Ekoloji LÜĞƏt a


Download 3.98 Mb.
Pdf ko'rish
bet14/60
Sana14.02.2017
Hajmi3.98 Mb.
#384
1   ...   10   11   12   13   14   15   16   17   ...   60

DOLU – ilin isti dövründə topa yağış buludlarından dənə-dənə xırda 

buz halında düşən atmosfer yağıntısı. Ölçüsü 5 mm-dən 55 mm-ə qədər, 

bəzən daha çox (130 mm, kütləsi təqr. 1 kq) olur. Azərbaycanda ən çox 

Böyük və Kiçik Qafqazın dağətəyi və orta dağlıq zonasında müşahidə 

olunur. Kənd təsərrüfatına böyük ziyan vurur. Azərbaycanın bəzi dağlıq 

rayonlarında D.-ya qarşı mübarizədə artilleriya və raketlərdən istifadə 

edilir. 

DOMİNANT  (lat. Dominans – hakimlik edən) – fitosenozların 

müxtəlif yaruslarında üstünlük təşkil edən bitki növləri. Biosenozun 

əsas qatlarında üstünlük təşkil edən, yəni dominantlıq edən bitki növləri 

D., ikinci dərəcəli qatlarda üstünlük təşkil edən növləri isə 

subdominantlar adlanır. Fitosenozun hakim yarusunda yalnız bir D. 

varsa ona monodominant, fitosenozda bir neçə D. iştirak edərsə 

polidominant fitosenoz adlanır. D. fitokütlənin miqdarı, yaxud proyektiv 

böyüklüyünə görə hesablanır. D.-lar və subdominantlar fitosenozun əsas 

məhsulunu təşkil etdiyi üçün onlar mühityaradıcı rol oynayaraq çox 

mühüm  əhəmiyyətə malikdir. Biosenozların hesablanmasında D.-lar 

mühüm əhəmiyyət kəsb edir. 

DOMİNANT NÖV – Miqdarına və məhsuldarlığına görə yalnız özü 

və ya digər növlərlə birlikdə qruplaşmanın  əsasını formalaşdıran növ. 

Dominantlıq indeksi aşağıdakı düsturla hesablanır: 

 

D



1

 = n


1

/N 


⋅ 100 

 

burada n



1

-növün sayı: N biosenozda fərdlərin ümumi sayı. 



DOMİNANTIN AREALI – dominantlıq edən növün tutduğu areal. 

Növ formasiya yaradaraq onun coğrafiyasını müəyyənləşdirərsə arealın 

dominantlıq hissəsi, növ digər növlərlə birlikdə polidominant formasiya 

yaradırsa arealın kondominant hissəsi adlanır. D.a. xəritəsini tərtib 



Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin 

PREZİDENT   KİTABXANASI 



────────────────────────────────────────── 

118 


 

edərkən geobotaniki xəritələrdən istifadə edilir. 



DOMİNANTLIQ – (hakimlik etmək) – biosenogenez prosesində 

bəzi növlərin biosenozda hakim mövqe tutması  və biosenozun 

yaranmasında üstünlük təşkil etməsi. Növün dominantlığı onun hər 

hansı bir fitosenozda iştirakı  və sabitlik dərəcəsi funksiyasıdır. (üzvi 

maddənin kütləsi, fərdlərin sayı, proyektiv örtmə  dərəcəsi, rastlaşma 

dərəcəsi və s.). D. göstəricisi belə ola bilər: 







=

2



N

ni

D

(Odum, 1975) harada n



i

 – dominantlıq edən növlərin biokütləyə görə 

dominantlığının qiyməti, N – bütün növlərin biokütləsi. 

DOYMAMIŞ 

BİOSENOZLAR (Natamam biosenoz) – 

kasatlaşmış növ yığımına malik olan biosenoz; belə biosenoza heç bir 

çətinlik (əngəl) olmadan yad orqanizmlər daxil ola bilir. D.b.-a bütün 

aqroboisenozlar daxil olur, ziyanvericilərə tez yoluxur. (məs., kənd 

təsərrüfatında monokultura). D.b. yalnız daim insan qayğısı olduqda 

uzun müddət mövcud ola bilər. D.b.-ın zənginləşdirilməsində 

akklimatizasiya (iqlimləşdirmə) ən geniş yayılan üsullardan biri sayılır. 

DOYMUŞ BİOSENOZ (Tam biosenoz) – tam maksimum bitki və 

ya heyvan növlərinin yığımı olan və miqrantlar üçün yer olmayan 

biosenoz (ekvator tropik meşələri, mülayim zonanın təbii enliyarpaq 

meşələri). D.b. yüksək dərəcədə möhkəmliyi ilə səciyyələnir, bu adətən, 

yüksək məhsuldar klimaks ekosistemlər sayılır. Lakin onun ekoloji 

tarazlığı düzgün olmayan insan fəaliyyətinin təsirilə pozula bilər. 

(Saxara səhrası, Kürboyu tuqay meşəsinin yerində bataqlıq və ya 

şorlaşmış sahələr və s.). 



DOZA (TOKSİK)  –zərərli agentin minimum miqdarı orqanizmə 

daxil olarkən onun aşkar zəhərlənməsi ilə nəticələnir. 



DOZA (MÜTLƏQ, LETAL, ÖLDÜRÜCÜ) – zərərli agentin 

minimum miqdarı orqanizmə daxil olduqda (nəfəs yolu, qida ilə  və s.) 

mütləq ölümlə nəticələnir. 

DOZA (MÜMKÜN SAYILAN, DÖZÜLƏN)  – Orqanizmə  və ya 

onun qruplaşmasına daxil olduqda ona öldürücü təsir göstərməyən 

zərərli agentin maksimal miqdarı. Bu miqdar müəyyən vaxt üçün (saat, 


Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin 

PREZİDENT   KİTABXANASI 



────────────────────────────────────────── 

119 


 

gün və s.) də təyin oluna bilər. 



DÖVRÜ DƏYİŞİLMƏLƏR VƏ YA SUKSESSİYALAR – 

yaşayış mühitinin dövrü olaraq dəyişməsi ilə baş verən ekzodinamiki 

dəyişilmələr. Məs. qum səhrasının hərəkətdə olan relyefində  və çay 

subasarlarında. 



DÖVRİYYƏ SU TƏCHİZATI  – istehsalatda işlənmiş suyu dövri 

olaraq təmizləyib soyutduqdan sonra yenidən istehsalatın ehtiyacı üçün 

təkrar qaytarılması sistemi. Beləliklə, təmiz təbii suyun istifadəsinə 

qənaət olunur, həm də mühitin çirklənməsi azalır. D.s.t. su resurslarının 

səmərəli istifadəsi üçün ən prespektiv ekoloji istiqamətdir. 

DÖYƏNƏK (MAL-QARA) – Dırnaqlı  vəhşi və ya ev heyvanları 

tərəfindən güclü pozulmağa məruz qalmış bitki örtüyü; bəzən belə 

deqradasiyaya uğrayan sahələrdə  məməli heyvanlar tərəfindən az 

yeyilən tikanlı və zəhərli ot və kollar qalır. (bax: hədsiz otarma.). 



DREN – torpağın qrunt sularını toplayıb çıxarmaq və aerasiyasını 

yaxşılaşdırmaq üçün süni yaradılan yeraltı su yolu. D.-lər istifadəsinə 

görə quruducu, kollektor; konstruksiyasına və materialına görə isə 

borulu (gil, plastik kütlə, taxta və s.) boşluqlu (yarıqlı, yumşaq), 

doldurulmuş (çınqıl və s. ilə) olur. 

DRENAJ  (ing. Drain - qurutmaq) – Torpaqların qurudulması 

zamanı qurutma D.-ı, quraqlıq rayonlarda torpağın  şorlaşmasına qarşı 

mübarizə  məqsədi ilə duzsuzlaşdırma D.-ı, ağır gilli torpaqlarda qaz 

mübadiləsini qüvvətləndirmək üçün areasiya D.-ından istifadə edilir. 

Kənd təsərrüfatı torpaqlarının D.-ı 2 formada aparılır; üfüqi və  şaquli. 

Üfüqi D. açıq və qapalı olur. Açıq D. kanalları sahədə elə yerləşdirilir 

ki, tarlada kənd təsərrüfatı işlərinin mexanikləşdirilməsinə və müvəqqəti 

suvarma arxlarının çəkilməsinə maneçilik törətməsin. Torpaq itkisinə 

yol verməmək məqsədilə çox vaxt qapalı D.-dan istifadə olunur. 

Suvarılan sahələrdə D. kanallarının dərinliyi 2,5-3 m, drenajlar arası 

məsafə 200-800 m olur. 

D.-lardan binaları  və tikililəri qrunt sularının təsirindən qorumaq 

üçün də istifadə olunur. Bunlar suları toplayan və  kənara axıdan 

mühəndis sistemindən (kəhriz, quyu, yeraltı lağımlar və s.) ibarətdir. 

Tikinti  ərazisində yeraltı suların ümumi səviyyəsinin aşağı salınması 

(adətən yer səthindən 3-3,5 m dərində olmalıdır) lazımi effekt 



Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin 

PREZİDENT   KİTABXANASI 



────────────────────────────────────────── 

120 


 

vermədikdə, yerli D. sistemləri, yəni lay D.-ı, divaryanı D. və dairəvi D. 

tətbiq olunur. 

DUMAN – Havadakı su buxarının kiçik damlacıqlar, yaxud 

kristalcıqlar halında bilavasitə yerin səthi üzərində toplanması. Dumanlı 

havada görünmə məsafəsi 1 km və daha az olur (görünüş 1 km-dən artıq 

olduqda belə tutqunlaşma çən adlanır). D. yer səthinə yaxın hava qatının 

soyuması, yaxud isti suyun soyuq havaya buxarlanması  nəticəsində 

əmələ  gəlir. D. damcılarının orta böyüklüyü 0,02 mm-ə  qədər olur. D. 

yuxarı qalxdıqca bulud əmələ  gətirir. D.-nın seyrəlməsinə  və yox 

olmasına səbəb su damcılarının buxarlanması, yəni qaz halına 

keçməsidir. Havada toz, tüstü və elektrik hissəcikləri-ionlar olduqda D. 

daha sürətlə  və çox əmələ  gəlir. Sənaye müəssisələri çox olan böyük 

şəhərlərdə (o cümlədən Bakıda) daha tez-tez qalın D. olması bununla 

izah olunur. 



DURĞUN (AXMAZ) SU TUTARI – sugəliri və axımı olmayan 

sututarı. 



DURNALAR  (Gruidae) – durnakimilər dəstəsindən quş  fəsiləsi. 

Boynu və ayaqları uzun iri quşlardır. Hündürlüyü 90 sm-dən 155 sm-

dək olur. Azərbaycanda 1 növü (boz durna) məlumdur. D. Toxum, 

giləmeyvə, zoğ, həşərat, molyusk və xırda gəmiricilərlə qidalanır. D.-ın 

bəzi növlərinin nəsli kəsilmək üzrədir. 

DUSTLAR – tərkibinə  təsirsiz maddələr  əlavə edilən pestisidlər 

qarışığından ibarət tozşəkilli preparatlar (DDT, heksaxloran, piretrum və 

s.). D.-dan kənd təsərrüfatında müxtəlif zərərvericilər, bitki xəstəlikləri 

və alağa qarşı mübarizədə istifadə edilir. DDT istiqanlılara təsir edən 

orta dərəcədə zəhərli maddədir. İnsan və heyvan orqanizmində xroniki 

zəhərlənməyə səbəb olur; DDT çox davamlı maddə olub həmçinin ətraf 

mühitdə yığılıb qala bilir və təhlükə törədir. Bununla əlaqədar 1970 ildə 

bir çox ölkələrdə DDT-dən kənd təsərrüfatı bitkilərinin 

dərmanlanmasını qadağan  edən qərar qəbul edilmişdir. 

DUZ REJİMİ  – Biogeosenozun (senoekosistemin) torpağında 

duzların tərkibi və miqrasiyası. D.r.-ə kristal halındakı duzların 

gətirilməsi və əksinə, torpaq məhlulundan duzun çıxarılması, onun bitki 

və torpaq orqanizmləri tərəfindən istifadə olunması, töküntü vasitəsilə 

torpağa qaytarılması, duzların dövrü şaquli miqrasiyası, 


Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin 

PREZİDENT   KİTABXANASI 



────────────────────────────────────────── 

121 


 

torpaqəmələgəlmə prosesində duzların illüvial horzontlara aparılması, 

səthi və qrunt suları vasitəsilə, həmçinin ekspulverizasiya yolu ilə 

duzların aparılması aiddir. Mühitin çirklənməsi ilə də duz rejimi pozula 

bilər. 

DUZADAVAMLILIQ – Bitki və heyvanların duzlu mühitə davam 

gətirməsi qabiliyyəti. Bitkilərin duzadavamlılığı bir sıra mexanizmlə və 

adaptasiya yolu ilə  təmin olunur: hüceyrə  şirəsində osmos təzyiqinin 

qalxması (5-10 atm-dan 20 atm. və daha yuxarı) ilə torpaqdan yüksək 

konsentrasiyalı duzlar bitkiyə daxil olur, yarpaq tükcükləri və duz 

vəziləri ayırmaqla bitki toxumaları duzla tənzim olunur (məs. yulğun 

kolunda), yaxud toxumalarda su toplanır (məs. sukkulentlərdə), duzlu 

məhlul kök parenximləri tərəfindən sorulur. (məs. yovşanda). 

Bəzən artıq duzlar yarpaqları tökməklə tənzim olunur (məs. astra, cığ 

və s.). 


Xlorid duzlanması zamanı bitkilər  ətli (sukkulentlər olur), sulfat 

duzlaşmasında isə adətən ksemorf quruluşu alır. 



DUZLU GÖLLƏR – suyunun tərkibində 16-47% duz olan göllər. 

DUZLU SU – Duzun qatılığı 10q/l-dən artıq olan su; dəniz suyu. 

DÜNYA UĞRUNDA EKOFORM – 27 avqust 1986-cı ildə Varna 

şəhərində (Bolqariya) yaradılmış dünya ekoloji hərəkatı. Onun təşkili və 

bütün dünya xalqlarına və ölkələrinə müraciətnamə  qəbul olunması 

haqqında 32 ölkənin 88 alimi tərəfindən Deklarasiya irəli sürüldü. 

Həmin deklarasiyada qismən deyilir: “Bəşəriyyətin başı üzərində bu gün 

bomba asılmışdır – bu bəşəriyyətin məhvi deməkdir. Bu istilik nüvə 

bombasıdır. Lakin, az şiddətli olmayan başqası da var ki, hər gün 

qanımızda, sümüklərimizdə, hər bir canlı hüceyrədə alovlanır,son 

nəticədə hər iki bombanın fərqi yoxdur: bu Yer üzərində həyatın məhv 

olmasıdır. Nüvə bombası ildırım sürətilə olacaqdır. Ekoloji deqradasiya 

isə  təbiətə  qəsd etməkdir, bu da həyatın məhv olması deməkdir. Fərq 

yalnız vaxtın uzunluğundadır. Bəşəriyyətin məhv olması, yaxud 

qalması, Yer üzərində həyatın olması və yaxud planetimizin ölü səhraya 

çevrilməsi Sizdən, bizim özümüzdən, bizim ümumi evimizin 5 milyard 

sakinindən asılıdır.  Əl-ələ verib özümüzü və bütün bəşəriyyəti xilas 

etməliyik”. 



Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin 

PREZİDENT   KİTABXANASI 



────────────────────────────────────────── 

122 


 

DÜNYAGÖRÜŞÜ  – dünyada ümumiləşdirilmiş baxışların sistemi 

və onda insanın yeri; bu baxışlarla şərtləşən inamlar, ideyalar, dəyərlər. 



DÜZƏN MEŞƏLƏRİ  –  İqlim və meşəbitmə  şəraitini, həmçinin 

meşə örtüyünün xüsusiyyətlərini nəzərə alaraq Azərbaycan respublikası 

ərazisində düzən meşləri aşağıdakı  təsnifata bölünür (Əliyev, Xəlilov, 

1988): 


1. Rütubətli subtropik düzən meşələri (Lənkəran ovalığında). 

2. Yarımrütubətli subtropik düzən meşəsi (Qanıx-Həftaran vadisi). 

3. Dəniz iqliminin düzən meşəsi (Samur-Dəvəçi düzənliyi, Yalama 

meşəsi). 

4. Quru isti iqlimin düzən meşəsi (Kür-Araz ovalığında). 

5. Tuqay meşələri (Kürqırağı, Arazqırağı zona). 

Rütubətli subtropik düzən meşələrində  şabalıdyarpaq palıd, 

dəmirağac, qızılağac, xəzər lələyi, yalanqoz, məxməri ağcaqayın, 

azatağac bitir. 

Yarımrütubətli subtropik düzən meşəsində uzunsaplaq palıd, 

qızılağac, yalanqoz, ağyarpaq qovaq, adi qoz, vələs bitir. 

Dəniz iqlimi şəraitində düzən meşələri Samur-Dəvəçi düzənliyində 

(Yalama meşəsi) yayılmışdır. Bu meşələrdə uzunsaplaq palıd, iberiya 

palıdı, qafqaz vələsi, qarağac, ağyarpaq qovaq üstünlük təşkil edir. 

Fıstığa (bir yerdə), Sosnovski qovağına da rast gəlinir. 

Quru isti iqlim şəraitində meşənin qalıqlarına Qarabağ düzündə 

(Sultanbud meşəsi) rast gəlinir. Bu meşələrdə  əsas ağac cinsləri 

saqqızağac, uzunsaplaq palıd və qarağac sayılır. 

Tuqay meşələrində  ağyarpaq qovaq, söyüd, uzunsaplaq palıd, 

qarağac, saqqızağac, tut ağacı bitir. 



DÜZƏNLİK – Qurunun hamar, alçaq-hündürlük fərqləri az olan 

sahəsi: Dəniz səviyyəsindən aşağı (məs. Xəzəryanı) və ya 200 m-ə 

qədər hündürlükdə yerləşən D.-ə ovalıq, 200-500 m hündürlükdə 

yerləşən D.-lər yüksəklik, 500 m-dən yuxarı hündürlükdə olan yayla 

adlanır. Morfologiyasına görə D.-lər müxtəlifdir. Mailliyi olmayan və 

ya azacıq mail olan D.-ə üfiqi D. deyilir; bir tərəfə xeyli meylli olan D. 

mail D. meyli hər tərəfdən mərkəzə olan D. batıq D., mərkəzi hissəsində 

kənarlarına doğru meylli olan D. qabarıq D. adlanır. Mənşəyinə görə də 

D-lər müxtəlif olur: 1) Allüvial D.-lər (və ya ovalıqlar) – çayların 


Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin 

PREZİDENT   KİTABXANASI 



────────────────────────────────────────── 

123 


 

akkumulyativ fəaliyyəti nəticəsində  əmələ  gəlir. (məs. Kür-Araz 

ovalığı). 

2)  İlk D.-lər epeyrogenik hərəkət nəticəsində  dəniz dibinin 

qalxmasından əmələ gəlmişdir. (məs. Qərbi-Sibir ovalığı). 

3) Flüvioqlyasial D.-lər həm dördüncü dövrdə, həm də müasir 

dövrdə buzlaqların əriməsindən hasil olan suyun apardığı və buzlaqdan 

uzaqda-dağ  ətəklərində çökdürdüyü süxur qırıntılarından  əmələ  gəlir 

(Qusar mail D.). 

4) Göl D-ri gölün dibini lil basıb doldurması nəticəsində əmələ gəlir. 

5) Hündür olan dağlıq sahələrdə arid iqlim şəraitində bir tərəfdən 

fiziki aşınma məhsullarının çökək yerləri doldurması, digər tərəfdən 

həmin aşınma nəticəsində hamarlanan və alçalan sahələrdə D.lər əmələ 

gəlir ki, bunlara plato və ya yayla deyilir. 

6) Vulkanik yayla – yer qabığının yarıqlarından maqmanın-lavanın 

çıxıb geniş sahədə relyefin alçaq yerlərini doldurması nəticəsində əmələ 

gəlmişdir. 

DÜZQANADLILAR  (Orthoptera) – həşəratlar sinfinin bir dəstəsi. 

Dünyada 20 minə yaxın, Azərbaycanda 181 növü məlumdur. D.-ın 

əksəriyyəti bitkiyeyən, digərləri yırtıcı  və  hər  şey yeyəndir. Bəziləri 

kənd təsərrüfatı bitkilərinin təhlükəli zərərvericilərdir; kütləvi çoxaldığı 

illərdə  əkinlərə, biçənəklərə  və otlaqlara, bəzən də  ağac və kollara 

böyük zərər vurur. Ən çox təhlükəli olanlar çəyirtkəkimilərdir. Zərərli 

D.-a qarşı kimyəvi, aqrotexniki və b. üsullarla mübarizə aparılır. 

 

 



 

 

 



 

 

 



 

 

 



Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin 

PREZİDENT   KİTABXANASI 



────────────────────────────────────────── 

124 


 



EBENA FƏSİLƏSİ (Ebenaceae). 

Xurma cinsi (Diospyros). Bu cinsə daxil olan növlərdən biri qafqaz 

xurması Azərbaycanda təbii halda yayılmışdır, qalan 2 növ isə 

introduksiya edilərək becərilir. 

Qafqaz xurması  və ya adi xurma (D.lotus) – Lənkəran-Astara və 

Böyük Qafqazda dağətəyi meşə massivlərində dağ yamaclarında bitir. 



Yapon xurması (D.kaki) – təbii halda Yaponiyada və Çində yayılıb. 

Azərbaycanda mədəni halda becərilir. 



EDAFİK AMİLLƏR – Canlı orqanizmlərin həyatına və 

yayılmasına təsir göstərən torpaq şəraiti. Torpağın su, hava və 

temperatur rejimi, onun kimyəvi tərkibi və strukturu E.a.-rə daxildir. 

EDAFİK BİTKİ FORMASİYASI  –  əsasən torpağın xarakteri ilə 

əlaqədar yaranan bitki formasiyası. 



EDAFİK FAKTOR – torpağın xüsusiyyətləri ilə  təyin olunan 

faktor. 


EDAFİK  İRQ  – substrat (torpaq) faktorlarının təsiri altında 

xüsusiyyətlər yaranan irq. 



EDAFİK KLİMAKS  – pedoklimaks –iqlim və  təkamül 

səbəblərindən başqa ekosistemin son (final), nisbi davamlı inkişaf 

fazası, həmçinin torpaq şəraiti ilə müəyyən edilir (nəzarət edilir). 

EDAFİK MÜHİT, BİOKOS MÜHİT – torpaq mikroorqanizmləri, 

bitkilər və heyvanlar üçün əsas faktor kimi. 



EDAFİK ŞƏRAİT – bax: torpaq şəraiti. 

EDAFON – torpaq orqanizmlərinin cəmi. 

EDASFER, FİTOSFER (yun. Edaphos – torpaq və spharia - kürə) 

– Ayrılıqda götürülmüş orqanizmi əhatə edən sahə; orqanizm öz həyat 

fəaliyyəti prosesində ora təsir göstərərək xüsusi iqlim (ekoiqlim) 

yaradır. Ali bitkilərin edasferi fillosfer, nikropodium və rizosferaya 

bölünür. Ağacda quş  və ya dələ yuva qurarsa onun ətrafında yuvanın 

mikroedasferi yaranır. 



EDATOP  (yun. Edaphos – torpaq və topos - yer) – torpağın 

yaratdığı mühit şəraitinin cəmi. 



Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin 

PREZİDENT   KİTABXANASI 



────────────────────────────────────────── 

125 


 

EDİFİKATOR NÖVLƏRİN YIĞIMI  – biosenozun strukturunu 

(nüvəsini) müəyyənləşdirən növlərin xarakterik tərkibi. 



EDİFİKATORLAR  (lat. Aedificator - qurucu) – fitosenozun 

əsasını təşkil edən bitki növləri. Məs., fıstıq meşəsində fıstıq, yovşanlıq 

yarımsəhrasında isə yovşan edifikatordur. E. fitosenozda üstünlük təşkil 

edib, mühitin yaranmasında və  dəyişilməsində mühüm rol oynayır, 

fitosenozda rast gələn digər bitki növlərini öz mühitinə tabe edir. E.-ın 

yaratdığı mühitə uyğunlaşmayan növlər isə  sıradan çıxır. E. həmin 

fitosenozda məhsuldarlığın 60-70%-dən çoxunu təşkil edir. 

EDİFOEKOLOGİYA – bax. Ekopedologiya. 

EFEMER ÇAY – yalnız müəyyən mövsümdə yağışlar zamanı  və 

qar  əriyəndə yatağı su ilə dolan çay; qalan vaxtlar quruyur və ya bir-

birindən aralı kiçik su qalıqları görünür. 

EFEMERLƏR (yun. ephemeros – bir günlük) – səhra, yarımsəhra, 

bozqır və düzən sahələrin ekoloji şəraitinə uyğunlaşmış, vegetasiya 

dövrü qısa olan birillik bitkilər qrupu. Yazda və payızda torpaqda 

nəmlik çox olduqda E. inkişaf edib çiçəkləyir və toxum verir, quraqlıq 

düşdükdə isə quruyub sakitlik mərhələsinə keçir. Belə  həyat tərzi 

olanların kserofit hala keçməsinin qarşısını alır. Ona görə də E. mezofit 

və ya ksero-mezofit qrupa daxil olur. E. iki qrupa bölünür: tipik E. və 

qış E.-i. Tipik E.-in (tipik mezofitlər) toxumu yazda cücərir və 

vegetasiyasını 1,5-2,5 ay ərzində başa çatdırır. Qış E.-inin toxumları 

payızda cücərdiyi üçün vegetasiya dövrü uzun çəkir (bütün qışı və yazın 

əvvəli). E.-in təsərrüfat  əhəmiyyəti böyükdür. E. qış otlaqlarında 

(Qobustan, Ceyrançöl, Acınohur və s.) yem bazasının əsasını təşkil edir. 



EFEMEROFİTLƏR – akklimatizasiyaya qadir olmağa 

uyğunlaşmayan kənardan gətirilən bitki növləri. 



EFEMEROİDLƏR – İllik vegetasiyasını  qısa müddətdə (payızdan 

yaza kimi) başa vuran və yerüstü hissəsini yayda quruyub məhv olan 

çoxillik ot bitkiləri qrupu. Yeraltı hissəsi (kök yumruları, soğanaq və 

kökümsov) ilin çox hissəsini sakitlik halında keçirir və bir neçə il qalır. 

Quraqlıq E.-i səhra, yarımsəhra və bozqırlarda bitərək, həmin 

regionlarda otlaqların  əsas yem bitkisidir. E.-ə  həm də kifayət qədər 

rütubətli meşə və subalp (alp) zonalarında rast gəlinir. Onlar əsas meşə 

və subalp bitkiləri inkişafa başlayanadək öz vegetasiyasını tamamlayır. 



Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin 

PREZİDENT   KİTABXANASI 



────────────────────────────────────────── 

126 


 

Bütün E. vegetativ çoxalır. Onların  əksəriyyəti otlaq yemi kimi 

təsərrüfat  əhəmiyyətinə malikdir, həmçinin dekorativ gülçülükdə 

istifadə edilir (lalə, nərgiz və digər zanbaqkimilər). Zəfəran bitkisi də 

efemeroidlərə aiddir. 

EFFEKTİV ATMOSFER ÇÖKÜNTÜLƏRİ – atmosfer 

çöküntülərinin torpaqda qalan (axıb getməyən) və bitki tərəfindən 

istifadə oluna bilən hissəsi. 

EFFEKTİV TEMPERATURUN CƏMİ – bitkilərin vegetasiya 

dövrünü başa vurması  və ya heyvanların yumurtadan (və ya kürüdən) 

yaşlı fərdə çatması üçün həyat siklini keçməyə sərf olunan ümumi istilik 

miqdarı. 



EFFUZİV SÜXURLAR – lavanın yer səthində soyumasından 

əmələ  gələn süxurlar. E.s.-ın mineraloji tərkibi üçün vulkan şüşəsinin, 

iri kristalların və porfirəbənzər möhtəvilərin olması xarakterikir. 

Azərbaycanda E.s. Kiçik Qafqazın mərkəzi və  şimal-şərq hissəsində 

çoxdur. 

EFİRYAĞLI BİTKİLƏR – çiçək, yarpaq, kök və s. orqanlarından 

efir yağı almaq üçün becərilən bitkilər. E.b.-in vətəni, əsasən tropik və 

subtropik ölkələrdir.  Əksəriyyəti birillik və çoxillik otlardır. Həmçinin 

yarımkol, kol və  ağaclar da var. E.b. ətriyyat, kosmetika və yeyinti 

sənayesi üçün lazım olan efir yağlarının alınmasında, həmçinin tibbdə, 

baytarlıqda, kulinariyada geniş istifadə olunur. Azərbaycanda 800-dən 

çox E.b. məlumdur. 300-ə yaxın növü istifadəyə yararlıdır. 

Azərbaycanda sənaye miqyasında Zaqatala efir yağı zavodunda 100 ha 

sahədə qızılgül, Abşeronda (Bilgəh) 116 ha sahədə zəfəran əkilir. 


Download 3.98 Mb.

Do'stlaringiz bilan baham:
1   ...   10   11   12   13   14   15   16   17   ...   60




Ma'lumotlar bazasi mualliflik huquqi bilan himoyalangan ©fayllar.org 2024
ma'muriyatiga murojaat qiling