Ekoloji LÜĞƏt a


Download 3.98 Mb.
Pdf ko'rish
bet30/60
Sana14.02.2017
Hajmi3.98 Mb.
#384
1   ...   26   27   28   29   30   31   32   33   ...   60

KİMYƏVİ OPTİMUM  – torpaq və su mühitində orqanizmin 

maksimum məhsuldarlığını təmin edən kimyəvi elementlərin tərkibi və 

nisbəti. 

KLİMAKS (yun. klimax - nərdivan) – bax: ekoloji klimaks. 

KLİMAKS EKOSİSTEM 

– yetişmiş ekosistem-davamlı 

hemeostazlı stabil (sabit) vəziyyətə çatmış ekosistem. 

KLİMAKS QRUPLAŞMALAR – suksessiyanın klimaks fazasında 

təbii davamlı qruplaşmalar. 



KLİMATOQRAFİYA    iqlimşünaslığın bölməsi, yer kürəsi üzrə 

çoxillik meteoroloji müşahidələrin statistik işlənməsi  əsasında iqlim 

tiplərinin və onların yayılmasının (paylanmasının) öyrənilməsi ilə 

məşğul olur. 



KLİMATOP (Sukaçov, 1964) – biosenozun, biogeosenozun və ya 

senoekosistemin biosenotik mühitinin hava hissələri;  ətraf atmosferdən 

özünün qaz tərkibi, xüsusilə CO

2

, (torpaqüstü biohorizontda), O



2

 (yenə 


orada fotosintezin biohorizontlarında), biolinlərlə doymuş hava rejimi, 

azaldılmış və dəyişilmiş günəş radiasiyası, işıqlanma dərəcəsi, bitkilərin 

və  bəzi heyvanların lüminessensiyasının olması, xüsusi hava rejimi və 

havanın rütubətlik rejimi ilə seçilir. 



KLİMATRON  – süni şəraitdə müxtəlif iqlim yaratmaq üçün 

cihazlarla təchiz  olunmuş laboratoriya. 



KLİRİNQ (ing. clearing – əkin üçün təmizlənmiş yer) – şumlamaq 

Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin 

PREZİDENT   KİTABXANASI 



────────────────────────────────────────── 

237 


 

üçün nəzərdə tutulmuş yer sahəsi. 



KLON  (yun. klon – budaq, pöhrə)  – bir fərdin vegetativ yolla 

artaraq verdiyi nəslin  əmələ  gətirdiyi kiçik populyasiya. Belə klonlar 

qruplaşmalarında çox vaxt parsellər və ya mikrosenozlar əmələ  gətirir. 

K. geniş  mənada bitkinin vegetativ və ya qeyri-cinsi yolla artaraq 

yaratdığı nəsildir. 

KOL, YARIMKOL VƏ OT QRUPLARININ (QRUPLAŞ-

MALARININ) DOLULUQ DƏRƏCƏSİ – Vahid sahədə (1m

2

) növün 



(növlərin) proyektiv örtmə dərəcəsinin cəmi ilə təyin edilir. 

KOLLAR  – budaqlanması torpağın səthindən başlayan çoxillik 

bitki. Hündürlüyü 0,8-6,0 m-ə çatır. 10-20 il, bəzən 40-50 il yaşayır. 

Düzən rayonlardan başlamış quraq, kontinental, subtropik və subalp dağ 

zonasına qədər hər yerdə yayılmışdır. Düzgövdəli (bəzi söyüdlər), 

geoksil (məs. itburnu, bambuk), sürünən (bəzi ardıclar), sarmaşıqşəkilli 

(məs. üzüm), sukkulent (bəzi kaktus növləri) və parazit (məs. Viscum 

album) kollar məlumdur. Azərbaycan Respublikası florasında 290-a 

qədər kol növü var. Əksəriyyəti meyvə, dərman və efiryağlı bitkilərdir. 



KOLLEKSİYA, tədrisdə – həmcins və oxşar əşyaların əlamətlərinə 

görə toplanması və qruplaşdırılması; təlimdə-istifadə edilən əyani vəsait. 

K.-lar faydalı qazıntı, cücü, bitki və heyvanlar, toxum, çiçək, torpaq, 

mineral, əlyazması, qədim pul, poçt markası, təsviri sənət əsəri və s. ola 

bilər. 

KOLLEKTOR  (k.t.-da)  – qurutma şəbəkəsinin tənzimləyici 

hissəsindən suyu qəbul edib, qurudulan ərazidən kənar edən drenaj 

borusu və ya kanal. 

Kanalizasiyada-kanalizasiya şəbəkəsində çirkab suları toplayan sahə. 



KOLLOİD KOMPLEKSİ  –  (yun. kolla- yapışqan və eidos – 

görkəm, forma) – lilin kolloid fraksiyası və ya çoxkomponentli kolloid 

üzvi maddələr. 



KOLLÜVİUM (lat. colluvio - yığılma) – əsasən ağırlıq qüvvəsinin 

təsiri ilə (sürüşmə, uçqun və s.) yüksək sahələrdən hərəkət edərək dağ 

yamaclarında və ya onların  ətəklərində toplanmış  qırıntı materialı 

(süxurlar). 



KOLMATAJ (frans. colmatage) – 1) gilli və ya narın hissəciklərin 

təbii və ya süni yolla dağ süxurlarının məsamələrinə dolaraq onun 



Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin 

PREZİDENT   KİTABXANASI 



────────────────────────────────────────── 

238 


 

sututumunu və sukeçirmə qabiliyyətini dəyişdirməsi. 2) allüviumun su 

hövzələrinin dibində sedimentasiya prosesi; bu proses hövzənin dibinin 

qalxmasına və hövzənin allüvium bataqlığına çevrilməsinə səbəb olur. 



KOLONİAL ORQANİZMLƏR  – su heyvanları. Qeyri cinsi 

çoxalma zamanı  əmələ  gələn yeni fərd ana fərddən ayrılmayaraq 

koloniya  əmələ  gətirir. Kolonial bitkilərə müxtəlif birhüceyrəli yaşıl, 

göy-yaşıl, qızılı, sarı-yaşıl, diatom priofit yosunlar və evqlena yosunları 

daxildir. Onlar zoospor və avtosporla çoxalır. Kolonial heyvanlara bəzi 

qamçılılar,  şüalılar, infuzorlar, süngərlər və bağırsaqboşluqlar aiddir. 

İbtidai xordalılardan sinassidilər, slaplar, və  nəsli kəsilmiş qraptolitlər 

K.o.-dir. 



KOLONİYA  (lat. colonia - köçmə)  – orqanizmlərin (növ və 

fərdlərin) reproduksiya prosesini normal keçirməsi, qarşılıqlı qorunması 

və köməkçi qidalanmasını təmin edən qruplaşma. 

KOMBİNASİYA DƏYİŞKƏNLİYİ  – calaqetmədə yaranan hibrid 

dəyişkənliyi, orqanizmin seleksiyası zamanı yeni formaların 

alınmasında əsəs mənbə vəzifəsini görür. 

KOMMENSALİZM – müxtəlif növ heyvanların birgə (kommensal) 

yaşaması. Kommensal həyat keçirən heyvanların biri daimi və ya 

müvəqqəti olaraq o birinin hesabına yaşayır, lakin ona heç bir ziyan 

vurmur. K. zamanı orqanizmin biri digərindən öz müdafiəsində, hərəkət 

etməsində  və onun hesabına qidalanmasında istifadə edir. Məs. dəniz 

hidroidləri balıqların dərisi üzərində yaşayır və onların ekskrementi ilə 

qidalanır. K. nəticəsində parazitizm və simbioz yaşama əmələ gələ bilər. 

KOMPLEKS GÜBRƏLƏR – kombinə edilmiş gübrələr-tərkibində 

bitki üçün zəruri 2-3 əsas qida maddəsi (N, P

2

O

5



, K

2

O) olan gübrələr. 



Bunların tərkibinə mikroelementlər də (B, Mn, Cu, Zn, Mo və s.) əlavə 

etmək olar. Bu gübrələr yaxşı fiziki xassələrə malikdir. 



KOMPLEKSLƏR 

– müntəzəm olaraq senoekosistemin 

(mikrorelyeflə birlikdə prosenozun və fitosenozun) dəyişilməsi 

(əvəzolunması) gedən bitki və torpaq örtüyü, bir qayda olaraq bir-birilə 

suksessiya sərhədləri ilə (ekoton suksessisyaları ilə) əlaqədə (bağlı) olur. 

K-in mikrorelyefi bu və ya digər dərəcədə biogen olur. K. xeyli tez 

keçən sinsegenezin nəticəsi və 

şahididir. K.-i ayırırlar: 

monokomplekslər (kompleksləşən fitosenoz və prosenozlar bir 


Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin 

PREZİDENT   KİTABXANASI 



────────────────────────────────────────── 

239 


 

assosiasiyaya aid olur); bir tipli biokomplekslər-kompleksləşən 

fitosenozlar müxtəlif formasiyaya, ancaq bir bitki tipinə aid olur (məs. 

səhra kompleksi – Aztemisiltum ephemerosum + Anaba setum purum); 

ikitipli biokomplekslər-kompleksləşən fitosenozlar iki müxtəlif bitki 

tipinə daxil olan formasiyalara aid olur (məs. səhra-çöl kopmpleksi 

Aztemisietum purum + Agropyretum aztemisiosum + Spiraeetum 

bromosum). K. inisial mərhələsində (suksessiya olunaraq genişlənən 

fitosenozlar  əsas assosiasiyalara parçalanmayıb) və final mərhələsində 

(kompleksin inkişafı  nəticəsində üstünlük təşkil edən fitosenoz vahid 

massiv əmələ gətirir) ola bilər. 

KOMPENSASİYA HORİZONTU  – su hövzəsinin tənəffüs və 

fotosintez prosesləri bərabərləşən (tarazlaşan) dərinliyi; evfotik zonanın 

aşağı sərhədi. 

KOMPOSTLAR  – mikroorqanizmlərin fəaliyyəti nəticəsində 

müxtəlif üzvi maddələrin çürüməsindən alınan gübrələr. Kompost 

hazırlamaq üçün əsas materiallar peyin, torf, quş  zığı, yarpaq, 

günəbaxan gövdəsi, lazımsız yemlər, zibil, axar suların çöküntüsü, dəri 

zavodlarının, sallaxanaların tullantısı  və s.-dir. K. peyin kimi bütün 

bitkilərə verilir. (ha-ra 15-40 t). Gübrələmə xüsusiyyətinə görə bəzi K. 

peyindən üstündür. 

KONDENSASİYA  (lat. condensatio - sıxlaşma)  – maddənin qaz 

halından maye və ya bərk hala keçməsi. K. yalnız böhran 

temperaturundan aşağı temperaturlarda mümkündür. Böhran 

nöqtəsindən üçlük nöqtəyədək olan temperaturlarda K. maye hala, üçlük 

nöqtədən aşağı temperaturlarda isə bərk hala keçidlə nəticələnir. Buxar 

öz mayesi ilə  təmasda olduqda K. kiçik doydurma halında belə böyük 

sürətlə gedir, təmasda olmadıqda isə yalnız xüsusi K. mərkəzləri 

olduqda baş verir. 



KONDOMİNANTLAR  –  (lat. con – bir yerdə) – biosenozda 

sodominantlıq edən bitki növü, genotipin mühüm hissəsi. K. əsas  qatın 

(yarusun) təşkilində iki və daha çox növ miqdarında iştirak edir. (ikinci 

dərəcəli qatlarda birlikdə dominantlıq edən növlər subdominantlar 

adlanır). K. müxtəlif qarışıq və müxtəlif otlu formasiyalar və 

assosiasiyalar əmələ gətirir. 



KONQLOMERAT  – sementləşmiş çaqıl və süxur qırıntılarından 

Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin 

PREZİDENT   KİTABXANASI 



────────────────────────────────────────── 

240 


 

(çınqıl, qum, valun) ibarət çökmə süxur. K.-ın sement materialı, adətən, 

karbonatlar, dəmir oksidləri, gilli material, nadir halda silisium oksidləri 

olur. K.-da (adətən sement materiallarında) bəzən platin, qızıl, uran və s. 

faydalı qazıntıların səpinti yataqları olur. 

KONNEKTORLAR  –vegetativ yolla çoxalma nəticəsində çox sıx, 

keçilməz biosenoz qatı (yarusu) yaradan dominantlar, qruplaşmaların 

əsas və ikinci dərəcəli qatlarını əmələ gətirir. K.-ın çox hissəsi mezofil 

(55%), hidrofil və ya hiqrofil olur. 



KONNEKSLƏR  – çürümüş  ağaclar, heyvan cəsədləri (leş) və 

ekskrementlərə uyğunlaşan orqanizm qrupları; mikrosenoz və 

mikrosenozların xarakterik qrupu. 

KONSENTRASİYA (qatılıq)  –  ətraf mühitin obyektlərinin, 

biomaterialların və s. vahid kütləsində  və ya həcmində olan kimyəvi 

birləşmələrin nisbi miqdarı,  ən çox işlədilən formaları bunlardır: 1) 

Kütləcə (çəkicə) konsentrasiya-komponentin kütləsinin bütün sistemin 

kütləsinə olan nisbəti: bu nisbəti 100-ə vurduqda alınan  ədəd həmin 

sistemdə komponentin kütləcə konsentrasiyasını (çəkicə faizini) 

göstərir. 2) Atom konsentrasiyası-komponentin qram-atomları (qram-

molekulları) sayının sistemin bütün qram-atomları (qram molekulları) 

sayına nisbətidir. Bu nisbəti 100-ə vurduqda alınan  ədəd komponentin 

atom (qram-molekul, mol) faizləri ilə konsentrasiyasıdır. 3) Həcmcə 

konsentrasiya-komponentin həcminin həmin sistemin ümumi həcminə 

nisbətidir: onu 100-ə vurduqda alınan  ədəd həcmcə faizlə göstərilən 

konsentrasiyasıdır. 

KONSENTRATOR – bədənində kimyəvi elementlər və birləşmələr 

toplayan orqanizm. 



KONSERVANTLAR  – mikroorqanizmləri məhv edən kimyəvi 

maddələr. Bunun üçün yeyinti səeayesində  və  məişətdə kükürd 

oksidindən So

2

  və onun sulu məhlulundan (sulfat turşusu), uksus və 



benzol turşusundan, xörək duzundan, şəkərdən istifadə olunur. Tibbdə 

bu məqsədlə etil spirtindən istifadə olunur. 



KONSERVASİYA  (lat. conservatio - saxlama)  – tarixi abidə  və 

mədəniyyət adibələrinin, arxeoloji tapıntıların, memarlıq, təsviri və 

tətbiqi sənət  əsərlərinin ilkin simasını  və möhkəmliyini uzun müddət 

saxlamaq, onları kimyəvi təsirdən qorumaq üçün görülən tədbirlərin 



Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin 

PREZİDENT   KİTABXANASI 



────────────────────────────────────────── 

241 


 

məcmusu. 



KONSTRUKTİV COĞRAFİYA, KONSTRUKTİV COĞRAFİ 

İSTİQAMƏT  termini akad, İ.P.Qerasimov (1966) təklif etmişdir. 

Tətbiqi coğrafiya tədqiqatlarından fərqli olaraq K.c. tədqiqatlarında 

aktual problemlərin müvəffəqiyyətlə həlli üçün fundamental elmi işlərlə 

yanaşı, həm də yeni geosistem yaratmaq və ya rekonstruksiya etmək 

istiqamətində konstruktiv işlər görülməsi nəzərdə tutulur. Konstruktiv 

coğrafiya çərçivəsində coğrafi məsələlərin həllinin ümumi gedişi 

hazırlanır, xüsusi nəzəri modellər və fikirlər formalaşır, “təbiət-texnika” 

və “təbiət-insan”ərazi sisteminin qanunauyğunluqları  dərk edilir, 

mürəkkəb təbii-təsərrüfat obyektləri layihələşdirilir, mümkün kritik 

(böhranlı) vəziyyətlərin proqnozları hazırlanır. Konstruktiv coğrafi 

istiqamətində bir tərəfdən insanı  əhatə edən mühitin elmi işlərlə  aşkar 

edilən yeni imkanlarının məqsədyönlü konstruksiya edilməsinə, istehsal 

gücünün inkişafında cəmiyyətin artmaqda olan tələbatının tam təmin 

olunması marağına  əhəmiyyət verilir. Digər tərəfdən cəmiyyət və 

təbiətin qarşılıqlı  əlaqəsinin optimallaşdırılmasının elə bir forması 

axtarılır ki, o, «təbiət-cəmiyyət”» sisteminin özünü dağılmağa doğru 

aparmasın. 

KONSUMENTLƏR  (lat. consumo – istifadə edirəm)  – üzvi 

maddələrdən istifadə edən heyvanlar, bəzi bitki qrupları. Konsumentlər 

arasında fitofaqlar, zoofaqlar (heyvanlarla qidalanan) və fitozoofaqlar 

(bitki və heyvanlarla qidalanan) vardır. 



KONTİNENT (lat. continens) – sahəsi bir neçə milyon km

2

-dən az 



olmayan quru ərazisi. Eyni ilə «materik”» termini kimi işlənir. 

KONTİNENTAL BUZLAQ – kontinentin geniş sahəsini tutan buz 

örtüyü. 


KONTİNENTAL ÇÖKÜNTÜLƏR  – dəniz çöküntülərinin  əksinə 

olaraq, çay, göl, bataqlıq, bulaq,eol və s. çöküntülər. K.ç.-ə yerüstü 

fauna və flora xarakterikdir. K.ç. bir neçə genetik növə ayrılır: elüvial, 

yamac, su, buzlaq, külək (eol) və s. Vulkan tufları, onların qurudakı 

yenidən çökdürülmə məhsulları da K.ç.-ə daxildir. 

KONTİNENTAL  İQLİM  – dəniz iqliminin əksinə  və  dənizlərdən 

uzaqda yerləşən quru sahələrin iqlimidir. K.i.-in əsas xüsusiyyəti 

gündəlik və illik temperatur amplitudasının böyüklüyü, kəskin sutkalıq 


Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin 

PREZİDENT   KİTABXANASI 



────────────────────────────────────────── 

242 


 

dəyişkənliyi, yağıntının və rütubətin azlığı  və havanın quru olmasıdır. 

Materiklərin daxilinə getdikcə dəniz iqlimi tədricən K.i-ə keçir. K.i.-də 

Günəş insolyasiyası  və gecə yerin özündən  şüa buraxması güclü olur. 

Yayda gecələr sərin və aydın, gündüzlər isə isti və küləkli keçir. 

Azərbaycan Respublikası ərazisində ən yüksək kontinentallıq Naxçıvan 

MR-dır. (Arazboyu düzənliklər və alçaq dağlıqda). 

KONTİNENTAL SU HÖVZƏSİ  – kontinentin qitə daxili 

hissəsində yerləşən su hövzələri (göllər, su anbarları, kanallar və s.). 



KONTİNENTAL  ŞELF  – dənizin təsərrüfat üçün mühüm sayılan 

150 m-ə  qədər dərinliyi olan kənar dayaz hissəsi. K.ş. yüksək bioloji 

məhsuldarlığa və yüksək bioloji müxtəlifliyə malikdir. Son 50 ildə K.ş.-

in bioloji müxtəlifliklərin istifadəsinə neft-çıxarma da əlavə olundu. Bu 

məqsədlə 1949-cu ildə Xəzərdə Neft daşları şəhərciyi salındı. Sonralar 

dəniz dibindən neftçıxarma işləri daha da genişləndirildi və bununla 

əlaqədar dənizin neftlə çirklənməsi gücləndi. Dənizdə neft platformaları 

həmçinin Meksika körfəzində, Cənubi-Şərqi Asiya, Afrika, Avstraliya, 

Yeni-Zenlandiya ölkələrində də mövcuddur. Bu regionlarda da dənizin 

neftlə çirklənməsi böyük narahatlığa səbəb oldu. Ona görə 1982-ci ildə 

BMT-nın xüsusi konfransında Dünya okeanının mənimsənilməsi 

sahəsində Beynəlxalq  əməkdaşlıq prinsipləri üzrə Konvensiya 

imzalandı.  

KONTİNİUM  (lat. continum - fasiləsiz)  – Yerdə bütün canlıların 

(bitki örtüyü, heyvanat aləmi və torpaq örtüyü) qırılmaz birliyi. 



KONVEKSİYA

 

(atmosferdə)

 

– atmosferdə müəyyən miqdar hava 

kütləsinin  şaquli hərəkəti.  Ətraf mühitə nisbətən daha isti və seyrək 

havanın yuxarı, daha soyuq və sıx havanın isə aşağı hərəkəti nəticəsində 

baş verir. K. zəif inkişaf etdikdə nizamsız, turbulent xarakterli olur. K. 

atmosferin (xüsusilə ekvatorial enliklərində) aşağı  və yuxarı qatları 

arasında istilik və rütubət mübadiləsində mühüm rol oynayır. 

KONVEKSİYA

 

(okeanda)  – suyun şaquli hərəkəti. Suyun 

sıxlığının dəyişməsindən  əmələ  gəlir. K. okeanın yuxarı qatlarında və 

səthində temperaturun aşağı düşdüyü, yaxud duzluluğun artdığı, böyük 

dərinliklərdə isə temperaturun adiabatik yüksəldiyi şəraitdə inkişaf edir. 

K.  əhatə etdiyi qatlarda suyun qarışmasına, soyuq və isti səthaltı su 

qatlarının  əmələ  gəlməsinə, daha aşağı qatların oksigenlə 



Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin 

PREZİDENT   KİTABXANASI 



────────────────────────────────────────── 

243 


 

zənginləşməsinə  səbəb olur. Payız-qış dövründə K. böyük dərinliklərə, 

ayrı-ayrı subtropik və tropik qurşaqların dənizlərdə isə dibədək yayılır. 

KONVERGENSİYA – (lat. convergo - yaxınlaşıram)

 

biologiyada

 

– təkamül prosesində yaxın qohumluğu olmayan orqanizm qruplarının 

əlamətlərinin bir-birinə oxşaması, eyni istiqamətli təbii seçməyə məruz 

qalmaları nəticəsində əlamət və quruluşlarının bir-birinə yaxınlaşması. 



KOOPERASİYA  – iki növ arasındakı qarşılıqlı  əlaqələrin 

məcmusu; hər iki növ fayda götürür. 



KOPROFAQLAR  (yun. korpos – peyin və faq)  – heyvan 

ekskrementləri ilə qidalanan, saprotroflara aid olan orqanizmlər: 

böcəklər, milçəkər və onların sürfələri, mikroartropodlar, protozoalar, 

bakteriyalar. 



KOPROFİLLƏR  – peyin yanğını, yaxud çoxlu peyin verilən 

torpaqda inkişaf edən göbələklərin ekoloji qrupu (ziqomisetlər, 

pirenomisetlər, diskomisetlər). 

KOPROLİTLƏR  – tərkibində çoxlu miqdarda mineral hissəciklər 

saxlayan torpaq soxulcanlarının ekskrementləri, torpaqəmələgəlmə 

prosesində  fəal iştirak edərək torpaqda olduqca suyadavamlı struktur 

aqreqatlar yaradır. Çox vaxt digər torpaq onurğasızlarını da K. 

adlandırırlar. 

KORMOBİONT (yun. kormos – kötük və biont) – ağac və kolların 

gövdələrində yaşayan orqanizmlər. 



KORMOFİTLƏR (yun. kormos – gövdə, phyton - bitki) – gövdəsi 

və yarpağı olan bitkilər. Mamırların  əksəriyyəti, bütün qıjıkimilər və 

toxumlu bitkilər K.-ə aiddir. Bəzən K.-ə yarpaq və gövdədən əlavə kökü 

olan bitkilər də aid edilir. K. tarix inkişaf prosesində yarpaq və gövdəyə 

bölünməyən tallomlu bitkilərdən əmələ gəlmişdir. 

KORROZİYA  – suyun süxurlara kimyəvi təsiri nəticəsində 

süxurların dəyişilməsi və onlarda boşluq,  şırım, çüxur əmələ  gəlməsi 

prosesi. 

KOSMİK ANTROPOEKOLOGİYA  – insan ekologiyasının bir 

hissəsi, insanın kosmik mühit şəraitinə düşdüyü vaxt kosmonavtların 

(astronavtların) həyat təminatını daha effektiv həyata keçirmək 

məqsədilə əsaslı və elmi-texniki problemləri tədqiq edir. 



KOSMİK BİOLOGİYA  – Kainatda canlı materiyanın mənşəyi, 

Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin 

PREZİDENT   KİTABXANASI 



────────────────────────────────────────── 

244 


 

mövcudluğu, yayılması, təkamül xüsusiyyətlərini, kosmik fəza 

şəraitində digər göy cisimlərində və ya kosmik aparatlarında uçuş vaxtı 

Yer orqanizmlərinin həyat fəaliyyəti xüsusiyyətlərini öyrənən kompleks 

elmi fənn. K.b.-nın  əsası V.V. Dokuçayev, K.A.Timiryazev, V.İ. 

Vernadski,  İ.M.Seçenov,  İ.P. Pavlov, A.L.Çijevski tərəfindən 

qoyulmuşdur. 

KOSMİK FAKTOR – mənbəyi kosmik fəzada baş verən proseslər 

olan faktor (günəş və kosmik radiasiya, ay işığı, kosmos tozu və s.). 



KOSMİK FOTOŞƏKİLÇƏKMƏ  – Yer atmosferindən kənarda 

yerləşdirilən cihazlar vasitəsilə Yerin, göy cisimlərinin, dumanlıqların 

və müxtəlif kosmik hadisələrin şəklinin çəkilməsi. Bu üsulla bir şəkildə 

10 km


2

-lərlə sahədən tutmuş bütövlükdə Yer kürəsinə qədər obyektləri 

yerləşdirmək olur. Həmin  şəkillərə  əsasən planetimizin atmosfer, 

litosfer, hidrosfer, biosfer və landşaftın mühüm struktur, regional, zonal 

və qlobal xüsusiyytlərini öyrənmək mümkündür. K.f. təbii hadisələrin 

(gündəlik, mövsümi) və epizodik (meşə yanğınları, vulkan püskürməsi 

və s.) dinamikasını, müxtəlif təsərrüfat fəaliyyətini (məhsul yığımı, su 

hövzəsinin doldurulması  və s) öyrənməyə, həmçinin  ətraf mühitin 

çirklənməsi ilə mübarizə üçün kompleks tədbirlər görməyə imkan verir. 

K.f. apparatının iş prinsipi aerofotoşəkilçəkmədə olduğu kimidir. 

Şəkillərin orta miqyası 1:1000 000-1-10 000  000  qədərdir. K.f.-dən 

meteorologiyada yerin qar örtüyünün, buludların öyrənilməsi və s.) 

geologiya və geomorfologiyada, təbii sərvətlərin tədqiqi üçün ətraf 

mühitin vəziyyətinə nəzarət məqsədi ilə istifadə olunur. 



KOSMİK EKOLOGİYA – bax: ekologiya. 

KOSMİK GƏMİ  VƏ STANSİYANIN QAPALI SİSTEMİNİN 

EKOLOGİYASI – kosmonavtların həyatının təmin olunması sistemi – 

kosmonavtların həyatını, normal maddələr müdabiləsini və  iş 

qabiliyyətini təmin edən süni nizamlanan yaşayış mühiti. 

Kosmonavtların qida ehtiyatı, oksigen, su və istiliklə  tənzim olunması, 

uzunmüddətli uçuşlarda isə oksigen (suyun elektrolizi) və su (sidik və 

buxar kondensatlarının kimyəvi regenerasiyası) regenerasiya edən 

cihazlarla nizamlanır. Planetlərarası uçuşda gəminin ekosisteminə 

avtotrof fotosintezedən və xemotrof bakteriyalar daxil edilməsi tələb 

olunur. 


Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin 

PREZİDENT   KİTABXANASI 



────────────────────────────────────────── 

245 


 

Download 3.98 Mb.

Do'stlaringiz bilan baham:
1   ...   26   27   28   29   30   31   32   33   ...   60




Ma'lumotlar bazasi mualliflik huquqi bilan himoyalangan ©fayllar.org 2024
ma'muriyatiga murojaat qiling