Ekoloji LÜĞƏt a
Download 3.98 Mb. Pdf ko'rish
|
BİOLOJİ AŞINMA – orqanizmlərin həyat fəaliyyəti nəticəsində süxurların, eləcə də mineralların mexaniki parçalanması və kimyəvi dəyişməsi prosesi. B.a. zamanı orqanizmlər süxurlardan mineral maddələri ayıraraq üst qata toplayır və torpaq əmələ gəlməsinə şərait yaradır. Bitki köklərinin buraxdığı karbon qazı və mikroorqanizmlərin xarici mühitə ifraz etdiyi müxtəlif turşular suxur və mineralların parçalanmasına səbəb olur. Torpaqda yaşayan heyvanların ifrazatı süxurları mexaniki aşındırır. BİOLOJİ BARYER (MANEƏ, SƏDD) – növ və ya qrupun yayılmasına maneçilik göstərən istənilən təbii bioloji sədd. Məs., meşə bozqırın yayılmasına maneçilik göstərir; tozlayıcı cücülərin olmaması entofil bitkilərin yayılmasına mane olur və s. BİOLOJİ ÇİRKLƏNMƏ – istismar edilən ekosistemlərə və ya texnoloji qurğulara təsadüfi və insan fəaliyyəti nəticəsində həmin qruplaşma və qurğu üçün yad olan, arzu olunmayan bitki və heyvanat növünün müdaxiləsi. BİOLOJİ DÖVRAN, KİÇİK MADDƏLƏR DÖVRANI – Yer üzərində həyat başlanan vaxtdan orqanizmlərin həyat fəaliyyəti ilə yerinə yetirilən kimyəvi elementlərin və maddələrin dövranı. B.-d.-da əsas rolu ilkin produsentlər (yaşıl bitkilər və xemosintez edən mikroorqanizmlər), konsumentlər (heyvanlar) və redusentlər (saprofit orqanizmlər, ən çox bakteriyalar) oynayır. BİOLOJİ DÖVRANIN SÜRƏTİ – vahid zamanda yaranan və parçalanan canlı maddənin maksimum miqdarı. BİOLOJİ DÖVRANIN TUTUMU – kimyəvi elementlərin canlı orqanizmlərin tərkibində eyni vaxtda maksimum miqdarı. BİOLOJİ FAKTORLAR – canlı orqanizmlərin mühitə bilavasitə və vasitəli təsiri ilə əlaqəsi olan faktorlar qrupu. BİOLOJİ İNDİQATORLAR – öz iştirakı və ya özünün olmaması ilə ətraf mühitin xarici görünüşünü, kimyəvi tərkibini və davranışını dəyişməklə reaksiya göstərən orqanizmlər.
florasının sistemləşdirilmiş məlumat toplusu. Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin PREZİDENT KİTABXANASI ────────────────────────────────────────── 53
BİOLOJİ MELİORASİYA (su obyektlərinin) – bioloji tədbirlərin köməyi ilə su obyektlərinin vəziyyətini yaxşılaşdırmaq. BİOLOJİ MƏHSULDARLIQ – ekoloji sistemə daxil olan bitki, heyvan və mikroorqanizm biokütləsinin artımını ifadə edən bioloji anlayış. B.m. ayrı-ayrılıqda bitki və heyvan növü və populyasiyalarının miqdarı ilə müəyyən edilib vahid zamanda sahə, yaxud həcmə düşən məhsulla ölçülür. Orqanizmlərin bütün populyasiyalarının vahid sahəyə düşən məhsuldarlığı B.m.-ğı xarakterizə edir. B.m. kəmiyyətcə onun nəticəsinə əsasən, quru halda üzvi maddənin illik bioloji məhsuldarlığına görə qiymətləndirilir. (t/ha, il, q/m 2 -il). İki cür B.m. ayırırlar: İlk və ikinci B.m. Avtotrof orqanizmlərin məhsulu ilk məhsuldarlıq, özü isə produsentlər (məhsul yaradanlar) adlanır. Heterotrof orqanizmlərin məhsulu ikinci məhsuldarlıq, özləri isə konsumentlər (ehtiyacı olanlar) adlanır. BİOLOJİ MƏSKUNLAŞMA – müəyyən sahədə məskunlaşan bir və ya bir neçə növ bitki və heyvan orqanizmlərinin məcmusu. BİOLOJİ MÜHİT – orqanizm qruplaşmaları ilə yaradılan və dəyişdirilən mühit. BİOLOJİ NƏZARƏT – insandan və ya digər bioloji obyektlərdən çirkləndiricilərin konsentrasiyasını, qida mübadiləsini və biotransformasiyasını analiz etmək məqsədilə sistematik şəkildə nümunələrin götürülməsi. Analiz və onun nəticələri, adətən, nümunə götürülən gündən başlayaraq bir həftə davam etdirilir.
sənaye müəssisələrinin (əsasən yeyinti) və s.-nin çirkab sularını təmizləmək məqsədilə yaradılan süni nohur.
maddələrin zərərli təsirini neytrallaşdırma qabiliyyəti. Biosenozun bu xassəsindən çirkab və içməli suların təmizlənməsində geniş istifadə olunur.
BİOLOJİ PREPARATLAR, BİOPREPARATLAR –Kənd təsərrüfatında istifadə olunan bioloji mənşəli vasitələr (dərmanlar). Heyvanlarda parazitar və infeksiya xəstəliklərinin diaqnostikası, profilaktikası və müalicəsi, heyvanların artımı və məhsuldarlığını Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin PREZİDENT KİTABXANASI ────────────────────────────────────────── 54
yüksəltmək, həmçinin bitkilər ziyanverici və xəstəliklərdən mühafizə etmək məqsədilə işlədilir. B.p.-ra mikrobioloji maddələr (antibiotiklər, hormonlar və s.) daxildir. BİOLOJİ REKULTİVASİYA – torpaqların münbitliyinin bərpası üzrə tədbirləri özündə birləşdirən və texniki rekultivasiyadan sonra həyata keçirilən rekultivasiya mərhələsi. Bura fauna və floranın fəaliyyətinin dirçəldilməsinə və torpaqların təsərrüfat baxımından məhsuldarlığının bərpasına aid kompleks aqrotexniki və fitomeliorativ tədbirlər daxil edilir. Rekultivasiyanın bütün istiqamətləri bioloji mərhələdə başa çatdırılır.
və sayıla bilən orqanizmlər. Tükənən, bərpa oluna bilən təbii resurs kateqoriyasına aiddir. B.r. ın mühafizə olunmasının əsas prinsipi onların səmərəli istifadəsi üçün təbii şəraitinin optimal saxlanması və süni istehsalına şərait yaratmaqdır.
əlaqədar orqanizmlərin yayılması yolunda kənar edilə bilməyən müqavimət.
təkmilləşmə dərəcəsi: molekul, hüceyrə, toxuma, orqan, orqanizm, populyasiya, növ, biosenoz, ekosistem, biosfer.
tərkibi (faizlə). Keçmiş Sovetlər İttifaqında dominant və subdominantların B.s.-ri aşağıdakı kimidir:
Ağaclar Kollar Otlar Yarpağını tökən Həmişə
yaşıl Yarpağını tökən Həmiş
ə yaşıl Yarım
kollar Çoxillik Birillik 11 3 14 2 7 57 6
BİOLOJİ TARAZLIQ – təbii komplekslərin (biogeosenozların) dinamiki stabilliyini saxlamaq. BİOLOJİ TƏKAMÜL – orqanizmin ən aşağı inkişaf pillələrdən hazırkı yüksək təşkil olunmuş formalara kimi inkişafı; növ populyasiyalarının növmüxtəlifliklərinin bərpa olunmaz dəyişikliyi və
Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin PREZİDENT KİTABXANASI ────────────────────────────────────────── 53
adaptasiyası; ardıcıl genetik çevrilmələrin (dəyişikliklərin) ifadəsi; canlı təbiətin bərpa olunmayan və müəyyən qədər istiqamət almış inkişafı; bu inkişaf populyasiyaların genetik tərkibinin dəyişməsi, adaptasiyanın formalaşması, növlərin əmələ gəlməsi və ölməsı, biogeosenozların və bütövlüklə biosferin yenidən dəyişməsi ilə müşayiət olunur (nəticələnir). B.t. paleontoloji, fizioloji, biokimyəvi və genetik məlumatlarla təsdiq edilir. B.t. nəzəriyyənin ilk elementlərinə Herakl, Demokritin əsərlərində rast gəlinir. B.t.-ün ilk daha mükəmməl nəzəriyyəsini J.B. Lamark (1809) hazırlamışdır. Sintetik nəzəriyyəyə əsasən B.t. mutasiya və təbii seçmənin nəticəsidir. B.t. nəzəriyyəsi (darvinizm) ekologiya ilə sıx bığlıdır. B.t. terminini biologiyada ilk dəfə olaraq Fransa təbiətşünası Ş.Bone (1762) işlətmişdir.
agentlərin canlı orqanizmlərin köməyilə təmizlənməsi, onlar bu qarışıqların süzülməsinə və ya dığıdılmasına səbəb olaraq mühitin ilkin xassələrini bərpa edir. BİOLOJİ TƏNƏZZÜL – üzvi aləmin təkamülündə ikinci əsas istiqamət. B.t. keçirən hər hansı bir növün və ya sistematika qrupun (cins, fəsilə, dəstə və i.a.) fərdləri mühitə uyğunlaşa bilmədiyinə və yaşamaq uğrunda mübarizədə məğlub olduğuna görə, yayıldıqları sahə getdikcə məhdudlaşır, növün fərdləri və sistematik qrupun miqdarı azalır, nəhayət yoxa çıxır. BİOLOJİ TƏRƏQQİ – üzvi aləmin təkamülündə iki əsas istiqamətdən birincisi. B.t. keçirən hər hansı bir növün və ya sistematika qrupunun (cins, fəsilə, dəstə və s.) fərdləri getdikcə çoxalır, onların yayılma sahəsi genişlənir; növ daxilində müxtəliflik artır. BİOLOJİ TOPLANTI (YIĞINTI) ƏMSALI – orqanizmdə toplanan maddələrin (radionuklid, pestisid, dərman, mikroelementlər və s.) miqdarının ətraf mühitdəki miqdarına nisbəti.
vəziyyətinə nəzərən hər hansı bir obyektin mövqeyini (istiqamətini, məsafəsini və s.) müəyyənləşdirməsi.
müəyyən flora və fauna ilə səciyyələnən böyük bir ərazisi. Məs. tundra Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin PREZİDENT KİTABXANASI ────────────────────────────────────────── 54
B.-u, arid zona B.-u, çöl B.-u və s. Dağlıq ərazidə B.lar şaquli zonallığa görə dəyişilir. (əvəz olunur).
kimyəvi proses və hadisələrlə canlı orqanizmlər arasındakı qarşılıqlı əlaqədən bəhs edən elm. B.-da hava və iqlimin bioloji təsirinə xüsusi diqqət verilir. BİOMETRİYA –biologiyanın bir bölməsi. Heyvan, bitki populyasiyalarının, bakteriyaların, virusların və s. orqanizmlərin əlamətlərini, keyfiyyət və kəmiyyət dəyişkənliklərini riyazi (variasiya) statistika üsulları ilə təhlil edir. BİOMORFLAR – növlərin sistematik vəziyyəti, onların böyümə formaları və bioloji ritmləri ilə müəyyənləşdirilən həyatilik formaları. Şibyələr, mamırlar, ayıdöşəyilər, qatır quyruğulular, plaunlar B-ın xüsusi qrupuna aid edilir. Ali bitkilər arasında əsas biomorflara ağaclar, kollar, kolcuqlar, yarımkollar, otlar və yarımotlar daxildir. Heyvanat aləmi üçün B-ın təsnifatı az işlənib. Məs. quşlar, balıqlar, otyeyənlər və s. B.
ilə əlaqədar orqanizmlərin bioloji və morfoloji xüsusiyyətlərinin inkişafı prosesi.
«Yestestvennaya istoriya mirotvoreniya”» (1868) əsərində irəli sürül- müşdür.
molekulyar təbii birləşmələr (zülallar, nuklein turşuları və s.) BİOPOLYAR YAYILMA, BİOPOLYARLIQ – canlı
orqanizmlərin coğrafi yayılması – hər iki yarım kürənin soyuq və mülayim enliklərində hər hansı eyni növün (cinsin) məskunlaşması, tropik qurşaqda isə onun olmaması (məs., dişsiz kitlər, qulaqlı tülenlər və s.).
BİOPOLYARLIQ NƏZƏRİYYƏSİ – bu nəzəriyyəyə əsasən arktika və antarktida vilayətlərinin biotaları oxşardırlar (ekvivalentdir- lər), hər ikisi üçüncü dövr flora və faunasının derivatları sayılır. B.N. L.S. Berq tərəfindən geniş hazırlanmışdır. BİORİTMOLOGİYA, XRONOBİOLOGİYA – Biologiyanın Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin PREZİDENT KİTABXANASI ────────────────────────────────────────── 55
orqanizmlərin ritm, bioloji proseslər, o cümlədən miqrasiya, böyümə, qidalanma proseslərini öyrənən bölməsi.
onların tərkibini, quruluşunu, dinamik inkişafını, yayılmasını, mənşəyini, xarici mühit amilləri ilə qarşılıqlı əlaqəsini və növlər arasındakı münasibəti öyrənir. BİOSENOLOJİ MÜHİT – orqanizmlərin xarici mühitə birgə təsirilə əsasən maddələr mübadiləsi vasitəsilə yaranan, biosenozun daxili mühiti. B.m.-in əsasını xarici mühitin (hava, mineral, su) xüsusiyyətləri təşkil edir. İki hissəyə bölmək olar: humusu, ölü kütləsi və digər üzvi maddələri ilə birlikdə torpaq (polipedon) və günəş radiasiyasının tərkibi, xüsusi aerozol (tozcuq, biolin, spor), qaz tərkibi ilə birlikdə hava (klimatop) dəyişir. Dəniz biosenozlarında B.m. öz xüsusiyyətlərilə ayrılır: suda həll olan üzvi maddələrin və metobolizmin məhsullarının (zülallar, polisaxaridlər, nuklein turşuları, fermentlər) olması biolin rolunu oynayır. B.m. biosenozun ayrılmaz hissəsi olub onu senoekosistemə (biogeosenoza) çevirir. BİOSENOTİK (SENOTİK) AMİL – mənbəyi yalnız ayrıca orqanizm, populyasiya, növ deyil, biosenoz orqanizmlərinin birgə fəaliyyətilə bilavasitə və vasitəli mühitə təsiridir.
sonuncudan əvvəlki mərhələsi. BİOSENOTOP – 1) ekosistemin abiotik tərkibi: biosenozların biotopu; ekotopun sinonimi 2) B.Q.İoqanzenə (1966) görə ekosistemin sinonimidir.
(oxşar) sahəsini tutan (yaşayan), bir-birilə və abiotik amillərlə müəyyən əlaqəsi ilə səciyyələnən bitki, heyvan və mikroorqanizmlərin məcmusu. Bioloji dövranda iştirakına görə B.-da əsas üç orqanizmlər qrupu ayırırlar: 1. avtotrof orqanizmlər (produsentlər)-qeyri-üzvi maddədən üzvi maddə əmələ gətirir. 2. Heterotrof orqanizmlər (konsumentlər). 3. redusentlər, orqanizmin parçalanmış qalıqları ilə qidalanan saprofitlər. Yerüstü biosenozların biokütləsini əsasən ali bitkilər (produsentlər) təşkil edir. Heyvanat aləminin (konsumentlər) biokütləsi yalnız 0,010-
Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin PREZİDENT KİTABXANASI ────────────────────────────────────────── 56
0,001%-dir. Mikroqanizmlər və göbələklərin (redusentlər) biokütləsi bir qədər çox olur.
inkişafını və qismən onun demutasiyasını göstərən əlamətlər proqressiv, onun əks mənası isə reqressiv əlamətlər sayılır. Proqressiv əlamətlər: – Senoekosistemin ümumi quruluşunun və biohorizontlarının mürəkkəbləşməsi; – biokütlə və ölükütlənin, həmçinin onların ehtiyat enerjisinin artması; – fitosenozun məhsulunun biosenozun tənəffüsünə nisbətinin vahidə yaxınlaşması; – sinoekosistemlərdə məhsulun onun ehtiyatına nisbətinin azalması; – xarici mühitin səthindən və ehtiyatlarından maksimum istifadə olunması; – Daxili sistem və maddələr mübadiləsinin rolunun artması; – Senopopulyasiyaların, biosenozların və senoekosistemlərin davamlılığının artması.
ayrı biosenoz qrupları arasında xətt və ya keçid zolaq. Kəsgin, mozaik (bir-birilə sərhədlənən qrupların fraqment kompleksləri ilə), haşiyəli (bir və ya bir neçə keçid zolaqlarla və diffuz (qarışmış) sərhədlər ayırırlar. Sərhədlərin dəyişməsi ekoton suksessiya yolu ilə gedir. Bu zaman sərhədin dəyişməsi diffuz (keçid zolaq toxumla məskən salır) və ya frontal (vegetativ yolla artan dominantın sürünərək yayılması yolu ilə gedir). Bir çox biosenoz qrupların sərhədi insan fəaliyyətinin təsirilə pozulmuşdur. (antropogen sərhədlər).
dərəcəsi. Yarus və biohorizontlarda çətirlərin və kök sisteminin həm üfiqi sıxlığı, həm də şaquli sıxlığı təyin olunur. Faizlə ifadə olunur. Meşəlikdə bu termin çətirlərin birləşmə dərəcəsi adlanır. BİOSENOZLARIN AKUSTİKASI – havanın hərəkəti vaxtı (küləkli havada) yarpaq və budaqların əsməsi və ya tez-tez bir-birinə toxunması nəticəsində əmələ gələn səslərin dəyişməsi. Dominantlıq edən növün morfologiyası ilə sıx əlaqədardır. Məs. küləyin sürəti 3 m/s Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin PREZİDENT KİTABXANASI ────────────────────────────────────────── 57
olduqda palıd ağacının orta səs tezliyi 250-400, titrəkyarpaq qovağınki 630-1200 qs təşkil edir. Tozağacı meşəliyində küləyin sürəti 2 m/s olduqda maksimum səsin spektri 166-250 qs, küləyin sürəti 4 m/s qalxdıqda bu rəqəm 1000-2500 qs təşkil edir. Bura həmçinin müxtəlif heyvanların səsi, o cümlədən quşların oxuması daxil olur. B.a. maqnitofon və akustik analizatorların köməyi ilə tədqiq edilir.
məhsuldar biosenozların yaradılması. Onların dominantları və subdominantları məhsuldarlığına, bəzən dekorativliyinə və gigiyena nöqteyi nəzərincə daha effektli olmalıdır. Fitofaqlardan bura ən öncə qiymətli məhsul verənlər (məs. maral, meşə, ev heyvanları) daxil edilir. Bütün daxil edilən yeni növlər ekotopun şəraitinə və formalaşacaq biosenotik mühitə qarşı yüksək tolerantlığa (adaptasiyaya) malik olmalıdır. BİOSENOZUN DOLULUĞU – Senotopun dominant növlərdən istifadə etmə ölçüsü. Dolu ağaclıq, məsələn (meşə dominantının müəyyən yaş sinfində) o ağaclığa deyilir ki, o vahid sahədə ən yüksək oduncaq ehtiyata malik olsun. Bu rəqəm vahid (1) qəbul olunur. Ondan aşağı doluluqlu meşələr onda bir vahidlərlə (0,9, 08, 07, 06, 05, 04, 03) göstərilir. Meşənin doluluğu hər hansı bir sahədəki ağacların döş hün- dürlüyündə (1,3 m) en kəsik sahələri və oduncaq ehtiyatı ilə təyin olunur.
BİOSENOZUN HOMOTONLUĞU – biosenoz daxilində qruplaşmaların oxşarlıq dərəcəsi. B.h. homotonluq indekslərinə görə təyin edilir.
illik gəlir. Aşağıdakı düsturla hesablanır: Nr(%-lə) = c c B − . 100, B - əldə olunan məhsulun qiyməti, C - biosenozu (otlaq, biçənək, meşə) saxlamaq və onun məhsuldarlığını yüksəltməyə sərf olunan xərci nəzərə almaqla maya dəyəri.
Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin PREZİDENT KİTABXANASI ────────────────────────────────────────── 58
proyeksiyası. Termini Q.Tişler (1955) irəli sürmüşdür. BİOSENOZUN MƏHSULDARLIĞI – Vahid zamanda (gün, ay, il) biosenozun hasil etdiyi biokütlə. Biosenozun bioloji məhsuldarlığının (avtotrofların ilk məhsulunu, heterotrofların ikinci məhsulunu və mikroorqanizmlərin biokütləsinin artımını), həcminin məhsulun dəyərli hissəsinin təyin olunması xüsusilə mühümdür. Məsələn, 20-30 yaşlı şam meşəsi bir ildə 37,8 t/ha quru maddə hasil edir. İkinci məhsul tamamilə ilk məhsuldan asılıdır.
miqdarı. Biosenozun aşağıdakı məhsul növlərini ayırırlar: ilk ümumi məhsul (brutto-məhsul)-fotosintez və xemosintez yolu ilə produsentlərlə senoz sisteminə daxil edilən üzvi maddələrin miqdarı, təmiz ilk məhsul (netto məhsul)-tənəffüsə və fitotrofun istifadə etdiyi maddəni çıxdıqdan sonra qalan ilk məhsul; ümumi ikinci məhsul-fitotrof və zootrofların yeni konsumentlərin yaratdığı üzvi maddənin miqdarı; təmiz ikinci məhsul-tənəffüsə və konsumentlərin sərf etdiyi maddələr çıxıldıqdan sonra ikinci məhsul; məhsulun ehtiyatı. Təsərrüfat nöqteyi nəzərincə aşağıdakı B.m. ayırırlar: qiymətli bitki maddə miqdarının ümumi məhsulu: yararlı məhsul, yəni ümumi məhsulun səmərəli istifadə olunan hissəsi (məs. istifadə əmsalı çıxılmağı nəzərə alaraq yem məhsulu) və yararlı məhsulun ehtiyatı.
biosenoz qruplarına məqsədyönlü təsirin istiqamətləri: 1) Biosenozları məhsuldar vəziyyətdə saxlamaq (qulluq, səmərəli istifadə); 2) məhsuldarlığını artırmaq və ya insanın məskən saldığı mühiti yaxşılaşdırmaq: a) Sindinamik dəyişilməyə təsir etmək (demutasiya prosesini sürətləndirmək), b) tərkibini dəyişmək (yeni növ daxil etmək, məs. bitki səpini və ya əkini, qiymətli heyvanların gətirilməsi, az məhsuldar, zərərli və ziyanlı bitkilərin və heyvanların məhv edilməsi), biosenotik mühiti yaxşılaşdırmaq (gübrələmə, suvarma, yandırma, meşədə xidməti qırma aparmaq). BİOSENOZUN SƏRHƏDLƏRİ – bir növün və ya bir növ qrupunun dominantlığı qurtaran, digər növlərin dominantlığı başlandığı xətt və ya zolaq.
Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin PREZİDENT KİTABXANASI ────────────────────────────────────────── 59
BİOSFER (bio və yun. Spharia -kürə) (Vernadskiy), ekosfer (bir sıra qərb tədqiqatçıları), biosfer (Dılis) – yer kürəsində canlı həyatın yayıldığı sahə. B-ə ozon səthinə kimi atmosferin bir hissəsi (20-25 km), litosferin üst hissəsi, əsasən aşınma gedən qabığı (orta hesabla 2-3 km) və bütün hidrosfer (okeanın dibindən 1-2 km aşağı) daxildir. Biosferin ümumi qalınlığı 40 km-ə çata bilər. B. digər geosferlərdən ən yüksək kimyəvi çevrilmələr getməsilə fərqlənir. B. haqda təlimin banisi V.İ.Vernadskinin fikrincə B.-in maddəsi müxtəlif, lakin geoloji cəhətdən qarşılıqlı əlaqədə olan 7 hissədən (canlı maddə, biogen maddə, radioaktiv maddə, kosmik mənşəli maddə, seyrək yayılmış atomlar, atil və biatil maddə) ibarətdir. Müasir B. planetimizdə həyat yaranandan sonra uzun müddətli təkamülün nəticəsidir. Download 3.98 Mb. Do'stlaringiz bilan baham: |
ma'muriyatiga murojaat qiling