Ekoloji LÜĞƏt a


Download 3.98 Mb.
Pdf ko'rish
bet15/60
Sana14.02.2017
Hajmi3.98 Mb.
#384
1   ...   11   12   13   14   15   16   17   18   ...   60

EXOLOKASİYA – əşyalardan  əks olunan səs dalğalarının və ya 

radiodalğaların qeydə alınması, onların yerinin, forma və ölçülərinin 

təyin edilməsi. Akustik E., radioekolokasiya və hidroekolokasiya 

formaları mövcuddur. Bəzi həşərat və quşlarda, yarasa, delfin, suiti, 

balina və s.-də canlı E. var. E. heyvanların səmti bilməsi, maneələrdən 

qorunması, həmçinin qida axtarması üçün vacibdir. Yarasa və delfinin 

exolokatoru ətraflı tədqiq edilmişdir. 

E. prinsipi ilə  işləyən texniki qurğular, sualtı qayıqların yerini 

öyrənməkdə, minalanmış sahələri tapmaqda, dəniz və okean dibi 


Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin 

PREZİDENT   KİTABXANASI 



────────────────────────────────────────── 

127 


 

relyeflərinin tədqiqində geniş tətbiq olunur. Lakin, texniki E. qurğuların 

həssaslığına görə canlıların E.-sından geri qalır. 

EKİSTİKA  (yun. Oikistes – məskun) – insanın yaşayış yerini 

kompleks şəkildə öyrənən elmi sahə. 



EKOBİOMORFLAR  (yun. oikos – ev, morphe - forma) – 

ekomorflar – oxşar morfoloji əlamətlərə, bioloji ritmlərə, ekoloji-

fizioloji, o cümlədən mühit əmələ  gətirən xüsusiyyətlərə malik olan, 

bununla da qruplaşmada oxşar rol oynayan növlərin məcmusu. (məs. 

plankton, bentos, neyston hidrobiontları, torpaq yosunları, bəzi 

həşəratlar və qurdlar, dünyanın müxtəlif bozqırlarında bitən taxıl otları 

və s.). E. terminini Y.M. Lavrenko (1965) “Həyat forması  və biomorf 

anlayışlarının  əvəzinə (yerində) işlətmiş, bununla o, oxşar mühit 

şəraitində müəyyən bitki tiplərinin uyğunlaşmasını göstərmişdir. 

EKOBİONTLAR – spesifik mühit şəraitinə adaptasiya olunan 

orqanizmlər. 



EKOCOĞRAFİ QANUN – orqanizmlərin dəyişkənlik 

qanunauyğunluqlarının mühit (coğrafi) şəraitindən asılılığı. 



EKOFİL NORMA –  təbiəti mühafizə norması – təbii mühitin 

saxlanmasına yönəldilən  əhalinin mədəniyyətinin (etnos) bütün 

normaları. E.n. əslində təbiətdən səmərəli istifadə deməkdir. 

EKOGENETİK EKSPANSİYA  – biosferin təkamül prosesi 

nəticəsində yeni landşaft zonalarında orqanizmlərin tarixi yayılması. 

Produsentlərin ekspansiyası ilk dəfə konsumentlərdən asılı olmayaraq 

keçmişdir. Konsumentlər Yerdə peyda olan zamandan bəri 

produsentlərdən asılı olmuşdur. Sonralar biosferin təkamülü 

produsentlərlə konsumentlərin asılılığı  mərhələsinə  qədəm qoymuşdur 

(məs. çiçəkli bitkilərlə həşəratlar). 

EKOGENETİKA  – ekologiya və genetika qovuşuğunda kompleks 

elmi fənn. Ekoloji amillər və populyasiyanın genetikası arasındakı 

əlaqələri öyrənir. 

EKOİQLİM  – ekosistemin biotik və abiotik komponentləri. 

Həmçinin kosmik, geofiziki və orfoqrafik mühitin qarşılıqlı əlaqələri ilə 

kiçik sahələrdə yaranan xüsusi iqlim, pedo, – fito, və zooiqlimin 

məcmusudur. Bioiqlim indiqatorları ilə xüsusilə biotopun temperaturu 

və rütubətliyindən asılı olaraq bitkinin böyümə xüsusiyyətləri ilə 


Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin 

PREZİDENT   KİTABXANASI 



────────────────────────────────────────── 

128 


 

səciyyələnir. Bitkinin böyümə xüsusiyyətləri öz növbəsində E. 

göstəricisi hesab olunur. Bax: mikroiqlim. 

EKOLOGİSLƏR – insanı  əhatə edən mühitin qorunması  uğrunda 

kütləvi ictimai hərəkatın nümayəndələri. AFR, Fransa, İngiltərə  və b. 

ölkələrdə siyasi “yaşıl partiyanın” üzvləri. E. yalnız təbiəti mühafizə 

uğrunda deyil, həm də müharibələrə qarşı (atom müharibələrinə) 

mübarizə apararaq beynəlxalq demokratik hərəkatda iştirak edirlər. 

EKOLOGİYA – canlı orqanizmlər arasında və onların olduğu 

mühitlə qarşılıqlı əlaqə haqqında sintetik bioloji təlim (elm). E.-nın əsas 

predmeti daxilində enerji və üzvi maddələrin transformasiya prosesi 

gedən və bir-birilə qarşılıqlı  əlaqədə olan canlı orqanizmlərin 

məcmusunu öyrənməkdir. E.-nın  əsas vəzifəsi ekosistemdə enerji və 

materiyanın qarşılıqlı  təsirini öyrənməkdir. Müasir E.-nın diqqət 

mərkəzində ekosistemin konsepsiyası – ekoloji paradiqmanın 

konstruksiyasının əsası durur. Ayrı-ayrı fərdlər, populyasiyalar, növlər, 

qruplaşmalar və onların  ətraf mühitlə qarşılıqlı  əlaqəsi və ekoloji 

tədqiqat obyektləri hesab olunur, lakin müstəqil bir elm kimi E. üçün 

spesifik deyildir, belə ki, onlarla digər bioloji elmlər (botanika, 

zoologiya, sistematika, genetika, biocoğrafiya və b.) məşğul olur. 

E. – yunan sözüdür (oykos – ev, daxma, logiya – elm). E. yunan sözü 

olsa da onu ilk dəfə alman bioloqu 1869-cu ildə Ernest-Hekgel 

işlətmişdir. 

E. – elminin inkişafı XX əsrin əvvəlinə təsadüf edir. Çünki təbiətin 

vəziyyəti bu əsrin 30-cu illərinə qədər ciddi təşviş doğurmurdu. Lakin II 

Dünya müharibəsindən sonra təbiətə,  ətraf mühitə qarşı  mənfi 

münasibət ilbəil gücləndiyindən E. elmi tamamilə yeni, inkişafı  zəruri 

sayılan elm sahəsinə çevrildi. Hazırda elmi-texniki tərəqqinin sürətlə 

inkişafı ilə  əlaqədar və  ətraf mühitin mühafizəsi məsələlərinin həlli 

müasir tətbiqi E.-ya olan maraq dairəsini özünün qanuni bioloji 

sərhədindən çıxarmışdır. Bununla əlaqədar E. elminin xüsusi sahələri 

meydana gələrək sürətlə inkişaf etməkdədir: qlobal E, insan E.-sı, sosial 

E., mühəndis E.-sı, k.t. E.-sı, memarlıq E.-sı, mədəniyyət E.-sı, 

sozologiya, coğrafi E., geokimyəvi E., rekreasiya E.-sı, nəqliyyat E.-sı, 

və bir çox başqaları.Bu göstərilən sahələr ümumi E.-nın müstəqil 

bölməsi, yaxud nəzəri və tətbiqi E.-ya bölünür. Bir tədris fənni kimi E. 4 



Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin 

PREZİDENT   KİTABXANASI 



────────────────────────────────────────── 

129 


 

əsas bölməyə ayrılır: 1) autekologiya və ya faktorlar E.-sı (ekoloji 

faktorlar haqqında təlim); 2) populyasiya E.-sı yaxud demekologiya ; 3) 

ekosistem və qruplaşma E.-sı yaxud biosenologiya (biogeosenologiya); 

4) Biosfer haqqında təlim. Hazırda bir çox ölkələrdə, o cümlədən 

Azərbaycanda universitetlərin və pedaqoji institutların coğrafiya-

biologiya, biologiya-təbiətşünaslıq, biokimya, coğrafiya, təbiətşünaslıq 

və b. fakültələrində E. bir normativ (vacib) fənn kimi tədris olunur. 

– Akvatik ekologiya – su orqanizmlərinin ekologiyası. Termin F.-di 

Kastriyə (1981) məxsusdur. 

–  Analitik ekologiya – Ekologiyanın orqanizmlər və onların 

populyasiyalarının təbii mühitlə əlaqəsini öyrənən bölməsi. 

–  Bitki ekologiyası  – ekologiya elminin bitki orqanizmlərinin bir-

birilə  və olduğu yerin mühiti ilə olan əlaqəsini və  təsirini öyrənən 

sahəsi. 

– Kənd təsərrüfatı ekologiyası – bax: aqroekologiya. 

– Qidalanma ekologiyası – bax: Trofekologiya. 

–  Dinamiki (ekolyusion-dinamiki) ekologiya – orqanizmlər və 

onların qruplarının (populyasiyalarının) dinamik – təkamül planında 

yaşadığı mühitlə əlaqəsini öyrənən elm sahəsi. 

–  Təkamül ekologiya – biologiyanın bir sahəsi olub təkamülün 

ekoloji aspektlərini tədqiq edir. 

–  Ekzobiologiya – Yerdən kənar həyat formalarının axtarışına və 

tədqiqinə  həsr olunmuş eksperimental elm sahəsi. E.-nın  əsas 

problemləri:  ətraf mühitin ekstremal şəraitində quruda yaşayan 

orqanizmlərin sağ qalma mexanizmlərinin hüdudlarını müəyyən etmək 

və öyrənməkdən;  ən mühüm bioüzvi birləşmələrin abiogen sintezi 

yollarını  və ilkin bioloji təkamül mərhələlərini aydınlaşdırmaqdan; av-

tomatik bioloji laboratoriyaların köməyi ilə başqa planetlərdə  həyatın 

aşkar edilməsinin avtomatik üsullarını  işləyib hazırlamaq və  həyat 

meyarını müəyyənləşdirməkdən ibarətdir. 

–  Ekoloji biokimya – kimyəvi ekologiya, fitokimyəvi ekologiya – 

bitki və heyvanların qarşılıqlı  ələqələrinin biokimyəvi  əsasları 

istiqamətində tədqiqatlar aparan elm sahəsi. 

–  Ekoloji energetika – 1) ekologiyanın energetika proseslərinin 

(termodinamik qanunlar, energetik piramida, lindeman qanunu və s.) 



Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin 

PREZİDENT   KİTABXANASI 



────────────────────────────────────────── 

130 


 

öyrənən bir bölməsi. 2) ətraf mühit üçün təhlükəsi olmayan (onu 

çirkləndirməyən) energetika (enerjinin alternativ mənbəyi), məs. 

hirdohelio və külək elektrik stansiyası, dənizin qabarma və çəkilməsinin 

geotermik enerjisi, dəniz suyunun temperatur qradiyenti, istilik nüvə 

enerjisi və s.-dən istifadə. 

– Elektroekologiya – canlı təbiətdə elektrik əlaqələri haqqında elm. 

–  Ekopedologiya, edafoekologiya – ekologiya və torpaqşünaslıq 

ayrıcında (qovuşuğunda) kompleks elmi fənn. Torpağın abiotik 

(rütubətliyi, mexaniki-kimyəvi, qaz tərkibi, turşuluğu, temp-ru və s.) və 

biotik komponentləri arasında qarşılıqlı  əlaqəsini öyrənir. Termini 

K.D.Kirise (1974) təklif emişdir. 

–  Ekotoksikologiya, ekoloji toksikologiya – ekosistemin tərkibinə 

daxil olan canlı orqanizmlərə,  əsasən populyasiya və biosenozlara 

kimyəvi maddələrin toksik effekti ilə bağlı elmi və praktiki fənn. Zərərli 

maddələrin  ətraf mühitə daxil olan mənbəyini, onların yayılmasını  və 

ətraf mühitdə çevrilmələrini öyrənir. E.-nın  əsas bioloji obyekti insan 

sayılır. E. insan ekologiyasının mühüm problemini – ətraf mühitdə 

mövcud olan zərərli maddələrin ziyanından insan sağlamlığını qorumağı 

həll etməkdir. 

–  Ekotopologiya – yer qabığının strukturu, funksiyası, elementar 

vahidinin təkamülü haqqında kompleks elm (ekologiya və fiziki 

coğrafiya qovuşuğunda). E. konsepsiyasını V.B. Soçava (1968, 1972) 

işləmişdir. 

–  Eksperimental ekologiya –  İnsanın bilavasitə müdaxiləsi ilə 

istifadə olunan metodların köməyi ilə aparılan tədqiqatlar vasitəsilə təbii 

və  mədəni ekosistemlərin, onların fraqmentlərinin, populyasiyalarının 

həyatını öyrənir. Bu obyektlərin bəziləri laboratoriya şəraitində model 

metodları ilə tədqiq olunur. 

– Epeyrologiya – Yer (quru) ekosistemlərinin ekologiyası. 

–  Etnik ekologiya – insan ekologiyası ilə etnoqrafiyanın 

qovuşuğunda yaranan elmi fənn. Etnik qruplaşmaların  ətraf təbii 

mühitlə qarşılıqlı  təsirini öyrənir. E.e.-nın nəzəri  əsasları V.İ.Kozlov 

(183) tərfindən işlənmişdir. 

–  İnsan ekologiyası  – ekologiyanın insanın  ətraf mühitlə qarşılıqlı 

əlaqəsini öyrənən kompleks elm sahəsi (sosial ekologiyanın bir hissəsi). 



Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin 

PREZİDENT   KİTABXANASI 



────────────────────────────────────────── 

131 


 

O,  əhalinin inkişaf məsələlərini, onun qorunması  və sağlamlığını, 

biosferin və onun ayrı-ayrı hissələrinin antroposistemlə qarşılıqlı 

əlaqəsini, həmçinin  ətraf mühitin müxtəlif faktorlarının insan 

orqanizminə  təsirini öyrənir.  İ.e.-nın mühüm vəzifəsi insanın sosial 

fəaliyyətinin elmi-texniki inkişaf şəraitində müxtəlif coğrafi regionların 

istehsal-iqtisadi qanunauyğunluqlarını  məqsədli mənimsənilməsini və 

dəyişdirilməsini (islahat) aşkar etmək, həmçinin belə  şəraitdə  əhalinin 

qorunması 

və sağlamlığının yaxşılaşdırılması üzrə 

təbii 

qanunauyğunluqları öyrənməkdir. 



–  Kimya ekologiyası  – canlı  təbiətdə kimyəvi  əlaqələrin kompleks 

elm sahəsi. 

– Kosmik ekologiya – kosmik biologiya və fiziologiya-ekologiyanın 

bölməsi, kosmik gəmi və stansiyanın praktiki olaraq tam qapalı 

mikroekosistemlərində insanın və digər orqanizmlərin həyat fəaliyyətini 

tədqiq edir, uzunmüddətli (planetlər arası) uçuşlarda həyatı təmin etmək 

sistemini və mühitin tam regenerasiyalı  şəraitini yaratmaq imkanını 

(qismən su və qazların regenerasiyası) işləyib hazırlamağı öyrənir. 

–  Geokimyəvi ekologiya – ekologiyanın orqanizmlər və onların 

qruplarının geokimyəvi mühitlə  əlaqəsini, həmçinin orqanizmlər və 

onların qruplarının özlərinin ekosistem şəraitində geokimyəvi əlaqəsini 

öyrənən bölməsi. 

–  Mədəniyyət ekologiyası  – sosioloji ekologiyanın bölməsi; 

bəşəriyyətin öz tarixi boyu yaratdığı  mədəni və  təbii mühitin müxtəlif 

elementlərinin saxlanması və bərpası yollarını öyrənir (memarlıq, land-

şaft abidələri və b.). 

–  Populyasiya ekologiyası  – Ekologiyanın bir bölməsi; 

populyasiyanı növün sadə mövcudluq forması kimi öyrənir.  Əsasən, 

populyasiyanın struktur və dinamikasını, heyvan populyasiyasının 

cinsiyyət və yaş tərkibini tədqiq edir. P.e. həmçinin populyasiyanın eto-

loji strukturunu öyrənir, bu isə P.e.-nın quruluş xarakterini ifadə edir; 

ərazidən və onun ehtiyatlarından istifadəni, qarşılıqlı köməyi, 

düşməndən və  əlverişsiz  şəraitdən müdafiəni və çoxalmanı  təmin edən 

fərd birliyindən (heyvanlarda ailə, sürü, mikroorqanizm və ibtidai 

bitkilər koloniyası, ali bitkilərdə  ağac və qruplaşmalar və s.) ibarətdir. 

Populyasiyanın etoloji strukturunun formalaşması heyvanlarda məlumat 



Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin 

PREZİDENT   KİTABXANASI 



────────────────────────────────────────── 

132 


 

ötürmə əsasında (kimyəvi, akustik, optik, mexaniki, elektromaqnit və s. 

siqnalların köməyi ilə) gedir. Bu siqnallar reseptorlar vasitəsilə  dərk 

edilir və orqanizmlərin metabolizminə  və davranışına təsir göstərir. 

Populyasiya uyğunlaşmasının mühüm xüsusiyyəti mühit şəraitinin 

dəyişmə diapozonunu (populyasiyanın dözümlüyünü) genişləndirən 

genetik polimorfizmdir. 

– Sitekologiya – sitologiya və ekologiya elm sahələri qovuşuğunda 

elm sahəsi. Xarici (ekoloji) amillərin canlı orqanizmdə hüceyrələrin 

funksiyasına təsirini öyrənir. 

–  Sosioloji ekologiya – Biosfer ekosistemində insan cəmiyyətinin 

səmərəli fəaliyyətinin  əsasları haqqında hələ tam formalaşmamış elm. 

İnsan fəaliyyətinin və texnologiyanın təsirinin artmasilə  əlaqədar S.e.-

nın əhəmiyyəti böyükdür. 

–  Tarixi ekologiya – ekologiyanın müxtəlif təbii sistemlərin, 

insanların onlara təsir etdiyi zaman ərzində  tədqiqi ilə  məşğul olan 

sahəsi. 

–  Tətbiqi ekologiya – Biosferin insan tərəfindən dağılması 

mexanizminin və bu prosesin qarşısının alınması üsullarının 

öyrənilməsi, həyat mühitini deqradasiyaya uğratmadan təbii 

resurslardan səmərəli istifadə edilməsi prinsiplərinin hazırlanması. T.e. 

ekoloji təkliflərin, xüsusilə  ətraf mühitin təmizlənməsinin, səhralaşma 

prosesi ilə mübarizənin, torpağın rekultavisiyasının, iri sənaye 

müəssisələrinin layihələşdirilməsinin bilavasitə  həyata keçirilməsi ilə 

məşğul olur. T.e. ekologiya və təbiiətdən istifadə qanunları, qaydaları və 

prinsiplərinə əsaslanır. 

–  Ümumi ekologiya – Bitki və heyvanat aləminə xarakterik olan 

orqanizm və mühit arasındakı ümumi qanunauyğunluqları öyrənən elm 

sahəsi (bir bioloji varlıq kimi insan da daxil olmaqla). 

– Fizioloji ekologiya – ekologiyanın bölməsi; orqanizmin (fərdlərin) 

adaptasiyası  və uyğunlaşma dəyişkənliyi  əsasında müəyyən dəyişilmə 

qanunauyğunluqlarını öyrənir. 

–  Heyvan ekologiyası  – ekologiyanın heyvanların həyat  şəraitinin 

onların yaşadığı  şəraitlə  əlaqəsini, həmçinin heyvan orqanizmin əsas 

fəaliyyətində (qidalanma, çoxalma, yaşayış, sayının dəyişməsi və s.) 

mühit amillərinin rolunu öyrənən sahəsi. 



Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin 

PREZİDENT   KİTABXANASI 



────────────────────────────────────────── 

133 


 

EKOLOGİYA VƏ SOSİAL AMİLLƏR  –  ətraf mühitin getdikcə 

sürətlə artan antropogen dəyişmələri ekologiyanı bir elm kimi irəli sürdü 

və onun tədqiqatı bütün bəşəriyyətin marağına səbəb oldu. Planetin bir 

sıra regionunun xalqları  və  təbiəti böhran vəziyyətinə düşdü. Bu 

vəziyyətdən çıxış yolu atom silahlarının ləğv edilməsi, ümumi 

bəşəriyyət mühitinin çirklənməsinin qarşısının alınması  və onun 

vəziyyətinə beynəxalq nəzarətin qoyulması vacib sayıldı. 

EKOLOJİ AMİLLƏR  – iki qrupa bölünür: abiotik və ya fiziki-

coğrafi amillər – iqlim, edafik, oroqrafik, kimyəvi, canlı orqanizmlərlə 

əlaqədar olan biotik amillər-fitogen, zoogen, antropogen. Bütün E.a. 

biri-birilə sıx əlaqədardır. 



EKOLOJİ AMPLİTUDA – növ və ya qrupun (populyasiyanın) 

mühitin dəyişilməsi şəraitinə uyğunlaşma həddi (tolerantlıq həddi). 



EKOLOJİ ARXİTEKTURA 

– arxitektura və 

şəhər 

planlaşdırılmasında yeni istiqamət olub şəhər  əhalisinin ekoloji və 



sosial-iqtisadi tələbatı maksimum nəzərə alınır. E.a.-nın vəzifəsi ayrı-

ayrı binaların və yaşayış massivlərinin salınması  təbii  əraziyə uyğun 

aparılır, bu zaman tikinti zamanı tikinti materiallarının kyfiyyəti və 

insan üçün təhlükəsizlik dərəcəsi nəzərə alınır. 



EKOLOJİ BALANS – bax: ekoloji müvazinət: ekosistemin 

məhsuldarlığı ilə onun çıxarı (itkisi) arasında stabillik olması. 



EKOLOJİ  BİRLİK  – bioloji növlərin  əsas xarakteristikası 

(kriteriyası) hər bir növün ümumi ekoloji şəraitinin olmasıdır. Növün 

ayrı-ayrı fərdlərdən (populyasiya) ibarət olmasına baxmayaraq, o, həmin 

mühitdə yaşayan digər növlərə bütöv (tam) qarşılıqlı təsir göstərir. 



EKOLOJİ BÖHRAN – təbii fəlakətli hadisələr (məs. daşqın, sel, 

vulkan püskürməsi, quraqlıq, tufan, zəlzələ, meşə yanğını  və s.) və ya 

antropogen faktorların təsiri, insan tərəfindən atmosferin, hidrosferin, 

torpağın çirklənməsi, təbii ekosistemin, təbii komplekslərin dağılması, 

meşə yanğını, meşənin qırılması  və s.) nəticəsində ekoloji sistemlərdə 

(biogeosenozlarda) müvazinətin pozulması vəziyyəti. 



«EKOLOJİ BUMERANQ» – təbii qanunauyğunluqlar, prinsiplər, 

ekoloji məhdudiyyətlər və qanunlar nəzərə alınmadan həyata keçirilən 

təsərrüfat fəaliyyəti nəticəsində əmələ gələn ekoloji fəlakətlər. 

EKOLOJİ DAVAMLILIQ – xarici amillərin təsirilə ekosistemin 


Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin 

PREZİDENT   KİTABXANASI 



────────────────────────────────────────── 

134 


 

öz strukturu və funksional xüsusiyyətlərini saxlmaq qabiliyyəti. 



EKOLOJİ DEFORMASİYA  – ekoloji tarazlığın pozulması; təbii 

fəlakətli hadisələr və ya antropogen faktorların təsiri altında baş verə 

bilər. 

EKOLOJİ DOMİNANTLAR  – ekosistemdə baş verən bütün 

proseslərə  təsir göstərən orqanizmlər və ya orqanizmlər qrupu. E.d.-ın 

məhv olması ekosistemin pozulmasına səbəb olur (məs. meşənin məhv 

edilməsi). Bax: dominant. 



EKOLOJİ ETİBARLIQ  – suksessiya və ya təkamül müddətində 

ekosistemin tam nisbi öz-özünü bərpa etməsi və nizamlaması 

qabiliyyəti. 

EKOLOJİ ETALOGİYA – etalogiyanın bölməsi; heyvanların ətraf 

təbii mühitin şəraiti və faktorları ilə sıx əlaqəli davranışını öyrənir. 



EKOLOJİ EFFEKTİVLİK  – ekoloji göstəcilərə nail olmaq üçün 

ekoloji, iqtisadi və sosial problemlərin effektivliyinin 

qiymətləndirilməsi. 

EKOLOJİ CIĞIR  – müxtəlif təbii obyektləri kəsib keçərək edilən 

marşrut. Bu marşrutu qət edənlər (gəzintiyə  çıxanlar, turistlər və s.), 

həmin obyektlər haqqında  şifahi və ya yazılı  məlumatlar alır. Ekoloji 

təfəkkürü və dünya görüşünü tərbiyələndirməyin bir formasıdır. 



EKOLOJİ FAZA – ekoloji prosesin inkişafı gedişində (məs. 

suksessiya, klimaks) müəyyən dövr. E.f. ekologiyanın xüsusi bölməsi 

sayılır. (Zaysev, Polikarpov (1967)). 

EKOLOJİ FƏLAKƏT – insanların həyat fəaliyyəti şəraiti və təbii 

ətraf mühitin dönməz dəyişiklikləri ilə  səciyyələnən fövqəladə ekoloji 

vəziyyət. 

EKOLOJİ GÖSTƏRİCİLƏR – ekosistem və onun elementlərinin, 

mühitin elementləri (su, torpaq, hava və s.) daxil olmaqla vəziyyətini 

səciyyələndirən göstəricilər. 

EKOLOJİ HESABLAMA SƏHVİ  –  ətraf mühitin antropogen 

dəyişməsinin qabaqcadan görünməyən zərərli nəticələri; planlaşdırılan 

faydanın yoxa çıxmasına səbəb olur və ya həll olunan problemdən artıq 

problem yaradır. 



EKOLOJİ  XƏRİTƏLƏŞDİRMƏ  – ekologiyanın tədricən inkişaf 

edən sahəsi. Hazırki dövrə  qədər geobotaniki və torpaq 



Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin 

PREZİDENT   KİTABXANASI 



────────────────────────────────────────── 

135 


 

xəritələşdirilməsi üstünlük təşkil edir. 70-80-ci illərdə orta miqyaslı 

fitoekoloji xəritələr də buraxılmışdır (əsasən Fransada). Belə xəritələrdə 

bitki və torpaq örtüyü, bitki örtüyünün vəziyyəti, aqrosenozlarda alaq 

otlarının kompleksi ətraflı göstərilir, kəsiklərlə  həmçinin bioiqlim və 

geoloji xəritəsxemlər də verilir. Belə  xəritələrə geniş izahedici mətnlər 

əlavə olunur. 

EKOLOJİ-İQTİSADİ POTENSİAL – ekoloji məhdudiyyət nəzərə 

alınmaqla iqtisadi potensial, yəni iqtisadiyyat təbiətdən səmərəli 

istifadəyə yönəldilərək ekoloji cəhətdən əsaslandırılmalıdır. 

EKOLOJİ-İQTİSADİ SİSTEM – iqtisadiyyatda və təbiətdə gedən 

proseslərin qarşılıqlı  əlaqəsi və qarşılıqlı asılılığı. E.i.s. təbii və 

antropogen elementlərdən (ehtiyatlardan) və onların arasındakı 

əlaqələrdən (axınlardan) ibarətdir. E.i.s.-in əsas elementləri (resipi-

yentləri) aşağıdakı kimi təsnifata ayrılır: 1 – ekoloji komponentlər; 

məcmusu ətraf təbii mühiti əmələ gətirir – hava, su, torpaq, bitki örtüyü, 

heyvanat aləmi; 2 – mineral (enerji və xammal) resurslar; 3 – istehsalat 

fondları, nəqliyyat. Bu sistemdə ikinci və üçüncü qrup təsnifatın 

komponentləri birinci qrupa nisbətən eyni mənalı vəziyyət tutur. 

EKOLOJİ  İMMUNİTET  – fərdlərin sıxlığından asılı olaraq 

populyasiyanın virus, bakteriya xəstəliklərinə  və parazitlərə qarşı 

davamlığı. Sıxlıq çox olduqca E.İ. azalır. 


Download 3.98 Mb.

Do'stlaringiz bilan baham:
1   ...   11   12   13   14   15   16   17   18   ...   60




Ma'lumotlar bazasi mualliflik huquqi bilan himoyalangan ©fayllar.org 2024
ma'muriyatiga murojaat qiling