin, bal arısı, tut ipəkqurdu, gölməçə  və 


Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin 

PREZİDENT   KİTABXANASI 



────────────────────────────────────────── 

167 


 

akvariumlarda yetişdirilən bəzi balıqlar, “dekorativ” quşlar, laboratoriya 

heyvanları aiddir. Bax. əhliləşdirmə. 

EVFOTİK ZONA – su hövzəsinin bitkinin fitosintez fəaliyyəti üçün 

işıqlanmanın (işığın) kifayət qədər olan üst zonası. Dünya okeanında 

E.z.-da su qatının qalınlığı orta hesabla 200m təşkil edir. 

EVOLYUSİON, (TƏKAMÜL) EKOLOGİYA  – ekologiya 

elminin bir bölməsi, xarici mühit amilləri, həmçinin biosenoz və 

ekosistemlərin evolyusiyası ilə  əlaqədar növlərin evolyusiyasını  tədqiq 

edir. 


EVOLYUSİYANIN (TƏKAMÜLÜN) SÜRƏTİ  – vahid zamanda 

evolyusiya (təkamül) dəyişməsinin məcmusu. Vaxtın ölçü vahidi kimi 

geoloji (yaxud milyon illərlə) və ya bioloji vaxtdan (nəsillərin sayı) 

istifadə etmək olar. 



EVRİBAT ORQANİZMLƏR  (evri...və yun. Bathos - dərinlik)  – 

geniş diapozonda şaquli yayılmış, yəni müxtəlif dərinliklərdə yaşaya 

bilən su heyvanları. E.o.-a dənizin müxtəlif şaquli zona dərinliklərində 

yayılmış, həmçinin geniş şaquli miqrasiya edən heyvanlar aiddir. 



EVRİBİONTLAR – Ətraf mühitin geniş  dəyişilmiş  şəraitində 

yaşayan heyvan və bitkilər. Məs., dəniz litoralında yaşayanlar suyun 

çəkilməsi zamanı müntəzəm qurumaya, yayda yüksək, qışda isə  aşağı 

temperatura (evriterm heyvanlar); çay estuarilərində yaşayanlar isə 

suyun  şorluğunun xeyli dəyişilməsinə dözə bilir (evriqalin heyvanlar). 

Növün evribiontluğu onun anabioz (bir çox bakteriyalar, bir sıra 

bitkilərin spor və toxumaları və s.) və qış yuxusu (bir sıra gəmiricilər) 

halında əlverişsiz şəraitə dözmək qabiliyyəti ilə artır. 

Parazit ibtidailərin osistləri, bəzi sap qurdların sürfə  və yumurtaları 

güclü donmaya, qurumaya dözümlü, zəhərlərə davamlıdır; bu onların 

yaşamaq qabiliyyətini uzun müddət saxlamağa imkan verir. 

EVRİFAQLAR – evritrof orqanizmlər, allofaqlar, hər şey yeyənlər 

– geniş spektrli qida obyektli orqanizmlər (məs. bir çox həşəratlar, 

onların sürfələri, muflon (vəhşi qoç) və s. 100-200 bitki növü ilə 

qidalanırlar. E. az qidalanmağa dözümlü olur, qidalandığı bitkilər geniş 

ərazilərdə yayıldığından qida axtarmağa bəzən böyük miqdar enerji 

itirir. 


EVRİXOR NÖVLƏR (evri və yun. Chora - ərazi) – Yer kürəsində 

Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin 

PREZİDENT   KİTABXANASI 



────────────────────────────────────────── 

168 


 

geniş yayılmış və müxtəlif biotoplarda yaşayan bitki və heyvanlar. 



EVRİXRON ORQANİZMLƏR  – bütün ilboyu və ya ilin çox 

hissəsi aktiv olan heyvanlar. Mağaralarda, okeanın dərinliklərində 

yaşayan heyvanlar və köçəri quşlar E.o. sayılır. 

EVRİHİQROBİONT – mühitin rütubətliyinin çox dəyişməsinə 

davam gətirən orqanizm. 



EVRİQAL ORQANİZMLƏR (evri... və yun. gals - duz) – mühitin 

duzluluğunun və kimyəvi tərkibinin çox dəyişməsinə dözən 

orqanizmlər. 

EVRİİON NÖVLƏR  – pH mühitinin çox dəyişməsinə davam 

gətirən növlər (bəzi milçəklər, kiçik xərçənglər pH-ın 2-dən 10 arasında 

dəyişməsinə davam gətirir). 

EVRİOKSİBİONTLAR  – suda oksigenin çox dəyişməsinə davam 

gətirən orqanizmlər. 



EVRİTERM ORQANİZMLƏR, EVRİTERMOBİONTLAR  – 

müxtəlif temperatur şəraitində yaşamağa uyğunlaşan və temperaturun 

böyük tərəddüdünə davam gətirən mikroorqanizmlər, bitkilər və 

heyvanlar. E.o.-ə yüksək və mülayim enliklərdə yaşayan bir çox quş 

növləri və məməlilər daxildir. 

EVRİTERMOFİLLƏR – geniş diapazonlu temperatur faktoru 

şəraitində (10... 40

°) yaşamaq qabiliyyətinə malik olan orqanizmlər 

(adətən heyvanlar). 



EVRİTOP ORQANİZMLƏR – ən müxtəlif yerlərdə yaşayan bitki 

və heyvan növləri. E.o.-in arealı, adətən çox genişdir.  Ən müxtəlif 

substratlarda bitən adi şam ağacı, eldar şamı, qamış, sürünən ayrıq, 

heyvanlardan adi dağ siçanı, canavar, tülkü və s. E.o-ə aiddir. 



EVTROF GÖL – çox dərin olmayan (10-15 m-ə  qədər) yüksək 

bioloji məhsuldarlığa malik olan düzənlik gölləri. Yayda bu göllərdə 

kütləvi  şəkildə fitoplankton (qismən göy-yaşıl yosunlar) inkişaf edir, 

uyğun olaraq bakterial, zooplankton və balıq da bol olur. E.g.-ün qruntu 

lilli olub, suyu az duru, suyun rəngi yaşıldan qonur-yaşıl rəng arasında 

dəyişir. 



EVTROF ORQANİZMLƏR  – yalnız qida maddələri ilə  zəngin 

olan torpaq və su hövzəsi  şəraitində normal inkişaf edə bilən 

orqanizmlər. Məs. palıd, fıstıq, vələs, göyəm, göyrüş humusla və 

mineral qida maddələri ilə zəngin olan torpaqlarda yaxşı bitir. 



EVTROF SU HÖVZƏSİ  – biogen maddələr və planktonla zəngin 

olan su hövzəsi. 



Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin 

PREZİDENT   KİTABXANASI 



────────────────────────────────────────── 

169 


 

EVTROFİKASİYA  (ev... yun. trophe – qida və fikasiya) – 

antropogen və ya təbii faktorların təsirilə suda biogen elementlərin 

toplanması  nəticəsində su obyektlərinin (su hövzələrinin) bioloji 

məhsuldarlığının artması. Antropogen E. çirkab sularının, həmçinin 

kübrələnən tarlalardan axıdılan səth suların su hövzələrini biogen 

maddələrlə  zənginləşdirməsi nəticəsində baş verir, bu isə suyun 

«çiçəklənməsi»”, çirklənməsi və onun keyfiyyətinin kəskin pisləşməsinə 

səbəb olur. 



EVTROFİYA – qida maddələri ilə doymuş. 

ELEVİUM (ELYUVİ) – əmələ  gəldikləri yerdə (ana süxurlar 

üzərində) qalan aşınma məhsulları. Bunlar tədricən ana süxurlara keçir. 

E. təbəqə (qat) əmələ  gətirmir, müxtəlif ölçülü qırıntı  dənələrindən 

ibarət olur. E. üfüqi və ya azmeylli səthlərdə  yığılaraq aşınma qabığı 

əmələ gətirir. 

ELEKTROFİZİOLOGİYA  – fiziologiyanın bölməsi: elektrik 

hadisələrini (bioelektrik potensialları) və onların canlı orqanizmlərin 

müxtəlif fəaliyyət növündə  əhəmiyyətini öyrənir. Hazırda E. eyni 

zamanda fiziologiya, psixologiya, həmçinin biofizika və tibb elmlərinin 

bir çox bölmələrinin metodiki bazası hesab olunur. 

ELEKTROGEN  FAKTOR – anadangəlmə eybəcərlik  əmələ 

gətirən maddə (maddələr qrupu (məs. pestisidlər, ağır metallar, 

radionuklidlər). 

ELEKTROMAQNİT ÇİRKLƏNMƏSİ – mühitin elektromaqnit 

xassələrinin modifikasiyası zamanı baş verən antropogen və ya təbii 

fiziki çirklənməsi (yüksək cərəyanlı elektrik ötürən xətlər, bə’zi sənaye 

qurğularının işi, təbii hadisələr – maqnit qasırğası  və s.-nin tə’sirilə). 

E.ç. yerli və qlobal geofiziki anomaliyaya, həm orqanizmin, həm də 

təbii və antropogen qrupların daxilində bioloji proseslərdə dəyişkənliklə 

nəticələnə bilər. 

ELEKTROMAQNİT  ŞÜALANMASI  – havada uzaq məsafəni 

qət edən və maddələrə asan hopan ionlaşmış qamma – şüalanma və ona 

yaxın rentgen şüalanması. Qamma – şüalar canlı toxumalara asınlıqla 

hopur: onlar orqanizmə girərək ona tə’sir göstərmir və ya öz yolunda 

ionlaşma törədə bilir. Onların tə’siri enerjisinin doza və xarakterindən, 

həmçinin orqanizmlə şüalanma mənbəyindən olan məsafədən asılıdır. 

 


Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin 

PREZİDENT   KİTABXANASI 



────────────────────────────────────────── 

170 


 

 

Ə 

 

ƏCDAD – çoxlu bitki sortları  və heyvan cinsləri yaratmaq üçün ilk 

material rolunu oynamış vəhşi heyvan və yabanı bitki növləri. 



ƏCZAÇILIQ – dərman maddələrinin tədqiqi, istehsalı, saxlanması, 

hazırlanması və buraxılması problemlərini öyrənən kompleks elmi-təcrübi 

fənn. Dərman maddələrini hazırlayan elmi-tədqiqat institutları, 

laboratoriya və müəsissələr, dərman bitkilərinin toplanması  və emalı ilə 

məşğul olan idarələr, apteklər və anbarlar, analitik laboratoriyalar Ə. 

müəsissələrinə daxildir. 



ƏDVİYYAT BİTKİLƏRİ – orqanlarında  ətirli və dadlı maddələr 

olan bitkilər. Bu orqanlar qidaya kəskinlik, xüsusi dad və  ətir vermək, 

həmçinin iştahını artırmaq, mədənin fəaliyyətini yaxşılaşdırmaq üçün 

ədviyyat kimi işlədilir. Azərbaycanda  əsasən, ot formasında olan Ə.b. 

bitir və becərilir;  ən geniş yayılanı  şüyüd, cəfəri, kərəviz, dağkeşnişi, 

vəzəri, kəvər, reyhan, bədrənc, nanə, soğan, sarımsaq, zəfəran və s.-dir. 



ƏHALİ – Yer kürəsində, yaxud konkret ərazi, qitə, ölkə, rayon, 

şəhər və s.-də yaşayan adamların cəmi.  Ə.-nin tədqiqi ilə demoqrafiya 

elmi məşğul olur. 

ƏHALİ COĞRAFİYASI – iqtisadi coğrafiyanın əhalinin tərkibini, 

yerləşməsini, məskunlaşmasını və yaşayış məntəqələrini öyrənən sahəsi. 

Ə.c. müxtəlif  ərazilərdə  əhalinin formalaşmasını, strukturunu, sayını, 

sıxlığını, yerləşməsini və bir çox başqa məsələlərini tədqiq edir. 

Azərbaycan MEA Coğrafiya in-tunda Ə.c. şöbəsi var. 

ƏHALİ  MİQRASİYASI – insanların yaşayış yerini dəyişməsi ilə 

əlaqədar (bir yerdən başqa yerə köçməsi) xarici (qitələrarası  və 

dövlətlərarası), daxili (rayonlararası) və  kənd yerlərindən  şəhərlərə 

köçmək. Ə.m. iqtisadi səbəblə yanaşı, siyasi hadisələrlə əlaqədar da baş 

verə bilər (dövlət sərhədlərinin dəyişməsi, müharibələr). 

ƏHALİNİN SANİTARİYA VƏZİYYƏTİ – əhalinin sağlamlığını 

səciyyələndirən göstəricilər kompleksi. 



ƏHALİNİN SIXLIĞI – konkret ərazinin məskunlaşma dərəcəsi; 

vahid sahədə sakinlərin sayı (adətən 1 km

2

-də). Bu düsturla təyin 



Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin 

PREZİDENT   KİTABXANASI 



────────────────────────────────────────── 

171 


 

olunur:  Ə.s.=  



Q

P

 , burada P – ərazidə daim yaşayanların sayı; Q – 

ərazinin (daxili su hövzələri müstəsna olmaqla) sahəsi. 

ƏHLİLƏŞDİRMƏ – vəhşi heyvanların ələ öyrədilməsi və bunların 

ev heyvanlarına çevrilməsi. İnsanlar müxtəlif vəhşi heyvanları bu yolla 

çoxaldır və  əsasən, təsərrüfat ehtiyacını ödəmək üçün ondan istifadə 

edirlər. Heyvanların  əhliləşdirilməsinə 10-15 min il bundan əvvəl 

başlanılmışdır,  Ə. cəmiyyətin məhsuldar qüvvələrinin inkişafında 

mühüm mərhələ olmuş və nəticədə heyvandarlıq sahəsi yaranmışdır. 



ƏKİN DÖVRİYYƏSİ – əkinçilik sisteminin mühüm hissəsi olub 

tarlada kənd təsərrüfatı bitkilərinin (həmçinin herik şumunun) vaxtaşırı 

dəyişdirilməsi. Üç cür Ə.d. ayrılır: tarla, yem və xüsusi. Tarla Ə.d.-də 

əsas sahəni taxıl, kartof, texniki bitkilər (günəbaxan, çuğundur, pambıq 

və s.) tutur. Yem Ə.d.-də özünəməxsus şərait və aqrotexnika tələb edən 

bitkilər (tərəvəz, tütün, düyü və s.) becərilir. Su və külək eroziyasına 

məruz qalmış rayonlarda torpaqqoruyucu Ə.d. tətbiq edilir. Kənd 

təsərrüfatı bitkiləri və herik şumunun nisbətinə görə  Ə.d. tipləri 

aşağıdakı növlərə bölünür: taxıl-herik, taxıl-herik-cərgəarası becərilən, 

taxıl-cərgəarası becərilən, taxıl-ot-cərgəaraları becərilən, ot-cərgəaraları 

becərilən, sideral. Ə.d.-də bitkilərin vaxtaşırı  dəyişdirilməsi bitkinin 

rütubət və qida ilə  təmin olunmasına  şərait yaradır. Torpağın 

münbitliyini artırmaqda çoxillik paxlalı bitkilər xüsusi rol oynayaraq 

torpağın fiziki xassələrini yaxşılaşdırır. Çoxillik bitkilərin, taxılın 

cərgəaraları becərilən bitkilərlə zolaqlarla becərilməsi eroziya 

təhlükəsini azaldır. 

Ə.d. alaq otları ilə, kənd təsərrüfatı bitkilərinin ziyanvericilərilə  və 

xəstəlik törədənlərlə mübarizədə mühüm vasitə hesab olunur. 



ƏKİNÇİLİK – 1) kənd təsərrüfatının ərzaq və yem bitkiləri, texniki 

bitkilər və s. becərilməsi ilə məşğul olan ən mühüm sahələrindən biri; 2) 

aqronomiyanın kənd təsərrüfatı bitkilərinin becərilməsinin ümumi 

üsullarını öyrənən və torpaqdan səmərəli istifadə etmək, yüksək və sabit 

məhsul almaq üçün torpağın münbitliyini yüksəltmək üsullarını işləyib 

hazırlayan bölməsi. 



ƏKİNÇİLİK SİSTEMİ  – torpağın münbitliyini artırmaq, ondan 

səmərəli istifadə etmək məqsədi ilə, yerli təbii-iqtisadi, torpaq-iqlim 



Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin 

PREZİDENT   KİTABXANASI 



────────────────────────────────────────── 

172 


 

şəraitinə uyğun tətbiq olunan texnoloji, meliorativ və təşkilati tədbirlər 

kompleksi. 

ƏKS-SƏDA – hər hansı bir maneədən qayıdan və müşahidəçi 

tərəfindən qəbul edilən dalğa (akustik, elektromaqnit). 



ƏMƏYİN ELMİ  TƏŞKİLİ – elm və texnikanın,  əməyin 

gigiyenasının nailiyyətləri əsasında əməyin təşkilinin yaxşılaşdırılması. 



ƏRAZİ EKSPANSİYASI – bəzi növlərin yad ərazilərdə boş 

yerlərdə  və ya digər növlərin (aborigenlərin) məskunlaşdığı yerlərdə 

kütləvi surətdə çoxalması (artması). Məs. çəyirtkələrin, kolorada 

böcəyinin, ağ amerika kəpənəyinin, gəmiricilərin, alaq otlarının, göy-

yaşıl yosunların basqını.  Ə.e. akklimatizasiya zamanı baş verə bilər, 

belə ki, 1859-cu ildə Avropadan Avstraliyaya 24 krolik fərdi gətirildi, o 

olduqca qısa vaxt geniş  əraziləri tutub bitki örtüyünün (aborigen 

növlərin yem bazasının) məhv edilməsinə səbəb oldu. Amerika zooloqu 

Ç.Elton (1958) Ə.e.-nı “bioloji bomba” adlandırmışdır. 

ƏRAZİNİN MƏNİMSƏNİLMƏSİ – əvvəllər bilavastə istismar 

olunmayan sahələrin təsərrüfat məqsədilə, yol tikilməsində, yaşayış 

yerlərinin salınmasında istifadəsi.  Ə.m.-nin  əsas  əlaməti, adətən, 

əhalinin yerləşməsi sayılır. 



ƏRAZİNİN SANİTARİYA MÜHAFİZƏSİ – ölkəyə karantin və 

infeksiya xəstəliklərinin keçirilməsi və yayılmasının qarşısını almaq 

üzrə tədbirlər kompleksi. 

ƏRAZİNİ SUBASMA – təbii (bol yağmur, çayın daşıb aşması, 

dənizin qabarması) və antropogen (müxtəlif hidrotexniki qurğuların 

tikilməsi, suvarma sistemi, İES, süni nohur və s.) səbəblərdən  ərazini 

subasması. 



ƏSAS  İONLAR – təbii sularda kəmiyyətcə üstünlük təşkil edən 

ionlar. Bura adətən xlorid, sulfat, hidro-karbonat, kalsium, maqnezium, 

natrium, kalium ionları aiddir. Abiotik ekoloji amillər kimi mühüm rol 

oynayır. 



ƏSAS QİDA – heyvanların mədəsində üstünlük təşkil edən 

(toplanan) qida. 



ƏSRLİK RİTMİKA,  İQLİMİ  RİTMİKA – uzun illər  ərzində 

günəş aktivliyinin dövrü dəyişməsi və iqlimin illik dəyişməsi ilə 

əlaqədar bitki qruplaşmasının dəyişməsi. Meşə, çöl və yarımsəhra 


Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin 

PREZİDENT   KİTABXANASI 



────────────────────────────────────────── 

173 


 

biosenozlarında biokütlənin artımının böyük həcmdə dəyişməsi ilə ifadə 

olunur ki, onların məhsuldarlığı orta çoxillikdən 1,5-2,0 dəfə  kənara 

çıxa bilər. Çəmən qruplaşmalarında əsrlik dəyişmələr o qədər böyük ola 

bilər ki, hətta onların digər assosiasiya dərəcəsinə keçməsi haqda 

təsəvvür yaranır. 



ƏTRAF MÜHİT – orqanizmlərin bitmə  şəraiti, maddələr 

mübadiləsi və energiyası, onların  ətraf aləmlə birliyi. Ayrılır: digər 

orqanizmlərin daxilində yaşayan endoparazitlərin mühiti intral (daxili) 

mühit; ekzal mühit (digər orqanizmlərin bədəninin xaricində yerləşən 

örtüklə (tük, lələk, yun və s.) təmasda olduqda yaranan mühit; 

biosenotik mühit-biosenozun bütün biotalarında yaranan mühit; xarici 

mühit-biosenozların xaricində yerləşən mühit. 

–  aqressiv m. – təmasda olduğu elementə dağıdıcı  təsir göstərən 

mühit. 

– dispers m. – dispers sistemin fasiləsiz fazası, həcminə görə dispers 



faza paylanır.  

– turş m. – hidrogen göstəricisi (pH) 7-dən aşağı olan mühit. 

– susuz m. – tərkibində su olmayan və ya həlledici komponent kimi 

su olan mühit. 

– neytral m. – hidrogen göstəricisi (pH) 7-ə bərabər olan mühit. 

– qida m-ti – mikroorqanizmlər yetişdirilən maye və ya bərk qarışıq. 

– təbii m. – texnoloji fəaliyyətin məhsulu olmayan ətraf mühitin bir 

hissəsi. 

– qələvi m. – hidrogen göstəricisi (pH) 7-dən artıq olan mühit. 


Download 3.98 Mb.

Do'stlaringiz bilan baham:
1   ...   15   16   17   18   19   20   21   22   ...   60




Ma'lumotlar bazasi mualliflik huquqi bilan himoyalangan ©fayllar.org 2024
ma'muriyatiga murojaat qiling