Ekoloji LÜĞƏt a


Download 3.98 Mb.
Pdf ko'rish
bet31/60
Sana14.02.2017
Hajmi3.98 Mb.
#384
1   ...   27   28   29   30   31   32   33   34   ...   60

KOSMİK MÜHİT  – Yerdən kənarda, göy cisimlərinə, yaxud 

komosa aid olan fiziki qüvvələrin məcmusu. K.m.-ə günəş radiasiyası 

(istilik və  işıq), kosmik radiasiya, ay işığı, kosmik toz və s. aiddir. 

Biosfer-kosmik  əlaqələr ilk dəfə V.İ.Vernadski (1926) tərəfindən 

öyrənilmişdir. 

KOSMİK RADİASİYA  – Kosmosdan Yerə düşən kompleks 

(qarışıq) tərkibli ionlaşmış  şüalanma (şüalar). Yer səthi zonasında K.r. 

bərk (əsasən mezonlar) və yumşaq (elektronlar, pozitronlar, 

elektromaqnit dalğaları)  şüalanmadan ibarət olur. K.r. ətraf (kimyəvi) 

mühitin faktoru kimi orqanizmlər üçün mühüm əhəmiyyət kəsb edir. 

KOSMİK  ŞÜALAR  – Kainatdan Yer atmosferinə düşən böyük 

enerjili zərrəciklər (ilkin şüalanma) və onların atmosferdəki atom 

nüvələri ilə toqquşması nəticəsində yaranan elementar zərrəciklər (ikinci 

şüalanma) seli. 



KOSMİK YERŞÜNASLIQ  – kosmik metodlarla Yeri və yerətrafı 

fəzanın tədqiqi kosmik aparatının köməyilə yerinə yetirilərək təbii 

resursların öyrənilməsi və  mənimsənilməsi, həmçinin  ətraf mühitin 

mühafizəsi vəzifəsini daşıyır. Termini A.V. Sidorenko (1980) təklif 

etmişdir. 

KOSMİK ZONDLAŞDIRMA  – Yerin süni peyklərinin və pilotlu 

uçan aparatların köməyi ilə atmosferin və yerin səthinin, o cümlədən 

biosferin vəziyyəti haqqında məlumatların alınması. 

KOSMOGENEZ – kosmosun, Kainatın qanunauyğun təkamülü. 

KOSMOKİMYA  – kosmik cisimlərin kimyəvi tərkibi, kimyəvi 

elementlərin Kainatda yayılması  və paylanması qanunauyğunluqları  və 

kosmik kütlələrdə atomların miqrasiyası haqqında elm. 

KOSMOQONİYA  – astronomiyanın bölməsi; kosmik cisimləri və 

onların sistemlərinin mənşəyini, inkişafını öyrənir. Üç bölməyə ayrılır: 

planet, ulduz və qalaktikalar K.-sı. 

KOSMOPOLİTLƏR (BİOLOGİYADA)  – Yer kürəsinin demək 

olar ki, hər bir guşəsində (Antraktidadan başqa) yaşaya bilən heyvan və 

bitki növləri, cinsləri, fəsilələri və ya daha iri qrupları. Ali dərəcəli K.-ə 

taxıllar fəsiləsi, sərçəkimilər dəstəsi misal ola bilər. Həmçinin 

multreqional K., bir çox regionlarda rast gəlinən növlər ayırırlar. 

KOSMOS  (yun. kosmos)  – Kainat, kainatın sinonimi. Bəzən Yer 


Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin 

PREZİDENT   KİTABXANASI 



────────────────────────────────────────── 

246 


 

(atmosferi ilə birlikdə) K.-a aid edilir. 



KOSMOSUN ÇİRKLƏNMƏSİ  – kosmosun istifadəsi intensiv-

liyinin artması ilə bağlı olan yeni antropogen çirklənmə növü. Hazırda 

Yerətrafı orbitdə 7 min iri obyektlər, o cümlədən 400 fəaliyyətdə olan 

peyk mövcuddur, qalan obyektlər – xarab olmuş cihazlar, peyklərin və 

uçan cihazların və s. var. Kosmos zibilləri kəsgin artmaqda davam edir. 

Bir sıra ölkələrdə  təhlükəli tullantıları toplamaq üçün «Kosmos 

zibillikləri”» layihələri hazırlanır. 

KÖK  – yarpaqlı gövdəli bitkilərin (mamırlardan başqa)  əsas 

vegetativ orqanlarından biri: bitkini substrata birləşdirmək, ondan su və 

qida maddələrini udmaq, qəbul olunmuş maddələrdən üzvi maddə sintez 

etmək, onları bitkinin başqa orqanlarına keçirmək və mübadilə 

prosesinin bəzi məhsullarını ifraz etmək funksiyasını daşıyır. Bəzi 

bitkilərdə K.-ün ehtiyat qida maddələri toplamaq (yerkökü, çuğundur və 

s.) və vegetativ çoxalma orqanı (kök pöhrələri) olmaqla əlavə vəzifələri 

də var. 


KÖK İFRAZATI – Bitki kökləri ilə torpaq və su mühitinə biolinlər-

üzvi və mineral maddələrin (amin turşulrı, karbohidratlar, üzvi turşular, 

fosfatlar, sulfatlar, fermentlər) ifrazatı (ayrılması). Bu maddələr torpağa 

fəal təsir göstərərək mikroorqanizmlərin risozferdən istifadəsinə  şərait 

yaradır və qonşu bitkilərin köklərinə də təsir göstərir. 

KÖKLÜ SÜXUR – ilk yarandığı yerdə yerləşən bərk süxur. Adətən 

aşınmış qabığın altında yerləşir, külək eroziyasına məruz qalmır. 



KÖÇƏRİ QUŞLAR  – bu və ya digər rayonlarda ancaq çoxalma 

vaxtı, yaxud qışda yaşayan quşlar. K.q. yazda gəlir, bala çıxarır, payızda 

gedir (yuvalayan quşlar) və payızda gəlib yazda gedirlər (qışlayan 

quşlar). Azərbaycan Respublikasında 160 növ köçəri quş var (100 növü 

yuvalayan, 60 növü qışlayan). Eyni növdən olan quşlar bir yerdə köçəri, 

başqa yerdə oturaq ola bilər. Yuvaladığı  və  qışladığı rayonlar arasında 

müvəqqəti görünən quşlar ötüb keçən quşlardır. 

KÖÇMƏ  – orqanizmlərin yem dalınca və ya istirahət etmək üçün 

qısa müddətə nisbətən uzaq olmayan yerə köçməsi, (məs., qarğalar, 

dovşanlar, dolaşalar, arıquşular, çəyirtkələr). 

KÖRFƏZ  – okeanın, dənizin və ya gölün quruya doğru soxulmuş, 

lakin əsas hövzəsi ilə sərbəst su mübadiləsi olan hissəsi. 



Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin 

PREZİDENT   KİTABXANASI 



────────────────────────────────────────── 

247 


 

KRİNOHALOKSEROFİTLƏR  – yarpaqlarındakı  vəziciklər 

vasitəsilə izafi duzlardan azad olan duzadavamlı kserofil bitkilər 

(dəvəayağı, qışotu və s.). 

 

KRİNOHALOFİTLƏR  – yarpaqlarda olan xüsusi vəziciklərlə 

orqanizmdən duzun ayırması. 



KRİOBİOLOGİYA  – biologiyanın bölməsi; aşağı temperaturun 

(soyuğun) canlı orqanizmlərə təsiri ilə məşğul olur. 



KRİOBİONTLAR (yun. kryos – soyuq, şaxta) – çox soyuq yerlərin 

daim sakinləri. (qarda və ya buzda). 



KRİOBOİS – qarın daxilində və ya səthində yaşayan orqanizmlər. 

KRİOFİLLƏR  (yun. xeros - quru)  –  ərimiş qar sularından  əmələ 

gələn gölməçələrdə, buzun, yaxud qarın üzərində və  dəniz buzlarından 

əmələ  gələn sularda yaşayan soyuqsevən heyvanlar. Temperatur 

alçaldıqca onlar donub buza çevrilir. Kriofil yosunların kütləvi surətdə 

artması qarın və buzun rənglənməsinə səbəb olur. 

KRİOFİTLƏR  – soyuq (vegetasiya dövründə orta ongünlük 

temperatur 0-10

°C) və quru yerlərdə yaşamağa uyğunlaşmış bitkilər. 

Psixrofitlərlə birlikdə tundranın, alp çəmənliklərinin, yüksək dağlıq 

yerlərindəki çöküntü və qayaların  əsas bitki örtüyünü əmələ  gətirir. 

Məs., Pamir, Tyanşan vəTibetin yüksək dağlıq səhralarında bitən 

yastığaoxşar bitkilər K.-ə aiddir. 

KRİOFOB  – soyuq iqlimi olan yerlərdə yaşamağa alışmayan 

orqanizm (növ). 



KRİOGEN PROSES – torpağın mənfi dərəcəyə  qədər soyuması, 

donması  və donunun açılması vaxtı baş verən fiziki, fiziki-kimyəvi və 

bioloji proseslərin məcmusu: torpağın çat verməsi; torpaq donarkən 

torpaq kütləsinin qarışması və torpaq nəmliyinin miqrasiyası; çınqıl və 

daş  qırıqlarının torpaq kütləsindən çıxarılıb onun səthində paylanması 

və struktur – oliqonal törəmələrin – çoxkünclü daşlar, tor və s.-nin 

formalaşması; şaxta-don qabarmaları və s. 

KRİOKSEROFİTLƏR – soyuq və quru bitmə şəraitinin bitkiləri. 

KRİOLOGİYA  –qar və buz örtüyünü öyrənən elm; ümumi 

buzşünaslıq. 



KRİOSFER  – Yer kürəsinin atmosfer, hidrosfer və litosfer ilə 

Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin 

PREZİDENT   KİTABXANASI 



────────────────────────────────────────── 

248 


 

sərhəd zonasında temperaturu mənfi olan soyuq təbəqəsi. 



KRİPTOFİTLƏR  – çoxillik ot bitkiləri; bərpa tumurcuqları 

kökümsovlarda, kök yumrularında, soğanaqlarda yerləşir və torpağın 

(geofitlər) altında olur. 

KRİSTALLAŞMA  – buxardan, məhluldan, maye ərintidən, amorf 

və ya strukturlu kristal maddələrdən elektroliz prosesində  və kimyəvi 

reaksiya zamanı kristal əmələ  gəlməsi. K. təbiətdə mineralların 

yaranmasına səbəb olur. Suyun K.-sı atmosfer və torpaqda baş verən 

hadisələrdə mühüm rol oynayır. 

KRİTİK DOZA (yun. xenos – yad) – canlı orqanizmlər üçün 

təhlükə yaradan ekoloji faktorun dozası. 



KSENOBİOTİK (yun. xenos - yad) – orqanizm üçün istənilən yad 

maddələr (məs. pestisidlər) bioloji proseslərin pozulmasına, o cümlədən 

məhvinə səbəb olur. 

KSEROFİLLƏR  (yun. xeros – quru və fil)  – quraq mühitə, 

xüsusilə torpağın quraqlığına (səhralarda) uyğunlaşan heyvanlar. K.-in 

bədən səthindən, tənəffüs orqanları qişalarından və mübadilə məhsuları 

ilə su itkisi olduqca azdır. K. metabolik sudan (dəvə,  ərəb dovşanı), 

sidik kisəsində topladığı ehtiyat sudan (Avstraliya qurbağası), yaxud 

qida ilə aldığı sudan istifadə etməklə (kərtənkələ, ilan, tısbağa, dovdaq 

və s.) uzun müddət susuz yaşaya bilir. K.-in çoxunda yay yuxusu, 

mövsümi diapauza, axşam-gecə fəallığı suyun qənaətlə sərf edilməsinə 

səbəb olur. K. susuzluğa davamlı olsa da, su içmək üçün arabir uzaq 

məsafələrə gedirlər (qulan, büldürük). 



KSEROFİTLƏR  – bir sıra uyğunlaşdırıcı  əlamət və xassələrin 

köməyi ilə istiyə və susuzluğa dözüb, quraq yerdə yaşayan, bitkilər. 20-

50% su itirildikdə solmağa dözür. K. əsasən aşağıdakı ekoloji-fizioloji 

qrupları  əhatə edir. Sukkulentlər  –  ətli yarpaq (aqava, aloye), yaxud 

gövdəsi olan (kaktuslar), kökü üst qatında yayılın, istiyə davamlı, lakin 

susuzluğa davamsız bitkilər.  Hemikserofitlər – kök sistemi qrunt 

suyuna çatan, quraqlığa davamlı, lakin uzun müddət susuzluğa 

dözməyən, transpirasiya və maddələr mübadiləsi intensiv gedən bitkilər. 

Bura çöldə bitən istəyədavamsız  (məs. sürvə) və  səhrada bitən istiyə 

davamlı (məs. dəvətikanı) bitkilər daxildir. Evkserofitlər – kök sistemi 

yaxşı budaqlanan, lakin çox dərinə getməyən (məs. yovşan), susuzluğa 


Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin 

PREZİDENT   KİTABXANASI 



────────────────────────────────────────── 

249 


 

və istiyədavamlı, maddələr mübadiləsi yavaş gedən bitkilər. 



Poykilokserofitlər – su çatışmadıqda (tərkibində 2-5% su olduqda) 

anabioz hala düşən, lakin tənəffüs tam mühafizə olduğu üçün hüceyrə 

təşkili pozulmayan bitkilər. 

KSENOBİOTİKLƏR – canlı biosfer üçün yad maddələr; çox vaxt 

zəhərli olur (pestisidlər, ağır metallar, fenollar, detergentlər, plastik 

kütlələr və s.). 

KSERİT SUKSESSİYA – ilkin suksessiya formalarından biri olub 

çılpaq qaya, qumlar və  yə başqa qeyri-üzvi mənşəli töküntülər 

(çöküntülər) üzərində bitki örtüyünün inkişafı. Belə substratlar zəif 

susaxlama qabiliyyətinə malik olduğundan suksessiyanın ilk 

mərhələlərində quru şəraiti ilə xarakterizə olunur. 

KSEROFİTLƏŞMƏ  – insan fəaliyyətinin təsiri nəticəsində 

ekosistemlərdə, landşaftlarda torpağın nəmliyinin tədricən azalması  və 

quraqlaşmanın artması. K. ekosistemin məhsuldarlığını azaldır, 

biosenozu dəyişdirir, fitosenozlarda kserofitlərin çoxalmasına, çox vaxt 

bozqırlaşmaya və  səhralaşmaya səbəb olur. Güman edilir ki, Yaxın 

Şərqin bütün səhraları insan fəaliyyətinin təciri nəticəsində yaranmışdır. 

Saxara səhrasının sahəsi bu səbəbdən ildə 100 min ha artır. K. prosesini 

bərpa olunmayan hesab etmək olmaz. Bir sıra təbiəti mühafizə tədbirləri 

(tarlaqoruyucu meşə zolaqları, torpağın münbitliyini artırmaq, suvarma, 

torpaqqoruyucu aqrotexnika, otlaqların düzgün istifadəsi, torpaqda su 

balansının saxlanması  və s.) həyata keçirməklə K.-nin qarşısını almaq 

mümkündür. 



KSEROMORFİZM  (yun. xeros – quru və morpe – forma, 

görünüş)  – quraq yerlərdə yaşayan kserofitlərin morfoloji-anatomik 

quruluş xüsusiyyətləri, yarpaq səthinin kiçilməsi, xırda hüceyrəli kiçik 

ağızcıqların çox olması, sıx damarlanma, ağızcıq üzərində mum örtük 

və yarpaq üzərində tükcüklərin əmələ gəlməsi ilə xarakterizə edilir. K. 

yarpaqların itməsi, kladodilər və ya tikanların (kaktusda) əmələ gəlməsi 

ilə əlaqədardır. Bu dəyişikliklər bitkilərdə transpirasiyanın intensivliyini 

aşağı salır, bitkinin quraqlığa davamlığı artır. 

KSİLOBİONT  (yun. xylon – kəsilmiş  ağac və)  – oduncaqda 

yaşayan və qismən onunla qidalanan orqanizm. 



KSİLOFAQLAR – oduncaqla qidalanan bitkilər. 

Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin 

PREZİDENT   KİTABXANASI 



────────────────────────────────────────── 

250 


 

KULTİGEN  (lat. cultus - becərmə)  – mədəni becərmə prosesində 

əmələ  gələn və ya yalnız mədəni halda məlum olan bitki; bitkinin 

mədəni növmüxtəlifliyi. 

KURORTLAR  – təbii sağlamlaşdırıcı amillərlə (mədən suları, 

müalicə palçığı, əlverişli iqlim, çimərlik və s.) zəngin olan və amillərin 

müalicə-profilaktika məqsədilə  tətbiq edilməsi üçün müvafiq şəraitli 

yer. Azərbaycan Respublikasını K. ölkəsi adlandırmaq olar: dünyada 

yeganə müalicə nefti olan Naftalan, Günəşli çimərliklərlə  zəngin 

Abşeron, mülayim iqlimi, təmiz dağ havası, qiymətli mədən suları olan 

Şuşa-Turşsu zonası,  İstisu kurortu, zəngin kükürdlü mədən suyu, 

əlverişli iqlim şəraiti olan Qalaaltı kurortu, Gəncə-Hacıkənd Göy Göl, 

Quba-Xaçmaz-Nabran, Zaqatala-Şəki zonaları, müxtəlif tərkibli bol 

mədən suları olan Naxçıvan Muxtar Respublikası və s. 



KURORT MEŞƏLƏRİ  – Kurort və sanatoriyaların yaxınlığında 

olan gözəl tərtibli meşələr. K.m. günəş radiasiyasını dəyişərək ərazinin 

mikroiqlim  şəraitini yaxşılaşdırır, küləyin sürətini zəiflədərək istirahət 

zonasında havanın rütubətini nizama salır. K.m. özündə  sərinlik 

saxlamaqla yanaşı, havanı  xəstəlik törədən mikroblardan təmizləyərək 

böyük sanitar-gigiyena əhəmiyyəti daşıyır. Yalama-Nabran kurort 

zonasında mövcud düzən meşələri kurort quruculuğu işində böyük rola 

malikdir. Burada 15,2 min hektar K.m. sahəsi ayrılmışdır. K.m-n 

rekreasiya davamlılığını artırmaq məqsədi ilə meşə sahələrində abadlıq 

işləri görülür: piyada marşrut yolları, mənzərəli yerlərə gedən yaxın və 

uzaq məsafəli gəzinti cığırları düzəldilir, qısamüddətli istirahət üçün 

çardaxlar, skamyalar, idman və oyun meydançaları  təşkil edilir. 

Naftalan,  İstisu,  Şuşa, Hacıkənd,  Şəki, Lənkəran, Masallı, Astara 

Qalaaltı, Sirab, Darıdağ, Qax kurortlarının ətrafında da K.m.-nin təşkili 

nəzərdə tutulmuşdur. 

KURORTOLOGİYA – tibbin bir bölməsi: təbii amillərin müalicəvi 

xüsusiyyətlərini, mexanizmini, orqanizmə təsirini öyrənir, onları sosial-

gigiyena  şəraitində müalicə- profilaktika məqsədi ilə sanatoriya-kurort 

sistemli müəssisələrdə  tətbiq edir. K.-ya balneologiya, balneoterapiya, 

balneotexnika, palçıq müalicəsi, iqlim müalicəsi, kurortların 

planlaşdırılması və tikilməsini təşkil edən məsələlər aiddir. 



KÜKÜRDSÜZLƏŞDİRMƏ – qazıntı yanacaqlarından (kömür, neft 

Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin 

PREZİDENT   KİTABXANASI 



────────────────────────────────────────── 

251 


 

və tüstü qazları) kükürd birləşmələrinin kənar edilməsi. 



KÜL, KÜL ELEMENTLƏRİ  – üzvi maddələri (bitki, meşə 

döşənəyi, heyvan və s.) yandırdıqda qalan yanmayan qalıq. Külü analiz 

etməklə kül elementlərinin kimyəvi tərkibi müəyyən olunur və bununla 

da qida maddələrinin çatışmamasını təyin etmək olar. ca, K, Na, Cl və S 

elementlərinin cəmi ilə isə bitkinin halofilliyi müəyyənləşdirilir. Kənd 

təsərrüfatında K.-dən kalium gübrəsi kimi geniş istifadə olunur. K.-də 

bitkilərə lazım olan başqa mineral maddələr-fosfor, kalsium, 

maqnezium, kükürd, bor, manqan, müxtəlif makro və mikroelementlər 

də var. 

KÜLƏK  – havanın üfqi istiqamətində  hərəkəti. K. çox mühüm 

amildir.  İstiliyin və rütubətin bir sahədən digərinə aparılması onunla 

əlaqədardır. K. barik qradiyentin təsiri altında  əmələ  gəlir və  təzyiqin 

yüksək olduğu sahədən alçaq olduğu sahəyə doğru əsir. Külək istiqaməti 

və sürəti ilə  səciyyələnir. Sürət m/san və ya Bofort cədvəli üzrə (0-12 

ball ilə) göstərilir. K.-in istiqaməti və sürəti flüger və anamometr 

vasitəsi ilə ölçülür. Sürəti 0-dan (şələkət) 50 m/san-yədək, yüksək 

təbəqələrdə qasırğa zamanı 100 m/san-yədək olur. Ümumi atmosfer 

dövranı (passatlar, mussonlar), yerli hava dövranı (dağ-dərə küləkləri, 

brizlər və s.), yerli küləklər və s. K-lər məlumdur. 



KÜLƏK ENERGETİKASI – külək enerjisini mexaniki, elektrik və 

istilik enerjisinə çevirmək və külək enerjisindən xalq təsərrüfatında 

məqsədyönlü istifadə etmək üçün nəzəri  əsaslar, metodlar və vasitələr 

hazırlayan elm və texnika sahəsi. 

Energetikanın  ən inkişaf etmiş  və perspektiv qeyri ənənəvi 

variantlarından biri olub, burada ekoloji təmiz və tükənməz enerji 

mənbəyi – küləkdən istifadə edilir. Hazırda Almaniya, İngiltərə, 

Hollandiya, Danimarka və Amerikada daha çox inkişaf etmişdir. 

Külək enerjisindən istifadə etmək üçün Abşeronda böyük potensial 

ehtiyatı var. 



KÜLƏK EROZİYASI  – torpağın, qumun və ana süxurun 

sovrulması prosesi. K.e. şiddətli küləklərin təsirindən yüngül mexaniki 

tərkibli torpaqların, narın qumların sovrulub aparılması  şəklində 

müşahidə olunur. K.e.-nın  əmələ  gəlməsinə iqlimin quraq olması, 

şiddətli küləklərin  əsməsi, sahədə bitki örtüyünün zəif (seyrək) olması 


Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin 

PREZİDENT   KİTABXANASI 



────────────────────────────────────────── 

252 


 

və ya heç olmaması  səbəb olur. Şoran torpaqlarda duzlar külək 

vasitəsilə sovrularaq başqa yerlərə aparılır (impulverizasiya). 

K.e. xalq təsərrüfatına böyük ziyan vurur. Abşeron yarımadasında 

K.e.-nın gətirdiyi qum yolları, su kəmərlərini, bağları basıb örtür. Bunun 

təmizlənməsi üçün çoxlu vəsait tələb olunur. K.e.-nın qarşısını almaq 

üçün mexaniki və canlı  çəpərlərdən istifadə etmək məsləhət görülür. 

Qumları bərkitmək üçün Abşeron şəraitində innab, püstə, zeytun, əncir, 

xartut, dəfnə, eldar şamı, nazkolu və s.-dən istifadə edib meşə-bağların 

və üzümlüklərin salınması mühüm tədbir sayılır. 



KÜLƏŞ  – taxıl və paxlalı  dənli bitkilərin döyümdən sonra qalan 

quru gövdələri; kətan, çətənə, kənaf və bəzi başqa bitkilərin yarpaqdan, 

çiçək qrupundan və toxumdan təmizlənmiş quru gövdələrinə  də K. 

deyilir. Dənli bitkilərin K.-dən əsasən, mal-qaranın yemləndirilməsində 

istifadə edilir. K.-dən kağız və karton istehsalında, həsir toxunmasında 

və s. sahələrdə istifadə edilir. 



KÜLƏYƏ QARŞI MEŞƏ ZOLAQLARI – Bağ, üzümlük, tinglik, 

çay, sitrus əkinləri sahələrinin kvartal sərhədləri boyu 1-2 cərgəli zolaq 

şəklində yaradılan meşə zolaqları. Küləyin sürətini zəiflədir, güclü külək 

vaxtı meyvələrin tökülməsini azaldır, mikroiqlimi yaxşılaşdırır və s. 



KÜLƏYƏDAVAMLILIQ  – bitkinin küləyə qarşı müqavimət 

göstərmə qabiliyyəti. 



KÜLTUTAN – tüstü qazlarını küldən təmizləyən aparat. Mexaniki, 

elektrik təsirli və kombinəli K.-lar var. Mexaniki K.-da kül elektrik K-

ında (elektrosüzgəclərdə) elektrodlara elektrostatik cazibə qüvvəsi çəkir, 

kombinəli K.-da isə ardıcıl quraşdırılmış batareyalı siklonlar və 

elektrosüzgəclər tüstü qazlarındakı külü (99%-dək) tutmağa imkan verir. 

KÜTLƏVİ QIRĞIN SİLAHLARI  – kütləvi tələfat və dağıntı 

törətmək üçün silahlar, mövcud növləri: nüvə silahı, kimyəvi silah, 

bakterioloji silah və s. K.q.s. raket, təyyarə, artilleriya vasitələri və s. ilə 

istənilən məsafədəki hərbi və mülki obyektlərə qarşı tətbiq oluna bilər. 

Elm və texnikanın müasir inkişaf səviyyəsi K.q.s.-nın daha müdhiş növ 

və sistemlərini (məs., neytron bombası, lazer silahı, geofiziki-ekoloji 

silah, annihilyasiya silahı və s.) yaratmağa imkan verir. 

 


Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin 

PREZİDENT   KİTABXANASI 



────────────────────────────────────────── 

252 


 



 

QABAQCADAN YOXLAMA (rekoqnossirovka) –  ərazidə 

qabaqcadan marşrut üzrə geobotaniki tədqiqatın aparılması. Bu zaman 

daha xarakterik bitki qruplaşmaları vizual (gözəyarı) və onların ekoloji 

şəraitlə əlaqəsi aşkar edilir. Q.Y. aparılarkən landşaftın daha xarakterik 

elementlərində  tək-tək geobotaniki təsvirlər yerinə yetirilir, torpaq 

kəsimləri qoyulur və bitki qruplaşmalarının dəyişilmələrinin sxematik 

çəkilişləri aparılır. 

Q.Y.-dan sonra geniş geobotaniki tədqiqatlar və geobotaniki 

xəritələşdirmə işləri yerinə yetirilir. 

QABARMA – Ayın və Günəşin cazibə qüvvələrinin təsiri ilə su 

səviyyəsinin dövri qalxması (dəniz və okean qabarması), Yer qatlarının 

deformasiyaya uğraması (Yer Q.-sı). atmosfer təzyiqinin dövri 

dəyişməsi (atmosfer Q.-sı). Yerin ixtiyari nöqtəsindəki və mərkəzindəki 

eynikütləli hissəciklərin Ay (Günəş) tərəfindən cəzb olunma 

qüvvələrinin fərqinə qabardıcı qüvvə deyilir. 



QABARMA VƏ  ÇƏKİLMƏ  – Ayın və Günəşin cazibə 

qüvvəsindən asılı olaraq dəniz səviyyəsinin, atmosfer təzyiqinin dövri 

tərəddüdü və Yerin bərk kütləsinin deformasiyası. 

QABIQALTI AXINLAR – Yerin qabıqaltı  təbəqələrində müxtəlif 

kimyəvi və fiziki proseslər nəticəsində maddələrin hərəkəti. Q.a. Yer 

qabığında tektonik hərəkətlərin baş verməsinə səbəb olur. Q.a.-ın əmələ 

gəlmə  səbəbləri və istiqaməti haqqında müxtəlif fikirlər mövcuddur. 

Bəzi geoloqlar Q.a-nın varlığını inkar edirlər. 

QABIQYEYƏNLƏR  (Ipidal) – sərtqanadlılar dəstəsindən böcək 

fəsiləsi. Təqr. 3000-dən çox növü məlumdur. Azərbaycanda 100-ə yaxın 

növü yayılmışdır. Əsasən, meşə və bağlara, bəzən tarla bitkilərinə zərər 

verir. Azərbaycanda meyvə qabıqyeyəni və gavalı qabıqyeyəni daha çox 

yayılmışdır. Meşə və bağlarda Q.-ə qarşı profilaktik tədbirlər görülür və 

kimyəvi mübarizə aparılır. 



Download 3.98 Mb.

Do'stlaringiz bilan baham:
1   ...   27   28   29   30   31   32   33   34   ...   60




Ma'lumotlar bazasi mualliflik huquqi bilan himoyalangan ©fayllar.org 2024
ma'muriyatiga murojaat qiling