Ekoloji LÜĞƏt a
TÖKÜNTÜLƏRİN ÇƏMƏNLƏŞDİRİLMƏSİ
Download 3.98 Mb. Pdf ko'rish
|
TÖKÜNTÜLƏRİN ÇƏMƏNLƏŞDİRİLMƏSİ – çoxillik taxıl və paxlalı ot növlərinin səpilməsi və becərilməsi yolu ilə yüksək məhsuldar ot örtüyünün yaradılması üzrə kompleks tədbirlər. Otların növ tərkibi, səpin norması və becərilmə aqrotexnikası çəmənləşdirilən yerin səciyyəvi xüsusiyyətlərindən və rayonun fiziki-coğrafi şəraitindən asılı olaraq təcrübə yolu ilə müəyyənləşdirilir. Paxlalılar və qarışıq otlar səpilərkən səpin norması iki dəfə çoxaldılır. Çəmənləşdirilmiş töküntü sahəsindən biçənək, otlaq məqsədilə istifadə edilməsi üzrə tövsiyə yerli şəraitdən asılı olaraq müəyyən edilir.
texnogen törəmə relyefin səthində texniki rekultivasiya işləri aparıldıqdan sonra təkrar torpaq örtüyünün yaradılma prosesi. Torpaqların bərpa olunma prosesi meliorativ tədbirlərin (humus meliorsiyası: humuslu torpaq qatının yaradılması, kompost, torf və daş kömür məişəli meliorantların verilməsi, fitomeliorasiya və s.) həyata keçirilməsi və biosenozların təbii halda tədrici olaraq bərpa olunması ilə sürətlənə bilər. TÖRƏMƏ BİTKİ ÖRTÜYÜ – insan fəaliyyəti və ya təbii fəlakətlər nəticəsində biotopun fiziki-kimyəvi xassələrində dərin dəyişikliklər getdiyindən məhv olmuş ilkin bitki örtüyü bilavasitə bərpa olunmayıb, aralıq suksessiya fazaları keçirir. Belə aralıq fazalar T. b.ö.- nü təşkil edir.
reaksiyaları və ya kimyəvi parçalanması nəticəsində əmələ gəlir. TÖRƏMƏ MATERİAL RESURSLARI – Xalq təsərrüfatında elm Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin PREZİDENT KİTABXANASI ────────────────────────────────────────── 467
və texnikanın inkişafının hazırkı mərhələsində istehsalat və məişət tullantılarından istifadə.
hadisələrin təsiri ilə dəyişilmiş meşələr. Bu zaman meşəliyin tərkibi, quruluşu, məhsuldarlığı, ilkin meşələrə xas olan meşəbitmə şəraiti və digər xassələri dərindən dəyişir. T.m. ağacların təbii əvəz olunması və təsərrüfat tədbirləri nəticəsində (meşə əkini, xidməti və bərpa qırıntıları) öz ilkin vəziyyətinə bərpa olunması intensivliyindən asılı olaraq qısa müddətli, uzunmüddətli və davamlı uzunmüddətli T.m.-ə.bölünür. Qısa müddətli T.m.-də bu proses əsas meşəyaradan ağac cinsinin (edifikatorun) bir nəslinin həyat müddətində, uzunmüddətli T.m.-də 2-3 nəsil, davamlı uzunmüddətli T.m.-də isə 3 nəsildən artıq müddətdə başa çatır. Azərbaycan respublikasında ilkin palıd və fıstıq meşlərinin yerinə törəmə vələs, dəmirqara və s. meşəliklər və törəmə kolluqlar geniş sahə tutur.
mühitə, mühitin isə orqanizmlərə təsirinin birbaşa müxtəlif formaları: a) passiv təsir – pertinensiya, b) orqanizmlərin fəaliyyəti prosesində yaranan aktiv təsir-saprotrofiya və mediopatiya. Bunların əsasında biotik mühit yaranır və orqanizmlərin assosiasiyalaşmasının xüsusi formaları əmələ gəlir. TRANSFORMASİYA (lat. transformatio - dəyişmək) – Bioloji sistemdə və ya onun ətraf mühitində gedən keyfiyyət dəyişkənliyi (yeni göstəricinin yaranması). Bitki qrupunun və ya torpağın antropogen dəyişməsi. TRANSQRESSİYA – dənizin quruya «Hücumu»; Yer qabığının tektonik hərəkəti nəticəsində dənizin quru sahələri basması. Yerin tarixində reqressiya ilə əvəz olunması.
Bitkilərdə suyun buxarlanması. Bitkilərin əsas transpirasiya orqanı yarpaqlardır. T. yarpaqlarda buxarlanan suyun əsas çıxış yolu olan ağızcıqların açılıb bağlanması ilə nizamlanır. Ağızcıqlar vasitəsi ilə gedən T. ağızcıq T.-sı adlanır. T. prosesində suyun bir hissəsi (10%) katikula vasitəsi ilə xaric olunur. Bu proses katikula T.-sı adlanır. Bir saat ərzində bitkilərdən buxarlanan suyun qramla miqdarı T.
Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin PREZİDENT KİTABXANASI ────────────────────────────────────────── 468
intensivliyi, 1 q quru maddənin əmələ gəlməsinə sərf olunan suyun miq- darı isə T. əmsalı adlanır.
hesabına yaşayan bitkilər (əksər kserofitlər). TRİNİTROTOLUOL (trotil, TNT, tol, 2,4,6 - trinitrotoluol) C 2 H 5 N 3 O 5 – ağ kristal (texniki məhsulu – sarı rəngli), qeyri hiqroskopikdir, suda zəif, üzvi həlledicilərdə yaxşı həll olur. T. geniş yayılan törəmə partlayıcı maddədir, yanma dərəcəsi 3596 kkal/kq, qazşəkilli məhsulunun partlayış həcmi 730 l/kq-dır. T. mərmilərinin, minaların, raketlərin atıcı hissələrinin doldurulmasında, sənayedə partlayış işlərində istifadə olunur. TROFEKOLOGİYA, QİDALANMA EKOLOGİYASI – ekologiyanın bölməsi; biosenozda qida əlaqələrinin məcmusunu öyrənir. T.-nın fundamental konsepsiyasını ingilis ekoloqu Ç.Elton (1927) hazırlamışdır. TROFİK ZƏNCİR (QİDA ZƏNCİRİ) (yun. trophe - qida) – özündən əvvəl gələn hər bir zveno (həlqə) özündən sonrakı üçün qida kimi istifadə edilən növ və ya onun qrupları. T.z. daxilində ayrılır: otyeyən – orqanizmlə – produsentlə qidalanma – parazitlik və yırtıcılıq. TROFLUQ ƏMSALI – Ekosistemdə fotosintezin ümumi məhsulunun tənəffüsə nisbəti, yəni R:R. Ekosistemin yetişkənlik göstəricisidir, belə ki, davamlı ekosistemlərdə bu əmsal vahidə bərabərdir. TROFOLOGİYA – orqanizmlərin trofik əlaqələrini öyrənən elm. TROQLOBİONT (yun. trogle - mağara) – Yalnız mağaralarda yaşaya bilən orqanizmlər. TROQLOFİLLƏR – həm mağaralarda, həm də yer mühitində yaşamağı üstün tutan orqanizmlər (yarasalar, xərçəngkimilər və s.). T.-in əksəriyyəti hiqrofil və kölgəsevər növlərdir. T.-ə çox vaxt endogen şəraitdə (tökülən yapaqların, daşların altında, torpaqda və s.), mağaraların dərinliklərində, əksər hallarda isə mağaranın girişində rast gəlinir.
qurşaqlarda yayılmışdır. Bitki növləri zəngin və hündürboylu (60-70 m və hətta 80 m) ağacları olan həmişəyaşıl rütubətli tropik və ya əsasən, lianlar və epifitlərdən ibarət tropik yağışlı meşələrə daha çox rast Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin PREZİDENT KİTABXANASI ────────────────────────────────────────── 469
gəlinir. TROPİK ZONA – 40 °ş.e. və 40° c.e. arasında yerləşən Dünya okeanının 500-1000 m dərinliyində olan temperatur zonası. Onun sərhədi +15 ° qış izotermi sayılır. Mövsümi temperatur tərəddüdü bəzən 3-4
°-dən çox olur. TROPOFİL BİTKİLƏR (yun. trophe – dəyişmək və phyllon - yarpaq) – yarpağını tökən bitkilər. Yarpaqların tökülməsi əsasən mülayim enliklərdə bioloji tipdən (həyatilik formasından) və ilin mövsü- mündən asılı olaraq müşahidə edilir. TROPOFİTLƏR – sutkalıq ritmikasında yarpaqları günəş işığına doğru yönələn bitkilər (məs. “kopas” bitkisi”). T.-rə həmçinin ilin quraqlıq dövründə iri yarpaqlarını töküb onları xırda yarpaqlarla dəyişən bitkilər aiddir. Günəbaxan bitkisini də T.-ə aid etmək olar. TUFAN – Adətən tsiklon keçən zaman baş verən, xeyli davamlı, çox güclü, quruda çox böyük dağıntıya və dənizdə güclü dalğalanmaya səbəb olan küləyə deyilir. Çox vaxt ildırım, göy gurultusu və güclü leysanla müşayiət olunur. Yağmursuz T.-lar da çox olur. TUQAY MEŞƏLƏRİ, QALEREYA MEŞƏLƏRİ – Orta Asiya, Cənubi Qafqaz və Mərkəzi Asiyada çay sahilləri boyu bitən meşələr. Çöl və yarımsəhra (meşəsiz) əraziləri kəsib keçən bu çaylar öz sahillərində meşənin inkişafı üçün əlverişli şərait yaradır: burada qrunt suyunun səviyyəsi səthə yaxın yerləşir, torpağın nəmliyi yuksək olur, vaxtaşırı ətraf sahələri daşqın suları basır. Çay sahili boyu bitən belə meşələrə Azərbaycan və Orta Asiya xalqları tuqay meşələri adı vermişdir. Başqa meşələrdən fərqli olaraq T.m. özünəməxsus qalın, sıx kollu, sarmaşıqlı, çox vaxt keçilməz olur. Amu-Dərya və Sır-Dərya çaybasar sahələrinin T.m.-də əsas ağac turanqa (qovaq növü) hesab olunur. Ona söyüd, iydə, çaytikanı qarışır. Respublikamızda T.m-nə bir çox düzən çayları ətrafında rast gəlmək olar. Ən uzun və geniş T.m. Kür çayının payına düşür. T.m vaxtilə Kür sahillərində çaydan uzaqlaşdıqca xüsusi təbii zonallıq yaradırdı. Çayın lap subasar kənarı ilə söyüd və yulğun meşəsi yayılıb, sahildən aralandıqca üstünlük ağyarpaq qovağa (hibrid qovağa) keçir. Daha sonra isə meşəliyin tərkibində qovaq azalır, qarağac və palıd artır. Meşəliyin lap kənar hissəsində palıda saqqız ağacı qarışır, bəzən saqqız təmiz meşəlik yaradır. Hazırda Kürətrafı Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin PREZİDENT KİTABXANASI ────────────────────────────────────────── 470
sahillərinin təbii meşə landşaftı kökündən dəyişmişdir, göstərilən təbii qanunauyğun zonallığın qalıqlarına ancaq tək-tək hallarda rast gəlmək olur. Təəssüf ki, böyük iqlimnizamlayıcı, torpaqqoruyucu və sahilbərkidici, ov heyvanlarının sığınacağı və insanların istirahət guşəsi olan T.m.-nin qalıqları da sıradan çıxmaq üzrədir. Belə vəziyyət hazırda Kür qırağında az da olsa saxlanılmış T.m.-nin qorunması və yeni meşəliklərin salınmasının vacibliyini daha da artırır. Tovuz rayonu Kirzan sahəsində Kürqırağı tuqay meşəsi TULLANTI ANBARI – Tullantıların, bir qayda olaraq sənayenin bərk tullantıları və şlamlar (maye axıntılar təmizləndikdən sonra əmələ gələn quru qalıq) toplanılan və saxlanılan xüsusi qurğular, tulantının tipindən və təhlükəliyindən asılı olaraq onların ətraf mühitdən izolə etmək sistemi təyin edilir. Tullantılardan axan infiltrasiya suları daha təhlükəli sayılır, belə ki, yağış zamanı tullantılardan sızılan sulardan Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin PREZİDENT KİTABXANASI ────────────────────────────────────────── 471
tullantıda olan zəhərli maddələr yuyulub aparılır. Adətən infiltrasiya suları yığılır. Tərkibində üzvi maddələr olan tullantılardan pis iyli isti qaz çıxır, onun tərkibində əsasən metan olub partlayıcı təhlükəsinə malikdir.
əmələ gələn və bilavasitə yerində istifadə edilməyən tullantılar. Lakin T.-dan təsərrüfatın qeyri sahələri üçün real və potensial məhsul kimi istifadə etmək olar. Yararsız T. zibil sayılır. TULLANTILARIN FİZİKİ ZƏRƏRSİZLƏŞDİRİLMƏSİ – Təhlükəli və zərərli komponentləri məhv etmək məqsədilə tullantılara fiziki agentlərlə (radiasiya, işıq və s.) təsir göstərilməsi.
kimyəvi reaksiya aparmaqla tullantılardakı zərərli maddələri zərərsiz birləşmələrə çevirmək.
turş və qələvi xassələrini neytrallaşdırma prosesi. TULLANTILARIN NORMASI – müəssisənin ətraf mühitə atılacaq maye və ya qaz tullantılarının icazə verilən ümumi miqdarı. T.n. elə hesablanır ki, müəyyən regionun bütün müəssisələri tərəfindən atılan zərərli tullantıların miqdarı yol verilən konsentrasiyanı keçməsin. TULLANTILARIN SUSUZLAŞDIRILMASI – Texnoloji üsul tətbiq etməklə tullantılardan suyun ayrılması və onun yenidən istifadəsi. Tullantıların bioloji zərərsizləşdirilməsi, tullantıların zərərli komponentlərinin, çirkab sularında isə mikroorqanizmlərin və üzvi maddələrin yox edilməsi.
Xüsusi reaktorlarda 600-1000 °C temperaturda tullantıların işlənməsi.
istifadə etmək məqsədilə ayrı-ayrı təsərrüfat və sənaye kompleksindən tullantısız məhsul almağa yönəldilən texnologiya. T.t. bütün sənaye və kənd təsərrüfatı istehsalının ekoloji strategiyası hesab olunur. T.t.-nın inkişafının əsas istiqamətləri aşağıdakılardır: tullantıların utilləşdirilməsi, xammal və materiallardan kompleks istifadə edilməsi, qapalı siklli istehsalın təşkili, çirkab suların atılması, zərərli maddələrin Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin PREZİDENT KİTABXANASI ────────────────────────────────────────── 472
atmosferə buraxılması. TUNDRA EKOSİSTEMLƏRİ – Arktik iqlimin ekosistemləri, şibyə, mamır, yarpığını tökən və həmişəyaşıl kollar, dominantlıq edir. Polidominant və mozaik fitosenozlara malikdir, torpağı qleyli tundra torpağıdır. TURİST CIĞIRI – xüsusi düzəldilmiş və ya xəritə üzərində təyin olunmuş, mühafizə olunan (və ya olunmayan) ərazidə turist qrupunun (təşkil olunmuş və ya müstəqil halda) hərəkət yolu (milli parkda və ya digər yerdə). TURİSTİKA (TURİSTŞÜNASLIQ) – türizmlə əlaqədar bütün amilləri və hadisələri tədqiq edən kompleks fənn. TURİZM – asudə vaxtda səyahət, fəal istirahət növlərindən biri. T. insanın səhhətini yaxşılaşdırır, iş qabiliyyətini artırır, görüş dairəsini genişləndirir və s. Öz ölkəsi daxilində gəzintiyə daxili (milli) T., vətəndən kənarda gəzintiyə xarici T. deyilir. Səyahətin məqsədindən asılı olaraq ekskursiya T.-i, idman T.-i, şəhərdən kənar T. və s. mövcuddur. T. əsasən turist idarələri tərəfindən qabaqcadan proqramlaşdırılmış mütəşəkkil, qismən də ayrı-ayrı şəxslərin müəy- yənləşdirdiyi qeyri mütəşəkkil səyahətlərdən ibarət olur. TURŞ DUMAN – turşu əmələ gətirən, kükürd və azot oksidləri həll olmuş aerozol, xırda su damcıları. T.d. insan üçün turşulu yağışlardan da təhlükəlidir. Belə ki, o, daha çox turş reaksiyaya (pH < 2) malik olub insanın nəfəs orqanına düşərək selikli qişanı zədələyir. TURŞ TORPAQ – pH (hidrogen ionlarının qatılığı) 7.0-dən aşağı olan torpaq. Turş torpaqların münbitliyi aşağı olur. TURŞULU (TURŞ) YAĞIŞLAR – T.y.-ın əsas komponentləri azot və kükürd oksidlərinin aerozolları sayılır. Onlar atmosfer, hidrosfer və torpaq rütubətliyi ilə qarşılıqlı əlaqədə olduqda sulfat, nitrat və digər turşular əmələ gətirir. T.y.-a səbəb olan təbii mənbələrə vulkan püskürmələri, şimşək çaxması və ildırım, meşə yanğınları, biogen ifrazat, torpağın deflyasiyası və s. aiddir. Antropogen T.y.-ın mənbəyi yanacaq qazıntılarının, xüsusən daş kömürün İES-də, qazanxanalarda, metallurgiyada, neft-kimya sənayesində, nəqliyyatda və s. yandırılması prosesi sayılır. T.y.-ın digər mənbəyi kənd təmərrüfatında istifadə olunan azot gübrələri hesab olunur. T.y.-ın əsas yayıldığı vilayətlər Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin PREZİDENT KİTABXANASI ────────────────────────────────────────── 473
sənaye rayonları sayılır. (Ş.Amerika, Qərbi Avropa, Yaponiya, Koreya, Çin, Rusiyanın sənaye rayonları). Turşuluğu (PH) 5,6-dan aşağı olan yağıntıların T.y. adlandırılması qəbul edilmişdir. İndiyə qədər məlum olan ən turş yağış Kanadada (PH 2,4) və ABŞ-ın Los-Anjeles şəhərində (PH 2,3) qeydə alınmışdır. T.y. təbiətə, binalara və qurğulara böyük zərər yetirir, tarixi abidələri aşılayır, metal qurğuları karroziyaya uğradır, torpağın, suyun fiziki- kimyəvi xassəsini dəyişdirir, canlı aləmin bioloji inkişafını məhv edir. T.y. bitki örtüyünün, o cümlədən meşələrin qurumasına, su orqanizmlərinə məhvedici təsir göstərir. T.y. təsirindən Norveçin cənub hisəsində göllərin 80%-i «ölüdür». T.y.-ın ekoloji problemini həll etmək üçün azot oksidi və kükürd qazının buraxılması kəsgin azaldılmalı, yeni texnologiya tətbiq edərək yanacağa qənaət etmək, yanacaqdan kükürdü kənarlaşdırmaq, tüstü bacalarından çıxan kükürd və azot oksidini tutmaq kimi tədbirlər həyata keçirilir, bu sahədə ayrı-ayrı dövlətlərlə beynəlxalq əməkdaşlıq edilir.
faktor (pH). TUT FƏSİLƏSİ (Moraceae). Fəsiləyə 70-ə yaxın cins daxildir. Əsasən tropik və subtropik iqlimli ölkələrdə yayılmışdır. Azərbaycanda fəsilənin 4 cinsi məlumdur.
qara tut (M.nigra) və qırmızı tut (M.rubra). Əncir cinsi (Ficus). Azərbaycanda 2 növü vardır. Adi əncir (F.caria). Azərbaycanda, əsasən Abşeronda, Qobustanda və aran zonalarında becərilir. Hirkan ənciri (F.hyrcana) Lənkaran zonasında aşağı dağ qurşağında, meşələrdə tək-tək və topa halında yayılmışdır. Üçüncü dövrün relikt bitkisi sayılır.
halda Çin və Ş.Amerikada yayılmışdır. Azərbaycanda bir çox rayonların yaşıllıqlarında rast gəlinir.
yayılmışdır. Azərbaycanda Abşeron, Gəncə və Kür-Araz düzənliyi rayonlarında, parklarda rast gəlinir.
Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin PREZİDENT KİTABXANASI ────────────────────────────────────────── 474
TUTÇULUQ – ipəkçilik sahəsi; aqrobiologiya elminə daxildir. T. fənni tut bitkisinin morfologiyası, anatomiyası, sistematikası, genetikası, seleksiyası, sort tərkibi, tut bitkisinin çoxaldılması, yemlik və meyvə tut plantasiyalarının yaradılması, tut yarpaqlarının, meyvələrinin keyfiyyəti, biokimyəvi xüsusiyyəti və T.-da təcrübə işinin əsas məsələlərindən bəhs edir.
TÜKƏNƏN NÖV – Artıq neçə vaxtdır ki, təbiətdə rast gəlinməyib, ola bilər ki, ona çətin əlçatan yerlərdə və yaxud mədəni halda təsadüf olunsun.
sahəsi get-gedə azalan təbii resurslar. T.r. bərpa olunan (bitki örtüyü və heyvanat aləmi) və bərpa olunmayan (mineral resurslar) resurslara bölünür. TÜKƏNMƏKDƏ OLAN NÖV – Tam ölmək (məhv olmaq) təhlükəsində olan növ, qalan fərdləri təbii şəraitdə populyasiyanı saxlamağa qadir deyildir. Xüsusi dəqiq tədbirlər həyata keçirərək (bəzən süni artırmaq yolu ilə) mühafizəsi tələb olunur. T.o.n. ölməkdə olan növlərdən fərqli olaraq əlverişli genetik imkana malik olub yeni şəraitdə artırılması mümkündür. TÜKƏNMƏYƏN (GÜCDƏN DÜŞMƏYƏN) RESURSLAR – təbii resursların miqdarca tükənməyən hissəsi (dəniz qabarmaları, günəş şüası, atmosfer, hidrosfer, iqlim). Hava hövzəsi kükürd-oksidi, karbon qazı, azot, sənaye tozlarilə, hidrosferin isə neftlə, pestisidlərlə, ağır metallarla, detergentlərlə, sənaye və məişət tullantıları ilə güclü çirkləndikdə T.r. tükənən resurslar kateqoriyasına keçə bilər. TÜSTÜ – dispers fazanın bərk hissəciklərindən ibarət yüksək dispersiyalı aerozol. Yanma və digər kimyəvi reaksiya zamanı əmələ gəlir. Sənaye tüstüsü ətraf mühiti çirkləndirir, duman, smoq (asılqan) əmələ gətirir. T.-dən kənd təsərrüfatında, hərbi işlərdə istifadə edilir. TÜSTÜ QAZLARI – sobalarda yanacaq yanarkən əmələ gələn qazabənzər məhsullar. Tam yanmadan alınan T.q.-nın əsas tərkib hissələri azot, karbon qazı, su buxarı, kükürd qazı (kükürd 4-oksid) və oksigen; qismən yanmada isə karbon 2-oksid, hidrogen və karbohidrogenlər olur.
Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin PREZİDENT KİTABXANASI ────────────────────────────────────────── 475
Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin PREZİDENT KİTABXANASI ────────────────────────────────────────── 475
U UAYT SPİRT – ağır benzin sortu, yaxud maye karbohidrogenlərin qatışığı, 165-200 0 C-də qaynayır. Rəngsiz, parlaq maye olub benzinin xarakterik iyinə malik deyil. Y.s. az zəhərli olub iş qaydasına əməl olunduqda təhlükəsizdir. UÇQUN – dağların dik yamaclarında və ya dənizlərin sıldırımlı sahillərində süxur kütlələrinin qoparaq böyük sürətlə aşağıya düşməsi. U. aşınma prosesinin süxurları dağıtması, yerüstü və yeraltı suların qayanın altını yuması, habelə cazibə qüvvəsi və zəlzələ nəticəsində əmələ gəlir. Dağ uçqunundan başqa dağ zirvələrindən və yamaclarından qar kütləsinin sürüşüb düşməsi nəticəsində qar uçqunu və buz uçqunu da olur. Qafqazda, o cümlədən Azərbaycanın dağlarında qar uçqunu müşahidə olunur. U. bəzən dağlarda dərələri doldurur və kəndləri dağıdır.
Download 3.98 Mb. Do'stlaringiz bilan baham: |
ma'muriyatiga murojaat qiling