Ekoloji LÜĞƏt a
MODİFİKASİYALAR (biologiyada)
Download 3.98 Mb. Pdf ko'rish
|
MODİFİKASİYALAR (biologiyada) – xarici mühitin dəyişilməsinin təsirindən orqanizm əlamətlərinin (fenotipinin) qeyri-irsi dəyişiklikləri. M.-ı törədən xarici mühit amilləri (temperatur, işıq, qida rejimi və s.) orqanizmin daxili mühitinə (məs. hormonlar səviyyəsində) təsir etməklə ontogenezin gedişini dəyişir. M. mühit amilinin dəyişilməsinə qarşı bir qayda olaraq orqanizmin adaptiv reaksiyası kimi meydana çıxır. Məs. göl oxyarpağının yarpaq forması onun yerləşdiyi yerdən asılıdır: sudan yuxarıda yarpaqlar oxvarı, suyun səthində ürəkvari, suyun altında isə lentşəkilli olur. Bəzən qeyri-adaptiv M. eybəcərlik şəklində meydana çıxır. Mutasiyadan fərqli olaraq M. nəslə keçmir, yalnız onu törədən amilin təsirinə məruz qalan orqanizmlərdə
Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin PREZİDENT KİTABXANASI ────────────────────────────────────────── 318
təzahür edir. MODİFİKATORLAR (lat. modifico - dəyişdirirəm) – orqanizmdə struktur – funksional dəyişikliklərə səbəb olan ətraf mühit faktorları (bəzi kimyəvi pestisidlər, ağır metallar və s.).
Məsələn: mikrofitosenoz (Lavrenko, 1959), mikroassosiasiya (Qrosheym, 1929), mikroqruplaşma (Yaroşenko, 1961). Bitkiliyi əmələ gətirən xırda sahələr bitki örtüyünün quruluş xüsusiyyətlərinə görə fərqlənir və mikrosenozlar əmələ gətirir. Fitosenozların eyni quruluşda olması onların daha xırda quruluşda ayrılması mozaiklik adlanır. Mozaikliyin olması müxtəlif səbəblərlə bağlıdır. İnsan fəaliyyətinin nəticəsində də mozaiklik yarana bilir. MOLEKULYAR BİOLOGİYA (lat. moles – kütləvi Cula – kiçiltmə şəkilçisi) – bioloji obyekt və sistemləri molekulyar səviyyədə öyrənməklə həyat fəaliyyəti hadisələrinin təbiətini aydınlaşdıran elm. İrsiyyət, çoxalma, böyümə, inkişaf, oyanma, qıcıqlanma, enerjinin çevrilməsi, yaddaş və s. əlamətlərin bioloji vacib molekulların quruluş və xassələri ilə necə və nə dərəcədə əlaqədar olmasını müəyyən etmək M.b.-nın başlıca vəzifəsidir. M.b. genetika, biokimya, fiziologiya elmlərinin ilkin məlumatları əsasında inkişaf tapmış və biofizika, bioüzvi kimya, biokimya ilə əlaqədə olan elm sahəsidir. MOLİSMOLOGİYA (yun. molysma – çirkab və loqiya) –tətbiqi ekologiyanın bölməsi; ətraf mühitin çirklənməsi problemləri ilə məşğul olur. Termin M.Fonten (1972) tərəfindən irəli sürülüb “miazmologiya” termininə yaxındır. MONİTORİNQ (ing. monitoring, lat. monitor) – yad edici, nəzarət edici) – Ekosistemin (ekoloji M.) və biosferin (biosfer M.) dəyişilməsi üzrə yerinə yetirilən uzunmüddətli kompleks müşahidələr və eksperimentlər sistemi. Xüsusi stansiyalarda (o cümlədən hidrometeoroloji) və biosfer qoruqlarında yerinə yetirilir. M. antropogen təsir altında olan biosferin və onun ayrı-ayrı elementlərinin vəziyyətinin dəyişməsinə qiymət vermək və onu proqnozlaşdırmağa yönəldilir. M.-in vəzifəsi biosferin davamlığının zəifləməsi və bioloji məhsuldarlığının azalmasına səbəb olan mümkün antropogen yükün həddinin aşmasını
Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin PREZİDENT KİTABXANASI ────────────────────────────────────────── 319
vaxtında aşkar etməkdir. Ekosistemin miqyasına görə lokal M., regional M. və qlobal M. ayrılır. İnsan fəaliyyətinin təsiri ilə biosferin lokal dəyişməsi ayrı-ayrı bitkilərin fizioloji vəziyyətinin bilavasitə ölçülməsi yolu ilə aparılır: Regional M.-də əsas obyekt bitki populyasiyası, fitosenoz və bitki qruplaşmasının tipi hesab olunur, bitki örtüyünün növ zənginliyi, quruluşu və sahəsinin dəyişməsi aşkar olunur. Qlobal M.-də geniş ekosistemlərin dəyişməsi distansion və avtomatik müşahidə metodları (həmçinin aero və kosmik fotoşəkilçəkmək) ilə yerinə yetirilir. M. sistemi ekoloji proqnozlaşdırma üçün ilkin məlumatlar əldə edir. Ətraf mühitin çirklənməsinin öyrənilməsində də M. intensiv inkişaf edir. Bioloji monitorinq – təbii mühitin müşahidə elementi kimi onun biotası götürülür. Genetik monitorinq – bu monitorinqdə müxtəlif populyasiyaların genetik əlamətləri müşahidə olunur. Geofiziki monitorinq – bu monitorinqdə təbii mühit elementlərinin bütün strukturları (biota itisna olmaqla) üzərində müşahidə aparılır. Beynəlxalq monitorinq – əraziləri eyni mənbədən eyni tipli çirkləndiricilərin təsirinə məruz qalan dövlətlərin apardığı monitorinq. Milli monitorinq – yalnız bir dövlətin çərçivəsində və marağında həyata keçirilən monitorinq. Ekoloji monitorinq – təbii mühitin müşahidə elementi kimi ekosistem götürülür. MONODOMİNANT EKOSİSTEM (yun. monos - bir) – bir produsent növündən ibarət ekosistem. MONOFAQLAR – yalnız bir eyni bitki və ya heyvanın biokütləsi, yaxud ölü kütləsi ilə qidalanan heyvanlar (orqanizmlər). Monofaqların trofik əlaqələri olduqca davamlı olub əsasən dözümlü ekosistemlərdə, o cümlədən səhra iqlimində yayılmışdır. Məs. ipəkqurdu yalnız tut yarpağı ilə qidalanır.
əmələ gəlməsi. Üzvi aləm təkamülünün əsas prinsipi. MONOKARP BİTKİLƏR – bir dəfə çiçək açıb, meyvə verdikdən sonra məhv olan bitkilər. Bütün birillik və ikiillik bitkilər, çoxillik bitkilərdən aqava, bambuk və palmanın bəzi növləri M.b.-ə aiddir.
Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin PREZİDENT KİTABXANASI ────────────────────────────────────────── 320
MONOKLİMAKS KONSEPSİYASI – bu konsepsiyaya görə istənilən təbii zonada yalnız bir klimaks mümkündür, onun istiqamətində yavaş getsə də bütün qruplaşmalar inkişaf edir.
bitkisi; bir tarlada eyni bitkinin və ya eyni növün növbəli əkin sistemi nəzərə alınmadan uzun müddət (illər boyu) becərilməsi. Bir qayda olaraq M. mənfi ekoloji və iqtisadi nəticələrə səbəb olur. MONOQAMİYA (heyvanlarda) (yun. gamos - evlilik) – erkək və dişi cinslər arasında əlaqə. Vəhşi qazlarda M. bir mövsüm,bəzi ördəklərdə yuva quranadək, canavar, tülkü, qunduzda və s. adətən bir mövsüm, meymunlarda isə bir neçə il davam edir. MORENLƏR (fr. moraine) – buzlağın gətirdiyi və çökdürdüyü süxur qırıntılarıdır. M. iki qrupa bölünür: hərəkətdə olan M. və çökmüş M. Dağ buzlaqlarında hərəkətdə olan M. üst, daxili və dib M.-nə bölünür. Üst M. dərənin yamaclarında buzlağın üstünə tökülən süxur qırıntılarıdır. Adətən üst M. buzlaq dilinin yanlarında toplanır və yan M. adlanır. Buzlaqlar bir-birinə qarışdıqda onların yan M.-i birləşib aşağıda, buzlaq dilinin ortasında orta M. əmələ gətirir. Buzlağın üstünə tökülmüş qırıntıların bir hissəsi yarıqlardan buzlağın içərisinə batır və daxili M. əmələ gətirir. Buzlağın altında, buzlağın hərəkəti zamanı yataqda qoparılmış qırıntılardan dib M. əmələ gəlir. Çökülmüş M. buzlaqlar çəkildikdən sonra onun yerinə qalan müxtəlif qırıntı materiallarından əmələ gəlmiş moren örtüyündən və moren tirələrindən ibarətdir. Bunların arasında, buzlaqların qarşısında çöküb qalmış süxur qırıntılarından ibarət tərələr xüsusi yer tutur və onlar uc M. adlanır. Moren materiallarının qeyri- bərabər çökməsi, habelə buzlaqların yeri eşib dağıtmasından alçaq- hündür, təpəlik-düzənlik relyef əmələ gəlir ki, belə relyefə moren relyefi və ya moren landşaftı deyilir. MORFOGENEZ –ONTOGENEZ və ya filogenez nəticəsində orqanizmlərdə morfoloji quruluşun inkişafı prosesi. MORFOİQLİM ZONASI – relyefəmələgətirən proseslərin xüsusiyyətinə görə ayrılan təbii zona. MORFOLOGİYA (bitki və heyvan) – bitki və heyvan orqanizmlərinin forma və quruluşu haqqında elm. Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin PREZİDENT KİTABXANASI ────────────────────────────────────────── 321
MORFOLOJİ EKOLOGİYA – ekologiyanın bölməsi olub orqanizmin məskunlaşma yerinin şəraitindən asılı olaraq orqan və onun strukturunun quruluşu qanunauyğunluqlarını öyrənir.
(modifikasiya) olmayıb, xarici mühitin həmin növ üçün ekstremal və ya adi olmayan faktorlar ilə (şüalanma, kimyəvi maddələrin təsiri və s.) baş verən dəyişkənlik. Növ üçün xarakterik olmayan eybəcərlik sayılır. MORFOKLİMAKS – relyef və onun inkişafından asılı olan klimaks. MÖVSÜM – ilin bir neçə ay davam edən hissəsi. Astronomik, sinoptik, iqlim, yaxud fenoloji əlamətlərə görə ayrılır. Sinoptik M.-lərin başlama vaxtı çox müxtəlifdir. Bəzən ili isti və soyuq M.-lərə bölürlər. İqlimşünaslıqda M.-lərin sayı və vaxtı astronomik M.-lərlə uyğun gəlmir. Mülayim qurşaqda iqlim M.-ləri (qış, yaz, yay, payız), əsasən termik əlamətlərə, tropik iqlimdə isə rütubətlənməyə (quru və rütubətli M.-lər) görə ayrılır.
süxurun donması. MÖVSÜMİ RİTMLƏR – Fitosenozu əmələ gətirən növlərin fenoloji fazaların əvəz olunduqca mövsümi dəyişgənliklərə uğrayır. Bax: Aspekt.
olunan üzvi və qeyri-üzvi mənşəli materiallar. MULÇALAMAQ – torpaqdan buxarlanmanı zəiflətmək, onun temperaturunu nizamlamaq, torpaq strukturunu dağılmaqdan qorumaq və alaq otlarının cücərtilərilə mübarizə aparmaq məqsədilə torpaq səthinin müxtəlif materiallarla (mulça ilə) örtülməsi. M. məqsədilə mulça kağızı, tol, karton, xırda peyin, saman, daş qırıqları və s.-dən istifadə edilir. MUMİYA, MUMİYƏ – qaya və dağ çatlarından sızan bioloji mənşəli, qatranaoxşar, balzam iyli təbii maddə. Himalay dağlarında, Ərəbistan, İran,Birma, Orta Asiya, Qafqaz, Sibir və başqa ölkələrdə təsadüf edilir. Tərkibində çoxlu üzvi və qeyri-üzvi maddə, hippur və benzoy turşuları, aminturşular, qatran, mum, kitrə və bitki qalıqları olur. 2000-ildən artıqdır ki, xalq təbabətində istifadə edilir. Azərbaycan xalq Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin PREZİDENT KİTABXANASI ────────────────────────────────────────── 322
təbabətində də M.-nın müalicəvi xassələri hələ qədimlərdən məlum idi. M. sümük toxumalarının regenerasiyasını gücləndirir, vərəm, astma, bəzi yaralar və s.-nin müalicəsində işlədilir. Meyitlərin və müqəddəs heyvanların cəsədlərinin mumiyalanması Qədim Misirdə geniş yayılmışdır. Pazırık kurqanlarında (Altay) e.ə 5-4 əsrlərdən qalan mumiyalanmış meyitlər aşkar edilmişdir.
birinə qarşı öz istiqamətini dəyişən hava axını. M.-un dəyişməsi ilə əlaqədar olaraq eyni zamanda kəskin quru, az buludlu hava rütubətli, yağışlı hava ilə (və ya əksinə) əvəz olunur. MUTAGEN FAKTORU –bilavastə və ya vasitəli genetik mutasiya əmələ gətirən faktor. MUTAGENEZ – irsi dəyişkənliklərin yaranması prosesi; fiziki, kimyəvi (süni) və təbii (sponton) amillərlə meydana gəlir. İonlaşdırıcı şüaların mutagen təsirinin öyrənilməsi göstərmişdir ki, bütün tədqiq olunan müxtəlif orqanizmlərdə onlar çoxlu miqdarda gen mutasiyalar və xromosom dəyişilmələri əmələ gətirir ki, bu da yəni indiksion mutasiyaların tezliyi əsas etibarilə radiasiyanın dozasından asılıdır. İonlaşdırıcı şüalar gen mutasiyaların tezliyinə nisbətən xromosom dəyişilmələri spontan arasında olduğundan xeyli çoxdur. Fiziki mutagenlərə ionlaşdırıcı şüalardan başqa ultrabənövşəyi şüalar da aiddir. Bu şüalar atomları ionlaşdırmır, onların yalnız elektron təbəqələrini oyadır və hüceyrədə kimyəvi reaksiyalar yaradır ki, bunun da nəticəsində mutasiya törəyir. Kimyəvi mutagenlər üçün də gen mutasiyaları və xromosom dəyişilmələri törətmək xarakterikdir. Süni yolla mutasiya törətməyin üsullarının işlənməsi mutagenləri tətbiq etməklə seleksiyanı xeyli sürətləndirmək imkanları açmışdır ki, bu da seleksiyaçıya seçmə üçün başlanğıc material verir; bir çox yüksək məhsuldar kənd təsərrüfatı bitki sortları, qiymətli mikroorqanizm ştampları yaradılmışdır. Bu məqsədlə seleksiyada kimyəvi mutagenlər və supermutagenlər böyük müvəfəqiyyətlə tətbiq edilir. Bitkilərin seleksiyasında süni yolla salınmış poliploid mutasiyalardan istifadə olunur.
və kimyəvi amillər ətraf mühitin antropogen çirklənməsi nəticəsində Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin PREZİDENT KİTABXANASI ────────────────────────────────────────── 323
çoxlu miqdarda M. toplanır. M.-rə bir çox pestisidlər, azot gübrələri (nitritlər), ağır metallar, bəzi dərmanlar, radioaktiv maddələr, viruslar, bakteriyalar və s. aiddir. MUTALİZM – müxtəlif növdən olan iki orqanizmin uzun müddət qarşılıqlı faydalı birgə yaşaması. MUTANTLAR – dəyişkənlik nəticəsində meydana gələn və hər hansı əlamətə görə normal tipdən fərqlənən, irsiyyətcə dəyişmiş orqanizm formaları. M. təbii seçmədə ilk material sayılır. Məhsuldarlığın artırılmasında və süni mutagenezin nəzəri məsələlərinin həllində mutantlardan geniş istifadə edilir.
genlərin bir allel vəziyyətdən başqa vəziyyətə keçməsi, xromosomların sayının və quruluşunun dəyişilməsini birləşdirməklə qəflətən başverən davamlı (sabit) dəyişkənliklər. Generativ hüceyrələrdə baş verən M. (generativ M.) irsən nəslə keçir, çoxalmada iştirak etməyən bədən hüceyrələrində əmələ gələn M. (somatik M.) genetik alabəzəkliyə (mozaikliyə) səbəb olur. M. orqanizmin morfoloji, fizioloji və biokimyəvi əlamətlərinə toxunur. M.-ı adətən fenotipə görə deyil, genetik aparatın dəyişilmə xarakterinə görə təsnifləşdirirlər. Bu baxımdan M.-ı aşağıdakı tiplərə ayırırlar: 1) Xromosom sayının dəyişilməsi, yaxud genom M-ı; 2) ayrı-ayrı xromosom sayının dəyişilməsi, yaxud aneuploidiya; 3) Xromosom yerdəyişmələri (yaxud seqment M.-ı); 4) Gen yaxud nöqtəvi M.-ı. Hər bir növ üçün müəyyən xromosom yığımı xarakterikdir. MÜBADİLƏ REAKSİYASI – torpaqda və suda gedən ionların mübadiləsi reaksiyası. Maddələr məhlulu ilə orqanizmlər (xüsusilə onların kökləri), həmçinin torpaq məhlulu ilə torpağın bərk hissəcikləri (mikroaqreqatları) arasında ilk vəziyyətinə qayıtmaq prosesidir. Torpaqəmələgəlmə prosesində və orqanizmlərin maddələr mübadiləsində böyük əhəmiyyəti vardır.
işləri qaydaya salınan, yaxud qadağan olunan landşaft. MÜHAFİZƏ OLUNAN TƏBİİ OBYEKTLƏRİN KADASTRI – mühafizə əhəmiyyəti olan bütün ərazilərin və obyektlərin sistemləşdirilmiş məlumatlarının məcmusu. Bura əsas kadastr
Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin PREZİDENT KİTABXANASI ────────────────────────────────────────── 324
göstəriciləri, həmçinin onların ayrıldığı tarix, obyektin mühafizə olunma dərəcəsi və s. göstərilir.
mexaniki, kimyəvi mexanizmi ilə özünü düşməndən və ətraf mühitin mənfi təsirindən müdafiə etməsi.
M.z. insanın təsərrüfat və texniki fəaliyyətinin qoruğa daxil olmasının qarşısını alır. Respublikamızın qoruqlarının əksəriyyətində belə M.z. yoxdur.
MÜHİT – bax: ətraf mühit. MÜHİT HORMONLARI – metabolitlər, xarici hormonlar, ekzokrinlər-orqanizmlərin fəaliyyəti prosesində, həmçinin heyvan, bitki və mikroorqanizmlərin parçalanması (çürüməsi) nəticəsində ətraf mühitə ayrılan üzvi maddələr. Bu maddələr ətraf mühit vasitəsilə canlı sistemə korelyativ təsir göstərir.
fiziki-kimyəvi faktorları. L.Q.Ramenskiyə (1938) görə fizioloji təsir edən M.R. (atmosferdə-işıq, istilik, qaz və havanın nəmliyi; torpaqda – su, istilik, torpaq – hava rejimi və torpaq məhlulunun rejimi) və entopik şərait (relyef, torpağın mexaniki tərkibi, yağmurlar, havanın hərəkəti və s.).
MÜHİTİN AKTİV REAKSİYASI, HİDROGEN GÖSTƏRİCİSİ – mühitdə (torpaq, su) hidrogen ionlarının qatılığı; pH, pH 7 olduqda mühit neytral, 7-dən aşağı turş, 7-dən yuxarı qələvi hesab olunur. M.a.r. – ən əsas abiotik faktor sayılır. MÜHİTİN ANTROPOGEN AMİLLƏRİ – bilavasitə və vasitəli ola bilər. Təbiətdə insanın bilavasitə təsirinə misal olaraq geniş ərazilərdə meşələrin yox edilməsi, ovluq heyvanların hədsiz məhv edilməsini göstərmək olar. Bu isə bir sıra növlərin kəskin azalmasına, bir çox hallarda isə tamamilə sıradan çıxmasına səbəb olur. Vasitəli antropogen amillər landşaft, iqlim, atmosferin fiziki vəziyyəti və kimyəvi tərkibi, hidrosfer, torpaq və s.-nin dəyişməsi yolu ilə baş verir. Mühitin sənaye və məişət tullantıları ilə çirkləndirilməsinə, ekoloji ta- razlığın pozulmasına, minillərlə təkamül olunaraq yaranmış biosenozların (orqanizm qruplaşmalarının) deqredasiyasına səbəb olur. Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin PREZİDENT KİTABXANASI ────────────────────────────────────────── 325
İnsanların torpaqların məhsuldarlığını artıraraq təbii komplekslərin yerində mədəni bitkilər və ev heyvanları üçün praktiki cəhətdən yeni mühit, orqanizmlərin yeni qruplaşmalarını – aqrobiosenozları yaratdı. Torpaqların intensiv şumlanması və hədsiz mal-qara otarılması, suqoruyucu meşələrin qırılması bir sıra rayonlarda təbii qruplaşmaları ağır vəziyyətə saldı, su və külək eroziyasını gücləndirdi, çayların suyunu azaltdı. Hazırda Yer üzərində insan fəaliyyətinin təsir göstərmədiyi sahəyə çətin rast gəlmək olar. İnsanın təbiətə göstərdiyi böyük təsir və onun mənfi nəticələri bəşəriyyətin qarşısında biosferin sərvətlərinin qorunub saxlanması və ondan səmərəli istifadə olunması üzrə elmi cəhətdən əsaslanmış tədbirlərin həyata keçirməsi vacibliyini irəli sürdü.
dərəcədə istehsalın əlavə məhsulları ilə xarici mühitin dəyişməsi. Çirkləndirici elementlərə bərk, maye və qazşəkilli maddələr, zərərli radiasiya və səs-küy daxildir. Ağır metallarla (civə, qurğuşun, kadmium), fosfatlar, nitratlar, kükürd-oksidi, kənd təsərrüfatı ziyanverici və xəstəliklərilə mübarizədə istifadə olunan, zəhərli kimyəvi maddələr (DDT, aidrin və s.), ionlaşdırıcı radiasiya, radioizotoplar, sənaye və nəqliyyatın səs-küyü daha ziyanlı sayılır. Yuxarıda göstərilən maddələrin bəziləri mutagen təsir göstərərək xənçəng xəstəliklərinin yaranmasına səbəb ola bilər. Hazırda çirklənməyə ciddi nəzarət olunmasının bəşəriyyət qarşısında vacibliyi meydana çıxmışdır. Respublikamızda bu istiqamətdə müəyyən tədbirlər həyata keçirilir. MÜHİTİN ÇİRKLƏNMƏSİNDƏN VURULAN ZİYAN –həyat mühitinin çirklənməsi ilə bağlı xalq təsərrüfatına vurulan ziyan (bilavasitə və vasitəli təsir, həmçinin çirklənmənin mənfi nəticələrini ləğv etmək üçün çəkilən əlavə xərc nəzərə alınmaqla). Həmçinin əhalinin sağlamlığının pisləşməsilə bağlı itkilər, insanların əmək fəaliyyəti dövrünün və həyatının qısalması nəzərə alınır. MÜHİTİN DEQRADASİYASI – təbii və antropogen mühitin vəziyyətinin pisləşməsi və ya dağılması. M.d. onun canlı (biotik) komponentlərinin deqradasiyasına səbəb olur.
komponenti. Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin PREZİDENT KİTABXANASI ────────────────────────────────────────── 326
MÜHİTİN KEYFİYYƏT İNDEKSİ – insan və digər orqanizmlərin həyatı üçün mühitin yararlığını qiymətləndirən miqdar göstəricisi. M.k.i. canlı orqanizmlərin vəziyyətinə görə (məs. əhalinin xəstələnmə dərəcəsinə görə) və ya orqanizmə təsir göstərən əlverişsiz faktorların cəmini tapmaqla (çirkləndiricilərin zərərlilik dərəcəsini nəzərə alaraq müxtəlif çirklənmə növləri və YVÇ) (yol verilən çirklənmə). MÜHİTİN MUTAGEN AMİLLƏRİ – mutasiya əmələ gətirən amillər. Radiasiya amilləri (ionlaşdırıcı şüalanma) ən çox mutagen təsir göstərib nəsildə eybəcərlik, sonsuzluq, nəsli xəstəliklərin yaranmasına səbəb olur. Kimyəvi amillər də böyük təsirə malikdir. MÜHİTİN ÖZÜNÜTƏMİZLƏMƏSİ – ətraf mühiti çirkləndirən maddələrin arası kəsilmədən istifadəsi və zərərsizləşdirilməsi prosesi. Bu ən çox ətraf mühiti çirkləndirən maddələrin düzənliklərə və su hövzələrinə aparılması, həmçinin ekosistemlərin trofik kanalları və orqanizmlərin minerallaşması ilə baş verir. Əsrimizin ortalarından sonra mühitin özünütəmizləməsi onun çirklənmədən təmizlənməsini təmin edə bilmir. Ona görə ətraf mühitin dəqiq monitorinqi və qlobal mühafizəsi sisteminin vacibliyi meydana çıxır. Download 3.98 Mb. Do'stlaringiz bilan baham: |
ma'muriyatiga murojaat qiling