Ekoloji LÜĞƏt a


Download 3.98 Mb.
Pdf ko'rish
bet22/60
Sana14.02.2017
Hajmi3.98 Mb.
#384
1   ...   18   19   20   21   22   23   24   25   ...   60

FİZİKİ  ÇİRKLƏNMƏ  – hər hansı bir mühitdə müxtəlif fiziki 

faktorların təbii normasının artmağa doğru dəyişməsi: istilik, səs-küy, 

elektromaqnit, radiasiya və s. 

FİZİOQNOMİKA  (yun. physioqnomike)  – ekologiyanın bölməsi; 

təbii qruplaşmaların forma və strukturunu öyrənir; qruplaşmanın xarici 

görünüşü haqqında elm. Termini R.Uitteker (1980) daxil etmişdir. 

FİZİOLOGİYA  (yun. Physis - təbiət)  – insan və heyvan 

fiziologiyası – orqanizmlərin, onların ayrı-ayrı sistem, orqan və 

toxumalarının həyat fəaliyyəti və fizioloji funksiyaların tənzimi 


Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin 

PREZİDENT   KİTABXANASI 



────────────────────────────────────────── 

193 


 

haqqında elm. Canlı orqanizmlərin ətraf mühitlə qarşılıqlı fəaliyyətinin 

qanunauyğunluqlarını, onların müxtəlif  şəraitdə davranışını öyrənir. 

İndiki dövrdə fizioloji məsələlər,  əsasən, tibb və  kənd təsərrüfatı 

praktikasına kömək etmək mövqeyindən işlənib hazırlanır. 

FİZİOLOJİ QURAQLIQ –  ətraf mühitdə rütubətin bolluğu 

şəraitində temperaturun aşağı olmasilə  əlaqədar bitki köklərinin suyu 

sorma qabiliyyətinin azalması. 

FİZİOLOJİ SÜKUT – bitkinin və heyvanın belə  həyat dövründə 

maddələr mübadiləsi olduqca zəif gedir. 



FİZİOSFER  – abiotik geosferdən (litosfer, hidrosfer, atmosfer) 

ibarət Yer sferi. 



FLORA (lat. Flora – Roma mifologiyasında çiçək və bahar allahı) 

– Bitki növlərinin, mikroorqanizmlərin və göbələklərin müəyyən 

vilayət, zona, rayon, bitki tipi, formasiya və ya biosenoz daxilində 

onların müasir təbii şəraiti və geoloji keçmişi ilə bağlı tarixən təşəkkül 

tapmış  məcmusu. Məs. Qafqazın florası, Azərbaycanın florası, sporlu 

bitkilərin florası, mamırların florası (brioflora), yosunların florası 

(alqoflora) və s. Hər bir F-nın təyin  əsası onun növ və cins tərkibinin 

aşkar edilməsidir. F. haqqında məlumat (bilik) bitki örtüyünün 

təsnifatını düzgün tərtib etmək (qurmaq), geobataniki məsələlərin həlli 

üçün vacib şərtdir. 



FLORA FONDU – müəyyən regionun bitki növlərinin məcmusu. 

FLORA VƏ FAUNANIN ANALİZİ (təhlili)  – Növlərin genetik, 

coğrafi, ekoloji, təsərrüfat və digər xassələrinə uyğun olaraq müəyyən 

ərazidə, bitki tipində və ya ekosistemdə flora və faunanın təhlili. Bütün 

hallarda flora və faunanın zənginliyinə  və sistematik tərkibinə diqqət 

yetirilir. Bütün bunlar növlərin yerləşməsindən, mənşəyindən və tutduğu 

ərazinin böyüklüyündən asılıdır. Genetik təhlil zamanı genoelementlər 

ayırırlar: məs. keçmiş floranın reliktləri; müxtəlif dərəcədə adaptasiya 

olunmuş müxtəlif dövrlərin immiqrantları; gətirilmiş növlər (neofitlər). 

Coğrafi təhlildə geoelementlər ayırd edilir: endemlər, alloxtonlar və s. 

Ekoloji təhlildə ekomorf və ya ekobiomorflar kimi ekoelementlər ayırd 

edilir. 

Flora və faunanın faydalılığı bu və ya digər coğrafi və ya inzibati 

rayonlara və vilayətlərə görə müəyyənləşdirilir. Bu zaman faydalı 


Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin 

PREZİDENT   KİTABXANASI 



────────────────────────────────────────── 

194 


 

növlərin miqdarı müəyyən edilir və onlar müvafiq qruplara (dərman, 

qida, texniki, xəzlilik və s.) bölünür. 

FLORİSTİK  ƏYALƏT  – vilayət tabeçiliyində olan floristik 

rayonlaşdırma vahidi. 



FLORİSTİK STRATİFİKASİYA – bax. yarus. 

FLORİSTİKA – botanikanın floranı öyrənən bölməsi. 

FLOROGENETİKA  – müəyyən  ərazidə floranın formalaşma 

tarixini öyrənən botanika elmi. 



FLOROGENEZ  – növəmələgəlmə  və fitosenozların formalaşması 

prosesi nəticəsində floranın tarixi inkişafı. 



FLYUKTASİYA  (lat. fluctasio – dəyişgənlik, tərəddüd) 

(ekosistemlərin) – ekosistemin müxtəlif illərdə  dəyişgənliyi. F. zamanı 

növ populyasiyasının sıxlığı və onların miqdarca nisbəti dəyişir. F.-nın 

səbəbi, bir qayda olaraq iqlimin tərəddüdü və ayrı-ayrı növlərin 

miqdarının partlayışı (hədsiz artması) sayılır. 

FORMALDEHİD – kimyəvi maddədir. (HCHO) sənayedə geniş 

istifadə olunur. F. həm də güclü konservant kimi bioloji materialların 

saxlanması  və meyidin balzamlaşdırılmasnda istifadə edilir. F.böyük 

kimyanın əsas məhsulu sayılır və dünya miqyasında 10 milyon tonlarla 

istehsal olunur. F. eyni zamanda təhlükəli maddə olub suyu, atmosferi 

çirkləndirir, güclü allergiya reaksiyası törədir (gözdən yaş axıdır, 

öskürəyə, bronxların spazmasına səbəb olur).   

FORMASİYA  (lat. formatio – yaranma, əmələ  gəlmə)  – Eyni 

dominantın (bəzi kondominantın) başçılıq etdiyi assosiasiyaların birliyi. 

Formasiyalar formasiya qruplarında və ya siniflərində birləşir. 

FOSİLLİ, qazıntı orqanizmləri – keçmiş geoloji epoxaların 

qalıqları və onların həyat fəaliyyətinin izləri. 



FOSFATLAR – orfosfat turşusunun və daha mürəkkəb fosfor 

turşularının duzları. F. gübrə kimi və yuyucu, təmizləyici vasitələrin 

komponenti kimi istifadə olunur, sonuncu halda F. məişət tulantılarına 

qarışır və su hövzələrinin evtrofikasiyasına səbəb olur. Bu səbəbdən də 

bəzi ölkələrdə F.-ın yuyucu vasitələrin tərkibinə qatılması qadağan 

olunaraq əvəzediciləri tapılmışdır. 



FOSFOR ÜZVİ  BİRLƏŞMƏLƏRİ – tərkibində fosfor olan üzvi 

birləşmələr. F. çox vaxt pestisid kimi istifadə olunur,o qida və su 



Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin 

PREZİDENT   KİTABXANASI 



────────────────────────────────────────── 

195 


 

vasitəsilə insan orqanizminə daxil olarkən onun sağlamlığı üçün təhlükə 

törədir. F.ü.b.-in pestisid kimi işlədilməsinin təhlükəliliyi onun torpaqda 

parçalanma məhsullarının özündən də ziyanlı olması ilə bağlıdır. 



FOTOBİOLOGİYA (yun. phos - işıq) – biologiyanın bir bölməsi; 

görünən ultrabənövşəyi və yaxın infraqırmızı  şüaların təsiri ilə 

orqanizmdə gedən prosesləri öyrənir. F. bitki və heyvanların həyat 

fəaliyyəti ilə sıxı əlaqədardır. F. kənd təsərrüfatı bitkilərində fotosintezin 

məhsuldarlığının artırılmasında, kənd təsərrüfatı heyvanlarının 

inkişafının intensivləşdirilməsində, tibb təcrübəsində  və  ətraf mühitin 

çirklənməsinə qarşı mübarizədə  şüalardan istifadə olunmasında nəzəri 

əsasdır. 



FOTOBİOSFER  – biosferin (qurunun səthi və hidrosferin üst 

qatları) günəş şüaları ilə işıqlandırılan qatı. 



FOTODİNAMİKA  – canlı orqanizmdə  işığın fizioloji proseslərə 

stimullaşdırıcı təsiri. 



FOTOFİLLƏR  – yaxşı  işıqlı yerlərdə yaşayan işıqsevər 

orqanizmlər. 



FOTOFOBLAR  – güclü işıqlanmadan çəkinən kölgəsevər 

orqanizmlər, məs., bütün yeraltda yaşayan heyvanlar, həmçinin Dünya 

okeanının dərinsu zonasında məskən salan orqanizmlər. Fotofobların 

bədənlərində piqmentləşmə yoxdur, görmə üzvləri ixtisara düşmüş, 

iybilmə və və hissetmə qabiliyyəti çox inkişaf etmişdir. 

FOTOGEN ORQANİZM  – işıq  şüası verən orqanizm (məs., 

fotobakteriyalar). 



FOTOKİMYƏVİ SMOQ – günəş  şüasının təsirindən atmosferdə 

yayılmış maddələrdən yeni maddələrin əmələ gəlməsi. 



FOTOKSEN ORQANİZMLƏR  – işıqlanma intensivliyinə  fərqsiz 

orqanizmlər. 



FOTOMİNERALLAŞMA – işığın təsiri ilə minerallaşma. 

FOTOOKSİDANTLAR – atmosferdə  işığın təsirilə azot 

oksidlərindən və karbohidrogenlərdən yaranan kimyəvi birləşmələrin 

ümumi adı. Əsas F. – ozon və azot turşusudur. F. insanın sağlamlığına 

zərər yetirir və meşələrin vəziyyətinə mənfi təsir göstərir.  



FOTOPERİODİZM – canlı orqanizmlərin günün uzunluğuna qarşı 

reaksiyası. 



Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin 

PREZİDENT   KİTABXANASI 



────────────────────────────────────────── 

196 


 

FOTOPLAN – Yer səthinin kartoqrafik məqsədlər üçün hazırlanmış 

dəqiq fotoqrafik planı. Xüsusi cihazlarda üfiqi vəziyyətə  və eyni 

miqyasa gətirilmiş fotoşəkilləri deformasiya olunmayan lövhə üzərinə 

yapışdırdıqda alınır. 



FOTOSFER  – ulduz (o cümlədən günəş) atmosferinin ən dərin və 

sıx təbəqəsi; Günəşin F.-nin qalınlığı 500 km-ə yaxın, temperaturu 

4500-6000

°C olub olduqca güclü işıq verir. F. Yer səthində gedən təbii 

proseslər üçün əsas enerji mənbəyidir. 

FOTOSİNTEZ  – Bitkilərin, yaşıl yosunların, bakteriyaların və 

fotosintez edən mikroorqanizmlərin vasitəsilə günəşin  şüa enerjisinin 

üzvi maddələrinin kimyəvi enerjisinə çevrilməsi. Bakteriyaların 

fotosintezi bakterioxlorofillər, yosunlar və ali bitkilərinki isə 

xlorofillərin iştirakı ilə gedir. F. sərbəst enerjinin artması ilə gedən və 

bilavasitə Yer kürəsi orqanizmlərini kimyəvi enerji ilə təmin edən vahid 

bioloji prosesdir. F. nəticəsində Yer kürəsində hər il 100 mlrd. ton üzvi 

maddə əmələ gəlir, 200 mlrd. ton CO

2

 mənimsənilir və 145 mlrd. tona 



qədər sərbəst O

2

 ayrılır. F. prosesində karbon qazı ancaq üzvi 



maddələrin tərkibinə daxil olduqdan sonra reduksiyaya uğrayır. 

FOTOSİNTEZEDƏN ORQANİZMLƏR  – sadə qeyri üzvi 

birləşmələrdən işıq enerjisinin hesabına mürəkkəb üzvi birləşmələr 

yaradan orqanizmlər F.o.-ə yaşıl bitkilər, yosunlar və  bəzi bakteriyalar 

daxildir. 



FOTOSİNTETİK AKTİV RADİASİYA (FAR) – fotosintez üçün 

bitkilərin istifadə edə bildiyi günəş enerjisinin bir hissəsi. Günəş 

şüalarının cəminin 50%-ə qədərini təşkil edir. 

FOTOTAKSİS  – ibtidai orqanizmlərin işığa doğru (müsbət F.) və 

əksinə (mənfi F.) hərəkəti. 



FOTOTROPİZM  – bitki orqanlarının hərəkət istiqamətinə  işığın 

təsiri. 


FÖVQƏLADƏ EKOLOJİ  VƏZİYYƏT  – insanların həyatı  və 

sağlamlığının, habelə  ətraf təbii mühitin qorunması  məqsədilə  zəruri 

təcili tədbirlərin həyata keçirilməsini tələb edən ekoloji təhlükəli 

vəziyyət. 



FREATİK SULAR  (yun. phrear - quyu)  – Yerin aşağı (dərin) 

qatlarındakı çatları  və kapilyarları dolduran yeraltı sular. Orada xırda 



Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin 

PREZİDENT   KİTABXANASI 



────────────────────────────────────────── 

197 


 

onurğasızların spesifik faunası yaşayır. 



FREATOBİOLOGİYA  – limnologiyanın bölməsi; freatik sularda 

həyatın ekoloji aspektlərini öyrənir. Termini K.Motain (1962) irəli 

sürmüşdür. 

FREATOBİONT – freatik suların məskunları. 

FREATOFİTLƏR (yun. phrear - quyu) – Qrunt sularının hesabına 

yaşayan bitkilər; dərin kök sisteminə (3-15 m) malik olurlar. Qara 

saksaul, dəvətikanı, kəvər F.-ə aiddir. 

FREONLAR – soyuducular – flüorlu doymuş karbohidrogenlərdir. 

Tərkibində xlor və  bəzən də brom olur. Ən geniş yayılanları 

diflüordixlormetan CF

2

 Cl



2

, flüortrixlormetan CF Cl

3

 

və 



diflüorxlormetan CHF

2

 Cl. Alışmayan, partlayıcı, rəngsiz, iysiz qaz və 



mayelərdir. Suda pis, üzvi həlledicilərdə yaxşı  həll olur, turşu və 

oksidləşdiricilərə qarşı davamlıdır. F. –dan sənayenin bir çox 

sahələrində istifadə olunur. Soyuducularda, kondisionerlərdə, lakların, 

rəng-boyaların, müxtəlif insektisidlərin və s. aerozol qablamalarında 

məhz F.-dan istifadə edilir. F. yuyucu olduqlarından kosmetikada, ərzaq 

məhsuları, dərman maddələri,boya və alovsöndürən qarışıqların 

hazırlanmasında istifadə edilir. F. az zəhərli maddələrdir, inert (təsirsiz) 

birləşmələrə aid olduğuna görə flora-fauna üçün zərərsiz sayılır və insan 

orqanizminə ziyan gətirmir. Lakin xarici mühitin yer səthinə yaxın 

sahəsində  kənar təsirlərə qarşı davamlı  və uzunömürlü olduqları üçün 

gec-tez hava cərəyanı ilə atmosferdə toplanır. Beləliklə, yer səthində bir 

çox təsirlərə  məruz qalan xlor-flor üzvi birləşmələr atmosferin ozonla 

zəngin qatında ultrabənövşəyi  şüalara qarşı tab gətirməyərək asanlıqla 

parçalanır. Stratosferdə  sərbəstləşən bir xlor molekulu on min ozon 

molekulunu tam məhv edir. Başqa maddələrə nisbətən F. ozonu 450-600 

dəfə çox dağıdır. 

Beynəlxalq cəmiyətlərin razılaşdırılmış gücü ilə 1990-cı illərdən 

sonra F.-ın istehsalı 2 dəfədən çox azalmışdır. Soyuducu texnika 

istehsalçıları freonların ozon üçün zərərsiz maddələrlə əvəz olunmasına 

başlamışlar. 

1996-cı ildən etibarən Rusiyanın «Biryusa» soyuducuları ozon qatına 

dağıdıcı  təsir göstərməyən yeni soyuducu agentlərdən istifadə edilərək 

buraxılır. 

FRİQANA  (yun. phryqanon - çırpı)  –  Əsasən Aralıq dənizi 

ölkələrində yayılmış efemerlər olan kserofit tikanlı kol və 

yarımkollardan ibarət  şiblək qrupu. Azərbaycan Respublikası üçün F. 

xarakterik deyil. Lakin dağətəyi zonada bitki örtüyünün məhv edilməsi, 

yamaclarda hədsiz mal-qara otarılması ilə  əlaqədar torpağın güclü 


Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin 

PREZİDENT   KİTABXANASI 



────────────────────────────────────────── 

198 


 

yuyulması  nəticəsində F. tipli şibləklər yaranır. Belə bitki qruplaşması 

əsasən arid meşələrin antropogen deqradasiyasının son mərhələsi sayılır. 

O, seyrək bozqır və yarımsəhra ot bitkisi fonunda tək-tək və qrup 

halında acılıq, gəvən, Pallas murdarçasından ibarət olur, bəzən orda-

burda ardıc, dağdağan, iydəyarpaq armud və saqqız ağacına da təsadüf 

edilir. 

FRUKTOZA  – meyvə    şəkəri, hektozlar qrupundan olan sadə 

karbohidratlar. Bitkinin yaşıl hissələrində, meyvələrdə, çiçək nektarında 

rast gəlinir. 

FTOR –təbiətdə təmiz halda rast gəlinməyən kimyəvi aktiv element. 

F.-un birləşmələri sənayedə (alüminium, sement) geniş istifadə olunur 

və havanı çirkləndirir. Ftorlu-hidrogen turşularının (ftoridlər) duzlarının 

yüksək konsentrasiyası olduqca toksikdir və orqanizmin fermentlərinin 

təsirini zəiflədir. Xroniki ftorid zəhərlənməsi insan skeletinin 

dəyişməsinə  səbəb olur. Sitomotologiyada ftoridlərdən diş kariyesinin 

profilaktikası vasitəsi kimi və az miqdarda diş pastalarına qatılır.  

FULVOTURŞULAR – humusun tərkibinə daxil olan maddələr. 

Durulaşdırılmış  qələvilərdə  həll olur, oksidləşdikdən  sonra məhlulda 

qalır. 

FUMİQANTLAR – zərərvericiləri və bitki xəstəliklərinin 

törədicilərini məhv etmək üçün istifadə olunan kimyəvi maddələr; nəfəs 

orqanlarına qaz və ya buxar şəklində daxil olaraq təsir göstərir. 

FUMİQASİYA  (lat. fumiqo – tüstü verirəm)  – Bitki xəstəlikləri 

törədicilərinə və zərərvericilərinə qarşı zəhərli buxar və qazlarla aparılan 

mübarizə  tədbiri. Anbar, istixana, parnik, kənd təsərrüfatı  məhsulları 

(taxıl, meyvə, tərəvəz və s.), bitkilər (üzüm, çay, sitrus bitkiləri), torpaq 

və s. F. edilir. F.-nın vaxtı, üsulu və effekti fumiqantlardan, F. 

obyektindən, həmçinin zərərverici və  xəstəliklərlə yoluxma 

dərəcəsindən asılıdır. 

FUNGİSİDLƏR  (lat. fungus - göbələk)  – Pestisidlər qrupundan 

olub fitopatogen göbələklərin törətdiyi xəstəliklərdən bitkiləri qorumaq 

üçün preparatlar. Öz kimyəvi təbiətinə görə F. qeyri-üzvi və üzvi 

birləşmələrə, həmçinin antibiotiklərə aid edilir. 200-ə  qədər F. 

məlumdur, onlardan 1500-dən çox preparat formaları  və 

kombinasiyaları buraxılır: isladıcı tozlar, emulsiya konsentratları, 

dustlar, tozlar, qarışıq suspenziyalar, pastalar və s. Təsirinə görə F. 

qoruyucu, müalicə edici olur. Ətraf mühitə  mənfi təsirindən çəkinmək 

üçün F.-dən istifadə olunma qaydalarına, xüsusən doza və vaxtına ciddi 

riayət edilməlidir. Bir çox ölkələrdə, o cümlədən respublikamızda F.-

dan istifadə olunması qanunla nizama salınır. 


Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin 

PREZİDENT   KİTABXANASI 



────────────────────────────────────────── 

199 


 

FUTUROLOGİYA (lat. futurum - gələcək) – geniş mənada – Yerin 

və bəşəriyyətin gələcəyi haqqında təsəvvürlərin məcmusu, dar mənada –

sosial proseslərin perspektivini əhatə edən elmi biliklər sahəsi, 

proqnozlaşdırma və proqnostikanın sinonimi. 



FÖN – dağlıq ölkələrdə, temperaturu xeyli yüksək və nisbi rütubəti 

alçaq, güclü və  bəzən  şiddətlənən küləklər. F. dağ silsiləsinin bir 

tərəfində hava təzyiqi yüksək, o biri tərəfində isə alçaq olanda baş verir. 

Hava yüksək təzyiq olan tərəfdən alçaq təzyiq olan tərəfə hərəkət edərək 

dağ silsiləsini aşır. Rütubətli hava yamac üzrə qalxdıqca onun 

temperaturu orta hesabla hər 100 m-də 0,5

° düşür. Azərbaycanda 

kermiç, qara yel, ağ yel adlanan külək F. tipli küləkdir. 

 


Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin 

PREZİDENT   KİTABXANASI 



────────────────────────────────────────── 

200 


 

 

GEN  (yun. genos - cins)  – nəyinsə  mənşəyinə, yaranmasına aidlik 

bildirən mürəkkəb sözlərin tərkib hissəsi (məs. hidrogen). 

GENEFOND  – Genlərin, populyasiya və ya növlərin tərkibi. G.-a 

əsasən növlər xüsusi qiymətli əlamətlərinə görə (forma, növmüxtəlifliyi 

və faydalı keyfiyyətləri) müəyyənləşdirilir. 

GENEKOLOGİYA, BİOSİSTEMATİKA  – heyvan və bitki 

sistematikasının bölməsi olub taksonları, xüsusilə ekotip və 

populyasiyaları, onların mənşəyini və genefondunu öyrənir. Öyrənilən 

heyvan və bitkinin məhz hansı valideyindən və daha uzaq əcdaddan 

əmələ gəlməsini sübut edən məlumat genetika və seleksiya işində böyük 

əhəmiyyətə malikdir. 



GENERATİV ORQAN – çoxalma vəzifəsini aparan orqan. 

GENETİK HOMEOSTAZ – populyasiyanın gen tərkibini daim 

saxlamaq qabiliyyəti və genofondun kəskin tərəddüdünə müqavimət 

göstərmək. 

GENETİKA  – orqanizmlərin irsiyyət və  dəyişkənliklərini öyrənən 

elm. G.-nın  əsas vəzifəsi orqanizmin fərdi inkişafını öyrənməklə  və 

insana lazım olan yeni orqanizm formaları yaratmaq məqsədi ilə onların 

irsiyyət və  dəyişkənliyini idarə etmək üsullarını  işləyib hazırlamaqdan 

ibarətdir. 

GENEZİS (yun. genesis) – mənşə, əmələgəlmə: daha geniş mənada 

törəməni və inkişafı müəyyən vəziyyətə, hala, formaya salan ardıcıl 

proseslər. 

GENOTİP  – orqanizmin bütün genlərinin məcmusu. Termini 

V.Yoqansen (1909) irəli sürmüşdür. 



GENOSİD  (yun. genos – nəsil və sid) – soyqırımı, növün, sortun, 

cinsin, irqin, millətin nəslini kəsmək cəhdləri. 



GEOANTİKLİNAL  Yer qabığının qalxması. Geosinklinal sistem 

daxilində uzun müddət mütləq və nisbi qalxan sahə. G.-ın uzunluğu yüz 

km-lə, eni on km-lərlə olur. Geosinklinalın tamamlanma mərhələsində 

G. qırışıq dağ qurğularının nüvəsini təşkil edir. Müasir G.-a Kuril 

adaları qövsünü, qədim G.-a isə Ural dağlarının ox hissəsindəki Uraltau 


Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin 

PREZİDENT   KİTABXANASI 



────────────────────────────────────────── 

178 


 

silsiləsini misal göstərmək olar.  



GEOBİONT, EDAFOBİONT  – demək olar ki, bütün ömrü boyu 

torpaqda yaşayan heyvanlar (soxulcanlar, köstəbəklər). G.-torpaq 

biosenozunun bir hissəsidir. 

GEOBİOSFER – quru daxilində olan biosfer qatı. 

GEOBOTANİKA  (yun. ge - yer)  –  fitosenologiya – bitki 

qruplaşmaları  və ya fitosenozları, onların tərkibi, quruluşu, biosenoloji 

mühitinin xüsusiyyətləri, məhsuldarlığı, istifadəsi və  dəyişdirilməsini 

öyrənən elm. Geobotanikanın obyekti fitosenozlar, onların yaratdığı 

bitki örtüyü sayılır. G. Fitosenozların morfologiyasını, onların biotik 

əlaqələrini, xüsusilə fitosenozların daxili mühitini (sinekologiya), tarixi 

inkişafını (senogeniya) və təsnifatını tədqiq edir. 

GEOBOTANİKİ  XƏRİTƏLƏŞDİRMƏ  – müxtəlif miqyaslı 

geobotaniki bitki örtüyünün xəritələrinin tərtibi. 1:5000-1:100 000 

miqyaslı geobotaniki xəritələşdirmə üçün çöl tədqiqatları 

(rekoqnossirovka, xətti taksasiya, geobotaniki profilləmə, geobotaniki 

çəkmə, «açar»” (test) metodundan istifadə edilir. Kiçik miqyaslı 

(1:5000000-1:4000000) xəritələr  ədəbiyyat materiallarının köməyi ilə 

tərtib olunur. G.x.-in ən məsuliyyətli və mürəkkəb hissəsi geobotanika 

xəritələrinin legendasını  tərtib etmək, yəni xəritəyə daxil olan 

ərazilərdəki bitki örtüyünün qısa təsvirini verməkdir. Geobotaniki 

xəritələr dəqiq iri miqyaslı – 1:5000-1:25 000, ümumiləşdirilmiş iri 

miqyaslı – 1:50000-1-200 000, orta miqyaslı – 1:300 000 - 1:1000000, 

xülasəli miqyaslı – 1:500 000-1:400 000, kiçik miqyaslı xülasəli – 

1:5000000 və daha kiçik olur. Geobotaniki xəritələr məqsədinə, 

tərtibinin prinsipinə görə universal, xüsusi aktual (müasir) bitki örtüyü, 

ilkin bitki örtüyü, indiqasiya, proqnoz, botaniki-təsərrüfat xəritələrinə 

bölünür. 



GEOBOTANİKİ 

ƏYALƏT 

– zonanın (yarımzonanın) 

tabeçiliyində olan geobotaniki rayonlaşdırma vahidi. 

GEODEZİYA – Yerin ölçülərini, formasını, qravitasiya sahəsini və 

səthindəki ölçmələri öyrənən elm. G.-nın materialları geobotanika və 

biosenologiyada geniş tətbiq olunur. 

GEOEKVİVALENT –təbii landşaftın yerində yaradılan antropogen 

lanşaftla mütənasibliyi, uyğun olması. (tərkibi, kütləsi, maddələr 



Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin 

PREZİDENT   KİTABXANASI 



────────────────────────────────────────── 

179 


 

mübadiləsinin intensivliyi və enerji göstəricilərinə görə). 



Download 3.98 Mb.

Do'stlaringiz bilan baham:
1   ...   18   19   20   21   22   23   24   25   ...   60




Ma'lumotlar bazasi mualliflik huquqi bilan himoyalangan ©fayllar.org 2024
ma'muriyatiga murojaat qiling