Ekoloji LÜĞƏt a
SUKSESSİYA (lat. succesio - varislik)
Download 3.98 Mb. Pdf ko'rish
|
- Bu sahifa navigatsiya:
- ──────────────────────────────────────────
- SUKSESSİYA KLİMAKSI
- SUMAQ FƏSİLƏSİ – (Anacardiaceae)
- SUTKALIQ RASİON
- SUTƏNZİMLƏYİCİ MEŞƏ ZOLAQLARI
- SUTOPLAYICI SAHƏ, SUTOPLAYICI HÖVZƏ
- SUVAT
- SUYUN BİOLOJİ TƏMİZLƏNMƏSİ
- SUYUN CODLUĞU
- SUYUN ÇİRKLƏNMƏ GÖSTƏRİCİLƏRİ
- SUYUN HİPEPÇİÇƏKLƏMƏSİ
- SUYUN İON TƏRKİBİ
- SUYUN SAFLIĞI
- SUYUN ŞİRİNLƏŞDİRİLMƏSİ
- SÜNİ İONLAŞMA
- SÜNİ YAĞIŞYAĞDIRMA
- SÜRÜNƏNLƏR, REPTİLİLƏR (Replitia)
SUKSESSİYA (lat. succesio - varislik) – Mühitin müəyyən hissəsindəki bir fitosenozun digəri ilə ardıcıl əvəz olunması. İlkin S. və ikincili S. olur. Qumluqları, qayalıqları tədricən bitki basması ilkin S., istifadəsiz kənd təsərrüfatı torpaqlarında bitki və heyvanların məskən salması ikincili S.dır. Suksessiya prosesi inkişaf etdikcə növlərin
Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin PREZİDENT KİTABXANASI ────────────────────────────────────────── 413
miqdarı çoxalır, maddələr dövranı mürəkkəbləşir, ölü kütlə artır. SUKSESSİYA FAZASI – ekosistemin inkişaf prosesidir, adətən ekosistemə daxil olan yarımsistemlərin (populyasiya, sinuziya və s.) və onun əsas strukturlarının (bitki mərtəbəliliyi, onun sıxlığı və s.) dəyişilməsi ilə seçilir. Hər suksessiya fazası özündən sonra gələn fazanın keçməsi üçün kompleks şərait hazırlayır.
F.Y.Klements (1928) 6 S.m. ayırır: 1) denudasiya; 2) pionerlik (immiqrasiya); 3) kolonizasiya; 4) növarası rəqabət; 5) biosenotik reaksiya; 6) Stabilləşmə (klimaks). Biosenozun pionerlikdən stabilliyə qədər inkişafı seriyanı təşkil edir. Hər S.m. biosenozun inkişaf vahidi olub biotopun xüsusi (spesifik) fiz., kim., iqlim və biotik şəraitlərilə xarakterizə olunur.
meşələr. Adətən çay, göl, su anbarı sahillərində qoruyucu zolaqlar şəklində ayırırlar. Suqoruyucu zonaya daxildir. S.m. su hövzələri ərazilərinin mikroiqlimini və hidroloji rejimini yaxşılaşdırır, suyu çirklənmədən qoruyur. Çayların yüksək sululuq dərəcəsini saxlayır, yerüstü axını yeraltı axına çevirərək, yeraltı suların ehtiyatını artırır, çay sahillərini dağılmaqdan mühafizə edir, çaylarda suyun temperaturunu aşağı salır. S.m. respublikamızın düzən (aran) ərazisində xüsusi əhəmiyyətə malik olub oranın iqlimini nizama salır, böyük tarlaqoruyucu rolu olub kənd təsərrüfatı bitkilərinin məhsuldarlığının sabitliyinə və yüksəldilməsinə şərait yaradır, həm də vəhşi heyvanlar və quşlar üçün əvəzedilməz sığınacaqdır. SULEMA – (civə-xlorid) Hg Cl 2 – ağ tozdur, suda, spirtdə, efirdə, asetonda həll olur. Olduqca zəhərlidir. S.-dan farmasept sənayesində, tibbdə dezinfeksiyaedici vasitə kimi, oduncağa hopdurmaq üçün istifadə olunur.
artıq növ daxildir. Respublikamızda ən geniş yayılan sumaq kolu və püstə (Pistasea) cinsinə daxil olan saqqızağacdır (kütyarpaq püstə). Həqiqi püstə (P.vera) növü isə Abşeronda, Mil-Muğan düzündə, Şamaxıda (Dəvəçidə) becərilir.
Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin PREZİDENT KİTABXANASI ────────────────────────────────────────── 414
Aşı sumaq Saqqızağac (kütyarpaq püstə) SUPERKLİMAKS – ekstremal şəraitin davamlı klimaksı (tundra, səhra və s.) SUTKALIQ RASİON – sutka ərzində heyvanların yediyi yemin miqdarı, qida istifadəsi tədbiri. SUTKALIQ RİTMLƏR – gündüz və gecənin dəyişilməsilə əlaqədar bioloji proseslər və hadisələrin intensivliyinin, xarakterinin dövri olaraq dəyişməsi.
°-dən çox olan yamaclarda torpağı eroziyadan qorumaq məqsədilə zolaq şəklində salınan meşə zolaqları. S.m.z. qarın bərabər yayılmasını, səthi axımın nizamlanmasını tənzim edir. S.m.z. torpağın yuyulmasını zəiflədir, onun nəmliyini yüksəldir, kənd təsərrüfatı bitkilərinin məhsuldarlığını artırır. Yamacın meylliyi 2 °-dən çox olduqda meşə zolaqları yamacların eni Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin PREZİDENT KİTABXANASI ────────────────────────────────────────── 415
istiqamətində (horizontlar üzrə) salınır. Zolaqların eni 10-15 m, bir- birindən arası 3-4 m, cərgələrdə ağacların arası 1,5-3 m götürülür. Yamacın meylliyi 6 °-dən çox olarsa S.m.z. terraslarda, sahəciklərdə və ərazini başdan-başa şumlamadan salınır. SUTOPLAYICI SAHƏ, SUTOPLAYICI HÖVZƏ – yağıntı sularını toplayıb, çay yaxud gölə axıdan və suayrıcı xətlə hüdudlanmış sahə. Səthi və yeraltı S.s.-lər var: onların sərhədləri üst-üstə düşmür. Çayın (gölün) hövzəsi səthi sutoplayıcı kimi qəbul edilir. S.s. səthinin quruluşu (relyefi) suyun axmasına xeyli təsir göstərir.
şəraitində yetişdirilməsi. K.t. bitkiləri vegetasiya dövründə normal nəmliklə təmin olunmadıqda suvarmaya ehtiyac yaranır. Quraq rayonlarında suvarma sabit və yüksək məhsul alınmasını təmin edir. SUVARMA, İRRİQASİYA – meliorasiya növlərindən biri. S.-da məqsəd kənd təsərrüfatı bitkilərindən yüksək məhsul almaq, torpağın su, hava, istilik rejimlərini təmin edib nizamlamaqdır. Vegetasiya dövründə bitkinin inkişafı üçün torpaqda nəmlik çatışmadıqda S.-ya ehtiyac yaranır. S.k.t. bitkilərinin suya olan tələbatını təmin edir, faydalı mikroorqanizmlərin inkişafına imkan yaradır, bitkinin qida rejimini, boy və inkişafını gücləndirir, torpağın hava rejimini tənzimləyir və məhsuldarlığı artırır, torpaqda çatışmayan rütubəti tamamlayır. S. müxtəlif üsullarla (səthi S., süni yağışyağdırma, torpaqaltı S., damcılı S. və s.) aparılır. SUVARMA NORMASI – bütün vegetasiya dövründə kənd təsərrüfatı bitkilərinin tələbatını ödəmək üçün 1 ha torpaq sahəsinə verilən suyun miqdarı. S.n. vegetasiya dövründə bitkilərin inkişaf fazalarında onların su sərf etməsinə, suvarılan torpaqlarda suyun itməsinə müvafiq olaraq dövri suvarma normalarına bölünür. Dövri S.n. müəyyən bitki əkilmiş tarlanın ha-na bir suvarma dövründə verilən suyun miqdarıdır. Dövri suvarma yağmurlararası fasilələrdə torpaqda çatışmayan rütubəti tamamlayır. Suvarılan rayonun iqlim şəraiti ilə sıx əlaqədardır. Torpaq və iqlim şəraitindən asılı olaraq respublikanın ayrı- ayrı zonalarında hər hektar üçün S.n. pambığa 5.8-7.8, taxıla 2.7.-4.7, yoncaya 6.-9.6, üzüm bağına 4.5-5.9, çay plantasiyasına 3.5-4.0, tütünə 4.0-4.5 min m 3 arasında götürülür. Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin PREZİDENT KİTABXANASI ────────────────────────────────────────── 416
SUVARMA OAZİSİ (vahəsi) – səhra və yarımsəhra zonasında çay, artezian və ya qrunt suları vasitəsilə süni suvarma ilə əkinçilik aparılan massivlərin, həmçinin onunla təmasda olan ərazinin mikroiqliminin, torpaq-melorasiya və hidrogeoloji şəraitinin kəsgin dəyişməsi. Bax:- Oazis.
normasını, suvarmaların sayını və müddətini təyin edir. S.r. bitkilərin inkişaf dövrü və fazalarında onların suya olan tələbatını və torpağın su, qida, duz və istilik rejiminin nizamlanmasına uyğun olaraq götürülməlidir. Belə uyğunluq suvarılan torpaqların münbitliyini artırır, kənd təsərrüfatı bitkilərindən yüksək və sabit məhsul götürülməsinə səbəb olur. Bitkilərin S.r. onlara lazım olan ümumi suvarma normasının vegetasiya dövründə paylanmasını nəzərdə tutur, dövri suvarmaların sayını, normasını və müddətini müəyyən edir.
suvarılan sahəyə paylayan və bitkilərin suvarılmasını təmin edən qurğular. S.s-nə baş su qəbuledici qurğu, ana kanal, daimi paylayıcı kanallar, müvəqqəti kanallar, suvarma şəbəkəsi, hidrotexniki qurğular daxildir. Su ana kanallar vasitəsilə daimi paylayıcı kanallara, buradan isə təsərrüfatlara paylanır. Müvəqqəti kanallar suyu paylayıcı kanallardan götürüb suvarma şəbəkəsinə verir. Sızmaya və buxarlanmaya gedən itkinin qarşısını almaq üçün əksər hallarda S.s. qapalı tikilir, suvarma kanallarının bir hissəsi, yaxud hamısı borularla əvəz edilir. SUVAT – çay, göl və bulaqda heyvanların su içmək üçün gəldiyi yer.
SUYUN AQRESSİVLİYİ – suyun, o cümlədən suda həll olan maddələrin kimyəvi təsir göstərmək yolu ilə müxtəlif materiaları parçalaması (dağıtması).
sularının suvarma sahələrində, aerotenklərdə, biofiltlərdə və s.-də üzvi maddələrin biokimyəvi parçalanmasına əsaslanan (aerob bakteriyaları vasitəsilə) kompleks tədbirlər. S.b.t. tam aparıldıqda oksidləşdirici maddələr kənar edilir, suyun şəffaflığı artır, onun patogen bakteriyalara yoluxması azalır və s. Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin PREZİDENT KİTABXANASI ────────────────────────────────────────── 417
SUYUN BULANIQLIĞI – sülb halında olan maddələrin suda asılı vəziyətində olması. Çəki və həcm vahidləri ilə ifadə olunur (q/m 3 , mq/l). çaylarda, müvəqqəti axınlarda və şırımlarda sülb axının və asılı gətirmələrin miqdarının müəyən edilməsi üçün S.b. kəmiyətlərindən istifadə edilir. S.b.-nın miqdarı axın sularından nümunə götürülməsi, süzülməsi, qurudulması və çəkilməsi yolu ilə müəyyən edilir. SUYUN CODLUĞU – suyun tərkibində kalsium və maqnezium duzlarının miqdarı ilə müəyyən edilən keyfiyyət göstəricisi. SUYUN “ÇİÇƏKLƏMƏSİ” – Təmiz su ekosistemlərinin üst biohorizontunda yaşıl və göy-yaşıl yosunların kütləvi inkişafı. S.”ç” bəzən hövzələrin biogen maddələrlə çirklənməsinə səbəb olur. Bu zaman bəzi yosunlar çürüdükdə suyu toksinlərlə zəhərləyir. Suyun “çiçəkləməsi”nin əsas səbəbi suya düşən fosforlu və azotlu birləşmələrdir. Bu maddələr suda olan oksigen hesabına mavi-yaşıl yosunların inkişafına səbəb olur. Mingəçevir su anbarında son zamanlar suyun çirklənməsinə səbəb çaylara axıdılan çirkab suları, zəhərli maddələrin getdikcə artması və Kürdə kaskad su anbarlarının yaradılmasıdır. Suyun «çiçəkləməsi”» bütün canlılar, o cümlədən balıqlar üçün çox təhlükəlidir. SUYUN ÇİRKLƏNMƏ GÖSTƏRİCİLƏRİ – suyun çirklənmə dərəcəsini və xarakterini təyin edən göstəricilər: fiziki göstəricilər (bulanıqlıq dərəcəsi, iyi və suyun pH-i), kimyəvi (suda həll olan oksigenin miqdarı, ammonium-azotun miqdarı, BPK, XPK), bakteriya (bağırsaq çöpləri və patogen mikroorqanizmlərin mövcudluğu), hidrobioloji (hidrobiontların tərkibi-saprob və oliqosaprob orqanizmlərin nisbəti) və b. çirklənmiş su hövzələrində biokimyəvi çirklənmə göstəricisi 100-500%-ə çatır. SUYUN DÖVRANI – Günəş radiasiyası, canlı orqanizmlərin həyat fəaliyyəti, ağırlıq qüvvəsi və insanın təsərrüfat fəaliyyətinin təsiri nəticəsində suyun Yerdə arasıkəsilməz, qarşılıqlı yerdəyişməsi prosesi. S.d. yerin səthindən buxarlanma (xüsusilə Dünya okeanından), kondensasiya, buludların əmələ gəlməsi, onlardan yağmurların düşməsi, axımın (səthi və yeraltı) formalaşması və dünya okeanına axması. Hazırki dövrdə S.d.-rejimi ümumi yağmurların cəminin təxminən
Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin PREZİDENT KİTABXANASI ────────────────────────────────────────── 418
buxarlanmaya bərabər olması kimi (519 min km 3 ) müəyyənləşdirilir. Ona görə su resursları tükənməyən resurslara aid edilir. Böyük və kiçik S.d. ayrılır. Böyük S.d.-da okean səthindən buxarlanan suyun bir hissəsi yağmurlar şəklində okeana qayıdır, bir hissəsi isə quruya aparılır və orada da yağmurlar şəklində düşərək üç əsas istiqamətdə paylanır: 1) bir hissəsi səthi axıma gedir: 2) bir hissəsi qrunta sızır (yeraltı axım) və bir hissəsi atmosferə buxarlanır. Kiçik S.d.-da okean səthindən buxarlanan su yağmurlar halında okeana qayıdır.
cəmi. Venesian sisteminə (1958) əsasən təbii sular bölünür: təmiz sular (0,5% 0
0 ), euqalin və ya dəniz suyu (30-40% 0
0 -dən artıq), Təmiz (saf) su hövzələrinə çaylar, göllərin əksəriyyəti, euqalin su hövzəsinə – Dünya okeanı, hiperqalin su hövzəsinə bəzi göllər və dünya okeanının bəzi sahələri aiddir.
ehtiyaclarını ödəmək üçün nəzərdə tutulan suyun dövlət standartına uyğun keyfiyytinin təyini.
(normadan çox) daxil olması ilə əlaqədar suyun olduqca intensiv «çiçək- ləməsi”». S.h. zamanı yosunların biokütləsi (əsasən göy-yaşıl yosunların) 100 mq/l-dən artıq olur. SUYUN XLORLANMASI – Suyun xlor və onun birləşmələri ilə emalı; içməli suyu zərərsizləşdirmək üçün ən çox yayılmış üsul. S.x. sərbəst xlorun və onun birləşmələrinin mikrobların ferment sisteminin dağıtması xassəsinə əsaslanır. İçməli suyu zərərsizləşdirmək üçün xlor, xloramin və xlorlu əhəngdən istifadə olunur. Xlorlamadan sonra suya düşən mikrobları məhv etmək məqsədi ilə suya xlor artıqlaması ilə (qalıq xlor) qatılır. S.x.-dan 30 dəq. sonra qalıq sərbəst xlorun suda miqdarı 0.3 mq/l-dən az olmamalıdır. S.x-ndan sonra suda pis iy verən maddələr olarsa, belə hallarda xlorlamadan əvvəl suyu ammonyaklı və ya ammonium duzları ilə emal edirlər. Çöl şəraitində içməli suyu zərərsizləşdirmək üçün də su xlorlanır. Axar suları, üzgüçülük hovuzlarının suyunu zərərsizləşdirmək, istehsalat sularını rəngsizləşdirmək, dəmirsizləşdirmək və s. məqsədlə də xlorlamadan
Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin PREZİDENT KİTABXANASI ────────────────────────────────────────── 419
istifadə olunur. Lakin xlor suda olan çirkləndirici üzvi maddələrlə qarışıqlı əlaqədə olduqda yüksək toksik, hətta konserogen maddələr, o cümlədən dioksinlər əmələ gələ bilər. Buna görə C.x. ozonlaşdırma ilə əvəz olunur.
üzvi maddələrin sintezinə, bitkinin transpirasiyasına və s. sərf etdiyi suyun miqdarı. S.m.s. biogeosenozun su rejiminin mühüm komponenti sayılır. SUYUN MİNERALLAŞMASI – suyun qeyri-üzvi (mineral) maddələrlə (ion və kalloid halında) doyması; Minerallaşma dərəcəsi adətən mq/l və ya q/l-lə (bəzən kq/l) ifadə olunur.
diski ilə ölçülür. SUYUN ŞƏFFAFLIĞI – suyun işıq buraxmaq qabiliyyəti. Əsasən suda asılı halda həll olan üzvi və qeyri-üzvi maddələrin qatılığından asılıdır. S.ş. antropogen çirklənmə və su hövzələrinin evtroflaşması nəticəsində kəskin aşağı düşür. SUYUN ŞİRİNLƏŞDİRİLMƏSİ – İçməli (duzsuz) və təsərrüfat əhəmiyyətli su almaq üçün təbii suların tərkibindəki duzların miqdarının azaldılması (adətən 1q/l-dək) prosesi. Əsasən, arid, habelə quraqlıq sahələrdə yerləşən və Yerin quru səthinin təqribən 60%-ini təşkil edən 40-dan artıq ölkədə şirin su çatışmır. Aqreqat halını dəyişdirməklə (distillə, dondurma yolu ilə), həm də dəyişdirmədən (hiperfiltrasiya, yaxud əksinə osmos, ion mübadiləsi, üzvi həllelicilərlə suyun ekstraksiyası, ionların məsaməli elektrodlarla sorbsiyası və s.) suyu şirinləşdirmək mümkündür. S.ş. üsullarına mü- vafiq olaraq mütəlif suşirinləşdirici qurğu tipləri mövcuddur. SUYUN TƏMİZLƏNMƏSİ – Təbii su təchizatı mənbələrindən su kəmərinə verilən suyun keyfiyyətini müəyyən edilmiş norma gös- təricilərinə çatdırmaq məqsədi ilə aparılan texnoloji proseslər kompleksi. Su, su kəmərinə verilməzdən əvvəl kaoqulyasiya, çökdürmə və süzmə yolu ilə durulaşdırılır, zərərsizləşdirilir (maye xlor, xlorlu əhəng və ozonla). Kimyəvi tərkibi qənaətləndirici olduqda yeraltı sular təkcə xlorla və ya ultrabənövşəyi şüalarla zərərsizləşdirilir. Suyu
Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin PREZİDENT KİTABXANASI ────────────────────────────────────────── 420
yumşaltmaq üçün su əhəng və ya soda ilə emal edilir, yaxud ionit süzgəcdən keçirilir. Tərkibindəki qazlardan (karbon qazı, hidrogensulfid və metandan, flor artığından) və radioaktiv maddələrdən su aerasiya yolu ilə, aktivləşdirilmiş alüminium-oksidindən süzməklə, dezaktivasiya ilə təmizlənir. Su aktivləşdirilmiş kömür, ozon, xlor 4-oksid və ya kalium-permanqantla dezodorasiya edilir. S.t. üçün reagent və dezinfeksiya qurğularından, qarışdırıcı, çökdürücü və s.-dən istifadə edilir.
qum, digər mineral və üzvi hissəciklərdən ibarət asılı materiallar. Miqdarı qr., kq və tonla ölçülür. Səthi axın sularının tərkibindəki S.a.-ın miqdarı ərazidən yuyulan torpağın miqdarının göstəricisidir. SÜNİ EKOSİSTEMLƏR – biosferdə gedən bəzi prosesləri modelləşdirməyə imkan verən insan tərəfindən yaradılan kiçik qapalı ekosistem. 1996-cı ilin aprelində Londonda biosferin qapalı ekoloji sistemləri üzrə IV Beynəlxalq simpozium keçirildi. SÜNİ FİTOSENOZ – komponentlər arasında bitkilərin əlaqəsi olan çöl, bostan, bağ, xiyaban və süni salınan meşə bitki qruplaşmaları. Qısamüddətli (1-3 illik – çöl, bostan, güllük), uzunmüddətli (8-10 il- səpilmiş çəmən) və daimi (10 ildən artıq – bağlar, parklar, tarlaqoruyucu meşə zolaqları və s.) S.f-lər ayırırlar. Çöl səpinləri S.f-ları aqrofitosenozlar kimi ayrılır. Son vaxtlar S.f-lar təbii bozqır və səhra bitki növlərindən salınır (aqrobozqır, aqrosəhra).
yarğanlarda bəndlərin tikilməsi, yaxud düzən yerlərdə iri çalaların qazılması yolu ilə yaradılır. Səth suları və ya yeraltı sularla doldurulur. Mühüm təsərrüfat əhəmiyyəti var. SÜNİ İONLAŞMA – havada insan fəaliyyəti nəticəsində yüngül və ağır ionların əmələ gəlməsi. SÜNİ RADİOAKTİVLİK – radioaktiv izotopları yaratmaqla və ondan istifadə etməklə (atom elktrik stansiyalarında, buzqıran və sualtı gəmilərdə, tibbdə və s.) insanın təsərrüfat və hərbi fəaliyyəti nəticəsində əmələ gələn radioaktivlik. S.r. yol verilən dozanı keçdikdə mənfi ekoloji rol oynayaraq nəinki mutagen, teratogen, kanserogen effekt yaradır, həm də populyasiya, ekosistem və biomların strukturunu dağıdır. Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin PREZİDENT KİTABXANASI ────────────────────────────────────────── 421
SÜNİ SEÇMƏ – Hər hansı cinsdən, yaxud sortdan və təsərrüfat cəhətdən daha qiymətli olan heyvan və bitkinin yetişdirmə məqsədi ilə seçilməsi. S.s. terminini 1859-cu ildə Ç.Darvin təklif etmişdir. S.s. kortəbii və metodiki olur. Kortəbii S.s. anlayışını Ç.Darvin belə izah edirdi: hələ ibtidai maldarlar və əkinçilər daha qiymətli heyvan və bitkiləri qoruyub saxlamağa, onlardan nəsil almağa cəhd göstərmişlər. Nəsildən-nəslə yaxşı heyvanların qorunub saxlanması sürü yetişdirməyə, yaxşı toxumun əkilməsi isə məhsulun daha da artmasına səbəb olurdu. Orqanizmlərin təsərrüfat faydalı xassələrini gücləndirən, yaxud zərərli əlamətləri zəiflədən bütün mutasiyalar cinsdə, ya da sortda avtomatik olaraq dərinləşmiş və yayılmışdır. Kortəbii S.s. mexanizminə və nəticələrinə görə təbii seçməyə yaxındır. Metodik S.s.-dən məqsədyönlü olması ilə fərqlənir və kütləvi və fərdi metodiki seçmə şəklində aparılır. Fərdi metodiki seçmə daha səmərəlidir; bu zaman hər bir valideyn forması təkcə özünə məxus keyfiyyətinə görə deyil, həm də bu keyfiyyətləri nəslə vermək qabiliyyətinə görə qiymətləndirilir. SÜNİ YAĞIŞYAĞDIRMA – 1) reagentlərin köməyilə buludlardan yağış şəklində yağıntı əmələ gətirmək; 2) kənd təsərrüfatı bitkilərini suvarma üsulu. Belə suvarmada su sahəyə maşınlar və apparatlar vasitəsilə yağış kimi səpələnir. S.y. üsulu ilə suvarmada istənilən torpaq qatını suvarmaq olur; əsasən qrunt suları yer səthinə yaxın olan sahələrdə tətbiq edildikdə yeraltı suların səviyyəsinin qalxmasının və torpaqların şorlaşmasının qarşısını alır. S.y. üsulu ilə suvarmada şırımlarla, yaxud zolaqlarla suvarmaya nisbətən suya 30-35% qənaət olunur, k.t. bitkilərinin məhsuldarlığı 15-20% artır.
məməlilər qrupu; yəni müəyyən vaxtda eyni cür davranan, çox vaxt fəallıq ritmi eyni olan və vahid hərəkət istiqamətinə malik heyvanlar. 2) Ayrı-ayrı təsərrüfatlarda saxlamaq, kökəldilmək və otarılmaq üçün formalaşmış heyvan qrupu. Ətlik istiqamətli qaramal sürüsü (naxır), qoyun sürüsü və at sürüsü (ilxı) və s. olur. 3) təsərrüfatda eyni cinsdən olan heyvanların miqdarı.
sinfi. Müasir S.-in 4 dəstəyə (pulcuqlular, timsahlar, tısbağalar və dim- dikbaşlılar) mənsub 6500-dən çox növü məlumdur. S. təbiətdə qiymətli
Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin PREZİDENT KİTABXANASI ────────────────────────────────────────── 422
ov heyvanları üçün yemdirlər. Timsahların, iri ilanların və kərtənkələlərin dərisindən çemodan, portfel, ayaqqabı və s. hazırlanır. Kərtənkələlərin əksəriyyəti cücüləri, bir çox ilanlar isə zərərli gəmiriciləri məhv etdiyinə görə əhəmiyətlidir. Bir çox ilan növlərinin zəhəri qiymətli dərman preparatları hazırlamaqda istifadə olunur. Bəzi S.-in sayı kəsgin azalmış, nəsli kəsilmək üzrədir; qorunurlar.
Download 3.98 Mb. Do'stlaringiz bilan baham: |
ma'muriyatiga murojaat qiling