Ekoloji LÜĞƏt a


Download 3.98 Mb.
Pdf ko'rish
bet18/60
Sana14.02.2017
Hajmi3.98 Mb.
#384
1   ...   14   15   16   17   18   19   20   21   ...   60

EKSPULVERİZASİYA – ekosistemdən külək vasitəsilə mineral və 

üzvi maddələrin hissəciklərinin aparılması. Duzdəyişmə yollarından 

biri. 

EKSTREMAL FAKTOR – orqanizmin uyğunlaşma reaksiyasından 

güclü olub, lakin onu məhv olmaq dərəcəsinə gətirməyən hər hansı bir 

faktor. E.f-un mövcudluğu yaşayış üçün ekstremal şərait yaradır. 

EKSTREMAL  ŞƏRAİT  – orqanizmin mövcudluğu üçün son 

dərəcə (sərt maksimal və ya minimal) şərait. E.ş. stress kimi təsir 

göstərə bilər. 

EKSTRES  – orqanizmə göstərilən istənilən təsirə qarşı qeyri 

spesifik müsbət reaksiya («yaxşı»” stres). 



EKSTROZONAL BİTKİ ÖRTÜYÜ  hər hansı  bir zonaya uyğun 

olan bitki örtüyünün həmin zonadan kənarda yerləşməsi. Məs. fıstıq 

meşəsi zonasında şam meşəsi. Bax: azonal və introzonal bitki örtüyü. 

EKTOZOY ORQANİZM – heyvan üzərində yaşayan orqanizm. 


Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin 

PREZİDENT   KİTABXANASI 



────────────────────────────────────────── 

155 


 

EKTOGENEZ – təkamül təlimində cərəyan. E.-ə görə orqanizmlər 

xarici mühit amillərinin təsirinə uyğun (adekvat) olaraq dəyişilir və 

bunlar toplanaraq nəslə keçir. E. tərəfdarları məsələyə birtərəfli yanaşır 

və təkamüldə orqanizmin daxili amillərini (genotipini) və təbii seçmənin 

rolunu nəzərə almırlar. 

EKVATORİAL  İQLİM  – rütubətli tropik meşələrin iqlimi – 

ekvatordan hər iki tərəfə bir neçə dərəcə yerləşən qurşaqda çox isti və 

rütubətli ovalıq düzənlikləri iqlimi. 

EKVATORİAL MEŞƏ – yağışlı tropik meşə variantlarından biri. 

Olduqca möhtəşəm ağacların üstünlük təşkil etdiyi keçilməz çox 

müxtəlif bitkilərin cəngəlliklərindən ibarət olur. Amazonka, Konqo və 

İndoneziyanın bəzi adaları üçün səciyyəvidir. 



EKVİVALENTLİK  (lat. aeguistas - bərabərlik) – biosenozda 

fərdlər arasında nisbətən stabil (sabit) say nisbətini ifadə edən 

biosenotik göstərici. 

EKZOBİOLOGİYA – bax: ekologiya. 

EKZODİNAMİK SUKSESSİYALAR, (DƏYİŞİLMƏLƏR)  – 

Senozda xarici amillərin təsirilə  (əsasən, stres xarakterli) baş verən 

dəyişilmələr: yanğından pirogen, küləyin təsirindən – anemogen, qumun 

sovrulmasilə-psammogen, lilləşmədən-aqrilogen, duzlaşmadan və ya 

duzsuzlaşmadan-halogen, qar uçqunundan-labinogen, sahənin 

subasması  və ya qurumasından hidrogen dəyişilmələri baş verir. 

Termini V.N.Sukaçov (1928) təklif etmişdir. 

EKZOGEN PROSESLƏR  – xarici proseslər – Yer səthində  və 

litosferin üst hissəsində günəş enerjisi, ağırlıq qüvvəsi və orqanizmlərin 

fəaliyyəti nəticəsində yaranan qüvvələrin təsiri ilə gedən proseslər. E.p.-

ə süxurların aşınması, aşınma məhsullarının ağırlıq qüvvəsi, axar su, 

buzlaq və küləyin fəaliyyəti ilə yerdəyişməsi, çökmə süxurların və bəzi 

faydalı qazıntı yataqlarının  əmələ  gəlməsi daxildir. Azərbaycanda duz, 

maqnitli qum yataqları bu yolla əmələ gəlmişdir. 

EKZOGEN RİTMLƏR  –  ətraf mühit komponentlərinin dövri 

olaraq dəyişməsi (gecə ilə gündüzün, ay fazaları, mövsümlərin 

dəyişməsi, qabarma və çəkilmələr və s.). 

EKZOMETABOLİTLƏR, EKZOKRİNLƏR  – orqanizmlərin 

ətraf mühitə ayırdığı maddələr mübadiləsi məhsulları; orqanizmarası və 



Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin 

PREZİDENT   KİTABXANASI 



────────────────────────────────────────── 

156 


 

populyasiyalar daxili əlaqələrdə mühüm rol oynayır. 



EKZOSFER – Yerdən çox-çox uzaqda (onun səthindən 800 km-dən 

çox təxm. 1600 km-ə  qədər) yerləşib, hələ atmosfer qazı müşahidə 

olunan qat, buradan atomların,  əsas etibarilə hidrogen və heliumun 

kainat sahələrinə axması gedir. 



EKZOTERMİK REAKSİYALAR  – enerji itirməklə baş verən 

biokimyəvi reaksiyalar (məs. tənəffüs zamanı karbon qazının 

dissimlyasiyası, yağların hidrolizi). 

EKZOTLAR (yun. exotikos – yad, kənar) – yerli flora və faunaya 

yad olan kənardan gətirilmə bitki və heyvanlar. Adətən botanika 

bağlarında, zooloji parklarda, şəhər yaşıllıqlarında rast gəlinir. 

EKZOTOKSİNLƏR – bəzi mikroorqanizmlərin  ətraf mühitə 

ayırdığı zülal xassəli maddələr. Başqa canlı orqanizmlərə toksik 

(zəhərli) təsir göstərir. 

ELEKTROMOBİL  – bir  və ya bir neçə elektrik mühərriki ilə 

işləyən avtomobil. Bu nəqliyyat atmosfer havasının çirklənməsini 

azaldan alternativ yollardan biridir. Bir sıra ölkələrdə (ABŞ,  İsveç, 

Almaniya, Yaponiya və b.) müxtəlif konstruksiyalı elektromobillər 

yaradılmışdır.    

ELEMENTAR LANDŞAFT – B.B.Polınov (1915) tərəfindən təklif 

olunmuşdur. E.l. eynicinsli süxurda, eyni relyef elementində yerləşərək 

bir bitki assosiasiyası və bir torpaq tipi ilə səciyyələnir. Termin əsasən 

landşaftın geokimyası  tədqiqatları  işlərində istifadə olunur. Üç E.l.tipi 

ayrılır: ellüvial, subakval və superakval. 

–  Ellüvial landşaft – relyefin təpəlik (yüksəklik) elementlərində 

formalaşır. Maddələr və enerji atmosferdən daxil olur. Elementlərin 

aparılması prosesi həm su axınları ilə həll olmuş şəklində, həm də bərk 

maddələrin aşağıya doğru yerini dəyişməsi nəticəsində baş verir. 

–  Subakval landşaft – relyefin mənfi formalarında formalaşır. 

Burada elyuvial və superakval landşaftlardan maddələrin toplanması 

prosesi üstünlük təşkil edir. 

–  Superakval landşaft – elüvial və subakval landşaftlar arası 

vəziyyət daşıyır. Burada həm maddələrin daxil olması (xaricdən və 

elüvial landşaftlardan), həm də onların subakval landşaftlara aparılması 

baş verir. 



Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin 

PREZİDENT   KİTABXANASI 



────────────────────────────────────────── 

157 


 

ELEMENTLƏRİN BİOGEN MİQRASİYASI – bitki, heyvan və 

mikroorqanizmlərin həyat fəaliyyəti nəticəsində  təbiətdə kimyəvi 

elementlərin yerdəyişməsi. 

ELEMENTLƏRİN KLARKLARI – yer qabığında, hidrosferdə və 

atmosferdə kimyəvi elementlərin orta miqdarının qiyməti. E.k. kütlə 

vahidi (%, q/t və s.), yaxud atom vahidi (faizlə) ilə ifadə oluna bilər. 

Termin A.Y.Fersman tərəfindən irəli sürülmüş və amerika geokimyaçısı 

F.U.Klarkın şərəfinə adlandırılmışdır. 

ELİT – 1) bitkiçilikdə – yeni sortlar yaratmaq üçün seçilən ən yaxşı 

bitkilər; 2) toxumçuluqda – seleksiya və  tədqiqat müəssisələrində 

yetişdirilmiş yüksək keyfiyyətli saf toxum sortları. 3) Heyvandarlıqda – 

müəyyən cinsli heyvan sürüsündə yüksək məhsuldarlığı  və sağlamlığı 

ilə fərqlənən ən yaxşı heyvanlar. 

ELMİ-TEXNİKİ ALARMİZM – elmi-texniki inqilabın təbii 

mühitə yalnız mənfi (dağıdıcı) təsir göstərməyi irəli sürən konsepsiya. 



ELMİ-TEXNİKİ  İNQİLAB – ictimai istehsalın inkişafında elmin 

mühüm amilə çevrilməsi  əsasında məhsuldar qüvvələrdə baş verən 

keyfiyyət dəyişgənliyi. E.t.i. həmçinin elm və texnikanın inkişafında 

əsasən keyfiyyət dəyişkənliyi, dərin sıçrayışdır. 



EMİQRANT – müəyyən ərazidən köçmüş orqanizm. 

EMİQRASİYA (lat. emigro – köçürəm) – tutduğu ərazidən əhalinin 

(populyasiyanın) kütləvi surətdə köçüb getməsi. Adətən populyasiyanın 

mühit həcmini aşaraq sıxlaşması ilə əlaqədardır. 

EMİSSİYA  (lat. emigro – köçürəm) – müəssisələrdən, yaşayış 

evlərindən, avtomobillərdən, vulkan püskürməsindən və s. maye və bərk 

çirkləndirici maddələrin və ya enerjinin (istilik, səs, radioaktiv şüalar, 

zəlzələ  və s.) ətraf mühitə buraxılması (atılması). E. mənbəyi  emitent 

adlanır. 

EMPRİOLOGİYA – botaniki coğrafiyanın bölməsi; bitki və xarici 

şəraitin qarşılıqlı əlaqələrini fizioloji (autekoloji) əsasda öyrənir. 



ENANTİBİOZ – iki və ya çox orqanizmin (növün) bir-birilə 

antoqonist əlaqəsi. 



ENDEMİK BİOSENOZLAR – Məhdud  ərazidə(vilayətdə) rast 

gəlinən assosiasiya və formasiyalar. 



ENDEMİKLƏR, ENDEMLƏR – məhdud bir sahədə (yaxud kiçik 

Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin 

PREZİDENT   KİTABXANASI 



────────────────────────────────────────── 

158 


 

bir coğrafi vilayətdə) yayılmış heyvan və bitkilər. E.-in tutduğu sahə 

bəzən çox kiçik olur; Məs. – Eldar şamı Elləroyuğu deyilən sahədə 

(Qabırrı çayının sağ sahili) cəmi 25 ha sahəni tutur. E. hər hansı bir flora 

və ya faunanın xüsusi tərkib hissəsi hesab olunur. Endemizimin 

inkişafına coğrafi izolyasiya, iqlim və edafik şərait, biotik amillər 

(parazitizm, rəqabət və s.) səbəb olur. Müqəddəs Yelena adasında 

bitkilərin təxminən 85%-i, Baykal gölü faunasında isə 76%-dən çoxu E-

dir. Nəsli kəsilmiş fauna və ya floranın nümayəndələri poleoendemik 

(məs., nəhəng sekvoya ağacı), son vaxtlar meydana çıxmış  və  hələ 

yayılmamış formalar isə neoendemik (məs. krım fındığı) adlanır. 

ENDEMİYA – hər hansı bir xəstəliyin müəyyən  ərazidə daim baş 

verməsi (pandemiya, epidemiya). 



ENDEMİZM  (yun. endemos – yerli) – flora və faunanın bəzi 

komponentləri üçün səciyyəvi olub, yalnız müəyyən bir ərazidə  və ya 

akvatoriyada (məs, adada, göldə, bir coğrafi vilayətdə, bitki 

formasiyasında) yayılaraq analoji digər regionlarda rast gəlinməməsi 

(olmaması). Ayırd edilir: biogeokimyəvi endemlər (müəyyən 

biogeokimyəvi  əyalətdə uyğunlaşan növlər), paleoendemlər (keçmiş 

geoloji epoxaların relikt növləri) və neoendemlər (yaxın vaxtlarda 

endem növ sayılan növlər). 



ENDOBENTOS – su hövzəsinin qruntunun qatında həyat sürən 

bentos orqanizmlərinin məcmusu. 



ENDOBİONTLAR – başqa canlı orqanizmlərin daxilində 

(bədənində) həyat sürən orqanizmlər (parazitlər, simbiontlar və s.). 



ENDOBİOS – geniş  mənada substrat daxilində  həyat sürən 

orqanizmlərin məcmusu; dar mənada – dəniz qruntu qatının məskunları. 



ENDODİNAMİK SUKSESSİYA  senogenetik suksessiya

endoekogenez – orqanizmlərin özlərinin həyat fəaliyyəti nəticəsində 

biosenotik mühitin dəyişməsilə əlaqədar qruplaşmalar yaranır. E.s. təbii 

biosenozların  ən mürəkkəb və uzun sürən suksessiyası sayılır. Termini 

V.N.Sukaçov (1942) təklif etmişdir. 

ENDOEKOGENETİK SUKSESSİYA – bitki örtüyünün özünün 

təsirilə  tədricən məskunlaşdığı yerin mühitini dəyişməklə (fitoiqlim 

formalaşdırmaq, kök ifrazatı və s.) yaranan suksessiya. 

ENDOFAQLAR – bitki gövdəsi və ya heyvan bədəni daxilində 


Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin 

PREZİDENT   KİTABXANASI 



────────────────────────────────────────── 

159 


 

qidalanan orqanizmlər (məs. endoparazitlər). 



ENDOFİTLƏR VƏ ENDOFİLLƏR – daş süxurlarda (məs, 

parlayan yosunlar), bitkilərdə (məs., endomikoriza) və heyvanların 

daxilində (endotrof orqanizmlər) yaşayan orqanizmlər. 

ENDOGEN PROSESLƏR – Yerin daxili zonalarında gedən geoloji 

proseslər (maqmatizm, yer qabığının hərəkəti, vulkan hadisələri, 

zəlzələ) E.p.-in ekzogen proseslərdə qarşılıqlı  təsiri nəticəsində Yerin 

relyefi (dağəmələgəlmə və s.) formalaşır. 



ENDOGEN RİTMLƏR – ətraf mühitdən asılı olmayan canlı 

orqanizmin hüceyrələrinin protoplazmasında gedən ritmik biokimyəvi 

və biofiziki energetik proseslər (Y.Aşoffa, 1959). Hüceyrələrin 

bölünməsi prosesi, ürəyin işləməsi, tənəffüs, bitki orqanlarının hərəkəti 

ritmə tabedir. 

ENDOKSİLOFAQLAR – bitkinin gövdə və köklərinə daxil olaraq 

qidalanan (adətən həşəratlar və onların sürfələri) və  ağac-kollara ziyan 

verən heyvanlar. 

ENDOKSİLOFİTLƏR – ağac gövdəsinin daxilində (oduncağında) 

parazitlik edən orqanizmlər (adətən göbələklər). 



ENDOLİTOFİLLƏR – daş substratında, malyuskaların qabığında, 

xərçəngkimilərin qanında həyat sürməyi üstün tutan orqanizmlər (bəzi 

yosunlar). 

ENDOSİMBİOZ – partnyorları daim bir-birilə  sıx kontaktda olan 

simbioz forması. 



ENDOTERM ORQANİZMLƏR – oksidləşmə prosesi nəticəsində 

yüksək temperatura malik olan heyvan orqanizmləri. E.o.-ə quşlar və 

məməlilər aiddir. 

ENDOTOKSİNLƏR – bakteriyal toksinlər – mikroorqanizmlərin 

daxilində  əmələ  gələn toksik maddələr. E. müxtəlif fiziki və kimyəvi 

təbiətli maddələr (alkaloidlər, qələvilər, duzlar və s.) olub sahib – 

orqanizm üçün güclü zəhərlidir. 



ENDOTROF ORQANİZMLƏR, ENDOKONSORTLAR – digər 

orqanizmlərin bədənində (daxilində) yaşayan parazit və saprofit 

orqanizmlər. 

ENDOZOOFİTLƏR – canlı orqanizmin bədəninin daxilində həyat 

sürən patogen ibtidailər. 



Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin 

PREZİDENT   KİTABXANASI 



────────────────────────────────────────── 

160 


 

ENDOZOOXORİYA – bax. zooxoriya. 

ENDOZOY ORQANİZMLƏR – başqa orqanizmin orqan və ya 

toxumalarında həyat sürən parazit və ya simbiont kimi heyvanlar və ya 

bitkilər (məs. vərəm çöpü, hemolitik streptokokk, helmintlərin çoxu). 

ENERJİ BÖHRANI – təsərrüfat və  məişət ehtiyaclarının 

ödənilməsi üçün enerji ehtiyatlarının çatışmazlığı. E.b. son illərdə 

Azərbaycanda meşələrin, bağların və yaşıllıqların məhv edilməsinə, 

ətraf mühitin çirklənməsinə səbəb olmuşdur.  



ENLİYARPAQLI MEŞƏLƏR – palıd, fıstıq, ağcaqayın, göyrüş, 

vələs, cökə, qarağac və digər ağacların dominantlıq etdiyi meşələr. 

Əsasən şimal yarım kürəsinin mülayim iqlim qurşağında yayılmışdır. 

ENTOMOFAQLAR – həşəratların hesabına inkişaf edən parazit və 

yırtıcı orqanizmlər. E.-ın  əsas hissəsini müxtəlif həşərat dəstələrinə 

(məs.. pərdəqanadlılara, torqanadlılara, böcəklərə, ikiqanadlılara və s.) 

mənsub cins və növlər təşkil edir. Bir çox quş, gəmirici, balıq, qurd, 

gənəcik, həmçinin ibtidailər, göbələklər  bakteriyalar və viruslar da E.-a 

aiddir. E.-dan bitki zərərvericilərinə qarşı bioloji mübarizədə geniş 

istifadə edilir. 

ENTOMOFAUNA – həşərat növlərinin cəmi, həşərat faunası. 1,5 

min növü məlumdur (heyvanat aləminin 60%-dən artıq). 



ENTOMOFİL BİTKİLƏR – həşəratlarla tozlanan bitkilər. 

ENTOMOFİLİYA – bitkilərin həşəratlar vasitəsilə tozlanması. 

ENTOMOXORİYA – rüşeymi (spor, xırda toxumlar) həşəratlarla 

aparılan bitkilər. 



ENTOMOQAMİYA – çiçəklərin həşəratlarla tozlanması. 

ENTOMOLOGİYA (yun. entomo – həşərat, cücü) – zoologiyanın 

cücüləri (həşəratları) və onların təbiətdə rolunu öyrənən sahəsi. Müasir 

E. nəzəri və praktiki məsələləri öyrənən bir sıra elmdən ibarətdir. 2 

hissəyə-ümumi E. həşəratların morfologiya, fiziologiya, biologiya və 

sistematikasını, tətbiqi E. isə zərərli həşəratları və onlara qarşı mübarizə 

tədbirlərini öyrənir. E. praktiki cəhətdən kənd təsərrüfatı E-sına; meşə 

E.-na, tibb E.-na və baytarlıq E.-na bölünür. Həşəratların torpaq 

xassələrinə  təsirini, həmçinin onun münbitləşməsində  və  bərpa 

olunmasındakı rolunu torpaq E.-sı tədqiq edir. 

ENVAYROMENTALİSTİKA – envayromentalogiyanın bölməsi 


Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin 

PREZİDENT   KİTABXANASI 



────────────────────────────────────────── 

161 


 

olub texnika və texnologiyanın ətraf mühitə təsirini öyrənir. 



ENVAYROMENTALİZM – mühitin insanın həyat və fəaliyyətinə 

təsirinin əhəmiyyətini tədqiq edən fəlsəfi konsepsiya. 



EOKLİMAKS – ekosistemin ilkin, bakirə klimaksı. 

EOL ÇÖKÜNTÜLƏRİ – süxur hissəciklirinin külək vasitəsi ilə 

havada asılı  vəziyyətdə aparılması  və havadan çökməsi və ya küləyin 

sovurması nəticəsində əmələ gələn çöküntülər. E.ç. səhralarda daha çox 

yayılmışdır. 



EOLOBİOSFER  (yun. küləkallahı Eolun adından) – eol zonası, 

aerobiosferin hissəsi – çox yüksəkliklərdə (8850 m-ə  qədər) yerləşən 

həyat zonası; burada ali bitkilərin yaşayışı üçün şərait yoxdur, lakin bura 

külək tərəfindən aşağı  şaquli qurşaqlardan üzvi maddələr, 

buğumayaqlılar və  bəzi mikroorqanizmlər gətirilir. E.-nın məskunları 

eolobiont adlanır. 



EOLOFİLLƏR – küləkli havanı üstün tutan orqanizmlər (məs. 

fırtına quşu yem axtarmaq üçün uzun müddət, çox vaxt saatlarla hava 

axınlarında süzür (uçur). 

EOLOFOBLAR – küləkli havadan çəkinən orqanizmlər (bir çox 

quşlar, həşəratlar, məməlilər). 



EPEYROGENEZİS – kontinentlərin (materiklərin) yaranma 

prosesi. 



EPİBENTOS – qruntun səthində həyat sürən bentos orqanizmləri. 

EPİBİOS – 1) geniş  mənada substratın səthində  həyat sürən 

orqanizmlərin məcmusu; 2) dar mənada – dəniz qruntunun səthinin 

məskunları. 

EPİDEMİYA  (epi... və yun. demos – xalq) – yaşayış yerində 

(ölkədə, rayonda, kollektivdə) hər hansı infeksion xəstəliyin kütləvi 

şəkildə yayılması. E.-yerli və gətirilmə ola ilər. E. bir neçə ölkəni, qitəni 

və ya bütün yer kürəsini  əhatə etdikdə pandemiya, birdən-birə baş 

verdikdə eksploziv, yaxud epidemik alovlanma adlanır. E. ilə mübarizə 

bu istiqamətdə təşkil olunur: infeksiyanı zərərsizləşdirmək və ya tamam 

məhv etmək (məs. taun tulyaremiya xəstəliyi zamanı  gəmiriciləri 

qırmaq, xəstələri təcrid etmək və s.); xəstəlik törədiciləri yoluxma 

yolunda dizenseksiya və dizenfeksiya üsulları ilə  məhv etmək;  əhali 

arasında xəstəliyə qarşı kütləvi peyvənd etməklə immunitet yaratmaq. 



Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin 

PREZİDENT   KİTABXANASI 



────────────────────────────────────────── 

162 


 

EPİDENDROBİONT – ağaclarda yayılan spesifik fauna (həşəratlar, 

hörümçəklər, quşlar və s.). 



EPİEDAFON, EPİQEYON – torpağın səthində  həyat sürən 

orqanizmlərin məcmusu. 



EPİFAUNA – qruntun (torpağın) səthinə yapışan və ya onun səthi ilə 

sərbəst hərəkət edən heyvan orqanizmləri. 



EPİFİLLƏR  (epi... və yun. phyllon – yarpaq) – epifit bitkilər, ali 

bitkilərin yarpaqlarında məskunlaşır. (məs. yosunlar, mamırlar və b.). 

Əsasən tropiklərdə və subtropiklərdə yayılmışdır. 

EPİFİTLƏR – həyatının bir hissəsini və ya hamısını başqa bitkilər 

üzərində keçirən, torpaqla əlaqəsi olmayan ağac və ot bitkiləri. 

Parazitlərdən fərqli olaraq E. qida maddələrini üzərində yaşadıqları 

bitkidən almır. Başqa bitkilərin yarpaqları üzərində yaşayan bitkilər 

epifillər adlanır.  Əsasən tropik meşələrdə yayılmışdır. Az rütubətli isti 

yerlərdə olan E. mamır,  şibyə, qıjı  və yosunlardan ibarətdir. 2 əsas 

qrupu var: yarımepifitlər və  əsl E. Yarımepifitlər inkişafa ağaclarda 

başlayır. Bir müddətdən sonra torpağa işləyən və ondan su, mineral 

maddələr alan uzun əlavə köklər  əmələ  gətirir.  Əsl E. ömrü boyu 

ağaclarda torpaqla əlaqəsi olmadan yaşayır. Belə E. tez-tez su və 

mineral maddələrdən korluq çəkir. Bununla əlaqədar E.-də su və qidanı 

almağa və onları daha səmərəli sərf etməyə xüsusi uyğunlaşmalar əmələ 

gəlmişdir. Bəzi E.-də köklərin bir hissəsi yuxarıya qalxaraq bir-birinə 

sarılıb içərisinə toz və tökülmüş yarpaqların yığıldığı kök yuvaları 

əmələ gətirir; beləliklə, qidalanan köklər üçün substrat yaranır. Bir çox 

E.-də quraq yerlərin bitkiləri olan kserofitlərin  əlamətləri müşahidə 

edilir. Azərbaycanda E.-dən ağ bağambürcə (Viscum album) çox 

təsadüf edilir. 



EPİFİTOTİYA – bitkidə infeksiya xəstəliyinin geniş yayılması. 

Məs. taxılda pas və sürmə  xəstəliyi, kartofda fitoftora xəstəliyi. E.-nın 

səbəbləri epizootiyada olduğu kimidir. 

EPİKSİLLƏR – ölü ağac və kolların gövdələrində  həyat sürən 

orqanizmlər (bakteriyalar, göbələklər, hörümçək sürfələri, gənələr). 



EPİLİTOFİTLƏR – daş  və qayalarda bitən bitkilər (mamırlar, 

şibyələr və s.). 



EPİPELAGİAL – dənizin 200 m dərinliyinə qədər yuxarı qatı. 

Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin 

PREZİDENT   KİTABXANASI 



────────────────────────────────────────── 

163 


 

EPİPLANKTON – suyun üst qatlarının planktonu (200 m dərinliyə 

qədər). 


EPİZOTİYA (epi... və yun. zoon – heyvan) – hər hansı bir ərazidə 

heyvanlarda yoluxucu xəstəliklərin  adi səviyyəni keçərək yayılması. E. 

təsərrüfat, rayon, vilayət və ya ölkəni  əhatə edə bilər. E. törədicilərin 

mənbəyi, yoluxmaların eyni vaxta düşməsi, yoluxma hallarının sayı, 

xəstəlik qeydə alınan təsərrüfatlar arasındakı  məsafə ilə xarakterizə 

edilir. E. dabaq, taun və s. xəstəliklər zamanı baş verə bilər. 



EREMOFİLLƏR – səhranı üstün tutan heyvanlar: gəmiricilər, 

həşəratlar. 



EREMOFİTLƏR – səhrada bitən bitkilər. 

ERQAZİOFİTLƏR – yabanılaşmış mədəni bitkilər. 

EROZİYA  (lat. erosio – yeyilmə) – süxurların və torpağın səth 

suları ilə yuyulması, dağılması, axının gücü ilə süxurların mexaniki 

parçalanması, süxurların (əhəngdaşı, dilomit və s.) kimyəvi həlli və s. 

proseslərin məcmusu. E. səthi və xətti təsir göstərir. Səthi E.-da relyefin 

kələ-kötürlüyü hamarlaşır, xətti E.-da isə yarğan, qobu, dərə və s. əmələ 

gəlir. 


Torpaq E.-sı torpağın münbit qatının su və külək vasitəsi ilə 

dağılmasına deyilir. O, normal və sürətli (dağıdıcı) olur. Normal E. 

tədricən başlayır və torpağın münbitliyini azaltmır. Sürətli E. insanın 

düzgün olmayan təsərrüfat fəaliyyəti: yamaclarda torpağın düzgün 

becərilməməsi, mal-qara otarılması  və s. nəticəsində  əmələ  gəlir. E.-nı 

yağış, qar, suvarma suları  və külək törədir. Səthi, qobu, irriqasiya və 

külək E.-na təsadüf edilir. E.-nın təsirindən torpağın münbit qatı 

yuyulub dağılır, qobular, yarğanlar əmələ gəlir. Torpaq E.-sının qarşısı 

aqrotexniki, meşə-meliorasiya, hidrotexniki mübarizə  tədbirləri ilə 

alınır. 


Download 3.98 Mb.

Do'stlaringiz bilan baham:
1   ...   14   15   16   17   18   19   20   21   ...   60




Ma'lumotlar bazasi mualliflik huquqi bilan himoyalangan ©fayllar.org 2024
ma'muriyatiga murojaat qiling