Ekoloji LÜĞƏt a
FİLLOBİONT (Phyllon - yarpaq)
Download 3.98 Mb. Pdf ko'rish
|
FİLLOBİONT (Phyllon - yarpaq) – ağac və koların yarpaqlarında, Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin PREZİDENT KİTABXANASI ────────────────────────────────────────── 184
çətirlərində yaşayan orqanizmlər. FİLLOFAQLAR – Yarpaqla qidalanan heyvanlar (bir çox həşəratlar, onların sürfələri, qurdlar və s.). FİLOGENEZ – (yun. phulon –nəsil, genez-mənşə) bitki və heyvanların tarixi inkişaf prosesi. FİLLOKLADİLƏR – bitkilərdə yarpaq funksiyasını daşıyan şəklini dəyişmiş zoğlar. F., əsasən, quraq yerlərdə yayılmış müxtəlif fəsilədən olan bitkilərdə təsadüf edilir (məs., tikanlı bizotunun, bir çox kaktusların, danaya kolunun zoğları). FİLTRATORLAR – xüsusi süzücü ağız apparatının köməyi ilə sudan aldığı kiçik plankton orqanizmlər və asılı hissəciklərlə (detrit) qidalanan su heyvanları. F-ra bir çox malyusklar, xənçəngkimilər, yastıbağırsaqlar, balıqlar və s. aiddir. Onlardan bəzilərinin (məs., midi) çirklənmiş suyun təmizlənməsində rolu böyükdür.
yaşayan bitki orqanizmlərinin məcmusu. F.-un tərkibi (əsasən yosunlar) suyun axarından, duzluluğundan, temperaturundan və s. faktorlardan asılıdır. FİTOBİ (fito və yun. bios - həyat) – xırda heyvanların yaşıl bitkilərin üzərində yaşadığı yer. F. ekosistemdə müxtəlif biohorizontda yerləşə bilər: yarpaqlarda (fillobi), çiçəklərdə (antobi), mamırlarda (bropi) və s. Termini V.A.Doqel (1924) təklif etmişdir. FİTOBİOLOGİYA – bitki biologiyasını (anatomiya, morfologiya, sistematika, coğrafi yayılması, ekologiyası və s.) öyrənən kompleks botanika elmi.
yaşayan orqanizmlər. FİTOCOĞRAFİ VİLAYƏT – coğrafi mənşəyi, inkişafı, yayılması birliyi nöqteyi nəzərincə iri floristik bölmə. FİTOCOĞRAFİYA – Bax: bitki coğrafiyası. FİTOEDAFON –torpaqda yaşayan bitki orqanizmlərinin məcmusu (birhüceyrəli yosunlar, bakteriyalar, göbələklər). FİTOFAQLAR – Bitkilərlə qidalanan heyvanlar. Bura əsasən daxildir: dırnaqlılar, gəmiricilər, çoxlu cücülər, o cümlədən karpofaqlar (meyvəni yeyir), ksilofaqlar (oduncağı) rizofaqlar (kök sistemini, kö-
Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin PREZİDENT KİTABXANASI ────────────────────────────────────────── 185
kümsovu, soğanağı), mikofaqlar (məs. gənələrin sürfələrini, göbələklərin qiflərini yeyir). Bitki ilə qidalanan onurğalıların çoxu (məs. gəmiricilər, dənyeyən quşlar) heyvan mənşəli qidaları, onurğasızları da yeyirlər.
saprofit həyat tərzi keçirən göbələklərin böyük bir qrupu. FİTOFİLLƏR – 1) əsasən bitkilər üzərində yaşayan bitki və heyvan orqanizmləri. Bitkilər həmin orqanizmlər üçün həm də qorunmaq, ovlama və qida vəzifəsi daşıyır. 2) Adətən bitki üzərində kürü tökən (çox vaxt zəif axın olan yerlərdə) balıqlar (çəki balığı, sazan, çapaq balığı, qırmızı üzgəcli balıq).
prosesləri öyrənən elm. FİTOGEN ORQANİZM – bitki mənşəli orqanizm. FİTOGEN SUKSESSİYA – ekosistemin təbii biogen suksessiya formalarından biri; bitki örtüyünün dəyişməsi digər səbəblərdən baş verir (məs., insanın yad bitki növlərini gətirməsilə).
öyrənir. FİTOKLİMAT (fitoiqlim) – Bitkilər arasında (ot örtüyündə, ağac çətirlərində) yaranan meteoroloji şərait. Bitki örtüyünün növündən, yaşından, sıxlığından asılı olaraq işıqlanma dərəcəsi, küləyin gücü, torpağın, havanın temperaturu və nəmliyi dəyişir. Açıq sahədə bu göstərilən iqlim elementləri kəskin dəyişir. F. bitki örtüyünün iqlimdəyişmə xüsusiyyətini, kənd təsərrüfatı bitkilərinin bitmə şəraitinə və tarlada onları yetişdirmə texnologiyasına əsaslandırmağa qiymət vermək üçün öyrənilir. FİTOKÜTLƏ – Bitkilərin canlı üzvi maddələrinin ümumi miqdarı; quru, yaxud su ərazisi fitosenozunun yerüstü və yeraltı sferasında toplanır. F.-ni əmələ gətirən yerüstü sferaya birillik (yarpaqlar, assimilyasiyaedici zoğlar, çiçəklər, meyvələr və s.) və çoxillik orqanlar (ağacların gövdə və budaqları, yarımkol və sarmaşıqların oduncaqlaşmış zoğları); yeraltı sferaya kök, kökümsov, kökyumrusu, soğanaq daxildir. Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin PREZİDENT KİTABXANASI ────────────────────────────────────────── 186
F.-nin formalaşmasında ibtidai bitkilərin tallomu və rizoidlər də iştirak edirlər.
və ekologiyasını öyrənən kompleks elm. FİTOMELİORASİYA – Bitki qruplaşmalarının istifadəsini nizama salmaq, həmçinin meşə zolaqlarının, ot səpinlərinin yaradılması və s. yolu ilə təbii şəraitin yaxşılaşdırılması üzrə tədbirlər sisteminin keçirilməsi. F.-nı aşağıdakı sahələrə ayrılır: humanitar F. (insanın fiziki və mənəvi vəziyyəti üçün mühitin sağlamlaşdırılması), təbiəti qorumaqla (biosenozları saxlamaq və yaxşılaşdırmaq), bioməhsuldar (məhsulun kəmiyyətini artırmaq) və mühəndis (yol və hidrotexniki) qurğuların istismar şəraitinin yaxşılaşdırılması. FİTOMÜHİT (fitosenotik mühit) FİTONOMİYA – botanikanın bölməsi: bitkinin mənşəyi və inkişafını öyrənir. FİTONSİDLƏR – Bitkilərin əmələ gətirdiyi, bakteriyaların, mikroskopik göbələklərin, ibtidailərin böyüməsini və inkişafını saxlayan bioloji aktiv maddələr. Bu maddələr antibiotik xassəsi daşıyıb havadakı bir çox zərərli və xəstəlik törədən mikrobları, virusları məhv edir, bununla da havanı saflaşdırır. Aydın olmuşdur ki, təbiətdə fitonsid hadisəsi geniş yayılmışdır. Bakteriyalardan tutmuş ali bitkilərə qədər bütün bitki aləmi fitonsid xassəsinə malikdir. Çay, dəniz və göllərin suyunda da fitonsidli bitkilərə rast gəlinir. Ağaclar daha çox fitonsid xassələri daşıyır. Müəyyən edilmişdir ki, şam, ardıc, qovaq, cökə, tozağacı meşələri xəstəlik törədən virusları, mikrobları aloye, sarımsaq, soğan və istiotdan da tez məhv edir. Fitonsid buraxan 40-a qədər ağac və kol növü müəyyən edilmişdir. Hər bir bitki fitonsidinin özünəməxsus təsiredici xassəsi vardır. Şam ağacının F-i vərəm xəstəliklərinin sağal- masına kömək edir. Ağ şamın F-i difteriya mikroblarını qırır, qovağın və palıdın fitonsidləri isə qanlı ishal çöplərini məhv edir. Ardıc ağacının F-i difteriya, göyöskürək, qarınyatalağı çöplərinə və milçəklərə öldürücü təsir göstərir. Ağcaqayın, qovaq, tozağacı, sərv F.-i 20-25, şam, ardıc və dəfnə 15, qoz 18, vələs və saqqız 7-8, palıd və qaraçöhrənin F-i isə 5-6 dəqiqə ərzində bakteriyaları məhv etməyə qabildir. F. bitkilərdə təbii immunitet amillərindən biridir. Antimikrob Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin PREZİDENT KİTABXANASI ────────────────────────────────────────── 187
xassələrinə görə F. – tibbdə, baytarlıqda, bitkilərin mühafizəsində istifadə olunur. Tibbdə soğan, sarımsaq, qatıqotu və tərkibində F. olan başqa bitkilərdən alınmış preparatlar irinli yaraların, trofik xoraların və s. xəstəliklərin müalicəsində istifadə edilir. Tərkibində F. olan bir sıra bitkilər mədə-bağırsaq traktının, ürək fəaliyyətinin hərəkəti və sekretor fəallığını stimullaşdırır. Yeyinti sənayesində ərzaqları uzun müddət xarab olmaqdan qorumaq üçün də fitonsidlərdən istifadə olunur. «Fitonsidli” kağızlara» bükülmüş alma, armud, limon, naringi və s. meyvələr 1,5-2,5 dəfə az xəstəliyə tutulur. Bitkilərin fitonsid xassələri konserv istehsalında da kara gəlir. Bu məqsədlə soğan, sarımsaq, şüyüd, dağ keşnişi, razyana, xardal, darçın, dəfnə yarpağı, kərəviz, çuğundur, pomidor, qatıqotu kökü və s. istifadə olunur. Onlar konservləri sterilizasiya edərək mikroblardan zərərsizləşdirir. Müəyyən edilmişdir ki, bitkilərin yalnız uçucu xassəsi maddələri deyil, onların gövdəsinin, meyvə və giləmeyvələrinin şirələri də güclü antimikrob, yəni fitonsid xassələrinə malikdir. Aydın olmuşdur ki, tünd rəngli meyvə və giləmeyvələrin şirələri daha çox antimikrob xassəsi daşıyır. FİTONSİD REAKSİYASI – ali bitkilərin fitonsidlərin köməyilə mikroorqanizmlərə təsiri. FİTOPLANKTON – su qatının günəş enerjisi olan hissəsində (dünya okeanında orta hesabla 200 m dərinliyə qədər) yayılan planktonun bitki hissəsi (evfotik zona). F. su hövzələrində üzvi maddələrin əsas ilk produsenti olub onun hesabına su heterotrof orqanizmləri mövcuddur. F.-nun biokütləsinin cəmi zooplanktonun biokütləsinə nisbətən kiçikdir (uyğun olaraq 1.5 və 21.5 mlrd. t), lakin tez parçalandığından Dünya okeanında onun məhsulu 550 mlrd. t təşkil edir (okeanın bütün heyvanat məhsullarından təxminən 10 dəfə artıq). FİTOPOTOLOGİYA – Bitki xəstəlikləri, onların profilaktikası və ləğv edilməsi üsullarını öyrənən elm. Ümumi və xüsusi hissəyə böülünür. Ümumi F. xəstəlik törədiciləri, onların başvermə səbəbini və şəraitini, inkişaf və yayılma qanunauyğunluqlarını, xəstə orqanizmdə anatomik, fizioloji dəyişkənlikləri, bitki immuniteti və karantini məsələlərini öyrənir. F.-ya kənd təsərrüfatı F.-sı, ağac və kolların Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin PREZİDENT KİTABXANASI ────────────────────────────────────────── 188
xəstəliklərini öyrənən meşə F.sı, dekorativ bitkilərin F.-sı aiddir. FİTOPSAMMON – su hövzələrinin qruntunda və ya qumlu sahilində yaşayan bitkilərin məcmusu (əsasən yosunlar, bakteriyalar). FİTOSENOGENEZ – bitki qruplaşmalarının fomalaşması və inkişafı prosesi. Termini V.B.Soçava (1974) təklif etmişdir. FİTOSENOLOGİYA – Fitosenozlar (bitki qruplaşmaları) haqda təlim: geobotanika və biosenologiyanın bölməsi. FİTOSENOTİK MÜHİT, fitomühit – orqanizmlərin birgə təsiri, onların edasferinin inteqrasiyası ilə yaranan fitosenozun daxili mühiti. F.m.-in elementlərinə intensivliyi və tərkibi ilə dəyişkən olan işıq və istilik rejimi, bununla əlaqədar dəyişən havanın rütubətliyi və tərkibi (fitonsidlərin mövcudluğu, CO 2 -in çox olması), torpaq, onun humusu və digər üzvi birləşmələri daxildir. FİTOSENOTİK OPTİMUM – bax: Növün optimumu. FİTOSENOTİK PROSES – ətraf mühitdən günəş enerjisinin və qida maddələrinin bitkilər tərəfindən bitki kütləsinə (biokütlə) çevrilməsi.
landşaftların keçmiş (qədim) suksessiya mərhələlərindən indiki dövrə qalmış növlər və ya qruplaşmalar. F.r., sindinamikanı öyrənən informativ əlamətlərdir. Adətən F.r.-in tutduğu ərazi kiçik olur. FİTOSENOZ, bitki qruplaşması – Nisbətən oxşar sahədə bir- birilə, heyvan və ətraf mühitlə mürəkkəb qarşılıqlı əlaqədə olan bitki orqanizmlərinin məcmusu. Bitki növlərinin müxtəlif qruplarının F.-dakı rolu eyni deyildir; buna baxmayaraq F.-u yaradan bitkilər öz həyat fəaliyyəti prosesində mühiti dəyişir. Onlar özləri üçün zəruri olan ehtiyatlardan (işıq, su və s.) istifadə edir, mübadilə məhsullarını ətraf mühitə buraxır, əsas fitoiqlimin formalaşmasına kömək edir. F. biosenoz və biogeosenozun (ekosistemin) bir hissəsidir. Heç bir F. daimi deyil, gec və ya tez başqa F. ilə əvəz olunur.
qruplaşmalardan fərqləndirən keyfiyyət. F.b.ə.-nin səviyyəsi müxtəlif bitki tiplərində müxtəlif olub yüksək (çətirləri birləşmiş-sıx meşəlik) və aşağı (səhra) olur. F.b.ə. bir növün fərdləri arasında ola bilər. F.b.ə.-ni ayırırlar: antoqonizm, rəqiblik, birtərəfli mühit yaratmaq (amenealizm),
Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin PREZİDENT KİTABXANASI ────────────────────────────────────────── 189
birbaşa fizioloji (parazitizm, yarımparazitlik), mexaniki (bitkilərin bir- birinə təzyiqi və s.) allelopatiya.
ekzogen (bəzi bitki növlərinin yanında qumun toplanması) və antropogen dəyişilməsilə əlaqədar qruplaşmalarda iki və daha çox parselin bərabər paylanması nəticəsində müxtəlif tərkibliyin yaranması: bəzən dövrü dəyişilmələrlə əlaqədar olur (məs. qum qruplaşmalarında). Hər parsel tipi bəzi torpaq xüsusiyyəti daşıya bilər. FİTOSENOZUN STABİLLİYİ, biosenozun davamlılığı – Biosenozu prosenozlardan fərqləndirən xüsusiyyətlər olub yaxşı inkişaf edən mürəkkəb struktura malikdir (çox miqdarda biohorizontlar var). Klimaks biosenozlar daha davamlı olur (məs. fıstıq, palıd meşə ekosistemləri, alp, subalp çəmənləri).
üfiqi və şaquli hissələrə bölünməsi (qat, yarus). FİTOSENOZUN ŞAQULİ STRUKTURU (quruluşu) – F.ş.s.-nun əsas elementi yarus sayılır. Bir qayda olaraq müxtəlif yaruslar müxtəlif həyatilik formalarından təşkil olunur. Aşağıdakı yaruslar mövcuddur: ağac yarusu, kol yarusu, ot və ya ot-kolcuq yarusu, mamır-şibyə yarusu. Yarusdan kənar bitkilər də vardır, məs. sarmaşıqlar, epifitlər və s.
əsasən növ tərkibinin bu və ya digər dərəcədə qısa qeydə alınması. FİTOSFER (fitogeosfer) – Mühit şəraiti əsasən yaşıl bitkilərlə mü- əyyən edilən – Yer səthindən 150 m hündürlükdə hava qatı, torpaq və torpaqaltı qat.
üsulu. Orqanizmə təsiri qoxu orqanları vasitəsilə və neyrohumoral yollardır. Ürək-damar, hipertoniya, ateroskleroz, sinir sisteminin müxtəlif funksional xəstəliklərində təyin edilir. FİTOTOKSİNLƏR – bitkiyə toksik təsir göstərən və onun metabolizmini poza bilən təbii və ya süni mənşəli maddələr. FOTOTROFLAR – Fotosintezedən orqanizmlər (avtotroflar) – fototrof bakteriyalar, yosunlar və ali bitkilər. FİTOZOOFAQLAR – həm bitki, həm də heyvan yemi ilə qidalanan heyvanlar. Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin PREZİDENT KİTABXANASI ────────────────────────────────────────── 190
FİZİKİ AMİL (yun. physis - təbiət) – bu amilin mənbəyi ətraf mühitin fiziki vəziyyəti və ya hadisəsi hesab olunur (dalğa, mexaniki və s.).
hissələri haqqında elm. Əsasən, yerşünaslıq və landşaftşünaslıq hissələrinə bölünür. Bundan əlavə F.c.-ya paleocoğrafiya da aid edilir. F.c. elmləri qrupuna təbii mühitin ayrı-ayrı komponentlərini öyrənən elmlər – geomorfologiya, iqlimşünaslıq, hidrologiya, okeanologiya, qlyasiologiya, geokriologiya, torpaq coğrafiyası, biocoğrafiya daxildir. F.c.-nın əsas vəzifələri Yerin qatları arasındakı enerji və kütlə mübadiləsini, həmin qatların struktur dəyişkənliyini, rütubət dövranını, bioloji məhsuldarlığını, təbii-ərazi komplekslərini və onlardan səmərəli istifadə yollarını və s. öyrənməkdən ibarətdir. FİZİKİ COĞRAFİ QURŞAQLAR, TƏBİİ QURŞAQLAR – fiziki-coğrafi rayonlaşdırmanın yüksək taksonomik vahidləri; coğrafi qabığın ən iri bölgüsü. İstilik balansına görə bu və ya digər dərəcədə bir- birinə yaxın olan bir neçə coğrafi zonadan təşkil olunur. V.V.Dokuçayevin «Təbii tarixin zonaları»” anlayışına uyğun gəlir. Aşağıdakı fiziki-coğrafi qurşaqlar ayrılır: arktik, subarktik, mülayim, subtropik, tropik, ekvator. Ekvator qurşağı istisna olmaqla bütün qurşaqlar Şimal və Cənub yarımkürələrdə simmetrik olaraq təkrar olunur. – Antarktika qurşağı – Yerin ən cənub coğrafi qurşağı olub Antarktidanı, ona yaxın adalar və akvatoriyaları cəmləşdirir. A.q.-nın sərhədi ən isti ayın 5 °C izotermindən keçir. Sərt iqlimi, uzun qütb gecəsi, quruda buz səhralarının üstünlüyü ilə səciyyələnir. A.q-da həyat olduqca kasatdır, yalnız buzdan azad olan sahələrdə (arktika oazislərində) bəzən mamır, şibyə və yosunlara təsadüf olunur. – Arktika qurşağı – Yerin ən şimal coğrafi qurşağı olub Arktikanın geniş hissəsini tutur. Sərhədi ən isti ayın 5 °C izotermindən keçir. Uzun qütb gecəsi, okean səthindən aşağı temperaturla səciyyələnir. Quruda buz və daş arktika səhraları, bəzən arktiki mamırlı-kollu tundra üstünlük təşkil edir. – Subarktik qurşaq, subarktika – Şimal yarımkürəsinin qurşağı. İqlimi soyuq, illik yağmurun miqdarı 310-500 mm. Çoxillik donuşluq Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin PREZİDENT KİTABXANASI ────────────────────────────────────────── 191
səciyyəvidir. Vegetasiya dövrü 1,5-2 aydır. Okean suları oksigenlə zəngin olub az duzluluğa malikdir; dəniz məməliləri və digər heyvanat aləminin zənginliyi planktonun bolluğuna şərait yaradır. S.q. daxilində tundra yarımzonası və meşə-tundra zonası ayrılır. Qurunun landşaftları xarici təsirə, xüsusilə antropogen təzyiqə az davamlı olması ilə əlaqədar onlara qayğı ilə yanaşılmalıdır. – Subantraktik qurşaq, subantraktika – cənub yarımkürənin coğrafi qurşağı olub Atlant, Sakit və Hind okeanlarının 58-60 ° və 65- 67 ° cənub enliyində yerləşən akvatoriyaları və çox olmayan adaları əhatə edir. Rütubətli soyuq okean iqlimi, güclü küləklər və dumanlı havalarilə səciyyələnir. Vegetasiya dövrü 1,5-2 aydır. Biokimyəvi proseslər zəif gedir. okean suları plankton və balıqla zəngindir. Kitəbənzər heyvanlara da rast gəlinir. Adalar okean çəmənlərilə səciyyələnir. – Mülayim qurşaqlar – Yerin coğrafi qurşaqları olub şimal yarımkürədə subtropik və subarktik (40-65 ° .e.d.), cənub yarımkürədə isə subtropik və subantarktik (42-58 ° c.e.d.) qurşaqları arasında yerləşir. Termik rejimin aydın mövsümlüyü, uzunmüddətli qarlı qışı, bununla əlaqədar qurunun çox yerində vegetasiya dövrünün qısa olmasilə səciyyələnir. M.q.-rın landşaftları (adətən şimal yarımkürədə) olduqca müxtəlifdir (okean çəmənləri, meşə, meşə-çöl, çöl, yarımsəhra, səhra). Dağlarda yüksəklik qurşaqları inkişaf etmişdir. Dünya okeanı üçün illik temperaturun, duzluluğun dəyişməsi (digər qurşaqlara nisbətən) və üzvi həyatın zənginliyi xarakterikdir. M.q.-ın geniş əraziləri əkinçilik altında istifadə edilmişdir. – Subtropik qurşaqlar, subtropiklər – Yerin şimal və cənub yarımkürələrinin təbii qurşaqları; 30-40 ş.e.d. və c.e.d. arasında tropik və mülayim qurşaqlar arasında yerləşir. Yarımilliklərdə mülayim (qışda) və tropik (yayda) termik rejimlə səciyyələnir. Bəzən qışda şaxtalar olur. S.q. daxilində okeanların suyu nisbətən yüksək temperatur və duzluluğa malikdir. Populyasiyanın miqdarı az olsa da növ müxtəlifliyi boldur. Quruda aşağıdakı təbii zonalarla səciyyələnir: həmişəyaşıl sübtropik meşə və kolluqları, qarışıq musson subtropik meşələri, meşə-çöl, subtropik yarımsəhralar və subtropik səhralar: – Tropik qurşaqlar – şimal və cənub yarımkürələrində 20 ° və 30° ş.
Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin PREZİDENT KİTABXANASI ────────────────────────────────────────── 192
və c.e.d. arasında yerləşən Yerin coğrafi qurşaqları. Havanın temperaturu daim yüksəkdir. Passat sirkulyasiyası yağıntının az (illik 200-mm-ə qədər) və iqlimin isti olmasını təyin edir. Quruda yarımsəhra və səhralar üstünlük təşkil edir, rütubətli tropik meşələr və savannalar da mövcuddur. Dünya okeanının suyu yüksək temperatur (20 °C-ə qədər) və aşağı duzluluğu, oksigenlə az zəngin, okean həyatı nisbətən kasat olmasilə səciyyələnir. – Ekvator qurşağı – Yerin coğrafi qurşağı, ekvator boyu hər iki tərəfdən 8 ° ş.e.-dən 11° c.e. arasında yerləşir. Burada temperatur daim yüksək (ortaaylıq 24-27 °C), yağıntı bol (adətən illik yağıntı 1500-3000 mm, bəzi yerdə 10000 mm-ə qədər), olub il ərzində bərabər paylanır, rütubətlənmə həddən artıqdır. Biogeokimyəvi proseslər kifayət qədər intensiv gedir. Flora və faunanın olduqca zənginliyi və müxtəlifliyi ilə seçilir. Ekvator meşə landşaftı üstünlük təşkil edir. Dünya okeanının səth suları yüksək temperatura, aşağı duzluluğa malik olub planktonla zəngindir. FİZİKİ-COĞRAFİ ƏYALƏT – fiziki-coğrafi rayonlaşdırma vahidi; bir fiziki-coğrafi vilayətin bir hissəsi; relyefin morfostrukturu, iqlim, dağlarda isə yüksəklik qurşaqlığın xarakterinə görə ayrılır.
təbii hadisələrin ardıcıl dəyişməsi; maddələr, enerji və informasiya mübadiləsi vasitəsilə müşayiət olunur və landşaftın bu və ya digər vəziyyətinin xarakteristikasının dəyişilməsinə səbəb olur. F.c.p.-rə geomorfoloji, hidroloji, iqlim, bioloji və landşaft prosesləri aiddir. F.c.p.-in öyrənilməsi landşaftın dəyişilməsinin mexanizmini və faktorları aşkar etmək üçün zəmin yaradır.
Download 3.98 Mb. Do'stlaringiz bilan baham: |
ma'muriyatiga murojaat qiling