Ekoloji LÜĞƏt a
Download 3.98 Mb. Pdf ko'rish
|
- Bu sahifa navigatsiya:
- VULKAN BOMBASI
- VULKANİK SÜXURLAR
- ──────────────────────────────────────────
- Vulkanın kəsiyi a-krater; b-boğaz; c-yan krater
- YAD NÖVLƏR
- – Mühərrik Y.
- YARARSIZ TORPAQLAR-BEDLENDLƏR
- YARIMSƏRTQANADLILAR, TAXTABİTİLƏR (Hemiptera)
- YARPAĞIN UDMA QABİLİYYƏTİ
- YARPAQ BİRƏLƏRİ, PSİLLİDLƏR (Psylloidea)
- YARPAQ SƏTHİNİN İNDEKSİ
- YARPAQBÜKƏNLƏR (Toriricidae)
- YARPAQYEYƏNLƏR, yarpaqgəmirənlər
- YAŞAMA BACARIĞI
- YAŞAMA YERİNİN QORUNMASI
- YAŞIL PATRUL (KEŞİKÇİ)
VİTRİFİKASİYA (lat. vitrum - şüşə) – kəskin soyuq şəraitdə (- 20 °C-dən aşağı) bitki və heyvan orqanizm toxumalarının donaraq şüşə halına duşməsi, lakin həyatilik qabiliyyətini itirməməsi. VOLF ƏDƏDİ – Günəşin fəallığını xarakterizə edən ədədlərdən biri. Günəş diskində görünən ləkələrin tutduğu ümumi sahə ilə təqr. mütənasibdir və X=K(10d+f) düsturu ilə hesablanır. Burada K – müşahidəçinin vəziyyəti, teleskopun ölçüləri və b. səbəblərdən asılı əmsal, f – günəş diskindəki ləkələrin sayı, “d” isə həmin ləkələri birləşdirən qrupların sayıdır. İsveçrə astronomu R.VOLF elmə daxil etmişdir.
parçaları. Püskürmə məhsulunun havada soyumasından əmələ gəlir. VULKAN QAZLARI – vulkan püskürməsi zamanı və püskürmədən sonra kraterdən, vulkan yamaclarındakı çatlardan, lava axınlarından və piroklastik süxurlardan ayrılan qazlar.
püskürmə məhsulları yığımının sementləşməsindən əmələ gələn süxur. Tərkibinə görə bazaltlı, andezitli, dasitli, liparitli və s. olur. V.t.-dan inşaat materialı kimi istifadə edilir. Azərbaycanda (Kəlbəcər, Xanlar və s. rayonlarınlarda) yataqları məlumdur.
çatlarla dərinliklərdəki maqma mənbələrindən lavanın, isti qazların və süxur qırıntılarının yer səthinə püskürülməsi nəticəsində əmələ gələn təbii geoloji törəmələr. V.-ın püskürmə məhsulları qaz, maye və bərk halda olur. Vulkan qazları karbon qazları, su buxarı, karbon qazı, hidrogen-sulfid, kükürd qazları, xlorlu birləşmələr və s.-dən ibarətdir. Püskürmə zamanı lavanın temperaturu 800-1200 °, orta hərəkət sürəti 1- 2 m/san, xüsusi halda 8 m/san olur. Azərbaycanda Pliosen vulkan kraterləri Kəlbəcər rayonunda müəyyən edilmişdir. Bu V. lipirit və daskit püskürmüşdür. Antropogenə aid vulkan karaterləri Kəlbəcər və Laçın rayonlarında qeyd edilmişdir. Bu dövrə aid vulkan püskürmələri məhsulu Naxçıvan və Talışın dağlıq hissələrində geniş yayılmışdır. Bəzi
Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin PREZİDENT KİTABXANASI ────────────────────────────────────────── 484
vulkanik süxurlardan (andezit və bazaltlar) tikinti materialı kimi, şüşə və bazalt ərintisi istehsalında istifadə edilir. Yer kürəsində maqmatik vulkanlarla bərabər palçıq vulkanları da inkişaf etmişdir. (bax. Palçıq vulkanları).
Vulkanın kəsiyi a-krater; b-boğaz; c-yan krater
Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin PREZİDENT KİTABXANASI ────────────────────────────────────────── 485
Y YABANI QİDA BİTKİLƏRİ – insanın təsərrüfat fəaliyyəti ilə bağlı olmayıb təbii halda yayılan (bitən) bitkilər. Respublikamızda 4200-dən artıq çiçəkli bitki növü məlumdur. Onların çoxu qədim dövrlərdən bəri qida kimi böyük əhəmiyyət kəsb edir; bu bitkilərin bəzisi mədəni halda becərilir. Meşələrimizdə çoxlu yabanı halda meyvə və giləmeyvə, ağac və kol növləri bitir. Onlardan alma, armud, böyürtkan, qarağat, itburnu, əzgil, zoğal, alça, qoz, fındıq, sumaq, Qafqaz xurması, çaytikanı, şabalıd, yemişan və s. göstərmək olar. K.S.Əsədovun (2001) tədqiqatına görə respublikamızın meşələrində meyvə və giləmeyvələrin ehtiyatı 86700 ton təşkil edir. Onlardan toxumlar (tumlular)-22880 t, qərzəklilər – 21870 ton, subtropik meyvələr – 4230 ton hesablanmışdır. YAD NÖVLƏR – hər hansı qruplaşmaya aid olmayıb ora təsadüf düşən növlər. YAĞINTI – bax: atmosfer yağıntıları. YAĞLI BİTKİLƏR – yağ almaq məqsədilə becərilən bitkilər. Buraya müxtəlif fəsilələrə mənsub birillik və çoxillik bitkilər daxildir (günəbaxan, soya, yerfındığı, zeytun, şalğamturp, xardal, yağ çiçəyi, gənəgərçək və s.) Azərbaycanda bu məqsədlə pambıq, çaytikanı, zeytun, günəbaxan, qoz, badam becərilir. Fıstıq, itburnu və nar toxumlarından da yağ almaq üçün istifadə etmək olar. YAMAC – dağın və ya təpənin ətəkləri ilə yalı arasındakı hissəyə deyilir. Y. geoloji quruluşdan, süxurun tərkibindən və denudasiya proseslərindən asılı olaraq dik, meylli, qabarıq, batıq və pilləli formada olur.
YANACAQ – yandıqda istilik verən maddələr. Y. istiliyindən bilavasitə texnoloji proseslərdə və ya başqa növ enerji formasında istifadə olunur. Y-ı yandırmaq üçün müxtəlif texniki qurğular (ocaq, soba, yanma kamerası və s.) işlədilir. Y.kimi əsas tərkib hissəsi karbon olan boz kömür, yanar qazlar, yanar şistlər, daş kömür, neft, torf kimi üzvi mənşəli faydalı qazıntılar, eləcə də ağac tullantıları işlədilir. – Dizel Y. – neft karbohidrogenlərinin qarışığı, 180-360 0 C-də Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin PREZİDENT KİTABXANASI ────────────────────────────────────────── 485
qaynayır. Dizel mühərriklərində işlədilir. – Qazanxana Y. – yüksək dərəcədə qaynayan karbohidrogenlərin qarışığı, buxar qazanlarında,sənaye sobalarında və b. yerlərdə yanacaq kimi işlədilir.
fraksiyası; hava-reaktiv mühərriklərində işlədilir. Sintetik maya Y. – bərk yanacağın (məs. qonur kömür, yanan şist və s.) üzvi kütləsinin termokimyəvi parçalanmasından alınan karbohidrogen qarışığı.
materiallar. YANDIRMA (otlaq, çəmən, kolluq və s.) – Sahələrin daha tez yaşıllaşmasına təsir etmək məqsədilə çəmən və kolluqlara od vurularaq yandırılması. Yandırma bitki örtüyünün və torpağın deqradasiyasına səbəb olur. YANĞIN SAHƏSİ – bitki sahəsinin (əsasən meşəliyin) yanğına məruz qalmış hissəsi. Y.s.-də çox vaxt ilkin meşə bitki örtüyü törəmə tozağacı, qovaq, söyüdlə və ya kolluqlarla əvəz olunur. Qrunt suyu dayazda yerləşən Y.s-də meşə sahəsinin məhv olması nəticəsində transpirasiya azaldığından müvəqqəti bataqlaşma müşahidə olunur.
orqanizmlərinin normal inkişafına toksiki təsir göstərən maddələrlə (suda həll olunan duzların, sulfidlərin oksidləşmə məhsulları) zəngin olan dağ və ya çöküntü süxurları. YARARSIZ TORPAQLAR-BEDLENDLƏR – quru iqlim, çətin keçilən, çox parçalanmış və torpaq örtüyü tamamilə yuyulmuş yararsız relyef sahələri. Ən çox səhra və yarımsəhra zonasındakı su keçirməyən gilli süxurların leysan yağışları ilə yuyulmasından əmələ gəlir. Azərbaycanda Bozdağ silsiləsində, Qobustanda və s.-də Y.t. var. Y.t. respublikamızda yaylaqlarda və meşə zonasında da insanların təsərrüfatsız fəaliyyəti nəticəsində əmələ gəlir.
çöküntülərdən (məs: lös) ibarət olan yerlərdə müvəqqəti və ya kiçik axarı olan suların fəaliyyəti ilə ovulmuş, dik yamaclı çüxura deyilir. Y-
Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin PREZİDENT KİTABXANASI ────────────────────────────────────────── 486
ın baş tərəfində eroziya daha şiddətli gedir. Meşənin olmaması və yamacların şumlanması Y-ın genişlənməsinə səbəb olur. Yaylaq zonasında intensiv mal-qara otarılması ilə əlaqədar bitki və torpaq örtüyünün pozulması yarğanların inkişafına şərait yaradır. Y-lar əsasən kənd təsərrüfatına böyük zərər verir, əkin sahələrini parçalayır, yararsız hala salır. Y-larla mübarizə etmək üçün onun yamaclarında və ona bitişik sahələrdə ağac və kollar əkilir. Genişlənməsi dayanmış, yamacları yastı və dibi hamarlanmış Y. quru Y. və ya qobu adlanır.
və yarğanlar boyu eroziyanın inkişafını dayandırmaq məqsədilə salınan meşəliklər. Bu zolaqlar torpağı bərkidir, onun yuyulmasının qarşısını alır, səthi axını torpaqaltı axına keçirir, mikroiqlimi yaxşılaşdırır, torpaqdan səmərəli istifadə olunmasına şərait yaradır. Əkin üçün həmin regiona davamlı ağac və kollardan istifadə edilir. Yarğanın yanındakı cərgələrdə kökdən pöhrə verən ağac və kollardan istifadə olunması məsələhət görülür (gilənar, göyəm, çaytikanı, gərməşov, qovaq, akasiya), kollar əsasən kənar cərgələrdə əkilir.
Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin PREZİDENT KİTABXANASI ────────────────────────────────────────── 487
YARIMADA – üç tərəfdən su ilə əhatələnən, bir tərəfdən isə materik və ya adaya birləşən quru hissəsi. Y-ların əksəriyyəti birləşdiyi qurunun davamını təşkil edir. Belə Y-lar materiklə ümumi geoloji quruluşu və səth xüsusiyyətinə görə yaxın olur. (məs., Avropada Balkan, Asiyada Hind-Çin, Şimali Amerikada Alyaska, Afrikada Somali, Azərbaycanda Abşeron Y.-ları). Y. həmçinin müstəqil quru parçasının və ya adanın sonradan materikə birləşməsindən də əmələ gələ bilir (məs., Avropada Krım, Asiyada Hindistan və Kamçatka, Azərbaycanda Sarı Y.-ları). Dünyada ən iri Y. Ərəbistan Y.-sıdır.
hissəsi məhv olur, yalnız ağaclaşmış kökümsov tumurcuqlar qalır (bəzi yovşan növləri, kəvər, kəkotu, dəvəayağı və s.).
dövrünün axırında quruyub məhv olan, aşağı (odunlaşmış) hissəsində mühafizə olunan tumurcuqlar hesabına yerüstü hissəsi hər il təzələnən çoxillik bitkilər, hündürlüyü adətən 1 m-dək, bəzən 150-200 sm olur. Y- a yovşan, gəvən, şorangələr və s. daxildir.
etmiş yarpaqların köməyi ilə) və hetorotrof (sorucular vastəsilə sahib bitkidən qida maddələrini çəkir). Məs. öksəotu, pərinc və s.).
mülayim və subtropik qurşaqlarda çöl landşaftı ilə savanna landşaftı arasında keçid zolaqları təşkil edir. Y.-nın başlıca cəhəti bütöv bitki örtüyü olmaması və ayrı-ayrı bitki olan sahələrin çılpaqlaşmış torpaqlar ilə ayrılması, habelə buxarlanmanın yağıntıdan xeyli üstünlüyü (3-6 dəfə) və çay şəbəkəsinin çox seyrək olmasıdır. Azərbaycanda Y. landşaftı geniş yer tutur. (Kür-Araz ovalığının çox hissəsi, Samur- Dəvəçi ovalığının çoxu, Arazboyu düzənliklər, Qobustan, Abşeron yarımadası və s.). Y.-lardan əsasən təbii otlaq kimi istifadə olunur, əkinçilik yalnız suvarma şəraitində aparılır.
həşərat dəstəsi. Yer kürəsinin hər yerində yayılmış 25-30 min, Azərbaycanda 900 növü məlumdur. Əksər növləri bitginin generativ hissəsi ilə, bir qismi xırda onurğasızlar və yosunlarla, bəziləri balıq Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin PREZİDENT KİTABXANASI ────────────────────────────────────────── 488
körpələri və kürü ilə qidalanırlar. Müəyyən qismi kənd təsərrüfatı bitkilərinin zərərvericiləri olan mənənələri, gənəlri, böcək sürfələrini, kəpənəklərin yumurta və tırtıllarını tələf edir, digəri insan və ev quşlarının qanını soraraq parazit həyat sürür. bəzi növləri insan və bitkilərlə xəstəlik keçirirlər. Azərbaycanda Y-dan ziyankar bağacıq və mavr bağacığı, yonca, çəmən, çuğundur, bostan və armud taxtabitiləri və s. geniş yayılmışdır; meşə və kənd təsərrüfatı bitkilərinə zərər vurur. Mübarizə tədbirləri kimyəvi, bioloji üsulla aparılır.
mərhələlərindən biri; 2) kənd təsərrüfatı bitkiləri toxumlarının səpini qabağı işləmə üsulu. 1930 ildə T.D.Lısenko təklif etmişdir. Y. zamanı toxumlar isladılır və lazımi vaxta qədər müəyyən edilmiş temperaturrda saxlanılır: bu dənli, bitkilərin məhsuldarlığının artırılmasına imkan yaradır. YARPAĞIN UDMA QABİLİYYƏTİ – yarpağın səthində əmələ gələn mayelərdən mineral maddələrin udulması xassəsi. YARPAĞINI TÖKƏN MEŞƏ – əlverişsiz vegetasiya dövrlərində yarpağını tökən ağaclardan ibarət meşəlik (tropik vilayətlərdə quru, tropik vilayətlərdən kənarda isə soyuq dövrdə).
həyata keçirən, eləcə də ətraf mühitlə qaz mübadiləsi və bitkilərin həyatı üçün zəruri olan digər prosesləri təmin edən orqan. Müxtəlif bitki Y.-larından yeyinti sənayesində, ədviyyat və dərman alınmasında, kənd təsərrüfatı heyvanları və ipəkqurdlarının yemlənməsində, efir yağları, aşı maddələri, qaba lif alınmasında və s.-də istifadə edilir.
bərabərqanadlı xortumlular dəstəsindən həşərat yarımdəstəsi. 1500-dək növü məlumdur. Bir çox Y.b. sürətlə çoxaldığından kənd təsərrüfatı bitkilərinə böyük zərər vurur. Ən təhlükəlisi alma (Psylla mali) və armud (P.Pyri) balıcası, kələm Y.b., soğan Y.b.-dir. Əsasən, sürfələri zərərlidir; bitkilərin şirəsini sorduğundan yarpaq və zoğlar quruyur, qönçələr, çiçəklər, saplaqlar tökülür, bitki zəif böyüyür. Mübarizə tədbirləri aqrotexniki və kimyəvi üsullardır. YARPAQ DİAQNOSTİKASI – yarpaqlarda kimyəvi analiz Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin PREZİDENT KİTABXANASI ────────────────────────────────────────── 489
aparmaq yolu ilə bitkinin qida elementlərinə tələbatını müəyyənləşdirmək. YARPAQ SƏTHİNİN İNDEKSİ – biosenozda yarpaqların sahəsi ilə (bir tərəfinin) torpaq sahəsinin nisbəti. İynəyarpaqlı meşədə indeks 28, çəməndə 30, çöldə 2,5 təşkil edir (Greyger, 1964). Fotosintezin məhsuldarlığını tapmaq üçün vegetasiyanın hər gününün indeksləri cəmlənir, bu cəm fotosintetik potensial adlanır (m 2 /ha). YARPAQBÜKƏNLƏR (Toriricidae) – kəpənəklər fəsiləsi. Yer kürəsinin hər yerində yayılmış 5000 növü məlumdur. Tırtılları yarpaq üzərində yaşayır və ipək saplarla onu borucuq və ya yumaqcıq şəklində bükür; bitkilərin çiçək, meyvə, toxum, zoğ və qabığını yeyərək orada yollar açır. İldə 5 nəsil verir.
plastinkaları şəklində olan ağaclardan təşkil olunmuş meşələr. Bura fıstıq, palıd, göyrüş, vələs, cökə, qarağac, ağcaqayın, dəmirağac, qovaq, tozağacı və s. ağac cinsləri daxildir. Y.m. Avropada, Qafqazda, Şimali Amerikada, Aralıq dənizi ölkələrində və s. yerlərdə yayılmışdır. Respublikamızın meşələrinin 98%-dən çoxu Y.m.-dir. YARPAQSIZ BİTKİLƏR – məhdud (cüzi) miqdarda rütubətli şəraitə uyğunlaşan bitkilər (saksaul, kaktuslar). Bu bitkilərdə buxarlandırıcı səthlər, adətən yarpaqlardan məhrum olur. Y.b.-də fotosintez yaşıl gövdələrdə gedir. YARPAQYEYƏNLƏR, yarpaqgəmirənlər – böcəklər fəsiləsi. Bədənin uzunluğu 1,7 sm-dəkdir. Sürfələri uzunsov və yoğundur. Açıqlıqda, bəzən torpaqda və ya bitki toxumalarında yaşayır. 40 minə yaxın, Azərbaycanda 360-dan artıq növü məlumdur. Böcəklər və sürfələr, əsasən, yarpaqlarla qidalanır. Y.-in çoxu tarla, tərəvəz, meyvə və meşə bitkilərinə zərər vurur. YARUS – biosenoz və aqrosenozda həm assimlyasiya edən (yarpaq və budaqları), həm də adsorbsiya edən və ehtiyat toplayan (kökləri, kökümsovu, kök yumrusu, soğanağı) hissələrinin yerləşdiyi qat (mərtəbə). Əsas qat (mərtəbə) əsas yarus, alt qatlar isə ikinci, üçüncü yarus adlanır. Yaruslarda çətirlər və biohorizontlar ayrıla bilər. Ot örtüyü, kol və ağac Y.-rı ayrılır. Yarus termini meşəçilikdə daha çox işlənir.
Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin PREZİDENT KİTABXANASI ────────────────────────────────────────── 490
YARUSLUQ – biosenoz və aqrosenozun müxtəlif örtmə dərəcəsi və hündürlüyü olan, assimlyasiyada, həmçinin maddələrin və enerjinin toplanmasında müxtəlif dərəcədə iştirak edən qatlara, yaruslara, çətirlərə, biohorizontlara və s. ayrılması. YASAQLIQ – təbiətin ən qədim mühafizə olunan forması. Qoruqdan fərqli olaraq yasaqlıq hansı təşkilatın ərazisində yerləşirsə həmin təşkilata baxır, məs. fermer, meşə təsərrüfatı və s. Y. daimi və müvəqqəti (10 ilə qədər) ola bilər. Əgər qoruqlarda mütləq qoruma rejimi tətbiq olunursa, Y-da istirahət evləri, turist bazaları tikilə bilər. Lakin hər bir istirahət edən və ya turist özünün Y.-da olduğunu bilməli və onu əhatə edən təbiətlə ehtiyatla davranmalıdır. Y.-da ov etmək, balıq tutmaq, yer şumlamaq, meşə qırmaq, mal-qara otarmaq, meyvə, giləmeyvə, göbələk yığmaq ya qismən icazə verilə bilər, yaxud da tamamilə qadağan olunur. Y.-da bütün təbii kompleks deyil, onun ayrı- ayrı komponentləri (bitki örtüyü, heyvan, quş və balıq növləri, nadir mağaralar, qeyri adi hidroloji rejimi ilə fərqlənən göllər, turizm və istirahət əhəmiyyətli mənzərəli yerlər, faydalı qazıntı, həmçinin tarixi- xatirə əhəmiyyəti olan ərazilər və s.) mühafizə edilir. Azərbaycan Respublikasında 17 Y. (Abşeron, Ağgöl, Qızılca, Daşaltı, Bəndovan, Bərdə, Qarayazı-Ağstafa, Qubadlı, Qusar, Zuvand, İsmayıllı, Korçay, Kilə, Laçın, Ordubad, Şəmkir, Şəki, Kiçik Qızılağac) var.
YAŞAMA BACARIĞI – canlıların (fərd, populyasiya, növ, biosenoz) ətraf mühitin mənfi təsirlərindən qorunub özünü saxlama bacarığı.
doğulduğu vaxtdan ölənə qədər yaşamaq müddəti. – növün yaşamaq müddəti – mühitin daha əlverişli şəraitində hər hansı bir növün fərdlərinin orta maksimal yaşı (yəni fərdin yalnız genetik xüsusiyyəti ilə limitləşdirilən). – orta yaşama müddəti – statistik hesablama ilə fərdin orta yaşı təyin olunur (ölən fərdlərin yaşlarının cəminin onların sayına nisbətindən alınan qismət). YAŞAMA POTENSİALI – növün əlverişsiz şəraitə qarşı müqavimət göstərmək dərəcəsi. Növün biotik potensialı ilə müəyyən Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin PREZİDENT KİTABXANASI ────────────────────────────────────────── 491
olunur.
YAŞAMA YERİ – növün fərdlərini yerləşib nəsil verə bildiyi yer. İnsan üçün Y.y. müxtəlif yaşayış məskənlərində (kənd, qəsəbə, şəhər və s.) mənzil-məişət nəzərdə tutulur.
yeri olduğu kimi saxlamaq üzrə görülən xüsusi tədbirlər. YAŞAYIŞ (HƏYAT) UĞRUNDA MÜBARİZƏ – Darvin Y.u.m.- ni 3 tipə ayırır: 1) növdaxili mübirzə: 2) növarası mübarizə: 3) canlılarla cansız təbiət amilləri arasındakı mübarizə: Növdaxili mübarizə eyni növə mənsub fərdlərin bir-biri ilə qida, yer və s. amillər uğrunda apardıqları mübarizədir. Təbii nemətlərdən daha fəallıqla istifadə edən, özünü düşməndən daha yaxşı qoruyan fərdlərin qalıb yaşaması və nəsilvermə ehtimalı da artıq olur. Fərdlər arasında gedən bu rəqabətdə nisbətən zəiflik göstərən fərdlər ac qalır, get-gedə sıxışdırılır və lazımi dərəcədə nəsil vermə imkanı qazana bilmir. Növarası mübarizə müxtəlif növlərə aid fərdlər arasında gedən mübarizədir. Otyeyən heyvanlar bitkilərlə, yırtıcı heyvanlar otyeyən heyvanlarla, xırda yırtıcılarla, yırtıcı quşlar dənyeyən quşlarla və s. ilə qidalanır. Növarası mübarizədə bir növ həyat tərzi ona yaxın olan digər növü sıxışdıra bilir. Canlılarla cansız təbiət amilləri arasındakı mübarizə abiotik amillərin orqanizmə təciri ilə əlaqədar meydana çıxır. Məs. səhraya düşmüş toxum quraqlığa davam gətirirsə yaşayır, davam gətirmirsə məhv olur. H.u.m-nin bütün formaları bir tərəfdən bəzi növlərin sıradan çıxmasına, digər tərəfdən isə növlərin saflaşmasına, zəiflərdən, xəstələrdən təmizlənməsinə və canlı təbiətdə ümumi ahəngdarlıq yaranmasına səbəb olur.
YAŞIL GÜBRƏ – kaliumla zəngin olan bitki kütləsinin xüsusi olaraq yetişdirilməsi və torpağa basdırılması. Bu məqsədlə əsasən havadakı azotu kimyəvi birləşmələrə çevirmək qabiliyyətinə malik olan paxlalı bitkilərdən istifadə olunur. YAŞIL PATRUL (KEŞİKÇİ) – məktəbli, tələbə, fəhlə gənclərin ictimai təbiəti mühafizə işində iştirakı. Məktəbdə, gənc texnik stansiyalarında, məktəb meşəçiliklərində, ali məktəblərdə və digər tədris məktəblərində, təbiəti mühafizə cəmiyyətinin ilk təşkilatlarında təşkil olunur.
Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin PREZİDENT KİTABXANASI ────────────────────────────────────────── 492
YAŞIL SİYAHI – populyasiyanın sayı optimum səviyyəyə qədər bərpa olunduğu üçün Qırmızı kitabdan çıxarılan bitki və heyvan növlərinin siyahısı.
Download 3.98 Mb. Do'stlaringiz bilan baham: |
ma'muriyatiga murojaat qiling