Ekoloji LÜĞƏt a


ƏTRAF MÜHİT  ŞƏRAİTİNİN  İNDİQATORU,  İNDİQATOR


Download 3.98 Mb.
Pdf ko'rish
bet20/60
Sana14.02.2017
Hajmi3.98 Mb.
#384
1   ...   16   17   18   19   20   21   22   23   ...   60

ƏTRAF MÜHİT  ŞƏRAİTİNİN  İNDİQATORU,  İNDİQATOR 

ORQANİZM  –  ətraf mühit keyfiyyətini səciyyələndirən orqanizm və 

ya orqanizm qrupu. 

 ƏTRAF MÜHİTDƏ 

ZƏRƏRLİ MADDƏLƏRİN 

MİQDARININ GİGİYENİK NORMALAŞDIRILMASI – ətraf 

mühitin müxtəlif obyektlərində zərərli maddələrin insan üçün zərərsizlik 

dərəcəsinin əsaslandırılması. Ətraf mühitdə zərərli maddələrin gigiyenik 

mümkün konsentrasiya həddi kriteriya kimi istifadə olunur. 



ƏTRAF MÜHİTƏ NƏZARƏT – ətraf mühitin ekoloji, tibbi-bioloji 

və sosial-psixoloji mühüm komponentlərinin vəziyyəti və  dəyişməsinə 

planlı müşahidə (ekoloji monitorinq prinsiplərindən istifadə etmək yolu 

ilə). Suyun və havanın keyfiyyəti, radiasiya, bitki örtüyü, heyvanat 



Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin 

PREZİDENT   KİTABXANASI 



────────────────────────────────────────── 

174 


 

aləminə nəzarət. 



ƏTRAF MÜHİTƏ ZƏRƏRLİ TƏSİR – ekoloji sistemin ayrı-ayrı 

komponentlərinin kəmiyyət və keyfiyyətcə  dəyişməsinə, ekoloji 

tarazlığın pozulmasına səbəb olan kimyəvi, bioloji, zərərli fiziki, 

texniki, dağ-mədən işlərində texnologiyanın pozulması, təbii 

resurslardan israfçılıqla istifadə edilməsi ilə müşayiət olunan fəaliyyət. 

ƏTRAF MÜHİTİN BİOLOGİYASI – bu termin ingilis dili 

ədəbiyyatında biosferin mövcudluğunu və inkişafını  hərtərəfli ifadə 

etməkdə istifadə olunur. Bəzən ondan ekologiyanın qeyri-müəyyən 

sinonimi kimi də istifadə edilir. 



ƏTRAF MÜHİTİN ÇİRKLƏNMƏSİ – İstehsalın tullantı 

məhsullarının normadan artıq xarici mühiti dəyişməsi. Çirkləndirici 

elementlərə bərk, maye və qaz şəkilli maddələr, ziyanlı radiasiya və səs-

küy daxildir. Ağır metallar (civə, qurğuşun, kadmium), fosfat, nitrat, 

kükürd oksidi, bitki və heyvan ziyanverici və  xəstəliklərilə mübarizədə 

istifadə olunan zəhərli kimyəvi maddələr (DDT, aldrin və s.), ionlaşdırıcı 

radiasiya, radioizotoplar, sənaye və nəqliyyat səsküyü daha çox ziyanlıdır. 

Yuxarıda sadalanan maddələrin bəziləri mutagen və kanserogen olub 

teratogen mutasiya və xərçəng xəstəliklərinin çoxalmasına səbəb ola bilər. 

Çirklənməyə qarşı ciddi nəzarət qoyulması  bəşəriyyət qarşısında böyük 

problem sayılır. 

ƏTRAF MÜHİTİN EKOLOJİ TARAZLIĞININ 

NORMALLAŞDIRILMASI – insan yaşayışı üçün ətraf mühitin yararlı 

olmasını müəyyən edən və bioloji müxtəlifliyin qorunub 

saxlanılmasının, ekoloji sistemlərin sabit istifadəsini təmin edən  ətraf 

mühitin keyfiyyət göstəricilərinin müəyyən edilməsi. 



ƏTRAF MÜHİTİN GİGİYENASI – gigiyenanın  ətraf mühit 

şəraitinin  əhalinin sağlamlığına təsirini və insanın sağlamlığını 

saxlamaq nöqteyi-nəzərincə 

ətraf mühitin optimallaşdırılması 

kriteriyasını (ölçüsünü) öyrənən sahəsi. Bəzən düzgün olmayaraq 

təbiətin (ətraf mühitin) mühafizəsi kimi də işlədilir. 



ƏTRAF MÜHİTİN  İDARƏ OLUNMASI – təbiətin öz inkişaf 

mexanizmini dağıtmadan insanın mənafeyi (ehtiyacı) üçün planlı 

qorunması və ətraf mühitin dəyişdirilməsi. 

ƏTRAF MÜHİTİN KEYFİYYƏTİ  – ekoloji anlayış olub 

obyektiv-subyektiv münasibəti  əks etdirir. İnsan üçün Ə.m.k.-nin 

kriteriyası onun sağlamlığıdır. Ə.m.k. – nisbi anlayışdır, landşaftın eyni 

bir vəziyyətinin xassəsi müxtəlif  əhali qrupu üçün (məs., uşaqla-



Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin 

PREZİDENT   KİTABXANASI 



────────────────────────────────────────── 

175 


 

böyüklər, sağlam-xəstə, aboriqen-liqrant və s.) keyfiyyət baxımından 

müxtəlif ola bilər.  İnsanın mühitlə optimal əlaqəsi zamanı insanın 

sağlamlığı normal olsa, yaxud yaxşılaşarsa mühit sağlam və ya komfort 

mühit kimi qiymətləndirilir.  Əgər insanın mühitlə münasibəti zamanı 

onun sağlamlığı normadan kənara çıxarsa (pisləşərsə) mühit sağlam 

olmayan və ya diskomfort mühit kimi qiymətləndirilir.  Əgər insanın 

mühitlə  əlaqəsi zamanı  əhalinin sağlamlığının vəziyyətində ciddi 

qarşısıalınmaz dəyişiklik müşahidə edilərsə mühit ekstremal mühit kimi 

qiymətləndirilir. Ə.m.k. ümumi dövlət miqyasında respublika Ekologiya 

və Təbii Sərvətlər Nazirliyi tərəfindən izlənməlidir. 

ƏTRAF MÜHİTİN QORUNMASI – bax təbiətin qorunması. 

ƏTRAF MÜHİTİN MONİTORİNQİ – təbii və antropogen təsirlər 

nəticəsində  ətraf mühitə yayılan zəhərli qaz, maye və  bərk haldakı 

tullantılara kəmiyyət və keyfiyyət cəhətdən nəzarətin elmi əsaslarla 

həyata keçirilməsi.  



ƏTRAF MÜHİTİN OPTİMALLAŞDIRILMASI – insanı  əhatə 

edən mühiti təsərrüfatın tələbatına uyğun vəziyyətə  gətirmək üçün 

görülən tədbirlər. 

ƏTRAF MÜHİTİN PLANLAŞDIRILMASI – intensiv və 

ekstensiv təbiətdən istifadə  şəraitində  ətraf mühitin komponentlərinə 

norma və standartların (suyun, havanın, torpağın və s. təmizliyi) 

müəyyənləşdirilməsi. Bu zaman sənayenin aztullantılı  və ya tullantısız 

texnologiyaya keçməsi, təbii mühitin keyfiyyətinə  nəzarətin 

gücləndirilməsi planlaşdırılır. 



ƏTRAF MÜHİTİN TƏDQİQATI PROQRAMI, YUNEP – BMT-

nin təşəbbüsü ilə başlanmış (1973-cü il) ekoloji böhran problemlərinin 

(səhralaşma, meşəsizləşdirmə, torpağın itirilməsi, Dünya okeanının 

çirkləndirilməsi və s.) tədqiqi ilə məşğul olan dövlətlərarası proqram. 



ƏVƏZ OLUNA BİLƏN RESURSLAR – başqası ilə  əvəz oluna 

bilən təbii resurslar (məs., mineral yanacaq, günəş, atom istilik və ya 

geotermal enerjisi ilə). 

ƏVƏZSİZ RESURSLAR – digər resurslarla əvəz olunmayan 

resurslar (hava, canlı orqanizmlərin genetik fondu, su, işıq, torpaq və s.). 

 


Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin 

PREZİDENT   KİTABXANASI 



────────────────────────────────────────── 

176 


 



 

FAKTORLARIN KOMPENSASİYASI  – müəyyən faktorların 

(məs., temperatur, su və s. təsiri) həddi qoyulmuş (limitlənmiş) təsirini 

zəiflətmək üçün orqanizmlərin mühitin əlverişsiz  şəraitini dəyişdirməsi 

qabiliyyəti. 



FAKULTƏTİV PARAZİT – müstəsna, sahibindən asılı olmayaraq 

yaşamağı bacaran, lakin çox vaxt sahibi üzərində parazitlik edir (məs., 

qov göbələkləri). 

FAO  – BMT-nin ərzaq resursları, kənd təsərrüfatı  və  sənayenin 

inkişaf etdirilməsi məsələlərilə məşğul olan xüsusi təsisatı. 1945-ci ildə 

yaradılmışdır. 

FARMAKOLOGİYA  (yun. pharmakon - dərman)  – dərman 

maddələri və onların orqanizmə göstərdiyi təsir haqqında tibbi, bioloji 

elm; geniş mənada fizioloji aktiv maddələr. 

FASİYA (lat. facies – zahiri görünüş) – Təbii kompleksin ən kiçik 

hissəsi (dərənin bir yamacı, bulağın çıxdığı yer və s.). 



FAUNA  (lat. Fana – meşə  və çölün ilahəsi)  – Müəyyən  ərazi, 

rayon, ekosistem və ya biosenozun heyvan növlərinin məcmusu. 

Süxurların və ya çöküntü qatlarının arasında olan orqanizm qalıqlarının 

kompleksi də fauna adlanır. 

Bu və ya digər rayonun F.-sı müxtəlif heyvan qruplarından (faunistik 

kompleksdən) ibarətdir. Tundra, meşə, çöl, yarımsəhra, səhra faunistik 

kompleksləri olur. F. termini müxtəlif sistematik kateqoriyadan olan 

heyvanlara müəyyən  ərazidə (quşların F.-sı, böcəklərin F.-sı) aid edilə 

bilər. 

FAUNA ANALİZİ  (lat. fauna – meşələr və çöllər allahı)  – hər 

hansı  əraziyə  və ya müəyyən biosenozun tərkibinə daxil olan 

heyvanların tam növ tərkibi. 

FAUNA ƏYALƏTİ – xarakterik və endem cinslərin mövcudluğuna 

görə ayrılan iri fauna vilayəti. 



FAUNA FONDU – müəyyən regionun heyvanat aləmi növlərinin 

məcmusu. 



FAUNA YASAQLIĞI – ayrı-ayrı heyvan növlərinin müəyyən vaxt 

Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin 

PREZİDENT   KİTABXANASI 



────────────────────────────────────────── 

177 


 

dövründə qorunması üçün ayrılan sahə. 



FAUNİSTİK STRATİFİKASİYA – ekosistemdə heyvanların üfiqi 

(yaruslu, mərtəbəli) yerləşməsi. Maksimal F.s. ekvator və mülayim 

qurşaqlarda, minimal F.s. isə səhra, bozqır və tundrada müşahidə olunur. 

F.s. floristik stratifikasiya ilə sıx bağlıdır. 



FAUNİSTİKA  – zoocoğrafiyanın fauna kompleksini öyrənən 

bölməsi. F.-nın məlumatlarının zoocoğrafiya üçün böyük əhəmiyyəti 

var. 

FAYDALI QAZINTILAR – Yer qabığında maddi istehsal 

sahəsində effektiv istifadə oluna bilən üzvi və qeyri üzvi mənşəli 

mineral aqreqatları; bərk, maye və qaz halında olur. F.q. tərkibinə  və 

xalq təsərrüfatında işlədilmə  sahəsinə görə 3 əsas qrupa bölünür: metal 

(qara,  əlvan, nadir, radioaktiv metalların və s. filizləri), qeyri-metal 

(sement xammalı, çınqıl, qum, miko, azbest, qrafit, kükürd, şora, kalium 

duzları, apatit, fosforit, qiymətli daşlar və s.) və yanar qazıntılar (kömür, 

torf, yanar şistlər, neft və təbii qazlar). 



FAYDALI MƏHSUL  – insanın təsərrüfat fəaliyyəti nəticəsində 

çirklənən su hövzəsi və torpağın, sənaye balıqları, məməlilər, 

onurğasızlar, faydalı bitkilər, həmçinin bakteriya və yosunlar tərəfindən 

bioloji özünütəmizləmə prosesi. 



FENETİKA  – biologiyanın bölməsi; fenlərin mənşəyi və 

yayılmasını öyrənir. 



FENOİNDİKASİYA 

– fitosenozların fenoloji inkişafının 

qanunauyğunluqlarına görə ətraf mühitin qiymətləndirilməsi. Çiçəkləmə 

əyrisi və fenospektr əsasında aparılır. 



FENOL (KARBALOL TURŞUSU) –çox sadə aromatik (ətirli) 

spirt (C


6

H

5



OH), bərk maddədir, rəngsiz olub havada çəhrayı  rəng olan 

kristaldır. Tibbdə az miqdarda dezinfeksiya məqsədilə işlədilir. Fenolun  

buxarı ilə  nəfəs aldıqda selikli qişanı  xəstələndirir, dəriyə  dəydikdə 

yanıq  əmələ  gətirir, qida yoluna düşdükdə qaraciyər və böyrəkləri 

zədələyir. Hətta kiçik dozalarda bir çox su orqanizmləri üçün məhvedici 

təsir göstərir. İnsan üçün birdəfəlik ölüm dozası 154 q-dır. 



FENOLOGİYA  – Təbiətdə mövsümi hadisələr, onların başlama 

müddəti və bu müddətləri müəyyən edən səbəblər haqqında biliklər 

sistemi. F. bitki və heyvanat aləminin (biofenologiya) mövsümi 


Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin 

PREZİDENT   KİTABXANASI 



────────────────────────────────────────── 

178 


 

hadisələrini, həmçinin qarın yağması, ilk və son ayazlar, buzbağlama və 

su hövzələri donuşluğunun açılmasını qeydə alır və öyrənir. Bitkilərdə 

(fitofenologiya) inkişafın mövsümi fazaları (tumurcuqların  şişməsi və 

açılması, yarpaqlama, çiçəkləmə, toxumların və meyvələrin yetişməsi, 

xəzan): heyvanlarda (zoofenologiya) – məməlilərdə  qış yuxusundan 

oyanma, cütləşmənin başlanması, mövsümi tüləmələr və miqrasiyalar, 

quşlarda yuvalama, yumurtaqoyma və s., köçəri quşlarda həmçinin yaz 

və payız köçmələri, buğumayaqlılarda qışlayan fərdlərin oyanması, 

yumurtaqoyma, sürfələrin inkişafı, diapauzalar və s. qeydə alınır. Feno-

loji qanunauyğunluqlar xalq təsərrüfatında mövsümi işlərin və 

tədbirlərin regional təqviminin tərtib olunması  əsasında inkişaf edir, 

təbiətin mühafizəsi, faydalı bitkilərin zərərvericiləri və  xəstəliklərinə, 

insan, ev heyvanlarının parazitlərinə və transmissiv xəstəliklərinə qarşı 

mübarizə tədbirləri keçirilməsində də bu təqvimlərdən istifadə edilir. 

FENOLOJİ FAZA  (yun. phaino – aşkar edirəm)  –təbiətdə 

mövsüm üzrə bir-birindən kəskin seçilən dövrlər. Bitkilərdə – tumur-

cuqlama, çiçəkləmə, toxumvermə; heyvanlarda – miqrasiya, yuvaqurma, 

balaçıxarma və s. 



FENOLOJİ  XƏRİTƏLƏR  – mövsümdən asılı olaraq üzvi aləmin 

dəyişkənliyi, bitki və heyvanların inkişaf fazalarının vaxtını göstərən 

xəritələr. 

FENOSPEKTR – ayrı-ayrı bitkinin fenoloji mərhələsinin mövsümi 

inkişafının ardıcıllığını və müddətini əks etdirən qrafik forma. İdeya ilk 

dəfə V.N. Sukaçov (1903) tərəfindən irəli sürülmüşdür. F. yerinə 

yetirilməsinin əsasını avstriya geobotaniki X.Qams (1918) qoymuşdur. 



FENOTİP  Orqanizmin fizioloji, biokimyəvi, ekoloji, etoloji 

xüsusiyyətlərinin məcmusu. Orqanizmin F.-i onun müşahidə oluna bilən 

xarici görünüşüdür. 

FERMAYANI QORUYUCU MEŞƏLİKLƏR  – Heyvandarlıq 

kompleksləri, ferma, qoyun yatağı (ağıl)  ətrafında meşə zolaqları 

oradakı binaları  və heyvanları qar və qum sovrulmasından, soyuq 

küləklərdən qorumaq məqsədilə salınır. F.q.m. mikroiqlimi və sanitar-

gigiyenik şəraiti yaxşılaşdırır, həm də yanğına qarşı əhəmiyyət daşıyır. 

F.q.m. heyvandarlıq tikililərindən 30-40 m aralı hakim küləklərə qarşı, 

yaxud fermaların ətrafında yerləşdirilir. Meşə əkinləri 2-7 zolaqdan (eni 


Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin 

PREZİDENT   KİTABXANASI 



────────────────────────────────────────── 

179 


 

10-20 m 3-5 cərgə) ibarət olub araları 15-20 m götürülür. Əkinləri sıx 

aparılıb cərgəaraları 3-4 m, cərgədə bitkilərin arası 1,5-3,0 m götürülür. 

Kənar cərgələrə kol cinsləri əkilir. Respublikamızın dağ rayonlarında bu 

məqsədlə gürcü palıdı, adi göyrüş, mal-qaraya qarşı dözümlü ağaclardan 

azatağac, dəmirqara, kollardan sarağan, doqquzdan, düzən sahələrdə 

duzsuz torpaqlarda şabalıdyarpaq palıd, eldar şamı, qovaq növləri, sərv 

ağacı, çinar, duzlu torpaqlarda isə lələkağacı, iydə, yaşıl göyrüş, innab, 

kollardan amorfa, yulğun və s.-dən istifadə olunması  məqsədə 

uyğundur. Mal-qaranı yay dövründə cücülərdən, (ağcaqanad, mığ-mığa, 

mozalan milçək və s.) qorumaq məqsədilə F.q.m.-də qoz və  dəfnə 

ağacından istifadə edilməsi məsləhət görülür. Amerika fermerlərinin 

təcrübəsi bunu təsdiq etmişdir. 

FERMENTLƏR, ENZİMLƏR  (lat. fermentum - maya)  – zülal 

tərkibli spesifik katalizatorlar. Bütün canlı hüceyrələrdə hasil edilir və 

biokimyəvi prosesləri kataliz F. həyat fəaliyyətinin bütün proseslərində 

mühüm rol oynayır. F. çox müxtəlif olsalar da, bir sıra ümumi xassələri 

var. Onlar həm parçalanma, həm də sintez istiqamətində gedən kimyəvi 

reaksiyaları sürətləndirir. F-in aktivliyi qeyri-üzvi katalizatorun 

aktivliyindən qat-qat çoxdur. Bir ferment yalnız bir maddəyə  təsir 

göstərir. 1000-dən çox ferment məlumdur. Bunlardan 100-ə  qədəri 

kristal  şəklində alınmışdır.  Əgər bir ferment bu və ya digər səbəbdən 

fəallıqdan düşərsə  və ya sistemdən çıxarsa bütün ferment sisteminin 

fəaliyyəti pozulur, bu da bütün orqanizmin xəstələnməsinə  səbəb olur. 

F.-dən tibdə, xalq təsərrüfatının bir çox sahələrində - gön-dəri, 

toxuculuq və kimya sənayesində) geniş istifadə olunur. Çörəyin, süd 

məhsullarının, spirtin, pivə, şərab, çay, tütün, turşudulmuş tərəvəz və s. 

məhsulların istehsalı fermentativ proseslərdə başa çatıdırılır. 

FEROMONLAR (yun. phera – daşıyıram və mona) – Heyvanların 

ətraf mühitə buraxdığı (ifraz etdiyi) və  həmin növün digər fərdlərinin 

hərəkətinə, fizioloji vəziyyətinə  və ya metabolizminə  təsir göstərdiyi 

bioloji aktiv maddələr F. xüsusi vəzilər vasitəsilə buraxılır. Cücülər 

buraxdığı cinsi F. müxtəlif növlərin fərdlərinin görünüşünü, aqreasiya 

F.-i çoxlu miqdarda fərdlərin kiçik sahədə toplanmasını  təmin edir, 

«həyə-can»” F.-i isə qaçmağa, gizlənməyə reaksiya göstərir. F. 

cücülərin hərəkətini potensial effektiv idarə etmə vasitəsidir. Kənd 



Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin 

PREZİDENT   KİTABXANASI 



────────────────────────────────────────── 

180 


 

təsərrüfatı ziyanvericiləri ilə mübarizədə F.-dan istifadə olunması 

xüsusilə perspektiv sayılır. Sintetik F.-dan istifadə olunması perspektiv 

sayılır. Sintetik F-dən düzəldilən tələlərdən zərərli cücülərin uçotunu 

aparmaq, bir sıra hallarda isə onları kütləvi məhv etmək məqsədilə 

istifadə olunur. 



FƏRD  – Ömrü boyunca genofondun bir hissəsini saxlayan və onu 

növbəti nəslə ötürən canlı varlıq (Fizioloji mənada canlı orqanizm). 



FƏRDİ DOZA – bir fərdə  təsir göstərən fiziki faktorun (məs., 

radiasiya) miqdarı. 



FƏRDİN YETİŞGƏNLİYİ  – bir qayda olaraq, böyümüş (yaşlı) 

orqanizmin morfoloji və psixofizioloji həddə çatdıqda fərdin çoxalma 

qabiliyyəti. 

FƏRDLƏRİN SAYININ PARTLAYIŞI  – hər hansı bir 

populyasiyada biotik və abiotik şəraitin əlverişli olması ilə əlaqədar və 

ya antropogen təzyiq nəticəsində  fərdlərin sayının dəfələrlə  kəskin 

artması. 



FƏSİLƏ  – tərkibində bir cins, yaxud monofilitik (ümumi mənşəli) 

cinslər qrupu olan və b. F-lərdən kəsgin fərqlənən ayrıca ekoloji sahədə 

yerləşən taksonomik kateqoriya. F.-nin özünəməxsus  əlamətləri ona 

müəyyən ekoloji uyğunlaşma zonasında yaşamağa imkan verir. 



FINDIQ FƏSİLƏSİ (Corylaceae) – Ən geniş yayılmış cinsləri vələs 

və fındıqdır. Şimal yarımkürəsinin mülayim iqlim zonasında vələsin 30 

növü  məlumdur. Qafqazda və Azərbaycanın meşələrində 6 növü bitir: 

adi vələs (Carpinus betulus), qafqaz vələsi (C.caucasica), sivrimeyvəli 

vələs  (C.dektschaica),  Şərq vələsi və ya dəmirqara  (C.orientalis)  və 

irimeyvəli vələs (C.macrocarpa). 

Fındıq cinsi (corulus) özündə 20 növ birləşdirir. Yabanı halda 

Qafqazda 6, Azərbaycanda 3 növü məlumdur: adi fındıq  (C.avellana)

ayı fındığı (C.iberica) və maral fındığı (C.cervorum). 

Qafqaz vələsi meşələri respublikamızın meşə ilə örtülü sahəsinin 

25%-ni təşkil edir. 

 


Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin 

PREZİDENT   KİTABXANASI 



────────────────────────────────────────── 

181 


 

 

1-Qafqaz vələsi, 2-Şuşa vələsi, 3-

Şərq vələsi 

Ayı fındığı (ağacşəkilli fındıq) 

 

 

FIRLAR, SESİDİLƏR – xüsusi növ törədicilərin bitki orqanlarında 

əmələ  gətirdiyi yerli patoloji yenitörəmələr. Onurğasızların törətdiyi F. 

bəzən  zoosidi, göbələklərin törətdiyi F. isə mikosesidi adlanır. F.-ın 

meydana gəlməsi hallogenez, törədicisi isə hallogenlər adlanır. Viruslar

bakteriyalar, göbələklər, nematodlar, parazit həyat keçirən cücülər F.ın 

törədiciləridir. Bir çox F.-ın törədiciləri kənd təsərrüfatına və meşə 

təsərrüfatına böyük zərər vurur. Bəzi F.-ın törədiciləri alaqlara qarşı 

bioloji mübarizədə istifadə olunur. 



FIRTINA  – Bofort şkalasına görə gücü 9 bal və sürəti 20,8-24,4 

m/san olan külək. Küləyin gücü 9 baldan artıq olanda şiddətli qasırğa 

adlanır. Adətən quruda dağıntılara və dənizdə güclü dalğalanmaya səbəb 

olur F.-nın yaranması siklonlarla əlaqədardır. 



FISTIQ FƏSİLƏSİ (Fagaceae) – fəsiləyə 7 cins, 900-ə yaxın növ 

daxildir. Azərbaycanda 3 cins yayılmışdır: fıstıq cinsi, şabalıd cinsi və 



Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin 

PREZİDENT   KİTABXANASI 



────────────────────────────────────────── 

182 


 

palıd cinsi. Azərbaycan dağlarında fıstığın bir növü – şərq fıstığı (Fagus 



orientalis) geniş yayılmışdır. Respublika meşələrinin 32%-ni təşkil edir. 

Şabalıd cinsi (Castanea), Azərbaycanda yabanı halda bir növü bitir: 

adi  şabalıd  (C.sativa). az sahədə meşələri Böyük Qafqazın cənub 

yamacı rayonlarında mövcuddur. 

Palıd cinsi (Quercus). Bu cinsə 600-ə yaxın növ daxildir. Qafqazda 

22, Azərbaycanda 9 növü təbii halda bitir: şabalıdyarpaq palıd 



(Q.castanifolia),  şərq palıdı  (Q.macranthera), araz palıdı  (Q.araxina)

uzunsaplaq palıd (Q.longipes), İberiya palıdı (Q.iberica), qızılı palıd (Q. 



hypochys), qumral palıd (Q.crispata) və kövrək palıd (Q.erucifolia). 

Palıd meşələri respublika meşələrinin 30%-ni təşkil edir. 



1-İberiya palıdı,2-Uzunsaplaq palıd 1-Şabalıdyarpaq palıd, 2-iritozcuqlu 

(şərq) palıd 

Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin 

PREZİDENT   KİTABXANASI 



────────────────────────────────────────── 

183 


 

Adi  şabalıd. 1-çiçəkqruplu zoğ; 2-erkəkçiçək; 3-dişicik çiçəyi; 4-dişicik 

çiçəkli çanaqçığın kəsiyi; 5-çanaqcıq; 6-meyvə – qoza  

FLYUKTOFİTLƏR (lat. fluctuatio – tərəddüd etmək) – geniş işıq 

diapazonu  şəraitini üstün tutan bitkilər (məs., qabarma-çəkilmə ritmik 

işıqlanma şəraitində məskunlaşan litoral dəniz yosunları). 

FİKOFAQ (yun. phykoc - yosun) – yosunlarla qidalanan heyvanlar. 

FİKSASİYA – Bioloji, kimyəvi və ya fiziki qarşılıqlı  təsir 

nəticəsində canlı toxuma və ya substrast tərəfindən maddələrin tutulması 

(saxlanması) prosesi.  

FİLİZ – iqtisadi cəhətcə  tərkibindən metalların alınması 

məqsədəuyğun hesab edilən təbii mineral birləşmə. «F» termini bir sıra 

qeyri metal qazıntılar (pyezokvars, flüorit və s.) üçün də  işlədilir. 

Azərbaycanın yeraltı sərvətləri içərisində əhəmiyyətinə görə ikinci yeri 

filiz faydalı qazıntıları durur, (birinci yerdə neft-qaz durur), 

respublikamız bu faydalı qazıntılarla çox zəngindir. Daşkəsən dəmir 

yatağı, Zəylik alunit yatağı, Balakən rayonunda aşkar edilmiş polimetal 

yatağı Avropada, həta dünyada ən iri yataqlardan sayılır. 

Respublikamızın  ərazisində  həmçinin mis, qurğuşun, sink, molibden, 

manqan, kobalt, civə, xrom, nikel, sürmə, arsen, qızıl və s. yataqları da 

vardır. 


Download 3.98 Mb.

Do'stlaringiz bilan baham:
1   ...   16   17   18   19   20   21   22   23   ...   60




Ma'lumotlar bazasi mualliflik huquqi bilan himoyalangan ©fayllar.org 2024
ma'muriyatiga murojaat qiling