Ekoloji LÜĞƏt a
Download 3.98 Mb. Pdf ko'rish
|
YAŞIL ZONA – Şəhər və yaşayış məntəqələri ətrafında olan təbii və süni meşələr, meşə-parklar. Yaşayış məntəqələri ətrafında havanı sağlamlaşdırır, küləkdən, tozdan, tüstüdən, qazdan mühafizə edir, bəzi əlverişsiz təbii iqlim amillərini mülayimləşdirir və əhalinin istirahət yeri hesab olunur. Azərbaycan Nazirlər Sovetinin qərarı ilə (28 yanvar 1983- cü il, 4 №-li qərar) respublikamızın dağlıq rayonlarında şəhərlərin, digər yaşayış məntəqələrinin və sənaye müəssisələrinin ətrafında 38,6 min hektar (o cümlədən meşə-park hissəsi 8,3 min ha, meşə-təsərrüfatı hissəsi 30,3 min ha), düzən rayonlarda isə 8,5 min ha hektar (o cümlədən meşə-park hissəsi 6,9 min ha, meşə-təssərüfatı hissəsi 1,6 min ha) təbii və süni meşələr, meşə-parklar yaşıl zona kimi ayrılmışdır.
planetdə ekoloji situasiyanı yaxşılaşdırmaqdır. Qərbi Avropa (Avstriya, Böyük Britaniya, Almaniya, Danimarka, İtaliya, İspaniya, Portuqaliya və s. ölkələr), ABŞ, Yaponiyada mövcuddur. Müxtəlif ölkələrin «Y»-in birləşdirən Beynəlxalq təşkilat – «QRİNPİS» (1971-ci ildə təşkil olunub) daha böyük nüfuza malikdir. «Y»-ın platforması ətraf mühitin çirklənməsini azaltmaq tələbi, təkrar resurslardan və enerjinin qeyri ənənəvi mənbələrindən geniş istifadə etməkdir. «Y» istehlak yanaşmasının əleyhinə çıxış edir, ekoloji təhsil problemlərilə məşğul olur.
YAŞILLAŞDIRMA, YAŞAYIŞ YERLƏRİNİN YAŞILLAŞDIRILMASI – 1) yaşayış məntəqələrində yaşıllıqların salınması və ondan istifadə edilməsi üçün görülən kompleks işlər; 2) yaşayış məntəqələrinin yaşıl əkin sistemi. Yaşıl əkinlər küləyin sürətini aşağı salmaq, havadakı toz və b. zərərli qarışıqları təmizləmək,səs-küyü azaltmaqla mikroiqlimi, sanitar-gigiyena şəraitini və yaşayış məntəqələrinin təbii mənzərəsini yaxşılaşdırır. Azərbaycan Respublikasının iri şəhərlərində, sənaye mərkəzlərində, kurort zonalarında park, bulvar, xiyaban, bağ və geniş yaşıl massivləri salınmışdır. 1920-ci ildə Bakıda cəmi 20 ha (adambaşına 0,2 ha yaşıllıq sahəsi olduğu halda, 1979-cu il yanvarın 1-ə olan məlumata görə 8000 Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin PREZİDENT KİTABXANASI ────────────────────────────────────────── 493
ha-dan (adambaşına 19,3 m 2 ) çoxdur. Abşeronda (Bakı ilə birlikdə) ümumi sahəsi 10000 ha-dan çox olan 36 meşə-park zonası, zoopark, 68 bağ, 14 bulvar, 167 bağça var (noyabr. 1980).
İllər Keçən dövr Salınmış yaşıl sahələr (ha)
Adam başına (il) illər üzrə orta hesabla 1 ildə
düşən (m 2 ) 1880-1920 40 20,2 0,5 0,6 1921-1940 20 241,0 12,5 3,43 1941-1945 5 0,0 0,0 3,07
1946-1970 24 2719 113,0 6,5 1971-1975 4,5 2520 560,0 17,2
1976-1980 5,0 4100 820,0 20,0
obyektlərində yaşıllıqların salınması, qorunması üzrə planlı tədbirlər sistemi. Müasir Y.q. biologiya, aqronomiya, meşəçilik, ekologiya, tibb və arxitekturanın nailiyyətlərinə əsaslanaraq xalq təsərrüfatının mühüm sahəsi hesab olunur.
olan uyğunlaşmalarından biri kimi passiv həyata keçməsi. YAYLA – Dəniz səthindən 500 m-dən hündürdə yerləşən, səthi hamar və ya azacıq parçalanmış düzənliklər. Bəzən Y-da ayrı-ayrı dağlar və dağ silsilələri yerləşir ki, belə Y. dağlıq Y. adlanır. Məs: Tibet.
Maldarlıq meydana gəldikdən sonra Y-dan geniş istifadə olunur. Azərbaycanda Y-ın əksəriyyəti dəniz səviyyəsindən 3000 m-ə qədər yüksəklikdədir. Böyük və Kiçik Qafqaz dağlarındakı alp və subalp çəmənlikləri qoyunçuluğun qədim Y-ı sayılır. Azərbaycanda təqribən 6 minlik tarixi olan Y-dan indi də geniş istifadə olunur. YAZLIQ BİTKİLƏR – yazda səpilmiş və payız bitkilərindən fərqli Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin PREZİDENT KİTABXANASI ────────────────────────────────────────── 493
olaraq səpilən ili məhsul verən birillik kənd təsərrüfatı bitkiləri. Dənli, paxlalı, texniki bitkilərin bəzisi, tərəvəz, bostan və yem bitkilərinin bir çoxu Y.b.-ə aiddir. YELPİKBIĞLI BÖCƏKLƏR (Rhipiphoridae) – həşəratlar fəsiləsi. 100-dən çox növü məlumdur. Azərbaycanda 6 növü var. Geniş yayılmışdır. Cinsindən asılı olaraq Y.b. ailə ilə yaşayan itarıları sürfəsində, tək yaşayan arıların və tarakanların bədənində parazitlik edir. YELPİKQANADLILAR (Strepsiptera) – həşəratlar dəstəsi. Böcəklərə oxşayır. Y. arıların, taxtabitilərin və cırcıramaların daxili parazitidir. 170-dən çox növü var.
heyvanlarının yemləndirilməsi üçün becərilən birillik, ikiillik və çoxillik bitkilər, siloslu və dənli Y.b. aiddir. Azərbaycan respublikasında birillik və çoxillik yem otları, şalğam, yemlik, yerkökü, yem çuğunduru, turneps, kartof (yemlik sortları), yerarmudu, yemlik qarpız və qabaq, qarğıdalı, günəbaxan, yem kələmi və s. becərilir. Yaşıl yem üçün dənli- paxlalı (noxud, soya, mərci) və dənli yemlər (çovdar, vələmir, arpa, darı) bitkilər, dənli yemlər almaq üçün çölnoxudu, at paxlası, noxud, vələmir, arpa, qarğıdalı, darı, kalış və s. bitkilərdən istifadə olunur.
edənin çəkisinin artımına nisbəti (onların kimyəvi tərkibindən asılı olmayaraq). Y.ə. sənaye heyvanlarının inkişafı üçün yem resurslarının effektivliyini göstərir. YEM NORMASI – Heyvanların sağlam saxlanmasını və yüksək məhsuldarlığını təmin etmək üçün zəruri qidalı maddələrin miqdarı. Yemləmə məhsuldarlıqdan (südlük, ətlik, yunluq, yumurtalıq), məhsulun tərkibindən (südün yağlılığı) fizioloji vəziyyətdən (böyümə, dölün inkişafı və s.) asılı olaraq normaya salınır. Müasir Y.n.-na heyvanların qidalı maddələrə, yem vahidi ilə ifadə edilən və kalsiuma, fosfora, proteinə, karotinə olan ümumi tələbatı daxildir. Heyvanın hər növünə vitamin və mikroelementlərin, donuzlar və quşlar üçün aminturşuların sərf olunma norması hazırlanmışdır. Y.n. daimi deyil. Yem rasionu Y.n. əsasında düzəldilir. YEM RASİONU – heyvanların qidalı maddələrə tələbatına görə yem norması. Yemlərin qidalılığı və tərkibi əsasında hazırlanan sutkalıq Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin PREZİDENT KİTABXANASI ────────────────────────────────────────── 494
yem.
YEM VAHİDİ – yemin ölçü vahidi və ümumi qidalılığının müqayisəsi. Bir Y.v. kimi 1 kq quru vələmirin orta qidalılığı vahid qəbul edilmişdir. Qaramalda piylənməyə görə təyin edilmiş bir Y.v.-nin qidalılığı 150 q yağa və ya 1414 kal-yə bərabərdir. Kənd təsərrüfatı heyvanları üçün yem norması Y.v. əsasında hesablanır.
yem qoymaq (tutmaq və ya müşahidə aparmaq üçün). YEMİN MƏHSULDAR TƏSİRİ ƏMSALI – istifadə edilən qidanın miqdarının istifadə edənin artımına nisbəti (hər iki göstərici quru çəki ilə ifadə olunur).
və kütləsinə görə beşinci planeti: Y. quru planetləri (Merkuri, Venera və Mars) arasında ən böyüyüdür. Y-in Günəş sistemindəki başqa planetlərdən fərqi, onda həyatın mövcudluğu və insanın meydana gəlməsidir. Y. Günəşdən 1496.10 4 km məsafədədir. Kütləsi Günəşinkindən 330000 dəfə kiçikdir. Günəşin cazibəsi nəticəsində onun ətrafında elleptik orbit boyunca dolanır. YER ATMOSFER SİSTEMİNİN İSTİLİK BALANSI – Yerin istilik balansı xarici mənbələrdən Yerin bütövlüklə (atmosferlə birlikdə) aldığı və atmosfer vasitəsilə kosmik fəzaya verdiyi istiliyin cəbri cəmi. Uzun zamandır ki, Y.a.s.i.b. sıfıra bərabərdir, yəni Yer planet kimi istilik tarazlığındadır. Lakin son vaxtlar atmosferin qlobal çirklənməsi nəticəsində müşahidə edilən parnik effekti Yerin istilik balansının dəyişməsi ehtimalı haqda xəbərdarlıq edir. Əgər atmosferin karbon qazı, kükürd, azot, sənaye tozları və s. ilə çirklənməsinə qarşı təcili tədbirlər görülərsə Y.a.s.i.b.-nın antrpogen pozulmasının qarşısı alınmış olar.
hidrosferlə, altdan seysmik məlumatlarla müəyyənləşdirilmiş daha sıx ultraəsasi substratla (Moxoriviçiç səthi ilə) hüdudlanır. Y.q. materiklərdə və okeanların altında müxtəlifdir. Materik Y.q.-nın qalınlığı adətən 35-45 km, dağlıq ərazilərdə 75 km-ə qədərdir. Okean Y.q.-nın qalınlığı 5-10 km-dir (su qatı ilə birlikdə 9-12 km). YER QURULUŞU – torpağın tam və səmərəli istifadəsini təşkil etmək, əkinçilik mədəniyyətini yüksəltmək üçün şərait yaratmaq və Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin PREZİDENT KİTABXANASI ────────────────────────────────────────── 495
torpağın mühafizəsi ilə əlaqədar dövlət orqanları qərarlarının yerinə yetirilməsindən ibarət dövlət tədbirləri sistemi. Y.q. torpaqdan düzgün istifadə olunmasına nəzarət edir. Y.q. iki əsas növə – təsərrüfatlararası və təsərrüfat daxili Y.q.-na ayrılır. Təsərrüfatlararası Y.q. torpaqdan düzgün istifadə olunmasına nəzarət edir: rayonun planlaşdırılması sxemi əsasında istifadə ediləcək torpaq sərhədinin dəqiqləşdirilməsi və dəyişdirilməsi; kənd təsərrüfatında yeni torpaqların aşkara çıxarılması və istifadəsi; torpaq sahələrinin ayrılması; şəhər, qəsəbə və əhali yaşayan perspektiv kənd sərhədlərinin müəyyən edilməsi və s. ilə əlaqədar tətbiq edilir. Təsərrüfatdaxili Y.q.-na kənd təsərrüfatı əkinlərinin və növbəli əkinin təşkili, bağ və üzümlük, otlaq və biçənək sahələrinin təşkili daxildir.
dəniz kənarı ərazidə insan fəaliyyəti nəticəsində baş verərək ətraf mühitin pozulmasına səbəb olur. Y.s.a.ç.-nin əsas səbəbləri: faydalı qazıntıların çıxarılması, torpağın drenajı və meliorasiyası, müxtəlif tikililərin və mühəndis qurğularının şaquli istiqamətdə təzyiqi, müxtəlif məqsədlər üçün yeraltı suların çıxarılması, neft və təbii qazın istehsalı və s.
oradan çıxan istilik axınının cəbri cəmi. Bu düsturla ifadə olunur:
R+P+LE+V=0 Burada: R – yer səthinin radiasiya balansı: P – yer səthi ilə atmosfer arasında turbulent istilik axını: LE – buxarlamaya sərf olunan istilik: V – yer səthindən torpağa və ya suya daxil olan və geri qayıdan istilik axını. Y.s.i.b.-nın məlumatları iqlim dəyişməsi, coğrafi zonallıq, orqanizmlərin termik rejiminin öyrənilməsində böyük rol oynayır. YERALTI SULAR – Yer qabığının üst hissələrindəki süxur qatlarında (12-16 km dərinliyədək) maye, sülb və ya buxar halında olan sular; su saxlayan süxur xüsusiyyətindən asılı olaraq məsamə, çat və karet sularına bölünür. Y.s. təzyiqsiz qrunt suları və təzyiqli artezian sularına ayrılır. Y.s.-n tərkibi 60-dan çox kimyəvi elementlə (ən çox Cl, S, C, Si, N, O, H, K, Na, Mg Ca, Fe, Al və s.) doymuş olur. Y.s. Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin PREZİDENT KİTABXANASI ────────────────────────────────────────── 496
minerallaşma dərəcəsindən asılı olaraq şirin (1q/l-dək). şortəhər (1.0- dən 10q/l-dək), şor (10-dan 50 q/l-dək), duzlu (50 q/l-dən çox) sulara bölünür. Temperaturuna görə soyumuş (0 °C-dən aşağı), çox soyuq (0- dən 4C-dək) soyuq (4-dən 20 °C-dək), ilıq (2-dən 37°C-dək), isti (37-dən 50 °C-dək), çox isti (50-dən 100°C-dək) və qaynar (100°S-dən yuxarı) olur. Tərkibindəki qazlar əsasən karbonlu, hidrogen-sulfidli, azotlu, kükürdlü, metanlı və qarışıq sulara ayrılır. Y.s.-ı-içməli sular, sənaye suları, mineral sular və termal sulara ayırırlar.
xüsusilə energetika, neft-kimya və kimyəvi komplekslərinin fəaliyyəti, həmçinin neftin çıxarılması zamanı çirkləndirici maddələrin yeraltı sulara daxil olması. Kənd təsərrüfatı da çirklənmə mənbəyi ola bilər: tarlalardan gübrələrin yuyulması, maldarlığın çirkab axıntıları. YERALTI TROPOSFER – torpaq və torpaqaltı hava torpağın bərk hissəcikləri tərəfindən udulan, onların məsamələri arasında yerləşən, torpaq və torpaqaltı sularda həll olan hava. Y.t. yer səthindən 1,5 km dərinliyə qədər yayılmışdır. YERİN QÜTBLƏRİ – Yerin gündəlik fırlanmasında şimalda və cənubda «hərəkətsiz”» qalan iki nöqtəsidir, bu nöqtələrdə Yerin xəyali oxu yer səthi ilə kəsişir.
Yer üçün, habelə ayrılıqda bütün atmosfer və bütün yer üçün olan istilik balansı.
qabığı ilə yerin nüvəsi arasındakı təbəqə. Y.m.-nın aşağı sərhədi təxminən 2900 km dərinlikdə yerləşir. Y.m. qalınlığı 2 min km-ə yaxındır, əsasən maqnezium və dəmir zəngin ağır metalardan ibarətdir. 500 km dərinlikdə temperaturu 1500 0 . 2900 km dərinlikdə təzyiq 1,35 milyon kq/sm 2 -ə bərabərdir. YERİN NÜVƏSİ – Yerin mərkəzi, daha dərin geosferi. Y.n.-nin temperaturu 5000 °-yə, sıxlığı 12,5 t/m 3 -a yaxındır. Onun üst hissəsinin maye, daxili hissəsinin isə bərk olduğu ehtimal edilir. YERLİ FLORA – nisbətən kiçik quru sahəsinin və ya akvatoriyanın florası: (hər hansı bir dağın, gölün, inzibati rayonun, vilayətin, fiziki- Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin PREZİDENT KİTABXANASI ────────────────────────────────────────── 497
coğrafi bölmənin, qoruğun, yaşayış yerinin və s.-nin florası). YERLİ İQLİM – müəyyən bir sahənin (mühitin) iqliminin kiçik məsafədə (1 km və az) ona qonşu sahələrdən bir və ya bir neçə elementi ilə seçilməsi. Mezoiqlim anlayışına yaxındır.
həmin ərazinin havası üçün səciyyəvi olan külək. Y.k.-lərə xəzri, gilavar misal ola bilər.
bölməsi. Yer qabığının tərkibi, strukturu və inkişafının ümumi qanunauyğunluqlarını öyrənir. Çox vaxt Y. fiziki coğrafiyanın sinonimi kimi istifadə edilir, bəzən isə Yeri bir planet kimi öyrənən bütün fənnlərin məcmusunun qısaldılmış adı kimi ifadə olunur.
vəziyyətinə çatan landşaft. YETİŞMİŞ EKOSİSTEM – bax klimaks ekosistem. YIRTICI QUŞLAR – (Falconiformes) – quşlar dəstəsi. Bədəninin uzunluğu 16,5 sm-dən (cırtdan qızılquşlar) 112 sm-dək (kərkəslər) olur. Azərbaycan Respublikasında 36 növü yayılmışdır. Y.q. zəif və ya xəstə heyvanları qırmaqla populyasiyanı sağlamlaşdırır. Bəzi növləri ovçuluq təsərrüfatına zərər verir.
dəstəsi. Bədəninin uzunluğu 13 sm-dən (gəlincik) 3 m-dək (ayılar), çəkisi 30 q-dan 700 kq-dəkdir. Y.-əsasən ətyeyən, az qismi bitki və hər şey yeyən heyvanlardır. Azərbaycan Respublikasında18 növü məlumdur. Y-ın bir qismi xeyirli (xəz və dərisinə görə) heyvanlardır. Bir çoxu zərərli gəmiriciləri məhv edir; az qismi (məs. canavar) heyvandarlığa zərər verir.
antropogen təzyiq nəticəsində canlının istənilən sistematik vahidinin başdan-başa yox olması (nəsil saxlamadan); kütləvi çoxalmanın əks hadisəsidir; nəsli kəsilmək təhlükəsi olan növlər Qırmızı kitaba daxil edilib dövlət tərəfindən mühafizə olunur.
küvetin yuyulub dağılması. Buna qarşı profilaktik tədbirlər üç üsulla Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin PREZİDENT KİTABXANASI ────────────────────────────────────────── 498
yerinə yetirilir: su axan yerlərin davamlılığını artırmaq üçün çim qatı yaradılır, beton su ötürücülər, şəlalələr və s. düzəldilir. Səthi su axınının sürətini azaltmaqdan ötrü yollar az meyllik istiqamətində layihələşdirilməlidir.
mühitdə zərərli maddələrin (agentlərin) maksimum miqdarı, praktiki olaraq canlı orqanizmlərə, o cümlədən insana mənfi təsir göstərmir.
– S.m.YVK-dan yüksək olduqda, su bir və ya bir neçə növ üçün yaramır. – Atmosferdə qarışıqların YVK – Atmosferdə qarışıqların YVK insan üçün ziyanlı təsir göstərmir. – Yol verilən tullantı – elmi-texniki normativ, yer səthi qatda çirkləndirici maddələr (mənbədən) əhali, bitki və heyvanat aləmi üçün zərər yetirmir. İŞÇİ ZONASINDA HAVADA ZƏRƏRLİ MADDƏLƏRİN YOL VERİLƏN KONSENTRASİYASI Say №-si Zərərli maddələrin adı YVK, mq/m 3 1. Qazşəkilli karbohidrogenlər 300 2. Yanacaq benzin (karbon hesabı ilə) 100 3. Ağneft fraksiyası (karbon hesabı ilə) 300 4. Benzol
5
50
6. Ksilol
50 7. Qaz kondenatı 300 8. Metal spirti
5 9. Etanolamin
0,5
10. Etilenqlikol
0,2 11. Amonium
20 12. Etilen
300 13. Karbon oksidi
20 Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin PREZİDENT KİTABXANASI ────────────────────────────────────────── 499
14. Qaz
hisi (qurumu) 3,5 15. Etil spirti 1000
16. Kəsgin (yeyici) qələvilər (məhlul) NaOH hesabı ilə 0,5 17. Azot oksidləri (NO 2 hesabı ilə) 5 18. Toz
2 19. Xlor
1 20. Sulfat turşusu, kükürd anhidridi 1 21. Metal civə 0,01 -
0,005 22. Kalsiumlaşdırılmış soda 2 23. Dördxlorlu karbon 20
24. Hidrogen-sulfid (karbohidrogenlərlə qarışıq) 3 25. Dixloretan 10
YOL VERİLƏN REKREASİYA YÜKÜ – vahid rekreasiya sahəsində (adətən meşə) müəyyən vaxt ərzində əhalinin kütləvi istirahəti üçün ətraf mühitə nisbətən zərərsiz istifadə edilən təbii kompleksdə istirahətçilərin yol verilən sayı. Y.v.r.y. ekoloq-mütəxəssislər tərəfindən mürəkkəb hesablamalar əsasında müəyyənləşdirilir.
yollarını qardan, qum və tozlardan, yuyulmadan qorumaq üçün, həmçinin dekorativ məqsədlə zolaq şəklində meşəliklər salınır. Bu meşələr həm də sanitar-sağlamlaşdırıcı funksiyası daşıyır. Dəmir yolları boyu meşə zolaqları kənar yoldan 15-20 m aralı yerləşdirilir. Meşəlik bir və ya çoxzolaqlı ola bilər. Bir zolağın eni 10- 25 m, 2-7 cərgəli götürülür. Avtomobil yolları boyu meşə zolaqları yoldan 15-50 m kənarda yerləşdirilib, eni 4-20 m, adətən 2-4 cərgəli olur. Y.m.z. uzunömürlü, küləyə, qara və qaza davamlı ağac cinslərindən salınır.
Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin PREZİDENT KİTABXANASI ────────────────────────────────────────── 500
Lənkəran-Astara şose yolu kənarı meşə zolağı YOLUXMA ƏMSALI – hər hansı populyasiyanın ümumi miqdarının (sayının) zərərvericilərin kritik sayına (miqdarına) nisbəti. Y.ə. yoluxma dərəcəsini müəyyənləşdirməyə və zərərvericilərə qarşı effektiv mübarizə metodları seçməyə imkan verir. YOLUXUCU XƏSTƏLİKLƏR – bax infeksion xəstəliklər. YOSUNLAR – (Algae) – ibtidai bitki qrupu. Çiçək və toxumu Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin PREZİDENT KİTABXANASI ────────────────────────────────────────── 501
olmayan su bitkiləridir. Tərkibində xlorofil və b. piqmentlər var; avtotrof orqanizmlərdir. 10 tipi, 30 minə qədər növü var. Ehtimala görə quru bitkiləri yaşıl Y-dan əmələ gəlmişlər. Əksəriyyəti birhüceyrəlidir. İri Y. vegetativ yolla, bir çox Y. isə spor və qamet əmələ gətirməklə çoxalır. Y.-ın əksəriyyəti suyun səthindən başlayaraq 20-40 m-dək, tək- tək növləri (qırmızı və qonur Y.) şəffaf sularda 200 m dərinlikdə yaşayır. Bəzi yosun növləri torpağın üst qatında və ya səthində, ağac qabığında, qaya və hasarlarda inkişaf edir. Göbələk və bəzi heyvanlarla simbioz yaşayan Y.da var (şibyələr). Yer üzərində il ərzində əmələ gələn üzvi maddənin 80% qədəri Y. və b. su bitkilərinin payına düşür. Beləliklə, Y. bilavasitə və ya dolayı yolla su heyvanlarının qidasını təşkil edir. Y-dan selikvarı aqar-aqar maddəsi, tərkibində mikroelement olan yem unu, yod və s. alınır. Download 3.98 Mb. Do'stlaringiz bilan baham: |
ma'muriyatiga murojaat qiling