Ekoloji LÜĞƏt a
Download 3.98 Mb. Pdf ko'rish
|
ÇİÇƏK – çiçəkli bitkilərin cinsi çoxalma orqanı. Vəzifəsi mikro və meqasporogenez vasitəsilə tozlanma aparmaq, mayalanmaq və rüşeymin əmələ gəlməsini təmin etməklə meyvə adlanan orqanı yetişdirməkdir.
zoğları və kökümsov hissələri ilə torpağın üst qatının sıx birləşməsi. Azərbaycan Respublikasında çim qatına malik torpaqlar Kür-Araz ovalığının subasar düzənliklərində, həm də dağ-çəmən zonasında geniş yayılmışdır. Ç.-ləşmə torpaqəmələgəlmə prosesində yaranmaqla torpaqda çoxlu humus, kül elementləri və s. əmələ gətirir, nəticədə möhkəm topavarı, yaxud dənəvər torpaq strukturu yaranır. Ç.-in yaratdığı nazik keçəyə bənzər formalı çim qatı yağmurların toplanması və torpaqda saxlanmasına kömək edir. Dağ yamaclarında çim qatı səthi su axımının qarşısını alaraq torpağı eroziyadan qoruyur. ÇİNAR FƏSİLƏSİ (Platanaceae) – Bu fəsiləyə bir cins daxildir. Çinar cinsi (Platanus). Asiya, Şimali Amerika və Aralıq dənizi sahillərində 8 növünə rast gəlinir. Azərbaycanda təbii halda bir növü – Şərq çinarı (P.orientalis) Bəsitçay vadisində 120 ha sahədə meşəliyi qoruq elan edilmişdir. Bundan başqa ona respublikanın düzən və dağətəyi ərazilərində tək-tək və qrup halında çoxyaşlı, nəhəng gövdəli çinar ağacları vardır. Yaşıllaşdırma işlərində geniş istifadə olunur. Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin PREZİDENT KİTABXANASI ────────────────────────────────────────── 87
Mincivan çinarı ÇİRKAB SULARI – Sənaye müəssisələrində, kommunal və şəhər təsərrüfatında işlənib çirklənən (çirkab) sular. Buna uyğun olaraq Ç.s. sənaye, məişət və suvarma (bura həmçinin yaşayış məntəqələrində küçələrdən və arxlardan axan sular da aid edilir) sularına ayrılır. Çirkab sularının əmələ gəlməsində ən böyük mənbələrdən biri ətraf mühitin çirklənməsi sayılır. ÇİRKAB SULARININ İSTİFADƏSİ – Məişət, leysan və sənaye çirkab sularının tərkibində olan qiymətli komponentlərin (həll olan və ya asılı) istifadəsi və ya təmizləndikdən sonra bu sularla tarlaların və meşə əkinlərinin suvarılması. ÇİRKAB SULARININ TƏMİZLƏNMƏSİ – Təbiətin və ətraf mühitin çirklənmədən mühafizə edilməsi işində mühüm tədbirlərdən biri, kanalizasiya sistemlərində çirkli suların su hövzələrinə buraxılmazdan əvvəl təmizlənməsi. Mexaniki, fiziki-kimyəvi, kimyəvi, biokimyəvi, bioloji və termik təmizlənmə üsullarından istifadə olunur. Mexaniki üsula çökdürmə və süzmə prosesləri daxildir. Bu zaman suyun Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin PREZİDENT KİTABXANASI ────────────────────────────────────────── 88
içərisindəki bərk asılqan maddələr kənar edilir. Fiziki-kimyəvi üsulda kütlə mübadiləsi proseslərindən – adsorbsiyadan və ekstraksiyadan istifadə olunur. Kimyəvi üsulda çirkab, əsasən, kimyəvi reagentlər vasitəsilə emal olunur. Bu zaman neytrallaşdırma, oksidləşmə, reduksiya reaksiyaları nəticəsində zəhərli maddələr qeyri-toksik məhsula çevrilir, yaxud da çöküntü halında ayrılır. Biokimyəvi üsulda su aerotenklərə verilir. Yuxarıda göstərilən üsullarla təmizlənmiş suyun tərkibindəki xəstəliktörədən bakteriyaları məhv etmək üçün suyu xlorlayır və bundan sonra hövzələrə buraxırlar. Bioloji üsul – çirkab sularının təmizlənməsində ən geniş yayılmış üsullardan biri olub, bu zaman üzvi maddələrin mikroorqanizmlərlə – saprobiontlarla minerallaşması gedir. Bu məqsədlə kiçik gölməçələrdən və digər su hövzələrində biofiltrlər və ya aerotenklərdən istifadə edilir. Termik üsul baha başa gəlsə də daha effektivdir. Bu üsulda sudan qeyri-toksik qazvari yanma məhsulu və bərk çöküntü alınır. Çirkabın tərkibində üzvi maddələr çox olarsa bu üsuldan istifadə etmək sərfəlidir.
qarşılıqlı təsiri nəticəsində canlı orqanizmlər üçün daha təhlükəli törəmə çirkləndirici əmələ gəlir. Məs., azot-oksidi və avtomobil mühərriklərindən çıxan karbon qazı günəş işığının iştirakı ilə birləşərək “fotokimyəvi smoq” adlı yeni, daha zəhərli maddələr əmələ gətirir; misin iştirakı ilə suda ftorun zəhərlilik dərəcəsi artır; kükürd-oksidi (SO
2 ) atmosferdə sənaye tozu olduqda zərərliliyi 2-3 dəfə artır. ÇİRKLƏNMƏ – təbii və ya bilavasitə antropogen mühitə adətən, həmin mühit üçün xarakterik olmayan yeni fiziki, kimyəvi və ya bioloji maddələrin, agentlərin daxil olaraq insan, flora və faunaya zərər verməsi. Çirklənmə növləri çox müxtəlifdir: su mühitinə hər cür istehsalat və kommunal-məişət tullantılarının, neft məhsullarının atılması; atmosferə kimyəvi birləşmələrin və qarışıqların atılması; landşaftın zibillə çirklənməsi; çöl, çəmən, meşə və su anbarlarının pestisid, mineral gübrələrlə çirklənməsi; Ç. insan cəmiyyətinin, həmçinin təbiət hadisələrinin (təbii proseslərin) müxtəlif təsiri nəticəsində baş verir. Aşağıdakı Ç. növləri ayrılır: antropogen, təbii, mexaniki, fiziki, bioloji, kimyəvi, səs, radioaktiv, elektromaqnit. Ç. insanın sağlamlığı və ətraf mühitin vəziyyəti üçün təhlükə yaradır. Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin PREZİDENT KİTABXANASI ────────────────────────────────────────── 89
20000-dən artıq biosferi çirkləndirən maddə məlumdur. Onlardan ən çox yayılanı karbon qazı (SO 2 ), dəm qazı (CO), azot oksidi (NO 2 ),
kükürd oksidi (SO 2 ) və ammonyakı (NH 3 ) göstərmək olar. ÇİRKLƏNMƏ DƏRƏCƏSİ – ətraf mühitin müxtəlif çirkləndiricilərlə doyma dərəcəsi. ÇİRKLƏNMƏ İNDİQATORU – ətraf mühitdə çirkləndiricilərin toplanmasını (kumlasiya), miqdar və keyfiyyət tərkibinin dəyişməsini siqnal verən (xəbərdarlıq edən) indiqator (fiziki, kimyəvi və ya bioloji).
səviyyəsi və mühitə daxil olması. ÇİRKLƏNMƏ KVOTASI – müəyyən müəssisə və ya ölkə üçün çirklənmənin yol verilən qanunverici norması. ÇİRKLƏNMƏ MƏNBƏYİ – təbii mühitin bilavasitə çirklənmə səbəbi; çirklənmə obyekti. ÇİRKLƏNMƏ SƏVİYYƏSİ – mühitdə çirkləndirici maddələrin miqdarı; hər hansı bir mühitin çirklənmə dərəcəsi. ÇİRKLƏNMİŞ SU – sənayedə istifadəsi üçün mütləq işlənməsi (təmizlənməsi) tələb olunan su. Balıqçılıqda tərkibində fenolun, yağların və s.-nin miqdarının tədqiqindən sonra belə sudan istifadə etmək olar.
və varislik yolu ilə təmin etmək xüsusiyyəti. Heyvan və bitki orqanizmlərində vegetativ və reproduktiv orqanlar var. Bitki və heyvan orqanizmlərində Ç.-nın iki tipi ayırd edilir: cinsiyyətsiz və cinsiyyətli. Cinsiyyətsiz Ç. üç formada olur: sadə bölünməklə, sporlarda və müxtəlif vegetativ orqanlarla çoxalma. Heyvanlarda vegetativ Ç. az yayılmışdır. Belə Ç. ancaq ibtidai hüceyrəlilərdə təsadüf edilir. Məs., hidralarda, süngərlərdə ana fərdin üzərində tumurcuqlar əmələ gəlir, onlar tədricən böyüyür və yetkin fərdə çevrilirlər. Cinsiyyətli çoxalmada cinsi hüceyrələr (qametlər) birləşir və yeni hüceyrə (ziqota) əmələ gəlir. Bu yeni orqanizmin başlanğıcını verir.
əsməsi, küləyin qarı Yerin səthi üzrə hərəkət etdirməsi və sovurmasıdır. ÇOXDUZLU GÖL – suyunun tərkibində 47% 0 -dən artıq duz olan göl. ÇOXİLLİK BİTKİLƏR – iki ildən çox qışlayan ot və yarımkollar. Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin PREZİDENT KİTABXANASI ────────────────────────────────────────── 90
Ç.b.-in bəzisi bir neçə il, digərləri 20-30, hətta 100 ilədək yaşayır. Bəzən ağac və kolları da Ç.b. adlandırırlar.
yarusdan ibarət olan senozlar. ÇÖKMƏ SÜXURLAR – quru səthində və ya müxtəlif su hövzələrində əvvəl mövcud olmuş süxurların (çökmə, maqmatik, metamorfik) və orqanizm qalıqlarının pozulma məhsullarının toplanması nəticəsində əmələ gəlmiş süxurlar. Ç.s. Yer qabığı kütləsinin təqr. 10%-ini təşkil edir və Yer səthinin 75%-ini örtür. Faydalı qazıntıların 75%-indən çoxu (kömür, neft, duzlar, dəmir, manqan, alüminium filizləri, qızıl və platin səpintiləri, tikinti materialları və s.) Ç.s.-dan hasil edilir. ÇÖL (BOZQIR) – Çöl zonası Avraziyada çöl (bozqır), Şimali Amerikada preriya, Cənubi Amerikada pampas, Yeni Zelandiyada isə tussok adlı bitki qruplarından təşkil olunmuşdur. Bu ərazilər mülayim qurşağa daxil olub qismən kserofit bitkilərlə örtülüdür. Heyvanat aləminin yaşayış tərzi nöqteyi nəzərincə çöl zonası yaxşı görünüşü, bitki qidasının bolluğu, nisbətən quru yay dövrünün olması, yay dövründə yarım dinclik v
Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin PREZİDENT KİTABXANASI ────────────────────────────────────────── 91
üzvi maddələrdən sadə mineral maddələr (NH 3 , H
2 S, CO
2 , H
3 PO
4 və b.)
alınır, sonralar onlar digər üzvi maddələr sintez etmək üçün canlı orqanizmlər tərəfindən istifadə olunur. Ç. təbiətin mühüm prosesi olub ümumi bioloji əhəmiyyət kəsb edir. Praktikada Ç. ilə mübarizə böyük əhəmiyyət daşıyır: yeyinti sənayesində – ərzaqların saxlanılmasında, tibbdə – yaraların müalicəsində istifadə olunur. Çox halda Ç. müsbət rol oynayır. Məs; dəri sənayesində dərinin işlənməsində, kənd təsərrüfatında – çürüntünün əmələ gəlməsində və s.
Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin PREZİDENT KİTABXANASI ────────────────────────────────────────── 92
D
küləkləri) gecə isə əksinə-dağlardan dərələrə (dağ küləkləri) əsən küləklər. Yerli hava dövranı sistemində dağ yamacları və dərələr üzərində yaranan müxtəlif temperatur və təzyiq fərqi nəticəsində əmələ gəlir. D.d.k. buludluq və yağıntının gündəlik gedişinə də təsir göstərir, gündüzlər buludların əmələ gəlməsinə, gecələr isə buludların çəkilməsinə şərait yaradır. Azərbaycanda D.d.k. bütün dağlıq rayonları, xüsusilə Böyük və Kiçik Qafqaz üçün xarakterikdir.
göllər dağəmələgəlmə prosesləri nəticəsində Yer qabığının qırışması və sınması ilə əlaqədar olaraq əmələ gəlir, bu cür göllər ən böyük və dərin göllərdir. Məs., Xəzər gölü (sahəsi 371 min km 2 ), Baykal gölü (dərinliyi 1620 m). Dağlıq yerlərdə dərə gölləri dağ uçqunu zamanı süxurların çay dərəsini doldurması nəticəsində əmələ gəlmişdir. 1139-cu ildə şiddətli zəlzələ zamanı Kəpəz dağının bir hissəsi uçub Ağsu çayının dərəsini doldurmuş və nəticədə dərinliyi 100 m çatan gözəl Göygöl meydana gəlmişdir.
Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin PREZİDENT KİTABXANASI ────────────────────────────────────────── 93
Tufan gölü (avqust ayında) DAĞ KSEROFİTLƏRİ – əsasən kontinental iqlim zonasının quru daşlı dağ yamacları üçün səciyyəvidir. Qafqaz, Orta Asiya və Ön Asiyanın alçaq dağlıq hissəsində yayılmışdır. Azərbaycanda Kiçik Qafqazın dağətəyi hissəsində, Bozqır yaylada və Naxçıvanın orta və aşağı dağ qurşağında rast gəlinir. Çox vaxt meşə yox edilən yerdə antropogen mənşəlidir. DAĞ MEŞƏLƏRİ – dünyada bir-birindən çox aralıda yerləşən ayrı- ayrı dağ sistemlərində yayılmışdır. Ural, Altay, Sayan, Alatau dağları yamaclarını örtən dağ-tundra meşələrində iynəyarpaqlı ağac növləri(adi şam, Sibir sidri, Avropa və Sibir küknarı) üstünlük təşkil edir. Uzaq Şərqin dağlarında ayan küknarı, ağqabıq ağşam, Sibir sidri, enliyarpaq ağac cinsləri ilə qarışıq meşələr yaradır. Orta Asiyanın Pamir-Alay, Zərəvşan, Tyanşan, Çatqal və başqa dağ sistemlərində quru iqlim şəraitində arid tipli meşələr yayılmışdır. Buranın aşağı dağ qurşağında saqqız ağacı, orta dağ qurşağında isə müxtəlif ardıc növləri bitir. Krım və Qafqaz dağlarında iberiya və şərq palıdı, şabalıd, fıstıq, şərq küknarı, Qafqaz ağ şamı meşələri yayılmışdır. Respublikamızın meşələrinin 90 faizə qədəri dağ yamaclarında bitir Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin PREZİDENT KİTABXANASI ────────────────────────────────────────── 94
və bu meşələr özünəməxsus xüsusiyyətlərə məxsusdur. Böyük və Kiçik Qafqaz dağlarının aşağı qurşağında iberiya palıdı, orta dağ-meşə qurşağında fıstıq və vələs, yuxarı dağ qurşağında isə şərq palıdı meşələri üstünlük təşkil edir. Fıstıq, palıd və vələs meşələrindən başqa dağlarımızda kiçik sahələrdə 8 növ ağcaqayın, 3 növ cökə, 4 növ tozağacı, titrəkyarpaq qo- vaq, qoz, şabalıd, Qafqaz xurması, 6 ardıc növü, saqqızağacı meşələrinə də rast gəlinir. Talışın dağlıq meşələri dünyada müstəsnalıq təşkil edir. Burada aşağı dağ qurşağında şabalıdyarpaq palıd və dəmirağacı, orta dağ qurşağında şabalıdyarpaq palıd və fıstıq meşələri yayılmışdır. Bu meşələrdə relikt ağaclarından azatağacı, məxməri ağcaqayın, Lənkəran (ipək) akasiyası və yalanqoza da rast gəlinir. Fıstıq meşələri respublikamızın meşə fondunun 32 faizini təşkil edir (243 min hektar). Bu meşələrin ümumi oduncaq ehtiyatı 49 milyon kubmetrə bərabərdir. Böyük və Kiçik Qafqazdakı fıstıq meşələri dəniz səviyyəsindən 800-2000 m, Talış dağlarında isə 300-1800 m yüksəklikdə yayılmışdır. Kiçik Qafqazın cənub yamaclarında (Laçın, Zəngilan və Naxçıvanda) fıstıq meşələrinə rast gəlinmir. Sahəsinin böyüklüyünə görə fıstıqdan sonra palıd meşələri gəlir. Respublikamızda palıd meşələrinin sahəsi 232 min hektardır, onlar meşə ilə örtülü ərazinin 30 faizini təşkil edir. Vələs meşələri sahəsinə görə respublikamızda 3-cü yeri tutur. Onun ümumi sahəsi 185 min hektar olub, respublikamızın meşəlik ərazisinin 25 faizə qədərini təşkil edir, ümumi oduncaq ehtiyatı 23 milyon kubmetrdir. Hazırda dağ meşələrinin qeyri qənaətəbəxş vəziyyəti təşviş doğurur. Burada bütün meşələr qoruyucu əhəmiyyətə malikdir. Burada aparılacaq hər bir tədbir mövcud meşələrin qoruyucu funksiyasını yüksəltməyə doğru yönəldilməlidir. Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin PREZİDENT KİTABXANASI ────────────────────────────────────────── 95
Böyük Qafqazın aşağı dağ-meşə qurşağı DAĞ TEXNİKİ REKULTİVASİYA – texniki rekultivasiyanın növlərindən biri. Faydalı qazıntıların çıxarılması və emalı zamanı pozulmuş torpaqların rekultivasiya mərhələsidir. D.t.r.-nin optimal həlli dağ işlərinin bir hissəsi olub, əsasən istismar texnikası vasitəsi ilə yerinə yetirilir.
növ daxildir. Qafqazda və Azərbaycanda təbii halda 3 növü bitir. Qafqaz dağdağanı (C.caucasica). Respublikamızda Böyük və Kiçik Qafqazda, Qobustanda və Lənkəran ovalığında, əsasən qayalıqlarda bi- tir.
Qafqazda dəniz səviyyəsindən 1000 m yüksəkliyə qədər meşələrin tərkibində, Naxçıvanda, Lənkəran ovalığında bitir.
dağlıq, qayalıq və quraqlıq yerlərdə bitir. Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin PREZİDENT KİTABXANASI ────────────────────────────────────────── 96
Qafqaz dağdağanı DAĞLAR – 1) dağlıq ölkələr, dağ sistemləri – yer səthində ətraf dü- zənliklərdən yüksəkdə olan, daxilində hündürlükləri xeyli və kəskin fərqlənən sahələr. Mənşəyinə görə D. vulkanik, erozion və tektonik olur. 2) Yer səthində təcrid olunmuş zirvələr və silsilələr formasında olan qalxmalar da (dəniz səviyyəsindən hündürlüyü 200 m-dən çox olan) D. adlanır. Böyük Qafqazda Tufan dağı (avqust ayında) DAXİLİ SU HÖVZƏSİ: bax kontinental su hövzəsi. DAİMİ DONUŞLUQ (ÇOXİLLİK) – Arktik səhra zonasında, Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin PREZİDENT KİTABXANASI ────────────────────────────────────────── 97
həmçinin tundra və tayqa zonalarında dağ süxurlarının üst qatının uzun müddətdə (əsr, min illər) sıfıra və mənfi temperaturadək soyuması.
populyasiya. D.p. öz arealından seyrək hallarda çıxır. DALĞA, SAY DALĞASI (həyati, populyasiya d-sı) – bütün növlərə aid olub populyasiyaya təsir göstərən abiotik və biotik amillərin təsiri nəticəsində dövri və qeyri-dövri olaraq fərdlərin sayının dəyişməsi. Say dalğası az saylı populyasiyaların qalması üçün təhlükəli hesab olunur.
həşəratlar fəsiləsi. D.-in 45-dək növü məlumdur. Azərbaycanda 2 növü yayılmışdır. Rütubətli torpaqda yaşayır. Gündüzlər torpağın altında qalır, axşamlar üzə çıxır. Bitkilərin yeraltı hissəsi, soxulcan və həşəratla qidalanır. Suvarılan torpaqlarda bitkilərin yeraltı hissəsini zədələməklə bağ və bostanlara böyük zərər verir. DAŞ KÖMÜR – bitki mənşəli bərk çökmə süxuru. Bitki kütləsinin tədrici kimyəvi və fiziki-kimyəvi çevrilmələrə məruz qalması yolu ilə daş kömürün əmələ gəlməsi prosesi aşağıdakı mərhələləri keçirir: torf- qonur kömür – daş kömür – antrasit. Daş kömürün əmələ gəlməsi nəticəsində çöküntüdə karbonun miqdarı artır, oksigen isə azalır. Daş kömürün yaşı 350-250 milyon ilə bərabərdir. Onlardan ən qədimi antrasit sayılır, o, özündə 95%-dən artıq karbon saxlayır, tərkibində hidrogen azdır, yandırdıqda demək olar ki, uçucu məhsul vermir. DAŞ QUTU QƏBİRLƏRİ – dağ və dağətəyi r-nlar üçün xarakterik dəfn abidələri. Tunc dövründə daha geniş yayılmışdı. D.q.q. düzbucaqlı formada olur, hər tərəfinə və üstünə sal daşlar qoyulurdu. Bəzən üstündə kurqanlar ucaldılırdı. Azərbaycanın çox yerində (Daşkəsən, Gədəbəy, Dağlıq Qarabağ və s.). D.q.q. e.ə. 2-ci minilliyin ortalarından eramızın 6-7 əsrlərinədək mövcud olmuşdur. DAŞQIN – çayların su rejimində hər il təkrar olunan dövr. Qarın və buzların əridiyi, yağışın ən çox yağdığı vaxtda olur. Çayların suyunun artması, səviyyəsinin qalxması, yatağın tamamilə su altında qalması, bəzən də sahilləri basması ilə səciyyələnir. Çayların illik axamının 60- 80%-ə qədəri D. dövrünə düşür.
Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin PREZİDENT KİTABXANASI ────────────────────────────────────────── 98
süxurlarında qorunub qalmış heyvan və bitki qalıqları. Daşlaşma prosesi suda həll olunmuş karbonatlar, sulfatlar, fosfatlar, sulfid birləşmələri çürümə nəticəsində heyvan qalığında əmələ gəlmiş boşluqlara dolur, skelet və ya onun hissələri tədricən qeyri-üzvi maddələrlə əvəz olunur. Nəticədə heyvanın skeleti, yaxud onun bir hissəsi get-gedə daşlaşır və D.q. əmələ gəlir.
fiziki inkişafın ləngidilməsində, daxili sekresiya vəzilərinin fəaliyyətinin pozulmasında və eybəcərliyin yaranmasında göstərir.
davamlı olub maddələrin təbii dövranına daxil olmur, odur ki, mühitdə çox yavaş dağılır (parçalanır). Bu cür çirkləndiricilər (civə və duzların bəzi fenol birləşmələri, üzvi xlor pestisidləri) çox vaxt orqanizmin qida zəncirində yığılıb qalır, maddələr mübadiləsi və tənəffüsün normal gedişini pozur, ekosistemin məhsuldarlığını aşağı salır, ətraf mühitin keyfiyyətini pisləşdirir.
davamlılıq göstəricisi. Fitosenoz kütləsinin və ya miqdarının (sayının) çoxillik hesablanmış variasiya əmsalı ( ν) əsasında təyin oluna bilər Js = 100 – V. Download 3.98 Mb. Do'stlaringiz bilan baham: |
ma'muriyatiga murojaat qiling