Ekoloji LÜĞƏt a
Download 3.98 Mb. Pdf ko'rish
|
QAĞAYILAR (Laridae) – quşlar dəstəsinin bir fəsiləsi. Azərbaycanda 14 növünə təsadüf edilir. Dəniz və çay sahillərində kaloriyalarla yaşayır. Xırda balıqlarla, siçan, çəyirtkə və həşəratlarla
Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin PREZİDENT KİTABXANASI ────────────────────────────────────────── 253
qidalanır. Kənd təsərrüfatına fayda verən quşlardır. Azərbaycanda geniş yayılmış gümüşü qağayı (Larus argen tatus) oturaq quşdur.
hərəkət üzvünə malik birhüceyrəli orqanizmlər. Q.-ın bəzi qruplarını bitkilərə, (Flagellatae) digərlərini heyvanlara (Mustigophara) aid edirlər. Sərbəst yaşayan. Q. şirin sularda və dənizlərdə. parazit Q. isə insan və heyvan orqanizmində yaşayır; müvafiq xəstəliklər törədir.
karbonatla (potaşla) K 2 CO
3 havasız şəraitdə işlənməsi üsulu ilə alınır. Tibbdə bağırsaq və mədədə yığılan qazı kənar etmək üçün həb şəklində istifadə edilir. QANADSIZ HƏŞƏRAT – ilk qanadsız yarım sinfi. Təqr. 3000-ə qədər növü məlumdur. 4 dəstəyə bölünür. Uzunluğu 0,5 mm-dən 8 mm- ə (bəzən 50 mm-ə) qədər olur. Ən çox nəm yerdə, münbit torpaqda yaşayır. Bəzi növləri torpağın münbitləşməsində mühüm rol oynayır, bir qismi becərilən bitkilərə zərər verir.
hissəcikləri kəsib keçərkən qırmızı rəng almış yağış damcıları. Qırmızı tozlar adətən geniş səhralardan, məs: Saxaradan cənuba Avropaya keçir.
icazə olmadan qadağan edilmiş yerlərdə, yaxud qadağan olunmuş vaxtda, qadağan edilmiş alət və üsullarla ov etmə. Q.o. brokenyerlik növüdür: bura həmçinin qanunsuz balıq və sudan başqa şeylər tutmaq aiddir. Ovları ovlama inzibati təbdirlərdən asılı olmayaraq cinayət hesab edilir.
QAPALI EKOLOJİ SİSTEM – ətraf mühitlə yalnız enerji mübadiləsi aparan sistem. Belə tipli mikrosistemlər kosmik biologiyadan kosmonavtların (astronavtların) həyat fəaliyyətini təmin etmək sistemini hazırlamaqda böyük rol oynayır. QAPALI QRUPLAŞMA – komponentləri biotoplarından kənarda, yəni digər assosiasiyalarda rast gəlinməyən canlı orqanizmlərin qruplaşması. İstənilən qruplaşmanın qapalı olması nisbidir, belə ki, onunla və ətraf mühitlə (biotopla) daim maddələr və enerji mübadiləsi gedir.
Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin PREZİDENT KİTABXANASI ────────────────────────────────────────── 254
mübadiləsi olmayan populyasiya. Belə populyasiyalara kiçik okean adalarındakı heyvan növləri, ipək qurdunun laboratoriya populyasiyası və s. aiddir. QAPANMIŞ SİKL (ADƏTƏN SUDAN İSTİFADƏ) – suyun eyni istehsal prosesində çirkli suyu buraxmadan istifadəsi. Suyu təkrar istifadə etmək məqsədilə soyudulur, təmizlənir və istehsalda istifadəsi üçün ona lazımi keyfiyyətlər qaytarılır. (bərpa edilir). QAR – buludlardan buz kristalları formasında düşən yağıntı. Q. çoxbucaqlı, adətən altıbucaqlı ulduz formasında olur. Q. kristallarının diametri bir neçə mm-dən 8-10 sm-ə qədər ola bilər. Q. rütubətli havanın temperaturu 0 °-dən aşağı düşdükdə əmələ gəlir.
gələn qar qatı. Daimi (çoxillik) Q.ö., müvəqqəti Q.ö. olan və Q.ö olmayan (tropik və ekvatorial qurşaqlar) ərazilər var. Qar örtüyünün səthi günəş radiasiyasını güclü əks etdirir və havaya soyuducu təsir göstərir. Q.ö. istini pis keçirdiyindən, qışda torpağı soyumağa qoymur və payızlıq əkinləri don vurmaqdan mühafizə edir. Əridikdə torpağın rütubəti və çayların suyu artır; bu da kənd təsərrüfatı üçün mühüm amil sayılır. Azərbaycanda Q.ö.-nün orta illik hündürlüyü 20-30 sm-ə qədərdir. Q.ö. bəzi çox qarlı qışlarda nəqliyyat və qışlaq maldarlığı üçün xeyli çətinlik yaradır. QAR SƏRHƏDİ (XƏTTİ) – il ərzində düşən bərk yağıntıların həmin miqdarda qalma yüksəkliyi. Aşağı qar sərhədi – qar yığınının başlanğıcı müşahidə edilən xətt, yuxarı qar sərhədi – yüksəkliyə qalxdıqca yağıntının azalması ilə əlaqədar buzlaq və qar yağıntısının itdiyi (olmadığı) hündürlük hesab edilir.
gövdəsi və ya təpə hissəsi sınmış ağac. QAR UÇQUNU – bax Uçqun. QAR YIXAN AĞAC – qarın ağırlıq qüvvəsinin təsiri nəticəsində kökündən qoparılıb yıxılmış ağac. QARA SİYAHI – məhv olub sıradan çıxan bitki və heyvan növləri. (məs. Komandor adasındakı dəniz inəyi) QARA SU – yer səthinə çıxmış yeraltı sular. Başlıca olaraq təbii drenləşdirmə qabiliyyəti olmayan və ya çox zəif olan yerlərdə müşahidə Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin PREZİDENT KİTABXANASI ────────────────────────────────────────── 255
olunur. Q.s. – bulaq kimi yerin səthinə çıxır və ya bataqlıq əmələ gətirərək çox kiçik sürətlə aradan axır. Q.s.-da çoxlu miqdarda üzvi maddələr vardır, içildikdə mədə xəstəlikləri törədir. QARA TORPAQLAR – çəmən-bozqır və meşə-bozqır zonalarında müxtəlif ot bitkiləri altında inkişaf edən torpaq tipi. Q.t.-da humusun miqdarı 8-12%, hətta 15%-ə, ümumi azotun miqdarı 0,2-0,6%, fosforun miqdarı isə 0,1-0,2-ə çatır, Dünyada 240 mln ha Q. sahəsi var. Azərbaycanda Q.t.-lar bütöv zona təşkil etmir. Ona kiçik sahələrdə Gədəbəy, Şamaxı, İsmayıllı və başqa rayonların ərazisində rast gəlinir. QARA TUFANLAR – torpağın külək eroziyası tipi. Q.t. güclü küləklər zamanı baş verir, xırda torpaq hissəcikləri havada asılı halda hərəkət edir.
özü ilə çoxlu miqdarda toz qaldıran güclü külək. Q.y. əsdikdə yazlıq əkin sahələrinin bitkisiz hissəsində sovrulma gedir; əkin sahələrini qum basır və gətirmələrin qalınlığı 10-15 sm-ə çatır. Q.y. bəzən torpağı 20- 25 sm dərinliyə qədər sovurur. Q.y. Azərb-nın bır sıra r-nunda müşahidə edilir, lakin çox intensiv olur. Q.y. Abşeron rayonunda və mərkəzi-çöl zonasının qərb rayonlarında müşahidə olunur. Q.y--in zərərli təsirinin qarşısının alınmasında eroziyaya qarşı aqrotexniki tədbirlər və tarlaqoruyucu meşə zolaqlarının salınması mühüm rol oynayır. Aqrotexniki və meşə-meliorasiya işlərinin birlikdə tətbiqi isə daha səmərəli nəticə verir.
sefalotaksus və qaraçöhrə (Taxus) cinsləri daxil olub əsasən şimal yarımkürəsində yayılmışdır. Dünyada 8 qaraçöhrə növü məlumdur. Onun bir növü – giləmeyvəli və ya avropa qaraçöhrəsi (T.baccata) Azərbaycanda, Böyük Qafqazda (Balakəndən Şamaxıya qədər) və şimal-şərq yamacda, Kiçik Qafqazda (Tovuz, Gədəbəy, Kəlbəcər, Daşkəsən, Dağlıq Qarabağ) və Lerik rayonunda (Hamarat kəndi ətrafında) yayılmışdır. Boyu 25-27 m, yoğunluğu 150 sm-ə çatır, 1500- 2000 ilə qədər yaşayır. Üçüncü dövrün həmişəyaşıl iynəyarpaqlı ağacı Azərbaycanın qırmızhı kitabına daxil edilmişdir.
Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin PREZİDENT KİTABXANASI ────────────────────────────────────────── 256
Giləmeyvə Qaraçöhrə QARAĞAC FƏSİLƏSİ (Ulmaceae) – Şimal yarımkürəsində bitən 6 cinsə 150 növ daxildir. Azərbaycan meşələrində yabanı halda 4 növü bitir.
meşələrində bitir. Mantar qarağacı (U.Suberosa) Azərbaycanda düzəndən başlamış orta dağ meşə qurşağına qədər meşələrin tərkibinə qarışır. Dağ qarağacı (U. Scabra) – Azərbaycanda Böyük və Kiçik Qafqazda, Talışda orta dağ, bəzən yuxarı dağ qurşağında meşələrdə bitir.
Qafqazda, Lənkəran zonası meşələrinin tərkibində yayılmışdır. Azat (Nil) cinsi (Zelkowa). Azərbaycanda ən geniş yayılmış vələsyarpaq azat (nil) növüdür. Kiçik Qafqazda, Lənkəran düzənliyində və Talış dağlarında dəniz səthindən 1700 m yüksəkliyə kimi meşələrin tərkibində bitir. Azərbaycanın qırmızı kitabına daxil edilmişdir. Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin PREZİDENT KİTABXANASI ────────────────────────────────────────── 274
1. Adi qarağac; Ellipsvari qarağac; Dağ qarağacı QARANQUŞLAR (Hirundinidae) – sərçəkimilər dəstəsinin bir fəsiləsi. Arktika və Antarktidadan başqa hər yerdə təsadüf olunur. Azərbaycanda 4 növü yayılmışdır. Köçəri quşlardır. Afrika və cənubi asiyada qışlayır. Əsasən havadakı həşəratla qidalanır. Zərərverici həşə- ratı qıran faydalı quşdur.
fəsiləsi. Azərbaycanda 8 cinsə mənsub 26 növü yayılmışdır. Həşərat və giləmeyvə ilə qidalanır. Meşə və kənd təsərrüfatı zərərvericilərini məhv etdiyinə görə faydalıdır. Azərbaycanda qara və çöl Q., bülbül, şəfəq bülbülü, çaxfaxçıl və odquyruqların bir neçə növü yayılmışdır.
dən artıq növü məlumdur. Azərbaycanda 8 növü yaşayır. Bunlardan boz Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin PREZİDENT KİTABXANASI ────────────────────────────────────────── 258
qarğa, dolaşa, zağca, zığ-zığ, sağsağan və s.-nin göstərmək olar. Bir qismi siçan və həşəratlarla qidalandığı üçün faydalıdır. Bəziləri isə əkinləri, quş yumurtalarını və onların balalarını məhv etdiyinə görə zərərlidir.
meşəlik. Məs. vələsli-ağcaqayınlı-palıdlıq və s. QARIŞQALAR (Formicidae) – pərdəqanadlılar dəstəsinin bir fəsiləsi. Tropik ölkələrdə çoxdur. Qafqazda 160-dan çox, Azərbaycanda 90-a qədər növü məlumdur. Fomica cinsindən olan kürən meşə Q.-rı biosenozda mühüm rol oynayır; xırda onurğasızları məhv edir, sorucu həşəratlarda, başlıca olaraq mənənələrlə simbioz münasibətdə (“trofobioz”) olur. Kürən meşə Q-.ının bəzi növlərindən yarpaq gəmiriciləri ilə mübarizədə istifadə edirlər. Buna görə də Q.-ın və bunların yuvalarının qorunmasına dair tədbirlər görülür. QARŞISI ALINAN NƏZARƏT – yeni binalar, texnoloji proseslər və təmizləyici qurğular layihələşdirdikdə və tikdikdə sanitar-gigiyena qayda və normalarının yerinə yetirilməsi üzərində müşahidə, (nəzarət).
burulğanlı hərəkəti. Q.-nın diametri bir neçə on metrdən (dənizdə) bir neçə yüz metrə (quruda) çatır, öz oxu ətrafında 50-100 m/san sürəti ilə fırlanır və 10-20 m/san sürəti ilə öz yerini dəyişir. Dənizlərdə də Q. hadisəsi olur və dəniz «xortumu»” adlanır. Q. yer səthində qızmış havanın üstündə atmosferin şaquli müvazinətinin pozulması nəticəsində əmələ gəlir. Çox böyük dağıdıcı qüvvəyə malik olan Q. tutqun rəngdə olub yer səthindən buludlara qədər qalxır. QAYAÜSTÜ TƏSVİRLƏR – petroqliflər, obrazlı yazılar – ayrı- ayrı mağaraların divar və tavanlarında təbii daş, qaya üzərində mineral rənglərlə (əsasən, oxra ilə) oyma və ya döymə üsulu ilə çəkilmiş qədim şəkillər. Q.t. Paleolitdən orta əsrlərə qədər bütün dövrləri əhatə edir. Q.t.-də insan, heyvan (vəhşi öküz, at, mamont, gərgədan, ayı, aslan və s.) təsvirləri, yaşayış məskənləri, dini ayinlər, ov, döyüş və əmək səhnələri, damğalar və s. əks olunmuşdur. Azərbaycanda Q.t. Qobustanda, Abşeronda, Ordubad rayonundakı Gəmiqayada və Kəlbəcər rayonundakı Dəlidağda aşkar edilmişdir. Q.t. tarixin müxtəlif
Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin PREZİDENT KİTABXANASI ────────────────────────────────────────── 259
dövrlərində insanların təsərrüfat və mənəvi həyatını öyrənmək üçün böyük əhəmiyyətə malik maddi mədəniyyət abidələridir.
bitki fəsiləsi. Əksəriyyəti ot bitkiləridir. Yarpaqları növbə ilə düzülür. Dünyada 200-ə qədər, Azərbaycanda 103 növü məlumdur. Bir çox növü zəhərlidir, bəzi növü dərman bitkisi (xoruzgülü və s.), digəri (kəpənəkçiçək, sunərgizi və s.) dekorativ bitkidir.
molekula gücünün cazibəsi ilə bağlı olmayıb, xaotik hərəkət edərək mümkün olan həcmi doldurur. – Şadlandırıcı Q. (azotun hemoksidi). NO 2 – xoş iyli, keyləşdirici vasitədir. – Hava Q.-ı – maddələrin qazşəkilli qarışığı, sənaye sobalarında yanacaq kimi işlədilir. – Generator Q.-ı – bərk yanacağı qaz genertorunda qazlaşdırma nəticəsində əldə olunan qazşəkilli maddələrin qarışığı. – Şəhər Q.-ı (məişət qazı) – təbii və digər yanıcı qazlardan ibarət maddələrin qazşəkilli qarışığı və adorontlar; məişətdə yanacaq kimi istifadə olunur. – Gurultulu Q. – iki hissə hidrogen, bir hissə oksigendən ibarət olan maddələrin qazşəkilli qarışığı; isitdikdə qığılcımdan partlayış verərək su buxarı əmələ gətirir; lampada yandırılaraq qaz qaynağında, metalları kəsməkdə, kvars və platini əritməkdə istifadə olunur. – Yağlı Q. – neft qazı, tərkibində metan, etan, bir qədər yüksək molekullu karbohidrogenlər və merkaptonlar olur. – Koks Q.-ı – daş kömürü kokslaşdırdıqda alınan qazşəkilli məhlul. – Kükürd Q-ı (SO
çirkləndiricisi hesab olunur. K.q. – turşulu yağışların əsas səbəbkarı hesab olunur. – Maye (duru) Q. – neft qazı, əsas komponentləri propan, butan və bir qədər karbohidrogenlər hesab olunur. – Qarışıq Q. – bərk yanacağın qazlaşdırılması, hava və su buxarı qarışığından ibarət qazşəkilli məhlul. – Quru Q. – neft qazı, tərkibi əsasən metan, az miqdarda etan və hidrogensulfiddən ibarətdir.
Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin PREZİDENT KİTABXANASI ────────────────────────────────────────── 260
– Dəm qazı, karbon oksidi, CO, yanacağın tam yanmamasından əmələ gəlir. D.q. insan üçün çox təhlükəlidir, belə ki, hemoqlobinlə möşkəm birləşmə yaradaraq ondan oksigeni çıxarır, bununla da hemoqlobinin qan sistemində hərəkətinə mane olur. CO havada 0,08%- dən artıq olduqda insan üçün ölümcül sayılır. – Karbon qazı, CO 2 – bax: karbon qazı. QAZ BALANSI – Mühitə (atmosferə, su mühitinə, torpağa) daxil olan və mühitdən gedən qazların nisbəti. QAZ MÜBADİLƏSİ (BİOLOGİYADA) – orqanizm ilə xarici mühit arasında gedən qaz mübadiləsi. Ətraf mühitdən daim oksigen orqanizmə daxil olub, orqan, toxuma və hüceyrələrində sərf edilir; maddələr mübadiləsi nəticəsində orqanizmdə əmələ gələn karbon qazı və digər qazabənzər məhsullar ayrılıb mühitə verilir. Q.m. olmadan orqanizm üçün enerji və maddələr mübadiləsi, eləcə də normal həyat mümkün deyil.
gəlinməyən uçucu maddələrin nisbətən yüksək konsentrasiyasına davam gətirməsi.
qalıqlarının çürüməsi yolu ilə yaranan istilik qazıntıları. (neft, təbii qaz, yanan şistlər və s.).
dəstəsi. Paladeylər və ördəkkimilər fəsiləsini birləşdirir. QAZLAR – maddənin aqreqat hallarından biri. Qaz molekulları arasındakı qarşılıqlı təsir qüvvəsi, maye və bərk cisimlərdəkinə nisbətən çox zəifdir. Buna görə də Q.-ın xüsusi forması olmur və molekulların daim nizamsız hərəkəti nəticəsində onlar olduğu qabın bütün həcmini doldurur. Q. aşağıdakılara bölünür: – İnert (təsirsiz) Q. – helium, neon, arqon, kripton, ksenon və radon qazlarının ümumiləşdirilmiş adı. – İxrac Q. – daxili yanacaq mühərriklərinin işlənməsi zamanı əmələ gələn Q., atmosfer havasını əsas çirklənmə mənbəyi sayılır. – Turş Q. – qazəmələgətirən kimyəvi birləşmələr qrupu. Bura karbon-2-oksid, hidrogen-xlorid, kükürd-oksid və b. daxildir. Bu qazlar Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin PREZİDENT KİTABXANASI ────────────────────────────────────────── 261
turş xarakterlidir. – Neft Q.ı. – neftlə birlikdə olan qazşəkilli karbohidrogenlər, həmçinin neft emalı zamanı əmələ gəlir. – Təbii Q. – Dağ süxurlarının məsamə və boşluqlarını dolduran və karbohidrogenlərdən ibarət olan Q. – Gözyaşardıcı Q. – maddələrin gözyaşardıcı effkt yaradan kimyəvi birləşmələri və qazşəkilli qarışıqları. – Texniki Q. – müasir texnikanın geniş istifadə etdiyi Q. və onların məhsulları və ya tullantıları. Q. xalq təsərrüfatının müxtəlif sahələrində (ammonyak- soyuducularda; azot və təsirsiz Q. – lampalarda; xlor, azot, təbii Q.- kimya sənayesində və s.) tətbiq olunur.
əkilmiş meydança. Adətən qayçı ilə qısa və hamar biçilir. Parter, park və Mavritaniya növləri var. Parter Q.-u çiçəklik, dekorotiv ağaclıq, həmçinin heykəl, fəvvarə və s. üçün fondur. Park Q.-u və Mavritaniya Q.-u isə park, bağça, bulvar və b. yerlərdə salınır.
təmizlənməsi. Bu prosesdə məqsəd həmin qazlardan və onların tərkibindəki qatışıqlardan istifadə etmək, həmçinin havanı zərərli maddələrlə (tüstü, his, toz və s.) çirklənməkdən qorumaq üçün atmosferə gedən sənaye qazlardan təmizləməkdir. Qazı sənayedə mexaniki, elektrik və fiziki-kimyəvi üsullarla təmizləyirlər. Mexaniki və elektrik Q. üsulları qazı bərk və maye qatışıqlardan, fiziki-kimyəvi üsul isə qaz qatışıqlarından təmizləmək üçündür. QEYRİ-FİLİZ FAYDALI QAZINTILAR – qeyri-metal faydalı qazıntılar – sənaye və tikintidə təbii halda, yaxud mexaniki, termiki və kimyəvi emaldan sonra işlədilən, həmçinin qeyri-metal elementləri və ya onların birləşmələrini almaq üçün istifadə edilən bərk süxurlar, yaxud minerallar. Bunlar təbii silikatlar, halloidlər, karbonatlar, sulfatlar, nitratlar, boratlar, fosfatlar və oksidlərdir. Azərbaycanda duz, gips, anhidrid, fosforit, karbonatlar, müxtəlif gillər, qumlar, çınqıl və digər çökmə mənşəli qeyri filiz sərvətləri vardır. Kimya sənayesi üçün xammal olan sərvətlərdən Azərbaycan ərazisində kükürd kolçedanı, daş duz, dolomit və barit geniş yayılmışdır. Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin PREZİDENT KİTABXANASI ────────────────────────────────────────── 262
QEYZERLƏR – fasilə ilə su və buxar fəvvarəsi vuran isti bulaqlar. Q. vulkanizmin son mərhələsinin təzahürlərindən biridir. Q.-in suyu nisbətən təmiz, az minerallaşmış (1-2 q/l), qələvi reaksiyalı, yüksək debitli, temperaturu 80-100 0 C-dək olur. Müasir vulkan fəaliyyəti sahələrində yayılmışdır. Q.-də su fəvvarələrinin hündürlüyü bəzən 40- 42 m-ə, buxar fəvvarələrinin hündürlüyü isə 150 m-ə çatır. Q. Kamçatka, İslandiya, Yeni Zenlandiya, ABŞ, Yaponiya və Çində məlumdur. Geotermal elektrik stansiyaları Q.-in istilik enerjisi əsasında işləyir. Q.-in enerjisindən binaların və şitilliklərin qızdırılmasında da istifadə edilir. QƏBİLƏ – iki və daha çox cinsi birləşdirən insanların sosial təşkilat tipi. QƏDİM EROZİYA – yer üzündə insan əmələ gələnə qədər tektonik hadisələrin, hərəkətdə olan buzlaqların, su axınlarının yaratdığı eroziya prosesi. Q.e. prosesi zamanı yumşaq süxurlar yerini dəyişmiş, çay vadiləri, suayrıcıları, axın məcraları, yamaclar və relyefin başqa elementləri formalaşmışdır.
ağaclar və qismən kolluqlar altında inkişaf edən torpaq tipi. Azərbaycanda alçaq dağlıq və dağətəyi ərazilərdə yayılmışdır. Karbonat qatının dərinliyinə görə yuyulmuş, tipik və karbonatlı yarımtiplərə bölünür, mexaniki tərkibi adətən ağır olub, gillidir. Tərkibində 4-9% humus olur. QƏRƏNFİLÇİÇƏKLİLƏR (Caryophyllaceae) – ikiləpəli, sərbəstləçəkli bitki fəsiləsi. Ot, bəzən yarımkol, nadir halda kol bitkiləridir. Tamkənarlı ensiz yarpaqları qarşı-qarşıya düzülür. Meyvəsi qutucuq, bəzən birtoxumlu fındığça və ya giləmeyvəyə oxşayır. Şimal yarımkürəsinin mülayim iqlimli ərazilərində 2100-ə qədər növü əhatə edən 80 cinsi məlumdur. Azərbaycanda 34 cinsin 200-ə qədər növü var. Bunlardan cincilim, çoğan qoyunqulağı və s. geniş yayılmışdır. Dekorativ kimi əkilən növləri (məs. qərənfil) də var. Bəzi növlərindən yeyinti sənayesində, tibbdə və ətriyyatda istifadə olunur.
Download 3.98 Mb. Do'stlaringiz bilan baham: |
ma'muriyatiga murojaat qiling