Ekoloji LÜĞƏt a


Download 3.98 Mb.
Pdf ko'rish
bet50/60
Sana14.02.2017
Hajmi3.98 Mb.
#384
1   ...   46   47   48   49   50   51   52   53   ...   60

SÜRÜŞMƏ  – ağırlıq qüvvəsinin təsiri ilə yumşaq süxur kütləsinin 

(yaxud torpağın bir hissəsinin) yamac boyu aşağı sürüşərək yerini 

dəyişməsi. S. ən çox suyadavamlı süxur qatları ilə sulu süxur qatları üst-

üstə yerləşdiyi yamaclarda baş verir. Yağış sularının hopub keçirməyən 

qatın üzərində  yığılması S. əmələ  gətirir. S. abraziya, eroziya, aşınma, 

seysmik hadisələr və b. təbii proseslər, həmçinin yerin geoloji şəraitini 

nəzərə almadan insan tərəfindən görülən işlərin təsiri nəticəsində 

yaranır. S. əkin sahələrinə, sənaye müəssislərinə, yaşayış məntəqələrinə, 

yollara və s. böyük zərər vurur. Onlarla mübarizə etmək üçün 

sahilbərkitmə  və drenaj qurğularından istifadə olunur, yamaclar yerə 

dirək vurulması  və  ağac  əkilməsi yolu ilə  bərkidilir və digər işlər 

görülür. Azərbaycan Respublikasında S.-lər Bakı  şəhəri rayonunda, 

Böyük Qafqazın cənub və  şimali-şərq makroyamaclarında, Lerik və 

Yardımlı rayonlarında yayılmışdır. 

 

 

 



Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin 

PREZİDENT   KİTABXANASI 



────────────────────────────────────────── 

423 


 

Ş 

 

ŞABALIDI TORPAQLAR – quru çöllərin (bozqırların) zonal 

torpaq tipi. Azərbaycanda düzənlik və dağətəyi sahələrdə yayılmışdır; 

çəmən şabalıdı torpaqlarla birlikdə ərazinin 20%-dən çoxunu təşkil edir. 

Bitkiləri quru bozqır tiplidir. Azərbaycanda taxıl  əkinlərinin və 

üzümlüklərin çoxu bu torpaqların payına düşür. Son vaxtlar Ş.t. boz-

qəhvəyi torpaq tipi kimi də göstərilir. 



ŞAQULİ  MİQRASİYA  – zoohidrobiontların daha əlverişli  şərait 

axtarmaq (qida, işıq, temperatur və s.) üçün müntəzəm olaraq vaxtaşırı 

kütləvi surətdə şaquli istiqamətdə yerini dəyişməsi. 

ŞAQULİ TEMPERATUR QRADİYENTİ 

– atmosferdə 

temperaturun hündürlüyə görə (hər 100 m-də  dərəcə ilə) dəyişməsini 

göstərən vektor. 



ŞAM FƏSİLƏSİ  (Pinaceae). Bu fəsiləyə  şam, qaraşam, sidr, 

küknar, ağşam, tsuqa və psevdotsuqa daxildir, hamısı iynəyarpaqlı ağac-

lardır. 

Azərbaycanda 2 növ şam ağacı bitir: qarmaqvari şam və eldar şamı. 



Qarmaqvari  şam  (Pinus Sosnowskyi)  və ya Sosnovski şamına 

Böyük Qafqazın cənub yamacında Balakənçay hövzəsində  dəniz 

səthindən 800-1000 m yüksəklikdə dik qayalarda, Göygöl və Maralgöl 

ətrafında (Kəpəz dağında), Tovuz rayonunda Zəyəmçay və  Əsrikçay 

hövzələrində, kiçik sahələrdə rast gəlinir. 

Eldar  şamı  (Pinus eldarica) Azərbaycanın endem ağac növü olub 

dünyada təbii halda yeganə bitmə yeri Qabırrıçayın sağ sahilində 

Ellərqoyuğu dağıdır. Adı Azərbaycanın Qırmızı kitabına salınmışdır. 

Eldar  şamından Azərbaycanın düzən və dağətəyi rayonlarında,  ən çox 

Abşeronda yaşıllaşdırmada geniş istifadə olunur.  

Ş.f.-nə daxil olan adi şam mavi küknar, hələb  şamı, Krım  şamı  və 

himalay sidrinə  də respublikamızda meşəsalma yaşıllaşdırma işlərində 


Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin 

PREZİDENT   KİTABXANASI 



────────────────────────────────────────── 

448 


 

rast gəlinir. 



 

 

 

 

 

 

 

 

 

 

 

 

Filizçay (Balakənçay) hövzəsində qarmaqvari şam ağaclığı 

 

ŞEH – axşam, gecə və səhər tezdən müsbət temperaturda yer səthi, 

bitki və  əşyaların üzərinə çökən su damlaları. Gecə  şüalanması 

nəticəsində havanın soyuması  və  həmin səthdə su buxarının 

kondensasiyasından yaranır. Zəif küləkli aydın havada Ş. daha çox 

düşür. Mülayim enliklərdə  Ş. gecə  ərzində 0,1-0,5 mm, tropiklərdə 


Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin 

PREZİDENT   KİTABXANASI 



────────────────────────────────────────── 

418 


 

3mm-dək yağıntı verir. 



ŞELF  (ing. shelf)  – materikin dəniz basmış, alçaq kənar düzənlik 

zolağı. Dünya okeanı dibinin sahilyanı hissəsi.  Ş.-də  dənizin dərinliyi 

200 m-dən artıq deyil, eni isə bir neçə km-dən 1300 km-ə qədərdir. Bəzi 

sahillərdə (məs. Cənubi Amerikanın Sakit okean sahilində)  Ş. yoxdur. 

Bir sıra iri neft, qaz yataqları, mühüm balıq ovu rayonları Ş.-də yerləşir. 

ŞƏHƏR  –  əhalisi,  əsasən, sənayedə, ticarətdə, elm, mədəniyyət, 

xidmət və idarəetmə sahələrində çalışan iri yaşayış məntəqəsi. Ş. əhalisi 

dünya əhalisinin     50%-ə yaxındır. Yer üzərində şəhər əhalisi hər il 50 

mln. nəfər və ya 2,6% artır. Azərbaycanda  əhalinin 51%-ə  qədəri 

şəhərlərdə yaşayır. Bakı şəhərinin əhalisinin sayı 1mln-dan artıqdır. 

ŞƏHƏR EKOLOGİYASI – şəhərdə insanlrın yaşayışı üçün 

əlverişli  şəraitin yaradılması haqında elm. Buna yaşıllıqlar salmaqla, 

ekoloji arxitektura prinsiplərindən istifadə  və çirklənməni azaltmaqla 

nail olmaq olar. 



ŞƏHƏR İQLİMİ – şəhərin təbii mühitinin tikinti, sənaye, nəqliyyat, 

şəhər  əhalisinin təsiri nəticəsində  dəyişərək formalaşan iqlim. İri 

şəhərlərdə temperaturun yüksək olması (şəhər ətrafı əraziyə nisbətən 3-

5

° yüksək); yay mövsümündə buxarlanmanın, nisbi rütubətin az olması; 



konveksiyanın yüksəlməsi nəticəsində leysan yağışlarının tez-tez və çox 

olması; günəş  işıqlanması saatının azalması (fotokimyəvi smoq 

nəticəsində); dumanın çox olması (xüsusən ilin soyuq aylarında) və 

havanın sənaye və  şəhər tozları, karbon qazı, kükürd, azot, qurğuşun, 

benzopirin və s. ilə yüksək dərəcədə çirklənməsi ilə səciyyələnir. Şəhər 

daxilində müxtəlif mikroiqlim tipləri yaranır.  Ş.i. spesifik (sinantrop) 

fauna və floranın əmələ gəlməsinə səbəb olur. 

ŞƏHƏR LANDŞAFTI  – tikili, yol və parkları olan antropogen 

landşaft tipi (urbanik landşaftın sinonimi). 



ŞƏLALƏ  – çay yatağında bərk süxurlardan əmələ  gələn çıxıntı 

üstündən suyun tökülməsi. Su bir neçə  çıxıntıdan töküldükdə  Ş.-lər 

kaskadı  əmələ  gətirir. Yer kürəsində  ən hündür Ş.-lər Anhel (1054 m, 

Venesuela, Çurun çayı), Tugela (933 m, Car, Tugela çayı) və 

Yosemitidir (727 m, ABŞ, Mersed çayı). Viktoriya Ş.-sinin (120 m) eni 

1800m., Niaqara Ş.-sinin (51 m) eni 1100 m-dir. Azərbaycanda bir neçə 

kiçik  Ş. (Muçuq, Dəmiraprançay, Qəbələ), Afurca (Vəlvələçay, Quba) 

var. 



 

Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin 

PREZİDENT   KİTABXANASI 



────────────────────────────────────────── 

448 


 

Dəmiraparan çayda «Mıçıx» şəlaləsi 

 

ŞİBYƏLƏR  (Jichenes)  – yosun və göbələk növlərinin birgə 

(simbioz) yaşamasından  əmələ  gəlmiş xüsusi bitki qrupu. Çoxillik 

bitkilərdir; komponentləri yaşıl, göy-yaşıl, az halda sarı-yaşıl və qonur 

yosunlar, göbələklərdən isə kisəlilər, nadir hallarda bazidilərdir. Digər 

bitkilərdən cisimlərinin simbiotik olması, yosun və göbələklərdə 

olmayan, yalnız onlara məxsus maddələrin əmələ gəlməsi, çoxalması və 

gec böyümələri ilə  fərqlənirlər.  Ş. quruluşca qazmağa bənzər, 

yarpaqşəkilli və kolcuqşəkilli formalarda olur. 



ŞİTİL  –  əkmək üçün toxumdan becərilən cavan bitkilər,  əsasən, 

tərəvəz, çiçək, texniki, bəzi meyvə  və meşə bitkilərini becərmək üçün 

istifadə olunur. 

ŞİTİLLİK, BİTKİÇİLİKDƏ – tərəvəz, çiçək və s. bitkilərin şitilini 


Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin 

PREZİDENT   KİTABXANASI 



────────────────────────────────────────── 

420 


 

becərmək üçün düzəldilmiş örtülü torpaq sahəsi. İstixana, parnik və ya 

plyonka ilə üstü örtülən hər hansı sahə, lək Ş. ola bilər. 

ŞORAKƏTLİ TORPAQLAR – uducu kompleksində udulmuş Na 

olması ilə əlaqədar şorakətləşmə prosesi baş verən torpaq növü. Özünün 

nisbətən əlverişsiz morfoloji və fiziki-kimyəvi xassələri ilə (kolloidlərin 

dispersləşməsi, bərkiməsi və s.) fərqlənir.  Şorakətləşmə  dərəcəsindən 

asılı olaraq zəif, orta və  şidətli  Ş.t. olur. Şorakətləşmə prosesi bu 

torpaqların münbitliyini xeyli azaldır. Azərbaycan Respublikasında belə 

torpaqlara boz-qəhvəyi, şabalıdı, qonur, boz-qonur və boz torpaqlar olan 

ərazilərdə rast gəlirik. 



ŞORANLAR  – üst qatında 1%-dən artıq suda həll ola bilən duzlar 

olan azonal torpaq tipi. Avtomorf və hidromorf şəraitdə  əmələ  gəlir. 

Aftomorf  Ş.-da duzların mənbəyi duzlu süxurlar, hidromorf Ş.-da isə, 

əsasən, kapillyarlarla üst qata qalxıb buxarlanan minerallaşmış qrunt 

sularıdır. Anionlara görə xloridli, sulfatlı, karbonatlı, kationlara görə 

natriumlu, maqneziumlu, kalsiumlu, morfoloji quruluşuna görə qaysaqlı, 

yumşaq, yaş (nəm) və qara Ş. məlumdur. Suvarma düzgün 

aparılmadıqda  əmələ  gələn  Ş.-a isə  təkrar  Ş. deyilir. Azərbaycan 

Respublikası  ərazisində  Ş.  ən çox Kür-Araz ovalığında (Şirvan, Mil, 

Muğan və Qarabağ düzlərində) yayılmışdır. Kənd təsərrüfatında Ş.-dan 

onların tərkibindəki zərərli duzları müxtəlif su normaları ilə kollektor-

drenaj  şəbəkəsi çəkməklə fasilələrlə yumaq, ot bitkiləri  əkib 

yaxşılaşdırmaqla istifadə etmək olar. 

ŞUM,  ŞUMLAMA  – torpağın laydırlı kotanla becərilməsinə  əsas 

tədbirlərdən biri. Ş. zamanı torpağın üst qatı alta, alt qatı isə üstə 

çevrilir. 

ŞUM QATI – torpağın sistematik olaraq becərilən qatı. Adətən 

bitkinin boy və inkişafı üçün lazım olan bütün qida maddələri torpağın 

Ş.q.-nda yerləşir. Yumşaldılmış  şum qatı  nəmliyi asanlıqla özünə 

hopdurub aşağı qatlara keçirir. 



ŞÜA XƏSTƏLİYİ  – buraxıla bilən həddən yüksək qiymətlərlə 

ionlaşdırıcı şüalanmanın orqanizmə təsirindən yaranır. 



ŞÜA ZƏDƏLƏNMƏSİ – radioaktiv şüalanma ilə hüceyrə, toxuma, 

orqan və bütövlüklə orqanizmin zədələnməsi. 



ŞÜADAN MÜHAFİZƏ  –  İonlaşdırıcı  şüalanmanın orqanizmə 

Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin 

PREZİDENT   KİTABXANASI 



────────────────────────────────────────── 

421 


 

təsirini azaltmağa yönəldilmiş vasitədir. Fiziki mühafizə üçün şüaları 

yaxşı udan materiallardan (qurğuşun, beton və s.) istifadə edilir. Bu 

materiallar  şüa mənbəyi və obyekt arasında yerləşdirilir. “Açıq” 

şüalanma mənbəyi ilə  işləyənlər fərdi mühafizə vasitələrindən 

(kombinezonlar, pnevmogeyimlər, rapiratorlar, xüsusi çəkmələr, 

əlcəklər və s.) istifadə etməlidir. Kimyəvi mühafizə  məqsədi ilə, 

şüalanmadan  əvvəl orqanizmə xüsusi kimyəvi birləşmələr – 

radioprotektorlar daxil edilə bilər.  İonlaşdırıcı  şüa mənbələri ilə  iş 

aparılan müəssisələrdə dozimetrik və radiometrik nəzarət olmalıdır. 

Xroniki  şüa xəstəliyinin və digər zədələnmələrin qarşısını almaq 

məqsədi ilə rentgenoloji müayinə zamanı elektron optik 

gücləndiricilərdən istifadə olunur. 

ŞÜALANDIRMA  – müxtəlif məqsədlər üçün infraqırmızı, 

ultrabənövşəyi şüalandırıcı şüalar təsirinə məruz etmək. 



ŞÜALANMA – vahid zamanda bitki və heyvan orqanizmlərin aldığı 

şüalanma dozası. Radiasiya biologiyasından dozanın cəm vahidi rentgen 

və ya rad sayılır. Məs., əgər orqanizm 1 saat ərzində 10mr (millirentgen) 

şüa alırsa 24 saat ərzində 240 mr və ya 0,240 r təşkil edir. Orqanizmin 

hər hansı dozanı qəbul etməsi müddəti böyük əhəmiyyət daşıyır. 

ŞÜALANMANIN XRONİKİ DOZASI – orqanizmlərin uzun 

müddət, bəzən bütün ömrü boyu davam gətirə bildiyi çox olmayan 

(subletal) radiasiya dozası. 

ŞÜANIN GENETİK TƏSİRİ  –  Radiasiya mutagenezi  – 

orqanizmlərin  şüalanması zamanı irsi dəyişkənliklərin (mutasiyaların) 

meydana çıxması.  Ş.k.t. radiasiya genetikası ilə  tədqiq olunan 

ionlaşdırıcı şüaların bioloji təsirinin mühüm hissəsidir. 

İonlaşdırıcı  şüaların bütün tipləri, həmçinin ultrabənövşəyi  şüalar 

virus və bakteriyalardan tutmuş, insan da daxil olmaqla bütün yüksək 

quruluşlu orqanizmlərin cinsiyyət hüceyrələrində yeni olan qametlərdə, 

eləcə  də  bədən hüceyrələri sayılan somatik hüceyrələrdə, bilavasitə 

onların irsi strukturunda mutagen təsirə malikdir. Mühitdə 

radioaktivliyin yüksəlməsi insan da daxil olmaqla orqanizmlərin 

populyasiyalarında gizli zərərli mutasiyaların toplanmasına səbəb olur. 

Radiasiya seleksiyasında təsərrüfat  əhəmiyyətli mutantların 

alınmasında  Ş.g.t.-nin təcrübi  əhəmiyyəti var. Bu üsulla bir neçə sort 


Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin 

PREZİDENT   KİTABXANASI 



────────────────────────────────────────── 

422 


 

yaradılmışdır. 



ŞÜMŞƏ (PIRKAL) 

FƏSİLƏSİ,  (Aquifoliaceae). Bu fəsiləyə üç cins və 300-dən artıq 

növ daxildir. Azərbaycanda təbii halda təkcə şümşə cinsi bitir. 



Şümşə (pırkal) cinsinin (Ilex) Qafqazda 2, Azərbaycanda bir növü – 

Hirkan  şümşəsi  (I.hyrcana)  Talış dağlarında  əsasən fıstıq meşələrinin 

çətri altında bitir.  

ŞÜMŞƏD FƏSİLƏSİ – Buxaceae. Fəsilə 5 cinsi və 80 növü özündə 

birləşdirir. 



Şümşəd cinsi  (Buxus) Qafqazda və Azərbaycanda təbii halda iki 

növü bitir. 



Hirkan  şümşədi  (B.hyrcana) – Azərbaycanda Talış meşələrində 

düzəndən başlamış orta dağ qurşağında bitir. 



Kolxida  şümşədi  (B.colchica) – Zaqatalada kiçik sahələrdə 

meşələrdə  təsadüf edilir. Hər iki növ bir çox yaşayış  məntəqələrində 

yaşıllaşdırmada və dibçəklərdə bəzək bitgisi kimi becərilir. Qayçılamanı 

yaxşı qəbul edir. 

 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin 

PREZİDENT   KİTABXANASI 



────────────────────────────────────────── 

422 


 



 

TAFROFİTLƏR  (yun. tophros – xəndək və ...fit)  – kanal və 

arxlarda bitən bitkilər.  



TAXIL FƏSİLƏSİ – (Poaceae) Bu fəsiləyə aid olan nisbətən 

iriboylu cinslərdən yarpaqsünbül və ya bambuk cinsi (600-dən artıq 

növü məlumdur), psevdosoza cinsi (3 növü məlumdur) və qarğı cinsini 

(Arundo) göstərmək olar. 

Azərbaycanda T.f.-nə aid olan adi qarğı  (A.donaks)  və pampas otu 



(Gynerium) bitir. Adi qarğı respublikamızın aran rayonlarında su 

hövzələrinin, axmazların kənarlarında, çay vadilərində yayılmışdır. Xalq 

arasında dam örtüyü, çəpər çəkmə, çətən düzəltmə  və s.-də istifadə 

edilir.    



TAXILÇILIQ, TAXILÇILIQ TƏSƏRRÜFATI – taxılın istehsalı, 

bölünməsi və satışı. Taxıl istehsalı  dənli və  dənli-paxlalı bitkilərin 

becərilməsinə  əsaslanır. T. insanlar üçün əsas qida mənbəyi olmaqla, 

maldarlığı qüvvətli yem və yeyinti sənayesini xamalla təmin edən kənd 

təsərrüfatı sahəsidir. Azərbaycanda T.-ın tarixi 7 min ildən çoxdur. Ən 

qədimdən istifadə olunan taxıl bitkiləri buğda, arpa və darıdır. Sonralar 

isə çəltik, vələmir, qarğıdalı və çovdar əkilməyə başlanmışdır. Buğdanın 

14 növünün 270-dən artıq növmüxtəlifliyi və yüzlərcə forması vardır. 



TAKIR EKOSİSTEMLƏRİ  – Axarı olmayan səhra düzənliyində 

yerləşdiyi üçün hipoekosistem qrupuna aid edilir. Biotanın avtotrof 

hissəsi göy-yaşıl yosunlardan ibarət olduğundan takırın səthi bərk və 

davamlı qabıqlı (qalınlığı 1-2 sm) olur. Quruduqda çoxbucaqlı çatlar 

əmələ gəlir. Bir qədər sonrakı inkişaf mərhələsində şibyələr, daha sonra 

halofil kolcuqlar, xeyli sonrakı mərhələdə isə yovşan peyda olur, torpağı 

primitiv şoran-şorakət takır torpağıdır. 

 


Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin 

PREZİDENT   KİTABXANASI 



────────────────────────────────────────── 

423 


 

Takır 

 

TAKSASİYA  (lat. taxatio - qiymət)  – bitkinin potensial 

məhsudarlığının təyini. Bax: meşə taksasiyası. 



TAKSON  – Xüsusiləşmiş (ayrılmış) canlılar qrupu. T.-un 2 

xarakterik xüsusiyyəti var. T. formal surətdə ayrılmış taksonomik 

vahidindən (məs. növdən) real mövcud obyekt kimi fərqlənir. 

Ümumiyyətlə növ takson deyil. T. ilk növbədə sistematiklər tərəfindən 

rəsmi qəbul edilməlidir, yəni o müəyyən ranq tutmalıdır. 

TAKSONOMİK ƏLAMƏTLƏR – Müəyyən bir taksonu başqa bir 

taksondan fərqləndirən hər hansı xüsusiyyət. T.ə.-in 5 tipi mövcuddur. 

1-ci tip morfoloji əlamətləri, 2-ci tip maddələr mübadiləsi 

xüsusiyyətləri, 3-cü tip ekoloji əlamətləri, 4-cü tip etoloji əlamətləri, 5-

ci tip coğrafi əlamətləri. Bir çox T.ə. (məs. kimyəvi, xromosom, fizioloji 

və etaloji xüsusiyyətlər və s. təsnifat üçün çox qiymətlidir). 



TAKSONOMİK KATEQORİYA 

– iyerarx taksonların 

səviyyəsindən biri (yarımnöv, növ, cins və i.a.). 

TAKSONOMİYA  – biologiyanın bölməsi: orqanizmin ierarxik 

klassifikasiyasının nəzəri prinsipləri, metodları ilə  məşğul olur (tip, 

sinif, dəstə, cins, növ, yarımnöv). T. termini O. Dekandol (1813) 

tərəfindən irəli sürülmüşdür. 



TALA – Meşəlik içərisində açıq (meşəsiz) sahə 

TALASSOFİL ORQANİZMLƏR (yun. thalassa - dəniz) – yalnız 

dəniz və okeanlarda yaşayan orqanizmlər (kitlər, delfinlər, dəniz kirpisi, 



Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin 

PREZİDENT   KİTABXANASI 



────────────────────────────────────────── 

424 


 

bir çox balıqlar, akula və s.). 



TALLOFİTLƏR – tallomlu və ya ibtidai bitkilər (bakteriyalar, 

yosunlar, göbələklər, şibyələr). 



TAM SAKİTLİK ZONASI – qoruğun daxilində  təbii proseslərə 

insanın istənilən müdaxiləsi qadağan olunan ərazi (zona). 



TAM SIRADAN ÇIXMIŞ (DÖYƏNƏK) OTLAQ (SBOY) – 

Həddən artıq tapdanmış otlaq: ot örtüyü tamamilə  məhv edilmişdir 

(dağılmışdır). Fitomeliorasiya yolu ilə bərpası tələb olunur. 

TANATOZ  (yun. thanatos - ölüm)  – bəzi heyvanların (adətən 

həşəratların) özünü ölülüyə vurmaq qabiliyyəti ilə qoruyucu reaksiyası. 



TANATOLOGİYA  – ölüm problemlərinin bioloji və  fəlsəfi 

aspektlərini öyrənən elm. 



TANNİN  (fr. Tannin – dərini aşılamaq)  – Zülallarla və bir çox 

başqa polimerlərlə (sellüloz, pektin maddələri) möhkəm rabitə  əmələ 

gətirmək qabiliyyəti olan, bitkilərdə geniş yayılmış fenol birləşmələri 

qrupu. Bitki mənşəli aşılayıcı maddələr tannid adlanır. T. aşı bitkilərinin 

kökündə, oduncağında, yarpağında və meyvəsində olur. T. dərinin 

aşılanmasında, pambıq parçaların boyanmasında və tibbdə (büzücü 

maddə kimi) işlədilir. 

TAPDALANMA  – insan və heyvanlar tərəfindən tapdalanma 

nəticəsində torpağın bərkiməsi və bitki örtüyünün zədələnməsi (məhv 

edilməsi). 

TAPILMA YERİ (mestonaxojdenie) – Ayrı-ayrı bitki və heyvanın 

tapıldığı və ya müşahidə olunduğu yer. 



TARİXİ AMİL – cəmiyyətin tarixi inkişafı gedişi ilə yaranaraq təbii 

mühitə təsir göstərən amil (məs. Yerin atmosferində son 100 il ərzində 

CO

2

-nin qatılığının artması). 



TARAKANLAR, YÜYÜRÜKLƏR  (Blattoptera) – cücü dəstəsi. 

3000-dək, Azərbaycanda isə 8 növü var. T.-nın növündən asılı olaraq 

inkişafa 2 aydan 3-4 ilə  qədərdir. Azərbaycanda evlərdə  qara  T.  və 

kürəni T., təbii şəraitdə isə Misir T.-ı və tünd T. ən çox təsadüf edilir. 

Əsasən gecələr fəal olurlar. Xəzəllərin altında, torpaqda, çörəkxanalar-

da, evlərdə  və s. yaşayır. Bəzi T. xəstəlikləri və helmintləri yayırlar. 

Mübarizə tədbirləri sanitariya-profilaktika və kimyəvi üsullardadır. 

TARLAQORUYUCU MEŞƏ ZOLAQLARI – Tarlaların sərhədi 


Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin 

PREZİDENT   KİTABXANASI 



────────────────────────────────────────── 

425 


 

boyunca və tarla daxili əkin sahələrinin kənarı ilə salınmış meşələr. 

T.m.z. səthi axımın qarşısını alır, güclü küləklərin təsirini azaldaraq 

torpağı eroziyadan qoruyur, onun su, temperatur və qida rejimini 

yaxşılaşdırır, sahələrdə qarın bərabər paylanmasına və  tədricən 

əriməsinə  şərait yaradır, torpaqdan rütubətin buxarlanmasını azaldır. 

Bütün bunlar kənd təsərrüfatı bitkilərinin məhsuldarlığını yüksəldir. 

Müəyyən edilmişdir ki, T.m.z. ilə əhatə edilmiş tarlada kənd təsərrüfatı 

bitkilərinin məhsulu açıq sahədəki tarlaya nisbətən 20-25% artıq olur. 

Azərbaycan Respublikasında ilk meşə zolağı 1930-cu ildə Lənkəran-

Astara rayonları  ərazisində yaradılmış, sonralar Quba-Xaçmaz 

zonasında, Abşeronda, Gəncə-Qazax zonasında, Muğan düzündə, 

Qarabağda, Mil və Şirvan düzlərində 12 dövlət meşə zolağı salınmışdır. 

TEXNİKİ BİTKİLƏR – Bir neçə qrupa bölünür: nişastalı, şəkərli, 

yağlı, efir yağlı  və lifli T.b. T.b.-dən  ən  əhəmiyyətlisi kauçukverən, 

quttaperçalı, aşı, boyaq, dərman, narkotik və s. bitkilərdir. Azərbaycan 

Respublikasında T.b.-dən kartof, günəbaxan, pambıq, kənaf, tütün, 

dərman bitkiləri və s. becərilir. 


Download 3.98 Mb.

Do'stlaringiz bilan baham:
1   ...   46   47   48   49   50   51   52   53   ...   60




Ma'lumotlar bazasi mualliflik huquqi bilan himoyalangan ©fayllar.org 2024
ma'muriyatiga murojaat qiling