Ekoloji LÜĞƏt a


Download 3.98 Mb.
Pdf просмотр
bet60/60
Sana14.02.2017
Hajmi3.98 Mb.
1   ...   52   53   54   55   56   57   58   59   60

YUMŞAQ KİMYA  –  Y.k.-nın vəzifəsi sintetik maddələri onların 

təbii analoqlarına yaxınlaşdırmaqdır. Y.k. təbii boyalardan, bitki və 

heyvan ekstratından hazırlanan dərmanlardan, bitki mühafizəsində 

bioloji vasitələrdən, təbiətdə  işıq və mikroorqanizmlərin təsirindən tez 

parçalanan, su ilə tez yuyulan sintetik polimerlərdən və toksik olmayan 

tipoqrafik rənglərdən istifadə edir. Y.k.-nın inkişafı  uğrunda «yaşıllar» 

mübarizə aparır. 

YUNESKO (UNESCO) – BMT-in elm, təhsil və  mədəniyyət üzrə 

təşkilatı. 



YUVALAR – müxtəlif heyvanların bala çıxarmaq, yaxud qışlamaq, 

gizlənmək və dincəlmək üçün hazırladığı yer. Arılar Y-ını mumdan, 

bəzisi ağacın oduncağını çeynəməklə düzlətdiyi kağızdan, qarışqalar 

bitki qırıntılarından, yaxud torpaqdan hazırlayır. Termitlərin yuvası 7-8 

m hündürlükdə piramidaya oxşayır. Bəzi kəpənək tırtılları hörümçək 

toruna oxşayan yuva düzəldir və orada qışlayır. İpəkqurdunun hördüyü 

barama həm də onun yuvasıdır. Çanaqlı bağalar və timsahlar 

yumurtalarını qumda və ya torpaqda qazdıqları Y-da basdırırlar. 

Quşların yuvası onların təkamülündən və  həyat tərzindən asılı olaraq 

daha müxtəlifdir. Qızılqaz palçıqdan yerüstü təndir formalı yuva qurur. 

Sərçəkimilərin yuvası fincan formalıdır. Sarıköynək və pəsnək quşunun 

yuvası  ağacın nazik budağından asılmış olur. Quşlar Y-ının içərisinə 

yumşaq quru ot, tük, xəzəl, ördəklərin bəzisi isə  lələklərini yolub 


Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin 

PREZİDENT   KİTABXANASI 



────────────────────────────────────────── 

502 


 

döşəyir. Yırtıcı heyvanların kahaları və zağaları həm də onların Y-ıdır. 



YUYUCU VASİTƏLƏR –paltar yumaq üçün işlədilən toz, pasta və 

mayelər. Müasir yuyucu vasitələr bir neçə komponentdən, o cümlədən 

tenzid (sabun), ağardıcılar, duru şüşə  və yuyucu sodadan ibarətdir. 

Yuyucu vasitələr məişət axıntılarının (tullantılar) təmizlənməsində xeyli 

problem yaradır və  təmizləmə  şlamlarının (təmizləndikdən sonra qalan 

quru qalıq) gübrə kimi istifadə edilməsini məhdudlaşdırır. 



YUYULMAQ  – (su ilə yuyulub çıxardılmaq) – dağ süxuru və ya 

torpağın suda həll olunan maddələrinin məhlula keçmə prosesi və 

onların ekosistemdən çıxarılması  və ya dərin horizonlara (qismən 

torpaqaltı qata) keçməsi. Yağıntı vaxtı yuyulub aparıcı su rejiminə malik 

olan ekosistemlər üçün xasdır, (karbonatlardan yuyulmuş dağ qonur 

meşə torpaqları). 



YUYULMUŞ TORPAQLAR axar səth suları  tərəfindən üst qatı 

yuyulub aparılmış torpaqlar. Y.t.-ın genetik qatların yuyulma dərəcəsin-

dən asılı olaraq zəif, orta və şiddətli yuyulmuş növləri olur. 

YUYULUB GƏTİRİLƏN TORPAQLAR – mineral, allüvial və 

prolüvial torpaqəmələgətirən materialın aktiv toplanması  nəticəsində 

formalaşan torpaq. Lilli suvarma suyundan uzun müddət istifadə etdikdə 

də belə torpaq tipi yaranır. Adətən yüksək münbitliyə malik olur. 



YÜKSƏKLİK  – Yer səthinin  ətraf sahəyə nisbətən dəniz 

səviyyəsindən 200 m-dən yüksəkdə yerləşən hissəsi. Məs. Volqaboyu 

yüksəkliyi (375 m). 

YÜKSƏKLİK (HÜNDÜRLÜK) QURŞAQLIĞI  – dağlıq 

ölkələrində bitki örtüyünün, torpağın, biosenozların  şaquli yerləşmə 

qanunauyğunluğu və bir-birini əvəz edən qurşaqlar yaratması. Bu, dağ 

ərazisinin böyük yüksəkliyə qalxması  və bununla əlaqədar iqlim 

qradiyentlərinin (temperatur, atmosfer təzyiqi və günəş radiasiyası) 

əmələ gəlməsi ilə irəli gəlir: hər 100 m hündürlüyə qalxdıqca temperatur 

05-08

°, atmosfer təzyiqi 745 n/m



2

 aşağı düşür. Müxtəlif en dairələrində 

müxtəlif olub yerləşdiyi dağlıq ölkənin zonası ilə əlaqdardır. 

 

 



 

 


Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin 

PREZİDENT   KİTABXANASI 



────────────────────────────────────────── 

503 


 



 

ZAMOR – su səthində oksigenin azalması nəticəsində balıqların və 

s. suda yaşayan heyvanların kütləvi qırılması. 



ZANBAQKİMİLƏR  (Liliaceae) – birləpəli bitki fəsiləsi. 

Kökümsovlu, soğanaqlı bitkilərdir. 250 cinsə  mənsub 4000 növü 

məlumdur. Azərbaycanda 25 cinsi (148 növü) yayılmışdır. Z. fəsiləsinə 

qiymətli tərəvəz (soğan, sarımsaq və s.) dərman bitkiləri (inciçiçəyi, 

əzvay və s.) və dekorativ (zanbaq, dağlaləsi, sünbülçiçək və s.) bitkilər 

daxildir. 



ZƏBTETMƏ  RƏQABƏTİ – hər bir fərd bacardığı  qədər resurs 

zəbt edir. 



ZƏLZƏLƏ – əsasən tektonik proseslər nəticəsində yeraltı sarsıntılar 

və yer səthinin tərpənməsi. Tektonik, vulkanik və uçqun zələzə 

növlərinə bölünür. İl  ərzində 100 minlərlə  zəlzələ hadisəsi baş verir, 

onların yalnız az hissəsi dağıdıcı  təsirə malikdir, cari əsrin məşhur 

fəlakətli zəlzələləri San-Fransiskoda (Kaliforniya) – 1906-cı ildə, 

Tokioda 1923-də, Aşqabadda 1948-də, Çilidə 1960-da, Meksikada 

1985-də, Şamaxıda 1192, 1902-də, İndoneziyada 2005-ci ildə. 

ZƏRƏRLİ  İSTEHSALAT FAKTORU – iş zamanı müəyyən 

şəraitlərdə  işçinin xəstələnməsinə  və ya iş qabiliyyətinin aşağı 

düşməsinə səbəb olan faktor. Z.i.f. təhlükəli də ola bilər. 

ZƏRƏRLİ MADDƏ – insan orqanizmi ilə  əlaqədar (istehsalat və 

məişət  şəraitində) xəstəlikyaradan və ya onun sağlamlığını pozan 

maddə. 

ZƏRƏRLİ NÖV – nisbi anlayış olub insana iqtisadi, mənəvi və ya 

sosial cəhətdən zərər verir, həmçinin xəstəlik törədir. Miqdarı, olduğu 

yer və vaxtından asılı olaraq bu və ya digər növ insan üçün «faydalı»” 

və ya «zərərli”» sayıla bilər. 



ZƏRƏRSİZLƏŞDİRMƏ – infeksiya və ya təbii-mənbə 

xəstəliklərinin, qarşısını almaq və ya süni yayılan zəhəri yox etmək; 

karantin bitki və heyvanları  məhv etmək; bina, əşya, alət və s.-ni 

sterilizə etmək istiqamətində kompleks tədbirlər. 



ZƏRƏRVERİCİLƏRİN KÜTLƏVİ ARTMASI MƏNBƏYİ – 

Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin 

PREZİDENT   KİTABXANASI 



────────────────────────────────────────── 

504 


 

zərərvericilərin kütləvi artan ərazi, oradan isə yayılaraq yeni əraziləri 

fəth etməsi. 

ZƏRƏRVERİCİLƏRİN TƏBİİ  MƏNBƏYİ – insanın və  kənd 

təsərrüfatı heyvanlarının transmissiya xəstəliklərinin hər hansı bir 

ərazidə uyğunlaşma qanunauyğunluğu(məs., ensefolit gənəsi). Burada 

həmin xəstəliklərin fasiləsiz dövr etməsində  iştirak edən orqanizm 

növləri məskən salır. 

ZƏRƏRVERİCİLƏRLƏ  BİOLOJİ MÜBARİZƏ ÜSULLARI – 

Zərərvericiləri məhv etmək və ya onların sayını  tənzimləmək üçün 

təbiətə xəstəlik törədən zərərvericilərin düşmənindən istifadə edilməsi. 

ZƏRƏRVERİCİLƏRLƏ MEXANİKİ MÜBARİZƏ ÜSULLARI 

– Zərərvericilərin (cücü, gəmirici və b.) sadə mexaniki vasitələrin 

(aldadıcı, tələ, quyu) göməyi ilə və ya əl ilə məhv edilməsi.  

ZƏHƏRDAŞIMA – müasir metodlarla orqanizmdə mövcud olan 

zəhərin aşkar edilməsi. Z-ya yeməklə kiçik dozalar şəklində DDT-nin 

insanın piy toxumalarında toplanması klassik misal ola bilər. Z. 

arzuolunmaz hadisə hesab edilir, belə ki, müəyyən  şəraitdə  zəhər 

orqanizmin intoksasiyasına səbəb ola bilər. 

ZƏHƏRİN TƏSİR SİNER-GİZMİ – orqanizmə eyni vaxtda bir 

neçə  zəhərli maddənin (eyni istiqamətdə) təsiri. Sinergizm zamanı 

zəhərlər daha çox (hər zəhərin ayrı-ayrılıqda təsirindən fərqli olaraq) 

öldürücü təsir göstərir. 



ZƏHƏRLƏR – zəhərlənməyə və ölümə səbəb olan maddələr. Bütün 

maddələr, o cümlədən dozasından asılı olaraq dərman maddələri (məs. 

strixinin, antropin, morfin və s.) böyük dozada zəhərənmə törədə bilər. 

Köhnəlmiş bəzi qida məhsulu da (məs. balıq, ət konservləri və s.) ağır 

zəhərlənmələrə səbəb olur. 

ZƏHƏRLƏYİCİ MADDƏLƏR (toksik maddələr) – insan 

orqanizminə zəhərləyici təsir göstərən və döyüş silahı kimi işlədilə bilən 

kimyəvi birləşmələr. 

ZƏHƏRLİ  BİTKİLƏR – tərkibində  zəhərləyici maddələr olan 

bitkilər. Z.b-in tərkibində olan zəhərli maddələr mərkəzi sinir sisteminə 

(oyadıcı, iflicedici və s.), tənəffüs və  həzm orqanlarına, ürək-damar 

sisteminə, qaraciyər, böyrəklərə  və s. təsir edir. Z.b.-in faydalı 

xüsusiyyətləri də var. Onların bəzilərindən (xaş-xaş, acılıq, dəlibəng, 


Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin 

PREZİDENT   KİTABXANASI 



────────────────────────────────────────── 

505 


 

bat-bat və s.) müxtəlif dərman maddələri, bir qismindən (öldürgən, 

tütün, asırqal, kəpənəkçiçək, mahmızçiçək) intektisid alınır. Azərbaycan 

Respublikasında Z.b.-dən öldürgən, acılıq, qatırquyruğu, kəkrə, 

çobanyastığı, cil, acı yonca, qızıl-sarmaşıq, yapıqqanotu, canavargiləsi, 

bat-bat,  dəlibəng, mahmızçiçək, ayıdöşəyi, südləyən, acı biyan, süsən, 

lalə, üzərlik, birəotu, qaymaqçiçəyi, qaytarma, asırqal, həlməl, 

dəmirtikan, xaçgülü, ardıc, sarıkol, qaraçöhrə, gərməşov,  şümşad və s. 

daha geniş yayılmışdır. 

ZƏHƏRLİ HEYVANLAR –  Orqanizmdə insan və digər canlılar 

üçün zəhərli maddələr olan müxtəlif heyvan siniflərinin nümayəndələri. 

5 minə qədər zəhərli heyvan növü məlumdur. Onlardan məşhur olanları 

və yaxşı öyrənilənlərindən zəhərli buğumayaqlıları (əqrəb, hörümçəklər 

və cücülər), balıqlar və sürünənləri göstərmək olar. Kənd təsərrüfatı 

heyvanları üçün buğumayaqlılar və zəhərli heyvanlar ən qorxulu sayılır. 

Kənd təsərrüfatı heyvanlarının Z.h.-ın dişləməsinin profilaktikası üçün 

zərdablarla vaksinasiya (peyvənd) və immunizasiya tətbiq olunur. 



ZƏHƏRLİ KİMYƏVİ MADDƏLƏR – kənd təsərrüfatı bitkilərinin 

xəstəlik törədicilərinə  və  zərərvericilərinə qarşı mübarizə aparmaq, 

həmçinin insan və heyvan ektoparazitlərini məhv etmək üçün istifadə 

olunan mineral və ya bitki mənşəli, ya da sintetik kimyəvi maddələr. 

Fosfor-üzvi və xlor üzvi birləşmələr, karbonatlar, müxtəlif mis, sink, 

kükürd və flüor birləşmələri Z.k.m.-dəndir. Bax: həmçinin insektisidlər, 

pestisidlər. 

ZƏHƏRLİ MADDƏLƏRİN MAKSİMUM YOLVERİLƏN 

SƏVİYYƏSİ – ərzaq məhsullarında zəhərli maddələrin (məs., 

pestisidlərin) maksismum yol verilən səviyyəsi. 



ZƏHƏRLİLİK KRİTERİ – orqanizmin toksik (zəhərli) maddələrin 

təsirinə qarşı cavabının keyfiyyət və kəmiyyət göstəriciləri. 



ZƏHƏRLİLİK (TOKSİKLİK)  GÖSTƏRİCİLƏRİ – hər hansı 

maddənin orqanizmin həyat prosesinə  zərərli təsirinin göstəriciləri. 

Bioloji, fizioloji, biofiziki və fiziki-kimyəvi Z.g. ayrılır. 

ZOĞAL FƏSİLƏSİ  (Cornaceae) – fəsilənin 16 cinsi məlumdur. 

Qafqazda və Azərbaycanda 2 cinsi təbii halda bitir.  



Zoğal cinsi (Cornus) – Qafqazda və Azərbaycanda geniş yayılanı 

adi zoğaldır (C.mas). Azərbaycanda Böyük və Kiçik Qafqazda, Samur-



Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin 

PREZİDENT   KİTABXANASI 



────────────────────────────────────────── 

506 


 

Dəvəçi düzənliyində  və Qanıx-Əyriçay vadisində düzəndən başlamış 

orta dağ qurşağına kimi meşələrin tərkibində bitir. 

Sivida cinsi (Swida) –  Azərbaycanda 3 növü təbii halda bitir. Buna 

dəli zoğal da deyilir.  



Cənub dəli zoğalı  (S. australis) – Azərbaycanda bütün meşəli 

rayonlarda dəniz səthindən 1400 m yüksəkliyə qədər meşələrdə bitir.  



Qara murdarça (S. sanquinea) – Azərbaycanda introduksiya 

olunub, Botanika bağında və Mərdəkan dendroloji bağında var.   



ZONA – Qurunun zonaları yarım zonalara, rayonlara və s. bölünür. 

Hər bir zonaya xüsusi ekosistem tipi məxsus olub özünün bitki örtüyü, 

heyvanat aləmi və torpağı ilə səciyyələnir. 

ZONALLIQ – Yer səthinin iqlim, biocoğrafi, quruda və torpaq 

xüsusiyyətlərinə görə isə günəş istiliyinin əsasən en dairəsi üzrə 

paylanmasına görə zonalara coğrafi differensasiyası. Müvafiq bitki 

zonasını (tundra, meşə, çöl, səhra) səciyyələndirən bitki örtüyü bitki 

zonallığı yaradır.  Şimaldan cənuba getdikcə iqlimin dəyişməsi ilə 

əlaqədar bitki zonaları bir-birini əvəz edir. Tundra zonasının bitki örtüyü 

əsasən kollardan ibarətdir. Tundradan cənuba geniş meşə zonası 

yayılmışdır. Meşə zonasının cənubunda yerləşən çöl (step) zonası 

özündən  əvvəlki zonadan quru və isti iqlimi ilə  fərqlənir. Daha sonra 

gələn səhra zonası üçün torpağın duzluluğu xarakterikdir; bitki örtüyü 

seyrək, əsasən duzadavamlı kol və ot bitkilərindən ibarətdir. 

ZOOBENTOS, DİB FAUNASI – su hövzələrinin dibində  və ya 

qruntunda yaşayan heyvanların məcmusu. 



ZOOCOĞRAFİ FAUNİSTİK  ƏYALƏT  – vilayətə tabe olan 

zoocoğrafi rayonlaşdırma vahidi. 



ZOOCOĞRAFİ VİLAYƏTLƏR – Yer kürəsində heyvanların əsas 

coğrafi vilayətləri. 



ZOOCOĞRAFİYA, HEYVAN COĞRAFİYASI  – zoologiyanın 

bir bölməsi; Yer kürəsində heyvanların hazırda və keçmişdə coğrafi 

yayılmasını, bu yayılmanı müəyyən edən müasir və keçmiş tarixi 

amilləri, qanunauyğunluqları, həmçinin heyvanların ekoloji qruplarının 

coğrafi yayılmasını öyrənir. 

ZOOXORİYA  – meyvə  və toxumaların heyvanlar vasitəsilə 

yayılması. Z.-nın epizooxoriaya (meyvə və toxumların heyvanın bədən 

səthi ilə yayılması), endozooxoriya (heyvanların ekskrementi ilə 


Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin 

PREZİDENT   KİTABXANASI 



────────────────────────────────────────── 

507 


 

yayılması) və sinzooxoriaya (Heyvanların meyvə  və toxumları ehtiyat 

məqsədilə toplanması ilə  əlaqələr yayılması) tipi müəyyən edilir. 

Bununla  əlaqədar bitkilər də epi-, endo-, və sinzooxorlara bölünür. 

Epizooxor bitkilərin meyvə  və toxumlarında qarmaq, tikan, selik 

yapışqan maddələr və s., endozoxor bitkilərin toxumu üzərində ətli hissə 

olur. Heyvanlar belə meyvə  və toxumları yeməklə yayırlar. 

Sinzooxoriyanın geniş yayılan forması  və ya toxumların qarışqalar 

tərəfindən toplanması-mirmekoxoriyadır. 

ZOOFABLAR  – heyvanların yeyilməsindən qorunmaq üçün 

müəyyən uyğunlaşmalara (tikanlı, acı, pis qoxulu, zəhərli və s.) malik 

olan bitkilər. 

ZOOFAQLAR – otyeyən heyvanlarla (fitofaqlar) və ya ətyeyənlərlə 

(zoofaqlar) qidalanan yırtıcı heyvanlar. Bitkilərdən bu qrupa cücülərlə 

qidalanan bitkilər aiddir. 

ZOOFİLLİK (zoofiliya) – bitkinin heyvanlarla tozlanması: 

məməlilərlə (məs., yarasa), quşlarla (ornitofiliya), cücülərlə 

(entomofiliya), malyusklarla (molokofiliya). 

ZOOFİTLƏR – bitkiyə oxşar heyvanlar (süngər, mərcan). 

ZOOHİDROBİONTLAR – su heyvanları. 

ZOOXORLAR  – meyvə  və toxumların heyvanlar vasitəsilə 

yayılmasına uyğunlaşan bitkilər. 



ZOOGEN FAKTORLAR – heyvanların bitkilərin həyat tərzinə, 

çoxalmasına və xassəsinə təsirinin müxtəlif formaları. 



ZOOGEN RELYEF – bax: biogen relyef. 

ZOOGEN SUKSESSİYA  – heyvanların güclü təsirilə baş verən 

sukssesiya (məs., onların kütləvi artması ilə). 



ZOOGENETİKA – genetikanın bir sahəsi; heyvanların genetikasını 

öyrənir. 



ZOOGİGİYENA – veterenar və zootexnika elminin bir sahəsi; 

heyvanların saxlanılma 

şəraitinin onların sağlamlığını 

və 


məhsuldarlığını artırmaq üzrə tədbirlər hazırlayır. 

ZOOKÜTLƏ – Müəyyən populyasiya və biosenozda heyvanat 

aləminin biokütləsi. Quruda zookütlənin miqdarı 2,0 

⋅ 10

9

 t (Uitteker, 



1980) olub əsas torpağın heyvanat aləmindən ibarətdir. Dəniz və 

okeanlarda zookütlənin quru maddəsi 6,0 

⋅ 10

9

 t təşkil edir. (Vinberq, 



Çernov, 1970). 

Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin 

PREZİDENT   KİTABXANASI 



────────────────────────────────────────── 

508 


 

ZOOLOGİYA  (yun. zoon  - heyvan, canlı) – Heyvanlar haqqında 

elm; biologiyanın bir sahəsi. Heyvanlar aləminin müxtəlifliyini, onların 

quruluşunu və  həyat fəaliyyətini, yayılmasını, xarici mühitlə  əlaqəsini, 

fərdi və tarixi inkişaf qanunauyğunluqlarını öyrənir. Z. insanların 

təsərrüfat fəaliyyəti, Yer üzərində heyvanların qorunması  və 

mənimsənilməsi ilə sıx əlaqədardır. Z. tədqiqat vəzifələrinə görə bir sıra 

əsas fənlərə bölünür: heyvan sistematikası, heyvan morfologiyası, 

heyvan embriologiyası, heyvan ekologiyası. 



ZOOLOGİYA BAĞI  – vəhşi heyvanların kolleksiyası; nadir və 

məhv olmaq təhlükəsi olan heyvanların genefondunu göstərmək, 

öyrənmək, qorumaq və artırmaq məqsədilə yaradılır. 

ZOOLOGİYA MUZEYİ  – heyvan kolleksiyalarının (fiksəedici 

mayelərdə, qurudulmuş  və ya xüsusi preparat halında saxlanan 

heyvanlar, bunların müqavvaları, skeletləri, dəriləri, eləcə  də buynuz, 

sümük və çanaqdan düzəldilən məmulatlar) saxlandığı elmi və mədəni-

maarif müəssisəsi. Bakıda Z.m. Azərbaycan MEA Zoologiya 

institutunda yaradılmışdır (1971). Xaricdə ən böyük Z.m. Nyu-Yorkda. 

Vaşinqtonda, Parisdə, Londonda, San-Peterburqda, Moskvada və 

Kiyevdədir. 



ZOOLOGİYA PARKI – vəhşi heyvanları nümayiş etdirmək, 

öyrənmək və artırmaq məqsədilə onları bağlı  və yarımbağlı  şəraitdə 

saxlayan elmi-maarif müəssisəsi. Z.p. Zoologiya bağından, adətən, 

ərazisinin böyüklüyü və heyvan kolleksiyasının müxtəlifliyi ilə 

fərqlənir. Z.p. təbiətə və onun nemətlərinə məhəbbət aşılayan, nadir və 

nəsli kəsilməkdə olan vəhşi heyvan növlərinin genetik fondunu saxlayan 

və  təbiətin mühafizə ideyalarını  təbliğ edən mərkəzdir. Tarixən Z.p.-

ndan qabaq heyvanxanalar yaranmışdır. Eramızdan 1500 il əvvəl 

Misirdə Z.p. olmuşdur. Avropada ilk Z.p. Venada (1752), Madriddə 

(1774), Parisdə (1793) meydana gəlmişdir. Bakıda Z.p. 1945-ci ildə 

yaradılmışdır. 

ZOOLOJİ  XƏRİTƏLƏR – müxtəlif heyvan qruplarının 

yerləşməsini, miqrasiyasını  və coğrafi mühitlə  əlaqəsini  əks etdirən 

zoocoğrafi xəritələr. 

ZOOMEŞƏMELİORASİYA – heyvandarlığı yem bazası ilə təmin 

etmək məqsədilə quru bozqır, yarımsəhra və  səhra rayonlarında 



Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin 

PREZİDENT   KİTABXANASI 



────────────────────────────────────────── 

509 


 

qoruyucu meşə zolaqlarının salınması. Z.-nın  ən çox yayılmış növü 

uzununa otlaqqoruyucu meşəliklərin salınması hesab olunur. 

Otlaqqoruyucu meşə zolaqları torpağın eroziyasının qarşısını alır, 

əlverişli mikroiqlim yaradır, ot bitkisinin inkişafına səbəb olur, 

həmçinin heyvanların əlverişsiz şəraitdən qorunması vəzifəsini daşıyır. 



ZOONOZLAR – təkamül prosesində heyvanların müəyyən növündə 

parzitlik etməyə uyğunlaşan törədicilərin  əmələ  gətirdiyi yoluxucu 

xəstəliklər. Qaramal taunu, donuz taunu, pasterelyoz və s. Z.-a aidir. 

Sanitar-iqtisadi şərait pis olduqda Z. insanlar arasında da baş verə bilər. 

İnsanlara xəstə heyvanlardan keçir və ona bu xəstəliyi yoluxdurmurlar. 

Profilaktikası:  ət məhsullarından düzgün istifadə etmək, bəzi 

xəstəliklərə (taun, qarayara, bruselyoz və s.) qarşı peyvəndlər vurmaq və 

s. 


ZOOPARAZİTLƏR – heyvanlarda yaşayan parazitlər. 

ZOOPLANKTON  – planktonun heyvanat komponenti (ibtidailər, 

meduzalar, evufauzidilər və s.). 



ZOOPLANKTON 

– planktonun heyvan nümayəndələri. 

(S.A.Zernovanın termininə görə, 1949). 

ZOOPSİXOLOGİYA  – psixologiyanın bölməsi; heyvanların 

psixologiyasını öyrənməkdə  tətbiqi  əhəmiyyət (həmçinin ekologiya 

üçün) daşıyır. 

ZOOSENOZ – biosenozun tərkibinə daxil olan heyvanlar. Məs., lil 

biotopunda yaşayan müxtəlif qruplara daxil olan heyvanlar. Lil 

biotopuna daxil olan Z. qum biotopunda əmələ gələn Z.-dan fərqlənir. Z. 

özündə biosenoza xas olan xüsusiyyətləri  əks etdirir. Z.-dan fərqli 

olaraq biosenozda heyvanlarla bərabər bitkilərin və mikrobların olması 

da nəzərə alınır. Z.-un əmələ gəlməsində canlı mühitin də rolu az deyil. 

«Z»”. termini şərti olduğundan, ondan ekoloqlar az istifadə edir. 

ZOOSİDLƏR  – Ziyanlı onurğalılarla,  əsasən gəmiricilərlə 

(rodentisidlər) və ziyanverici quşlarla (avisidlər) mübarizə aparmaq 

məqsədilə istifadə edilən pestisidlər qrupuna aid olan kimyəvi 

preparatlar. 



ZOOTEXNİYA  – kənd təsərrüfatı heyvanlarının yetişdirilməsi, 

yemləndirilməsi, yüksək keyfiyyətli məhsul almaq üçün k.t. 

heyvanlarının saxlanması, düzgün istifadə edilməsi haqqında elm. 


Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin 

PREZİDENT   KİTABXANASI 



────────────────────────────────────────── 

510 


 

ZÜLALLAR, PROTEİNLƏR  – aminturşularından təşkil olunmuş 

iri molekullu üzvi birləşmələr. Z. canlı hüceyrənin  əsas tərkib hissəsi 

olub, orqanizmdə gedən biokimyəvi reaksiyalarda mühüm rol oynayır. 

Orqanizmin quru kütləsinin 50%-ni təşkil edən Z.-ın molekul kütləsi on 

minlərdən milyona qədər və daha çox olur. 

Fiziki-kimyəvi xassələrin tərkibinə, mənşəyinə  və daşıdığı 

funksiyasına görə Z. sadə-proteinlərə (molekulu yalnız amin 

turşularından ibarət) və mürəkkəb – proteidlərə (molekulunda 

aminturşularından başqa digər mürəkkəb maddələr də olur) bölünür. 

Sadə Z.-a albuminlər, qlubolinlər, histonlar, qultelinlər, prolaminlər, 

protaminlər və proteinsidlər, mürəkkəb Z.-a isə qlikoproteidlər 

(tərkibində aminturşularından başqa karbohidratlar olur), lipoproteidlər 

(tərkibində lipidlər olur), nukleoproteidlər (tərkibində fosfat turşusu 

olur) və xromoproteidlər (tərkibində metal olan piqment qrupları var) 

misal ola bilər. 

 

 



Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin 

PREZİDENT   KİTABXANASI 



────────────────────────────────────────── 

511 


 

Ekoloji lüğət bu kitab əsasında yaradılmışdır 

 

 



Elmi redaktor: akademik B.Ə.BUDAQOV 

 

Məmmədov Q.Ş. Xəlilov M.Y. Ekoloqların məlumat kitabı. “Elm” 

nəşriyyatı. Bakı: 2003. 516 s. 

 

 



Kitabda ekologiya və  təbiəti mühafizəyə aid 4000-dən artıq termin 

və anlayışın mənası izah edilir. O, azərbaycan dilində ikinci nəşr olub 

ekoloqlar, bioloqlar, coğrafiyaşünaslar, meşəçilər, torpaqşünaslar, 

geobotaniklər, kənd təsərrüfatı mütəxəsisləri, həm də təbii sərvətlərdən 

istifadə problemləri və onların mühafizəsi məsələləri ilə  məşğul olan 

mütəxəssislər üçün nəzərdə tutulmuşdur. Hazırda respublikamızın ali və 

orta məktəblərində ekologiya və  təbiətin mühafizəsi fənlərinin tədris 

edilməsi ilə əlaqədar olaraq məlumat kitabı, müəllim və tələbələr üçün 

qiymətli vəsait sayılır. 

 

 

 

2003


)

07

(



655

01000009


.

19



М

 

İSBN 5 – 8066 – 1512 - X 



 

 

 

 

© ELM, 2003 



 


Do'stlaringiz bilan baham:
1   ...   52   53   54   55   56   57   58   59   60


Ma'lumotlar bazasi mualliflik huquqi bilan himoyalangan ©fayllar.org 2019
ma'muriyatiga murojaat qiling