Ekoloji LÜĞƏt a
Download 3.98 Mb. Pdf ko'rish
|
TƏBİƏTİN VƏZİYYƏTİ (onun insan tərəfindən pozulma dərəcəsinə görə): təbii vəziyyət insanın bilavasitə təsərrüfat fəaliyyətilə pozulmamışdır (yerli təbiət qlobal antropogen dəyişmənin zəif vasitəli
Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin PREZİDENT KİTABXANASI ────────────────────────────────────────── 433
təsirini sınaqdan keçirir); tarazlıq vəziyyəti-bərpa proseslərinin sürəti antropogen pozulmanın sürətindən çoxdur və ya ona bərabərdir; krizis vəziyyət-antropogen pozuntuların sürəti təbiətin özünübərpa tempindən yüksəkdir, lakin təbii sistemlərin kökündən dəyişməsi hələ baş vermir; kritik vəziyyət-bərpa olunan sistem antropogen təzyiq altında əvvəlcə mövcud olan ekoloji sistemdən az məhsuldardır (qismən səhralaşma müşahidə olunur); katastrofik vəziyyət-yaranan az məhsuldar ekosistemdə bərpa olunma prosesi olduqca zəif gedir (güclü səhralaşma müşahidə olunur); kollapsa-itirilən omoloji məhsuldarlıq bərpa olunmur. TƏBİƏTŞÜNASLIQ – canlı və cansız təbiət haqqında elmlər sistemi, elmi biliyin üç (texniki və ictimai elmlərlə yanaşı) əsas sahələrindən biri. T. təbiət hadisələrinin mahiyyətini, qanunlarını tədqiq edir və bu zəmində yeni hadisələri irəlicədən görür və yaradır, həmçinin dərk olunan qanunlardan praktiki istifadə imkanlarını açıb göstərir.
Təbiətin və ya təbii mühitin təsiri nəticəsində müəyyən dərəcədə dəyişdirən, lakin sosial amillər, o cümlədən texnogen təsirlər kimi tamamilə məhv etməyən amil. TƏBİİ-ANTROPOGEN MÜVAZİNƏT (TARAZLIQ) – mühityaradan komponentlərin və proseslərin balansının insan tərəfindən dəyişdirilməsi əsasında əmələ gələn törəmə ekoloji müvazinət.
fəaliyyətinin inteqrasiyası. Təbiətdən səmərəli istifadə, ətraf mühitin çirklənmədən uğurlu mühafizəsi belə inteqrasiyanın optimallaşdırılması əsasında aparılmışdır. TƏBİİ BİTKİ ÖRTÜYÜ – insanın bilavasitə və vasitəli təsiri olmadan formalaşan təbii bitki qruplaşmaları. TƏBİİ ÇİRKLƏNDİRİCİ – insan fəaliyyəti ilə əlaqədar olmayan, yəni təbii mənşəli çirkləndirici. TƏBİİ ÇİRKLƏNMƏ – təbii, fəlakətli proseslər (məs. güclü vulkan püskürməsi) nəticəsində baş verən çirklənmə. TƏBİİ EHTİYATLAR – Bəşəriyyətin varlığı üçün zəruri olan və təsərrüfatda istifadə edilən təbiət elementləri. Günəş enerjisi, Yerin daxili istiliyi, su, torpaq və mineral ehtiyatları, bitki örtüyü, heyvanat aləmi, iqlim (istilik, yağıntı, küləyin gücü) T.e.-ın əsas növləri sayılır. Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin PREZİDENT KİTABXANASI ────────────────────────────────────────── 434
T.e. maddi istehsal sahələrində (energetika, sənaye, kənd təsərrüfatı və təsərrüfatın digər sahələri) və qeyri maddi istehsal sahələrində (məs. istirahət məqsədi ilə) istifadə olunan növlərə ayrılır. Aşkar edilən, lakin hələlik istifadə olunmayan T.e. potensial T.e. sayılır. İnsan cəmiyyətinin təbii ehtiyatlarla təmin olunması ən mühüm problemlərdən biridir. TƏBİİ EHTİYATLAR COĞRAFİYASI – coğrafiyanın xüsusi bölməsi; təbii ehtiyatların ayrı-ayrı növlərinin strukturu və ərazi üzrə yerləşməsi, onların iqtisadi cəhətdən qiymətləndirilməsi və təsərrüfatda səmərəli istifadəsi problemlərinin tədqiqi ilə məşğuldur.Təbii ehtiyatların və ətraf mühitin mühafizəsi və təkrar istehsalının, həmçinin bəşəriyyətin təbii ehityatlarla təmin olunma dərəcəsinin coğrafi baxımdan öyrənilməsi ilə əlaqədar T.e.c.-nın əhəmiyyəti artır. T.e.c.-nın torpaq fondu, bitki və heyvanat aləmini, aqroiqlim, yeraltı, Dünya okeanı və qurunun hidroloji ehtiyaclarını öyrənən bölmələri var.
(zəlzələ, daşqın, sel, vulkan püskürməsi, quraqlıq, səhralaşma, ziyanvericilərin kütləvi artımı). Bu hadisələr çoxlu insan tələfatına səbəb ola bilər. TƏBİİ FON – təbii maddələrin və ya agentlərin təbii konsentrasiyası və ya canlı orqanizmlərə təsir dərəcəsi. TƏBİİ KOMPLEKS – coğrafi kompleks, geokompleks, geosistem. Termin aşağıdakı göstəricilərlə istifadə olunur: 1) təbiətin istənilən əlaqəli hadisələrində; 2) torpaq, bitki, landşaftın məkanca qanunauyğun birləşməsi (məs., şoran kompleksi və s.); 3) (müvəffəqiyyətsiz) təbii ərazi kompleksinin, təbii landşaftın qısaldılmış adı. Termin təbiətşünaslıqda (məs., coğrafiyada) və təbiəti mühafizənin normativ sənədlərində geniş istifadə olunur.
bərpa olunmayan qazlar. T.q.-ın əsas komponenti metandır (98%-ə qədəri); bura həmçinin propan, butan, izobutan və pentan daxildir. T.q.- ın dünyada ehtiyatı proqnoz hesablamalara görə 10 15 m
təşkil edir (1978).
TƏBİİ QRUPLAŞMA – insanın təsiri olmadan əmələ gələn və inkişaf edən qruplaşma. TƏBİİ QURŞAQ VƏ ZONALAR, coğrafi zonalar – Coğrafi qurşaqlar Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin PREZİDENT KİTABXANASI ────────────────────────────────────────── 435
daxilində, başlıca olaraq istiliyin və rütubətin miqdarından və nisbətindən asılı olaraq bir-birini qanunauyğunluqla əvəz edən, keyfiyyətcə fərqli olan əsas landşaft bölgüləridir. C.z. adətən enlik istiqamətində yerləşir, xeyli bö- yük sahə tutur və onların kəskin seçilən sərhədləri yoxdur. C.z. zahiri cəhətdən, adətən özlərinə xas olan bitki örtüyü ilə müəyyən edilir; ona görə də onların çoxu bitki örtüyü adı ilə adlanır: tundra zonası, meşə zonası və s. s.
Qurşaqlar Zonalar Arktika qurşağı Arktika buz səhraları zonası Antarktida qurşağı
Antarktida buz səhraları zonası Subarktika qurşağı Tundra zonası, Meşə tundra zonası Subantarktika qurşağı
Okean çəmənlikləri zonası Mülayim (şimal və cənub qurşaqlar) Mülayim qurşaqların meşələr zonası Mülayim qurşaqların meşə-çöllər zonası Mülayim qurşaqların çöllər zonası Mülayim qurşaqların yarımsəhralar zonası Mülayim qurşaqların səhralar zonası Subtropik (şimal və cənub qurşaqlar) Subtropik qurşaqların meşələr zonası Subtropik qurşaqların meşə-çöllər zonası Subtropik qurşaqların çöllər zonası Subtropik qurşaqların yarımsəhralar zonası Subtropik qurşaqların səhralar zonası Tropik
(passatlar) (şimal və cənub) qurşaqlar Tropik qurşaqların meşələr zonası Tropik qurşaqların seyrək meşələr və savannalar zonası Tropik qurşaqların yarımsəhralar zonası Tropik qurşaqların səhralar zonası Subekvatorial (şimal və cənub) qurşaqlar Subekvatorial qurşaqların meşələr zonası Subekvatorial qurşaqların savannalar və seyrək meşələr zonası Ekvatorial qurşaq
Ekvatorial meşələr zonası Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin PREZİDENT KİTABXANASI ────────────────────────────────────────── 435
TƏBİİ LANDŞAFT – yalnız təbii amillərin təsiri nəticəsində formalaşmış, insanın təsərrüfat fəaliyyətilə dəyişilməyə uğramamış landşaft. Təbii inkişaf imkanlarına malikdir; onun strukturunun davamlığı özününizamlama prosesləri ilə müəyyən edilir. TƏBİİ MÜHİT RESURSLARI – insan fəaliyyəti ilə bilavasitə əlaqəli ekoloji resurslar. Təbii resurslar termininə yaxındır. TƏBİİ OBYEKTLƏRİN PASPORTU – T.o.p.-da ətraf mühitin vəziyyəti və resurslardan istifadə haqqında sənədlər qeyd edilir. TƏBİİ MÜVAZİNƏT – təbii sistemlərdə, onun sabitliyini və neqativ təsirdən sonra öz vəziyyətinə qayıtmaq qabiliyyətini təmin edən proseslər və hadisələrin məcmusu. T.m.-in indiqatoru suksessiya gedişi ilə inkişaf edərək klimaks vəziyyətinə çatmaq qabiliyyətidir. TƏBİİ POTENSİAL – əhalinin təsərrüfat fəaliyyətilə istifadə olunan təbii sistemin hər hansı funksiyanı yerinə yetirməsi qabiliyyəti müəyyən ekoloji-iqtisadi göstəricilərlə ifadə olunur.
və biotik obyektlərin tərkibində olan müxtəlif radioaktiv izotoplarla (sezium, yod) xarakterik şüalanma yaratması.
heyvan, faydalı qazıntı, su, iqlim şəraiti və b.) təsərrüfatda istifadə edilməsi imkanları (mümkünlüyü) məcmusu.
yaratmaq (ödəmək) üçün istifadə olunan, bəşəriyyəti əhatə edən təbii mühitin komponentləri. T.r.-ın mühafizəsinin əsas prinsipi onların səmərəli və qənaətlə istifadəsi və mümkün qədər istehsalı hesab edilir. TƏBİİ RESURSLARIN BƏRPASI – kompleks tədbirlər həyata keçirərək antropogen təsirlər nəticəsində qismən və ya tam gücdən düşmüş təbii resursların əvvəlki vəziyyətini bərpa etmək (məs. meşənin bərpası, bitkinin reintroduksiyası, heyvanların reaklimatizasiyası və s.). TƏBİİ RESURSLARIN COĞRAFİYASI – Coğrafiya elminin bir hissəsi, ayrı-ayrı təbii resursların növ və birləşmələrinin yerləşməsi, onların qiymətləndirilməsi, kompleks istifadəsi və yenidən bərpasını tədqiq edir. TƏBİİ RESURSLARIN İNVENTARİZASİYASI – müxtəlif Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin PREZİDENT KİTABXANASI ────────────────────────────────────────── 436
statistika hesabatların, təbii resursların mühafizəsi və səmərəli istifadəsi üzrə proqramın hazırlanması məqsədilə təbii sərvətlərin miqdarının, keyfiyyətinin, ehtiyatının dinamikasının və istismarının uçotu. TƏBİİ RESURSLARIN QİYMƏTİ – istehsal dövriyyəsinə qatılan faydalı qazıntılar və digər təbii sərvətlərin qiyməti. TƏBİİ RESURSLARIN SƏMƏRƏLİ İSTİSMARI – aşağıdakı kriteriləri ödəyərək təbii sərvətlərdən istifadə olunması: 1) təbii sərvətlərin (mineral resursların) və tullantıların tam, kompleks istifadəsi; 2) yeni əmələ gələn təbii (bioloji) resurslardan minimum istifadə; 3) təbii resurslardan ən yüksək iqtisadi gəlir götürmək; 4) uzunmüddətli ekoloji-sosial balansın təmin olunması. TƏBİİ RESURSLARIN TƏSNİFATI – 1) Mənbəyinə və yerləşməsinə görə energetika resursları, atmosfer, qaz resursları, su resursları, litosferin resursları, bitki resursları, iqlim resursları; 2) Tükənmə sürətinə görə – tez tükənən, tədricən tükənən resurslar; 3) Bərpa olunmasına görə bərpa olunan və bərpa olunmayan resurslara bölünür. TƏBİİ RESURSLARIN VƏ TƏBİİ ŞƏRAİTİN XƏRİTƏLƏŞDİRİLMƏSİ – təbii resursların sahəcə təbii yayılmasının xəritə üzərinə köçürülməsi (kəmiyyət və keyfiyyət göstəriciləri ilə) və təbii şəraitin regional xüsusiyyətlərinin əks olunması.
ehtiyatı və onun təbii sistemdən zərərsiz (təhlükəsiz) çıxarılma norması ilə təbiətin (təbii resursların) məhsuldarlığı və bərpa olunma qabiliyyəti, bərpa olunan resursların hasil olunması (çıxarılması) onun təbii bərpa olunması tempindən (sürətini) keçməsi nəticəsində uyğunluğun pozulması prosesi. T.r.t. hazırki elmi-texniki tərəqqi dövründə müasir təbiətdən istifadənin əsas neqativ ekoloji xarakteristikası hesab olunur.
resursların səmərəli istifadəsi məqsədilə onların kəmiyyət və keyfiyyətinin naturada aşkar edilməsi.
amillərindən biri. Daima fəaliyyət göstərən T.s.-ni ilk dəfə ingilis alimi Ç.Darvin aşkar etmiş və T.s. nəzəriyyəsini yaratmışdır. T.s. insanın iştirakı olmadan təbiətdə yayılmış heyvan və bitki orqanizmlərinin Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin PREZİDENT KİTABXANASI ────────────────────────────────────────── 437
əlamət və xüsusiyyətlərində baş verən dəyişikliklərin müəyyən həyat şəraitinə uyğunlaşması, uyğunlaşa bilməyənlərin isə tədricən aradan çıxmasıdır. Darvin göstərir ki, hər hansı bir orqanizmin yaşadığı mühit şəraiti dəyişərsə, həmin şərait onlarda bu və ya digər istiqamətdə cüzi də olsa dəyişkənlik əmələ gətirir. Əgər belə dəyişkənlik yaşamaq uğrunda mübarizədə orqanizmin faydasınadırsa və nəsildən-nəslə keçərək davam edirsə, onda həmin dəyişkənlik güclənir. Əsrlərlə davam edən bu proses nəticəsində tədricən əmələ gələn belə dəyişkənliklər adi növdən fərqlənən növdəyişkənliklərinə, sonra yarımnövə və nəhayət, yeni növün əmələ gəlməsinə səbəb olur. Yeni əlamət və xüsusiyyətlərə malik olan növlər əlverişsiz mühitə düşdükdə bəziləri uyğunlaşaraq yaşayır, uyğunlaşa bilməyənlər isə tədricən məhv olur. Növ üçün faydalı olan yeni əlamətlərin nəsillər üzrə əmələ gəlməsi, güclənməsi və toplanması T.s. yolu ilə həyata keçir. Təbiətdə mövcud olan müxtəlif heyvan və bitki növləri yaşamaq uğrunda mübarizədə T.s. yolu ilə öz rənglərinə, formalarına və bəzi xüsusiyyətlərinə görə yaşadıqları mühitə o qədər uyğunlaşmışlar ki, çox zaman onları həmin mühitdən seçmək çətin olur. Bəziləri isə həyatda bioloji varlıqlarını təmin etmək üçün öz xarici görünüşlərinə görə başqa növə bənzəyirlər. Beləliklə, Darvin sübut etmişdir ki, süni seçmədən fərqli olaraq T.s. yalnız müəyyən həyat şəraitində növlərdə fayda verə biləcək əlamətləri seçib saxlayır. Əgər belə olmazsa, onda həmin növlər öz həyatını davam etdirə bilməz və tədricən onların nəsli kəsilər. TƏBİİ SƏRVƏTLƏRİN İSTİSMARI NORMASI – elmi cəhətdən əsaslanmış və rəsmi təsdiq edilmiş T.s.i.n. Məqsədi təbii resursların səmərəli istifadəsi və reproduksiyası (bərpası) sayılır.
(məs., populyasiya, biogeosenoz, biom, biosfer). TƏBİİ SİSTEMİN ETİBARLILIĞI – təbii sistemin (landşaft, biogeosenoz və s.) strukturunun, enerji axımının kəskin pozulmasilə normal, praktiki olaraq daim fəailyyət göstərmə dərəcəsi.
təsir etdikdə təbii suyun (hövzənin) aktiv reaksiya mühitini (pH) saxlaması qabiliyyəti.
Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin PREZİDENT KİTABXANASI ────────────────────────────────────────── 438
onların sabitliyini, neqativ təsirlər zamanı özünə qayıtmasını təmin edən proseslər və hadisələrin məcmusu. T.t. canlı sistemin əsas xarakteristikasından biri sayılır. T.t.-ın indiqatoru təbii sistemlərin suksessiyasının gedişində klimaksa çatması qabiliyyətidir.
və biçənək qruplarına və tiplərinə bölünür. TƏKAMÜL, BİOLOJİ TƏKAMÜL – orqanizmlərin tarixi inkişafı. İrsi dəyişkənlik, yaşamaq uğrunda mübarizə, təbii və süni seçmə ilə müəyyən edilir. T. mahiyyətcə, orqanizmlərin yaşadığı mühitə uyğunlaşmalarının formalaşması, populyasiyaların, növlərin genetik tərkibinin dəyişilməsi, az uyğunlaşmış növlərin məhv olması, biogeosenozların və bütünlüklə biosferin dəyişilməsi ilə nəticələnir. T.- ün səbəb və qanunauyğunluqları təkamül təliminin predmetini təşkil edir.
TƏKAMÜL REAKSİYALARI – daha çox uyğunlaşan fərdlərin təbii seçilməsi yolu ilə uzun dövr ərzində populyasiyanın ətraf mühitə dəyişən reaksiyası.
həmçinin kənd təsərrüfatı zərərvericilərinin ( sünbülqıran, dağ siçanları və s.) tutulması və ovlanmasında istifadə edilən alət. Ovçuluqla əlaqədar Daş dövründə meydana gəlmişdir.Müxtəlif növləri var. Ağac və ya dəmirdən düzəldilir.
məqsədilə onları cəlb etmək üçün işlədilən maddələr. T.y. yüksək dərəcədə zəhərli olur.
meşəlik. TƏMİZ SU – sudan istifadənin bütün növləri üçün yararlı su: məişət su təchizatı (içməli su), sənayenin yeyinti və digər sahələri, qızıl balıq yetişdirmək üçün və s.
olmayan su ekosistemləri (çaylar, göllər, su anbarları, nohurlar). T.s.e.-də produsentlər arasında iki böyük qrup ayrılır: makrofitlər (iri, əsasən ali çiçəkli bitkilər) və mikrofitlər (adi gözlə görünməyən çox xırda orqanizmlər, planktonun tərkibinə daxil olur, yaşıl və diatom
Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin PREZİDENT KİTABXANASI ────────────────────────────────────────── 439
yosunlarından, həmçinin sian bakteriyalardan ibarətdir). T.s.e.-də konsumentlər plankton, nekton və bentosdan ibarətdir.
0 -dən aşağı olan su hövzəsi. TƏMİZLƏYİCİ QURĞULAR – bax: suyun təmizlənməsi. TƏMİZLƏMƏ – çirkləndiriciləri kənar etmək məqsədilə aparılan texnoloji proseslər: – Bioloji T. bax: bioloji təmizləmə və çirkab suların təmizlənməsi – Biokimyəvi T. – çirkab suların T. xüsusi bakteriya, ibtidailər və bəzi ali bitkilərin köməyilə aparılır. Bax: çirkab suların təmizlənməsi. – Hidro – qum – şırnaq T. – metal məmulatları və tikinti materiallarının səthi xüsusi cihazla sulu kvars qumunu sıxılmış havanın şırnaqla verilməsi ilə aparılır. – Qravitasiya T. –çökdürmə yolu ilə tozların tutulması. – Turşu T. – neft məhsulları bu üsulla təmizlənir. – Yaş T. – Qazların maye ilə təmasda olarkən bu üsuldan istifadə olunur.
– Yaşayış yerlərinin T. – yaşayış yerlərində toplanan tullantıların yığılması, daşınması və zərərsizləşdirilməsi üzrə görülən kompleks tədbirlər. – Qum – şırnaq T. – Metal məmulatları və tikinti obyektlərinin səthi xüsusi cihazla sıxılmış havanı şırnaqla verməklə təmizlənir. – Neft məhsullarının sulfat turşusu ilə T. – neft məhsullarının və yağ fraksiyalarının kükürd birləşmələrindən, asfalt-qətran maddələrindən sulfat turşusu ilə təmizlənməsi. – Termik T.– Oksigen-asetilen lampasının alovu ilə metalların səthinin təmizlənməsi. Bax: çirkab suların təmizlənməsi. – Kimyəvi T. – metalların səthinin (əsasən pasdan) turşu əsasında karroziya inqibitorlar əlavə edilməklə xüsusi tərkiblə təmizlənməsi. Bax: çirkab suların təmizlənməsi. – Qələvi T. (neft məhsullarının) – qələvinin köməyi ilə açıq neft məhsullarının kükürd birləşmələrindən təmizlənməsi və onların turş komponentlərini neytrallaşdırmaq. – Elektrik T. (qazların) – elektrostatik gücün təsirilə tozların tutulması. Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin PREZİDENT KİTABXANASI ────────────────────────────────────────── 440
TƏNƏFFÜS – Oksigenin orqanizmə daxil olması və ondan karbon qazının xaric olunmasını (xarici T.) təmin edən proseslərin məcmusu; üzvi maddələrin oksidləşməsi və canlıların həyat fəaliyyətində zəruri enerjinin azad olunması üçün (Toxuma T-ü, hüceyrə T.-ü) hüceyrə və toxumaların oksigendən istifadə etməsi.
olan fərdlər olmayan populyasiya. T.e.p. adətən ölümə doğru gedir. TƏNƏZZÜL POPULYASİYASI – bir qayda olaraq fərdləri vegetativ yolla artır, toxumları tam yetişmək həddinə çatmadığından məhv olur və meyvə əmələ gətirmir (məs. növruzgülü və inciçiçəyi populyasiyaları). TƏRƏQQİ (canlı təbiətdə) – təkamül prosesində orqanizmlərin mürəkkəbləşməsi və təkmilləşməsi. A.N.Seversov (1925) T.-i ayırır: bioloji T. (arealın genişlənməsi, müəyyən taksonun fərdlərinin sayının artması və asılı sistemin qruplara parçalanması) və morfoloji T. (mürəkkəbləşmə və təkmilləşmə yolunda orqanizmlərin təkamülü). V.Frans (1935) biotexniki T. (faydalılıq, effektlik, canlı sistemin faydalı təsiri əmsalı) konsepsiyasını hazırlamışdır. İ.İ.Şmalqauzen (1938) canlı sistemin inteqrasiyasının təkmilləşdirilməsi konsepsiyasını, nəzəriyyəsini irəli sürmüşdür.
(adətən ölümdən çox) sayı daim çoxalan populyasiya (birillik ot bitkiləri və birhüceyrəli yosunlar (yazda), bir çox həşərat növü və s.
akvatoriyasında insanın fəaliyyəti təhlükəli situasiya yarada biləcək yer, məs: dəniz şelfində neftin sualtından çıxarılması zonası, tankerlərin keçməsi üçün təhlükə yaranır, onların qəzası nəticəsində neftin dağılması baş verə bilər və s.
ya agentlərin toksik və yol verilən toksik olmayan konsentrasiyası arasındakı nisbəti.
Download 3.98 Mb. Do'stlaringiz bilan baham: |
ma'muriyatiga murojaat qiling