Ekoloji LÜĞƏt a


Download 3.98 Mb.
Pdf ko'rish
bet25/60
Sana14.02.2017
Hajmi3.98 Mb.
#384
1   ...   21   22   23   24   25   26   27   28   ...   60

HƏYATİLİK FORMALARI – böyümə forması  və inkişaf ritmi 

oxşar olan bitki və heyvan növlərinin qrupları. 



HƏYATİLİK QABİLİYYƏTİ – populyasiya və ya onun ayrı-ayrı 

fərdlərinin verilən şəraitdə yaşaması və nəsil vermə qabiliyyəti. 



HİBRİD TOXUM (lat. hibrida - mələz) – müxtəlif forma, sort, növ 

və cinsə aid bitkilərin hibridləşdirilməsi nəticəsində alınan toxumlar. 

H.t. başqa sortlara nisbətən daha yüksək məhsul verir. Səpində yalnız 

H.t.-un 1-ci nəslindən istifadə edilir. 



HİBRİDLƏŞDİRMƏ  –  İki və ya daha çox irsi əlamətləri ilə 

fərqlənən, heyvan və bitkilərin çarpazlaşdırılması. Sortarası, növarası, 

növdaxili və uzaq H. məlumdur. Heyvan cinsləri arasında aparılan cüt-

ləşdirmədən Azərbaycan dağ merinosu qoyunu, qırmızı  səhra, qara-ala 

və s. qaramal cinsləri alınmışdır. Bitki seleksiyasında buğda cinsinə 

daxil olan növlər arasında geniş növarası H. aparılmışdır. 

İ.D.Mustafayev və C.Ə.Əliyev H.-dən bir sıra buğda sortları almışlar. 

HİDATOFİTLƏR (yun. hydos - su) – bütünlüklə və ya çox hissəsi 

suyun altında olan bitkilər (bitkinin yalnız aşağı hissəsi suyun altında 



Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin 

PREZİDENT   KİTABXANASI 



────────────────────────────────────────── 

198 


 

olan hidrofitlərdən fərqli olaraq). Bunlardan bəzisi kökləri ilə qrunta 

bitişmiş, digərləri bitişməmiş olur (məs., elodeya, suçiçəyi, suzanbağı). 

HİDRİK SUKSESSİYA  – kiçik göllərdə  və üst bataqlıqlarda 

müşahidə olunur. H.s. hər hansı  səbəbə görə suyun səviyyəsinin aşağı 

düşməsi və dib qruntunun aerasiyasının güclənməsi ilə də baş verə bilər. 

Bataqlıqlarda H.s. hövzənin kənar hissəsindən başlayaraq, ora ilk dəfə 

su bitkiləri ilə (cil, sfanqum mamırı) örtülür. Belə bataqlıq, adətən, 

çeyillik adlanır. Bataqlığın kənarı çöküntü və detritlə dolduqca, torpaq 

inkişaf etməyə başlayır və quru sahə ilə birləşir, əvvəlcə kolların, sonra 

isə torf üzərində meşənin (küknar, qara şam)  əmələ  gəlməsi müşahidə 

olunur, bu bitkilər isə  nəhayət yerli klimaks növlərlə (tozağacı, 

ağcaqayın ağ şam və s.) əvəz olunur. Bu H.s.-nın tipik misalıdır. 



HİDROBİOLOGİYA  – su orqanizmləri və onların xarici mühitlə 

qarşılıqlı  əlaqəsindən bəhs edən elm. H., əsasən, ekoloji elm olub 

okeanların, dənizlərin və şirin suların bioloji məhsuldarlığını öyrənir. 

HİDROBİONTLAR – bax: su heyvanları. 

HİDROBİOSENOZLAR – su biosenozları. 

HİDROFAUNA – Su heyvanları faunası. 

HİDROFİLLƏR  – Suda yaşayan heyvanlar. İti axan çayların 

şəraitinə uyğunlaşan heyvanlar, xüsusi qrupa daxildir (reofillər). 



HİDROFİTLƏR  – Su hövzələrində  sərbəst üzən və ya köklərilə 

hövzənin dibinə  bərkimiş, tamamilə suya batmış su bitkiləri, bəzən 

yarpaqları  və ya çiçəkləri suyun səthinə  çıxır (üzür). İtiaxan çaylarda 

yaşayan bitkilər reofitlər adlanır. 



HİDROFOB ÖRTÜKLƏR – su ilə islanmayan örtüklər – metalları 

korroziyadan qorumaq, başqa materiallara islanmaq keyfiyyəti 

verməmək üçün istifadə edilir. 

HİDROFOBLAR – suya yaxın yerlərdən və ya suyun bolluğundan 

çəkinən orqanizmlər (kaktuslar, bəzi çöl və yarımsəhra taxılotuları, 

əqrəblər, çəyirtkə və s.). 

HİDROXARİTLƏR – qrunta bərkiyən su bitkiləri (oxyarpaq, qamış 

və s.). 


HİDROXORLAR  – Meyvələri, toxumları  və digər rüşeymləri su 

cərəyanı ilə yayılan bitkilər. Bataqlıq və su bitkiləri və bəzi göbələklər 

H.-a aiddir. Belə yayılmaya içərisi hava ilə dolu və üzmə qovluğu kimi 


Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin 

PREZİDENT   KİTABXANASI 



────────────────────────────────────────── 

199 


 

təsir edən müxtəlif  şişkinliklər və  çıxıntılardan ibarət uyğunlaşmalar 

kömək edir. Oxyarpaq, suoxu və s. H.-a aiddir. 

HİDROXORİYA – meyvə və toxumların su vasitəsilə yayılması. 

HİDROGEN BOMBASI – böyük dağıdıcı qüvvəyə malik partlayış 

yaradan bomba: nüvə silahının bir növü. Sintez reaksiyasının 

başlanması üçün labüd olan on milyonlarla dərəcə istilik bombanın 

daxilindəki atom atımının partladılması sayəsində alınır. 



HİDROGEN DƏYİŞİLMƏLƏR – (suksessiyalar) – Ekzodinamik 

dəyişilmə olub torpağı suyun basması ilə əlaqədar baş verir. 



HİDROGEN SULFİD  (H

2

S) – kəsgin iyə malik olub zülal 

maddələrin parçalanması zamanı  əmələ  gəlir. Neft yataqlarından çıxan 

qazların, təbii və vulkan qazlarının, mineral bulaqların tərkibində olur. 

H.s. nefttəmizləmə, təbii və koks qazlarının təmizlənməsi zamanı əlavə 

məhsul hesab olunur. H.s. çox zəhərlidir, onun havada insan üçün zərərli 

olmayan az miqdarı (milyon hissədən 0,1 hissəsi) iyinə görə asan təyin 

olunur. Yüksək dozada isə əksinə, insan tərəfindən qəbul olunmur. H.s.-

in miqdarı 250-500 ml/m

3

 olduqda ağır zəhərlənmə baş verərək 



nəfəsalmada iflic vəziyyət, ağciyərlərdə şirəburaxma müşahidə olunur. 

HİDROGEOLOGİYA  – Yeraltı sular haqqında elm: geologiyanın 

bir sahəsi. Yeraltı suların  əmələ  gəlməsini, yatım  şəraitini, hərəkət 

qanunlarını, rejimini, ehtiyatını, fiziki və kimyəvi xassələrini, atmosfer 

və yerüstü sularla qarşılıqlı əlaqəsini öyrənir. 



HİDROKİMYA  – Təbii suların kimyəvi tərkibi və onların  ətraf 

mühitdə gedən kimyəvi, fiziki və bioloji proseslərdən asılı olaraq 

dəyişilməsinin qanunauyğunluqları haqqında elm. 

HİDROKİMYƏVİ REJİM 

– su mühitinin kimyəvi 

xarakteristikasının məcmusu (asılı 

və 


həllolan maddələrin 

konsentrasiyası  və dinamikası, duzluluq, codluq, aktiv reaksiya

oksidləşmə-reduksiya potensialı və b.). H.r. hidrobiontların böyüməsinə, 

inkişafına, çoxalmasına, su ekosistemlərinin davamlılığına, 

məhsuldarlığına və s. təsir göstərir. H.r. həmçinin su hövzəsinə 

antropogen təsir dərəcəsindən, qismən tullanan çirkləndiricilərin həcmi 

və kimyəvi tərkibindən asılıdır. 

HİDROQRAFİK ŞƏBƏKƏ – Müəyyən ərazidə çay, göl, su anbarı 

və bataqlıqların məcmusu. 



Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin 

PREZİDENT   KİTABXANASI 



────────────────────────────────────────── 

200 


 

HİDROQRAFİYA  – qurunun müəyyən su obyektlərini (çayları, 

gölləri, bataqlıqları), onların mənşəyini, morfologiyasını, rejimini, 

landşaftın başqa elementləri ilə əlaqəsini və coğrafi yayılmasını öyrənən 

elm. 


HİDROLOGİYA  – təbii suları, onlarda gedən hadisələri və 

prosesləri öyrənən elm. H. su obyektlərinin və onları öyrənmə 

metodlarının spesifik xüsusiyyətləri ilə əlaqədar okeanologiya (okean və 

dənizlərin H-sı) və qurunun H.-sını (qurunun səth sularını) öyrənir; 

potamologiya (çayların H.-sı), limnologiya (gölşünaslıq), qlyasiologiya, 

bataqlıqşünaslıq sahələri var; qurunun hidrologiyasına hidrometriya, 

hidroqrafiya, hidrokimya daxildir. Müasir H.-nın  əsas problemləri 

təbiətdə su dövranının tədqiqi, insanın təsərrüfat fəaliyyətinin ona təsiri, 

su obyektlərinin və  ərazilərin və ümumiyyətlə Yerin hidroloji 

elementlərinin (suyun səviyyəsi, sərfi, temperaturu və s.) zaman, məkan 

analizi, həmin elementlərin tərəddüdünün qanunauyğunluqlarının aşkar 

edilməsi və s. ibarətdir. Çoxillik hidroloji müşahidələr və  tədqiqatlar 

arasında hidroloji proqnozlar tərtib edilir. 

HİDROLOJİ  XİDMƏT  – su hövzələrinin, su axınlarının fiziki, 

kimyəvi, bioloji parametrlərinin vəziyyətinin təbii və antropogen 

dəyişməsinə nəzarət xidməti. Respublikamızda H.v. Ekologiya və Təbii 

Sərvətlər Nazirliyi Milli Hidrometeoroloji Departamentinə  həvalə 

olunmuşdur.  

HİDROLOJİ MÜHİT, SU MÜHİTİ – hidrosfer bütövlüklə, bütün 

fiziki vəziyyətdə su (maye, bərk, qaz halında). 



HİDROLOJİ ŞƏBƏKƏ – müəyyən ərazidə çayların və digər daimi 

və ya müvəqqəti su axarları, göllər, bataqlıqların məcmusu. 



HİDROMELİORASİYA  – kənd təsərrüfatı istehsalının hidroloji 

şəraitinin, həmçinin ətraf mühitin ümumi yaxşılaşdırılmasına yönəldilən 

təşkilatı təsərrüfat və texniki tədbirlər sistemi. H.-ya suvarma, otlaqların 

su ilə  təmin edilməsi, çayların və  səthi axımın tənzimlənməsi;  şoran 

torpaqların yuyulması; torpaq eroziyasının qarşısını almaq məqsədilə 

hidrotexniki qurğuların tikilməsi və tirələrin düzəldilməsi aiddir. H. 

yalnız meliorativ tədbirlərlə əlaqələndirildikdə maksimum təsərrüfat və 

təbiəti mühafizə effekti verə bilər. 



HİDROMETRİYA – su obyektlərinin rejimini, mayenin hərəkət və 

Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin 

PREZİDENT   KİTABXANASI 



────────────────────────────────────────── 

201 


 

halını xarakterizə edən kəmiyyətlərin təyini üçün üsullar toplusu. 



HİDROMODUL – suya xüsusi tələbat: müəyyən ərazidə hər hansı 

bitkinin yetişdirilməsi üçün tələb olunan suvarma (irriqasiya) suları. 



HİDROMORF TORPAQLAR – Səthə yaxın qrunt suları şəraitində 

mezofil və hiqrofil bitki örtüyü ekosistemlərində formalaşan qleyli-

çəmən, çəmən və qaratorpaq-çəmən torpaqları. 

HİDROPONİKA  (yun. hydor – su, pohos - iş)  – bitkilərin süni 

mühitdə, torpaqsız becərilməsi. Bu zaman bitkinin kök sistemi bərk 

substrat (qida əhəmiyyəti olmayan) üzərində, suda, yaxud rütubətli 

havada (aeroponika) inkişaf edir. Bitkilər qidanı kökləri  əhatə edən 

qidalı məhluldan alırlar. 

HİDROPSAMMON  – dəniz, çay, göl və su anbarlarının sahilində 

nəmli qumlarda yaşayan su orqanizmlərinin məcmusu. H.-lara 

nematodlar, malyusklar, həşərat sürfələri və s. aiddir. 

HİDROSFER  – Yerin su təbəqəsi; atmosferlə litosfer arasında 

yerləşir. Yer səthinin 70,8%-ni təşkil edir. H.-in həcminin təqribən 94%-

i dəniz və okeanlar, 4%-i yeraltı sular, 2%-i, əsasən, Arktika, Antraktida 

və Qrenlandiyanın buzlaq və qar suları, 04%-i qurunun səth sularıdır 

(çay, göl, bataqlıq). H. atmosfer, yer qabığı və biosferlə daim qarşılıqlı 

əlaqədədir. 



HİDROSFER TƏZYİQ  – Su hövzələrində su kütləsinin dibinin 

səthinə  təzyiqi. Təzyiqin dərinlik  əmsalı  təqribən hər 10 m-ə 1 atm-ə 

(101325 N/m

2

) çatır. Dərinliklərdə yaşayan heyvanlar təzyiqin gücünə 



bu və ya digər dərəcədə adaptasiyaya malikdirlər. 

HİDROSFERİN ÇİRKLƏNMƏSİ  – Hidrosferə müəyyən 

miqdarda və qatılıqda çirkləndirici maddələrin daxil olması ilə iri su 

obyektlərinin (çay, su anbarı, göl, okean, dəniz, qrunt suları) mühitinin 

normal şəraitinin pozulması. 



HİDROTEXNİKİ QURĞULAR  – təbii su ehtiyatlarından (çay, 

göl, dəniz, yeraltı sular) istifadə etmək məqsədilə, yaxud suyun (selin) 

zərərli təsirinə qarşı mübarizə üçün tikilən xüsusi mühəndis qurğuları. 

HİDROTERMİK  ƏMSALLAR  –  İqlimin nəmlik göstəricisidir. 

M.İ.Budıkoya (1930) görə Kh=R/Zr; burada K – radiasiya balansı; Z – 

buxarlanmanın gizli istiliyi və r – yağıntının miqdarı. A.M.Ryabçikova 

(1972) görə: K=W/R, w – məhsuldar nəmlikdir (ildə mm-lə). Bu əmsal 



Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin 

PREZİDENT   KİTABXANASI 



────────────────────────────────────────── 

202 


 

səhra üçün 2-dən aşağı, yarımsəhra üçün 2-4, çöl üçün 4-7, meşə-çöl 

üçün 7-10, yarpaqlı meşələr və tayqa üçün 10-13, meşə tundra üçün 13-

dən yuxarıdır. 



HİDROTERMLƏR  – Yerin dərinliklərindən daxil olan yüksək 

temperaturlu suların mənbələri. H.-rə  həm quruda, həm də okeanların 

dibində rast gəlinir. 

HİQROFİLLƏR  (yun. hygros - rütubətli)  – Rütubətsevən 

heyvanlar. 



HİQROFİTLƏR  – Rütubətli yerlərdə bitən bitkilər. H.-in əsas 

xüsusiyyəti onlarda su sərfinin qarşısını alan uyğunlaşmaların olmasıdır. 

H. üçün katikula buxarlanması xarakterikdir. 

HİQROMORFİZM  – havanın yüksək rütubətlik  şəraitində bitən 

bitkilərin quruluşunun xüsusiyyətləri. Belə bitkilər üçün transpirasiyanın 

güclənməsi  şəraitinə uyğunlaşmaq qabiliyyəti səciyyəvidir, bu qida 

məhlullarının zoğlara doğru intensiv hərəkətini təmin edir. 



HİQROTOPLAR  – substratın rütubətlik  şəraitinə görə ayrılır. 

adətən 6 əsas rütubətlik pilləsi (qrupu) ayırırlar: “0”-çox quru, 1-quru, 2 

təzə (azrütubətli), 3-rütubətli, 4-nəm, 5-yaş. Hiqrotopları ayırmaq üçün 

indiqator bitkilərdən istifadə olunur. Bu bitkilər bölünür: kserofitlər (“0” 

və 1 qrupları), mezofitlər (2, 3), hiqrofitlər (4, 5). Bəzən  əlavə olaraq 

ultrakserofitlər (0 qrupu), mezokserofitlər (1, 2), ultrahiqrofitlər (5) 

ayrılır. 

HİPERGENEZ ZONASI – Yer qabığının üst hissəsində fiziki, 

kimyəvi və bioloji xarakterli aşınma gedən dağ süxurlarının dağılması, 

mineral-geokimyəvi dəyişməsi zonası. 

HİPERKAPNİYA  (qiper və yun. kaphos - tüstü)  – qanda və ya 

digər toxumalarda CO

2

-in yüksək miqdarı ilə əlaqədar orqanizmin xəstə 



vəziyyəti. 

HİPERTROFİYA  – bir sıra bitki və heyvanlarda orqanizmin bəzi 

toxuma və ayrı-ayrı hissələrinin, həcminin qeyri adi pataloji böyüməsi. 

Məs., bakteriya, göbələk və  həşəratların neqativ təsirinə reaksiya kimi 

bitkidə  fırların  əmələ    gəlməsi; virus, patogen bakteriyalar və b. ilə 

heyvan və insanda şişin əmələ gəlməsi. 

HİPERYIRTICI  – bir yırtıcının digər yırtıcının hesabına yaşaması 

(məs., qartal kərtənkələ ilə qidalanır, kərtənkələ isə öz növbəsində 



Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin 

PREZİDENT   KİTABXANASI 



────────────────────────────────────────── 

203 


 

onurğasızlar və ya kiçik onurğalılarla qidalanır və s.). Yırtıcı  və H. 

arasında müəyyən təbii tarazlıq vardır, o, insan tərəfindən 

pozulmamalıdır. 



HİPOBİOSFER  (yun. hypo – altında, aşağı)  – yaşayış üçün 

litosferin qeyri əlverişli qatı; canlı orqanizmlər təsadüf düşsə  də orada 

müvəqqəti yaşayır, ancaq çoxala bilmir. 

HİPOEKOSİSTEM  – Tam struktura malik olmayan ekosistemlər 

(məs, çay və mağara ekosistemləri, takır və çaybasar, həmçinin 

səhralarda bərkiməmiş qumların ekosistemləri). 

HİPOKSİYA  – orqanizmin üzvləri və toxumalarının kifayət qədər 

oksigen almadığından ekstremal vəziyyəti. 



HİPOLİMNİON – dərin göllərin soyuq, oksigenlə zəngin olmayan 

dərin qatı. H.-də yaşıl bitki yoxdur, belə ki, ora atmosferin oksigeni 

daxil olmur. Bununla bərabər qışda müsbət temperatur olduğundan su 

hövzəsinin üst qatında yaşayan orqanizmlər üçün özünəməxsus 

sığınacaq hesab olunur. 

HİPONEYSTON  – suyun üst qatında (5 sm qalınlığında) yaşayan 

orqanizmlərin məcmusu. 



HİPOTERRABİOSFER – litobiosferin aerob orqanizmlərin yaşaya 

bildiyi hissəsi. 



HİPSOFİL BİTKİLƏR – əsasən gipslə zəngin olan torpaqda bitən 

bitkilər (kəkotu, bəzi gəvən növləri və s.). 



HİS – karbohidrogenlərin yarım yanması zamanı əmələ gələn yüksək 

dispers məhsul, tərkibində 88-89% – karbon, 03-08% – hidrogen, 10%-ə 

qədər oksigen (adsorblaşmış), az miqdarda mineral hisəciklər, həmçinin 

adsorbsiya olunmuş qazlar və su buxarı olur. H. qara rəngdə olub yaxşı 

texniki – molyar xassələrə malikdir. H.-in bütün növlərindən lak-boya 

materialları, nəşr boyası, elektrod, linelium, ebonit, qrammafon lövhəsi, 

yazı maşını lenti və s. almaqda geniş istifadə olunur. H.-in əsas 

istehsalçısı rezin sənayesi (80%-ə qədər) hesab olunur. 



HİSSƏ-HİSSƏ OTARMA (Zaqon) – Otarma üsulu, kənd 

təsərrüfatı heyvanlarını otarmaq üçün otlaq ərazisi hissə-hissə sahələrə 

(bölmələrə) bölünür və heyvanların otarma təqvimi, otlaq dövriyyəsi 

nizamlanır. Bölmələri bir-birindən ayırmaq üçün araları hasarlanır və ya 

səmtləşdirilir. Xarici ölkələrdə bölmələrin sərhədlərinə elektrik 


Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin 

PREZİDENT   KİTABXANASI 



────────────────────────────────────────── 

204 


 

məftilləri («elekrik çobanı»”) çəkilir. Belə otarma üsulunda otlaqların 

məhsuldarlığı nizama salınır. 

HOLOGENETİK DƏYİŞİLMƏLƏR (yun. holos -bütöv) – coğrafi 

mühitin bütövlüklə  tədricən dəyişilməsilə  əlaqədar qruplaşmaların 

uzunmüddətli dəyişilməsi. Termini V.N.Sukaçov (1945) irəli 

sürmüşdür. 



HOLOHİDROBİONTLAR  – yalnız su mühitində yaşamağa 

uyğunlaşan növlər. 



HOLOSEN  – buzlaqlardan sonrakı epoxa-müasir geoloji epoxa. 

Yerin geoloji tarixinin Antropogen dövrünün sonuncu, bitməmiş 

hissəsidir. Təqr. 10 min il vaxtı əhatə edir. 

HOMEOSTAZ – insan, heyvan və bitki orqanizminin əsas fizioloji 

funksiyalarının davamlılığı  və daxili mühitinin tərkib və xassələrinin 

nisbi dinamik sabitliyi, insanda, quşlarda, məməlilərdə hidrogen ionları 

konsentrasiyasının və qanın tərkibinin, osmotik təzyiqin, bədən 

temperaturunun, qan təzyiqinin və s. funksiyaların sabitliyi H-a daxildir. 

HOMOXROMİYA  – heyvanlarda bədənin rəngi  ətraf mühitin, o 

cümlədən substratın rənginə uyğunluğu. Bəzi həşəratların (kəpənəklər), 

balıq (kambala), suda-quruda yaşayanlar (qurbağa), quşlar, məməlilər 

(qütb ayısı) və b. H. populyasiyalararası və populyasiyadaxili əlaqələrdə 

böyük rol oynayır. 

HOMOMORF ORQANİZMLƏR  – bədənin forması  və  rəngi 

yaşadığı mühitin forma və rənginə uyğun olan heyvanlar. 



HOMOSFER – Atmosferin Yer səthindən 90-95 km hündürlüyə 

qədər olan qatı, burada hava yaxşı qarışmış və qazların faizlə qarşılıqlı 

nisbəti yer səthi sahələrdəki kimi qalır. 

HOMOYOTERM HEYVANLAR  (yun. homos – bərabər, eyni, 

ümumi)  – istiqanlı heyvanlar-bədəninin temperaturu dəyişməyən və 

ətraf mühitin temperaturundan asılı olmayan heyvanlar. Bunlara quşlar 

və  məməlilər daxildir. Müxtəlif növlərin bədəninin temperaturu 

müxtəlifdir (35-45

°) və mühitin temperaturundan yüksəkdir. 

HORMONLAR,  İNKRETLƏR  (yun. hormoc - oyatmaq)  – 

endokrin vəziləri, yaxud daxili sekresiya vəzilərinin hasil etdiyi və 

bilavastə qana ifraz olunan mürəkkəb kimyəvi təbiətli bioloji aktiv 

maddələr (zülallar, amin turşuları, polipeptidlər, steroidlər və s.). H.-ın 



Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin 

PREZİDENT   KİTABXANASI 



────────────────────────────────────────── 

205 


 

əsas funksiyası ayrı-ayrı orqanların, sistemlərin və bütövlükdə 

orqanizmin fəaliyyətini hormonal tənzim etməsidir. H. həm heyvan, 

həm də bitki orqanizmlərində sintez olunur. Termin E.Starlinq (1905) 

tərfindən irəli sürülüb. 

HÖVZƏ  – 1) Səth axını olmayan alçaq sahə (axarsız hövzə). 2) 

Dəniz dibinin bu və ya digər dərəcədə izometrik formaya malik alçaq 

sahəsi, çökəklik. 3) Yağıntının yerə hopduğu və  yığıldığı sahə. 4) Yer 

qabığının çökmə örtüyünün əyilmiş iri strukturu. 5) Forması  və  təşkil 

olunduğu süxurların xüsusiyyətlərinə  əsasən suları özündə toplayan 

relyef forması və ya yeraltı struktur (məs. Artezian hövzəsi). 6) Buzlaq 

və onun qollarının qidalandığı sahə. 7) Ayrıca çaya və ya çay sisteminə 

axan suların əhatə etdiyi yer səthinin bir hissəsi. 



HUMİD  İQLİM  (lat. humidus - rütubətli)  – rütubətliyi artıq olan 

iqlim. H.i.-də yağıntının miqdarı buxarlanan və yerə hopan suyun 

miqdarından xeyli çox olur və artıq qalan su yer səthində çay şəbəkəsi, 

yəni çay dərələrinin  əmələ  gəlməsinə  səbəb olur. H.i. şəraitində çay 

dərələri və yarğanlar geniş inkişaf etmişdir. 

HUMİDLİK – torpaqda və ya suda bitgi və heyvan qalıqlarının 

humidləşmə dərəcəsi. 



HUMİN MADDƏLƏRİ –humusun komponenti, turşu və 

qələvilərdə  həll olmur, torpağın qeyri üzvi fraksiyaları ilə  bərk 

kompleks əmələ gətirir. 

HUMUS, ÇÜRÜNTÜ (lat. humus – torpaq, yer) – torpağın bitki və 

heyvan qalıqlarının biokimyəvi çevrilməsi nəticəsində əmələ gələn tünd 

rəngli üzvi hissəsi. H.-un tərkibinə humin turşuları (torpağın 

məhsuldarlığı üçün ən vacib olan) və fulvoturşular daxildir. H.-da 

mikroorqanizmlərin köməyi ilə bitkilərin ala bildiyi əsas qida 

elementləri (azot, fosfor, kükürd, karbon və s.) vardır. H. torpağın 

məhsuldarlığını artırır, onun bioloji aktivliyini yüksəldir. 

HUMUSLU SU HÖVZƏSİ – tünd qırmızı rəngli su hövzəsi; bitki 

və heyvan qalıqlarının mikrobioloji çürüməsi nəticəsində  əmələ 

gəlmişdir (tundra və tayqa zonasının bir çox su hövzələri). 

 

 

 


Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin 

PREZİDENT   KİTABXANASI 



────────────────────────────────────────── 

206 


 



 

XAÇÇİÇƏKLİLƏR  (Cruciferae)  – ikiləpəli bitki fəsiləsi. Otlar, 

bəzən yarımkollar və ya növbəli düzülüşlü sadə yarpaqlı kollardır. 

Azərbaycanda 66 cinsi (240-dan çox növü) məlumdur. X. fəsiləsində 

çoxlu faydalı bitkilər – tərəvəz (kələm, turp), yağlı  (şalğamturp, 

vəzərək, yağçiçəyi və s.) ədviyyat (xardal, qatıqotu), dərman 

(sarılıqotu), balverən, boyaq bitkiləri və  s.  var.  Bəziləri (turpəng, 

vəzərək, quşəppəyi, yarğa otu və s.) geniş yayılmış alaq otlarıdır. 


Download 3.98 Mb.

Do'stlaringiz bilan baham:
1   ...   21   22   23   24   25   26   27   28   ...   60




Ma'lumotlar bazasi mualliflik huquqi bilan himoyalangan ©fayllar.org 2024
ma'muriyatiga murojaat qiling