Ekoloji LÜĞƏt a


Download 3.98 Mb.
Pdf ko'rish
bet47/60
Sana14.02.2017
Hajmi3.98 Mb.
#384
1   ...   43   44   45   46   47   48   49   50   ...   60

SİNTETİK ORQANİZM  – sadə birləşmələrdən daha mürəkkəb 

birləşmələr sintez edən orqanizm. 



SİNTETİK POLİMERLƏR – sənaye və  məişətdə geniş  işlədilən 

plastmaslar. S.p. arasında nisbətən az zərərli (polimetilen) və insan üçün 

təhlükəli (polivinilxlorid - PVX, ekopsid qətranı) mövcuddur. Onlar az 

istilik saxlayır və  qızdırdıqda havaya parçalanmış toksik məhsullar 

ayırır.  

SİNTOPİYA (sin... və yun. topos - yer) – mikrobitmə yerinin oxşar 

sahələrinin müxtəlif növlər tərəfindən istifadə olunması (adətən 

rəqabətsiz). 

SİNUZİYA (yun. sinusia - qruplaşma) Eyni bir ekobiomorfa aid 

olan növlərin biosenozda olan populyasiyaların məcmusu. S. məkanca 

və ekoloji cəhətdən fitosenozun ayrılmış (xüsusi) bir hissəsidir. Yalnız 


Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin 

PREZİDENT   KİTABXANASI 



────────────────────────────────────────── 

395 


 

bir populyasiyadan və ya bir neçə populyasiyadan (məs. efemerlərin 

sinuziyası) ibarət ola bilər. Başqa cür sinuziyalar da ayırırlar: epifit 

şibyələrin sinuziyası, soprofit bitkilərin sinuziyası, cücülərin və başqa 

heyvanların sinuziyası. 

SİNUZİYALIQ  – biosenoza daxil olan ayrı-ayrı növ 

populyasiyalarının sahədə «ləkə»” halında və ya qırıq-qırıq (kəsik-

kəsik) yayılması. 

SİNZOOXORİYA  – yuva qurmaq və yem ehtiyatı toplamaq 

prosesində heyvanların materialla birlikdə toxum və meyvələri yayması 

üsulu. 

SİSTEMATİKA 

– Orqanizmlərin qohumluğuna görə 

təsnifləşdirilməsi, taksonların müəyyən edilməsi. 

SİTOBİLƏR  (yun. sitos – qida və bios - həyat)  –  ərzaqlara daxil 

olub onunla qidalanan orqanizmlər. S.-rə  bəzi un və taxıl həşəratları 

aiddir. 

SİTOFİLLƏR  –  ərzaq anbarlarında qidalanmağı üstün tutan, lakin 

ərzaqlara daxil olmayan orqanizmlər. 



SİTOLOGİYA  – hüceyrə haqqında elm. Bitki və heyvan 

orqanizmini təşkil edən hüceyrələri, onun və sitoplazmasının tərkib 

hissəsini və onların qarşılıqlı münasibətini öyrənir. 

SİTOTROPİZM  – bitki orqanlarının qida mənbəyinə doğru 

əyilməsi. 



SİTRUS BİTKİLƏRİ  – Dünyanın subtropik və tropik zonalarında 

yayılmış 40-dək sitrus cinsinə aid növ (portağal, naringi, limon, 

qreyfrut, berqamot, sitron və s.) məlumdur.  Əsas sahələri ABŞ, Çin, 

Yaponiya, Hindistan, Pakistan, Avstraliya, Cənubi Amerika, Əlcəzair, 

Mərakeş, Aralıq dənizi ölkələridir. Azərb-da Lənkəran-Astara zonasında 

becərilir. 



SİVİLİZASİYA (lat. civilis - vətəndaş) – 1) mədəniyyətin sinonimi. 

2)  İctimai inkişafın və  mənəvi mədəniyyətin səviyyəsi, mərhələsi. 3) 

Bəşəriyyət tarixinin barbarlıqdan sonra gələn mərhələsi. 

SKİOFİTLƏR  – kölgəsevən bitkilər: güclü işıqlanmada normal 

inkişafı təmin oluna bilmir (məs., turşəng, mayçiçəyi və s.). 



SKLEROFİTLƏR (lat. skkeros – quru, bərk) – güclü inkişaf etmiş 

mexaniki toxumaları (sklerenxim, libriform) olan skleromorf bitkilər. S. 



Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin 

PREZİDENT   KİTABXANASI 



────────────────────────────────────────── 

396 


 

sərtyarpaqlara, bəzən yüksək xüsusi çəkili oduncağa malik olur. Bura 

aidir: sklerohiqrofitlər (məs. probka (mantar) palıdı, daş palıd), bir çox 

sklerokserofitlər (məs. saqqızağacı), xüsusilə yarımkollar (boyalıcı 

ebelek). 

SMOQ, ASILQAN  (ing. smog - tüstü) – (ingilis dilində tüstülü-

duman) böyük şəhərlərdə  və  sənaye mərkəzlərində çox çirklənmiş 

(təhlükəli dərəcədə) hava. İki tipdə olur: a) tüstü və istehsalatda əmələ 

gələn az tullantılar qarışmış  sıx duman; b) yüksək konsentrasiyalı 

aşındırıcı qazlar və aerozollarından ibarət örtük (dumansız). S. görünmə 

dərəcəsini azaldır, metalların və qurğuların karroziyasını gücləndirir, 

insanın sağlamlığına mənfi təsir göstərir. 1952-ci ildə S. nəticəsində 

Londonda 4 min şəhər sakini ölmüşdür. Bir vaxtlar Sumqayıt şəhəri də 

S. vəziyyəti təhlükəsi vəziyyətində idi. 



 

SOĞANAQLI BİTKİLƏR – şəklini dəyişərək qısalmış yeraltı zoğu 

– soğanağı olan bitkilər. S.b. çoxu quru və isti iqlimli ölkələrdə bitir. 

Azərbaycanın dağlarında və dağ  ətəklərində bitir. S.b.-in bir çox 

dekorativ (dağlaləsi, zanbaq və s.), tərəvəz (soğanın bir çox növü), 

dərman bitkisi (novruzgülü, vaxtsız çiçək və s.), digərləri isə otaq bitkisi 

kimi (nərgiz) becərilir. 



SOLİFLYUKASİYA  (lat Solum – torpaq, fluetio - axma) – 

yamacda torpağın artıq rütubətlənmiş qatının tədricən sürüşməsi. S. 

prosesi həmçinin dağlıq sahələrdəki dik yamaclarda güclü yağışlar 

nəticəsində torpağın rütubətlə doyması hesabına da baş verir. S. 

nəticəsində relyefin S. mezo və mikroformaları (S. terrasları)  əmələ 

gəlir. 


SOLİTERLƏR  (Luclpyllidea)  – lentşəkilli qurdlar dəstəsi. S. 

onurğalı heyvanların, bəzən insanların mədə-bağırsağında parazitlik 

edir. S. insanda və heyvanlarda ağır xəstəliklər törədirlər. S.-in bütün 

növləri insan və heyvanı  həddindən artıq arıqladır: bəzən ölümlə  də 

nəticələnə bilir. 

SOLMA RÜTUBƏTLİYİ  – Bitkinin davamlı solması zamanı 

bitdiyi torpağın rütubətliyi (bu zaman bitki solur və onu su buxarları ilə 

doymuş havaya çıxardıqda turqoru bərpa olunmur). S.r. bitkinin bu və 

ya digər dərəcədə kserofilliyinin göstəricisidir. 



SOLYAR  İQLİM  –radiasiya iqlimi, günəşli iqlim-günəşin 

meylliyindən və yerləşdiyi enlikdən asılı olaraq günəş radiasiyası 

axınının qeydə alınması əsasında nəzəri cəhətdən hesablanan iqlim. 


Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin 

PREZİDENT   KİTABXANASI 



────────────────────────────────────────── 

397 


 

SORUCU QÜVVƏ – Gərgin hüceyrə daxilindəki osmos təzyiqinin 

keçməsi (ötməsi) miqdarı (həcmi). Bu fərq artdıqca S.q.də çoxalır və 

sudan və  ya  torpaq  məhlulundan hüceyrələrə qida maddələrinin daxil 

olmasını  təmin edir. Ən böyük S.q. litofit yosunlarda (150 atm (165 

⋅ 

10



n/m

2

), halokserofit yarımkollarında (100 atm (>100 



⋅ 10

5

 n/m



2

), ən 


kiçik S.q. hidrofitlərdə (1-5 atm (5 

⋅ 10


5

 n/m


2

) olur. 


SOSİOLOJİ EKOLOGİYA: bax: ekologiya. 

SOSEKOLOJİ SİSTEM (lat. Societas - cəmiyyət) – sosial-iqtisadi 

birlik kimi biosfer və insan cəmiyyəti daxil olan sistem. 



SOSİAL (İCTİMAİ) GİGİYENA  –tibbin sosial amillərin əhalinin 

sağlamlığına təsirini öyrənən sahəsi. 



SOSİOBİOLOGİYA – canlı orqanizmlərin, insan da daxil olmaqla 

sosial davranışının bioloji əsasları tədqiqatları ilə məşğul olan fənn. 20-

ci əsrin 70-ci illərində inkişaf tapmışdır. S. terminini Y.O.Uilson təklif 

etmişdir. 



SOYUĞADAVAMLILIQ, QIŞADAVAMLILIQ  – Bitkinin aşağı 

temperatura (-1-10

°) davam gətirməsi və  şaxtalar dövründə  həyat 

qabiliyyətini itirməməsi, (şaxtayadavamlılıq). Ontogenez prosesində S. 

yüksəlir. Temperatur çox aşağı düşdükdə hüceyrələr arasında, sonra isə 

hüceyrələrdə buz əmələ  gəlir və protoplazmanın strukturunu pozur. 

Temperatur tez qalxdıqda (soyuqdan sonra) hüceyrələrdə dağılma gedir. 

SOYUQ QÜTB – Yer kürəsinin havanın ortaillik temperaturunun 

daha aşağı olan vilayəti.  Şimal yarımkürəsində S.q. Şərqi Sibirdə 

(Verxoyansk) mütləq minimum termperatur mənfi 68-71

°, cənub 

qütbündə-Şərqi Antraktidada mənfi 88,3

° təşkil edir. 



SOYUQ SU ORQANİZMLƏRİ – yaşayışı üçün oksigenlə yüksək 

doymuş soyuq su tələb edən orqanizmlər (məs., qızıl balıq, alabalıq). 

S.s.o. bütün il boyu qidalanır və inkişaf edir, çoxalması ilin soyuq vaxtı 

(payız, qış) 3-10

° temperaturda keçir. 

SOZOLOJİ EKOLOGİYA, SOZOLOGİYA  (yun. sozo - 

qoruyuram) –Ümumi ekologiyanın bölməsi, ekosistem, biosenoz, ayrı-

ayrı bitki və heyvan populyasiyalarının mühafizəsinin elmi əsaslarının 

hazırlanması ilə məşğul olur. 

SÖYÜD

 

(Salicaceae) – ikiləpəli bitki fəsiləsi. Azərbaycanda 2-cinsi-

qovaq və söyüd var, əsasən, hər iki yarımkürənin mülayim iqlimli 

qurşağında yayılmışdır. 

 


Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin 

PREZİDENT   KİTABXANASI 



────────────────────────────────────────── 

398 


 

Titrəkyarpaq qovaq. 1-yarpaqlı 

zoğ; 2-erkək çiçək; 3-dişi çiçək;  

4-açılmış meyvə 

 

 

Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin 

PREZİDENT   KİTABXANASI 



────────────────────────────────────────── 

399 


 

 

Söyüd növləri 

1.

 

Vilhelm s. 

2.

 

Xəzər s. 

3.

 

Üç erkəkcikli s. 

4.

 

Vavilon s. 

5.

 

Qonur s. 

6.

 

Qafqaz s. 

7.

 

Kuznetsov s. 

8.

 

Amudərya s. 

9.

 

Beşerkəkcikli s. 

10.

 

Cənub s. 

11.

 

Şişkinli s. 

12.

 

Ağacvari s. 

13.

 

Boz söyüd 

14.

 

Ağ söyüd 

15.

 

Keçi söyüdü 

SPEKTRAL ANALİZ  (lat. Spectrum - təsəvvüretmə) – maddənin 

tərkibinin kəmiyyət və keyfiyyət analizinin fiziki metodu, tədqiq olunan 

maddənin spektrlərinin öyrənilməsinə əsaslanır. S.a. sadə, tez olub ona 

mürəkkəb hazırlıq və çoxlu miqdarda nümunə tələb olunmur. 10-30 mq 

çəkidə olan nümunədə bir çox element təyin etmək olar. S.a.-dən kimya, 

astrofizika, metallurgiya və b. sahələrdə geniş istifadə olunur. S.a.-i 

1859-cu ildə Q.Kirxhofom və R.Bunzen təklif etmişdir. 

SPEKTROFOTOMETRİYA (OBSORBSİON) – spektrin 

ultrabənövşəyi, görünən və infraqırmızı hissəlrinə əsaslanaraq maye və 



Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin 

PREZİDENT   KİTABXANASI 



────────────────────────────────────────── 

400 


 

bərk maddələrin fiziki-kimyəvi tədqiqat metodu. Müxtəlif birləşmələrin 

(komplekslərin, boyaların, analitik reagentlərin və b.) quruluşunu və 

tərkibini, maddələrin kəmiyyət və keyfiyyətini təyin etmək üçün S.-dən 

geniş istifadə olunur. S.-da istifadə olunan cihaz spektrofotometr 

adlanır. 



SPEKTROSKOPİYA – elektromaqnit şüalarının spektrlərini 

öyrənən elm sahəsi. Elektromaqnit şüaları dalğalarının uzunluq 

diapazonuna görə S. ayrılır: radiospektroskopiya, optiki S., infraqırmızı 

S., görünən S., ultrabənövşəyi S., qamma-spektroskopiya. Hər bir atom 

və ya molekul xarakterik spektrə malik olur, ona görə  də maddələrin 

quruluşunu öyrənmək olur. 



SPEKTROZONAL AEROFOTOŞƏKİLÇƏKMƏ  – eyni vaxtda 

elektromaqnit dalğalarının bir neçə spektral zonasında Yer səthinin 

fotoşəklinin çəkilməsi. S.a.-də atmosferin optik əlamətlərini və fəsilləri 

nəzərə almaqla spektral parlaqlıq əmsalı məlum olmalıdır. S.a-nın əsas 

növü rəngli spektrozonal planalmadır. Spektrozonal aerofotoşəkillərdə 

Yer səthinin obyektləri öz rənglərində yox, şərti rənglərdə təsvir edilir. 



SPELEOLOGİYA, MAĞARAŞÜNASLIQ  – mağaralar haqqında 

elmin kompleks biliklər sahəsi; mağaraların mənşəyi, morfologiyası, 

mikroiqlimi, oradakı çayları, gölləri, floranı, faunanı, ölmüş heyvanların 

izlərini, vaxtilə mağaralarda uzun müddət yaşayan insanların maddi 

mədəniyyətini, divar rəsmlərini, heykəltaraşlıq təsvirlərini, həmçinin 

Yer altında yaşayan insanların bioloji və fizioloji problemlərini öyrənir. 



SPELOFAUNA (yun. spelaion – mağara və fauna) – mağaralarda, 

dağ süxurları çatlarında yaşayan heyvan qrupları. 



SPORLAR  (yun. Sparo - səpmə)  –  İbtidai və ali bitkilərdə 

çoxalmağa xidmət edən müxtəlif mənşəli mikroskopik törəmələr. S. 

başqa hüceyrə ilə birləşmədən, yəni mayalanmadan cücərərək yeni bitki 

orqanizmlərinin başlanğıcını verir. S. bir, iki və çox hüceyrəlidir, silindr, 

kürə, ellips, yumurta, armud, paxla formasında olur. Bir çox bitkilərdə 

S. müxtəlif quruluşlu qlafla örtüldüyündən protoplastda toplanan ehtiyat 

qida maddələri hesabına qidalanaraq cücərmə qabiliyyətini uzun müddət 

saxlayır. S.-ı 3 qrupa bölmək olar: sinziqotlar, mitosporlar və 

meyosporlar. Ali bitkilər yalnız meyosporlar əmələ gətirir. 

SPORLU BİTKİLƏR – Əsasən qeyri cinsi və ya cinsi yolla əmələ 


Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin 

PREZİDENT   KİTABXANASI 



────────────────────────────────────────── 

401 


 

gəlmiş sporlar vasitəsilə çoxalan və yayılan bitkilər. S.b. bəzən ibtidai 

(yosunlar, bakteriyalar, şibyələr, göbələklər) və ali (mamırlar, plaunlar, 

selaginellalar və s.) qruplara bölünür. Bəzi S.b.-də sporlar əmələ gəlmir; 

belə bitkilərdə çoxalma bitkinin müəyyən hissəsinin ayrılmasilə gedir 

(məs. bir çox şibyələrdə). Toxumlu bitkilər S.b-dən çoxalma və 

yayılmasının toxum vasitəsilə getməsilə fərqlənirlər. 

SPORLULAR (Sporazoa)  – parazit ibtidailər sinfi. 2000-dək növü 

var.  İnsanda və müxtəlif heyvanda hüceyrədaxili parazitlərdir. 

Malyariya, piroplazmos və s. xəstəlikləri törədir. 

SPOROGENEZ – Sporəmələgəlmə prosesi; ali və ibtidai bitkilərdə 

reduksion bölünmədə müşahidə edilir. 



SPOR-TOZCUQ ANALİZİ  – müxtəlif çökmə süxurları tipində 

spor və tozcuqların yayılması qanunauyğunluqlarını öyrənmək üçün 

istifadə edilən metodların məcmusu. S.t.a, süxurların yaşını, keçmiş 

geoloji epoxaların bitki örtüyünün və iqlim şəraitinin tarixini öyrənmək 

üçün istifadə edilir. S.t.a. əsasında spor-tozcuq diaqramı qurulur. Bu 

diaqram hər hansı geoloji zamanda həmin yerin bitki örtüyünün ardıcıl 

inkişafını göstərir. 

SSİOFİTLƏR, KÖLGƏYƏDAVAMLI BİTKİLƏR  – kölgəyə 

davam gətirən, günəş işığında yaxşı inkişaf edən bitkilər. S-rə ağac, bir 

çox ot bitkiləri aiddir. 

STABİL (SABİT) QRUPLAŞMA – məlum olmayan uzun müddətli 

mövcud olan qruplaşmalar (adətən suksessiya klimaksı fazasında); bir 

qayda olaraq, sıfır bioloji məhsuldarlıqdan başlayır, belə ki, onun 

ümumi məhsulu senozdaxili maddələr mübadiləsi prosesində  sərf 

olunur. 

STASİONAR (EKOLOJİ)  (lat. stationarius - hərəkətsiz)  – 

müəyyən təbii obyektin və ya hadisənin daim (uzun müddətli) müşahidə 

aparıldığı və tədqiqat edildiyi yer (sahə). 

STASİONAR TƏDQİQATLAR  – landşaftların, ekosistemin, 

onların komponentlərinin vəziyətinin və  dəyişməsinin öyrənilməsinin 

uzun müddət (illər) bir yerdə-stasionarda müşahidə edilməsinə 

əsaslanan tədqiqatlar. Müşahidələrin bir yerdə aparılması mürəkkəb 

cihazlardan və müxtəlif metodikadan istifadə etməyə, həm də geniş 

yüksək ixtisaslı mütəxəssisləri cəlb etməyə imkan yaradır. 



Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin 

PREZİDENT   KİTABXANASI 



────────────────────────────────────────── 

402 


 

Uzunmüddətli müşahidələr landşaftın və onun komponentlərinin 

fəaliyyətini və dinamikasını  dərindən təhlil etməyə, ritmik prosesləri 

aşkar etməyə imkan verir. Stasionarın  ərazisi (poliqon) elə hesabla 

seçilməlidir ki, o, kifayət qədər tipik (xarakterik) landşaftın modeli kimi 

qəbul edilə bilsin. Belə olduqda stasionarda öyrənilən proseslər bir sıra 

oxşar landşaftlar üçün təmsil oluna bilər. Stasionarın  ərazisində test 

sahələri, profillər də yerləşdirmək olar. 

Stasionarda müşahidələr fiziki, kimyəvi və bioloji metodlarla yerinə 

yetirilir. Bu dəqiq kəmiyyət xarakteristikası  əldə etməyə imkan verir. 

S.t. uzun illərdən bəri iqlim, hidroloji, geomorfoloji, bioloji proseslərin 

öyrənilməsində istifadə olunur. Son illiklərdə bir rayonda bir sıra 

proseslərin geniş  əlaqədar tədqiqatları  və landşaftın kompleks 

tədqiqatları aparılır. Bu istiqamətin inkişafı landşaftın, ekosistemin 

antropogen təsir nəticəsində  dəyişməsi üzrə  dəqiq məlumat  əldə 

etməkdir. S.t. landşaftın fəaliyyətinin və  dəyişməsinin emprik riyazi 

modellərinin qurulması üçün yaxşı material verir, bu isə landşaftın 

vəziyyətini proqnozlaşdırmaq və onun əsasında landşaftqoruyucu 

tədbirlərin hazırlanması üçün vacibdir. 

STASİYA  (lat. statio - dayanacaq)  – 1) populyasiyanın yaşadığı 

yer. 2) heyvanın və yaxud heyvan növünün məhdud dövr ərzində, yaxud 

da müəyyən funksiya üçün istifadə etdiyi yaşayış yerinin bir hissəsi. 

Gündüz, gecə və mövsümi S.-lar, çoxalma, qidalanma, əlverişsiz şəraitə 

dözmək və nəhayət şərait pisləşdikdə köçmə S.-rı məlumdur. 

STATİSTİK METODLAR  (alm. Statistik, ital. stato, son. lat. 

Status - dövlət)  – (ekologiyada) – variasion statistika metodlarından 

ibarət olub fitosenozu, populyasiyanı, onların məhsuldarlığını ayır-ayrı 

hissələrilə öyrənib bütövlükdə  tədqiq edilir və  əldə olunan nəticələrin 

dəqiqlik dərəcəsi qiymətləndirilir. Statistik metodlar digər riyazi 

metodlarla, qismən faktor (amil) analizi əlaqələndirir. 

STENOBAT HEYVANLAR  (yun. stenos – dar, və bathos - 

dərinlik) – dənizlərdə məhdud diapozonlu dərinlikdə yaşayan heyvanlar. 

S.h. dənizlərin müəyyən bir zonasında (məs., litoral, batial, abissal) 

yaşayırlar. Onların  əksinə olaraq evribat heyvanlar dənizlərin müxtəlif 

dərinliklərində yaşayır. S.h.-ın yayılma arealı məhduddur. 



STENOBİONTLAR, STENOPLASTİK NÖVLƏR  – dar ekoloji 

Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin 

PREZİDENT   KİTABXANASI 



────────────────────────────────────────── 

403 


 

plastikli orqanizmlər. Stenobiontluq növün geniş yayılmasını 

məhdudlaşdırır və onun lokal yayılmasına şərait yaradır (dar areal). 

STENOEDAFİK ORQANİZMLƏR  – müəyyən qrunt (torpaq, 

substrat) tipini üstün tutan orqanizmlər. 



STENOFAQLAR  – az miqdar qida obyektləri ilə (olifaqlar) və ya 

bir növ yemlə (monofaqlar) qidalanan orqanizmlər (növlər). 



STENOFOTLAR – yalnız məhdud işıqlanma dərəcəsi çərçivəsində 

yaşayan orqanizmlər. Mağara orqanizmləri (bəzi xərçəngkimilər, 

həşəratlar, balıqlar və s.), torpaq orqanizmləri (soxulcan, yereşən) 

okeanın zonaları orqanizmləri (bəzi xərçəngkimilər, süngər, 

dərisitikanlılar və s.). 

STENOHİQROBİONTLAR – qəti müəyyən dar məhdud rütubətlik 

şəraitinə uyğunlaşan orqanizmlər (növlər). Məs.. ipək qurdunun 

sürfələrinin inkişafının birinci mərhələsi havanın rütubətliyi 70-75%, 

sürfəlik mərhələsinin sonunda isə 60-65%-də keçir. 



STENOXRON ORQANİZMLƏR – yalnız ilin müəyyən dövründə 

aktiv və ya passiv olan heyvanlar. Məs., səhranın bəzi heyvanları 

(gəmiricilər, reptilin, həşəratlar) yayda yuxuya gedir. 

STENOQAL NÖVLƏR – su formaları: inkişafı üçün xüsusi duzlu 

su mühiti tələb olunan və mühitin dəyişilməsinə dözməyən növlər. 



STENOQALİN HEYVANLAR – Suda duzluluğun artıb 

azalmasına dözməyən su heyvanları. Dənizdə  və su hövzələrində 

yaşayan heyvanların çoxu S.h.-a aiddir. 

STENOQALİNNİK  – su orqanizmlərinin suyun duzluluğu yalnız 

dar diapozon dəyişməsi mühitində yaşaması qabiliyyəti. 



STENOOKSİBİONTLAR – suda oksigenin az tərəddüdünə (adətən 

7 və 11 sm

3

/l) davam gətirən orqanizmlər (məs, alabalıq). 



STENOTERM HEYVANLAR (steno... və yun. therme - istilik) – 

yalnız müəyyən və ya az dəyişkən temperaturda yaşamaq qabiliyyəti 

olan dəniz və torpaq heyvanları. Mühitin temperaturuna uyğunlaşan S.h-

da həmin mühitin temperaturu müxtəlif növ üçün müxtəlifdir: istisevən 

heyvanlar yalnız nisbətən yüksək temperaturda (adətən 20

°C-dən az 

olmayan), soyuq sevən heyvanlar aşağı temperaturda (bəzən 0

°C yaxın) 

yaşaya bilərlər. S.h. evriterm heyvanlarla müqayisə edilir. 

STENOTERMİYA  – temperatur faktorunun dar intervalda 


Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin 

PREZİDENT   KİTABXANASI 



────────────────────────────────────────── 

404 


 

tərəddüdünə adaptasiya olunan orqanizmlər. 



Download 3.98 Mb.

Do'stlaringiz bilan baham:
1   ...   43   44   45   46   47   48   49   50   ...   60




Ma'lumotlar bazasi mualliflik huquqi bilan himoyalangan ©fayllar.org 2024
ma'muriyatiga murojaat qiling