Ekoloji LÜĞƏt a


Download 3.98 Mb.
Pdf ko'rish
bet13/60
Sana14.02.2017
Hajmi3.98 Mb.
#384
1   ...   9   10   11   12   13   14   15   16   ...   60

DƏNİZ FAUNASI – okean və  dənizlərdə yaşayan heyvanların 

məcmusu, 160 minə  qədər növü məlumdur. Bunun təqribən 10 mini 

ibtidailərdir, 5 mini süngərlər, 9 mini bağırsaqboşluqlar, 7 mini çoxqıllı 

və b. qurdlar, 4 mini çiyinayaqlılar və birozoylar, 80 mini molyuskalar, 

20 mini xərçənglər, 6 mini dərisitikanlılar, 1 mini qişalılar, 16 mini 

balıqlar, 150 növü məməlilər və sürünənlərdir. 

Yaşama mühitinə və həyat tərzinə görə D.f. müxtəlif ekoloji qruplara 

bölünür: su qatında (pelagialda) yaşayan D.F. (plankton və nekton) və 

dəniz dibində  – bentosda yaşayan D.f. 

D.f.-nın insanlar üçün çox böyük təsərrüfat əhəmiyyəti vardır. D.f.-

nın bir çox növləri mühafizə olunur. 

DƏNİZ FLORASI, DƏNİZ BİTKİLİYİ  – dəniz və okeanlarda 

yaşayan bitkilərin məcmusu. D.f.-na çiçəkli və sporlu, eləcə  də ibtidai 

bitki növləri daxildir. Bir qismi suda asılı  vəziyyətdə (plankton), 

digərləri suyun dibində substrata yapışmış halda (bentos) yaşayır. 

Plankton həyat tərzi,  əsasən diatom yosunlar və qamçılıların 

nümayəndəsi üçün xarakterikdir. Göy-yaşıl yosunlar, az miqdarda yaşıl 

yosunlar da plankton həyat sürür. Bunlar su səthindən 100 m, bəzi 

yosun növləri isə 80-400 m-dək dərinlikdə olur. Bentos bitkilər 



Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin 

PREZİDENT   KİTABXANASI 



────────────────────────────────────────── 

109 


 

dənizlərin sahilə yaxın hissələrində inkişaf edir. Bura çiçəkli bitkilər, 

yosunlar və  bəzi bakteriyalar daxildir. Dəniz fitobentosunda qırmızı 

yosunlar, qonur yosunlar və yaşıl yosunlar üstünlük təşkil edir. Göy-

yaşıl yosunlar və diatom yosunlar nisbətən az yayılmışdır. Xəzər 

dənizinin bentos florasında yaşıl makrofitlərdən entermorfa, kladofora

xara yosunları  və  qırmızı yosunlardan laurensiya, polisifoniya, 

çiçəklilərdən dənizotu, suçiçəyi, ruppiya, nayas növləri geniş 

yayılmışdır. D.f. sahilboyu zonada yaşayan onurğasız heyvan və 

balıqların yem bazasıdır. D.f.-nın sənaye əhəmiyyəti də var. 



DƏNİZ İQLİMİ – okeanın atmosferə təsiri çox olan şəraitdə əmələ 

gələn iqlim. Kontinental iqlimdən fərqli olaraq havanın gündəlik və illik 

temperatur fərqlərinin azlığı, yayda nisbi rütubətliyin çoxluğu, çox 

buludlu və yağıntılı, dəniz tərəfindən  əsən küləklərin üstün olması ilə 

fərqlənən iqlimdir. D.i.-nin quruya təsiri,  əsasən, atmosferin ümumi 

dövranı nəticəsində yaranır. Materiklərin içərilərinə doğru D.i. tədricən 

kontinental iqlimə keçir. Eyni enlikdəki quruya nisbətən okean üzərində 

havanın rütubətliyi və illik yağıntının miqdarı adətən çoxdur. 



DƏNİZ PARKI – nadir dəniz ekosistemlərini öyrənmək məqsədilə 

dəniz akvatoriyasında yaradılan milli və ya təbii park. 



DƏNİZ SƏVİYYƏSİ – Orta çoxillik D.s. Dənizin sakit vaxtındakı 

səviyyəsinə uyğun olub dünya okeanında suyun açıq səviyyəsinə deyilir. 

Bu səviyyə quruda mütləq yüksəklik (şaquli məsafə) və  dənizdə 

dərinliklər hesablanarkən başlanğıc səviyyə kimi qəbul edilir. Yer 

səthindən mütləq yüksəklik Baltik dənizində Kronştadt reykasındakı 

(futştok) sıfır qeydindən hesablanır. Müxtəlif dəniz və okeanlarda suyun 

səviyyəsi küləyin istiqamətindən və gücündən, qabarma və çəkilmədən, 

buzların  əriməsindən, çayların gətirdiyi sulardan asılı olaraq dəyişilir. 

Lakin dənizlərin orta səviyyəsi isə hər yerdə eynidir. 

DƏNİZLƏRİN ÇİRKLƏNMƏSİ  – uzun zaman okeanın həcmi 

tükənməz təbii təmizləyici sayılırdı. Hazırda isə  məlum olmuşdur ki, 

D.ç. kontinental (təmiz) su hövzələrinin çirklənməsindən də təhlükəlidir. 

Dünya okeanına hər il bir neçə milyon ton maye və bərk tullantılar daxil 

olur. Neftlə çirklənmə qlobal xarakter daşıyır. Qəzaya uğrayan 

tankerlərdən də okean olduqca çoxlu miqdarda neftlə çirklənir. 



DƏNLİ  BİTKİLƏR  – dən verən  əsas bitkilər; insanları  ərzaqla, 

Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin 

PREZİDENT   KİTABXANASI 



────────────────────────────────────────── 

110 


 

heyvanları yemlə, sənayenin bəzi sahələrini xammalla təmin edir. D.b. 

taxıl bitkiləri və  dənli-paxlalı (noxud, lərgə, lobya, mərcimək və s.) 

bitkilər qrupuna ayrılır. Taxıl bitkiləri qrupuna buğda, arpa, çovdar, 

çəltik, vələmir, qarğıdalı, darı, qarabaşaq və s. daxildir. 

DƏRƏ  – Relyefin uzunsov, başlanğıcından qurtaracağına doğru 

meylli, mənfi formasına deyilir. D. başlıca olaraq axar suların eroziya 

fəaliyyəti nəticəsində  əmələ  gəlir, digər denudasiya prosesləri ikinci 

dərəcəli iş görür. D.-lər  əsas və ona qovuşan yan D.-lər də az 

növbəsində üçüncü, dördüncü və i.a. dərəcəli D.-ri qəbul edir. Hər D.-

nin  əsas morfoloji hissələri onun dibi, ətəkləri və yamaclarıdır. D-nin 

dibinin ən alçaq – su axan zolağı yataq, daşğın zamanı su basdığı hissəsi 

isə çaybasar adlanır. D.-nin dibi ilə yamaclarının birləşdiyi yer D.-nin 

ətəkləri,  ətəkləri ilə yallar (suayrıcılar) arasındakı hissələri isə D.-nin 

yamacları adlanır. D.-nin ana süxurlarından təşkil olunmuş yamacları 

hündür və ya alçaq, dik və ya yastı, profildə isə düz, batıq, qabarıq və 

pilləli (terraslı) ola bilər. Yamaclar dikliyinə  və profil formasına görə 

eyni olduqda simmetrik D. eyni olmadıqda asimmetrik D. adlanır. 

DƏRİNLİK QURŞAQLIĞI, BATİZONALLIQ – dərin göl, dəniz 

və okeanlarda orqanizmlərin  şaquli yayılması qanunauyğunluğu. D.q. 

təzyiq, temperatur və duzluluq qradiyentləri ilə əlaqədardır. 

DƏRİNSU BENTOZU – abissal və ultraabissal zonalarda yaşayan 

dərinlik orqanizmlər qrupu. 



DƏRKETMƏ  – insan hərəkətlərinin məqsəd və  səbəblərinin 

əsasında –yaranan bilikləri formalaşdıran insan fəaliyyətinin yaradıcılıq 

prosesi. Dərketmənin elmi, estetik, dini və b. növlərini fərqləndirirlər. 

DƏRMAN BİTKİLƏRİ  – müxtəlif xəstəliklərin mülicəsi və 

profilaktikasında istifadə olunan geniş bitki qrupu. D.b.-nin müalicəvi 

xassəsi onların tərkibindəki fizioloji təsiredici fəal maddələrin 

(alkaloidlər, qlikoidlər, flavonoidlər, vitaminlər, aşı maddələri, 

kumarinlər, efir yağları və bir sıra turşular, mikroelementlər, fermentlər) 

olması ilə əlaqədardır. D.b-nin xüsusi qrupunu antibiotiklər (fitonsidlər) 

əmələ  gətirən bitkilər təşkil edir. D.b-ni tədarük edərkən bitkinin 

növünü, hansı hissələrini yığmağı, onların tərkibində olan maddələrin ən 

çox toplanma vaxtını və s. bilmək vacibdir. 

Dərmanların çox hissəsi bitki mənşəlidir: ürək-damar sistemi 



Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin 

PREZİDENT   KİTABXANASI 



────────────────────────────────────────── 

111 


 

xəstəlikləri zamanı işlədilən dərmanların 80-90%-i bitkilərdən alınır. Bu 

dərmanların  əksəriyyəti sintetik dərmanlara nisbətən az zəhərli olub, 

kənar təsirə malik deyil. Azərbaycanda farmokopeyaya daxil edilən 

100-dək növdən  əlavə bir çox bitki məlumdur. Respublikamızın 

florasında xalq təbabətində  işlənən 800-ə  qədər dərman bitkisi aşkara 

çıxarılmışdır. Azərbaycanda il ərzində  tədarük edilən 20-25 növ 

çoxişlənən D.b.-ndən (dazı, itburnu, bağayarpağı, damotu, gicitikən, 

yemişən, boymadərən, qatırquyruğu, andız, cökə, murdarça və s.) 200 

tona yaxın (o cümlədən 120 ton itburnu) xammal alınır. 

Respublikamızda 50-dən çox bitki növünün sənaye  əhəmiyyəti vardır. 

Əzvay, nanə  və  s.  D.b.  təsərrüfatlarda becərilir. Azərbaycan 

Respublikasında D.b. ilə elmi-tədqiqat işi Azərbaycan MEA Botanika 

İnstitutu, Azərbaycan Dövlət Tibb Universitetinin əczaçılıq fakultəsi və 

ali məktəblərin əlaqədar kafedraları, həmçinin bəzi klinikalar tərəfindən 

aparılır. 



DƏRYAÇA – bax: su anbarı, göl. 

DƏSTƏ – heyvan sistematikasında bir neçə  fəsiləni birləşdirən 

taksonomik kateqoriya. Yaxın D.-lər sinif əmələ  gətirir. Bitki 

sistematikasında sıra D.-yə müvafiq tutulur. 

DƏVƏDƏLLƏYİLƏR  (Mantodea) – yırtıcı  həşərat dəstəsi; 

tarakankimilərə yaxındır. Əsasən, tropik və subtropik ölkələrdə yaşayır. 

2000-dən çox, Azərbaycanda isə 8 növü var. Müxtəlif həşəratlarla 

qidalanır; bəzi növləri hətta xırda onurğalılara (kərtənkələ, quş) hücum 

edir. Arıları, miniciləri və s. qırdığı üçün bəzi növləri zərərlidir. 

DƏYƏR  – verilmiş  əmtəənin istehsalına sərf olunmuş müəyən 

miqdarda şərti əmək. 



DƏYƏRLİK  – insan üçün təbiət obyektlərinin müsbət və  mənfi 

əhəmiyyəti, bu və ya digər ictimai, mədəni  hadisələr. 



DƏYİŞKƏNLİK (biologiyada) – müxtəlif qohumluq 

dərəcələrindən olan və ya fərdlər qrupunda (növ, cins, sort və s.) xassə 

və  əlamət müxtəlifliyinin meydana çıxması. D.-in əsas səbəbi 

orqanizmin həyat şəraitində baş verən dəyişilmələrdir. D.-in irsi və qeyri 

irsi fərdi və kütləvi, fasiləli və ardıcıl, asılı olmayan və korrelyativ, 

istiqamətli və istiqamətsiz, adaptiv və qeyri adaptiv və s. formalarına 

təsadüf edilir. İrsi D. adətən müxtəlif mutasiyaların baş verməsi və 


Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin 

PREZİDENT   KİTABXANASI 



────────────────────────────────────────── 

112 


 

çarpazlaşma nəticəsində meydana çıxır. Qeyri-irsi D. dedikdə fərdin və 

ya fərdlərin  əlamət və xassələrində xarici mühitin təsirilə (qida, 

temperatur, işıq, rütubət və s.) baş verən dəyişikliklər nəzərdə tutulur. 

Modifikasiya D.-i adlanan qeyri irsi D. yalnız həmin D-.in meydana 

çıxmasına səbəb olan xarici mühit şəraiti mövcud olduğu halda, yeni 

nəsildə baş verə bilər. Məs. bir çox cücünün rəngi alçaq temperaturda 

tünd, yüksək temperaturda isə açıq olur. Mövsüm ilə  əlaqədar olaraq 

mühit  şəraitinin dəyişilməsi qısaömürlü orqanizmlərin müxtəlif 

nəsillərində D.-in meydana çıxmasına səbəb olur. Belə D-ə mövsümi D. 

deyilir. Bir növə aid olan orqanizmlərin müxtəlif yerlərdə (məs. 

bataqlıq, bozqır, səhra, meşə  və s.) yaşaması onlarda ekoloji D-in 

meydana çıxması və ayrı-ayrı ekotiplərin yaranmasına səbəb olur. 

İrsi və qeyri-irsi D. arasında sıx  əlaqə vardır. Qeyri irsi D.-in özü 

xarici mühit amillərinin təsirinə orqanizmin irsi əlamət və xassələrinin 

dəyişilməsilə cavab vermək qabiliyyətidir. Təbiətdə növ əmələgəlmə 

prosesində D.-in böyük əhəmiyyəti var. Daha məhsuldar bitki sortları və 

heyvan cinsləri yaratmaq məqsədilə D.-dən istifadə edilir. 



DƏYİŞKƏNLİK:  – Bioloji dəyişkənlik – fərdlər, qruplaşmalar və 

s.-nin istənilən dəyişkənliyə (morfoloji, funksional və s.) uğrama 

qabiliyyəti dərəcəsi. B.d. canlı orqanizmin mühüm xassəsidir; o, 

orqanizmlərin  ətraf mühitlə qarşılıqlı  əlaqəsi zamanı yaranır və virus, 

bakteriya, göbələk, bitki, heyvan və insanın mövcud formalarının 

adaptiv müxtəlifliyini təmin edir. B.d. müxtəlif formaları arasında 

təkamül prosesləri üçün sort, cins və növəmələgəlmə üçün ilkin 

mexanizm kimi nəsli dəyişkənlik birinci rol oynayır, onlar sonrakı 

nəsillərdə də möhkəmlənir. 

– Genotipik dəyişkənlik, autogen dəyişkənlik – genetik əsası olan 

dəyişkənlik. G.d.-yə genetik müxtəliflik kimi baxılır, o, hər hansı bir 

növün populyasiyasını səciyyələndirir. 

–  Korrelyativ dəyişkənlik  – Ç. Darvinə (1859) görə nisbi 

dəyişkənlik olub orqanizmin bir hissəsinin struktur və funksiyasının 

dəyişməsi çox vaxt digər hissəsinin və ya hissələrinin dəyişməsinə 

səbəb olur. məs., heyvanların dəri və yununun rəngini dəyişməsi, 

bataqlıq quşlarının boyun və ayaqlarının, dimdik və dillərinin 

uzunluğunun dəyişməsi və s. 



Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin 

PREZİDENT   KİTABXANASI 



────────────────────────────────────────── 

113 


 

– Fenotipik dəyişgənlik – ayrı-ayrı fərdlərin və ya populyasiyaların 

fenotipik əlamətlərinin dəyişkənliyi. 

–  Qeyri-müəyyən fərdi dəyişgənlik – Bu dəyişgənlik formasını Ç. 

Darvin (1859) eyni növ, çeşid və cinsli fərdlərində müxtəlif fərqlərin 

olması kimi başa düşür; oxşar şəraitdə mövcud olan bir fərd digərindən 

fərqlənir. Məs., bir qozanın içindəki toxumlardan oxşar olmayan bitkilər 

inkişaf edir, bir cüt heyvanın nəsilləri eyni şəraitdə böyüməsinə 

baxmayaraq bir-birinə o qədər də  bənzəmir. Darvinin fikrincə belə 

dəyişkənlik yalnız  ətraf mühitin şəraiti ilə deyil, həm də orqanizmin 

bütün xüsusiyyətləri və vəziyyəti ilə müəyyən edilir. Orqanizmin bütün 

xüsusiyyətlərinin q.f.d. geniş yayılmışdır. Fərdi nəsli dəyişkənlik 

nəticəsində  fərdlərin böyük dəyişgənliyi evolyusiya prosesləri üçün 

mühüm material hesab olunur. 



DƏYİŞMƏYƏN POPULYASİYA  – doğum, ölüm və yaş 

strukturunun nisbi sabitliyi (dəyişməzliyi) sayəsində populyasiyanın 

sayı dəyişmir. 

DİAPAUZA  (yun. Diapausis fasilə, dayanacaq) – heyvanların 

inkişafında sakitlik (dinclik) dövrü: maddələr mübadiləsinin kəskin 

azalması  və forma əmələ  gətirən proseslərin dayanması ilə xarakterizə 

olunur. D. zamanı orqanizmin xarici mühitin əlverişsiz şəraitinin təsirinə 

davamlığı artır. Məs. cücülər insektisidlərə qarşı davamlı olur. D. 

orqanizmlərin şaxtayadavamlığını və qışlamasını təmin edir. Quru iqlim 

şəraitində estivasiya adlanan yay D.-sı müşahidə edilir. Məs. çəhrayı 

qurdda (tırtıl) və pambıq sovkasında embrional D-sı, süfrə D.-sı, pup D.-

sı imaqo D.-sı olur. Qış D.-sı dövründə bir çox ilanlar qış sükutuna (qış 

yuxusuna) gedir. D.  dövründə istiqanlı cücülər, qurdlar, balıqlar, 

qurbağalar, kərtənkələlər, ilanlar və s. heyvanların tənəffüsü və 

ürəkdöyüntüsü zəifləyir, bədənlərinin temperaturu kəskin aşağı (0-4

°-yə 

qədər) enir. 



DİAPAZON (diapazon) – biliklərin, fəaliyyətin həcmi, əhatəliyi və 

hərəkətlərin əhatəsi. 



DİASPOR  (yun. Diaspora - səpilmə) – ana bitkidən ayrılan hissə. 

Bitkinin çoxalmasını  və yayılmasını  təmin edir. Vegetativ D.-a kök 

yumrusu, soğanaq, tallidi, generativ D.-a isə sporlar, toxum, meyvə, 

haşameyvə aiddir. 



Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin 

PREZİDENT   KİTABXANASI 



────────────────────────────────────────── 

114 


 

DİB BAKTERİYALARI – bax: bakteriobentos. 

DİB ÇÖKÜNTÜLƏRİ  – Daxili su hövzəsində  təbii və texnogen 

mənşəli maddələrlə gedən fiziki-kimyəvi və biokimyəvi proseslər 

nəticəsində su obyektinin dibinə çökən gətirmələr və  bərk hissəciklər. 

D.ç. orqanizmin yaşaması üçün yararlı (daş, çınqıl, qum), həmçinin 

oksidləşmə prosesi üstünlük etdiyi gil, lil, iri və xırda detrit və iri üzvi 

qalıqlar orqanizmin yaşaması üçün yararsız (reduksiya prosesi üstünlük 

təşkil etdiyi lil, iri və xırda detrit, iri üzvi qalıqlar, həmçinin antropogen 

mənşəli qruntlar – sellülokağız fabrikinin ağac lifləri, səthi müxtəlif 

qalınlıqda neft məhsulları ilə örtülən qruntlar) dib çöküntülərinə 

bölünür. 



DİB FAUNASI – bax: Zoobentos. 

DİB FLORASI – bax: fitobentos. 

DİFFUZİYA  (lat. Diffusio – yayılma, axma) – bir-birinə toxunan 

maddələrin atom və ya molekullarının istilik hərəkəti nəticəsində 

qarşılıqlı nüfuz etməsi hadisəsi. Maddənin sistemdə qeyri-müntəzəm 

paylanması. D. üçün əlverişli  şəraitdir. Maddə D. edən hissəciklərin 

sıxlığı çox olan yerdən sıxlığı az olan yerə doğru axır, nəticədə D.-edən 

hissəciklər bütün sistemdə bərabər paylana bilir. 

D. hadisəsi maye və  bərk cisimlərdə  də müşahidə olunur. Bərk 

cisimlərdə D. ən kiçik, qazlarda isə ən böyük sürətə malik olur. 

D. temperaturdan çox asılıdır. Eyni bir fazada temperatur yüksək 

olduqda D. da böyük olur. 

D. edən hissəciklər yüklü olduqda xarici elektrik sahəsi onların D.-

sını gücləndirir və ya zəiflədir. Bu hadisəyə elektrodiffuziya deyilir. D. 

hadisəsindən texnikanın müxtəlif sahələrində istifadə olunur. 

DİQRESSİYA – bax deqradasiya. 

DİMORFİZM (di...+yun. Morphe - forma) – erkək və dişi fərdlərin 

xarici görünüşcə (rəng, ölçü, kütlə və s.) fərqli olması. 



DİNAMİK MÜVAZİNƏT  – sistemin komponentlərinin və 

strukturunun daimi təzələnməsi hesabına saxlanmış müvazinəti; – 

sistemi (cocuoeko - sistemi) uzun müddət müəyyən keyfiyyət halında 

saxlayan enerji, maddə və informasiyanın gəlir və çıxarının bərabərliyi 

(balansı). 

DİNCƏ QOYULMUŞ TORPAQ – uzun müddət (8-15 il) 


Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin 

PREZİDENT   KİTABXANASI 



────────────────────────────────────────── 

115 


 

becərilməyən şumlanmış əkin yeri. Birinci 2-3 il D.q.t. sahəsində birillik 

otlar, 5-7 il kökümsovlu bitkilər bitir, sonra isə sahənin bitki örtüyü təbii 

çəmən və ya çöl örtüyünə uyğunlaşır. Dincə qoyulma dövründə 

torpaqda üzvi maddələrin miqdarı artır, strukturu yaxşılaşır, alaqla 

mübarizə asanlaşır. Torpağın dincə qoyulması gələcəkdə həmin sahədən 

yüksək məhsul götürülməsinə imkan verir. 

DİNEKOLOGİYA – (dinamiki ekologiya) – Ekologiyanın fərdlərin 

və onların qruplarının dinamikasını və təkamül münasibətlərini öyrənən 

bölməsi. 

DİOKSİNLƏR  – Bu günə  qədər məlum olan ən zəhərli maddələr 

qrupu. Onlar polixlorlu dibengodioksinlər (PX DD) və ona uyğun olan 

polixlorlu dibenzofuronlar (PX DF) sinfinə aiddir. Üzvi maddələrdə həll 

olur, kanserogen təsirə  və davamlığa malikdir. Torpaqda dioksinlərin 

yarımparçalanma dövrü 10-20 il təşkil edir. 

DİSKLİMAKS – klimaksın dəyişilməsilə  əlaqədar bitki örtüyünün 

diqressiv sırası; məs. məhv edilmiş meşə sahəsində yaranmış sabit 

(dəyişilməyən) otlaq. 

DİSPERSANT (NEFT)  (lat. dispersus – səpilmiş, seyrəlmiş, 

dağılmış)  – 1) sudakı neft təbəqəsini və ya neft topalarını  xırda 

hissəciklərə parçalayan, sudakı nefti təmizləmək üçün işlədilən maddə; 

2) dispers fazası şəklində olan neft (suspenziya, emulsiya və s.). 

DİSSİMİLYASİYA (biologiyada) (lat. Dissimilatio - bənzəməmə) 

– maddələr mübadiləsində assimilyasiya prosesinin əksi; zülallar, 

nuklein turşuları, yağlar və karbohidratların (o cümlədən qida ilə qəbul 

edilən) çevrilməsi ilə gedən üzvi birləşmələrin bəsit maddələrə 

parçalanması. D.-ya daxil olan tənəffüs, qıcqırma və qlikoliz prosesləri 

maddələr mübadiləsində əsas yer tutur. D.-nın son məhsulu su, karbon 

qazı və ammonyakdır. 

D. ilə assimilyasiyanın qırılmaz  əlaqəsi orqanizm toxumalarının 

daim yeniləşməsini təmin edir. Assimilyasiyanın D.-dan üstün getməsi, 

orqanizmin böyümə  və inkişafını, yeni hüceyrə  və toxumaların  əmələ 

gəlməsini, onun kütləcə artmasını  təmin edir. Bəzi pataloji hallarda və 

aclığa məruz qaldıqda D-nın assimilyasiyadan üstün getməsi orqanizmin 

kütləcə azalmasına səbəb olur. 

DİSTRES  (ing. distress – kefsizləşmə,  əziyyət çəkmə) – Canlı 


Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin 

PREZİDENT   KİTABXANASI 



────────────────────────────────────────── 

116 


 

orqanizmin ona göstərilən istənilən xarici təsirə qarşı spesifik olmayan 

mənfi reaksiyası (pis stres). 

DİSTROF GÖL – humin turşuları ilə  zəngin olan göl. tündsulu, 

huminli və bataqlıq D.g. ayrılır. 



DİSTROF SU HÖVZƏSİ  – olduqca az miqdarda biogen maddə 

olan (ona görə də kasat-həyati) su hövzəsi. 



DİSTROFİYA  (dis...+yun trophe - qidalanma) – orqan və 

toxumalarda maddələr mübadiləsinin pozulmasından baş verən xəstəlik 

halı. Səbəbi: orqanizmə kifayət qədər qida maddələrinin daxil olmaması 

və onların yaxşı mənimsənilməməsidir. 



DODAQÇİÇƏKLİLƏR FƏSİLƏSİ  (Lamiaceae) – fəsiləyə daxil 

olan 100-dən artıq cinsdən Azərbaycanda biri – rozmarin becərilir. 



Dərman rozmarini (Rosmarinus officinalis) – həmişəyaşıl sıx 

budaqlı koldur. Aralıq dənizi sahili ölkələrində yayılıb. Yarpaq və 

çiçəklərindən təbabətdə geniş istifadə olunur. Abşeronun bağ  və 

parklarında alçaq boylu bordür kimi geniş istifadə olunur. 



DOĞUM SAYI – bir ildə və ya vahid vaxt ərzində nəslin orta sayı 

(yüz və ya min doğuş verən fərdin). 



DOQQUZDON FƏSİLƏSİ (Caprifoliaceae) – fəsilənin 15 cinsinə 

400-dən çox növ daxildir. Qara gəndalaş (Sambucus nigra) – Boyu 8 

m-ə çatan ağac və ya koldur. Azərbaycanda Böyük və Kiçik Qafqaz 

meşələrində sulu dərələr boyunca bitir. 



Otvari gəndalaş  (S.ebulus) – Azərbaycanda düzən və dağətəyi 

rayonlarında geniş yayılıb. 



Başınağacı cinsi (Vibrunum) – həmişəyaşıl və yarpağını tökən ağac 

və ya koldur. 



Həmişəyaşıl başınağacı (V.tinus) – Vətəni Aralıq dənizi ölkələridir. 

Azərbaycanın bir sıra yaşayış  məntəqələrində dekorativ bitki kimi 

becərilir. 

Adi başınağacı  (V.opulus) – Azərbaycanda meşələrdə, çay 

vadilərində, dərələr boyunca yayılmışdır. 



Adi gərəməşov  (V. lantana) – Azərbaycanda dağ meşələrində 

subalp zonasına qədər qalxır. 



Doqquzdon cinsi (Lonicera) – Qafqazda 7, Azərbaycanda 5 növü 

meşə və kolluqlarda bitir, kol və ya sarmaşan növləri var. 



Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin 

PREZİDENT   KİTABXANASI 



────────────────────────────────────────── 

117 


 

DOLO QANUNU – Belgiya paleontoloq-darvinist L.Dollo (1893) 

tərəfindən irəli sürülüb. Bu qanuna görə təkamül prosesləri qayıtmazdır 

(bərpa olunmazdır), orqanizm (populyasiya, növ) bir sıra  əcdadlarının 

keçdiyi əvvəlki vəziyyətinə qayıda bilməz. Qeyd etmək lazımdır ki, hələ 

Ç.Darvin (1859) üzvi aləmin təkamülünün dönməzliyini geniş müzakirə 

etmişdir. 



Download 3.98 Mb.

Do'stlaringiz bilan baham:
1   ...   9   10   11   12   13   14   15   16   ...   60




Ma'lumotlar bazasi mualliflik huquqi bilan himoyalangan ©fayllar.org 2024
ma'muriyatiga murojaat qiling