Ekoloji LÜĞƏt a
Download 3.98 Mb. Pdf ko'rish
|
HƏYATİLİK FORMALARI – böyümə forması və inkişaf ritmi oxşar olan bitki və heyvan növlərinin qrupları. HƏYATİLİK QABİLİYYƏTİ – populyasiya və ya onun ayrı-ayrı fərdlərinin verilən şəraitdə yaşaması və nəsil vermə qabiliyyəti. HİBRİD TOXUM (lat. hibrida - mələz) – müxtəlif forma, sort, növ və cinsə aid bitkilərin hibridləşdirilməsi nəticəsində alınan toxumlar. H.t. başqa sortlara nisbətən daha yüksək məhsul verir. Səpində yalnız H.t.-un 1-ci nəslindən istifadə edilir. HİBRİDLƏŞDİRMƏ – İki və ya daha çox irsi əlamətləri ilə fərqlənən, heyvan və bitkilərin çarpazlaşdırılması. Sortarası, növarası, növdaxili və uzaq H. məlumdur. Heyvan cinsləri arasında aparılan cüt- ləşdirmədən Azərbaycan dağ merinosu qoyunu, qırmızı səhra, qara-ala və s. qaramal cinsləri alınmışdır. Bitki seleksiyasında buğda cinsinə daxil olan növlər arasında geniş növarası H. aparılmışdır. İ.D.Mustafayev və C.Ə.Əliyev H.-dən bir sıra buğda sortları almışlar.
suyun altında olan bitkilər (bitkinin yalnız aşağı hissəsi suyun altında Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin PREZİDENT KİTABXANASI ────────────────────────────────────────── 198
olan hidrofitlərdən fərqli olaraq). Bunlardan bəzisi kökləri ilə qrunta bitişmiş, digərləri bitişməmiş olur (məs., elodeya, suçiçəyi, suzanbağı).
müşahidə olunur. H.s. hər hansı səbəbə görə suyun səviyyəsinin aşağı düşməsi və dib qruntunun aerasiyasının güclənməsi ilə də baş verə bilər. Bataqlıqlarda H.s. hövzənin kənar hissəsindən başlayaraq, ora ilk dəfə su bitkiləri ilə (cil, sfanqum mamırı) örtülür. Belə bataqlıq, adətən, çeyillik adlanır. Bataqlığın kənarı çöküntü və detritlə dolduqca, torpaq inkişaf etməyə başlayır və quru sahə ilə birləşir, əvvəlcə kolların, sonra isə torf üzərində meşənin (küknar, qara şam) əmələ gəlməsi müşahidə olunur, bu bitkilər isə nəhayət yerli klimaks növlərlə (tozağacı, ağcaqayın ağ şam və s.) əvəz olunur. Bu H.s.-nın tipik misalıdır. HİDROBİOLOGİYA – su orqanizmləri və onların xarici mühitlə qarşılıqlı əlaqəsindən bəhs edən elm. H., əsasən, ekoloji elm olub okeanların, dənizlərin və şirin suların bioloji məhsuldarlığını öyrənir.
şəraitinə uyğunlaşan heyvanlar, xüsusi qrupa daxildir (reofillər). HİDROFİTLƏR – Su hövzələrində sərbəst üzən və ya köklərilə hövzənin dibinə bərkimiş, tamamilə suya batmış su bitkiləri, bəzən yarpaqları və ya çiçəkləri suyun səthinə çıxır (üzür). İtiaxan çaylarda yaşayan bitkilər reofitlər adlanır. HİDROFOB ÖRTÜKLƏR – su ilə islanmayan örtüklər – metalları korroziyadan qorumaq, başqa materiallara islanmaq keyfiyyəti verməmək üçün istifadə edilir.
çəkinən orqanizmlər (kaktuslar, bəzi çöl və yarımsəhra taxılotuları, əqrəblər, çəyirtkə və s.).
və s.).
HİDROXORLAR – Meyvələri, toxumları və digər rüşeymləri su cərəyanı ilə yayılan bitkilər. Bataqlıq və su bitkiləri və bəzi göbələklər H.-a aiddir. Belə yayılmaya içərisi hava ilə dolu və üzmə qovluğu kimi
Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin PREZİDENT KİTABXANASI ────────────────────────────────────────── 199
təsir edən müxtəlif şişkinliklər və çıxıntılardan ibarət uyğunlaşmalar kömək edir. Oxyarpaq, suoxu və s. H.-a aiddir.
yaradan bomba: nüvə silahının bir növü. Sintez reaksiyasının başlanması üçün labüd olan on milyonlarla dərəcə istilik bombanın daxilindəki atom atımının partladılması sayəsində alınır. HİDROGEN DƏYİŞİLMƏLƏR – (suksessiyalar) – Ekzodinamik dəyişilmə olub torpağı suyun basması ilə əlaqədar baş verir. HİDROGEN SULFİD (H 2 S) – kəsgin iyə malik olub zülal maddələrin parçalanması zamanı əmələ gəlir. Neft yataqlarından çıxan qazların, təbii və vulkan qazlarının, mineral bulaqların tərkibində olur. H.s. nefttəmizləmə, təbii və koks qazlarının təmizlənməsi zamanı əlavə məhsul hesab olunur. H.s. çox zəhərlidir, onun havada insan üçün zərərli olmayan az miqdarı (milyon hissədən 0,1 hissəsi) iyinə görə asan təyin olunur. Yüksək dozada isə əksinə, insan tərəfindən qəbul olunmur. H.s.- in miqdarı 250-500 ml/m 3 olduqda ağır zəhərlənmə baş verərək nəfəsalmada iflic vəziyyət, ağciyərlərdə şirəburaxma müşahidə olunur. HİDROGEOLOGİYA – Yeraltı sular haqqında elm: geologiyanın bir sahəsi. Yeraltı suların əmələ gəlməsini, yatım şəraitini, hərəkət qanunlarını, rejimini, ehtiyatını, fiziki və kimyəvi xassələrini, atmosfer və yerüstü sularla qarşılıqlı əlaqəsini öyrənir. HİDROKİMYA – Təbii suların kimyəvi tərkibi və onların ətraf mühitdə gedən kimyəvi, fiziki və bioloji proseslərdən asılı olaraq dəyişilməsinin qanunauyğunluqları haqqında elm.
– su mühitinin kimyəvi xarakteristikasının məcmusu (asılı və
həllolan maddələrin konsentrasiyası və dinamikası, duzluluq, codluq, aktiv reaksiya, oksidləşmə-reduksiya potensialı və b.). H.r. hidrobiontların böyüməsinə, inkişafına, çoxalmasına, su ekosistemlərinin davamlılığına, məhsuldarlığına və s. təsir göstərir. H.r. həmçinin su hövzəsinə antropogen təsir dərəcəsindən, qismən tullanan çirkləndiricilərin həcmi və kimyəvi tərkibindən asılıdır.
və bataqlıqların məcmusu. Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin PREZİDENT KİTABXANASI ────────────────────────────────────────── 200
HİDROQRAFİYA – qurunun müəyyən su obyektlərini (çayları, gölləri, bataqlıqları), onların mənşəyini, morfologiyasını, rejimini, landşaftın başqa elementləri ilə əlaqəsini və coğrafi yayılmasını öyrənən elm.
HİDROLOGİYA – təbii suları, onlarda gedən hadisələri və prosesləri öyrənən elm. H. su obyektlərinin və onları öyrənmə metodlarının spesifik xüsusiyyətləri ilə əlaqədar okeanologiya (okean və dənizlərin H-sı) və qurunun H.-sını (qurunun səth sularını) öyrənir; potamologiya (çayların H.-sı), limnologiya (gölşünaslıq), qlyasiologiya, bataqlıqşünaslıq sahələri var; qurunun hidrologiyasına hidrometriya, hidroqrafiya, hidrokimya daxildir. Müasir H.-nın əsas problemləri təbiətdə su dövranının tədqiqi, insanın təsərrüfat fəaliyyətinin ona təsiri, su obyektlərinin və ərazilərin və ümumiyyətlə Yerin hidroloji elementlərinin (suyun səviyyəsi, sərfi, temperaturu və s.) zaman, məkan analizi, həmin elementlərin tərəddüdünün qanunauyğunluqlarının aşkar edilməsi və s. ibarətdir. Çoxillik hidroloji müşahidələr və tədqiqatlar arasında hidroloji proqnozlar tərtib edilir.
kimyəvi, bioloji parametrlərinin vəziyyətinin təbii və antropogen dəyişməsinə nəzarət xidməti. Respublikamızda H.v. Ekologiya və Təbii Sərvətlər Nazirliyi Milli Hidrometeoroloji Departamentinə həvalə olunmuşdur.
fiziki vəziyyətdə su (maye, bərk, qaz halında). HİDROLOJİ ŞƏBƏKƏ – müəyyən ərazidə çayların və digər daimi və ya müvəqqəti su axarları, göllər, bataqlıqların məcmusu. HİDROMELİORASİYA – kənd təsərrüfatı istehsalının hidroloji şəraitinin, həmçinin ətraf mühitin ümumi yaxşılaşdırılmasına yönəldilən təşkilatı təsərrüfat və texniki tədbirlər sistemi. H.-ya suvarma, otlaqların su ilə təmin edilməsi, çayların və səthi axımın tənzimlənməsi; şoran torpaqların yuyulması; torpaq eroziyasının qarşısını almaq məqsədilə hidrotexniki qurğuların tikilməsi və tirələrin düzəldilməsi aiddir. H. yalnız meliorativ tədbirlərlə əlaqələndirildikdə maksimum təsərrüfat və təbiəti mühafizə effekti verə bilər. HİDROMETRİYA – su obyektlərinin rejimini, mayenin hərəkət və Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin PREZİDENT KİTABXANASI ────────────────────────────────────────── 201
halını xarakterizə edən kəmiyyətlərin təyini üçün üsullar toplusu. HİDROMODUL – suya xüsusi tələbat: müəyyən ərazidə hər hansı bitkinin yetişdirilməsi üçün tələb olunan suvarma (irriqasiya) suları. HİDROMORF TORPAQLAR – Səthə yaxın qrunt suları şəraitində mezofil və hiqrofil bitki örtüyü ekosistemlərində formalaşan qleyli- çəmən, çəmən və qaratorpaq-çəmən torpaqları.
mühitdə, torpaqsız becərilməsi. Bu zaman bitkinin kök sistemi bərk substrat (qida əhəmiyyəti olmayan) üzərində, suda, yaxud rütubətli havada (aeroponika) inkişaf edir. Bitkilər qidanı kökləri əhatə edən qidalı məhluldan alırlar.
nəmli qumlarda yaşayan su orqanizmlərinin məcmusu. H.-lara nematodlar, malyusklar, həşərat sürfələri və s. aiddir.
yerləşir. Yer səthinin 70,8%-ni təşkil edir. H.-in həcminin təqribən 94%- i dəniz və okeanlar, 4%-i yeraltı sular, 2%-i, əsasən, Arktika, Antraktida və Qrenlandiyanın buzlaq və qar suları, 04%-i qurunun səth sularıdır (çay, göl, bataqlıq). H. atmosfer, yer qabığı və biosferlə daim qarşılıqlı əlaqədədir. HİDROSFER TƏZYİQ – Su hövzələrində su kütləsinin dibinin səthinə təzyiqi. Təzyiqin dərinlik əmsalı təqribən hər 10 m-ə 1 atm-ə (101325 N/m 2 ) çatır. Dərinliklərdə yaşayan heyvanlar təzyiqin gücünə bu və ya digər dərəcədə adaptasiyaya malikdirlər. HİDROSFERİN ÇİRKLƏNMƏSİ – Hidrosferə müəyyən miqdarda və qatılıqda çirkləndirici maddələrin daxil olması ilə iri su obyektlərinin (çay, su anbarı, göl, okean, dəniz, qrunt suları) mühitinin normal şəraitinin pozulması. HİDROTEXNİKİ QURĞULAR – təbii su ehtiyatlarından (çay, göl, dəniz, yeraltı sular) istifadə etmək məqsədilə, yaxud suyun (selin) zərərli təsirinə qarşı mübarizə üçün tikilən xüsusi mühəndis qurğuları.
M.İ.Budıkoya (1930) görə Kh=R/Zr; burada K – radiasiya balansı; Z – buxarlanmanın gizli istiliyi və r – yağıntının miqdarı. A.M.Ryabçikova (1972) görə: K=W/R, w – məhsuldar nəmlikdir (ildə mm-lə). Bu əmsal Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin PREZİDENT KİTABXANASI ────────────────────────────────────────── 202
səhra üçün 2-dən aşağı, yarımsəhra üçün 2-4, çöl üçün 4-7, meşə-çöl üçün 7-10, yarpaqlı meşələr və tayqa üçün 10-13, meşə tundra üçün 13- dən yuxarıdır. HİDROTERMLƏR – Yerin dərinliklərindən daxil olan yüksək temperaturlu suların mənbələri. H.-rə həm quruda, həm də okeanların dibində rast gəlinir.
heyvanlar. HİQROFİTLƏR – Rütubətli yerlərdə bitən bitkilər. H.-in əsas xüsusiyyəti onlarda su sərfinin qarşısını alan uyğunlaşmaların olmasıdır. H. üçün katikula buxarlanması xarakterikdir.
bitkilərin quruluşunun xüsusiyyətləri. Belə bitkilər üçün transpirasiyanın güclənməsi şəraitinə uyğunlaşmaq qabiliyyəti səciyyəvidir, bu qida məhlullarının zoğlara doğru intensiv hərəkətini təmin edir. HİQROTOPLAR – substratın rütubətlik şəraitinə görə ayrılır. adətən 6 əsas rütubətlik pilləsi (qrupu) ayırırlar: “0”-çox quru, 1-quru, 2 təzə (azrütubətli), 3-rütubətli, 4-nəm, 5-yaş. Hiqrotopları ayırmaq üçün indiqator bitkilərdən istifadə olunur. Bu bitkilər bölünür: kserofitlər (“0” və 1 qrupları), mezofitlər (2, 3), hiqrofitlər (4, 5). Bəzən əlavə olaraq ultrakserofitlər (0 qrupu), mezokserofitlər (1, 2), ultrahiqrofitlər (5) ayrılır.
kimyəvi və bioloji xarakterli aşınma gedən dağ süxurlarının dağılması, mineral-geokimyəvi dəyişməsi zonası.
digər toxumalarda CO 2 -in yüksək miqdarı ilə əlaqədar orqanizmin xəstə vəziyyəti. HİPERTROFİYA – bir sıra bitki və heyvanlarda orqanizmin bəzi toxuma və ayrı-ayrı hissələrinin, həcminin qeyri adi pataloji böyüməsi. Məs., bakteriya, göbələk və həşəratların neqativ təsirinə reaksiya kimi bitkidə fırların əmələ gəlməsi; virus, patogen bakteriyalar və b. ilə heyvan və insanda şişin əmələ gəlməsi.
(məs., qartal kərtənkələ ilə qidalanır, kərtənkələ isə öz növbəsində Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin PREZİDENT KİTABXANASI ────────────────────────────────────────── 203
onurğasızlar və ya kiçik onurğalılarla qidalanır və s.). Yırtıcı və H. arasında müəyyən təbii tarazlıq vardır, o, insan tərəfindən pozulmamalıdır. HİPOBİOSFER (yun. hypo – altında, aşağı) – yaşayış üçün litosferin qeyri əlverişli qatı; canlı orqanizmlər təsadüf düşsə də orada müvəqqəti yaşayır, ancaq çoxala bilmir.
(məs, çay və mağara ekosistemləri, takır və çaybasar, həmçinin səhralarda bərkiməmiş qumların ekosistemləri).
oksigen almadığından ekstremal vəziyyəti. HİPOLİMNİON – dərin göllərin soyuq, oksigenlə zəngin olmayan dərin qatı. H.-də yaşıl bitki yoxdur, belə ki, ora atmosferin oksigeni daxil olmur. Bununla bərabər qışda müsbət temperatur olduğundan su hövzəsinin üst qatında yaşayan orqanizmlər üçün özünəməxsus sığınacaq hesab olunur.
orqanizmlərin məcmusu. HİPOTERRABİOSFER – litobiosferin aerob orqanizmlərin yaşaya bildiyi hissəsi. HİPSOFİL BİTKİLƏR – əsasən gipslə zəngin olan torpaqda bitən bitkilər (kəkotu, bəzi gəvən növləri və s.). HİS – karbohidrogenlərin yarım yanması zamanı əmələ gələn yüksək dispers məhsul, tərkibində 88-89% – karbon, 03-08% – hidrogen, 10%-ə qədər oksigen (adsorblaşmış), az miqdarda mineral hisəciklər, həmçinin adsorbsiya olunmuş qazlar və su buxarı olur. H. qara rəngdə olub yaxşı texniki – molyar xassələrə malikdir. H.-in bütün növlərindən lak-boya materialları, nəşr boyası, elektrod, linelium, ebonit, qrammafon lövhəsi, yazı maşını lenti və s. almaqda geniş istifadə olunur. H.-in əsas istehsalçısı rezin sənayesi (80%-ə qədər) hesab olunur. HİSSƏ-HİSSƏ OTARMA (Zaqon) – Otarma üsulu, kənd təsərrüfatı heyvanlarını otarmaq üçün otlaq ərazisi hissə-hissə sahələrə (bölmələrə) bölünür və heyvanların otarma təqvimi, otlaq dövriyyəsi nizamlanır. Bölmələri bir-birindən ayırmaq üçün araları hasarlanır və ya səmtləşdirilir. Xarici ölkələrdə bölmələrin sərhədlərinə elektrik
Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin PREZİDENT KİTABXANASI ────────────────────────────────────────── 204
məftilləri («elekrik çobanı»”) çəkilir. Belə otarma üsulunda otlaqların məhsuldarlığı nizama salınır.
mühitin bütövlüklə tədricən dəyişilməsilə əlaqədar qruplaşmaların uzunmüddətli dəyişilməsi. Termini V.N.Sukaçov (1945) irəli sürmüşdür. HOLOHİDROBİONTLAR – yalnız su mühitində yaşamağa uyğunlaşan növlər. HOLOSEN – buzlaqlardan sonrakı epoxa-müasir geoloji epoxa. Yerin geoloji tarixinin Antropogen dövrünün sonuncu, bitməmiş hissəsidir. Təqr. 10 min il vaxtı əhatə edir.
funksiyalarının davamlılığı və daxili mühitinin tərkib və xassələrinin nisbi dinamik sabitliyi, insanda, quşlarda, məməlilərdə hidrogen ionları konsentrasiyasının və qanın tərkibinin, osmotik təzyiqin, bədən temperaturunun, qan təzyiqinin və s. funksiyaların sabitliyi H-a daxildir.
cümlədən substratın rənginə uyğunluğu. Bəzi həşəratların (kəpənəklər), balıq (kambala), suda-quruda yaşayanlar (qurbağa), quşlar, məməlilər (qütb ayısı) və b. H. populyasiyalararası və populyasiyadaxili əlaqələrdə böyük rol oynayır.
yaşadığı mühitin forma və rənginə uyğun olan heyvanlar. HOMOSFER – Atmosferin Yer səthindən 90-95 km hündürlüyə qədər olan qatı, burada hava yaxşı qarışmış və qazların faizlə qarşılıqlı nisbəti yer səthi sahələrdəki kimi qalır.
ətraf mühitin temperaturundan asılı olmayan heyvanlar. Bunlara quşlar və məməlilər daxildir. Müxtəlif növlərin bədəninin temperaturu müxtəlifdir (35-45 °) və mühitin temperaturundan yüksəkdir.
endokrin vəziləri, yaxud daxili sekresiya vəzilərinin hasil etdiyi və bilavastə qana ifraz olunan mürəkkəb kimyəvi təbiətli bioloji aktiv maddələr (zülallar, amin turşuları, polipeptidlər, steroidlər və s.). H.-ın Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin PREZİDENT KİTABXANASI ────────────────────────────────────────── 205
əsas funksiyası ayrı-ayrı orqanların, sistemlərin və bütövlükdə orqanizmin fəaliyyətini hormonal tənzim etməsidir. H. həm heyvan, həm də bitki orqanizmlərində sintez olunur. Termin E.Starlinq (1905) tərfindən irəli sürülüb.
Dəniz dibinin bu və ya digər dərəcədə izometrik formaya malik alçaq sahəsi, çökəklik. 3) Yağıntının yerə hopduğu və yığıldığı sahə. 4) Yer qabığının çökmə örtüyünün əyilmiş iri strukturu. 5) Forması və təşkil olunduğu süxurların xüsusiyyətlərinə əsasən suları özündə toplayan relyef forması və ya yeraltı struktur (məs. Artezian hövzəsi). 6) Buzlaq və onun qollarının qidalandığı sahə. 7) Ayrıca çaya və ya çay sisteminə axan suların əhatə etdiyi yer səthinin bir hissəsi. HUMİD İQLİM (lat. humidus - rütubətli) – rütubətliyi artıq olan iqlim. H.i.-də yağıntının miqdarı buxarlanan və yerə hopan suyun miqdarından xeyli çox olur və artıq qalan su yer səthində çay şəbəkəsi, yəni çay dərələrinin əmələ gəlməsinə səbəb olur. H.i. şəraitində çay dərələri və yarğanlar geniş inkişaf etmişdir.
humidləşmə dərəcəsi. HUMİN MADDƏLƏRİ –humusun komponenti, turşu və qələvilərdə həll olmur, torpağın qeyri üzvi fraksiyaları ilə bərk kompleks əmələ gətirir.
heyvan qalıqlarının biokimyəvi çevrilməsi nəticəsində əmələ gələn tünd rəngli üzvi hissəsi. H.-un tərkibinə humin turşuları (torpağın məhsuldarlığı üçün ən vacib olan) və fulvoturşular daxildir. H.-da mikroorqanizmlərin köməyi ilə bitkilərin ala bildiyi əsas qida elementləri (azot, fosfor, kükürd, karbon və s.) vardır. H. torpağın məhsuldarlığını artırır, onun bioloji aktivliyini yüksəldir.
və heyvan qalıqlarının mikrobioloji çürüməsi nəticəsində əmələ gəlmişdir (tundra və tayqa zonasının bir çox su hövzələri).
Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin PREZİDENT KİTABXANASI ────────────────────────────────────────── 206
X XAÇÇİÇƏKLİLƏR (Cruciferae) – ikiləpəli bitki fəsiləsi. Otlar, bəzən yarımkollar və ya növbəli düzülüşlü sadə yarpaqlı kollardır. Azərbaycanda 66 cinsi (240-dan çox növü) məlumdur. X. fəsiləsində çoxlu faydalı bitkilər – tərəvəz (kələm, turp), yağlı (şalğamturp, vəzərək, yağçiçəyi və s.) ədviyyat (xardal, qatıqotu), dərman (sarılıqotu), balverən, boyaq bitkiləri və s. var. Bəziləri (turpəng, vəzərək, quşəppəyi, yarğa otu və s.) geniş yayılmış alaq otlarıdır.
Download 3.98 Mb. Do'stlaringiz bilan baham: |
ma'muriyatiga murojaat qiling