Ekoloji LÜĞƏt a


Download 3.98 Mb.
Pdf ko'rish
bet17/60
Sana14.02.2017
Hajmi3.98 Mb.
#384
1   ...   13   14   15   16   17   18   19   20   ...   60

Bilavasitəli metodlar: daimi kvadratlarda aparılan müşahidələr, 

müxtəlif illərdə  çəkilən geobotaniki xəritələrin və aerofotoşəkillərin 

müqayisəsi, arxiv materiallarının öyrənilməsi, spor-toz analizi, qazıntı 

qalıqlarının öyrənilməsi; 



Vasitəli (dolayı) metodlar: fitosenotik reliktlər və inisial növlər 

metodu, populyasiyanın yaş  tərkibinin öyrənilməsi, kəsilmş  ağacın 

oduncağının artım gedişinin öyrənilməsi, torpaq profilinin öyrənilməsi, 

mikrorelyefdə reliktlik hadisəsinin öyrənilməsi, riyazi modelləşdirmə, 

vasitəli metodun əsas hissəsini təşkil edir. Vasitəli metodların  əlverişli 

olmasına baxmayaraq onlar bilavasitəli metodlara nisbətən az 

məlumatlıdır. Həm bilavasitəli, həm də vasitəli metodlar bitki örtüyünün 

suksessiya mərhələlərinin təsnifatına əsaslanır. 



Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin 

PREZİDENT   KİTABXANASI 



────────────────────────────────────────── 

146 


 

–  Bitki örtüyünün təsnifatı metodları: – bax bitki örtüyünün 

təsnifatı. 

–  Bitki örtüyünün torpaqaltı hissəsini öyrənmə metodları  – kök 

sisteminin biokütləsinin keyfiyyətcə uçotu və torpaqda kökün yayılması 

xarakterinin öyrənilməsi metodları. Bu metodlar olduqca çoxdur, lakin 

təbii və süni bitki örtüyünün öyrənilməsində  ən çox tranşey metodu 

(tranşeyin  şaquli divarında kök sisteminin paylanmasının  şəklini 

çəkmək), horizontal qazma metodu (torpağın üst qatlarını götürmək 

yolu ilə kök sistemini tədricən açmaq) və monolit metodundan (ayrı-ayrı 

torpaq qatlarında kök sisteminin suda yuyulması) istifadə olunur. 

Həmçinin ən mürəkkəb eksperimental metodlardan da istifadə edilir: 

nişanlanmış atomlar metodu, şüşə divarların yanında hava və su 

mühitində və s. bitkinin becərilməsi. 

–  Dendroxronometrik metod – Suksessiya vaxtlarının ağacların 

yaşına görə təyin edilməsi. 



EKOLOJİ  TƏHLÜKƏ  – insan və  cəmiyyətin həyati üçün zəruri 

ehtiyaclarına və  təbii  ətraf mühitə antropogen və  təbii təsirlər 

nəticəsində təhlükə yaradan vəziyyət. 

EKOLOJİ  TƏHLÜKƏLİ  VƏZİYYƏT  – təbii  ətraf mühitin 

dağılma təhlükəsi vəziyyətində antropogen və  təbii təsirlər altında 

neqativ dəyişikliklərlə  səciyyələnən, həmçinin təbii fəlakətlər və 

qəzalarla nəticələnən, bu səbəbdən də insanların və cəmiyyətin həyatına 

təhlükə yaradan vəziyyət. 

EKOLOJİ  TƏHLÜKƏNİN SUBYEKTİ  – fəaliyyəti ekoloji 

təhlükəli vəziyyət yarada bilən fiziki və ya hüquqi şəxs, o cümlədən 

vəzifəli şəxs. 

EKOLOJİ  TƏHLÜKƏSİZLİK  – insanın, cəmiyyətin həyatı üçün 

zəruri ehtiyaclarının və  ətraf təbii mühitin antropogen, həmçinin təbii 

təsirlər nəticəsində yaranan təhlükələrdən qorunmasının təmin edilməsi. 

EKOLOJİ  TƏHLÜKƏSİZLİYİN TƏMİN EDİLMƏSİ  – ekoloji 

təhlükəli vəziyyətlərin yaranması  və inkişafının qarşısının alınması, 

onların nəticələrinin və  gələcəkdə baş verə biləcək neqativ təsirinin 

aradan qaldırılması üzrə fəaliyyət sistemi. 



EKOLOJİ  TƏHLÜKƏ ZONASI – insanın təsərrüfat və ya digər 

fəaliyyəti nəticəsində  ətraf mühitin dərin dəyişilməsi baş verən və 



Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin 

PREZİDENT   KİTABXANASI 



────────────────────────────────────────── 

147 


 

insanın həyatı üçün təhlükəli ərazi. 



EKOLOJİ  TƏKAMÜLÜN DÖNMƏZLİYİ QANUNU – Bu 

qanuna görə komponentlərin disbalansı  nəticəsində ekosistemdə  hər 

hansı bir element itərsə, onun ilkin vəziyətinin bərpası mümkünsüzdür. 

EKOLOJİ  TƏLƏBAT – orqanizm, populyasiya və ya növün 

olduğu təbii mühitə  tələbatının məcmusu; yaşayış  uğrunda mübarizədə 

təmin edilir. E.t. ekosistemdə populyasiyanın maksimum sayına, 

davamlığına və dominantlığına səbəb olur. 



EKOLOJİ  TƏRBİYƏ  – insanda ətraf mühitə qarşı  şüurlu 

münasibət, ona ehtiyatla yanaşmağın, zənginliklərinin qorunması, təbii 

resurslarından səmərəli (ağılla) istifadə etməyin vacibliyini aşılamaq, 

formalaşdırmaq. E.t.-də  məbuat, radio,televiziya verişlişləri, “yaşıl” 

hərəkatlar və s. böyük rol oynayır. E.t.-nin inkişafına beynəlxalq 

əlaqələr (MSOP, YUNESKO, “İnsan və biosfer” YUNEP və s.) 

imkanlar açır. 

EKOLOJİ  TƏSƏRRÜFAT AREALI – insan tərəfindən 

mənimsənilən və onun təsərrüfat istifadəsində olan təbii mühit sahəsi. 



EKOLOJİ  ŞOK  – biotik (məs. sıx məskunlaşma) və abiotik (məs. 

mühitin çirklənməsi)  şəraitin qəflətən dəyişməsi baş verdikdə 

populyasiyanın vəziyyətinin kəskin pozulması (ölüm dərəcəsinə qədər). 

EKOLOJİ TOLERANTLIQ – ekosistemlərin  ətraf mühitin 

əlverişsiz təsirinə dözməsi qabiliyyəti. Canlı orqanizm növlərinin sabit 

mövcudluğu sahəsi.  

EKOLOJİ ÜSUL (YANAŞMA)  – müxtəlif təbii və antropogen 

qruplaşmaların tədbiqində adekvat ekoloji konsepsiya və metodlarından 

istifadə edilməsi. 

EKOLOJİ VALENTLİK  – müəyyən növün mühitin hər hansı 

faktorunun dəyişilməsinə davam gətirmək qabiliyyətinin dərəcəsi (məs. 

temperatur). Geniş ekoloji valentliyə malik olan orqanizmlər 

evrobiontlar, dar valentliyə malik orqanizmlər isə stenobiontlar adlanır. 



EKOLOJİ VALYUTA – ekosistemin (biogeosenozun) ətraf 

mühitdən aldığı enerji. E.v. konsepsiyası Y.Odum (1975) tərəfindən 

daha dəqiq işlənmişdir. 

EKOMORFLAR – bitki və heyvanların xarici mühitlə  əlaqədar 

yaşayış forması. Yerüstü orqanizmlər üçün bu hər şeydən əvvəl rütubət 



Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin 

PREZİDENT   KİTABXANASI 



────────────────────────────────────────── 

148 


 

hesab olunur. Rütubətə münasibətinə görə bitkilər hidrofit, hiqrofit, 

mezofit və kserofit, heyvanlar isə hidrofil, hiqrofil, mezofil və kserofil 

olur. Rütubətdən sonra mühüm rol oynayan istiliyə görə bitki və 

heyvanlar psixrofit və psixrofil, mezotermofit və mezotermofil, 

meqatermofit və meqatermofil, duza münasibətinə görə halofit və 

halofil, substrata münasibətinə görə litofit və litofil, psammofit və psam-

mofil olur. 



EKONİZAMLAYICI PROSESLƏR  – bioloji və ekoloji 

inteqrasiya proseslərinin bütün səviyyələrində mövcud olub fərdlərin 

həyat fəaliyyətinin sabitliyi, onun sayını  və biokütləsini saxlayır və 

nəzarət edir. Həm abiotik (işıq, temperatur, nəmlik və s.) həm də biotik 

(yırtıcılıq, parazitlik, rəqabət və s.) faktorlar populyasiyanın sayının, növ 

müxtəlifliyinin və bosenozun kütləsinin nizamlanmasında bilavasitə  və 

ya dolayı yolla iştirak edirlər. 

EKONOMANSİYA – istehsalın  əlavə  məhsulları  və ya 

tulantılarından və  təbii resurslarından səmərəli istifadə üsullarını 

öyrənən bölməsi. 

EKOSFER (EKOLOJİ SFER) – bir-birilə  əlaqəsi olan bioloji 

sistem (canlı orqanizmlər də daxil olmaqla) və onu əhatə edən  ətraf 

mühit. Termin bu mənada B.Kommenor (1973) tərəfindən istifadə 

edilmişdir. Bəzən E. biosfer termininin sinonimi kimi də  qəbul edilir. 

Termin L. Kol (1958) tərəfindən irəli sürülmüşdür. 

EKOSİD – canlı orqanizmlərin, ilk növbədə insanın yaşadığı mühiti 

dağıtmaq üçün insan tərəfindən qərəzli istifadə edilən kimyəvi və digər 

vasitələr (əsasən hərbi) Məs. ABŞ-ın Vyetnam, Laos , Kampuçidə 

apardığı müharibədə arorosid və herbisidlərdən istifadə edərək ozon 

qatında deşik açmaq məqsədi. E. terminini A.Qalston (1970) Hind-

Çindəki hadisələri şəxsən öyrənərək elmə daxil etmişdir. 



EKOSİSTEM – E. terminini elmə L.Tensli (1935) daxil etmişdir. 

Termin müəyyən sahədə (biotopda) bütün orqanizmlər (yəni biosenoz) 

daxil olmaqla istənilən vahidi (olduqca müxtəlif həcmdə və ranqda) və 

onun sistem daxilində fiziki mühitlə qarşılıqlı əlaqəsini göstərərək enerji 

axımının müəyyən dəqiq trofik strukturunu, növ müxtəlifliyini və 

maddələr dövranını (yaxud biotik və abiotik mühit arasında mübadiləni) 

ifadə edir. Sadə desək, biosferdə maddələr mübadiləsi gedən üzvi və 


Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin 

PREZİDENT   KİTABXANASI 



────────────────────────────────────────── 

149 


 

qeyri-üzvi komponentlərin istənilən məcmusu E. adlanır. Biotop və 

biosenozun vahid tamı ekosistemi (Tensli, 1935) və ya biogeosenozu 

(Sukaçeva görə) yaradır. Bəzi xarici müəlliflərə görə E. istənilən 

uzunluqda və ölçüdə (böyüklükdə) – bir damla dəniz suyundan, 

akvariumdan okeana, hətta bütün Yer səthi qədər; meşə ekosistemindən 

meşədəki tək kötüyə  qədər ola bilər. E. biosferin elementar funksional 

vahididir. E.-in strukturuna adətən 3 planda baxılır: 1) komponent 

(populyasiya və ya növ) tərkibi və müxtəlif növ populyasiyaların, həyati 

formaların (biomorf) və başqa struktur elementlərin miqdar nisbəti; 2) 

ayrı-ayrı elementlərin  ərazidə yayılması; 3) Bütün əlaqələrin, ilk 

növbədə qida zənciri və sikllərin, trofik, forik və digər  əlaqələrin 

məcmusu. Bəzi tədqiqatçılar (Y.Odum, 1975) E. və biogeosenoza eyni 

kateqoriya kimi baxır. Digərlərinə (məs. V.N.Sukaçev, 1940) görə onlar 

arasında oxşarlıq vardır, lakin identik (eyni) deyildir. Biogeosenozun 

bağlılıq faktorları – substraktın təbiəti, relyef tipi və torpaq sayılır, yəni 

biogeosenoz Sukaçeva görə xoroloji (fiziki-coğrafi) xarakter daşıyır. E.-

ə  əsasən,  ərazicə deyil, trofik mövqeyindən baxılır. Beləliklə, 

biogeosenoz və E.-in nisbətini belə  təsəvvür etmək olar: biogeosenoz 

fitosenozun sərhədi daxilində E.-dir. Daha dürüstü E. və biogeosenoz 

kateqoriyaları bitki qruplaşması  səviyyəsində bir-birinə uyğun gəlir, 

ondan yuxarı və aşağı səviyyələrdə isə onlar prinsipcə ayrılırlar. 



EKOSİSTEM KOMPLEKSİ – biogenetik kompleks – iki və daha 

artıq ekosistemin üfüqi və ya şaquli birləşməsi. 



EKOSİSTEMDƏN İSTİFADƏ NORMASI – Ekosistemin davamlı 

vəziyyətdə (tərkib və  məhsuldarlığının) qalmasını  təmin edən 

kompensasiya ehtiyatını  çıxdıqda ortaillik faydalı  məhsulun ölçüsü ilə 

təyin edilir. Bu ehtiyat istifadənin intensivliyindən, istiqamətindən və 

ekosistemin ümumi vəziyyətindən (qismən  əsas populyasiyaların yaş 

vəziyyətindən, çoxalmasından) asılıdır. 



EKOSİSTEMİN ANTROPOGEN DİNAMİKASI  – orqanizm 

qruplaşmalarının insan fəaliyyətinin təsiri nəticəsində  dəyişilməsi. 

Bərpa oluna bilən, çox vaxt isə katastrofik xarakter daşıya bilər. 

EKOSİSTEMİN BÖHRANI – fəlakətli təbii (vulkan püskürməsi, 

daşqın, sel, zəlzələ, yanğın, eroziya, tufan və s.) və antropogen amillərin 

təsirilə yaranan vəziyyət. 


Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin 

PREZİDENT   KİTABXANASI 



────────────────────────────────────────── 

150 


 

EKOSİSTEMİN BUFERLİK TUTUMU – ekosistemin 

çirklənməyə müqavimət göstərməsi qabiliyyəti; ekosistemin mənfi 

nəticəni nəzərə çarpmadan uda biləcəyi çirkləndiricinin miqdarı. 

EKOSİSTEMİN COĞRAFİ MÜXTƏLİFLİYİ  – coğrafi 

izolyasiya dərəcəsindən, landşaft-coğrafi zonadan asılı olaraq 

ekosistemin müxtəlifliyi. 

EKOSİSTEMİN DESTRUKSİYASI  – katastrofik və texnogen 

amillərin təsirilə ekosistemin quruluşunun, sabitliyinin (stabilliyinin) və 

fəaliyyətinin pozulması. 

EKOSİSTEMİN EKOLOGİYASI, SİNEKOLOGİYA, 

BİOGEOSENOLOGİYA  – ekologiyanın bir bölməsi olub bitki, 

heyvanat aləmi və mikroorqanizmlərin populyasiyalarının mürəkkəb 

birliyi sayılan ekosistemləri və onların təsiri altında yaranan biosenotik 

mühiti tədqiq edir, həmçinin ekosistemlərin səmərəli istifadəsi və 

mühafizəsini öyrənir. 

EKOSİSTEMİN ELASTİKLİYİ  – ekosistemin müəyyən hədd 

daxilində öz dinamiki xassələrini dəyişməsi qabiliyyəti. 



EKOSİSTEMİN ENERGETİKASI  – ekosistemin energiya ilə 

təmin olunması  və ondan istifadə. Aşağıdakı proseslər daxildir: 

energiyanın  əsas iki mənbədən alınması – günəş radiasiyasından 

(fotosintez) və qeyri üzvi maddələrin oksidləşməsi reaksiyasından 

alınan energiya (xemosintez); biokütlə yaratması  və  fəaliyyəti üçün 

energiyanın orqanizmlər tərəfindən istifadə olunması. Energiya vahidi – 

coul (qabaqlar kaloriya) olub energiya axınını  və ekosistemin 

məhsuldarlığını təyin edən universal ölçü hesab olunur. 



EKOSİSTEMİN  İQTİSADİ EFFEKTİVLİYİ  – ekosistemin 

biokütləsi məhsulunun daxil olan enerjiyə nisbəti. 



EKOSİSTEMİN HOMEOSTAZI – təbii (ekoloji) sistemin 

dinamiki tarazlığı. 



EKOSİSTEMİN İYERARXİYASI – ekosistemin müxtəlif dərəcəli 

sırasının struktur və funksional tibeçiliyi; biogeosenoz – biogeosenoz 

kompleksi – landşaft – biom – təbii qurşaq – biocoğrafi vilayət – 

qurunun (okeanın, litosferin) ekosistemi – biosfer. 



EKOSİSTEMİN 

İNTEQRASİALLIĞI 

– biotosenogenez 

prosesində ekosistemin müxtəlif hissələrinin qaydaya salınmış, qarşılıqlı 


Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin 

PREZİDENT   KİTABXANASI 



────────────────────────────────────────── 

151 


 

bağlı funksional birliyi. Termini B.A.Bıkov (1983) irəli sürmüşdür. 



EKOSİSTEMİN QƏBULETMƏ MÜMKÜNLÜYÜ ekosistem 

üçün yeni olan növü qəbuletmə qabiliyyəti. 



EKOSİSTEMİN KOMPONENTLƏRİ 

– ekosistemin 

(biogeosenozun) fəaliyyətini təmin edən  əsas tərkib hissələri. E.k. 

abiotik (qeyri üzvi maddələr olub ekosistemdə maddələr dövranını 

yaradır. C, O

2

, N, H



2

O, CO


2

 və s., həmçinin iqlim rejimi) və biotik olur. 

Biotik amillər aşağıdakılara bölünür: avtotroflar produsentlər – sadə 

qeyri üzvi birləşmələrdən üzvi maddələr yaratmaq qabiliyyətinə 

malikdir və heterotroflar: mikrokonsumentlər (faqotroflar) – heterotrof 

orqanizmlər olub (əsasən heyvanlar) digər orqanizmlərdə  və ya üzvi 

maddənin bir hissəsi ilə qidalanır: mikrokonsumentlər və ya redusentlər 

(osmotroflar, saprotroflar) – heterotrof orqanizmlər olub (əsasən 

göbələklər və bakteriyalar) üzvi birləşmələri parçalayaraq (zülallar, 

karbohidratlar və s.) bəzi parçalanan (çürüyən)  ərzaqları udur və qeyri 

üzvi maddələr yaradır. Bu isə produsentlərin qidalanması üçün 

yararlıdır. Heterotrof orqanizmlər həm də bölünür: biofaqlara (digər 

canlı orqanizmlərlə qidalanan orqanizmlər) və saprofaqara (ölü üzvi 

maddələrlə qidalanan orqanizmlər). Biotik və abiotik E.k. bir-birilə üzvi 

maddlərlə bağlı olub biogen E.k-ində birləşir. Biogen E.k.-ə canlı 

orqanika (biokütlə adlanır) və ölü orqanika: töküntü – bitki 

qruplaşmalarının hər il yerüstü və yeraltı hissələrinin çürüyən hissəsinə 

deyilir; meşədə torpaq səthində çoxillik toplanan üzvi qalıqlar meşə 

döşənəyi adlanır. Ölü üzvi maddələrin birliyinə ölü kütlə deyilir. 

EKOSİSTEMİN MƏHSULU  – ekosistem tərəfindən yaradılan 

biokütlə; Ayrılır: ümumi ilk məhsul (brutto-məhsul) – ekosistemin 

bütün avtotrofları tərəfindən fiksə edilən üzvi maddələrin və enerjisinin 

ümumi miqdarı; təmiz ilk məhsul (netto-məhsul) – həmin məhsuldan 

avtotrofların tənəffüsə  sərf etdiyi maddələr çıxdıqda qalan məhsul; 

ikinci (əlavə) məhsul – konsumentlər (fitotroflar və zootroflar) 

tərəfindən yaradılan üzvi madələrin miqdarı; təmiz ikinci məhsul – 

həmin məhsuldan konsumentlərin tənəffüsünə  sərf edilən maddələri 

çıxdıqda alınan məhsul; məhsulun ehtiyatı – qruplaşmada orqanizmlər 

tərəfindən toplanan biokütlə. Təsərrüfat nöqteyi nəzərincə qiymətli üzvi 

maddələr şəklində ümumi məhsul, faydalı məhsul və faydalı məhsulun 


Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin 

PREZİDENT   KİTABXANASI 



────────────────────────────────────────── 

152 


 

ehtiyatı ayrılır. 



EKOSİSTEMİN MÜHAFİZƏSİ  – ekosistemin bütövlüyünü 

saxlamaq, ekoloji komponentlərin tükənib yoxa çıxmasının və  kəskin 

dəyişməsinin qarşısını almaq, biosferin ekoloji tarazlığını saxlamaq üzrə 

kompleks təbdirlər. 



EKOSİSTEMİN SABİTLİYİ (DAVAMLIĞI)  – ona göstərilən 

təzyiq gücünün reaksiyasına qarşı davamlılıq qabiliyyəti. 



EKOSİSTEMİN SƏHRALAŞMASI – quru iqlim şəraiti ərazisində 

səmərəsiz və hədsiz istifadə olunması nəticəsində ekosistemin dağılması 

(pozulması). Azərbaycan Respublikasının dağətəyi və düzən 

rayonlarında səhralaşma prosesi meşələrin müxtəlif tipli şibləklərə, 

bedlendlərə, otlaq və əkin yerlərinin isə şorlaşmış sahələrə, bataqlıqlara 

(qamışlıqlara) çevrilməsi istiqamətində gedir. Bu proses suvarma 

kanalarının təşkili və istifadəsinin düzgün aparılmaması, sistemsiz mal-

qara otarılması, aqrotexniki qaydalara riayət olunmaması, texnikadan 

düzgün istifadə edilməməsi, plansız yol şəbəkəsinin salınması 

nəticəsində baş verir. 



EKOSİSTEMİN SİSTEMATİKASI  – ekosistemlərin səmərəli 

təsnifatının elmi əsasları. 



EKOSİSTEMİN STASİONAR VƏZİYYƏTİ  – ekosistemin 

müxtəlif istiqamətlərdə  təsir göstərən ölüm faktorlarının (gücünün) və 

növəmələgəlmə faktorlarının (gücünün) müvazinəti (bərabərliyi) 

nəticəsində növ müxtəlifliyinin saxlanılması. E.s.v. açıq sistem olub 

xaricdən daim maddələrin, enerjinin və informasiyanın daxil olması və 

itirilməsi səciyyəvidir. E.s.v.-ni qapalı sistem xarakterizə edən tarazlıqla 

qarışdırmaq olmaz. 

EKOSİSTEMİN (BİOGEOSENOZUN) STRUKTURU – 

ekosistemin yarımsistemlərə parçalanması. E.s. elementləri populyasiya

sinuziya, yarus, bioxorionlar və s. hesab olunur. E.s.-nə adətən 

populyasiya (növ), ərazi (şaquli və üfiqi) və funksional 

(populyasiyaarası  və ya simfizioloji əlaqə) planında baxılır. E.s. enerji 

axınının xüsusiyyəti, maddələr mübadiləsi, populyasiyaarası  əlaqədən 

asılıdır. 

EKOSİSTEMİN YAŞAMA QABİLİYYƏTİ  – ekoloji balansın 

pozulması  və ya intensiv antropogen yük nəticəsində deqradasiya 



Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin 

PREZİDENT   KİTABXANASI 



────────────────────────────────────────── 

153 


 

prosesi, parçalanma və keyfiyyətcə digər vəziyyət müşahidə edilmədən 

ekosistemin davam gətirməsi qabiliyyəti. 

EKOSİSTEMİN YETİŞ-GƏNLİYİ – ekosistemin (biogeosenozun) 

sabit vəziyyəti, optimal daxili strukturu, onun bütün elementlərinin 

normal funksiyası; yüksək bioloji məhsuldarlığı ilə  səciyyələnir. E.y. 

cavan, az inkişaf etmiş ekosistemlərə nisbətən xarici təsirlərə qarşı 

müvəffəqiyyətlə müqavimət göstərə bilir. E.y. əksəriyyət halda mülayim 

qurşağın ilkin (toxunulmamış) meşələrində, xüsusən subtropik və 

tropiklərdə müşahidə olunur. 

EKOSİSTEMLƏRİN COĞRAFİYASI  – ekosistemlərin coğrafi 

yayılması. 



EKOSİSTEMLƏRİN GEOMORFOLOJİ  VƏZİYYƏTİ  – 

Quruda E.g.v. suayrıcı düzənliklər, ovalıqlar, göl və çay vadiləri, dağ 

yamacları və şleyflər hesab olunur. 

EKOTİP – populyasiya (növ) daxilində müəyyən mühitə uyğunlaşa 

bilən biotiplər qrupu. 



EKOTOKSİKANTLAR – Ətraf mühiti çirkləndirən və orada olan 

orqanizmlərə zəhərləyici təsir göstərən zərərli kimyəvi maddələr. Ətraf 

mühitə daxil olan E.-ın  əsas mənbələri bunlardır: zərərli qarışıqlardan 

təmizləyici vasitələrdən, tullantısız texnologiyadan lazımi səviyyədə 

istifadə olunmayan kimya, metallurgiya, neftemaledici və b. sənaye 

sahələri, maye, bərk və qazşəkilli yanacaqlarla işləyən avtomobil, hava, 

dəniz və digər nəqliyyatlar; kənd təsərrüfatında bitki zərərvericilərinə, 

alaqlara qarşı istifadə olunan kimyəvi mübarizə vasitələri (pestisidlər) 

və kimyəvi kübrələr; atmosferə karbon qazı, hidrogen-sulfid, azot-

oksidi, ağır qatranlı  məhsullar atan (buraxan) elektroistilik xətləri və 

digər güclü elektrik qurğuları. 

EKOTOKSİKOLOGİYA – kimyəvi birləşmələrin orqanizmlərin 

müxtəlif növlərinə, populyasiyalarına və  ətraf təbiətə  zərərli təsirini 

tədqiq etməklə məşğul olan fənn (elm sahəsi).  

EKOTON – bitki qruplaşmalarını fizionomik cəhətdən ayıran keçid 

zolağı (məs. meşənin kənarı, meşə ilə subalp qurşağı arasındakı zolaq). 



EKOTON SUKSESSİYASI  – Bitki qruplaşması  sərhədində 

(ekotonda) bitki örtüyünün dəyişərək bir bitkinin digərinin hesabına 

ərazisinin genişləndirilməsi çox vaxt yarusların inkubasiya  və 


Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin 

PREZİDENT   KİTABXANASI 



────────────────────────────────────────── 

154 


 

dekumbasiyası ilə müşayiət olunur (nəticələnir). 



EKOTOP  (eko... və yun. topos - yer) (bitmə yeri və  şəraiti) – 1) 

Əgər növ ömrü boyu bir yerdə yaşayırsa biotop termininə yaxındır. 

Termini Q.N.Vısotski (1915) təklif etmişdir; 2) Coğrafi landşaftın kiçik 

parsellası (Trol, 1945); 3) Biotopun bütün tərkib elementlərinin 

məcmusu (Sukaçov, 1961). Termin bitmə yeri anlayışına yaxındır. 

EKSFOLİASİYA – bitkinin dövrü olaraq yarpağını dəyişməsi 

EKSKREMENT – insan və heyvanın bərk və duru ifrazatı. 

EKSPERİMENTAL EKOLOGİYA 

– 

İnsanın bilavasitə 



müdaxiləsi ilə istifadə olunan metodların köməyi ilə aparılan tədqiqatlar 

vasitəsilə  təbii və  mədəni ekosistemlərin, onların fraqmentlərinin, 

populyasiyalarının həyatını öyrənir. Bu obyektlərin bəziləri laboratoriya 

şəraitində model metodları ilə tədqiq olunur. 



EKSPLERENTLƏR  – aşağı güclülüyə, lakin boş sahələri tez zəbt 

etmək qabiliyyətinə malik olan bitkilər (məs. alaq otları). Pioner bitki 

növü rolunu oynayır. E.-i bədii olaraq «bitki örtüyünün çaqqalı”» 

adlandırılır. Aşağıdakı E. ayırd edilir: yalançı E. (məs. yağış dövründə 

cücərən birillik səhra bitkiləri, bozqırların efemerləri, meşələrin 

efemeroidləri) və  həqiqi E. (pozulmuş sahələrdə uyğunlaşıb 

məskunlaşan ruderal bitkilər). 


Download 3.98 Mb.

Do'stlaringiz bilan baham:
1   ...   13   14   15   16   17   18   19   20   ...   60




Ma'lumotlar bazasi mualliflik huquqi bilan himoyalangan ©fayllar.org 2024
ma'muriyatiga murojaat qiling