Ekoloji LÜĞƏt a


Download 3.98 Mb.
Pdf ko'rish
bet58/60
Sana14.02.2017
Hajmi3.98 Mb.
#384
1   ...   52   53   54   55   56   57   58   59   60

VİTRİFİKASİYA  (lat. vitrum - şüşə) – kəskin soyuq şəraitdə (-

20

°C-dən aşağı) bitki və heyvan orqanizm toxumalarının donaraq şüşə 



halına duşməsi, lakin həyatilik qabiliyyətini itirməməsi. 

VOLF  ƏDƏDİ  – Günəşin fəallığını xarakterizə edən  ədədlərdən 

biri. Günəş diskində görünən ləkələrin tutduğu ümumi sahə ilə  təqr. 

mütənasibdir və X=K(10d+f) düsturu ilə hesablanır. Burada K – 

müşahidəçinin vəziyyəti, teleskopun ölçüləri və b. səbəblərdən asılı 

əmsal, f – günəş diskindəki ləkələrin sayı, “d” isə  həmin ləkələri 

birləşdirən qrupların sayıdır.  İsveçrə astronomu R.VOLF elmə daxil 

etmişdir. 

VULKAN BOMBASI – vulkan püskürməsi vaxtı atılmış lava 

parçaları. Püskürmə məhsulunun havada soyumasından əmələ gəlir. 



VULKAN QAZLARI – vulkan püskürməsi zamanı və püskürmədən 

sonra kraterdən, vulkan yamaclarındakı çatlardan, lava axınlarından və 

piroklastik süxurlardan ayrılan qazlar. 

VULKAN TUFU – vulkan külü, vulkan qumu, lapilli və s. bərk 

püskürmə  məhsulları  yığımının sementləşməsindən  əmələ  gələn süxur. 

Tərkibinə görə bazaltlı, andezitli, dasitli, liparitli və s. olur. V.t.-dan 

inşaat materialı kimi istifadə edilir. Azərbaycanda (Kəlbəcər, Xanlar və 

s. rayonlarınlarda) yataqları məlumdur. 

VULKANİK SÜXURLAR – bax Effuziv süxurlar. 

VULKANLAR  (yun. Vulcanus) – Yer daxilindəki kanallar və 

çatlarla dərinliklərdəki maqma mənbələrindən lavanın, isti qazların və 

süxur qırıntılarının yer səthinə püskürülməsi nəticəsində  əmələ  gələn 

təbii geoloji törəmələr. V.-ın püskürmə  məhsulları qaz, maye və  bərk 

halda olur. Vulkan qazları karbon qazları, su buxarı, karbon qazı, 

hidrogen-sulfid, kükürd qazları, xlorlu birləşmələr və s.-dən ibarətdir. 

Püskürmə zamanı lavanın temperaturu 800-1200

°, orta hərəkət sürəti 1-

2 m/san, xüsusi halda 8 m/san olur. Azərbaycanda Pliosen vulkan 

kraterləri Kəlbəcər rayonunda müəyyən edilmişdir. Bu V. lipirit və 

daskit püskürmüşdür. Antropogenə aid vulkan karaterləri Kəlbəcər və 

Laçın rayonlarında qeyd edilmişdir. Bu dövrə aid vulkan püskürmələri 

məhsulu Naxçıvan və Talışın dağlıq hissələrində geniş yayılmışdır. Bəzi 


Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin 

PREZİDENT   KİTABXANASI 



────────────────────────────────────────── 

484 


 

vulkanik süxurlardan (andezit və bazaltlar) tikinti materialı kimi, şüşə və 

bazalt  ərintisi istehsalında istifadə edilir. Yer kürəsində maqmatik 

vulkanlarla bərabər palçıq vulkanları da inkişaf etmişdir. (bax. Palçıq 

vulkanları). 

 

 



Vulkanın 

kəsiyi 

a-krater; 

b-boğaz; 

c-yan 

krater 

 

 

 

 



Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin 

PREZİDENT   KİTABXANASI 



────────────────────────────────────────── 

485 


 



 

YABANI QİDA BİTKİLƏRİ  – insanın təsərrüfat  fəaliyyəti ilə 

bağlı olmayıb təbii halda yayılan (bitən) bitkilər. Respublikamızda 

4200-dən artıq çiçəkli bitki növü məlumdur. Onların çoxu qədim 

dövrlərdən bəri qida kimi böyük əhəmiyyət kəsb edir; bu bitkilərin 

bəzisi mədəni halda becərilir. Meşələrimizdə çoxlu yabanı halda meyvə 

və giləmeyvə, ağac və kol növləri bitir. Onlardan alma, armud, 

böyürtkan, qarağat, itburnu, əzgil, zoğal, alça, qoz, fındıq, sumaq, 

Qafqaz xurması, çaytikanı, şabalıd, yemişan və s. göstərmək olar. 

K.S.Əsədovun (2001) tədqiqatına görə respublikamızın meşələrində 

meyvə  və giləmeyvələrin ehtiyatı 86700 ton təşkil edir. Onlardan 

toxumlar (tumlular)-22880 t, qərzəklilər – 21870 ton, subtropik 

meyvələr – 4230 ton hesablanmışdır. 



YAD NÖVLƏR  – hər hansı qruplaşmaya aid olmayıb ora təsadüf 

düşən növlər. 



YAĞINTI – bax: atmosfer yağıntıları. 

YAĞLI BİTKİLƏR  – yağ almaq məqsədilə becərilən bitkilər. 

Buraya müxtəlif fəsilələrə  mənsub birillik və çoxillik bitkilər daxildir 

(günəbaxan, soya, yerfındığı, zeytun, şalğamturp, xardal, yağ çiçəyi, 

gənəgərçək və s.) Azərbaycanda bu məqsədlə pambıq, çaytikanı, zeytun, 

günəbaxan, qoz, badam becərilir. Fıstıq, itburnu və nar toxumlarından 

da yağ almaq üçün istifadə etmək olar. 



YAMAC  – dağın və ya təpənin  ətəkləri ilə yalı arasındakı hissəyə 

deyilir. Y. geoloji quruluşdan, süxurun tərkibindən və denudasiya 

proseslərindən asılı olaraq dik, meylli, qabarıq, batıq və pilləli formada 

olur. 


YANACAQ  – yandıqda istilik verən maddələr. Y. istiliyindən 

bilavasitə texnoloji proseslərdə  və ya başqa növ enerji formasında 

istifadə olunur. Y-ı yandırmaq üçün müxtəlif texniki qurğular (ocaq, 

soba, yanma kamerası və s.) işlədilir. Y.kimi əsas tərkib hissəsi karbon 

olan boz kömür, yanar qazlar, yanar şistlər, daş kömür, neft, torf kimi 

üzvi mənşəli faydalı qazıntılar, eləcə də ağac tullantıları işlədilir. 



– Dizel Y. – neft karbohidrogenlərinin qarışığı, 180-360

0

C-də 



Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin 

PREZİDENT   KİTABXANASI 



────────────────────────────────────────── 

485 


 

qaynayır. Dizel mühərriklərində işlədilir. 



– Qazanxana Y. – yüksək dərəcədə qaynayan karbohidrogenlərin 

qarışığı, buxar qazanlarında,sənaye sobalarında və b. yerlərdə yanacaq 

kimi işlədilir. 

– Mühərrik Y. – Daxili yanacaq mühərrikləri üçün yanacaq. 

– Raket Y. – karbohidrogenlərin maye qarışığı, əsasən neftin ağ neft 

fraksiyası; hava-reaktiv mühərriklərində işlədilir. 



 Sintetik maya Y. – bərk yanacağın (məs. qonur kömür, yanan şist 

və s.) üzvi kütləsinin termokimyəvi parçalanmasından alınan 

karbohidrogen qarışığı. 

– Nüvə Y. – nüvə reaktorlarında enerji mənbəyi kimi istifadə edilən 

materiallar. 



YANDIRMA  (otlaq, çəmən, kolluq və s.) – Sahələrin daha tez 

yaşıllaşmasına təsir etmək məqsədilə çəmən və kolluqlara od vurularaq 

yandırılması. Yandırma bitki örtüyünün və torpağın deqradasiyasına 

səbəb olur. 



YANĞIN SAHƏSİ  – bitki sahəsinin (əsasən meşəliyin) yanğına 

məruz qalmış hissəsi. Y.s.-də çox vaxt ilkin meşə bitki örtüyü törəmə 

tozağacı, qovaq, söyüdlə  və ya kolluqlarla əvəz olunur. Qrunt suyu 

dayazda yerləşən Y.s-də meşə sahəsinin məhv olması  nəticəsində 

transpirasiya azaldığından müvəqqəti bataqlaşma müşahidə olunur. 

YARARSIZ SÜXURLAR – tərkibində bitkilərin və torpaq 

orqanizmlərinin normal inkişafına toksiki təsir göstərən maddələrlə 

(suda həll olunan duzların, sulfidlərin oksidləşmə  məhsulları) zəngin 

olan dağ və ya çöküntü süxurları. 



YARARSIZ TORPAQLAR-BEDLENDLƏR  – quru iqlim, çətin 

keçilən, çox parçalanmış və torpaq örtüyü tamamilə yuyulmuş yararsız 

relyef sahələri. Ən çox səhra və yarımsəhra zonasındakı su keçirməyən 

gilli süxurların leysan yağışları ilə yuyulmasından  əmələ  gəlir. 

Azərbaycanda Bozdağ silsiləsində, Qobustanda və s.-də Y.t. var. Y.t. 

respublikamızda yaylaqlarda və meşə zonasında da insanların 

təsərrüfatsız fəaliyyəti nəticəsində əmələ gəlir. 

YARĞAN  – nisbətən hündür-düzənlik sahələrdə, xüsusən yumşaq 

çöküntülərdən (məs: lös) ibarət olan yerlərdə müvəqqəti və ya kiçik 

axarı olan suların fəaliyyəti ilə ovulmuş, dik yamaclı çüxura deyilir. Y-


Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin 

PREZİDENT   KİTABXANASI 



────────────────────────────────────────── 

486 


 

ın baş  tərəfində eroziya daha şiddətli gedir. Meşənin olmaması  və 

yamacların  şumlanması Y-ın genişlənməsinə  səbəb olur. Yaylaq 

zonasında intensiv mal-qara otarılması ilə  əlaqədar bitki və torpaq 

örtüyünün pozulması yarğanların inkişafına şərait yaradır. Y-lar əsasən 

kənd təsərrüfatına böyük zərər verir, əkin sahələrini parçalayır, yararsız 

hala salır. Y-larla mübarizə etmək üçün onun yamaclarında və ona 

bitişik sahələrdə  ağac və kollar əkilir. Genişlənməsi dayanmış, 

yamacları yastı və dibi hamarlanmış Y. quru Y. və ya qobu adlanır. 

 

Qəbələ rayonunun subalp zonasında yarğan eroziyası 

 

YARĞAN VƏ QOBUQORUYUCU MEŞƏ ZOLAQLARI – qobu 

və yarğanlar boyu eroziyanın inkişafını dayandırmaq məqsədilə salınan 

meşəliklər. Bu zolaqlar torpağı  bərkidir, onun yuyulmasının qarşısını 

alır, səthi axını torpaqaltı axına keçirir, mikroiqlimi yaxşılaşdırır, 

torpaqdan səmərəli istifadə olunmasına şərait yaradır. Əkin üçün həmin 

regiona davamlı  ağac və kollardan istifadə edilir. Yarğanın yanındakı 

cərgələrdə kökdən pöhrə verən ağac və kollardan istifadə olunması 

məsələhət görülür (gilənar, göyəm, çaytikanı, gərməşov, qovaq, 

akasiya), kollar əsasən kənar cərgələrdə əkilir. 


Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin 

PREZİDENT   KİTABXANASI 



────────────────────────────────────────── 

487 


 

YARIMADA  – üç tərəfdən su ilə  əhatələnən, bir tərəfdən isə 

materik və ya adaya birləşən quru hissəsi. Y-ların əksəriyyəti birləşdiyi 

qurunun davamını  təşkil edir. Belə Y-lar materiklə ümumi geoloji 

quruluşu və  səth xüsusiyyətinə görə yaxın olur. (məs., Avropada 

Balkan, Asiyada Hind-Çin, Şimali Amerikada Alyaska, Afrikada 

Somali, Azərbaycanda Abşeron Y.-ları). Y. həmçinin müstəqil quru 

parçasının və ya adanın sonradan materikə birləşməsindən də əmələ gələ 

bilir (məs., Avropada Krım, Asiyada Hindistan və Kamçatka, 

Azərbaycanda Sarı Y.-ları). Dünyada ən iri Y. Ərəbistan Y.-sıdır. 

YARIMKOLCUQ – alçaqboylu kolcuq, hər il yerüstü zoğların çox 

hissəsi məhv olur, yalnız ağaclaşmış kökümsov tumurcuqlar qalır (bəzi 

yovşan növləri, kəvər, kəkotu, dəvəayağı və s.). 

YARIMKOLLAR  – zoğunun yuxarı (otşəkilli) hissəsi vegetasiya 

dövrünün axırında quruyub məhv olan, aşağı (odunlaşmış) hissəsində 

mühafizə olunan tumurcuqlar hesabına yerüstü hissəsi hər il təzələnən 

çoxillik bitkilər, hündürlüyü adətən 1 m-dək, bəzən 150-200 sm olur. Y-

a yovşan, gəvən, şorangələr və s. daxildir. 

YARIMPARAZİT – qarışıq qidalanan bitki-avtotrof (normal inkişaf 

etmiş yarpaqların köməyi ilə) və hetorotrof (sorucular vastəsilə sahib 

bitkidən qida maddələrini çəkir). Məs. öksəotu, pərinc və s.). 

YARIMSƏHRA  – yerin əsas landşaft tiplərindən biridir. Y. 

mülayim və subtropik qurşaqlarda çöl landşaftı ilə savanna landşaftı 

arasında keçid zolaqları  təşkil edir. Y.-nın başlıca cəhəti bütöv bitki 

örtüyü olmaması və ayrı-ayrı bitki olan sahələrin çılpaqlaşmış torpaqlar 

ilə ayrılması, habelə buxarlanmanın yağıntıdan xeyli üstünlüyü (3-6 

dəfə) və çay şəbəkəsinin çox seyrək olmasıdır. Azərbaycanda Y. 

landşaftı geniş yer tutur. (Kür-Araz ovalığının çox hissəsi, Samur-

Dəvəçi ovalığının çoxu, Arazboyu düzənliklər, Qobustan, Abşeron 

yarımadası və s.). 

Y.-lardan  əsasən təbii otlaq kimi istifadə olunur, əkinçilik yalnız 

suvarma şəraitində aparılır. 

YARIMSƏRTQANADLILAR, TAXTABİTİLƏR  (Hemiptera) – 

həşərat dəstəsi. Yer kürəsinin hər yerində yayılmış 25-30 min, 

Azərbaycanda 900 növü məlumdur.  Əksər növləri bitginin generativ 

hissəsi ilə, bir qismi xırda onurğasızlar və yosunlarla, bəziləri balıq 



Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin 

PREZİDENT   KİTABXANASI 



────────────────────────────────────────── 

488 


 

körpələri və kürü ilə qidalanırlar. Müəyyən qismi kənd təsərrüfatı 

bitkilərinin zərərvericiləri olan mənənələri, gənəlri, böcək sürfələrini, 

kəpənəklərin yumurta və  tırtıllarını  tələf edir, digəri insan və ev 

quşlarının qanını soraraq parazit həyat sürür. bəzi növləri insan və 

bitkilərlə  xəstəlik keçirirlər. Azərbaycanda Y-dan ziyankar bağacıq və 

mavr bağacığı, yonca, çəmən, çuğundur, bostan və armud taxtabitiləri 

və s. geniş yayılmışdır; meşə və kənd təsərrüfatı bitkilərinə zərər vurur. 

Mübarizə tədbirləri kimyəvi, bioloji üsulla aparılır.  

YAROVİZASİYA  – 1) birillik bitkilərin fərdi inkişaf 

mərhələlərindən biri; 2) kənd təsərrüfatı bitkiləri toxumlarının səpini 

qabağı  işləmə üsulu. 1930 ildə T.D.Lısenko təklif etmişdir. Y. zamanı 

toxumlar isladılır və lazımi vaxta qədər müəyyən edilmiş temperaturrda 

saxlanılır: bu dənli, bitkilərin məhsuldarlığının artırılmasına imkan 

yaradır. 



YARPAĞIN UDMA QABİLİYYƏTİ  – yarpağın səthində  əmələ 

gələn mayelərdən mineral maddələrin udulması xassəsi. 



YARPAĞINI TÖKƏN MEŞƏ  –  əlverişsiz vegetasiya dövrlərində 

yarpağını tökən ağaclardan ibarət meşəlik (tropik vilayətlərdə quru, 

tropik vilayətlərdən kənarda isə soyuq dövrdə). 

YARPAQ  – ali bitkilərdə fotosintez transpirasiya funksiyalarını 

həyata keçirən, eləcə də ətraf mühitlə qaz mübadiləsi və bitkilərin həyatı 

üçün zəruri olan digər prosesləri təmin edən orqan. 

Müxtəlif bitki Y.-larından yeyinti sənayesində,  ədviyyat və  dərman 

alınmasında, kənd təsərrüfatı heyvanları  və ipəkqurdlarının 

yemlənməsində, efir yağları, aşı maddələri, qaba lif alınmasında və s.-də 

istifadə edilir. 

YARPAQ BİRƏLƏRİ, PSİLLİDLƏR 

(Psylloidea) – 

bərabərqanadlı xortumlular dəstəsindən həşərat yarımdəstəsi. 1500-dək 

növü məlumdur. Bir çox Y.b. sürətlə çoxaldığından kənd təsərrüfatı 

bitkilərinə böyük zərər vurur. Ən təhlükəlisi alma (Psylla mali) və 

armud (P.Pyri) balıcası, kələm Y.b., soğan Y.b.-dir. Əsasən, sürfələri 

zərərlidir; bitkilərin  şirəsini sorduğundan yarpaq və zoğlar quruyur, 

qönçələr, çiçəklər, saplaqlar tökülür, bitki zəif böyüyür. Mübarizə 

tədbirləri aqrotexniki və kimyəvi üsullardır. 



YARPAQ DİAQNOSTİKASI  – yarpaqlarda kimyəvi analiz 

Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin 

PREZİDENT   KİTABXANASI 



────────────────────────────────────────── 

489 


 

aparmaq yolu ilə bitkinin qida elementlərinə 

tələbatını 

müəyyənləşdirmək. 



YARPAQ SƏTHİNİN  İNDEKSİ  – biosenozda yarpaqların sahəsi 

ilə (bir tərəfinin) torpaq sahəsinin nisbəti.  İynəyarpaqlı meşədə indeks 

28, çəməndə 30, çöldə 2,5 təşkil edir (Greyger, 1964). Fotosintezin 

məhsuldarlığını tapmaq üçün vegetasiyanın hər gününün indeksləri 

cəmlənir, bu cəm fotosintetik potensial adlanır (m

2

/ha). 



YARPAQBÜKƏNLƏR  (Toriricidae) – kəpənəklər fəsiləsi. Yer 

kürəsinin hər yerində yayılmış 5000 növü məlumdur. Tırtılları yarpaq 

üzərində yaşayır və ipək saplarla onu borucuq və ya yumaqcıq şəklində 

bükür; bitkilərin çiçək, meyvə, toxum, zoğ  və qabığını yeyərək orada 

yollar açır. İldə 5 nəsil verir. 

YARPAQLI MEŞƏLƏR  – yarpağı iynə deyil, enli yarpaq 

plastinkaları  şəklində olan ağaclardan təşkil olunmuş meşələr. Bura 

fıstıq, palıd, göyrüş, vələs, cökə, qarağac, ağcaqayın, dəmirağac, qovaq, 

tozağacı və s. ağac cinsləri daxildir. Y.m. Avropada, Qafqazda, Şimali 

Amerikada, Aralıq dənizi ölkələrində  və s. yerlərdə yayılmışdır. 

Respublikamızın meşələrinin 98%-dən çoxu Y.m.-dir. 



YARPAQSIZ BİTKİLƏR  – məhdud (cüzi) miqdarda rütubətli 

şəraitə uyğunlaşan bitkilər (saksaul, kaktuslar). Bu bitkilərdə 

buxarlandırıcı  səthlər, adətən yarpaqlardan məhrum olur. Y.b.-də 

fotosintez yaşıl gövdələrdə gedir. 



YARPAQYEYƏNLƏR, yarpaqgəmirənlər  – böcəklər fəsiləsi. 

Bədənin uzunluğu 1,7 sm-dəkdir. Sürfələri uzunsov və yoğundur. 

Açıqlıqda, bəzən torpaqda və ya bitki toxumalarında yaşayır. 40 minə 

yaxın, Azərbaycanda 360-dan artıq növü məlumdur. Böcəklər və 

sürfələr, əsasən, yarpaqlarla qidalanır. Y.-in çoxu tarla, tərəvəz, meyvə 

və meşə bitkilərinə zərər vurur. 



YARUS – biosenoz və aqrosenozda həm assimlyasiya edən (yarpaq 

və budaqları), həm də adsorbsiya edən və ehtiyat toplayan (kökləri, 

kökümsovu, kök yumrusu, soğanağı) hissələrinin yerləşdiyi qat 

(mərtəbə).  Əsas qat (mərtəbə)  əsas yarus, alt qatlar isə ikinci, üçüncü 

yarus adlanır. Yaruslarda çətirlər və biohorizontlar ayrıla bilər. Ot 

örtüyü, kol və  ağac Y.-rı ayrılır. Yarus termini meşəçilikdə daha çox 

işlənir. 


Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin 

PREZİDENT   KİTABXANASI 



────────────────────────────────────────── 

490 


 

YARUSLUQ – biosenoz və aqrosenozun müxtəlif örtmə dərəcəsi və 

hündürlüyü olan, assimlyasiyada, həmçinin maddələrin və enerjinin 

toplanmasında müxtəlif dərəcədə  iştirak edən qatlara, yaruslara, 

çətirlərə, biohorizontlara və s. ayrılması. 



YASAQLIQ  – təbiətin  ən qədim mühafizə olunan forması. 

Qoruqdan fərqli olaraq yasaqlıq hansı  təşkilatın  ərazisində yerləşirsə 

həmin təşkilata baxır, məs. fermer, meşə  təsərrüfatı  və  s.  Y.  daimi  və 

müvəqqəti (10 ilə  qədər) ola bilər.  Əgər qoruqlarda mütləq qoruma 

rejimi tətbiq olunursa, Y-da istirahət evləri, turist bazaları tikilə bilər. 

Lakin hər bir istirahət edən və ya turist özünün Y.-da olduğunu bilməli 

və onu əhatə edən təbiətlə ehtiyatla davranmalıdır. Y.-da ov etmək, 

balıq tutmaq, yer şumlamaq, meşə  qırmaq, mal-qara otarmaq, meyvə, 

giləmeyvə, göbələk yığmaq ya qismən icazə verilə bilər, yaxud da 

tamamilə qadağan olunur. Y.-da bütün təbii kompleks deyil, onun ayrı-

ayrı komponentləri (bitki örtüyü, heyvan, quş  və balıq növləri, nadir 

mağaralar, qeyri adi hidroloji rejimi ilə  fərqlənən göllər, turizm və 

istirahət  əhəmiyyətli mənzərəli yerlər, faydalı qazıntı, həmçinin tarixi-

xatirə əhəmiyyəti olan ərazilər və s.) mühafizə edilir. 

Azərbaycan Respublikasında 17 Y. (Abşeron, Ağgöl, Qızılca, 

Daşaltı, Bəndovan, Bərdə, Qarayazı-Ağstafa, Qubadlı, Qusar, Zuvand, 

İsmayıllı, Korçay, Kilə, Laçın, Ordubad, Şəmkir, Şəki, Kiçik Qızılağac) 

var. 


YAŞAMA BACARIĞI  – canlıların (fərd, populyasiya, növ, 

biosenoz)  ətraf mühitin mənfi təsirlərindən qorunub özünü saxlama 

bacarığı. 

YAŞAMA MÜDDƏTİ  – mütləq yaşamaq müddəti – fərdin 

doğulduğu vaxtdan ölənə qədər yaşamaq müddəti. 

– növün yaşamaq müddəti – mühitin daha əlverişli  şəraitində  hər 

hansı bir növün fərdlərinin orta maksimal yaşı (yəni fərdin yalnız 

genetik xüsusiyyəti ilə limitləşdirilən). 

– orta yaşama müddəti – statistik hesablama ilə fərdin orta yaşı təyin 

olunur (ölən fərdlərin yaşlarının cəminin onların sayına nisbətindən 

alınan qismət). 



YAŞAMA POTENSİALI – növün əlverişsiz  şəraitə qarşı 

müqavimət göstərmək dərəcəsi. Növün biotik potensialı ilə müəyyən 



Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin 

PREZİDENT   KİTABXANASI 



────────────────────────────────────────── 

491 


 

olunur. 


YAŞAMA YERİ  – növün fərdlərini yerləşib nəsil verə bildiyi yer. 

İnsan üçün Y.y. müxtəlif yaşayış məskənlərində (kənd, qəsəbə, şəhər və 

s.) mənzil-məişət nəzərdə tutulur. 

YAŞAMA YERİNİN QORUNMASI – canlı orqanizmin yaşadığı 

yeri olduğu kimi saxlamaq üzrə görülən xüsusi tədbirlər. 



YAŞAYIŞ (HƏYAT) UĞRUNDA MÜBARİZƏ – Darvin Y.u.m.-

ni 3 tipə ayırır: 1) növdaxili mübirzə: 2) növarası mübarizə: 3) canlılarla 

cansız təbiət amilləri arasındakı mübarizə: Növdaxili mübarizə eyni 

növə  mənsub fərdlərin bir-biri ilə qida, yer və s. amillər uğrunda 

apardıqları mübarizədir. Təbii nemətlərdən daha fəallıqla istifadə edən, 

özünü düşməndən daha yaxşı qoruyan fərdlərin qalıb  yaşaması  və 

nəsilvermə ehtimalı da artıq olur. Fərdlər arasında gedən bu rəqabətdə 

nisbətən zəiflik göstərən fərdlər ac qalır, get-gedə  sıxışdırılır və lazımi 

dərəcədə nəsil vermə imkanı qazana bilmir. Növarası mübarizə müxtəlif 

növlərə aid fərdlər arasında gedən mübarizədir. Otyeyən heyvanlar 

bitkilərlə, yırtıcı heyvanlar otyeyən heyvanlarla, xırda yırtıcılarla, yırtıcı 

quşlar dənyeyən quşlarla və s. ilə qidalanır. Növarası mübarizədə bir 

növ həyat tərzi ona yaxın olan digər növü sıxışdıra bilir. 

Canlılarla cansız təbiət amilləri arasındakı mübarizə abiotik amillərin 

orqanizmə  təciri ilə  əlaqədar meydana çıxır. Məs. səhraya düşmüş 

toxum quraqlığa davam gətirirsə yaşayır, davam gətirmirsə  məhv olur. 

H.u.m-nin bütün formaları bir tərəfdən bəzi növlərin sıradan çıxmasına, 

digər tərəfdən isə növlərin saflaşmasına, zəiflərdən, xəstələrdən 

təmizlənməsinə və canlı təbiətdə ümumi ahəngdarlıq yaranmasına səbəb 

olur. 


YAŞIL GÜBRƏ  – kaliumla zəngin olan bitki kütləsinin xüsusi 

olaraq yetişdirilməsi və torpağa basdırılması. Bu məqsədlə  əsasən 

havadakı azotu kimyəvi birləşmələrə çevirmək qabiliyyətinə malik olan 

paxlalı bitkilərdən istifadə olunur. 



YAŞIL PATRUL (KEŞİKÇİ)  – məktəbli, tələbə, fəhlə  gənclərin 

ictimai təbiəti mühafizə  işində  iştirakı. Məktəbdə, gənc texnik 

stansiyalarında, məktəb meşəçiliklərində, ali məktəblərdə və digər tədris 

məktəblərində, təbiəti mühafizə  cəmiyyətinin ilk təşkilatlarında təşkil 

olunur. 


Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin 

PREZİDENT   KİTABXANASI 



────────────────────────────────────────── 

492 


 

YAŞIL SİYAHI – populyasiyanın sayı optimum səviyyəyə  qədər 

bərpa olunduğu üçün Qırmızı kitabdan çıxarılan bitki və heyvan 

növlərinin siyahısı. 


Download 3.98 Mb.

Do'stlaringiz bilan baham:
1   ...   52   53   54   55   56   57   58   59   60




Ma'lumotlar bazasi mualliflik huquqi bilan himoyalangan ©fayllar.org 2024
ma'muriyatiga murojaat qiling