Ekoloji LÜĞƏt a
EKOLOJİ İNDİQATORLAR, EKOİNDİQATORLAR
Download 3.98 Mb. Pdf ko'rish
|
EKOLOJİ İNDİQATORLAR, EKOİNDİQATORLAR – ekoloji rejimi qiymətləndirməyə imkan verən təbii ərazi kompleksinin komponentləri və elementləri. Aşağıdakı E.İ. ayırd edilir: topoindiqatorlar (qiymət relyefə görə verilir), litoekoindiqatorlar (dördüncü dövr çöküntüləri və onun altdakı dağ süxuruna görə), pedoekoindiaqtor (torpağa görə), fitoekoindiqatorlar (bitkiyə görə), zooekoindiqatorlar (heyvanat aləminə görə), antropoindiqatorlar (insan fəaliyyətinin izləri və torpaqdan istifadə xarakterinə görə), morfoekoindiqatorlar (təbii ərazi kompleksinin morfoloji strukturuna əsasən), krioindiqatorlar (su hövzəsinin buz rejiminə əsasən), hiqroindiqatorlar (səthi rütubətliyin paylanması və dinamikasına görə), xionoindiqatorlar (qar örtüyünün paylanması və dinamikası), termoindiqatorlar (Yerin və suyun temperaturunun paylanması, onların termal rejimi) və b. E.İ.-la ekoloji rejimin qiymətləndirilməsi metodu Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin PREZİDENT KİTABXANASI ────────────────────────────────────────── 136
ekoloji indiqasiya adlanır. EKOLOJİ İRQ, EKOTİP – eyni coğrafi vilayətdə (lakin müxtəlif ekoloji şəraitlərdə) məskunlaşan müxtəlif genefonda mənsub olan eyni növün populyasiyaları.
istehsalı. EKOLOJİ KİMYA – təbii şəraitdə kimyəvi maddələrin davranışı (hərəkət tərzi) haqqında elm. Bura hidrosferin kimyası, litosferin kimyası, atmosferin kimyası və biosferin kimyası daxildir.
inkişafının yüksək pilləsi, onların yerli iqlimlə tam vəhdətdə olub inkişafının final sabit mərhələsi. Hər coğrafi zona və əyalətin xas olan öz bitki örtüyü, torpaq və ekosistemi klimaksları mövcuddur. Kli- makslar bir çox min illər ərzində inkişaf etmişlər. Onlar hazırda yalnız bitki örtüyünün deyil, həm də torpaq və ekosistemin ən davamlı (sabit) forması olub yavaş-yavaş dəyişir. Klimaks ekosistemlər zonal şəraitdə, geniş düzənliklərdə və suayrıclarında yerləşir. Pozulmuş sistemlər disklimaksa aid edilir. Biosenozların klimaks formasiyaları, onların ekosistemləri suksessiyaları şəklində tam qanunauyğun dəyişilmələrə məruz qalır. Klimaks ekosistemə misal olaraq orta dağ meşə qurşağında fıstıq meşələrini göstərmək olar. EKOLOJİ KOD – orqanizmlərin münasibətini nizamlayan stabil və dinamik fərdlərarası əlaqələrin məcmusu. Termin P.P.Leviçə (1977) aiddir.
(abiotik) komponentlər (qeyri-üzvi maddələr, üzvi birləşmələr, iqlim) və canlı (biotik) komponentlər (produsentlər, konsumentlər və redusentlər).
davamlı müvazinətini (tarazlığını) təmin edən ekoloji komponentlərin kəmiyyət nisbəti.
canlı orqanizmlər üçün təhlükəli sayılan çirkləndirici maddələrin (kimyəvi, radioaktiv və s.) ətraf mühitə həddindən artıq atılması.
örtülü şəraitdə, həmçinin güclü şaxtalarda yaşaması ilə əlaqədar Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin PREZİDENT KİTABXANASI ────────────────────────────────────────── 137
məsələlərin öyrənilməsi. EKOLOJİ QİYMƏT – insan fəaliyyəti (xüsusən təsərrüfatsızlığı) nəticəsində təbiətə və ətraf mühitə dəyən ziyanın qiyməti. EKOLOJİ MAKSİMUM – müəyyən ekoloji faktora görə orqanizmin tolerantlığının yuxarı həddi. EKOLOJİ MİNİMUM – müəyyən ekoloji faktora görə orqanizmin tolerantlığının aşağı həddi. EKOLOJİ MONİTORİNQ – ekosistem, populyasiya və orqanizmlərdə (insan da daxil olmaqla) olduğu mühitin dəyişməsilə əlaqədar gedən prosesləri izləmək sistemi. Hazırkı dövrdə E.m.-in əsas obyektləri atmosfer, su, torpaq, bitki və heyvan populyasiyaların vəziyyəti, insanın sağlamlığı hesab olunur.
(birləşməsi) və biri-birini əvəz etməsi: meşə və bozqırlar, meşə və çəmən, su və quru və s., bunların arasında keçid zonaları – ekotonlar mövcuddur. EKOLOJİ MÜHARİBƏ – təbii mühitin (ekoloji tarazlığın) pozulması istiqamətində aparılan hərbi hərəkat üsulu. İlk dəfə bu istiqamətdə irimiqyaslı hərbi əməliyyatları amerikalılar Vyetnamda, Kampuçidə və Laosda apararaq, müxtəlif defoliantlar, buldozerlər, tankların köməyilə geniş ərazilərdə bakirə meşələr, yüksək məhsuldar manqr cəngəllikləri (meşələri) və s. məhv edilmişdir. 1974-cü ildə BMT-nin Baş məclisi hərbi məqsədlə təbii mühitin pozulmasının qadağan edilməsi haqda Beynəlxalq konvensiya qəbul etmişdir. EKOLOJİ NÖQSANLAR (səhvlər) – təbii ekosistemlərdən və sərvətlərdən ekoloji cəhətdən əsaslanmış yolla və miqdarda istifadə edilməsi nəticəsində baş verən ekoloji və iqtisadi ziyanlar. Məsələn, Xəzər dənizinə çirkab sularının axıdılması, dənizdən ekoloji cəhətdən əsaslanmamış yolla neftin çıxarılması bütün canlıların, o cümlədən balıqların məhv olmasına səbəb olur. EKOLOJİ MÜXTƏLİFLİK – fərdlərin sayının növlərin sayına nisbəti. EKOLOJİ OPTİMALLAŞDIRMA – ekoloji komponentləri və ərazisini (ekosistemin) əlverişli uyğun vəziyyətə salmaqla ən rasional ekoloji tarazlığa nail olmaq.
Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin PREZİDENT KİTABXANASI ────────────────────────────────────────── 138
EKOLOJİ OPTİMUM – 1) növün ən yaxşı həyatilik şəraiti (çoxalma qabiliyyəti, abiotik faktorlara uyğunlaşması); 2) Bir qrupun (bitki) digər qrupa nisbətən üstünlük şəraiti.
ölüm (ölüm faizi). E.ö.-ün ölçüsü mühit şəraitindən və populyasiyanın vəziyyətindən asılı olaraq dəyişir.
V.D.Feodrovun (1977) ifadəsi olub, ona əsasən müasir ekologiyanın baş obyekti ekosistemdir. Fərdlər, populyasiyalar, hətta qruplaşmalar deyil, məhz ekosistem ekologiyanın spesifik (nadir) obyekti sayılır. Biotop və orada məskunlaşan orqnizimlər funksional vahid birlik yaradır. A.Tensli onu ekosistem, V.N. Sukaçev isə biogeosenoz adlandırmışdır. EKOLOJİ PASPORT – (bitkinin) – kənd təsərrüfatı bitkilərinin hər bir sortu (çeşidi) üçün hər tərəfli xarakteristikası. EKOLOJİ PİRAMİDA – biosenozda produsentlərin konsumentlərə, sonra isə redusentlərə keçdikcə onların fərdlərinin sayı, biokütləsi və enerjisinin miqdarı piramida fiquruna uyğun formada azalır ki, buna ekoloji piramida deyilir.
urbanizasiya, rekreasiya və s.-in intensiv və ekstensiv inkişaf şəraitində, ekoloji tarazlığı pozmadan təbii resursların və ərazilərin istifadəsinin (istimarının) elmi-əsaslanmış normasının hazırlanması. EKOLOJİ PLASTİKLİK – orqanizm və ya onun qrupunun mühit amillərinin təsirinə qarşı dözümlülük dərəcəsi (amplitudası). EKOLOJİ POPULYASİYA – bir biosenoz daxilində məskunlaşan bir növün fərdlərinin məcmusu. EKOLOJİ PROQNOZ – müəyyən uzaq gələcəkdə ətraf mühitin, bu və ya digər ekosistemin dəyişmə mümkünlüyünü, həmçinin kənd təsərrüfatı, hidrotexniki və sənaye layihələrinin müsbət və mənfi nəticələrini elmə əsaslanaraq qabaqcadan xəbər vermək. EKOLOJİ RESURSLAR – təbiətdə ekoloji tarazlığı təmin edən mühit yaradan komponentlərin məcmusu. EKOLOJİ RƏQABƏT (vakuum) – müəyyən şəraitdə (adətən yaxın ekoloji tələbata malik olan populyasiyaların az seyrək sıxlığı şəraitində) rəqabət olmur və ya o, minimuma enir.
Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin PREZİDENT KİTABXANASI ────────────────────────────────────────── 139
EKOLOJİ RİSK ZONASI – Quru və okean səthində insan fəaliyyətinin təhlükəli ekoloji vəziyyət yarada biləcək yer (məs. sualtı neft çıxarılan zona, dənizin tankerlərin keçməsi üçün təhlükəli olan sahəsi və s.). EKOLOJİ SABİTLİK – ekosistemin mühitin daxili abiotik və biotik faktorlarına, o cümlədən antropogen təzyiqə qarşı davamlılıq qabiliyyəti.
təbii ekosistemlərin yerində dağıdılmış sahə (ərazi). EKOLOJİ SIRA – ekoklin – ekosistemin məkanca dəyişməsi. Termini B.A.Keller (1912) təklif etmişdir. EKOLOJİ SIRALAR EKOKLİNLƏR – senoekosistemin mühit qradiyenti üzrə tədricən dəyişməsi, bu zaman müxtəlif növlərin fərdlərinin sayının və yerləşməsinin dəyişilməsi müşahidə olunur; bitmə şəraitinin hər hansı bir qradiyentinin dəyişməsi ilə, məsələn torpağın mexaniki və kimyəvi tərkibinin (xüsusilə onun duzluluq dərəcəsinin), nəmliyinin, mütləq yüksəkliyinin dəyişməsi biosenozların məkanda (sahədə) dəyişilməsi.
seyrəltməklə (dağıtmaqla) yağıntının qarşısını süni yollarla almaq, atmosferin üst qatlarında və ionosferdə (ozon qatının məhv edilməsi) pozulma yaratmaq, süni zəlzələ yaratmaq, çayların istiqamətini dəyişmək, vulkan fəaliyyətini stimullaşdırmaq, geniş ərazilərdə bitki örtüyünün defoliant, herbisid, güclü buldozer və tanklarla məhv edilməsi.
yaşadığı mühitlə (biosferlə) qarşılıqlı əlaqəsi. Hər bir E.s.-in xüsusi quruluşu və vəzifəsi var. E.s.-in quruluşu onun fiziki, kimyəvi və bioloji göstəriciləri ilə müəyyənləşdirilir; başlıca vəzifəsi isə maddələr mübadiləsində enerji axınını təmin etməkdir. E.s.-də yeganə enerji mənbəyi Günəşdir. Xarici mühit amillərinin (abiotik və biotik) ayrı-ayrı növlərlə əlaqəsi və onların kompleks təsirinə növün E.s.-i deyilir. E.s. – qarşılıqlı əlaqədə olan ətraf mühitin tərkib hissəsini təşkil edən: flora, fauna, torpaq, su hövzələri və çaylar, mineral sərvətlər, hava və enerji mənbələrinin vəhdətidir. Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin PREZİDENT KİTABXANASI ────────────────────────────────────────── 140
EKOLOJİ SİYASƏT – cəmiyyətin təbiətə təsiri ilə bağlı olan tədbirlər sistemi. Hər bir istehsal üsulu üçün E.S.-in öz prinsipləri xarakterikdir. E.S. dövlətin sosial-iqtisadi siyasətinin ayrılmaz hissəsidir. EKOLOJİ SPEKTR – müəyyən ərazidə və ya biosenozda müxtəlif sistematik və ekoloji kateqoriyaların (fitofaqlar, yırtıcılar, hər şeylə qidalananlar) faizlə nisbəti. E.s. adətən taksonomik və ya biosenotik analizin rəqəmlərinə uyğun olaraq ayrı-ayrı sektorlara bölünmüş dairədən ibarət olur.
və onunla əlaqədar fərdlərin nəsil verməsinin azalması, ölümün çoxalması və s. Fərdlər arasında əlaqələr (kontakt) çoxaldıqda baş verir. E.s. ətraf mühitin kəskin dəyişməsinə orqanizm və ya sistemin cavab reaksiyası hesab olunur.
canlı orqanizmlərin növ tərkibinin, onun sayının, məhsuldarlığının, sahədə paylanmasının, həmçinin mövsümü dəyişməsinin, biotik maddələr mübadiləsinin və digər bioloji proseslərin nisbi davamlığı. Müəyyən ekosistem üçün xas olan mühit şəraitinin dəyişməsi E.t.-ı pozur, bir növün azalmasına, digərinin isə artmasına səbəb olur. Bununla yanaşı orqanizmlərin təbii qruplaşmaları müxtəlif zədəverici təzyiqlərə qarşı davam gətirmək qabiliyyətinə malik olub normal şərait bərpa olunarkən öz ilkin vəziyyətinə qayıdırlar, yəni müəyyən davamlılığa malikdirlər. Çox vaxt E.t.-ın pozulması dedikdə atmosferin qaz tərkibinin və hidroloji rejimin kəskin dəyişməsi, ətraf mühitin qlobal çirklənməsi başa düşülür. E.t.-ın mürəkkəb və bir-birilə bağlı mexanizmlərini bilmədən təbiətdən səmərəli istifadə etmək, hər hansı bir təsərrüfat fəaliyyətini və təbii mühiti həyat üçün yararlı halda saxlamağı proqnozlaşdırmaq mümkün deyildir. E.t.-ı saxlamaq aktuallığı ekosistemlərin bərpa oluna bilməyən pozulmasına təsir göstərən vasitələrin yarandığı dövrdə, yəni 20-ci əsrin 2-ci yarısında artdı.
Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin PREZİDENT KİTABXANASI ────────────────────────────────────────── 141
ətraf biotik və abiotik mühitlə qarşılıqlı əlaqəsinin öyrənilməsi. EKOLOJİ TƏDQİQAT METODLARI: – Rastlaşma (qarşılaşma) metodu – biosenozda növ fərdlərinin tapılması (rast gəlinməsi) tezliyinin təyin olunması. Çoxlu miqdarda təsadüfi təcrübə sahələrində (0,01-1m 2 ) növlərin hesaba alınması. – Dama (kletka) metodu – mal-qara otarılan otlaqlarda məhsuldarlığın təyini. Bu, bir-birinə ağac və ya metalla bərkidilmiş və üzərində torlar çəkilmiş çərçivələrlə müvəqqəti və ya daimi kiçik sahələrin çəpərlənməsi ilə yerinə yetirilir. Məhsuldarlığın (ot) hesablanması həm otlaqda, həm də damalarda (kletkalarda) aparılır. – Klinsekt metodu – yerüstü fitokütlənin quruluşu, kütləsi və həmçinin, yarpaqlarının səthinin, ən çox rast gəlinən populyasiyaların sayının, növlərinin rastlaşma dərəcəsinin xüsusi çərçivənin (Bıkov, 1970) köməyi ilə maili (45 °) səthdə (Klinsektdə) ölçmə, kəsişmə yolu ilə öyrənilməsi. – Tipik sahə (“açar”, test sahəsi) seçmə metodu – hər hansı bir ərazidə xüsusi seçilmiş tipik (açar) sahədə bitki örtüyünün xüsusiyyətlərinin tədqiq olunması, adətən belə sahələr xəritələşdirilir. – Xətti kəsişmə metodu – dartılmış ip və ya məftil boyu düz xətt üzrə müntəzəm (ardıcıl) ölçmə işi apararaq bitkilərin və onların proyektiv örtmə dərəcəsinin təyini. – Nişanlanmış atomlar metodu – Ekologiyada və geobotanikada qruplaşmaların quruluşunun tədqiqi üçün istifadə olunur: kök sisteminin yerləşməsi, ayrı-ayrı klonların yerləşməsi, alaqlarla mübarizədə fitofaqların axtarılması, fitokütlənin hesablanması və s. tədqiqatlarda bu metoddan istifadə edilir. – Vegetasiya qabları metodu – ciddi nəzarət altında torpaq və su şəraitində (borulu metal və ya şüşə qablarda) bitkinin yetişdirilməsi. – Geobotaniki stasionar tədqiqat metodları – Eyni nöqtələrdə bitki örtüyünün eyni əlamətlərinin hesablanması dəfələrlə təkrar olunma yolu ilə aparılır. Stasionar tədqiqatlar vaxtına görə müxtəlif ola bilər (bir neçə gündən 10 illərə qədər). Bu tədqiqatlar bitkilər üzərində vizual müşahidələr aparmaqla və ya bir sıra mürəkkəb cihazlarla yerinə yetirilir. – Goebotaniki marşrut tədqiqat metodu – Marşrut yolu ilə
Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin PREZİDENT KİTABXANASI ────────────────────────────────────────── 142
tədqiqat bir dəfə yerinə yetirilir. Marşrut tədqiqatlar müxtəlif miqyasda (kiçik sahəni və geniş əyaləti əhatə edə bilər) və müxtəlif dəqiqliklə aparıla bilər. Bu zaman tədqiqat bitki qruplaşmasında növün roluna vizual qiymət vermək yolu ilə və ya dəqiq metodlarla aparılır. Marşrut tədqiqatı vaxtı xüsusi cihazlarla mühit şəraitini və bitkinin vəziyyətinin ekoloji-fizioloji parametrlərini bir dəfə və ya qısa müddət ərzində ölçülməsi işi də aparıla bilər. Marşrut tədqiqatları nəticəsində bitki örtüyünün təsnifatı, geobotaniki indiqasiya, geobotaniki xəritələşdirmə, fitosenozların quruluşunun təsviri və s. haqqında məlumatlar toplana bilər. – Geobotaniki eksperimental tədqiqat metodları – Müşahidə aparılan bitki örtüyü və mühitə aktiv təsir göstərmək yolu ilə yerinə yetirilir. Eksperimental tədqiqatlar sırasında gübrələrin və digər mühit amillərinin bitki örtüyünə təsirini öyrənmək, süni fitosenozlar yaratmaq, təbii bitki qruplaşmasına yeni komponentlər daxil etmək (və ya kənar etmək), rəqabəti zəiflətmək məqsədilə ağacların köklərini kəsmək və s. daxildir. Eksperimental metodlara həmçinin metodiki eksperimental və fitosenotik sistemlərin modelləşdirməsini də aid etmək olar. – Model metodu (ekologiyada) – populyasiya, biogeosenoz, biosenozun seçilmiş tipik nümunələrində öyrənilməsi. Model olaraq ayrıca fərd (model ağacı), populyasiya, onun qrupu, biosenoz və ya onun ayrıca (model) sahəsi, butünlüklə biogeosenoz (ekosistem) götürülə bilər. Bioloji modelləri laboratoriyada süni yetişdirilən canlı orqanizmlərlə də yaratmaq olar. Bir çox hadisələr riyazi modellərlə, yəni təbiətdə tapılan proseslər və qanunauyğunluqlar düsturlar sisteminin köməyi ilə də tədqiq edilir. – Ovlama metodu – müxtəlif tələlərlə ovlama yolu ilə heyvanların sayını müəyyənləşdirmək. Bəzən ovlama bir neçə müddətdə aparıldıqdan sonra heyvanların sayı müəyyənləşdirilir. – Plansekt metodu – Bitki örtüyünün yerüstü və yeraltı yaruslarının və biohorizontların qatlarının quruluşu, onların sıxlığı və biokütləsinin öyrənilməsi horizontal (hava və torpaq) həcmə görə – plansektlərlə yerinə yetirilir. Proyeksiyaların cəminə əsasən ümumi (yerüstü və yeraltı) örtmə dərəcəsi (sıxlıq) təyin olunur. Bu metod əlverişli və əyani olub yaxşı müqayisəli nəticələr verir. Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin PREZİDENT KİTABXANASI ────────────────────────────────────────── 143
– Ardıcıllıq (sıralar) metodu – rastlaşma (qarşılaşma) metodunun təkmilləşdirilmişi olub onun köməyi ilə növün dominantlığının rastlaşma dərəcəsi nəzərə alınır. Bu zaman kiçik sahələrdən istifadə edilir, müəyyən növün rastlaşması (%-lə, RF) həmçinin onun sahədə fitokütləyə görə (və ya örtmə dərəcəsinə görə – DF) dominantlıq etməklə rastlaşması qeydə alınır. Sonra dominantlıq ardıcıllığı (sırası) təyin olunur: D=100. Hər bir sahə üçün ardıcıllıq təyin edildikdə dominantlıq edən növlər müəyyənləşdirilir (fitosenozda), bununla da bitki qruplaşmasının ümumi məhsuldarlığından onun müxtəlif qiymətlərinin sıxlıq dərəcəsi təyin olunur. Beləliklə, bu metod ən məhsuldar növlərin ardıcıllığını tədqiq etməyə imkan yaradır. – Torpaq modeli və monoliti metodu – torpaq kəsimindən strukturu pozulmamış şəkildə düzbucaqlı (şaquli) paralepiped formalı torpağın kəsilib götürülməsi və onun laboratoriyada tədqiq edilməsi. – Torpaq profili metodu – torpağın açılmış profilində (xəndəkdə) tədqiq edilməsi. Bu zaman torpaq genetik qatlara ayrılır və təsvir olunur, hər qatdan laboratoriyada analiz etmək üçün nümunələr götürülür. – Ölçü metodu – fitosenozda bitkinin rastlaşma və paylanmasını öyrənən üsul. Bir neçə modifikasiyası vardır. Onlardan əsasları aşağıdakılardır: A-bir-birinə yaxın yerləşən iki bitkinin arasındakı məsafə ölçülür, bu bitkilərdən biri həmişə təsadüfi seçilir, digəri isə ondan 180 ° bucaqdan kənarda qalmalıdır (təsadüfi seçilən cüt bitki metodu). B-həmçinin, lakin məsafələr yaxınlıqdakı dörd bitkiyə qədər ölçülür, hər bitki ayrı kvadratda yerləşir (kvadrantlar kompasla müəyyən edilir); C-həmçinin təsadüfi seçilən nöqtədən (mərkəz qəbul edilən nöqtə); Ç-1 kvadrantda (təsadüfi seçilən nöqtədən yaxınlıqdakı bitkiyə qədər məsafə ölçülür) Yenə də 1 kvadrantda) və i.a. (azan nöqtələr metodu). Əldə edilən rəqəmlər riyazi hesablanır. Bir növdən olan bitkilərin orta məsafəsinə görə yalnız onun yayılma xarakterini deyil, həm də vahid sahədə fərdlərin sayını (miqdarını) müəyyənləşdirmək olar. – Qazıntı (qazma) metodu – torpaqda yaşayan və adi gözlə yaxşı seçilən (görünən) onurğasız heyvanların uçota alınması üsulu. – Başdan-başa hesablama metodu – biosenozun böyük bir sahədə tərkibi, quruluşu və məhsuldarlığının tədqiq olunması. Əsasən meşə
Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin PREZİDENT KİTABXANASI ────────────────────────────────────────── 144
biosenologiyasında tətbiq olunur. – Transekt metodu – bitki qruplaşmasını, onun kompleksini və sərhədini transektin – uzun düzbucaqlı sahələrin (məs: 1x250 və ya 0,1- 100 m) köməyi ilə öyrənilməsi. Belə sahələrdə bitkinin sayı, yerləşməsi, proyektiv örtüyü, populyasiyanın məhsuldarlığı, bioloji kütləsi və hər senozun sərhədində bu parametrlərin dəyişilməsi tədqiq edilir. Bəzən transektlər bir-birindən aralı yerləşdirilir. – Biçmə metodu (bitkini) – ot və ya yarımkol bitki qruplaşmasının məhsuldarlığının təyin edilməsi. Statistik yolla təyin olunması üçün lazım olan təkrarda qoyulmuş təcrübə sahələrində ot örtüyü biçilir, təsnifata ayrılır və orta bioloji kütlə hesablanır. – Fitometr metodu – kompleks bitmə şəraiti amillərinin bitki və ya bitki qruplaşmasının köməyi ilə (böyüməsi ilə) öyrənilməsi. Bu zaman bitki digər yerdə və ya vegetativ qablarda basdırılır, yaxud fitosenozun kiçicik sahəsi (çox vaxt bitki örtüyü çim və torpaqla qarışıq) digər ekotop şəraitində köçürülür. – Ekoloji cərgələr (sıralar) metodu – dar uzun transektlərdə (bəzən bir neçə kilometr uzunluğunda) bitki qruplaşmasının mühit qradiyentləri üzrə tədricən dəyişilməsi öyrənilir və ya müxtəlif növlərin fərdlərinin miqdarının dəyişilməsi və yerləşmə xarakteri tədqiq edilir: bitmə şəraitinin hər hansı bir qradiyentinin (torpağın mexaniki və kimyəvi tərkibi, xüsusən onun duzluluğu, humusluluq dərəcəsi, rütubətliyi, həmçinin dəniz səthindən hündürlük) dəyişilməsi ilə əlaqədar fitosenozların dəyişilməsi öyrənilir. – Bitki mühafizə metodları – aşağıdakı metodlardan istifadə olunur: – bioloji metodlar-ziyanverici və xəstəlik törədiciləri, həmçinin alaq otlarını təmizləyən (yaxud məhv edən) bioloji nizamlayıcılardan istifadə edilir. Bu məqsədlə digər orqanizmlərdən (entomofaqlardan, antoqonistlərdən, xəstəlik törədənlərdən) və ya onların hasil etdiyi bioloji aktiv maddələrdən (antibiotiklər, hormonlar, attraktantlar) istifadə olunur: – genetik metodlar – ziyanverici növlərin trofik xassələrinin süni seçmə yolu ilə dəyişdirilməsi və ya onların erkəklərinin dölsüzləşdirilməsi; – kimyəvi metodlar – ziyanlı orqanizmlərə qarşı toksik (zəhərli) Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin PREZİDENT KİTABXANASI ────────────────────────────────────────── 145
maddələrdən müxtəlif kimyəvi tərkibli pestisid və gerbisidlərdən istifadə olunması. Bu metoddan istifadə edildikdə ətraf mühitin çirklənməsi müşahidə olunur, odur ki, ona ciddi nəzarət olunmalıdır; – aqrotexniki metodlar – məsələn, becərilən bitkinin sayının optimallaşdırılması, toxumun təmizlənməsi və s. – inteqral metodlar – bütün mübarizə arsenalından istifadə olunması: yırtıcı və parazitlərin, həmçinin, ziyanvericilərin özlərində xəstəlik törədən virus və bakteriyaların tətbiqi, toxumaların kimyəvi və radiasiya sterilizasiyası, feromonların, az davamlı kimyəvi insektisidlərin (üzvi və bitki mənşəli fosfor), həmçinin davamlı bitkilərin seleksiyası, müxtəlif səpin dövriyyəsi, gətirilən ziyanvericilərin karantininin tətbiqi. – Heyvanların qidasının tərkibini öyrənmə metodu – bu məqsədlə birbaşa müşahidə, heyvanların mədələrini yoxlamaqla, nişanlanmış atomlar metodu və seroloji metoddan istifadə olunur. – Təcrübə sahəsi metodu – biosenozun miqdarı, rastlaşma dərəcəsi, yerləşməsi, proyektiv örtüyü, boyu, bitki və heyvanat aləminin kütləsi bir neçə çoxlu təsadüfi və ya müəyyən sistemlə qoyulmuş təcrübə sahələrində tədqiq edilir. Təcrübə sahələri əvvəlcədən müəyyən edilmiş formada (kvadrat, düzbucaqlı, dairəvi) və böyüklükdə (1 dm 2 -dan 100 m 2 -a qədər) ola bilər. – Bitki örtüyü dinamikasının öyrənilməsi metodları – Bilavasitəli və vasitəli metodlara bölünür. Download 3.98 Mb. Do'stlaringiz bilan baham: |
ma'muriyatiga murojaat qiling