Ekoloji LÜĞƏt a


Download 3.98 Mb.
Pdf ko'rish
bet40/60
Sana14.02.2017
Hajmi3.98 Mb.
#384
1   ...   36   37   38   39   40   41   42   43   ...   60

MÜHİTİN SANİTAR NƏZARƏTİ  – insan və ev heyvanlarının 

sağlamlığının qorunması mövqeyi ilə ətraf mühitin keyfiyyətinə nəzarət. 

Su, hava, torpağın bakterioloji, mikrobioloji, parazitor və kimyəvi 

analizi M.s-n-ə daxildir. 



MÜHİTİN TƏZYİQİ  – limitlənmiş  (əlverişsiz) və stimullaşmış 

(əlverişli) rol oynayan mühit şəraitinin cəmi (məs., populyasiyanın 

doğuma, ölümə, say və  sıxlığına, ekosistemin məhsuldarlığına). M.t. 

həmişə ekosistemin müxtəlif komponentləri arasında müəyyən tarazlıq 

vəziyyəti yaratmağa yönəlir. 

MÜHİTİN TUTUMU – 1) müəyyən ərazidəki resurslardan tələbatı 

ödənilən fərdlər və qruplaşmaların sayı (həmin  ərazinin vəziyyətinə 

zərər dəymədən), 2) təbii və ya antropogen mühitin müxtəlif maddələri 

daxil (qəbul) edərək davamlığını saxlaması. 



MÜHİTƏMƏLƏGƏLMƏ  – biosenoz orqanizmlərin yaratdığı 

metabolist proseslərin məcmusu olub biosenotik mühitin əmələ 

gəlməsinə və onun davamlı vəziyyətdə qalmasına səbəb olur. 

MÜHİTYARADAN KOMPONENTLƏR 

– bax: ekoloji 



Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin 

PREZİDENT   KİTABXANASI 



────────────────────────────────────────── 

327 


 

komponentlər. 



MÜLAYİM  İQLİM  – mülayim qurşaqların iqlimi: sərin yayı, 

mülayim – soyuq qışı, həmçinin ilboyu bərabər paylanan kifayət qədər 

yağıntısı olan iqlim. 

MÜLAYİM QURŞAQLAR  – Yerin iki coğrafi qurşağı.  Şimal 

yarımkürəsində  təqr. 40

° ilə 65° şimal enlikləri, cənub yarımkürəsində 

42

° ilə 58°  cənub enlikləri arasındadır. Sahəsi təqribən 132 mln. km



2

 

(Yer səthinin 1/4-i). M.q.-da istiliyin və rütubətin sahələr və mövsümlər 



üzrə qradiyenti xeyli yüksək olduğundan  burada müxtəlif landşaft 

zonaları (M.q-da meşə zonaları, M.q-ın çöl zonaları, M.q.-ın yarımsəhra 

zonaları və s.) yaranmışdır. 

MÜMKÜN BUXARLANMA – müəyyən  ərazidə meteoroloji 

şəraitdən asılı olaraq həddindən artıq nəmli torpaqdan və onun səthindən 

gedə bilən buxarlanmanın miqdarı. M.b.-mm-lə ölçülür və  tənliklərlə 

müəyyən edilir. Azərbaycanda illik M.b. Naxçıvan MR-in Arazboyu 

düzənliklərində  və Kür-Araz ovalığında 1400-1200 mm-dək, 3000 m-

dən yüksəkdə olan dağlıq sahələrdə isə 400-300 mm arasında dəyişir. 



MÜRƏKKƏB MEŞƏLİK  – meşəlikdə  ağaclar bir neçə yarus 

(mərtəbə) yaradır. 



MÜŞAHİDƏ  –emprik tədqiqatın  əsas formalarından biri. Təcrübi 

məlumatların bilavasitə qazanılması yoludur. Elmi M.-lər  əsasında 

müəyyən fərziyyələr və ideyalar irəli sürülür. Elmi M.-lər müəyyən 

cihazlar (teleskop, mikroskop və s.) vasitəsilə həyata keçirilir. 



MÜŞAHİDƏÇİLİK – cisim və hadisələrdə zəif nəzərə çarpan, lakin 

mühüm olan xüsusiyyətləri daha tam və  dəqiq sezmək qabiliyyəti. M. 

bilavasitə qavralınan obyektlərin dərindən təhlili ilə xarakterizə olunur. 

M. elmi-tədqiqat işləri sahəsində mühüm rol oynayır. 



MÜTLƏQ QURAQLIQ – fasiləsiz (15 gündən az olmayaraq) 

müşahidə olunan mütləq (heç bir yağmur düşmədən) quraqlıq. 



MÜTLƏQ ÖLÜM KONSENTRASİYASI  –  ətraf mühitin 

obyektlərində  zəhərin  ən kiçik konsentrasiyasının (qatılığı) təsirindən 

təcrübə heyvanları 100% ölür. CL

100


 və ya SK

100


  simvolu ilə işarə olunur. 

MÜTLƏQ RÜTUBƏT  – 1m

3

 havadakı su buxarının qramla (q/m



3

miqdarı (bax. havanın nəmliyi). Atmosferdə M.r. 0,1-1 q/m



3

 -dən (qışda 

materiklərin qütb enlikləri üzərində) 30 q/m

3

-ə  qədər və daha çox 



(ekvatorial zonada) olur. 

Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin 

PREZİDENT   KİTABXANASI 



────────────────────────────────────────── 

328 


 

MÜTLƏQ TEMPERATUR – (mütləq sıfır) mütləq sıfırdan 

hesablanan temperatur (T). M.t.-in vahidi Kelvin (K) olub, 1K=1

0

C Selsin 



şkalası ilə M.t. mənfi 273,16

0

C-yə  bərabərdir. Bu temperaturda 



molekulların hərəkəti da-yanır.  

MÜTLƏQ YÜKSƏKLİK (Hündürlük) – Yer səthində hər hansı bir 

nöqtənin  şaquli xətt üzrə okeanın orta səviyyəsindən olan məsafəsi. 

Müstəqil dövlətlər Birliyi ölkələrində M.Y. Baltik dənizinin səviyyəsinə 

(Kronştadt futştokuna) görə hesalanır. 



MÜVƏQQƏTİ POPULYASİYA  – müəyyən yerdə müvəqqəti 

məskunlaşan populyasiya (miqrasiya edən heyvanlar, birillik otlar və 

heyvanlar və s.). Daimi populyasiyalara nisbətən M.p. daha yüksək 

böyümə potensialına, böyük ekoloji plastikliyə, az miqdar parazit və 

yırtıcılara malikdir. 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin 

PREZİDENT   KİTABXANASI 



────────────────────────────────────────── 

329 


 



 

NADİR LANDŞAFTLAR  – özünün fərdiliyi və  təkrarsızlığı ilə 

seçilən landşaft. Məs. respublikamızda «Ellər oyuğundakı”» eldar şamı 

meşəsi, Qobustan qayalıqları və s. 

NADİR VƏ TÜKƏNMƏKDƏ OLAN NÖVLƏR  dar areala 

malik olan və az rast gəlinən bitki və heyvan növləri (tükənməkdə olan 

növlərdə isə fərdlərin sayının azalması). Təkamül prosesini və qiymətli 

genetik fondun nadir məhsulları olduğu üçün N.v.t.o.n-in ciddi 

qorunması  tələb olunur. Belə heyvan və bitki növlərinin bir çoxları 

respublikamızın qırmızı kitablarına daxil edilmişdir. 



NAXIR BULAĞI –bax: suvat. 

NANİZM – cırtdan boyluluq. 

NANOFANEROFİTLƏR – bitkilərin karlik həyat forması, şimal və 

arid zonaların müxtəlif əlverişsiz şəraitinə adaptasiya olunmuş karlik (1 

... 3 m) ağac və kol assosiasiyası. 

NANOORQANİZMLƏR  (yun. nanos - karlik)  – 50 mkm-dən 

kiçik olan (karlik) orqanizmlər. 



NANOPLANKTON  – nanoorqanizmlərdən ibarət plankton, kiçik 

plankton orqanizmləri qrupu (bədənin uzunluğu 0,05 mm-dən kiçik), 

onunla plankton heyvanları qidalanır. 

NANORELYEF – relyefin çox xırda formaları (üfiqi istiqamətdə 1 

dm-dən 2 m-ə, şaquli istiqamətdə isə 1 m-ə qədər). Məs. kəsək, təpəcik, 

sünbülqıran və qarışqa yuvaları və s. Çox vaxt biogen xarakteri daşıyır. 

NARKOTİK BİTKİLƏR  (yun. narke – donub qalma, quruyub 

qalma, mat qalma)  – tərkibində  mərkəzi sinir sistemini qıcıqlandıran, 

tədricən onun fəaliyyətini zəiflədici maddə olan bitkilər. Bir sıra N.b.-

dən tibdə ağrıkəsən dərman kimi istifadə edilir. N.b.-də təsiredici maddə 

alkoloidlərdir; N.b.-dən alınan preparatlardan çox istifadə etdikdə 

narkomaniya baş verir. N.b.-in əksəriyyəti ali bitkilərə aiddir. N.b.-in 

çoxuna Cənubi və  Şimali Amerikanın, Mərkəzi Asiyanın tropiklərində 

təsadüf olunur. Tiryək, xaş-xaş, hind çətənəsi (kənaf), kokain kolu, bir 

sıra dərman bitkiləri və zəhərli bitkilər N.b-dir. 



NASTİRLƏR  – müxtəlif təsirlər nəticəsində (istilik, işıq, rütubət) 

Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin 

PREZİDENT   KİTABXANASI 



────────────────────────────────────────── 

330 


 

bitki orqanlarının hərəkəti. 



NEFT  – maye qazıntı yanacağı olub bitki və heyvan biokütləsinin 

anaerob mikrobioloji parçalanmasının məhsuludur. Dünyada istehsal 

olunan neft quyularının qazılması yolu ilə  əldə edilir. Neftin istehsalı, 

nəqliyyatı və emalı ekoloji təhlükə yaradır. 

Neftin emalı zamanı çoxlu miqdarda toksik maddələr atmosferə  və 

suya düşür. 



NEFT MƏHSULLARI – neft emalı sənayesi 250-dən çox N.m. alır. 

Fiziki metodlarla emal olunan N.m. – birinci, kimyəvi metodlarla alınan 

N.m. isə ikinci N.m. adlanır. Birinci N.m.-na petrol efiri, benzin, liqroin, 

ağ neft, solyar yağı, mazut, vazelin, qudron, bitum, koks, parafin, ikinci 

neft məhsullarına isə – kreqink-benzin, destruktiv hidroqeniz benzini, 

riforminq benzini aiddir. 



NEFT-QAZ EHTİYATLARI – neft və qaz yataqları neftli, qazlı 

rayonlarda, zonada, sahədə  və hövzədə yerləşir. Dünyada məlum olan 

təqr. 350 neftli-qazlı hövzənin 140-da neft və qaz çıxarılır, qalanları 

perspektivli hövzələrdir. Neftli-qazlı hövzələrin sahəsi bir neçə min 

km

2

-dən bir neçə mln. km



2-

dək olur. Neft əsasən, çökmə süxurlarla 

(qum, qumdaşı,  əhəngdaşı  və s.), nadir hallarda maqmatik süxurlarla 

(Azərbaycanda Muradxanlı neft yatağı) əlaqədardır. 

Azərbaycanın  əsas neft-qaz ehtiyatları 10 təbii rayonda yerləşir: – 

Abşeron (Abşeron arxipelaqı da daxil olmaqla). Aşağı Küryanı, Bakı 

arxipelaqı, Xəzəryanı – Quba-Şamaxı-Qobustan, Gəncə, Yevlax-

Ağcabədi, Ceyrançöl, Acı Nohur və Cəlilabad rayonları. 



NEFTTUTUCU  – sənaye kanalizasiya sistemlərində çirkab 

sularından neft və neft məhsullarını ayırmaq üçün təmizləyici qurğu. 



NEKTOBENTOS (yun. nektos - üzən) – su hövzəsinin dibində və 

suyun dərinliklərində yaşayan heyvanların məcmusu. 



NEKROFAQ  (yun. nekros – ölü və faq)  – ölü heyvanlarla 

qidalanan orqanizmlər. Bax: saprofaqlar. 



NEKROFİT (yun. nekros – ölü və fit) – ölü üzvi substratda inkişaf 

edən bitki. 



NEKROPLANKTON  – hidrobiontların cəsədlərindən yaranan 

plankton. N.-un çoxluğu su mühitini kəskin pisləşdirə bilər, belə ki, ölü 

üzvi maddələr oksidləşdikdə çoxlu miqdarda oksigen sərf olunur 


Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin 

PREZİDENT   KİTABXANASI 



────────────────────────────────────────── 

331 


 

(«zamor»”  əlamətləri müşahidə olunur), üzvi maddələrin parçalanan 

məhsulları CO

2

, metan, hidrogen-sulfid və digər avtoxton zəhərli 



(toksik) maddələrin konsentrasiyası yüksəlir. 

NEKROZ  (yun. nekrosis)  – Bəzi  əlverişsiz amillərin təsirindən 

bitkinin hər hansı orqanının ölməsi: proses qızma, şaxta, müxtəlif zərərli 

(zəhərli) maddələrin təsiri nəticəsində baş verə bilər. 

NEKTAR – bitki nektarlığından ifraz edilən şəkərli şirə. N. şəkərli 

(saxaroza, qlükoza, fruktoza) sulu məhlulu olub, tərkibində az miqdarda 

spirtlər, azotlu və aromatik maddələr, mineral duzlar, turşular, 

fermentlər var. Bir çox bitkilər (canavargiləsi, gəvən, rododendron, 

qaraçöhrə  və s.) zəhərli N. ifraz edir. N. arıların və b. həşəratların 

qidasına daxildir. N. bal arılarının bal yığımının  əsas hissəsini təşkil 

edir. 

NEKTARİNİDLƏR, NEKTAROFAQLAR – çiçəklərin nektarı ilə 

qidalanan quşlar. Bitkinin tozlanmasında böyük rol oynayır. 



NEMATODLAR  – girdə qurdlar, ibtidai qurdlar sinfi. Xarici 

mühitdə  sərbəst yaşayan və müxtəlif bitki, heyvan və insanlarda 

parazitlik edən 500 mindən çox növü var. Uzunluğu 80 mkm-dən 8 m-

dəkdir. Qan və  tənəffüs sistemi yoxdur. İnsan və heyvanların 

orqanizminə düşən nematod yumurtasının bəzisi isə mürəkkəb inkişaf 

sikli keçirdikdən sonra bağırsaqda, ağciyərdə,  əzələlərdə tam inkişafa 

çatır. 

NEMATODOZLAR  – insan, heyvan və bitkilərdə nematodların 

törətdiyi parazitar xəstəliklər. Azərbaycanda askaridoz, enterebioz, 

trixosefalyoz və s. yayılmışdır. Yoluxmada tərəvəzin rolu böyükdür. 

NEMATOSİDLƏR  – ziyanlı nematodları (dəyirmi qurdları) məhv 

etmək üçün işlədilən kimyəvi maddələr (pestisidlər). 



NEOBİONTLAR  (yun. neo – yeni və biont)  – kənardan gətirilən 

bitki (neofitlər) və heyvan növləri (neofillər). İnsan tərəfindən gətirilən 

N. (antrobiontlar) və təbii amillərlə (su daşqınları və axınları, külək və 

s.) gətirilən N. ayırırlar. 



NEOBİOSFER – müasir biosfer, çox vaxt sadəcə biosfer adlanır. N. 

termini səhv olaraq noosfer anlayışı ilə eyniləşdirilir 



NEOEKOLOGİYA  – biosferin mövcudluğunun müasir dövr 

ekologiyası. 



Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin 

PREZİDENT   KİTABXANASI 



────────────────────────────────────────── 

332 


 

NEOENDEMİKLƏR  – aktiv növəmələgəlmə prosesində müəyyən 

sahəni tutan yeni cavan nəsil; öz adət etdiyi (alışdığı) yerdən başqa 

əraziyə yayılmır (endemiklik), yaxud onun yayılmasının qarşısı alınır 

(ada, dağ). 



NEOFİTLƏR  – insan tərəfindən nisbətən uzaq olmayan tarixi 

zamandan məqsədsiz gətirilən və ya yerli floraya az miqrasiya edən və 

həmin ekosistemdə inteqrasiya olunmuş alaq otları. N. anlayışı çox vaxt 

insanın təsərrüfat fəaliyyəti ilə əlaqədardır. 



NEOSFER  –  şüurlu insan fəaliyyəti vahid sistemin (bəşəriyyət - 

təbiət) yaranmasında qabaqcıl amil olduqda müasirlik dövrün (əsrin) 

biosferi. 

NEREST YERİ  – balıqların kürü qoyduğu yer. N.y.-ni 

çirkləndirmək olmaz, çünki belə halda balıq ehtiyatı istehsalı pozular. 



NERİT SAHƏ  – Dünya okeanının dayaz hissəsi. Materik 

dayazlığında yerləşir. Suyun güclü hərəkətliliyi, temperaturun 

dəyişgənliyi, günəş işığının xeyli yayılması, bitki və heyvanat aləminin 

müxtəlifliyi ilə  səciyyələnir. N.s.-də  əsasən, qırıntı materialları (çaqıl 

daşı, qabıq əhəngdaşı) toplanır. 

NERİT ÇÖKÜNTÜLƏRİ – dayaz dəniz çöküntüləri. Nerit sahədə 

əmələ gəlir. Çaqıl daşı, əhəngli lil və qabıq əhəng daşlarından ibarətdir. 

N.ç. kəskin fasial dəyişkənliyi və dəniz dibindəki orqanizm qalıqlarının 

çoxluğu ilə xarakterizə olunur. 



NEYSTON  (yun. neustos - üzən)  – Su səthində üzən və ya suyun 

üst təbəqəsinə  bərkinən (altdan və ya üstdən) orqanizmlərin məcmusu. 

Onlara əsasən ibtidailər, birhüceyrəli yosunlar, gənələr, milçəklərin sür-

fələri daxildir. Pleyston orqanizmləri ilə birlikdə su ekosisteminin 

xüsusi biohorizontunu yaradır. 

NEYSTONOLOGİYA  – ümumi hidrobiologiyanın neystonu 

öyrənən bölməsi. 



NEYTRAL SULAR – mühitin aktiv reaksiyası – pH-ın göstəricisi 

6,95-7,3-ə bərabər olan təbii su hövzələri. 



NEYTRALİZM (NEYTRALLIQ) –  (lat. neuter – nə bu, nə 

başqası) iki növün eyni bir ərazidə bir-birinə  nə müsbət, nə  də  mənfi 

təsir göstərmədən yaşaya bilməsi biotik əlaqə forması. N. əlaqə tipi 

xüsusilə bol növə malik olan qruplaşmalarda inkişaf etmişdir. Mühitin 


Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin 

PREZİDENT   KİTABXANASI 



────────────────────────────────────────── 

333 


 

pisləşməsi hər iki növə müxtəlif cür mənfi təsirini göstərir.  



NEYTROFİL BİTKİLƏR  – neytral reaksiyalı torpaqları üstün 

tutan bitkilər(məs. yonca, pişikquyruğu və s.). 



NEYTROFİLLƏR, “neytral” növlər – neytral reaksiyalı(pH = 7 – 

7,5) mühiti (torpaq, su) üstün tutan orqanizmlər. 



NƏQLİYYAT TULLANTILARI – nəqliyyatın işi zamanı 

buraxılan (ətraf mühiti çirkləndirən) qazlar və digər tullantılar. 



NƏRGİZÇİÇƏKLİLƏR FƏSİLƏSİ  (Amaryllidaceae)  – birləpəli 

bitkilər fəsiləsi. Soğanaqlı olur, az qisim kökümsovlu və ya 

köküyumruludur. Azərbaycanda 4-cinsi var (novruzgülü, Şternbergiya, 

iksioliron və  nərgiz).  Əksəriyyəti dekorativ bitkidir. Bəzi növlərinin 

kökündəki alkaloidlərdən tibbdə istifadə olunur. 

NƏSİL – bir fərdin və ya cütün əmələ gətirdiyi fərdlər. 

NƏSİL NÖVBƏLƏŞMƏSİ – orqanizmlərin fərdi inkişafında qeyri-

cinsi və cinsi nəslin növbələşməsi. Bəzi onurğasız heyvanların həyat 

siklində morfoloji və fizioloji xüsusiyyətlərinə, həyat tərzinə və çoxalma 

üsullurana görə bir-birinə oxşamayan iki və ya bir neçə nəslin bir-birini 

əvəz etməsi. Bu hadisə  təkamül prosesində meydana çıxmış bir 

uyğunlaşmadır. Heyvanlarda N.n. hadisəsi ilk dəfə 1819-cu ildə alman 

alimi A.Şamisso tərəfindən müəyyən edilmişdir. Bitkilərdə bir bitkinin 

inkişaf siklində iki nəsil: cinsi nəsil (qametofit) və qeyri-cinsi nəsil 

(saprofit) ayırd edilir. 

Birinci cinsi çoxalma orqanına malik, ikinci isə qeyri-cinsi çoxalma 

orqanına malik fərd  əmələ  gətirir. Bu proses yosun, mamır, qıjı, 

qatırquyruğu və plaunlarda daha qabarıq biruzə verir. Məs., meşədə rast 

gəlinən qıjı qeyri-cinsi nəsildir. Onların sporangiyasında sporlar 

formalaşır. Spor əlverişli  şəraitə düşüb cücərərək üzərində cinsi 

hüceyrələr formalaşan ilk cücərtini (protal) əmələ  gətirir. Protal cinsi 

nəsil hesab olunur. 



NƏSLƏ QAYĞI – müəyyən növün inkişafını və sonrakı tərəqqisini 

təmin etməkdə heyvanların kompleks mühüm həyati hərəkətləri: qohum 

fərd qrupunun, ananın və ya ailə cütünün balaları yemləməsi, qulluq 

etməsi, qoruması. 



NƏSİLVERMƏ  ƏMSALI    miqdar göstəricisi: nəslin müəyyən 

müddətdə artımını səciyyələndirir. 



Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin 

PREZİDENT   KİTABXANASI 



────────────────────────────────────────── 

334 


 

NİKOTİN (frans. nicotine – fransız diplomatı J.Nikonun adından) 

– çox zəhərli alkoloidlərdən biri; xarakterik iyli uçucu mayedir; 247

°-də 

qaynayır; havada rəngi qəhvəyiləşir, suda və üzvi həlledicilərdə yaxşı 



həll olur; qüvvəli  əsasdır. Tütün yarpaqlarında (2-8%) və s. bitkilərdə 

olur. Təsiri az dozada oyadıcı, böyük dozada isə süstləşdiricidir. Süst-

ləşmə sinir sisteminin iflicinə, tənəffüsün və ürək fəaliyyətinin 

dayanmasına səbəb ola bilər. Onun bir neçə damcısı (200 q tütündə olan 

100-200 mq-ı) dəri altına yeridilsə insan ölə bilər. 

NİKTİTROPİZM (yun. nyx (nykos) – gecə və tropizm) – bitkinin 

yuxuya getməsi-qaranlıq düşdükcə bitkinin orqanlarının dövri hərəkəti 

(məs., noxudun, yoncanın yarpaqcıqlarının yumulması). 

NİŞASTA  – bitkilərin  əsas ehtiyat karbohidratı, hüceyrə 

orqanlarında yaranır və  əsasən, toxum, soğanaq və kök yumrularında, 

həmçinin yarpaq və gövdədə toplanır. N. və onun məhsullarından kağız, 

toxuculuq, metaltökmə  sənayelərində  və s. sahələrdə istifadə olunur; 

müxtəlif dərmanların tərkibinə daxildir. Yeyinti sənayesində N.-dan 

patka, saqo yarması, qlükoza və s. məhsullar alınır. Yodun təyinində 

indiqator kimi 1%-li N. məhlulu işlədilir. 

NİTRATLAR – azot turşusunun duzları, sənayedə və xüsusən kənd 

təsərüfatında geniş istifadə olunur. Tarlalarda gübrə verərkən normaya 

riayət edilmədikdə nitratlar qida məhsullarında toplanaraq ağır 

zəhərlənmə verir. 



NİTRİFİKASİYA (lat. nitrogenium - azot) – ammonium duzlarının 

nitratlarla mikrobioloji çevrilməsi prosesi; torpaqda və su hövzələrində 

gedir. Yandırılan məhsullar nəticəsində atmosferdə toplanan azot 

oksidləri yağış  və s. yollarla suya, torpağa daxil olduqda oradakı 

nitrifikasiya bakteriyalarının köməyi ilə nitratlara çevrilir. Suda bu 

duzların çox toplanması onu içmək üçün yararsız edir. Torpaqda N.-nın 

qarşısını almaq üçün bu prosesi ləngidən kimyəvi maddələrdən istifadə 

edilir. 


NİTRİFİKASİYA BAKTERİYALARI  – ammoniumu və 

ammonium duzlarını nitratlara çevirən torpaq və su aerob bakteriyaları. 



NİTROFİLLƏR – tərkibində yüksək miqdarda nitratlar olan torpaq 

və ya suda yaşamağı üstün tutan xırda heyvanlar, bakteriyalar. 



NİTROFİTLƏR  – tərkibində yüksək miqdarda nitratlar olan 

Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin 

PREZİDENT   KİTABXANASI 



────────────────────────────────────────── 

335 


 

torpaqları üstün tutan bitkilər (məs., gəndəlaş, qovaq, gicitikan). 



NİVAL  İQLİM, qar iqlimi (lat. nivalis – qarlı, soyuq)  – yüksək 

dağlıq zonaya və qütb vilayətlərinə xas olan iqlim. Soyuq dövrdə yağan 

qarın miqdarı, isti dövrdə əriməyə və buxarlanmağa macal tapmır. 

NİVAL QURŞAQ  – daimi qar qurşağı-dağlarda, adətən qar 

sərhədindən yuxarıda yerləşən  ən yüksək təbii qurşaq. Nival iqlimlə 

səciyyələnir. N.q. üçün qar və buzlaqlar xarakterikdir. İntensiv surətdə 

fiziki (əsasən,  şaxta) aşınma prosesləri gedir. Üzvi aləmi çox kasıbdır; 

bitki örtüyü (şibyə, mamır və s.) çox seyrəkdir. Heyvanlardan bəzi quş 

və cücü növlərinə rast gəlmək olur. N.q.-ın aşağı  sərhədi qütb 

rayonlarında dəniz səviyyəsinə  qədər enə bilir, səhra rayonlarındakı 

dağlarda isə 6500 m-ə  qədər qalxa bilir. Böyük və Kiçik Qafqaz 

dağlarında 3000 m-dən yuxarıda yerləşir. 

 

 

Bazardüzü dağında nival qurşağı 

NİVASİYA  – qar eroziyası, qarın təsiri altında ekzogen 

relyefəmələgəlmə prosesinin gedişi. Qütb, yüksək dağlıq rayonlar üçün 

səciyyəvidir. 


Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin 

PREZİDENT   KİTABXANASI 



────────────────────────────────────────── 

336 


 

NİZAMLAYICI FAKTOR – orqanizmin normal fəaliyyəti üçün 

əlverişli olan mühit faktoru. 



NOMİNALİSTİK KONSEPSİYA (lat. nominalis – fdlı, nomen – 

ad) – bu konsepsiyaya görə təbiətdə növlər mövcud deyil; real mövcud 

olan yalnız fərdlərdir. 18-ci əsrdə Fransada bu konsepsiya geniş 

yayılmışdı. (Byuffon, Robine, Lamark və b.) 20-ci əsrin əvvəlində N.k.-

sı K.Bessi (1908) və b. tərəfindən qəbul edilmişdir. Hazırda isə yalnız 

tarixi maraq oyadır. 


Download 3.98 Mb.

Do'stlaringiz bilan baham:
1   ...   36   37   38   39   40   41   42   43   ...   60




Ma'lumotlar bazasi mualliflik huquqi bilan himoyalangan ©fayllar.org 2024
ma'muriyatiga murojaat qiling