Ekoloji LÜĞƏt a


Download 3.98 Mb.
Pdf просмотр
bet54/60
Sana14.02.2017
Hajmi3.98 Mb.
1   ...   50   51   52   53   54   55   56   57   ...   60

TORPAQ SOXULCANI – torpaqda yaşayaraq torpaqəmələgəlmə 

prosesində  və torpağın münbitliyinin formalaşmasında mühüm rol 

oynayır. 

TORPAQ SUYU – torpaqda hərəkəti və bitki üçün əlverişliliyi ilə 

fərqlənən müxtəlif su formaları. A.A.Rode bərk, yumşaq-asılı, sərbəst 

(qravitasiya və kapilyar) və buxarşəkilli (torpaq havasında) su formaları 

ayırır. Bitki üçün yumşaq-asılı  və  sərbəst su daha əlverişlidir. T.s. 



Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin 

PREZİDENT   KİTABXANASI 



────────────────────────────────────────── 

449 


 

torpaqəmələgəlmə proseslərində böyük əhəmiyyət kəsb edir. 



TORPAQ  ŞƏRAİTİ  – torpağın bitki və heyvanın həyatı üçün 

əhəmiyyət kəsb edən xassələri: mexaniki tərkibi, kimyəvi xassələri, 

torpağın flora və faunasının inkişaf dərəcəsi, rütubətlik, aerasiya və s. 

TORPAQ TİPLƏRİ  – torpaq təsnifatının  əsas taksonomik 

vahidləri. Müasir genetik torpaq təsnifatının  əsasını torpaq profilinin 

quruluşu təşkil edir. Genetik torpaq tipi dedikdə birtipli iqlim şəraitində, 

eyni mənşəli, vahid morfoloji quruluşlu və birtipli ana süxurlar üzərində 

əmələ  gələn torpaq qrupu nəzərdə tutulur. Yer kürəsinin hər yerində 

torpaqəmələgətirən amillər  eyni təsirdə olmadığından ayrı-ayrı 

zonalarda müxtəlif keyfiyyətli və müxtəlif inkişaf səviyyəli T.t.-nə rast 

gəlmək olur. Morfoloji quruluşuna, fiziki, fiziki-kimyəvi xassələrinə 

görə T.t. yarımtipə, növə, növmüxtəlifliyinə bölünür. Azərbaycan 

ərazisində T.t.-nin şaquli zonallığı aydın görünür. Dağ-çəmən, qonur 

dağ-meşə, qəhvəyi dağ-meşə, qara, dağ  şabalıdı, boz-qonur, boz və s. 

T.t. var. 



Azərbaycanın torpaq örtüyünün tərkibi  

(torpaq tipinə görə) 

 

№ Torpaqlar 

 

Sahə 


Min ha 

1 Dağ-çəmən 559,3 



6,5 

2 Qonur 


dağ-meşə 416,5 

4,8 


3 Qəhvəyi dağ-meşə 1212,0 

14,0 


4 Dağ qaratorpaq 

76,2 


0,9 

Şabalıdı (boz-qəhvəyi) 2200,6 



25,5 

6 Sarı 157,1 

1,8 

7 Boz 


və boz-qonur 

2493,2 


28,9 

8 Çəmən 1050,8 

12,2 



Şoranlar və b. torpaqlar 



475,9 

5,5 


Respublika üzrə cəmi: 

8641,5 100 



 

TORPAQ-YER RESURSLARI – bütün kənd təsərrüfatı sahələri və 

istifadə formasından asılı olmayaraq bütün torpaq örtüyü resursları. 



TORPAQ ZOOLOGİYASI  – torpaqda yaşayan heyvan 

orqanizmlərini öyrənən elm. Heyvanların (10 tipinin) həyatı torpaqla sıx 



Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin 

PREZİDENT   KİTABXANASI 



────────────────────────────────────────── 

450 


 

əlaqədardır. Onların  əksəriyyətini onurğasızlar təmsil edir. Onurğalı 

heyvanlardan ayaqsız amfibiyalar, sürünənlər və  bəzi məməli heyvan 

növləri (gəmiricilər və s.) torpaqla daha çox əlaqədardır. Torpaq 

orqanizmlərindən soxulcanlar, məryəmqurdlar, çoxayaqlılar və s. tam 

mənada saprofaq olub, torpağın bərpasında böyük rol oynayırlar. 

Torpaqda küllü miqdarda yırtıcı  və  zərərli heyvan növləri yaşayır və 

fəaliyyət göstərir. 



TORPAĞIN AERASİYASI  – Torpağın saxlaya bildiyi havanın 

miqdarı (faizlə) və onun atmosfer ilə mübadiləsi. Torpağın hava keçirmə 

qabiliyyətindən və nəmliyindən asılıdır. Torpaq havasının əsas elementi 

atmosferdən daxil olan oksigendir. O, köklərin, torpaq heyvanat 

aləminin və aerob mikroorqanizmlərinin tənəffüsünü təmin edir. 

TORPAĞIN BƏRPASI  – 1) insan fəaliyyəti və ya təbii fəlakət 

nəticəsində pozulmuş torpaq sahələrinin  əvvəlki münbitliyini bərpa 

etmək; 2) «Atılmış»” (istifadədən çıxmış) torpaq sahələrindən təkrar 

istifadə edilməsi. 



TORPAĞIN BİOLOJİ AKTİVLİYİ 

– torpaqda 

mikroorqanizmlərin (azot fiksəsi, ammonium fiksəsi, denitrifikasiya, 

nitrifikasiya) və ya torpaq orqanizmləri, həmçinin bitkilərin kök sistemi 

tərəfindən torpağa buraxılan fermentlərin təsiri ilə gedən proses. 

TORPAĞIN BONİTETLƏŞDİRİLMƏSİ – ən mühüm aqronomik 

xassələrinə görə torpaqların müqayisəli qiymətləndirilməsi. T.b. onun 

münbitliyini, yəni keyyfiyətini ballarla ifadə edən kəmiyyət 

göstəricisidir. Torpaqdakı proseslər və keyfiyyət dəyişilmələri yalnız 

onun xassələrini dəqiq öyrənməklə müəyyən edilir. T.b. torpaqların 

iqtisadi qiymətləndirilməsi, torpaq kadastrının tərtibi, meliorasiya və s. 

üçün zəruridir. 

TORPAĞIN BUFERLİYİ (ing. buffer – təkanı zəiflətmək) – Turşu 

və qələvilərin təsiri nəticəsində torpağın (və torpaq məhlulunun) mühit 

reaksiyasını az və ya çox saxlamaq qabiliyyəti. Belə ki, zəif podzol 

torpaqların turşuya münasibətinə görə buferliyi 2-3, qaratorpaqlarınkı 

10-a bərabərdir. T.b. ekosistemin mühüm göstəricilərindən biridir. 

TORPAĞIN ÇİRKLƏNMƏSİ  – Torpaq müxtəlif çirklənmə 

formasına məruz qala bilir: radioaktiv, mikrob, pestisid, neft və s. 

T.ç. torpaqəmələgəlmə prosesinin gedişini dəyişir (çox vaxt onu 


Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin 

PREZİDENT   KİTABXANASI 



────────────────────────────────────────── 

451 


 

dayandırır), məhsuldarlığı  aşağı salır, bitkidə çirkləndiricilər bitkidən 

bilavasitə və ya vasitə ilə (bitki və ya heyvan qida maddələri vasitəsilə) 

insan orqanizminə daxil olur. Nəhayət, T.ç. torpağın xəstəliklərdən və 

digər arzu olunmayan mikroorqanizmlərdən özünü təmizlənməsini 

zəiflədən xəstəlik və mikrobioloji çirklənmə qorxusu yaradır. Məs. 

çirklənməməiş torpaqda qanlı ishal və yatalaq xəstəliklərinin törədiciləri 

2-3 sutka, zəif çirklənmiş torpaqda isə qanlı ishal törədiciləri bir neçə 

ay, tifin törədiciləri isə il yarıma qədər qala bilir. T.ç. bəzən geniş 

əraziləri tuta bilir. Məs. 1980-ci ildə keçmiş SSRİ  ərazisində 

pestisidlərlə çirklənmiş torpaqların sahəsi 40 mln. ha olmuşdur (Əkin 

sahəsinin 1/6-i). 



TORPAĞIN DEQREDASİYASI  (lat. deqratatio – enmə, aşağı 

düşmə) – Təbii amillərin və ya insanın təsərrüfat fəaliyyətinin (düzgün 

aparılmayan aqrotexnika, çirklənmə  və s.) təsiri nəticəsində torpağın 

xassələrinin tədricən pisləşməsi, humusun miqdarının azalması, torpaq 

strukturunun pozulması və münbitliyinin aşağı düşməsi ilə nəticələnir. 



TORPAĞIN DUZLAŞMASI (ŞORLAŞMASI)  – Torpaqda suda 

həll olan duzların yığılaraq  şoran və  şorakət torpaqların  əmələ  gəlmə 

prosesi. T.d. ilkin və sonradan ola bilər. İlkin düzlaşma qrunt sularının 

buxarlanması, ana süxurun duzluluğu və ya eol (küləklə sovrulma), 

biogen və digər amillərin təsirilə torpaqda duzların təbii olaraq 

toplanması  nəticəsində baş verir. Sonradan T.d. su rejiminin süni 

dəyişdirilməsi, məs. düzgün suvarılma aparılmadıqda baş verir. T.d. 

xloridli, sulfat-xloridli, sulfatlı, sodalı ola bilər. 



TORPAĞIN EROZİYASI  – Meylli sahələrdə (yamaclarda) suyun 

torpağı  və onun ayrı-ayrı hissələrini yuması  nəticəsində torpaq örtüyü 

bütövlüyünün pozulması və dağılması. Bax. eroziya. 

TORPAĞIN ƏHƏNGLƏNMƏSİ – Turşuluğu çox olan torpaqlara 

sönməmiş əhəng CaO verərək turşuluğunu azaltmaq. 



TORPAĞIN FLORASI VƏ FAUNASI – Torpaqda yaşayan bitki, 

göbələk, külli miqdarda göy-yaşıl, yaşıl, sarı-yaşıl yosunlar məskunlaşır 

(2000 növdən artıq). Onlar həm torpağın səthində, həm də üst qatlarında 

yaşayaraq üzvi maddələri fotosintez edir, torpağı oksigenlə 

zənginləşdirir, göy-yaşıl yosunların bəzi növləri isə havadan azotu fiksə 

edir. Burada həm də çoxlu miqdarda saprofit göbələklər, bakteriya və 



Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin 

PREZİDENT   KİTABXANASI 



────────────────────────────────────────── 

452 


 

aktinomisetlər inkişaf edir (xüsusilə meşə torpağında). 

Torpaq fauna ilə  də xeyli zəngindir. Burada heyvanların bir hissəsi 

kapilyar və pərdə rütubətə uyğunlaşır (protozon və nematodun çox kiçik 

növləri). Burada buğumayaqlılardan gənələr və s. də yaşayır. Bu iki 

qrup faunanın miqdarı 1 sm

3

 torpaqda minlərlədir. Torpaqda həm də 



xeyli iri onurğasızlar da – yağış soxulcanı, çoxayaqlılar, cücülərin sür-

fələri, həmçinin yereşən onurğalılar – köstəbək, kor siçan, marmot 

yaşayır. 

Torpaqdakı bütün bitkilər və heyvanlar (xüsusilə bakteriyalar, 

aktinomisetlər və yosunlar, nano-mikro və mezofauna) ekosistemin mü-

hüm hissəsi olub torpaqəmələgəlmə prosesində böyük rol oynayır. 



TORPAĞIN GENETİK HORİZONTLARI  – torpaqəmələgəlmə 

prosesində ayrılan və torpaq səthinə müəyyən dərəcədə paralel yerləşən, 

nisbətən oxşar torpaq qatları. Bir-birindən və ana süxurdan rənginə, 

strukturuna, quruluşuna, tərkibinə  və digər  əlamətlərinə görə seçilir. 

T.g.h.-nın birliyi torpaq profilini əmələ gətirir. 

TORPAĞIN GİPSLƏNMƏSİ  – udulmuş natriumu kaliumla əvəz 

etmək məqsədilə torpağa gips verilməsi;  şorakət və  şorakətləşmiş 

torpaqların fiziki-kimyəvi xasələrini yaxşılaşdırır. T.g. meliorasiyanın 

bir forması sayılır. 



TORPAĞIN GÜCDƏN DÜŞMƏSİ , torpağın yorulması – 

Torpağın tərkibinin, torpaqda mikroorqanizmlərin (göbələk, bakteriya) 

miqdarının, mikroelementlərin və bəzi makroelementlərin ehtiyatının bu 

və ya digər dərəcədə  kəskin pozulması  və  kənd təsərrüfatı bitkilərinin 

məhsuldarlığının azalması. T.g.d.-nin əsas səbəbləri eyni sahədə uzun 

müddət eyni kənd təsərrüfatı bitkisinin becərilməsi, torpaqda 

xəstəliktörədən mikroorqanizmlərin toplanması, zərərli cücü və 

alaqların inkişafı  və s.-dir. Qarşısını almaq üçün növbəli  əkinə riayət 

etməli, gübrələrdən və pestisidlərdən istifadə etmək lazımdır. 

TORPAĞIN HAVA TUTUMU – Havada-quru torpaqda havanın 

maksimal miqdarı (tam hava tutumu) və ya torpağın müəyyən 

nəmliyində havanın miqdarı (həcm faizi). 

TORPAĞIN İNVENTARİZASİYASI – Hər hansı bir müəssisənin 

istifadəsində olan (fermer, meşə  təsərrüfatı  və s.) torpaqların yerində 

(naturada) yoxlanılması. Yer quruluşu (meşə quruluşu) təşkilatları 


Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin 

PREZİDENT   KİTABXANASI 



────────────────────────────────────────── 

453 


 

tərəfindən yerinə yetirilir. T.i.-nın məqsədi ayrı-ayrı torpaq sahələrinin 

mövcudluğunu aşkar etməkdir. T.i. aerofotoşəkilçəkmə  və yerdə 

yoxlama vasitəsilə aparılır. 



TORPAĞIN QİYMƏTLƏNDİRİLMƏSİ – bax: ğorpağın 

bonitetləşdirilməsi. 



TORPAĞIN QLOBAL FUNKSİYALARI – Torpaq biosferdə bir 

sıra qlobal funksiyalar yerinə yetirir. Onlardan əsasları sxemdə 

göstərilir. 

 

 



 

TORPAĞIN QRANULOMETRİK TƏRKİBİ, MEXANİKİ 

TƏRKİBİ (lat. Granulum - dənəcik) – Torpağı təşkil edən (diametrinə 

görə) müxtəlifölçülü hissəciklərin faiz, yaxud çəki ilə ifadə olunan nisbi 

miqdarı. Torpağın qranulometrik elementlər adlanan ayrı-ayrı 

hissəcikləri bir neçə fraksiya təşkil edir: 10 mm-dən iri hissəciklər 

daşlar, 10-5 mm-lik iri çınqıl, 5-3 mm-lik xırda çınqıl, 3-1 mm-lik iri 

qum, 1-05 mm-lik orta qum, 0,5-0,25 mm-lik narın qum, 0,25-005 mm-

lik tozlu gil, 005-0,01 mm-lik narın gil, 0,01-0,005 mm-lik iri toz, 

0,005-0,001 mm-lik narın toz və 0,001 mm-dən kiçik hissəciklər isə lil 

adlandırılır. Bu fraksiyaları əksər hallarda qruplaşdırıraq 2 yerə ayırırlar: 

0,01-dən kiçik hissəciklər – «fiziki gil»”, 001-dən böyük hissəciklər 

“fiziki qum”. T.q.t. onun müxtəlif fiziki təsirlərə münasibətini 

(qranulometrik və aqreqat tərkibi, strukturu, həcm kütləsi, məsaməliyi, 

hava, su, istilik, elektrik, radioaktivlik və s.) müəyyən edən xassələrdir. 


Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin 

PREZİDENT   KİTABXANASI 



────────────────────────────────────────── 

453 


 

T.q.t. Azərbaycan Respublikası torpaqlarında çox geniş diapazonda – 

qumdan ağır gilli tərkibə kimi dəyişir. T.q.t.-n bitkiçilikdə  və 

əkinçilikdə çox böyük elmi-təcrübi əhəmiyyətə malikdir. 



TORPAĞIN QURAQLIĞI  – bitkinin inkişafının ləngiməsi və ya 

məhv olması həddinə qədər torpağın quruması. 



TORPAĞIN MELİORASİYASI – yüksək və sabit məhsul almaq 

məqsədilə torpağın hidroloji və iqlim şəraitinin yaxşılaşdırılması 

istiqamətində aparılan tədbirlər sistemi T.m.-na ilk növbədə suvarılması, 

qurudulması, həmçinin səthi axımın nizamlanması, duzlu torpaqların 

yuyulması, torpağın gübrələnməsi, eroziyanın qarşısının alınması, 

yarğanqoruyucu və tarlaqoruyucu meşə zolaqlarının salınması aiddir. 



TORPAĞIN METABOLİZMİ  (yun. metabole - dəyişmə)  – 

torpaqda maddələrin dövranının bütün kompleksi. 



TORPAĞIN MƏNİMSƏNİLMƏSİ, TORPAĞIN İSTİFADƏSİ – 

xam və dincə qoyulmuş torpaqların kənd təsərrüfatı dövriyyəsində 

istifadəsi. 

TORPAĞIN MƏSAMƏLİYİ  – Torpağın ümumi həcminə görə 

onda olan bütün masəmələrin həcminin cəmi. Faizlə ifadə olunur. 



TORPAĞIN MORFOLOGİYASI  – torpağın xarici əlamətlərinin 

məcmusu. T.m., əsasən, çöldə torpağın təbii profili üzərində öyrənilir. 

Torpaqların  əsas morfoloji əlamətləri onun quruluşundan, rəngindən, 

strukturundan, kipliyindən, möhtəviyyatından, yenitörəmələrindən 

ibarətdir. Torpaq əmələ  gəldikcə onda müxtəlif genetik qatlar yaranır. 

Belə torpağın ümumi görünüşü onun quruluşu adlanır. 



TORPAĞIN MÜHAFİZƏSİ  – Torpaq örtüyünü və onun 

münbitliyini saxlamaq üçün kompleks tədbirlər. 



TORPAĞIN MÜNBİTLİYİ  – torpağın bitkilər tərəfindən 

mənimsənilən qida maddələri, rütubət və s. ilə  təminetmə  və 

məhsulvermə qabiliyyəti. T.m. iki cürdür: təbii (potensial) və süni 

(effektiv). Təbii münbitlik ancaq təbii amillərin və torpaqəmələgətirən 

proseslərin kombinasiyasından və qarşılıqlı  təsirindən asılı olur. Bu 

səbəbdən də təbii münbitliyə yalnız xam torpaqlarda təsadüf oluna bilər. 

Süni münbitliyi insan yaradır. T.m. statik xassə deyil, dinamik xassədir 

və torpaqdan səmərəli istifadə olunduqda onun münbitliyi daha da arta 

bilər. 


Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin 

PREZİDENT   KİTABXANASI 



────────────────────────────────────────── 

454 


 

TORPAĞIN MÜNBİTLİYİNİN BƏRPASI – müxtəlif növ (o 

cümlədən eroziyaya qarşı) meliorasiya tədbirlər kompleksinin tətbiqi 

vasitəsilə torpaqların itirilmiş münbitliyinin bərpası. Bu iş ot bitkilərinin 

səpini, gübrələrin verilməsi, yaşıl bitki qalıqlarının torpaqda çürüməsi, 

torpağın dincə qoyulması və s. yolla həyata keçirilir. 

TORPAĞIN ÖZÜ-ÖZÜNÜ TƏMİZLƏMƏSİ – torpaqda gedən 

miqrasiya prosesləri nəticəsində onun çirkləndirici maddələrin 

konsentrasiyasını azaltmaq qabiliyyəti. 

TORPAĞIN RADİOAKTİVLİKYİ  – Torpağın tərkibində 

radioaktiv xassəli kimyəvi elementlərin olması. T.r. uran, radium, 

torium və kaliumun radioaktiv izotoplarının miqdarından asılıdır. 

Torpaqəmələgətirən süxurlardan asılı olaraq bu elementlərin miqdarı 

dəyişə bilər. Başqa torpaqlara nisətən turş xassəli dağ süxurları üzərində 

təşəkkül tapmış torpaqlarda, ağır mexaniki və gillicəli, çimli-çəmən 

torpaqlarında radioaktivlik yüksək olur. T.r. təbii və süni olur. 

TORPAĞIN REKULTİVASİYASI  (lat. cultivo - becərirəm)  – 

İnsan fəaliyyəti nəticəsində (faydalı qazıntıların çıxarılması, su 

qurğularının yaradılması, meşələrin yox edilməsi, şəhərlər salınması və 

s.) yararsız hala düşmüş torpaqların məhsuldarlığının bərpa edilməsi. 

Mədənlər açıq üsulla istismar edildikdə yeraltı üsula nisbətən daha çox 

sahə yararsız hala düşür. Bu səbəbdən Azərbaycan Respublikasında əkin 

və otlaq sahələri xeyli azalmışdır (Gədəbəy, Daşkəsən, Abşeron və b. 

rayonlarda). Mədən tullantılarını rekultivasiya etmək üçün əvvəlcə sahə 

iri daşlardan (Abşeronda neft qalıqlarından) təmizlənir, tullantının üstü 

hamarlanır və müxtəlif qalınlıqda torpaqla örtülür. Turşuluğu çox olan 

tullantılar neytrallaşdırılır və çatışmayan qida elementləri  əlavə edilir, 

yerli şəraitə uyğun bitki növləri (ağac, kol, ot) əkilir və s. 



TORPAĞIN REQRADASİYASI (lat. reqradatio – geriyə hərəkət) 

– 1) torpaqəmələgəlmənin  əvvəlki mərhələsinə qayıtması prosesi; 2) 

əlverişli təbii (iqlim, nəmlik, termik rejim, otarmanın azaldılması, 

mikroorqanizmlərin iştirakı ilə üzvi qalıqların parçalanması, 

humuslaşması) və antropogen (torpağın düzgün şumlanması, elmə 

əsaslanmış meliorasiya üsullarının tətbiqi və s.) amillərin təsiri 

nəticəsində torpağın münbitliyinin bərpası. 

TORPAĞIN SU REJİMİ – torpaq suyunun hərəkətini, bitki 


Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin 

PREZİDENT   KİTABXANASI 



────────────────────────────────────────── 

455 


 

tərəfindən onun sərf edilməsi və istifadəsini təyin edən hadisə  və 

proseslərin məcmusu; torpaq münbitliyinin amillərindən biri. T.s.r. 

torpağın tərkibi və xassələrindən (hiqroskopikliyi, susızdırması, su 

tutumu və s.) iqlim və hava şəraitindən, relyefdən, torpaq 

hazırlanmasının (şumlanması) üsulundan, becərilən bitkinin 

xüsusiyyətindən asılıdır. Torpağın su balansı müəyyən dövr ərzində ona 

daxil olan sulardan (atmosfer yağıntıları, kondensasiya olunan atmosfer 

suyu, qonşu sahələrdən daxil olan səthi və torpaq su axımı, suvarma 

suyu) və xaric olan sulardan (səthi və torpaq su axınları, bitki tərəfindən 

və torpaqdan buxarlanan sular) ibarətdir. 

Torpağın hazırlanması üsulları, fiziki, kimyəvi və mikrobioloji 

proseslər, bitkinin su ilə  təmin olunması T.s.r.-ndən asılıdır. T.s.r.-ni 

təmin etmək üçün torpaq suyunu toplamaq, saxlamaq və  səmərəli 

istifadə etmək lazımdır (qarın toplanması, qar suyunun saxlanması, 

torpağın düzgün hazırlığı, suvarma, qurutma və s.). T.s.r. hava və istilik 

rejimləri, həmçinin bitkinin qida rejimi ilə sıxı əlaqədardır. 

TORPAĞIN SUSIZDIRMASI – məsaməli cisim kimi torpağın 

özündən sukeçirmə qabiliyyəti. Vahid zamanda torpağın səthindən 

torpağa sızan su qatının qalınlığı T.s.-nın miqdarını göstərir. 

TORPAĞIN SU TUTUMU – torpağın müəyyən şəraitdə bu və ya 

digər miqdarda udub saxladığı suyun miqdarı. Torpağın suyu saxlamaq 

qabiliyyətinə görə tam, kapilyar, adsorbsion-maksimal, differensial, 

maksimal-molekulyar, ümumi, nisbi, çöl və s. T.s.t. ayrılır. 



TORPAĞIN TURŞULUĞU  – Torpaq məhsulunda hidrogen 

ionlarının (H

+

) olması ilə torpağın xassəsi. pH-la ifadə olunur (hidrogen 



ionlarının qalığının mənfi loqarifmi). Turş  torpaqlarda pH 7-dən aşağı, 

neytral torpaqlarda 7-yə yaxın, qələvi torpaqlarda 7-dən yüksək olur. 

Turş torpaqlara üstünlük verən orqanizmlər oksilofitlər (bitki) və 

oksilofitlər (heyvan) adlanır. 



TORPAQDA MADDƏLƏRİN FON MİQDARI – torpaqda 

maddələrin miqdarı onun təbii tərkibinə uyğun gəlir. 



TORPAQDA RÜTUBƏTLİK DEFİSİTİ  – həyati proseslərin 

normal keçməsi üçün labüd olan rütubətliyin çatışmaması. 



TORPAQDA RÜTUBƏTİN EHTİYATI  – Müəyyən dərinliyə 

qədər torpaqda olan suyun miqdarı (mm-lə  və ya m

3

/ha-la). Torpaq 



Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin 

PREZİDENT   KİTABXANASI 



────────────────────────────────────────── 

456 


 

horizontları üzrə torpaq nümunələrinin alüminium stakanlara yığıb 0,01 

dəqiqliklə ölçərək 105

° temperaturda qurudub çəkməklə  təyin olunur. 

Sonra bütün tədqiq olunan torpaq profili üçün torpağın rütubət ehtiyatı 

hesablanır. 



TORPAQDAN ÇOXMƏQSƏDLİ İSTİFADƏ – torpaq sahəsindən 

istifadə edərək onun təbii resurslarından bir neçə  məhsul növü əldə 

etmək, məs., oduncaq və ov və ya kənd təsərrüfat məhsulu (regionda su 

axarlarının sululuq dərəcəsini azaltmamaq şərtilə). 



TORPAQDAN İSTİFADƏ EDƏN – torpaqdan fiziki və ya hüquqi 

istifadə edən şəxs və ya təsərrüfat. 



TORPAQƏMƏLƏGƏLMƏ, torpaqəmələgəlmə prosesi – ana 

süxura canlı orqanizmlərin və onların çürüntü qalıqlarının təsiri 

nəticəsində ondan torpağın  əmələ  gəlməsi prosesi. T.p. litosfer və 

biosferin kontaktında yaranır. Litosfer və biosferlə yanaşı 

torpaqəmələgəlmə prosesində atmosfer və hidrosfer də iştirak edir. T.p.-

nin  əsas energiya mənbəyi günəş energiyasıdır. T.p. özündə kimyəvi, 

fiziki və bioloji hadisələri cəmləşdirir. Hazırda T.p-nə insan böyük təsir 

göstərir. 



TORPAQLARIN AQROİSTEHSAL QRUPLAŞMASI – T.a.q. – 

torpaqların təsnifat vahidlərinin xassələrinə  və ya hər hansı bir kənd 

təsərrüfat bitkisinə, yaxud bitgi qrupuna münasibətdə yaxın aqronomik 

keyfiyyətlərinə görə birləşdirilməsidir. Tərtib olunmuş bonitirovka 

şkalaları  və sinifləri  əsasında Azərbaycan torpaqlarının aqroistehsal 

qruplaşması aparılmışdır (Q.Ş.Məmmədov, 1985,1991). Torpaqlar beş 

aqroistehsal qrupunda qruplaşdırılmışdır. 

I qrup – yüksək keyfiyyətli torpaqlar. Bu torpaqlar yüksək balla (81-

dən çox) qiymətləndirilərək yüksək siniflərə (IX-X) daxil edilmişdir. 



II  qrup – yaxşı keyfiyətli torpaqlar münbitlik göstəricilərinə görə 

61-80 balla qiymətləndirilmiş və VII-VIII bonitet sinfinə aid edilmişdir. 



III  qrup – orta keyfiyyətli torpaqlar. Bu torpaqlar 41-60 balla 

qiymətləndirilərək V - VI bonitet siniflərinə aid edilmişdir. 




Do'stlaringiz bilan baham:
1   ...   50   51   52   53   54   55   56   57   ...   60


Ma'lumotlar bazasi mualliflik huquqi bilan himoyalangan ©fayllar.org 2019
ma'muriyatiga murojaat qiling