Ekoloji LÜĞƏt a


DAVAMSIZ ÇİRKLƏNDİRİCİLƏR


Download 3.98 Mb.
Pdf ko'rish
bet12/60
Sana14.02.2017
Hajmi3.98 Mb.
#384
1   ...   8   9   10   11   12   13   14   15   ...   60

DAVAMSIZ ÇİRKLƏNDİRİCİLƏR  – mexaniki və bioloji 

üsullarla nisbətən asan parçalanan çirkləndiricilər (məs. məişət çirkab 

suları). 

DAVAMSIZ TULLANTILARIN İŞLƏNMƏSİ  – tullantıların 

kənar edilməsinə yönəldilən tədbirlər. Aşağıdakı D. t.i. ayrılır: ilkin 

(birinci) – bərk maddələrin mexaniki süzgəcdən keçirilməsi və 

çökdürülməsi; tam olmayan (ikinci) üzvi maddələrin kimyəvi kənar 

edilməsi. 

DİBİONT – iki mühitdə (məs., su və havada) və ya iki sakin 

hesabına (iki müxtəlif mühitdə yaşayan parazit) yaşayan orqanizm. 



DEBİT – vahid zamanda təbii, yaxud süni mənbələrdən (qazıma 

quyusu, adi quyu, bulaq və s.) alınan maye və ya qaz həcmi. Mayenin 

D.-i l/san, yaxud m

3

/san, m



3

/saat, m


3

/gün-lə hesablanır. D. uzun müddət 

ərzində gələn maye və qaz axınının müntəzəm olmasını xarakterizə edir. 

Su quyularının məhsuldarlığı xüsusi D.-lə (səviyyə 1 m-ə düşənəcən 



Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin 

PREZİDENT   KİTABXANASI 



────────────────────────────────────────── 

99 


 

olan D) müəyyənləşdirilir. Suyun D.-i ölçü qabları, müxtəlif 

konstruksiyalı su ölçənlər, özüyazan debitoqraf və s. vasitəsilə  təyin 

edilir. Hidrogeoloji tədqiqatlarda quyunun D.-i mühüm göstəricilərdən 

biri hesab olunur. 

DEFAUNASİYA, DEFAUNİZASİYA – müəyyən qrup heyvanların 

təbii, (vulkan püskürməsi, zəlzələ, şaxta, leysan yağışları, epidemiya və 

s.) və antropogen (ətraf mühitin çirklənməsi, müharibə, ov və s.) 

səbəblərdən məhv edilməsi. 



DEFLYASİYA (lat. Deflatio - üfürmə) – küləyin dağıdıcı təsiri ilə 

süxurların və torpağın aşılanıb dağılması  və  aşınma məhsulunun 

sovrulub başqa yerə aparılması. D. nəticəsində səhralarda qəribə relyef 

formaları (göbələk, yastıq, taxça, sütun, qala və s. şəklində) əmələ gəlir. 

D. adətən, struktursuz torpaqlarda, qumlarda və bitkisiz sahələrdə baş 

verir. D. əkinçiliyə  zərər vurur; kənd təsərrüfatı bitkilərini məhv edir. 

Mübarizə  tədbirləri: düzgün növbəli  əkinlərin tətbiqi, tarlaqoruyucu 

meşə zolaqlarının salınması, qumun bərkidilməsi və s. 



DEFOLİASİYA (de... və lat. folium - yarpaq) yarpaqsızlaşdırma,  

maşınla məhsul yığımını asanlaşdırmaq– üçün bitki yarpaqlarının 

yığımdan qabaq tökdürülməsi. D. defoliantlar vasitəsi ilə aparılır. Bu 

zaman bitkidə yarpaqların təbii qocalmasına oxşar proseslər gedir. 1-3 

qozası açılmış pambıq koluna defoliantlar çiləndikdə yarpaqlar tökülür 

və açılmamış qozalar sürətlə açmağa başlayır. Dekorativ bitkilərin və 

meyvə bitkilərinin D.-sı da yaxşı nəticə verir. 



DEGENERASİYA  (dez...+ lat. Degenerar - çevrilmək) – 1) 

Morfologiyada; hüceyrələrin, yaxud orqanın dağılması (çömçəquyruq 

qurbağaya çevrilərkən onun quyruğunun itməsi); 2) mikrobiologiyada: 

əlverişsiz şəraitdə yetişdirilən birhüceyrəli bitkilərin həyat fəaliyyətinin 

aşağı düşməsi. 

DEKLORASİYA (declaratio – elan, məlumat) – əsas prinsiplərin, 

həmçinin sənədlərin təntənəli şəkildə bəyan edilməsi. 



DEKORATİV BİTKİLƏR  – müxtəlif fəsilələrin nümayəndələri 

daxil olan mədəni və yabanı bitkilərin böyük qrupu. Yaşayış 

məntəqələrinin yaşıllaşdırılmasında, park və bağların salınmasında, 

mənzil və ictimai binaların bəzədilməsində istifadə olunur. Çiçəyinin, 

yarpağının, meyvəsinin müxtəlif rəngi və gözəl forması ilə fərqlənirlər. 


Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin 

PREZİDENT   KİTABXANASI 



────────────────────────────────────────── 

100 


 

DEKUMBASİYA  (lat. decumbo - ölürəm) – fitosenozun 

dəyişilməsi zamanı üst yarusunun yox olması. Termin V.B.Soçava 

(1930) tərəfindən irəli sürülmüşdür. 

DEQİDRATASİYA – orqanizmin susuzlaşması prosesi; orqanizmin 

həyat fəaliyyətini zəiflədir, sonra isə hətta onu məhv edir. 



DEQRADASİYA, diqressiya (biologiyada) (lat. Degratatio - 

enmə)  – bitki və heyvanların həyat  şəraitinin dəyişməsi ilə  əlaqədar 

əvvəlki quruluş və funksiyaların get-gedə sadələşməsi və itməsi. 

D. geniş  mənada insan fəaliyyətinin mənfi təsiri nəticəsində bitki 

örtüyünün, otlaqların vəziyyətinin pisləşməsi, meşələrin kolluqlara 

çevrilməsi, torpağın strukturunun pozulması, humus və  dəyişən 

kationların azalması nəticəsində münbitliyinin pisləşməsi prosesidir. 

Çay daşqını,  şorlaşma və s. təbii hadisələrlə  əlaqədar baş verən D. 

ekzodinamik D. insan fəaliyyətinin təsirilə (yanğın, sistemsiz otarma, 

rekreasiya və s.) baş verən D. isə antrodinamik D. adlanır. 

DEQRESSİYA – növün və ya biosenozun tərkibinin kəskin azalıb 

zəifləməsi, çox vaxt antropogen səbəbdən olur. 



DELTA – çayların aşağı axınlarında (mənsəb hissəsində) çay qolları 

şəbəkəsi ilə parçalanmış çay çöküntülərindən ibarət ovalıq. D. çay 

axımı, dəniz dalğaları, qabarma-çəkilmə və gətirmə-qovulma axınlarının 

mürəkkəb qarşılıqlı təsiri nəticsində yaranır. Çay məcrasındakı qısa dil 

və sualtı dayazlıqlar (saylar) daşqın zamanı getdikcə böyüyür və 

məcranı qollara parçalayan adalara çevrilir. Deltaların böyümə sürəti 

ildə bir neçə metrdən bir neçə yüz metrədək olur. Kür çayı  Xəzər 

dənizinə töküldüyü yerdə sahəsi 100 km

2

 olan delta əmələ gətirmişdir. 



 

Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin 

PREZİDENT   KİTABXANASI 



────────────────────────────────────────── 

101 


 

Volqa çayının Xəzərə töküldüyü 

yerdə əmələ ğətirdiyi delta 

 

DELÜVİ, (lat. Deluo - yuyuram) DELÜVİAL ÇÖKÜNTÜLƏR – 

yağış və qar suları vasitəsi ilə, həmçinin ağırlıq qüvvəsi və s.-nin təsiri 

ilə  aşınma məhsullarının dağ yamaclarının aşağı hissələrində  və 

ətəklərində yığılması. 



DEMOKRATİYA  (demokratia – xalq hakimiyyəti) – ali 

hakimiyyətin xalqa məxsus olduğu siyasi quruluş. 



DEMEKOLOGİYA  (yun. Demos – xalq və ekologiya)   

populyasiya ekologiyası-ümumi ekologiyanın bölməsi; populyasiyanın 

struktur və funksional xarakteristikasını, populyasiyanın sayının 

dinamikasını, populyasiyanın formalaşma şəritini öyrənir. 



DEMOQRAFİK  ƏMSAL  – mümkün resursların məcmusunun bir 

adamın istifadə etdiyinə görə  əhalinin sıxlığına nisbəti. Anlayışı 

P.Kaudom (1969) irəli sürmüşdür. 

DEMOQRAFİK PARTLAYIŞ  – sosial-iqtisadi və ekoloji həyat 

şəraitinin dəyişilməsilə növün fərdlərinin, o cümlədən  əhalinin kəskin 

artması. 

DEMOQRAFİYA – 1) sosial-iqtisadi D.əhalini, onun coğrafiyasını, 

strukturunu, tərkibini, ictimai-tarixi asılılığı ilə  əlaqədar miqdar və 

məkan-zaman dinamikasını öyrənən elmi sahə. (ictimai). 

2) Populyasiyanın tərkibi haqqında statistik məlumatların cəmi: say, 

sıxlıq, yaş və cinsi tərkib (ekol). 


Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin 

PREZİDENT   KİTABXANASI 



────────────────────────────────────────── 

102 


 

DEMUTASİYA  (de... və lat. Mulatio – dəyişmə) – biosenozun 

pozulmasından sonra onun ilkin strukturunun bərpa olunması prosesi. 

Məsələn, dincə qoyulmuş sahələrdə, meşə qırma sahələrində təbii bitki 

örtüyünün bərpa olunması. Otlaqlarda otarmanın qadağan edilməsi və 

otarma rejiminin qaydaya salınması  nəticəsində  bərpa olunma 

suksessiyaları, otlağın demutasiyası müşahidə olunur. 



DENDRARİ, DENDROLOGİYA BAĞI, PARKI (yun. Dendron 

– ağac)  – açıq torpaqlarda becərilən ağac və kol kolleksiyası salınmış 

sahə. D. botanika bağlarında, yaxud ayrıca ola bilər. D-nin elmi, tədris, 

mədəni-maarif və  təcrübə-istehsalat  əhəmiyyəti var. D.-də dünyanın 

müxtəlif ölkələrinin ağac florasının zənginliyi və müxtəlifliyi nümayiş 

etdirilir, onların introduksiyası, iqlimləşdirilməsi və seleksiyası 

sahəsində elmi işlər aparılır. D-də eyni zamanda az tapılan və təsərrüfat 

üçün qiymətli ağac və kolların ting və toxum materialları artırılır. 

Azərbaycan Respublikasında Bakıda, Mərdəkanda, Bərdədə və Gəncədə 

dendrologiya bağı vardır. 

DENDROBİONT  – bitki örtüyünün ağac yarusunda həyat sürən 

heyvanat aləmi (bir çox həşəratlar, quşlar, tropik meşələrdə isə - 

məməlilər, bəzən hətta bəzi suda-quruda yaşayanlar və sürünənlər). 

DENDROBİOS – oduncaqda yaşayan orqanizm qrupları 

(bakteriyalar, göbələklər, həşəratlar və s.). 



DENDROFİLLƏR – ağacların çətirləri və gövdələrində yuva salan 

heyvanlar. 



DENDROXRONOLOGİYA – tarixi və təbiət hadisələrinin vaxtını 

(tarixini) ağac oduncağının illik həlqələrinin analizi metodları ilə 

öyrənən elm sahəsi. 

DENDROİQLİMŞÜNASLIQ – iqlimşünaslıq elminin bir bölməsi, 

çoxillik ağac bitkilərinin illik həlqələrinin eninə görə yerli iqlim 

şəraitinin tarixi dövr ərzində  dəyişməsini və proqnozlaşdırılmasını 

öyrənir. 



DENDROLOGİYA (yun. Dendron – ağac və «loqos» – öyrənmək) 

– botanikanın bir bölməsi. Ağac və kol bitkilərinin morfologiyasını. 

sistematikasını, ekologiyasını  və coğrafi yayılmasını öyrənir. Ağac 

bitkilərinin seleksiyası da D. dəlilləri əsasında aparılır. Respublikamızın 

alimlərinə görə azərbaycanda 450-dən çox yabanı  ağac və kol növləri 


Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin 

PREZİDENT   KİTABXANASI 



────────────────────────────────────────── 

103 


 

bitir. Onların 70-i endem növlər olub respublikamızdan başqa dünyanın 

heç bir yerində  təbii halda bitmir. Azərbaycan MEA Botanika 

institutunda, Mərdəkan və Gəncə dendroparklarında, Azərbaycan Elmi-

tədqiqat Meşəçilik  İnstitutunda (Bərdə  və Abşeron) yeni ağac və kol 

növlərinin yetişdirilməsi və iqlimə uyğunlaşdırılması sahəsində 

tədqiqatlar aparılır. 

DENİTRİFİKASİYA – torpaqdakı nitratların molekulyar azot 

əmələ  gəlincəyə  qədər reduksiya (anaerob şəraitdə) prosesi; təbiətdə 

denitrifikasiya bakteriyalarının köməyi ilə gedən bu geniş yayılmış 

proses kənd təsərrüfatına zərər verir. D. torpaqda azot birləşmələrinin 

azalmasına və  məhsuldarlığın aşağı düşməsinə  səbəb olur, lakin 

torpaqəmələgəlmə amili hesab olunur. D. torpaqda yalnız müəyyən 

şəraitdə, o cümlədən bakteriyaların fəaliyyətini təmin edəcək qədər 

azotsuz üzvi maddələr (tamam çürüməmiş peyin və s.) olduqda sürətli 

gedə bilir, torpağı yumşaltdıqda isə D. dayanır. 

DENUDASİYA  (lat. Denudatio - çılpaqlaşma) – Yer səthində 

süxurların su, külək buz və s. ilə dağılması, yüksək sahələrdən alçaq 

sahələrə aparılması proseslərinin məcmusu. D.-ya aşınma, eroziya, 

abraziya, korroziya, deflyasiya kimi proseslər daxildir. Yer səthi 

relyefinin dəyişilməsində və yeni relyef formalarının əmələ gəlməsində 

D.-nın rolu böyükdür. D. süxurları parçalayıb dağıdaraq relyefi alçaldır, 

hamarlayır, dağlıq sahələri denudasion düzənliklərə (peneplenlərə) 

çevirir. D. proseslərinin intensivliyi D-nın baş verdiyi rayonun tektonik 

hərəkətlərinin və iqliminin xüsusiyyətlərindən, süxurların petroqrafik 

tərkibindən, torpaq-bitki örtüyünün xüsusiyyətlərindən və s.-dən asılıdır. 



DEPOPULYASİYA – müəyyən ərazidə və ya ekoloji sahədə «həyat 

şəraitinin» pisləşməsi sayəsində bir növün fərdlərinin (insan və ya 

heyvan) olduqca azalması və ya məhv olması. 

DEPRESSİYA (sayın) (lat. Depressio - enmə) – Bir və ya bir qrup 

növün fərdlərinin sayının insan fəaliyyətilə  əlaqədar olmadan 

populyasiya, biosenoloji və ya abiotik səbəblər nəticəsində azalması. 

DEPRİVASİYA – bioloji qruplaşmanın sadələşməsi nəticəsində 

ekoloji davamlığın itirilməsi. 



DESİKANTLAR  (lat. Desicco - quruduram) – bitkilərin kök 

sisteminə  təsir  göstərib onun qurumasına səbəb olan maddələr və 



Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin 

PREZİDENT   KİTABXANASI 



────────────────────────────────────────── 

104 


 

preparatlar. Bitkiləri tez yetişdirir və maşınla işləməsini (yığılmasını) 

yüngülləşdirir. 

DESİKASİYA – bitkilərin yağışdan qabaq qurudulması; bitkinin 

yetişməsini sürətləndirir və  məhsulun maşınla yığılmasını asanlaşdırır. 

D. desikantlar adlanan kimyəvi, maddələrlə aparılır. 

DESORBSİYA – kimyəvi maddələrin adsorb vəziyyətindən mayeyə 

və ya qaz fazasına keçməsi; adsorbsiyanın əks prosesi. 



DESTRUYENTLƏR, DESTRUKTORLAR – torpağa düşən üzvi 

birləşmələri parçalayan (onları tam minerallaşdıran) saprofaq 

kateqoriyalı torpaq orqanizmləri (kiçik onurğasız heyvanlar və 

mikroorqanizmlər). 



DESUKSİYA  (lat. desugo - soruram) – torpaq suyunun 

(rütubətliyinin) bitki tərəfindən istifadəsi. 



DETERGENTLƏR  (lat. detergeo - yuyuram) – fəal sintetik 

maddələr, məişətdə yuyucu kimi işlədilir, mikroorqanizmlər vasitəsilə 

çətin parçalandıqları üçün ətraf mühiti çirkləndirir. 

DETERİORASİYA (mühitin)  (lat. detero – pisləşirəm, 

pozuluram)  – insanı  əhatə edən təbii mühitin pisləşməsi; adətən onun 

antropogen çirklənməsi nəzərdə tutulur. 



DETERİORASİYA KADASTRI – ətraf mühitin pozulması haqda 

məlumatların yekunu daxil edilir: suyun, atmosferin, torpağın 

çirklənməsi, bitki örtüyünün məhv edilməsi və s. D.k. hər hansı region 

üçün kartoqrafik materiallar əsasında tərtib edilir; orada çirklənmənin və 

digər pozuntuların bütün mənbələri, onların mühitin pozulması  və 

pisləşməsinə, həmçinin təbii komplekslərə və insana təsir etmə dərəcəsi 

göstərilir. 

DETERMİNANT  (lat. determinans – təyin edici)  – qruplaşmada 

həyat şəraitini təyin edən edifikator, orqanizm. Adətən avtotrof-bitki D. 

rolunu oynayır. Termini V.İ.Sukaçev (1930) irəli sürmüşdür. 

DETOKSİKASİYA (de... və yun. toxikon - zəhər) – müxtəlif toksik 

(zəhərli) maddələrin orqanizmlər tərəfindən parçalanması  və ya 

zərərsizləşdirilməsi. 

DETRİT  (lat. detritus - ovxalanmış) – su mühitində üzvi lil və 

orqanizmlərin qalığı; torpaq üçün isə – bitki maddələrinin qalığı – 

çürüntü. D.-in qalma müddəti qısa (milçəklərin təsiri ilə işlənən heyvan 


Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin 

PREZİDENT   KİTABXANASI 



────────────────────────────────────────── 

105 


 

cəsətləri – bir neçə həftə, meşədə yarpaqlar – bir neçə ay, ağac gövdələri 

– bir neçə il) və olduqca çox müddətə qalır (humus, sapropel, torf, 

kömür, neft). D. – ekosistemdə qida ehtiyatı olub onun normal fəaliyyəti 

üçün vacibdir. Göllərin lilindən, suvarılan tarlaların qalıqlarından üzvi 

gübrə kimi istifadə olunur. 



DETRİTOFAQ – su mühitində detritlə, üzvi lil və orqanizmlərin 

qalıqlarilə, torpaqda isə çürüntü (humus) ilə qidalanan orqanizmlər. 



DEŞİFRLƏMƏ – bax Aerofotoşəkillərin deşifrlənməsi. 

DEZAKTİVASİYA (dez...+ lat. Activus - fəal) – müxtəlif əşyaların, 

qurğuların və s.-nin səthindən radioaktiv maddələrin kənarlaşdırılması. 

Ən çox işçi masaları, binaların divarları, insan bədəninin səthi, 

xüsusən əlləri çirklənir. 



DEZİNFEKSİYA  (dez...+ lat. Inficere - yoluxdurmaq) – xəstəlik 

törədən mikroorqanizmləri sağlam orqanizmə yoluxduran infeksiya 

mənbəyini məhv etmək üçün aparılan üsul və vasitələr. D.-nın  əsas 

məqsədi infeksiyanı yayan əsas obyektləri (su, yeyinti məhsulları, 

məişətdə  işlədilən  əşyalar və s.) zərərsizləşdirməkdir. D.-nın bioloji, 

fiziki və mexaniki üsulları var. Bioloji üsulla axar sular və gölməçələr 

D. edilir. Fiziki  üsulla yüksək temperatur (quru və rütubətli isti hava), 

normal və yüksək təzyiqli su buxarı, qaynar su geniş  tətbiq olunur. 

Mexaniki üsulla yoluxmuş əşyalar (paltarları, xalçaları şotka ilə, mebel 

və mənzili tozsoranla təmizləmək, otağın havasını dəyişmək, otağı nəm 

əski ilə silmək və s.) zərərsizləşdirilir. Başqa üsulların tətbiqi mümkün 

olmadıqda kimyəvi üsuldan istifadə edilir. 



DEZİNSEKSİYA  (dez...+ lat. Insectum - həşərat) – infeksiya 

xəstəlikləri yayan, yeyinti və k.t. məhsularına, habelə yaşayış 

mənzillərinə ziyan vuran buğumayaqlılara (cücü, gənə) qarşı  işlədilən 

mübarizə üsulu və vasitəsidir. Üç qrupa ayrılır: təbii k.t. və baytarlıq D.-

sı üsulları, buğumayaqlıların artıb çoxalmasına mane olmağa 

(profilaktik D.) və onları tamamilə məhv etməyə (məhvedici) yönəldilir. 

Profilaktika məqsədilə aparılan tibbi D-ya bədəni tez-tez yumaq, 

yumşaq mebelləri  şotka və ya tozsoranla təmizləmək, zibil qablarını 

təmiz saxlamaq və s. aiddir. Məhvedici D. kimyəvi, fiziki və bioloji 

üsullarla aparılır. Kimyəvi üsulla D. üçün insektisid olaraq fosfor üzvi 

birləşmələr (o cümlədən xlorofos) prietrum, boraks və s.-dən istifadə 


Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin 

PREZİDENT   KİTABXANASI 



────────────────────────────────────────── 

106 


 

edilir. İnsektisidlər məhlul, toz və aerozol halında işlədilir. Fiziki üsulla 

D.,  əsasən, yüksək temperatur vasitəsilə aparılır. Buğumayaqlılara (o 

cümlədən bit, birə, taxtabiti) 50

°S və ondan yuxarı temperatur, isti hava

isti buxar, isti su öldürücü təsir göstərir. Bioloji üsulla D. zamanı 

buğumayaqlılar müəyyən mikrob, virus və həşəratla məhv edilir. 

DEZODORANTLAR  – dərinin səthində bakteriyaları  məhv edən 

preparatlar. Bu bakteriyalar hoparaq tərli bədəndə pis iy verir. D.ekoloji 

təmizdir, çünki onlar tərkibində ozon qatını dağıdan freonlar olan 

aerozol qablarda buraxılır. Bununla yanaşı D.insan dərisində faydalı 

mikroorqanizmləri məhv edir. D. allergiyanın mənbəyi ola bilər. 

DƏLİ YAĞIŞ  – istiqaməti tez-tez dəyişən qısa müddətli yağış. 

(Zəmilər üçün qorxuludur). 



DƏMİRAĞAC FƏSİLƏSİ  (Hamamelidaceae). D.f.-nə aid olan 

ağac və kollar əsasən cənub yarımkürəsində yayılmışdır. Buraya aid 

olan növlərin areallarının ayrılaraq müstəqil areal yaratması, onların 

qədimliyini göstərir. Bura əsasən dəmirağac və  əntər ağacı 

(likvidambar) növləri daxildir. Dəmirağac cinsinə Azərbaycanın Talış 

meşələrində və Cənubi Azərbaycanda yayılan bir növ daxildir. 



Dəmirağac  –  Parrotia persica – Lənkəran ovalığında və Talış 

dağlarında – dəniz səviyyəsindən 1100 m yüksəkliyədək yayılıb. 



Ənbər ağacı cinsi (Liguidambar) 4 növ birləşdirir. Bu növlər əsasən 

Şimali və Mərkəzi Amerikada, Şərqi Asiyada yayılmışdır. 



Qətranlı  ənbər ağacı  (L.styraciflua) – Vətəni amerikadır. 

Azərbaycanda Lənkəran-Astara və 

Şəki-Zaqatala zonalarında 

yaşıllaşdırmada istifadə üçün əlverişlidir. 



 

Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin 

PREZİDENT   KİTABXANASI 



────────────────────────────────────────── 

107 


 

 

Hirkan qoruğunda dəmirağac meşəsi 

 

DƏMYƏ  ƏKİNÇİLİYİ, QURU ƏKİNÇİLİK  – təbii rütubətliyin 

çatışmazlığı  şəraitində  kənd təsərrüfatı bitkilərinin suvarma aparmadan 

yetişdirilməsi. Dəyişkən havası olan və torpağın atmosfer 

rütubətlənməsinin defisiti şəraiti üçün xarakterikdir. D.ə.-yə quraqlığa 

davamlı bitkilər və sortların yetişdirilməsi, rütubətin toplanması  və 

ondan səmərəli istifadə olunması daxildir. 

Rütubətin toplanması  və saxlanması aqrotexniki üsullarına təmiz 

herik  şumu, tarlaqoruyucu meşə zolaqları, enlicərkəli səpin, laydırsız 

kotanla şumlayıb torpaq qatını çevirmək və s. aiddir. 

Respublikamızın dağətəyi  ərazilərində (Dəvəçi,  Şamaxı, Zəngilan) 

bozqır və yarımsəhra  şəraitində quru yamaclarda D.ə.-də quraqlığa 

davamlı  qərzəkli ağaclardan – püstə  və badamdan istifadə edilmişdir, 

burada kserofit şam növü olan eldar şamından da istifadə edilmişdir. 

Müsbət nəticə əldə edilmişdir: hazırda bu meşə-bağlar bar verir. 



DƏN VƏ DƏN MƏHSULLARI ZƏRƏRVERİCİLƏRİ – dən və 

dən məhsullarını daşınma və saxlama dövründə  məhv edən heyvanlar. 



Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin 

PREZİDENT   KİTABXANASI 



────────────────────────────────────────── 

108 


 

Onlar quru meyvə  və  tərəvəzi, dərman, dəri, tütün xammalını da 

zədələyir. Bunlara bəzi gənələr, həşəratlar, quşlar, məməlilər 

(siçankimilər) aiddir. 100-dən çox, o cümlədən Azərb-da 40-a yaxın 

növü məlumdur. 

DƏNİZ – okeanın bir hissəsidir, onlar qismən quru ilə, qismən də 

sualtı relyef yüksəklikləri (astanalar) ilə ayrılır və başlıca olaraq 

hidroloji rejiminə görə okeanın açıq hissəsindən fərqlənir. D.-in əsas 

xüsusiyyəti okeanın ucqarlarında yerləşməsi və okeanla (bir və ya bir 

neçə boğazla) birləşmiş olmasıdır. 

DƏNİZ EKOSİSTEMLƏRİ  – Yer kürəsinin 70%-dən çoxunu 

əhatə edir. (daxili kontinental dənizlər istisna olmaqla, məs: Xəzər, Aral 

dənizləri). Bütün D.e. bir-birilə  əlaqəlidir (birləşir). Okeanın orta 

dərinliyi 3700 m-dir, bütün dərinliklərində  həyat mövcuddur. Okeanda 

canlı  həyatsız zona yoxdur. Dəniz suyunun kimyəvi tərkibinə  əsas 4 

kation (Na, Mg, Ca, K) və 5 anion (xlorid, sulfat, bikarbonat, karbonat, 

bromid) daxildir. 


Download 3.98 Mb.

Do'stlaringiz bilan baham:
1   ...   8   9   10   11   12   13   14   15   ...   60




Ma'lumotlar bazasi mualliflik huquqi bilan himoyalangan ©fayllar.org 2024
ma'muriyatiga murojaat qiling