Ekoloji LÜĞƏt a


Download 3.98 Mb.
Pdf просмотр
bet53/60
Sana14.02.2017
Hajmi3.98 Mb.
1   ...   49   50   51   52   53   54   55   56   ...   60

TƏHLÜKƏSİZLİK TEXNİKASI 

– 

əmək mühafizəsi 



bölmələrindən biri; zərərli (təhlükəli) istehsal amillərinin işləyənlərə 

təsirinin qarşısını almaq üçün təşkilatı  və texniki tədbir və vasitələr 

sistemi. 


Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin 

PREZİDENT   KİTABXANASI 



────────────────────────────────────────── 

441 


 

TƏRƏVƏZ BİTKİLƏRİ – becərilən və yabanı bir, iki və çoxillik 

ot bitkiləri: bunların  şirəli hissələri-tərəvəz yeyilir. T.b.-nə 1200-dən 

artıq növü əhatə edən 78 fəsilə aiddir; T.b-nin (pomidor, badımcan, 

istiot, xiyar, yerkökü, kələm, soğan, kəvər, çuğundur və s.) meyvəsi, 

kökü və gövdəsindən istifadə olunur. T.b.-dən çoxu tropik və subtropik 

qurşaqlarda əmələ gəlmişdir, bəziləri istiliksevən bitkilərdir. 



TƏRƏVƏZÇİLİK – 1) tərəvəz bitkilərinin yetişdirilməsi ilə məşğul 

olan kənd təsərrüfatı sahəsi. T.k.t.-nın mühüm bir sahəsi kimi insanların 

qidasında istifadə edilən və müalicə  əhəmiyyətli tərəvəz bitkilərinin 

becərilməsi ilə məşğul olur. Bostançılıqda – bostan bitkilərinin (qarpız, 

yemiş, qabaq) yetişdirilməsi T.-ə aiddir. Açıq qruntda 50-dən çox 

tərəvəz (kələm, pomidor, xiyar, soğan, yerkökü, çuğundur) və həmçinin 

ədviyyat bitkiləri (tərxun, keşniş, reyhan, kəvər, nanə  və s.), örtülü 

qruntda isə xiyar, pomidor, gülkələm, kahı və s. əkilir. Tərəvəz istehsalı 

respublikanın 4 iqlim iqtisadi zonasında – Lənkəran-Astara, Quba-

Xaçmaz, Abşeron və Gəncə-Qazax zonalarında mərkəzləşdirilmişdir. 2) 

Tərəvəz bitkilərinin biologiyasını  və becərmə üsullarını öyrənən elm 

sahəsi. 


TƏSADÜFƏN GƏTİRİLƏN ORQANİZMLƏR yerli ekosistem 

üçün qəsdən gətirilməyən yad heyvan və bitkilər. T.g.o. bitki və heyvan 

orqanizmləri üçün bəzən pozitiv, neytral, çox hallarda isə kəskin neqativ 

nəticələr törədir. Belə ki, T.g.o. bir regiondan digərinə bütün yer 

üzərində birə, gənə, siçovul, ağcaqanad, tarakan, bir çox alaqların 

yayılmasına səbəb olur. 



TƏSADÜFİ  QİDA  – heyvanların bəzi halda az miqdarda yediyi 

qida. 


TƏSADÜFİ YAYILMA –populyasiya daxilində  fərdlər arasındakı 

məsafə  bərabər olur. Fərdlər nizamsız (qarışıq) paylanır. Təbiətdə T.y. 

nadir halda olur. 

TƏSƏRRÜFAT SAHƏSİ  – insanın təsərrüfat məqsədilə istifadə 

etdiyi hər hansı ərazi və ya akvatoriyanın bir hissəsi. 



TİBBİ COĞRAFİYA  – coğrafiyanın və tibb elmlərinin  şöbəsi. 

Ərazinin təbii və ictimai-iqtisadi şəraitinin  əhalinin sağlamlığına necə 

təsir göstərdiyini, insan xəstəliklərinin əmələ gəlməsini və Yer kürəsində 

yayılmasını öyrənən elm. Müharibə zamanı hərbi əməliyyat meydanı olan 



Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin 

PREZİDENT   KİTABXANASI 



────────────────────────────────────────── 

442 


 

ərazinin sanitar-səhiyyə şəraitini öyrənən hərbi-tibbi coğrafiyası. T.c.-nın 

mühüm bir şöbəsidir. 

TİBBİ EKOLOGİYA  –  əsasən  əhalinin təbii-antropogen mühitə 

morfo-fizioloji və genetik adaptasiya formaları  məsələlərini işləyib 

hazırlayır. Bax: insan ekologiyası. 

TİBBİ  İQLİMŞÜNASLIQ  – coğrafiya və tibb elmi qovuşuğunda 

olan elm sahəsi; iqlim şəraitinin əhalinin sağlamlığına təsirini, adi iqlim 

parametrlərinin dəyişilməsilə insan xəstəliklərinin etiologiya və 

yayılmasını öyrənir. 



TİFOFİTLƏR  (yun. tiphos - bataqlıq)  – bataqlıq və göllər üçün 

xarakterik bitkilər. 



TİKİNTİ EROZİYASI – tikinti işləri aparılarkən torpağın üst 

qatının dağılması və yuyulması. T.e.-nın qarşısının alınması üçün əsasən 

mühəndis tədbirləri görülür. 

TİOFİLLƏR  (yun. thaion - kükürd) – hidrogen-sulfid və ya digər 

kükürd birləşmələri ilə zəngin olan mühiti üstün tutan bakteriyalar. 



TİP, BİOLOGİYADA  – taksonomik kateqoriya. T. sistematika ilə 

əlaqədardır; zooloqlar onu «aləm»”-dən sonra ən ali taksonomik 

kateqoriya hesab edirlər. Botanika və bakteriologiyada T. əvəzinə 

«şöbə»” işlədilir. T.taksonun özəyi və  əsasıdır, obyektivdir dəyişmir, 

lakin taksonun hüdudları subyektiv və  dəyişkəndir. Hər taksonun 

özünün T.-i var. 



TOXUM FONDU – Kənd təsərrüfatı və meşə təsərrüfatı bitkilərinin 

səpin üçün ehtiyatı. T.f.-na toxumluq əkinlər üçün rayonlaşdırılmış 

sortların ən yaxşı, seçmə toxum materialının ayrılması, kənd təsərrüfatı 

bitkiləri yığımının başlanğıcında bir aydan gec olmayaraq qurtarır. T.f.-

nun miqdarını  və  səpin normasını  səpin planına  əsasən təsərrüfat özü 

müəyyən edir. T.f. quru, təmiz və  zərərsizləşdirilmiş yerdə saxlanılır. 

Onun vəziyyətinə və istifadə olunmasına ciddi nəzarət edilir. 

TOXUM NƏZARƏTİ  – kənd təsərrüfatı bitkilərinin istehsalı, 

tədarükü, saxlanması  və  səpinə hazırlanması prosesində onların 

toxumlarının keyfiyyətinə nəzarət sistemi tədbirləri. T.n. toxumçuluğun 

ən  əsas hissəsidir. T.n. əkin sahələrini, kondisiyalı toxum materialı ilə 

təmin edir, Dövlət toxum inspeksiyası toxumun təmizliyini, 

cücərməsini, həyat qabiliyyətini, yoluxma dərəcəsini, 1000 dənin 



Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin 

PREZİDENT   KİTABXANASI 



────────────────────────────────────────── 

443 


 

çəkisini və nəmliyini yoxlayır. 



TOXUMÇULUQ  – bitkiçilik sahəsi; sortdəyişmə  və sort 

təzələnmənin yerinə yetirilməsi üçün rayonlaşdırılmış sortların 

toxumlarının kütləvi surətdə çoxaldılması ilə  məşğul olur.T. bilavasitə 

seleksiya ilə əlaqədardır və onun nəzəri əsasıdır. 



TOXUMDAN YARANAN AĞACLIQ (meşəlik)  – toxumdan 

əmələ gəlmiş ağaclardan ibarət meşəlik. 



TOXUMŞÜNASLIQ  – toxumlardan bəhs edən elm; ana bitkidə 

yumurta hüceyrənin mayalandığı vaxtdan başlayaraq həmin 

toxumlardan yeni bitki əmələ  gələnə  qədər olan dövrdə toxumların 

həyatı və inkişafını öyrənir. 



TOXUMUN CÜCƏRMƏ FAİZİ  – toxumun cücərti mərhələsinə 

keçmək qabiliyyəti. Toxumun yaşından və xarici mühit şəraitindən 

(temperatur, torpağın nəmliyi) asılı olaraq cücərən toxumların faizi ilə 

ifadə olunur. 



TOKSİFİKASİYA – pestisidlərin parçalanması (bioloji və ya fiziki-

kimyəvi) nəticəsində əmələ gələn maddələrin zəhərliyinin artması. 



TOKSİK DOZA – zəhərli maddənin (agentin) minimal miqdarının 

təsirinə orqanizmin gözə çarpacaq dərəcədə (aydın) zəhərlənməsi. 



TOKSİK DUMAN – qazşəkilli çirkləndiricilərlə  (əsasən kükürd 

anhidridi) toz hissəcikəri və duman damlalarının qarışığı. 



TOKSİKANT  (yun. taxikan - zəhər)  – sağlamlıq üçün zəhərli, 

zərərli maddə. 



TOKSİKANTIN SABİTLİYİ  – zəhərləyici maddənin suda, 

torpaqda davamlığı. Təkrar verildikdə zəhər toplanır və öz zəhərliliyini 

müəyyən müddət saxlayır. Belə ki, pestisidlərdən ətraf mühit (su) üçün 

üzvi xlor birləşmələri daha sabit qalır. 



TOKSİKLİK – maddənin və ya orqanizmin digər orqanizmə zərərli 

təsir göstərməsi xassəsi. N.S.Stroqanova (1982) görə su 

toksikologiyasında 2T. ayırd edilir. Su mühitinin təbii proseslərlə 

(mikroorqanizmlərin, bitkilərin və heyvanların ifrazatı) gedir və süni T. 

– insan fəaliyyəti nəticəsində (çirkab suların su hövzələrinə axıdılması, 

qurunun səthindən kimyəvi zəhərli maddələrin axıb gəlməsi, 

atmosferdən zəhərli maddələrin (azot oksidi, kükürd və s.) düşməsi. 

TOKSİKODİNAMİKA  – zəhərlə  zəhərlənmənin dinamikası; 


Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin 

PREZİDENT   KİTABXANASI 



────────────────────────────────────────── 

444 


 

zəhərlənmə prosesi, onun inkişafı. Termin əsasən sənaye 

toksikologiyasında istifadə olunur. 

TOKSİKOKİNETİKA  – toksikologiyanın bölməsi: Zəhərin təsir 

sürəti və mexanizmi, zəhərin orqanizmdə miqrasiyasını(daxil olması, 

yayılması, metabolizm) öyrənir. 

TOKSİKOLOGİYA  – tibbin bir bölməsi; zəhərli maddələrin 

tərkibini, onların heyvan orqanizminə  təsir mexanizmini, yaratdığı 

patoloji prosesləri (zəhərlənmə), müalicə  və profilaktika üsullarını 

öyrənir. T. fənn kimi müxtəlif mənşəli zəhərlərin (kimyəvi 

birləşmələrin), pestisidlərin, radioaktiv maddələrin, qeyri üzvi, bitki və 

heyvan mənşəli bakterial toksinlərin və s. öyrənilməsi ilə məşğuldur. 



TOKSİKOLOGİYA EKSPERTİZASI  – zəhərin orqanizmə 

toksiklik və  təhlükəlik dərəcəsini öyrənmək məqsədilə eksperimental 

şəraitində qabaqcadan toksikliyinin tədqiqi. 

TOKSİNLƏR  – fizioloji funksiyaları süstləşdirən, insan və 

heyvanların xəstələnməsinə və ya ölümünə səbəb olan bakteriya, bitki, 

yaxud heyvan mənşəli maddələr. Kimyəvi tərkibinə görə bütün T. zülal, 

yaxud polipeptidlərdir. Başqa üzvi və qeyri-üzvi zəhərlərdən fərqli 

olaraq T. orqanizmə düşdükdə orada anticisim yaradır. T. ilan, əqrəb və 

hörümçək zəhərinin, habelə bir sıra zəhərli bitkilərin tərkibinə 

daxildir.Bakteriya mənşəli T. nisbətən geniş yayılmışdır. 

TOKSOB ORQANİZMLƏR  – bu və ya digər dərəcədə mühitin 

toksikliyinə davam gətirən su orqanizmləri. N.S.Stroqanov (1982) onu 

oliqo – (zəif), poli – (güclü), və mezo – (orta) T.o. ayırd edir. 

TOLERANTLIQ  (lat. tolerantia - dözümlülük)  – Növlərin mühit 

şəraitinə ekoloji valentliyi, adaptasiya olunması. Növlər müxtəlif 

tolerantlıq evribiontlara (geniş amplitudalı tolerantlığa) bölünür. Yalnız 

tolerantlı növlər sabit, xüsusilə klimaks ekosistemlər əmələ gətirir. 



TOPOQRAFİK XƏRİTƏLƏR  –  İri miqyaslı ümumi coğrafi 

xəritələr. Məzmunu, müfəssəlliyi və həndəsi baxımdan yüksək dəqiqliyi 

ilə  fərqlənir. T.x. icmal topoqrafik, xüsusi (həqiqi) topoqrafik və 

topoqrafik planlara bölünür: Birinci qrupa 1:1000000, 1:500000, ikinci 

qrupa 1:200000, 1:100000 (hamısı kiçik miqyaslı T.x.), 1:500000, 

1:25000 (orta miqyaslı T.x.), 1:10000, 1:5000 (iri miqyaslı T.x.), üçüncü 

qrupa 1:2000, 1:1000, 1:500 miqyaslı xəritələr aid edilir. T.x-in coğrafi 


Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin 

PREZİDENT   KİTABXANASI 



────────────────────────────────────────── 

445 


 

məzmununa bütün təbii və sosial iqtisadi obyektlər daxildir. Bütün 

obyektlər qəbul edilmiş  şərti işarələrlə göstərilir. T.x-dən xalq 

təsərrüfatında, elmi işlərdə və hərbi məqsədlə istifadə olunur. 



TOPOQRAFİK PLANALMA – topoqrafik xəritələrin orijinalını 

yaratmaq üçün aparılan kompleks işlər. T.p. yerüstü və 

aerofototopoqrafik üsullarla aparılır. Yerüstü T.p. menzula, taxeometrik 

və fototeodalit planlama üsullarına bölünür. Bu üsullar çox vaxt və xərc 

tələb etdiyindən, hazırda topoqrafik xəritələr, əsasən aerofototopoqrafik 

planalma ilə yaradılır. 



TOPOQRAFİYA  (yun. topos – yer və qrafiya)  – topoqrafik 

xəritələrin yaradılması üçün aparılan planalma metodlarından bəhs edən 

elm. Müasir T.-nın  əsas metodları aerofotoşəkilçəkmə  və kosmik 

fotoşəkilçəkmədir (kosmik fotoplanalma). 



TOPONİMİKA (yun. topos – yer və onuma - ad) – coğrafi adları 

(toponimləri), onların mənasını, quruluşunu, mənşəyini və yayılma 

arealını öyrənir. Hər bir ərazidəki toponimlərin məcmusu onun 

toponimiyasını  təşkil edir. Azərbaycan toponimiyasının  əsas fondunu 

Azərbaycan (türk) mənşəli adlar təşkil edir. Azərbaycanda qədimdən 

başlayaraq, hun, bolqar, suvar, peçeneq, xəzər, qıpçaq, oğuz-səlcuq və 

monqol  qaydalarının, habelə iber-Qafqaz, İran, ərəb və s. xalq adları ilə 

bağlı toponim layları aşkara çıxarılmışdır. 



TORF – yanar faydalı qazıntı. Bataqlıq şəraitində natamam çürümüş 

bitki qalıqlarının toplanmasından  əmələ  gəlir. Element tərkibinin 50-

60%-ini karbon (C) təşkil edir. Rəngi sarı  və ya qarayadək dəyişən 

qonur olur. Torfa tünd rəng verən çürüntüdür. T. üçün təbii yatımda 

yüksək (88-96%) rütubətlilik səciyyəvidir. Yanarkən 2650-3120 kkal/kq 

istilik verir. Yanacaq, kübrə və material kimi istifadə olunur. 



TORPAQ – Yer kürəsinin quru hisəsində bitkilərin məhsuldarlığını 

təmin etmək qabiliyyətinə malik olan üst kövrək münbit qatıdır. 

V.V.Dokuçayev torpağı fiziki-coğrafi mühitin və orqanizmlərin dağ 

süxurlarına birgə  təsiri nəticəsində formalaşaraq yer qabığının üst 

yumşaq qatını  əmələ  gətirən xüsusi təbii cisim kimi təyin edir. Dağ 

(ana) süxurun üst horizontları orqanizmlərin, bitki örtüyünün atmosferin 

və hidrosferin uzunmüddətli dərin təsirinə  məruz qalaraq torpağı dağ 

süxurundan fərqləndirən başlıca cəhət onun münbitliyidir. 



Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin 

PREZİDENT   KİTABXANASI 



────────────────────────────────────────── 

446 


 

TORPAQ COĞRAFİYASI – torpaqşünaslığın bölməsi: torpaqların 

coğrafi yayılmasının qanunauyğunluqlarını öyrənir. Ümumi və regional 

T.c.-na ayrılır. Ümumi T.c. torpaqəmələgətirən amilləri və torpaqların 

coğrafi yayılmasının ümumi qanunauyğunluqlarını öyrənir. Regional 

T.c. torpaq rayonlaşdırılması ilə  əlaqədar məsələlərin həlli və ayrı-ayrı 

sahələrin torpaq örtüyünün təsviri ilə məşğuldur. 



TORPAQ FONDU – müəyyən ölkənin bütün torpaqlarının 

məcmusu. 



TORPAQ FONDUNUN MÜLKİYYƏT NÖVLƏRİ – hər bir 

dövlətin vahid torpaq fondunu onun hüdudları daxilində olan torpaqlar 

təşkil edir. Azərbaycanda torpaq islahatı zamanı respublikanın vahid 

torpaq fondu dövlət mülkiyətində saxlanılan (dövlət torpaqları), 

bələdiyyə mülkiyyətinə verilən (bələdiyyə torpaqları) və xüsusi 

mülkiyyətə verilən torpaqlara ayrılmışdır. Relyef, iqlim şəraitinin və 

bitki örtüyünün müxtəlifliyi respublikamızın vahid torpaq fondunu 

təşkil edən torpaqların müxtəlif dərəcədə eroziyaya, şorlaşmaya və 

şorakətləşməyə uğramasını şərtləndirən səbəblərdəndir. (cədvəl 1, 2, 3) 

Dövlət torpaqları – Azərbaycan respublikasının vahid torpaq 

fondunun 4.925.197 ha-ı dövlət mülkiyyətində saxlanılmışdır. Bura 

dövlət hakimiyyəti orqanlarının və dövlət obyektlərinin yerləşdiyi 

torpaqlar; yay, qış otaqları  və meşə fondu torpaqları, su fondu 

torpaqları, xüsusi mühafizə olunan ərazilərin torpaqları, daxildir. 

Bundan başqa elmi-tədqiqat və  tədris müəssisələrinin, eləcə  də dövlət 

müəssisə, idarə  və  təşkilatlarının daimi istifadəsində olan, həmçinin 

dövlət ehtiyat fondu torpaqları da bura aid edilir. 



Bələdiyyə torpaqları – B.t.-na respublikanın vahid torpaq fondunun 

2,054.293 hektarı  bələdiyyə mülkiyyətinə verilmişdir. Bura ümumi 

istifadə olan torpaqlar, fiziki və hüquqi şəxslərin istifadəsində olan 

torpaqlar və ehtiyat fondu torpaqları daxildir. B.t.-na həmçinin 

şəhərlərin, qəsəbələrin və  kənd yaşayış  məntəqələrinin torpaqları  və 

əhalinin mal-qara üçün istifadə etdikləri örüş sahələrinin torpaqları 

aiddir. 

Xüsusi mülkiyyətdəki torpaqlar – X.m.t.-rı 1.662.016-ha təşkil 

edir. Bura vətəndaşların qanuni istifadəsindəki fərdi yaşayış evlərinin, 

həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət 


Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin 

PREZİDENT   KİTABXANASI 



────────────────────────────────────────── 

447 


 

bağçılıq təsərrüfatının idarəçiliyindəki bağların altında olan, həmçinin 

özəlləşdirilən torpaq sahələri daxildir. 

 

 



Azərbaycan torpaqlarının şorəkətləşmə dərəcəsi barədə 

 

№ 

Kənd 



təsərrüfatı 

yerlərinin 

adı 

Sahə 


hektarl

Şorakətləşmə, hektarla 



Şorəkət

ləşmiş  


Zəif 

şorakətləşmi

ş 

Orta 


şorəkətlə

şmiş 


Şiddətli 

şorakətlə

şmiş 

1  Əkin 161314



157394

31940 6775 

484 

2 Çoxillik 



172294  155444 

14094 


2343 

413 


3 Dinc 

58752  51232 

6615 

870 


35 

4 Biçənək 107919 

103688  3637 

389  205 

Örüş 


və 

otlaq  


256236

212189



328751 91733 

19986 



K/t 



yerlərinin 

cəmi 


451447

400620



385037 102110 

21123 

7 Sair 


412703

 



 

 

 



Respublika 

üzrə cəmi 

864

1506 

 

 



 

 

 



Azərbaycan torpaqlarının eroziyaya uğrama dərəcəsi barədə 

məlumat 

 

№ 



Kənd 

təsərrüfatı 

yerlərinin 

adı 


Sahə 

hektarla 

Eroziyaya uğrama, hektarla 

Eroziyaya 

uğramamış 

Zəif 


eroziyaya 

uğramış 


Orta 

eroziyay


uğramış 


Şiddətli 

eroziyaya 

uğramış 

1  Əkin 1613147 

1606049 

4033 


2258 

807 


2 Çoxillik 

58752 


46961 

5664 


4594 

1533 


3 Dinc 

172294 


166746 

3584 


1447 

517 


4 Biçənək 107919 82785 11385 

7781 5968 

5  Örüş 

və 


2562361 1913571  244449 280066 124275 

Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin 

PREZİDENT   KİTABXANASI 



────────────────────────────────────────── 

447 


 

K/t 



yerlərinin 

cəmi 


4514473 3816112  269115 296146 133100 

7 Sair 


4127033 

 

 



 

 

Respublik



a üzrə cəmi 

8641506 

 

 



 

 

 



Azərbaycan torpaqlarının şorlaşma dərəcəsi  

barədə məlumat 

 

Kənd 


təsərrüfa

tı 


yerlərini

n adı 


Sahə 

hektarl


Şorlaşma, hektarla 

Şorlaş

mamış 


Zəif 

şorlaşmış 

Orta 

şorlaş


mış 

Şiddətli 

şorlaşmı

ş 

Şora



n  

Əkin 161314

154443

13389 9195 



5485 

645 


Çoxillik 172294 165554  3894 

1447  724  775 

Dinc 58752 

49657 3942 2468 

2679 



Biçnək 



107919 

104940 993  907 993 86 

Örüş  və 

otlaq  


2562361 2044508 

130680 


132218 

213957 40998 

K/t 

yerlərini



n cəmi 

4514473 3948992 

152898 

146235 


223838 42510 

Sair 


4127033 

 

 



 

 

 



Respublika 

üzrə cəmi 

8641506 

 

 



 

 

 



 

TORPAQ XƏRİTƏLƏRİ  – Yer səthində torpaqların yayılmasını, 

onların xassələrini və xüsusiyyətlərini  əks etdirən xəritələr. 

Məzmunundan asılı olaraq T.x.-ni ümumi, torpaq meliorasiya, torpaq 

eroziyası  xəritələrinə ayırırlar. Adları  çəkilən sintetik T.x.-ndən başqa 

analitik xəritələr də (kartoqramlar) tərtib olunur. Bunlarda torpağın tu-

rşuluğu, duzluluğu, şorlaşma dərəcəsi, qranulometrik (mexaniki) tərkibi, 

qida maddələri ilə (azot, fosfor, kalium) təmin olunma dərəcəsi və s. 

xassələri göstərilir. Miqayasına görə T.x. detal (1:5000 və iri), 



Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin 

PREZİDENT   KİTABXANASI 



────────────────────────────────────────── 

448 


 

irimiqyaslı (1:10000, 1:50000), ortamiqyaslı (1:100000, 1:300000), 

xırdamiqyaslı (1:500000, 1:20000), icmal (1:2500000 və  xırda) 

xəritələrinə bölünür. Bütün miqyaslarda tərtib olunan T.x. torpaq 

ehtiyatlarının uçotunu aparmaq, torpağın bonitirovkası, iqtisadi 

qiymətləndirilməsi və s. üçün tərtib olunur. 



TORPAQ KADASTRI – torpaq haqqında məlumatların yekunu: 

Müxtəlif torpaqların istehlakçılar arasında qeydə alınması, torpaqların 

keyfiyyəti, boniteti və onlara iqtisadi cəhətdən qiymət verilməsi. Torpaq 

kadastrında torpaqdan səmərəli istifadə edilməsi, mühafizəsi və digər 

tədbirlər göstərilir. 

TORPAQ KLİMAKSI – torpağın bitki örtüyü və iqlimlə müvazinət 

vəziyyəti. T.k. klimaks bitki qrupu ilə örtülmüş olur. 



TORPAQ MAKROBİOTASI – torpaqda olan iri həşəratlar, torpaq 

soxulcanı və digər torpaq orqanizmləri. 



TORPAQ MİKROORQANİZMLƏRİ  – torpaq mühitinə 

uyğunlaşıb orada yaşayan müxtəlif mikroorqanizm qrupları. T.m. 

təbiətdə maddələr dövranında, torpaqəmələgəlməsində  və torpağın 

məhsuldarlığının artmasında mühüm rol oynayır. 1 q qaratorpaqda 10 

mlrd-a (bəzən artıq), yaxud 10 t/ha-dək canlı mikroorqanizmlər olur. 

Torpaqda sporlu, sporsuz bakteriyalar, avtinomisetlər, göbələklər, 

mikroskopik yosunlar, ibtidailər və s. təsadüf olunur. 

TORPAQ MONOLİTİ  – torpağın təbii quruluşunu pozmadan 

torpaq kəsiminin divarından götürülmüş şaquli torpaq nümunəsi. 



TORPAQ MÜNBİTLİYİNİN AZALMASI QANUNU – məhsulun 

götürülməsi və becərilən sahələrdə təbii torpaqəmələgəlmə proseslərinin 

pozulması nəticəsində torpağın münbitliyinin aşağı düşməsi. Bu proses 

becərilən bitkilərin köklərinin biokütləsinin toplanmasilə qismən, əsasən 

isə gübrə verməklə neytrallaşdırılır. 



Do'stlaringiz bilan baham:
1   ...   49   50   51   52   53   54   55   56   ...   60


Ma'lumotlar bazasi mualliflik huquqi bilan himoyalangan ©fayllar.org 2019
ma'muriyatiga murojaat qiling