Ekoloji LÜĞƏt a
Download 3.98 Mb. Pdf ko'rish
|
EXOLOKASİYA – əşyalardan əks olunan səs dalğalarının və ya radiodalğaların qeydə alınması, onların yerinin, forma və ölçülərinin təyin edilməsi. Akustik E., radioekolokasiya və hidroekolokasiya formaları mövcuddur. Bəzi həşərat və quşlarda, yarasa, delfin, suiti, balina və s.-də canlı E. var. E. heyvanların səmti bilməsi, maneələrdən qorunması, həmçinin qida axtarması üçün vacibdir. Yarasa və delfinin exolokatoru ətraflı tədqiq edilmişdir. E. prinsipi ilə işləyən texniki qurğular, sualtı qayıqların yerini öyrənməkdə, minalanmış sahələri tapmaqda, dəniz və okean dibi
Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin PREZİDENT KİTABXANASI ────────────────────────────────────────── 127
relyeflərinin tədqiqində geniş tətbiq olunur. Lakin, texniki E. qurğuların həssaslığına görə canlıların E.-sından geri qalır.
kompleks şəkildə öyrənən elmi sahə. EKOBİOMORFLAR (yun. oikos – ev, morphe - forma) – ekomorflar – oxşar morfoloji əlamətlərə, bioloji ritmlərə, ekoloji- fizioloji, o cümlədən mühit əmələ gətirən xüsusiyyətlərə malik olan, bununla da qruplaşmada oxşar rol oynayan növlərin məcmusu. (məs. plankton, bentos, neyston hidrobiontları, torpaq yosunları, bəzi həşəratlar və qurdlar, dünyanın müxtəlif bozqırlarında bitən taxıl otları və s.). E. terminini Y.M. Lavrenko (1965) “Həyat forması və biomorf anlayışlarının əvəzinə (yerində) işlətmiş, bununla o, oxşar mühit şəraitində müəyyən bitki tiplərinin uyğunlaşmasını göstərmişdir.
orqanizmlər. EKOCOĞRAFİ QANUN – orqanizmlərin dəyişkənlik qanunauyğunluqlarının mühit (coğrafi) şəraitindən asılılığı. EKOFİL NORMA – təbiəti mühafizə norması – təbii mühitin saxlanmasına yönəldilən əhalinin mədəniyyətinin (etnos) bütün normaları. E.n. əslində təbiətdən səmərəli istifadə deməkdir.
nəticəsində yeni landşaft zonalarında orqanizmlərin tarixi yayılması. Produsentlərin ekspansiyası ilk dəfə konsumentlərdən asılı olmayaraq keçmişdir. Konsumentlər Yerdə peyda olan zamandan bəri produsentlərdən asılı olmuşdur. Sonralar biosferin təkamülü produsentlərlə konsumentlərin asılılığı mərhələsinə qədəm qoymuşdur (məs. çiçəkli bitkilərlə həşəratlar).
elmi fənn. Ekoloji amillər və populyasiyanın genetikası arasındakı əlaqələri öyrənir.
Həmçinin kosmik, geofiziki və orfoqrafik mühitin qarşılıqlı əlaqələri ilə kiçik sahələrdə yaranan xüsusi iqlim, pedo, – fito, və zooiqlimin məcmusudur. Bioiqlim indiqatorları ilə xüsusilə biotopun temperaturu və rütubətliyindən asılı olaraq bitkinin böyümə xüsusiyyətləri ilə
Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin PREZİDENT KİTABXANASI ────────────────────────────────────────── 128
səciyyələnir. Bitkinin böyümə xüsusiyyətləri öz növbəsində E. göstəricisi hesab olunur. Bax: mikroiqlim.
kütləvi ictimai hərəkatın nümayəndələri. AFR, Fransa, İngiltərə və b. ölkələrdə siyasi “yaşıl partiyanın” üzvləri. E. yalnız təbiəti mühafizə uğrunda deyil, həm də müharibələrə qarşı (atom müharibələrinə) mübarizə apararaq beynəlxalq demokratik hərəkatda iştirak edirlər.
mühitlə qarşılıqlı əlaqə haqqında sintetik bioloji təlim (elm). E.-nın əsas predmeti daxilində enerji və üzvi maddələrin transformasiya prosesi gedən və bir-birilə qarşılıqlı əlaqədə olan canlı orqanizmlərin məcmusunu öyrənməkdir. E.-nın əsas vəzifəsi ekosistemdə enerji və materiyanın qarşılıqlı təsirini öyrənməkdir. Müasir E.-nın diqqət mərkəzində ekosistemin konsepsiyası – ekoloji paradiqmanın konstruksiyasının əsası durur. Ayrı-ayrı fərdlər, populyasiyalar, növlər, qruplaşmalar və onların ətraf mühitlə qarşılıqlı əlaqəsi və ekoloji tədqiqat obyektləri hesab olunur, lakin müstəqil bir elm kimi E. üçün spesifik deyildir, belə ki, onlarla digər bioloji elmlər (botanika, zoologiya, sistematika, genetika, biocoğrafiya və b.) məşğul olur. E. – yunan sözüdür (oykos – ev, daxma, logiya – elm). E. yunan sözü olsa da onu ilk dəfə alman bioloqu 1869-cu ildə Ernest-Hekgel işlətmişdir. E. – elminin inkişafı XX əsrin əvvəlinə təsadüf edir. Çünki təbiətin vəziyyəti bu əsrin 30-cu illərinə qədər ciddi təşviş doğurmurdu. Lakin II Dünya müharibəsindən sonra təbiətə, ətraf mühitə qarşı mənfi münasibət ilbəil gücləndiyindən E. elmi tamamilə yeni, inkişafı zəruri sayılan elm sahəsinə çevrildi. Hazırda elmi-texniki tərəqqinin sürətlə inkişafı ilə əlaqədar və ətraf mühitin mühafizəsi məsələlərinin həlli müasir tətbiqi E.-ya olan maraq dairəsini özünün qanuni bioloji sərhədindən çıxarmışdır. Bununla əlaqədar E. elminin xüsusi sahələri meydana gələrək sürətlə inkişaf etməkdədir: qlobal E, insan E.-sı, sosial E., mühəndis E.-sı, k.t. E.-sı, memarlıq E.-sı, mədəniyyət E.-sı, sozologiya, coğrafi E., geokimyəvi E., rekreasiya E.-sı, nəqliyyat E.-sı, və bir çox başqaları.Bu göstərilən sahələr ümumi E.-nın müstəqil bölməsi, yaxud nəzəri və tətbiqi E.-ya bölünür. Bir tədris fənni kimi E. 4 Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin PREZİDENT KİTABXANASI ────────────────────────────────────────── 129
əsas bölməyə ayrılır: 1) autekologiya və ya faktorlar E.-sı (ekoloji faktorlar haqqında təlim); 2) populyasiya E.-sı yaxud demekologiya ; 3) ekosistem və qruplaşma E.-sı yaxud biosenologiya (biogeosenologiya); 4) Biosfer haqqında təlim. Hazırda bir çox ölkələrdə, o cümlədən Azərbaycanda universitetlərin və pedaqoji institutların coğrafiya- biologiya, biologiya-təbiətşünaslıq, biokimya, coğrafiya, təbiətşünaslıq və b. fakültələrində E. bir normativ (vacib) fənn kimi tədris olunur. – Akvatik ekologiya – su orqanizmlərinin ekologiyası. Termin F.-di Kastriyə (1981) məxsusdur. – Analitik ekologiya – Ekologiyanın orqanizmlər və onların populyasiyalarının təbii mühitlə əlaqəsini öyrənən bölməsi. – Bitki ekologiyası – ekologiya elminin bitki orqanizmlərinin bir- birilə və olduğu yerin mühiti ilə olan əlaqəsini və təsirini öyrənən sahəsi. – Kənd təsərrüfatı ekologiyası – bax: aqroekologiya. – Qidalanma ekologiyası – bax: Trofekologiya. – Dinamiki (ekolyusion-dinamiki) ekologiya – orqanizmlər və onların qruplarının (populyasiyalarının) dinamik – təkamül planında yaşadığı mühitlə əlaqəsini öyrənən elm sahəsi. – Təkamül ekologiya – biologiyanın bir sahəsi olub təkamülün ekoloji aspektlərini tədqiq edir. – Ekzobiologiya – Yerdən kənar həyat formalarının axtarışına və tədqiqinə həsr olunmuş eksperimental elm sahəsi. E.-nın əsas problemləri: ətraf mühitin ekstremal şəraitində quruda yaşayan orqanizmlərin sağ qalma mexanizmlərinin hüdudlarını müəyyən etmək və öyrənməkdən; ən mühüm bioüzvi birləşmələrin abiogen sintezi yollarını və ilkin bioloji təkamül mərhələlərini aydınlaşdırmaqdan; av- tomatik bioloji laboratoriyaların köməyi ilə başqa planetlərdə həyatın aşkar edilməsinin avtomatik üsullarını işləyib hazırlamaq və həyat meyarını müəyyənləşdirməkdən ibarətdir. – Ekoloji biokimya – kimyəvi ekologiya, fitokimyəvi ekologiya – bitki və heyvanların qarşılıqlı ələqələrinin biokimyəvi əsasları istiqamətində tədqiqatlar aparan elm sahəsi. – Ekoloji energetika – 1) ekologiyanın energetika proseslərinin (termodinamik qanunlar, energetik piramida, lindeman qanunu və s.) Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin PREZİDENT KİTABXANASI ────────────────────────────────────────── 130
öyrənən bir bölməsi. 2) ətraf mühit üçün təhlükəsi olmayan (onu çirkləndirməyən) energetika (enerjinin alternativ mənbəyi), məs. hirdohelio və külək elektrik stansiyası, dənizin qabarma və çəkilməsinin geotermik enerjisi, dəniz suyunun temperatur qradiyenti, istilik nüvə enerjisi və s.-dən istifadə. – Elektroekologiya – canlı təbiətdə elektrik əlaqələri haqqında elm. – Ekopedologiya, edafoekologiya – ekologiya və torpaqşünaslıq ayrıcında (qovuşuğunda) kompleks elmi fənn. Torpağın abiotik (rütubətliyi, mexaniki-kimyəvi, qaz tərkibi, turşuluğu, temp-ru və s.) və biotik komponentləri arasında qarşılıqlı əlaqəsini öyrənir. Termini K.D.Kirise (1974) təklif emişdir. – Ekotoksikologiya, ekoloji toksikologiya – ekosistemin tərkibinə daxil olan canlı orqanizmlərə, əsasən populyasiya və biosenozlara kimyəvi maddələrin toksik effekti ilə bağlı elmi və praktiki fənn. Zərərli maddələrin ətraf mühitə daxil olan mənbəyini, onların yayılmasını və ətraf mühitdə çevrilmələrini öyrənir. E.-nın əsas bioloji obyekti insan sayılır. E. insan ekologiyasının mühüm problemini – ətraf mühitdə mövcud olan zərərli maddələrin ziyanından insan sağlamlığını qorumağı həll etməkdir. – Ekotopologiya – yer qabığının strukturu, funksiyası, elementar vahidinin təkamülü haqqında kompleks elm (ekologiya və fiziki coğrafiya qovuşuğunda). E. konsepsiyasını V.B. Soçava (1968, 1972) işləmişdir. – Eksperimental ekologiya – İnsanın bilavasitə müdaxiləsi ilə istifadə olunan metodların köməyi ilə aparılan tədqiqatlar vasitəsilə təbii və mədəni ekosistemlərin, onların fraqmentlərinin, populyasiyalarının həyatını öyrənir. Bu obyektlərin bəziləri laboratoriya şəraitində model metodları ilə tədqiq olunur. – Epeyrologiya – Yer (quru) ekosistemlərinin ekologiyası. – Etnik ekologiya – insan ekologiyası ilə etnoqrafiyanın qovuşuğunda yaranan elmi fənn. Etnik qruplaşmaların ətraf təbii mühitlə qarşılıqlı təsirini öyrənir. E.e.-nın nəzəri əsasları V.İ.Kozlov (183) tərfindən işlənmişdir. – İnsan ekologiyası – ekologiyanın insanın ətraf mühitlə qarşılıqlı əlaqəsini öyrənən kompleks elm sahəsi (sosial ekologiyanın bir hissəsi). Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin PREZİDENT KİTABXANASI ────────────────────────────────────────── 131
O, əhalinin inkişaf məsələlərini, onun qorunması və sağlamlığını, biosferin və onun ayrı-ayrı hissələrinin antroposistemlə qarşılıqlı əlaqəsini, həmçinin ətraf mühitin müxtəlif faktorlarının insan orqanizminə təsirini öyrənir. İ.e.-nın mühüm vəzifəsi insanın sosial fəaliyyətinin elmi-texniki inkişaf şəraitində müxtəlif coğrafi regionların istehsal-iqtisadi qanunauyğunluqlarını məqsədli mənimsənilməsini və dəyişdirilməsini (islahat) aşkar etmək, həmçinin belə şəraitdə əhalinin qorunması və sağlamlığının yaxşılaşdırılması üzrə təbii qanunauyğunluqları öyrənməkdir. – Kimya ekologiyası – canlı təbiətdə kimyəvi əlaqələrin kompleks elm sahəsi. – Kosmik ekologiya – kosmik biologiya və fiziologiya-ekologiyanın bölməsi, kosmik gəmi və stansiyanın praktiki olaraq tam qapalı mikroekosistemlərində insanın və digər orqanizmlərin həyat fəaliyyətini tədqiq edir, uzunmüddətli (planetlər arası) uçuşlarda həyatı təmin etmək sistemini və mühitin tam regenerasiyalı şəraitini yaratmaq imkanını (qismən su və qazların regenerasiyası) işləyib hazırlamağı öyrənir. – Geokimyəvi ekologiya – ekologiyanın orqanizmlər və onların qruplarının geokimyəvi mühitlə əlaqəsini, həmçinin orqanizmlər və onların qruplarının özlərinin ekosistem şəraitində geokimyəvi əlaqəsini öyrənən bölməsi. – Mədəniyyət ekologiyası – sosioloji ekologiyanın bölməsi; bəşəriyyətin öz tarixi boyu yaratdığı mədəni və təbii mühitin müxtəlif elementlərinin saxlanması və bərpası yollarını öyrənir (memarlıq, land- şaft abidələri və b.). – Populyasiya ekologiyası – Ekologiyanın bir bölməsi; populyasiyanı növün sadə mövcudluq forması kimi öyrənir. Əsasən, populyasiyanın struktur və dinamikasını, heyvan populyasiyasının cinsiyyət və yaş tərkibini tədqiq edir. P.e. həmçinin populyasiyanın eto- loji strukturunu öyrənir, bu isə P.e.-nın quruluş xarakterini ifadə edir; ərazidən və onun ehtiyatlarından istifadəni, qarşılıqlı köməyi, düşməndən və əlverişsiz şəraitdən müdafiəni və çoxalmanı təmin edən fərd birliyindən (heyvanlarda ailə, sürü, mikroorqanizm və ibtidai bitkilər koloniyası, ali bitkilərdə ağac və qruplaşmalar və s.) ibarətdir. Populyasiyanın etoloji strukturunun formalaşması heyvanlarda məlumat Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin PREZİDENT KİTABXANASI ────────────────────────────────────────── 132
ötürmə əsasında (kimyəvi, akustik, optik, mexaniki, elektromaqnit və s. siqnalların köməyi ilə) gedir. Bu siqnallar reseptorlar vasitəsilə dərk edilir və orqanizmlərin metabolizminə və davranışına təsir göstərir. Populyasiya uyğunlaşmasının mühüm xüsusiyyəti mühit şəraitinin dəyişmə diapozonunu (populyasiyanın dözümlüyünü) genişləndirən genetik polimorfizmdir. – Sitekologiya – sitologiya və ekologiya elm sahələri qovuşuğunda elm sahəsi. Xarici (ekoloji) amillərin canlı orqanizmdə hüceyrələrin funksiyasına təsirini öyrənir. – Sosioloji ekologiya – Biosfer ekosistemində insan cəmiyyətinin səmərəli fəaliyyətinin əsasları haqqında hələ tam formalaşmamış elm. İnsan fəaliyyətinin və texnologiyanın təsirinin artmasilə əlaqədar S.e.- nın əhəmiyyəti böyükdür. – Tarixi ekologiya – ekologiyanın müxtəlif təbii sistemlərin, insanların onlara təsir etdiyi zaman ərzində tədqiqi ilə məşğul olan sahəsi. – Tətbiqi ekologiya – Biosferin insan tərəfindən dağılması mexanizminin və bu prosesin qarşısının alınması üsullarının öyrənilməsi, həyat mühitini deqradasiyaya uğratmadan təbii resurslardan səmərəli istifadə edilməsi prinsiplərinin hazırlanması. T.e. ekoloji təkliflərin, xüsusilə ətraf mühitin təmizlənməsinin, səhralaşma prosesi ilə mübarizənin, torpağın rekultavisiyasının, iri sənaye müəssisələrinin layihələşdirilməsinin bilavasitə həyata keçirilməsi ilə məşğul olur. T.e. ekologiya və təbiiətdən istifadə qanunları, qaydaları və prinsiplərinə əsaslanır. – Ümumi ekologiya – Bitki və heyvanat aləminə xarakterik olan orqanizm və mühit arasındakı ümumi qanunauyğunluqları öyrənən elm sahəsi (bir bioloji varlıq kimi insan da daxil olmaqla). – Fizioloji ekologiya – ekologiyanın bölməsi; orqanizmin (fərdlərin) adaptasiyası və uyğunlaşma dəyişkənliyi əsasında müəyyən dəyişilmə qanunauyğunluqlarını öyrənir. – Heyvan ekologiyası – ekologiyanın heyvanların həyat şəraitinin onların yaşadığı şəraitlə əlaqəsini, həmçinin heyvan orqanizmin əsas fəaliyyətində (qidalanma, çoxalma, yaşayış, sayının dəyişməsi və s.) mühit amillərinin rolunu öyrənən sahəsi. Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin PREZİDENT KİTABXANASI ────────────────────────────────────────── 133
EKOLOGİYA VƏ SOSİAL AMİLLƏR – ətraf mühitin getdikcə sürətlə artan antropogen dəyişmələri ekologiyanı bir elm kimi irəli sürdü və onun tədqiqatı bütün bəşəriyyətin marağına səbəb oldu. Planetin bir sıra regionunun xalqları və təbiəti böhran vəziyyətinə düşdü. Bu vəziyyətdən çıxış yolu atom silahlarının ləğv edilməsi, ümumi bəşəriyyət mühitinin çirklənməsinin qarşısının alınması və onun vəziyyətinə beynəxalq nəzarətin qoyulması vacib sayıldı.
coğrafi amillər – iqlim, edafik, oroqrafik, kimyəvi, canlı orqanizmlərlə əlaqədar olan biotik amillər-fitogen, zoogen, antropogen. Bütün E.a. biri-birilə sıx əlaqədardır. EKOLOJİ AMPLİTUDA – növ və ya qrupun (populyasiyanın) mühitin dəyişilməsi şəraitinə uyğunlaşma həddi (tolerantlıq həddi). EKOLOJİ ARXİTEKTURA – arxitektura və şəhər planlaşdırılmasında yeni istiqamət olub şəhər əhalisinin ekoloji və sosial-iqtisadi tələbatı maksimum nəzərə alınır. E.a.-nın vəzifəsi ayrı- ayrı binaların və yaşayış massivlərinin salınması təbii əraziyə uyğun aparılır, bu zaman tikinti zamanı tikinti materiallarının kyfiyyəti və insan üçün təhlükəsizlik dərəcəsi nəzərə alınır. EKOLOJİ BALANS – bax: ekoloji müvazinət: ekosistemin məhsuldarlığı ilə onun çıxarı (itkisi) arasında stabillik olması. EKOLOJİ BİRLİK – bioloji növlərin əsas xarakteristikası (kriteriyası) hər bir növün ümumi ekoloji şəraitinin olmasıdır. Növün ayrı-ayrı fərdlərdən (populyasiya) ibarət olmasına baxmayaraq, o, həmin mühitdə yaşayan digər növlərə bütöv (tam) qarşılıqlı təsir göstərir. EKOLOJİ BÖHRAN – təbii fəlakətli hadisələr (məs. daşqın, sel, vulkan püskürməsi, quraqlıq, tufan, zəlzələ, meşə yanğını və s.) və ya antropogen faktorların təsiri, insan tərəfindən atmosferin, hidrosferin, torpağın çirklənməsi, təbii ekosistemin, təbii komplekslərin dağılması, meşə yanğını, meşənin qırılması və s.) nəticəsində ekoloji sistemlərdə (biogeosenozlarda) müvazinətin pozulması vəziyyəti. «EKOLOJİ BUMERANQ» – təbii qanunauyğunluqlar, prinsiplər, ekoloji məhdudiyyətlər və qanunlar nəzərə alınmadan həyata keçirilən təsərrüfat fəaliyyəti nəticəsində əmələ gələn ekoloji fəlakətlər.
Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin PREZİDENT KİTABXANASI ────────────────────────────────────────── 134
öz strukturu və funksional xüsusiyyətlərini saxlmaq qabiliyyəti. EKOLOJİ DEFORMASİYA – ekoloji tarazlığın pozulması; təbii fəlakətli hadisələr və ya antropogen faktorların təsiri altında baş verə bilər.
proseslərə təsir göstərən orqanizmlər və ya orqanizmlər qrupu. E.d.-ın məhv olması ekosistemin pozulmasına səbəb olur (məs. meşənin məhv edilməsi). Bax: dominant. EKOLOJİ ETİBARLIQ – suksessiya və ya təkamül müddətində ekosistemin tam nisbi öz-özünü bərpa etməsi və nizamlaması qabiliyyəti.
təbii mühitin şəraiti və faktorları ilə sıx əlaqəli davranışını öyrənir. EKOLOJİ EFFEKTİVLİK – ekoloji göstəcilərə nail olmaq üçün ekoloji, iqtisadi və sosial problemlərin effektivliyinin qiymətləndirilməsi.
marşrut. Bu marşrutu qət edənlər (gəzintiyə çıxanlar, turistlər və s.), həmin obyektlər haqqında şifahi və ya yazılı məlumatlar alır. Ekoloji təfəkkürü və dünya görüşünü tərbiyələndirməyin bir formasıdır. EKOLOJİ FAZA – ekoloji prosesin inkişafı gedişində (məs. suksessiya, klimaks) müəyyən dövr. E.f. ekologiyanın xüsusi bölməsi sayılır. (Zaysev, Polikarpov (1967)).
ətraf mühitin dönməz dəyişiklikləri ilə səciyyələnən fövqəladə ekoloji vəziyyət.
mühitin elementləri (su, torpaq, hava və s.) daxil olmaqla vəziyyətini səciyyələndirən göstəricilər.
dəyişməsinin qabaqcadan görünməyən zərərli nəticələri; planlaşdırılan faydanın yoxa çıxmasına səbəb olur və ya həll olunan problemdən artıq problem yaradır. EKOLOJİ XƏRİTƏLƏŞDİRMƏ – ekologiyanın tədricən inkişaf edən sahəsi. Hazırki dövrə qədər geobotaniki və torpaq Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin PREZİDENT KİTABXANASI ────────────────────────────────────────── 135
xəritələşdirilməsi üstünlük təşkil edir. 70-80-ci illərdə orta miqyaslı fitoekoloji xəritələr də buraxılmışdır (əsasən Fransada). Belə xəritələrdə bitki və torpaq örtüyü, bitki örtüyünün vəziyyəti, aqrosenozlarda alaq otlarının kompleksi ətraflı göstərilir, kəsiklərlə həmçinin bioiqlim və geoloji xəritəsxemlər də verilir. Belə xəritələrə geniş izahedici mətnlər əlavə olunur.
alınmaqla iqtisadi potensial, yəni iqtisadiyyat təbiətdən səmərəli istifadəyə yönəldilərək ekoloji cəhətdən əsaslandırılmalıdır.
proseslərin qarşılıqlı əlaqəsi və qarşılıqlı asılılığı. E.i.s. təbii və antropogen elementlərdən (ehtiyatlardan) və onların arasındakı əlaqələrdən (axınlardan) ibarətdir. E.i.s.-in əsas elementləri (resipi- yentləri) aşağıdakı kimi təsnifata ayrılır: 1 – ekoloji komponentlər; məcmusu ətraf təbii mühiti əmələ gətirir – hava, su, torpaq, bitki örtüyü, heyvanat aləmi; 2 – mineral (enerji və xammal) resurslar; 3 – istehsalat fondları, nəqliyyat. Bu sistemdə ikinci və üçüncü qrup təsnifatın komponentləri birinci qrupa nisbətən eyni mənalı vəziyyət tutur.
populyasiyanın virus, bakteriya xəstəliklərinə və parazitlərə qarşı davamlığı. Sıxlıq çox olduqca E.İ. azalır.
Download 3.98 Mb. Do'stlaringiz bilan baham: |
ma'muriyatiga murojaat qiling