Ekoloji LÜĞƏt a
Download 3.98 Mb. Pdf ko'rish
|
TEXNİKİ EKOLOGİYA – texnikanın ekosistemlərə təsirini öyrənən ekologiya elminin bölməsi. T.e. orqanizmlər tərəfindən binaların, texnikanın pozulmasını (dağılmasını) öyrənir. Məs. ağac qurğuların ev göbələkləri tərəfindən, bənd, gəmilərin dibinin bioloji çirklənməsi (bitki ilə artma və s.). T.e. həm də ekosistemlərə nəqliyyatın səs çirklənməsi, və s.-ni öyrənir. TEXNİKİ SU – içməli, mineral və sənaye sularından başqa, xalq təsərrüfatında istifadə edilən su. TEXNOGEN DƏYİŞİLMƏ– biosenozun sənayenin bu və ya digər vasitələrinin təsiri nəticəsində dəyişilməsi-istehsalın tullantıları ilə çirklənməsi, məs. SO 2 ilə və ya radioaktiv şüalanma ilə, yer səthində qeyri adi qruntların (süxurların və s.) toplanması. Bu dəyişilmə diqressiv istiqamətdə gedir. Belə sahələrdə demutasion dəyişilməyə nail olmaq üçün meliorativ tədbirlərin görülməsi vacibdir.
nəticəsində kimyəvi elementlərin və maddələrin axını. T.m. çox vaxt təbiətdə maddələr mübadiləsinin normal gedişini (həcmi, sürəti) pozur. Məs., torpağın çirklənməsi, meşələrin məhv edilməsi. Oksigenin və Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin PREZİDENT KİTABXANASI ────────────────────────────────────────── 426
karbon qazının atmosfer və quruda mübadiləsini azaldır. Odur ki, biosferdə oksigen axınının müəyyən olunmuş həcmini saxlamaq üçün canlı maddələri əsas geokimyəvi qüvvə kimi mühafizə etmək lazımdır. TEXNOGEN ZƏLZƏLƏ (süni zəlzələ) – insanın texniki fəaliyyəti nəticəsində yeraltı zərbələr və yer səthinin kəskin dəyişməsi. T.z. bilərəkdən, yeraltı nüvə partlayışı zamanı baş verə bilər. Çox vaxt Yer qabığının dinamik tarazlığı pozulduqda və ayrı-ayrı sahələrə böyük yük edildikdə (dərin və böyük su anbarı tikdikdə) və ya yük kənar edildikdə T.z. (yeraltı su, neft, qaz çıxarıldıqda, böyük göllərin səviyyəsi aşağı düşdükdə) baş verir.
süni (texnogen) təbiət yaradan insanın qlobal texniki fəaliyyəti. Bunun nəticəsində relyefin texniki formaları (kurqan və terrikonlar, xəndək və daş, qum karxanaları, bəndlər), texnogen landşaftlar (şəhər, sənaye, kənd təsər.), texnogen səhralar və akvatoriyalar, həmçinin süni bitki sortları və heyvan cinsləri əmələ gəlir. T. məqsədyönlü aparılaraq bəşəriyyətin həyat şəraitini yaxşılaşdırmaq üçün yerinə yetirilir. Lakin qabaqcadan görünməyən və arzu olunmaz nəticələri təbiətə böyük ziyan vurur, bir çox bitki və heyvan növlərinin məhv olmasına, landşaftın kasatlaşmasına, geniş ərazilərin səhralaşmasına, – həyat mühitinin kasatlaşması, çirklənməsi və dağılmasına səbəb olur. Planetdə texnika artdıqca həyat azalır. XX əsrdə T. genişlənərək yerətrafı kosmosa çataraq, nəinki planetar, həm də kosmik hadisəyə çevrilmişdir. T.-in təsiri nəticəsində yeni-texnosfer formalaşır. TEXNOLOGİYANIN EKOLOGİYALAŞDIRILMASI – istehsalatda, kommunal təsərrüfatında, əhalinin məişətində elə texnologiya hazırlayıb tətbiq etməlidir ki, yüksək keyfiyyətli maksimum məhsul əldə etməklə təbiətdə ekoloji tarazlıq, maddələr mübadiləsi və enerji saxlanılsın (pozulmasın), həmçinin ətraf mühitin çirklənməsinə yol verilməsin. T.e. konsepsiyasının inkişafında akad. İ.V.Petryanov- Sokolovun (1976, 1987) böyük əməyi olmuşdur.
tullantılar atılmır, tam istifadə edilir, utilləşdirilir və ya etibarlı konservləşdirilir. Məlumdur ki, yalnız aztullantılı və ya tullantısız texnologiya qapalı istifadə tsikli olub ətraf mühitin mühafizəsi Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin PREZİDENT KİTABXANASI ────────────────────────────────────────── 427
problemini effektiv həll etməyə qadirdir. TEXNOSFER (yun. techne – incəsənət, ustalıq və spharia - kürə) – 1) Cəmiyyətin sosial-iqtisadi tələbatına uyğun olaraq insan tərəfindən texniki vəsaitin bilavasitə və ya vasitəli təsiri ilə biosferin yeni şəklə salınmış (dəyişdirilmiş) hissəsi. 2) Biosferin dəyişilməsində texnikanın böyük rolu olmaqla təkamülün müasir pilləsi (mərhələsi).
aktiv dəyişməsi, insan tərəfindən yeni landşaftların, yeni bitki və heyvan növmüxtəlifliyinin yarandığı və insanın hakim növə çevrildiyi epoxanın T.e. adlandırılması təklif olunmuşdur. Bu epoxa 10 min il əvvəl başlanmışdır. T.e. termini rəsmi olaraq və hələ geniş yayılmamışdır.
nəticəsində əmələ gələn göl (məs. Baykal g). TEKTONİK PROSESLƏR – Yer qabığının müasir strukturu və orada gedən ümumi dəyişikliklərlə əlaqədar proseslər. TEKTONİKA (VƏ YA GEOTEKTONİKA) – geologiyanın bir şöbəsi. Yer qabığının quruluşunu, onun ayrı-ayrı hissələrinin hərəkətini, dağ əmələgəlmə proseslərini və materiklərin əmələ gəlməsini öyrənən elm.
TELERQONLAR (yun. tele – uzaq və ergon - hərəkət) – heyvanların xarici mühitə ayırdığı maddələr. Fərdlər və populyasiyalar arasında informasiya məqsədi daşıyır. Termini Kirşenblat (1957) təklif etmişdir. TEMPERATUR – makroskopik sistemin termodinamik tarazlıq halını səciyyələndirən fiziki kəmiyyət. Termodinamik tarazlıqda olan izolə edilmiş sistemin bütün hissələrinin T-u eynidir. Beynəlxalq vahidlər sistemində mütləq T. kelvinlə (K) ölçülür. Selsi şkalası ilə təyin edilmiş temperaturla (t) mütləq temperatur (T) arasında əlaqə t = T – 273,15 K düsturu ilə ifadə olunur. TEMPERATUR İNVERSİYASI – atmosferin yuxarı qatlarında temperaturun atmosferin aşağı qatına nisbətən daha yüksək olması, belə hal çirkləndiricilərin şaquli diffuziyasını pozur, çirklənmiş hava (alt qat) yuxarı isti qat tərəfindən sıxılır, bu zaman smoq təhlükəsi baş verir. TEMPERATUR STRATİFİKASİYASI – su hövzələrində müxtəlif temperaturlu su kütlələrinin laylığı (qat-qat yerləşməsi). Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin PREZİDENT KİTABXANASI ────────────────────────────────────────── 428
TENZİDLƏR – (sintetik, səthi aktiv maddələr) – iki mühitin arasında toplanmış kimyəvi maddələr. (məs. su və hava arasında). TERATOGENLƏR – orqanizmə təsir etdikdə teratogenoz eybəcərlik və başqa inkişaf anomaliyası törədir. TERATOLOGİYA (yun. teras - eybəcər) – morfogenezin anormal inkişafı və quruluşu, qismən eybəcərliyi və pozulmanı öyrənən fənn (antropogen mənşəli toksik maddələrin təsiri ilə).
məməliləri tədqiq edən sahəsi. TERMAL BİTKİ ÖRTÜYÜ – isti temperaturlu bulaqların və sahillərin bitki örtüyü. T.b.ö.-nün tərkibinə yosunlar, aktinomisetlər, göbələklər, bəzi ayıdöşəyilər və çiçəkli bitkilər daxildir.
°C və daha yüksək temperaturlu yeraltı suları. İsti bulaqlar, qeyzer və buxar şırnaqları şəklində təzahür edir: kimyəvi və qaz tərkibi, minerallaşması müxtəlif olur. T.s.-dan qədimdən müalicə məqsədi ilə istifadə edilmişdir. T.s. Azərbaycan Respublikasında Kəlbəcər, Astara, Lənkəran, Masallı, Dəvəçi, Quba rayonlarında və Abşeron yarımadasında var.
bağlı təsir göstərən amil. TERMİTLƏR (Isoptera) – həşərat dəstəsi. Tarakanlara və dəvədəlləyilərə yaxındır. T. yuvalarda bir neçə yüz milyon fərdə qədər «ailə» halında yaşayırlar. T.-in əsas qida mənbəyi oduncaqdır. Bəziləri yalnız kif göbələkləri ilə qidalanır. Dünyada 6 fəsiləyə aid 2600, Azərbaycanda iki növü yaşayır.
qarışqayeyənlər və s.). TERMOBİONTLAR – isti qaynaqlarda (90-100 °) daim yaşayan orqanizmlər (məs. bəzi diatom və göy-yaşıl yosunlar-isti qaynaqlarda, 50-85
°temperaturda, bəzi bakteriyalar 95-100° temperaturda). TERMOBİOTOP – bəzi bakteriya və yosunların yaşadığı isti qaynaqlar (95-100 °).
°C-dən
yuxarı temperaturda yaşayan orqanizmlər (əksər orqanizmlər üçün məhv Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin PREZİDENT KİTABXANASI ────────────────────────────────────────── 429
olma temperatur). T. isti bulaqlarda, termal sularda, torpağın üst qatında, torfda, peyində yaşayır. Bəzi aktinomisetlər, göbələklər, yosunlar, bəzi ayıdöşəyikimilər. TERMOFİTLƏR – İstilik sevən bitkilər. TERMOKRENOFİLLƏR – isti qaynaqlarda yaşayan orqanizmlər (bəzi bakteriyalar, ibtidailər, malyusklar və s.). TERMOGEN MİKROORQANİZMLƏR – qıcqırma prosesində iştirak edən mikroorqanizmlər: bu zaman üzvi substratın oksidləşməsi gedir və çoxlu miqdarda istilik ayrılır.
prosesində özündən ətraf mühitə xeyli istilik (+70-80 °C-dək) ayıran bakteriyalar. T.b.-a yüksək temperaturda inkişaf edən bakteriyalar aiddir. Üzvi maddələrlə zəngin olan torf, meşə döşənəyi, peyin və quru otda çoxalır, onların populyasiyalarının ən intensiv böyüməsi 50 °C-dən yüksək temperaturda gedir. T.b. öz mühitinin yanmasına özü «səbəbkar»” ola bilər. TERMOMETR – mühitlə bilavasitə təmasda olduğu yerin (sahənin) temperaturunu ölçmək üçün cihaz. T.-lər XVI – əsrin sonu, XVII əsrin əvvəlində meydana gəlmişdir. Məqsədlərinə görə müxtəlif termometrlər – maye, qaz, termoelektrik və bir çox b. mövcuddur. TERMONASTİYA –temperaturun təsiri altında bitkinin hərəkəti. Məs. lalənin və zəfəranın çiçəyi temperatur aşağı olduqda qapanır, temperatur çoxaldıqda-açılır: yoncanın yarpaqları hava isti olduqda bir- birinə yaxınlaşaraq (sıxılaraq) aşağı sallanır, sərin vaxtda isə yarpaqlar düzələrək normal vəziyyət alır. T. bitkinin ətraf mühitin temperuturunun dəyişməsinə qarşı adaptiv reaksiyası sayılır. TERMOSFER –Yer səthindən 80 km-dən 800 km arasında atmosferin çox seyrək qatı, 200-300 km-ə qədər temperaturun kəskin qalxması ilə səciyyələnir (1500 °-yə qədər). TERMOTAKSİS – heyvanların (infuzorlar, həşəratlar və s.) optimal temperatur zonasına doğru istiqamətlənmiş (səmtlənmiş) hərəkəti. TERMOTERAPİYA, İSTİLİK MÜALİCƏSİ – Fizioterapevtik müalicə üsulu; orqanizmə istilik təsiri göstərən müxtəlif fiziki vasitələrin müalicə məqsədi ilə titbiqi. Ev şəraitində su və elektrik isidicilərindən, habelə isidici kompreslərdən, təpitmələrdən istifadə Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin PREZİDENT KİTABXANASI ────────────────────────────────────────── 430
edilir. Tibb müəssisələrində T. parafin, torf, müalicə palçıqları, ezokeriq, isti qum, yerli və ümumi vannalar, eyni zamanda günəş şüaları, müxtəlif elektrik və s. vasitələrlə həyata keçirilir. TERMOTROPİZM – bitki orqanlarının (gövdə, budaq, yarpaq) istilik mənbəyinə (müsbət T) və ya əksinə (mənfi T) doğru əyilməsi. TEROFİTLƏR (yun. theros - yay) – birillik bitkilər. TERRAS (frans. terrasse) – Yamaclarda pillə-pillə yerləşən, səthi üfiqi və ya bir qədər meylli olan relyef forması. T. əsasən suyun eroziya, abraziya və akkumlyativ fəaliyyəti nəticəsində əmələ gəlir. T.-lar mənşəyinə görə struktur və akkumlyativ T.-lara bölünür. Dağ yamaclarında torpaq eroziyasının qarşısını almaq məqsədilə buldozer, qreyder və xüsusi terrasyor deyilən mexanizmlərlə süni terraslar düzlədilir və orada bağlar, meşə-bağlar salınır. Belə terraslar, Siyəzən, Dəvəçi, Şamaxı, Zəngilan və digər rayonlarda düzəldilmiş və orada badam, püstə, eldar şamı və digər ağac cinslərindən bağlar, meşə bağlar salınmışdır. Daşkəsən, Kəlbəcər, Laçın və b. rayonlarda keçmişdə uzun dövr eyni istiqamətdə kotanla şumlama nəticəsində süni terraslar (yerli dildə «taxtalar»”) yaranmışdır. Hazırda bu terrasların «taxta»” hissəsindən taxıl əkini, biçənək kimi istifadə edilir. Meylli hissəsində isə çox yerdə təbii olaraq ağac və kollardan meşəliklər yaranmışdır.
Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin PREZİDENT KİTABXANASI ────────────────────────────────────────── 453
Dağətəyi zonada yamacda süni yaradılmış terras TERREKTORLAR – torpağın səthində biosenozda dominantlıq edən növlər (mamırlar, şibyələr). TEST OBYEKTİ (ing. test – təcrübə, sınaq) –təsir dərəcəsinə görə mühitin keyfiyyəti üzrə fikir toksikatının qatılığı ilə ifadə olunur. TEST PERSONU – ekosistemin iki fraqmentində növün ayrılıqda növ tərkibi və sayının nisbətinin təyini metodu. TEST SAHƏSİ – landşaft komponentlərinin əsas xassələrini, onların bir-birilə əlaqəsini və bir-birinə təsirini dəqiq tədqiq etmək məqsədilə ərazidə etalon kimi seçilmiş sahə. T.s. həm landşaft – ekspedisiyası tədqiqatları zamanı (birdəfəlik və ya çoxdəfəlik müşahidələr yolu ilə), həm də stasionar tədqiqatlarında (sistemli müşahidələr yolu ilə) öyrənilir. Test sahələrində dəqiq proqram əsasında müşahidələr və ölçü işləri yerinə yetirilir. T.S. sistemi ekoloji monitorinqin aparılmasında da istifadə olunur. TƏBİƏT – 1) geniş mənada mövcudat, forma müxtəlifliyi olan bütün aləm. T. anlayışı bu mənada materiya, universum, kainat anlayışları ilə bir sırada durur. 2) Dar mənada elm obyekti, daha dəqiq, təbiətşünaslıq məcmu obyekti. 3) T.-in ən çox işlənən mənası insan Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin PREZİDENT KİTABXANASI ────────────────────────────────────────── 430
cəmiyyətinin yaşadığı təbii şəraitdir. Bu mənada T. anlayışı insanın təbiətə olan münasibətində T.-in yeri və rolunu ifadə edir. T. təkcə təbii şəraiti yox, habelə insanın yaratdığı şəraiti («ikinci» T”) əhatə edir. İnsanın təbiətə olan münasibətinin real əsası onun fəaliyyətidir, bu fəaliyyət həmişə T.-də və onun materialı ilə həyata keçirilir. Elm təbiətin özünün təkrar istehsalını və təbiətdən insanın istifadə etməsini planlaşdırmaq imkanı yaradır. Nəticədə qlobal idarəetməyə əsaslanan intensiv münasibət yaranır ki, bu da T.-dən səmərəli istifadənin, T.-in saxlanması və təkrar istehsalının proqramına əsaslanır. T. getdikcə daha böyük miqyasda sosial orqanizmin mühüm və məqsədli idarə olunan ün- sürünə çevrilir. TƏBİƏT ABİDƏLƏRİ – Elmi, tarixi və estetik əhəmiyyət daşıyan ayrı-ayrı obyektlər: biosenozlar, qocaman, iri gövdəli və nadir ağaclar, üstü açılmış paleontoloji obyektlər, şəlalələr, mağaralar «çılpaqlaşmış”» geoloji sahələr və s. T.a-nin təşkili və mühafizəsi yerli hökumət orqanlarının səlahiyyətində olur.
almaqla, cəmiyyətin sosial-iqtisadi tələblərini ödəmək məqsədilə ətraf mühitin ekoloji tarazlığının pozulmasına yol verilmədən təbii resurslardan səmərəli və qənaətlə istifadə edilməsi. Təbii sərvətlərdən istifadə olunması. – Yerin ətrafındakı kosmik fəzadan tutmuş yerin dərin qatlarına qədər olan geniş sahəni əhatə edir. Təbiətdən səmərəli istifadə edilməsi qurulmuş qlobal və ekosistem qanunauğunluqların və proseslərin maksimal dərəcədə saxlanmasıdır, çalışmaq lazımdır ki, onları insanın və digər orqanizmlərin yaşadığı mühitin ziyanına dəyişilməsinə yol verilməsin, bu dəyişilmə əsasən təbii və antropogen ekosistemlərin ümumi məhsuldarlığının yüksəldilməsi istiqamətində olmalıdır. TƏBİƏTDƏN İSTİFADƏNİN İNTENSİVLİYİ – təbii
resurslardan istifadə dərəcəsi və bu istifadənin cəmiyyət üçün effektivliyi. TƏBİƏTİ MÜHAFİZƏ HÜQUQU – təbii resursların mühafizəsi və həyat mühitilə əlaqədar dövlətin qanun və qərarlarının məcmusu. TƏBİƏTİ MÜHAFİZƏNİN BİOLOGİYASI – canlı təbiətin ətraf mühitlə hərtərəfli əlaqəsini (o cümlədən antropogen) öyrənən elm Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin PREZİDENT KİTABXANASI ────────────────────────────────────────── 431
sahəsi. T.m.b.-nin məqsədi canlı təbiətin planetimizin həyati mühüm komponenti kimi keyfiyyət və kəmiyyət tərkibinin dərk edilməsidir. Bu termin ingilis dilli ədəbiyyatda meydana gəlib. TƏBİƏTİN ETALONLARI – Təbiətin təbii halda (ilkin vəziyyətdə) qəbul edilən sahələri. Təbiətdə ilkin, təbii, şərti təbii, təbii- antropogen sahələrə ayrılır. Bəşəriyyətin təbiətlə qlobal təsirilə əlaqədar təbiətdə faktiki olaraq ilkin evolyusion-təbii etalonlar qalmamışdır, lakin T.e.-ə çox yaxın olan sahələr mövcuddur (Antraktidada, Mərkəzi Qrenlandiyada, yaşayış məntəqələrindən uzaqda yerləşən tropik meşələr, ilkin tayqa meşəsi və s.).
püskürməsi, daşqın, sel, yanğın, tufan, qasırğa və s.) və antropogen (geniş ərazilərdə meşənin məhv edilməsi, su hövzələrinin, atmosferin, torpağın çirklənməsi, hədsiz mal-qara otarılması, brokonyerlik, nəzarətsiz ov və s.) səbəblərdən ekoloji müvazinətin pozulması.
hidroloji, botaniki, zooloji, landşaft və mədəni-tarix xüsusiyyətləri. Bax: təbii ehtiyatlar.
təbii komplekslərin bioloji və ya təsərrüfat məhsuldarlığını yüksəltmək və ekoloji tarazlıq yaratmaq. T.d. yeni ərazilərin mənimsənilməsi və ya təbii sistemlərin bioloji və digər məhsuldarlığını bərpa etməklə də aparılır.
ehtiyacı olan təbiətin görkəmli hadisəsi və ya obyekti. TƏBİƏTİN QORUNMASI HAQQINDA QANUN – təbii resursların qorunması, səmərəli istifadəsi və bərpası üzrə dövlət təd- birlərini tənzimləyən əsas hüquqi normaların məcmusu.
formalarından olub insanların tam və ya hissə-hissə istifadəsini qadağan etməyə əsaslanır. Xüsusi qorunan ərazilərdə qoruq rejimi yaratmaq yolu ilə yerinə yetirilir. TƏBİƏTİN MÜHAFİZƏSİ – Ətraf təbii mühitin mühafizəsi-təbii ehtiyatlardan istifadə, onların saxlanmasını və səmərəli istehsalını təmin etmək üçün dövlət və hüququ tədbirlər sistemi. Azərbaycan
Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin PREZİDENT KİTABXANASI ────────────────────────────────────────── 432
Respublikasında T.m. müvafiq dövlət orqanları, qoruqları, meşəçilik idarələri, ovçuluq təsərrüfatları və b. müəssisələr tərəfindən həyata keçirilir. T.m. torpağın, su ehtiyatlarının, havanın sənaye tullantıları və zəhərləyici kimyəvi maddələrlə çirklənməsi, meşə və otlaqların mühafizəsi, nadir tapılan və nəsli kəsilməkdə olan faydalı bitki və heyvanların mühafizəsi, təbii sərvətlərdən düzgün istifadə edilməsi, təbii abidələrin qeydiyyatı, mühafizəsi və bərpası, balneoloji və iqlim ehtiyatlarından maksimum istifadə olunması, termal və mineral mənbələrin mühafizəsi, həmçinin T.m. ideyası və təbiətin qorunmasına yönəldilmiş tədbirlərin təbliği və s. ilə məşğul olur. Eyni zamanda geniş miqyasda tarlaqoruyucu və digər melorativ meşə zolaqları salınır, torpağın münbitliyinin artırılması, meliorasiya üzrə tədbirlər görülür, su və külək eroziyasına qarşı mübarizə aparılır. Su ehtiyatlarının mühafizə edilməsi üçün işlər görülür. Dəniz və başqa su hövzələrinə tökülən axar suların zərərsizləşdirilməsi üçün xüsusi təmizləyici qurğular quraşdırılır. T.m. eyni zamanda təbii ehtiyatların saxlanması və bərpasının ümumi prinsipləri və metodlarının işlənilməsinə aid elmi fəndir. Bu fənnin bölmələri torpağın, suyun, atmosferin, bitki və heyvanat aləminin, təbii komplekslərin (landşaftın) qorunması və s.-dən ibarətdir. Azərbaycan Respublikasında T.m. üzrə mühüm tədbirlər keçirilir. Belə ki, nadir flora, fauna və əhəmiyyətli obyektləri qoruyub saxlamaq üçün diqqətəlayiq işlər görülür, milli parklar, dövlət qoruqları, yasaqlıqlar, ovçuluq təsərrüfatları yaradılır. T.m.-nin əsas forması təbii ehtiyatlardan səmərəli və kompleks istifadə etməkdir. TƏBİƏTİN URBANİZASİYASI – təbii landşaftların şəhər salmağın təsirilə süni landşaftlara çevrilməsi. Urbanizasiya prosesi zamanı ərazidəki təbii ekosistemlər də sıradan çıxır. Bununla yanaşı şəhər və şəhər əhalisi ətraf landşaftlara təsir göstərir, torpağın səthi və ot örtüyü istirahət zonasında tapdanır. T.u. zamanı təbiəti mühafizə işi nəzərə alınmalı, təbii mühitdə yüksək yük yaradan sənayenin və əhalinin hədsiz cəmləşməsinin qarşısı alınmalıdır.
Download 3.98 Mb. Do'stlaringiz bilan baham: |
ma'muriyatiga murojaat qiling