Ekoloji LÜĞƏt a
Download 3.98 Mb. Pdf ko'rish
|
UÇUB GETMƏ (GƏLMƏ) – uçan orqanizmlərin (quşlar, yarasa, bəzi cücülər) – öz yuvalarından iqlim şəraiti daha əlverişli vilayətlərə (payızda) qışlamaq üçün kütləvi surətdə uçub getməsi və uçub qayıtması (yazda). Quşların U.g. nəsli proqrama əsaslanır. UDMA ƏMSALI – udulmuş maddələrin miqdarının orqanizmə daxil olan maddələrin miqdarına nisbəti. ULTRABƏNÖVŞƏYİ RADİASİYA (lat. ultra – fövq, daha çox. ifrat) – dalğasının uzunluğu 10-400 nm diapozonlu elektromaqnit şüalarından ibarətdir. Orqanizmlərin həyatı üçün böyük əhəmiyyətə malikdir (bakteriyalara məhvedici təsir göstərir, bitkilərdə isə fermentlərin fəallığını dəyişdirir). Heyvan və insana adətən əlverişli təsir göstərir.
miqdarda (canlı maddə kütləsnin 10 –5 -dən 10
12 %-ə qədər) olan kimyəvi maddələr (məs., gümüş, qızıl, qurğuşun, civə, radium).
bitki qrupu. Nəmli (çox rütubətli) ətraf mühitin bioindikatoru kimi istifadə olunur (air-bataqlıq zanbağı, üçyarpaq su yoncası, su süsəni;
Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin PREZİDENT KİTABXANASI ────────────────────────────────────────── 475
bataqlıq ağcaqanadı, bataqlıq mərcanı, çimli cil, adi qamış və s.). URAN, (latınca Uraniu - U). – kimyəvi element, ağır gümüşü-ağ parlaq metal; pluton əldə etmək üçün nüvə yanacağı kimi istifadə olunur.
urbanizasiya məsələləri ilə bağlı bütün hadisələri hərtərəfli tədqiq edən kompleks fənn.
cəmiyyətin inkişafında şəhərlərin rolunun artmasını göstərən tarixi proses; Əhalinin sosial-peşə, demoqrafik strukturunu, həyat tərzini, mədəniyyətini, məhsuldar qüvvələrin yerləşdirilməsini, məskunlaşmasını və s. əhatə edir. U. müxtəlif sosial-iqtisadi formasiyaların və dövlətlərin inkişafına böyük təsir göstərir: sivilizasiyanın əsas nəaliyyətləri məhz şəhərlərlə bağlıdır. Dünya şəhərlərində yaşayan əhalinin sayı 19-cu əsrin əvvəlinə 29 mln., 1900 ildə 224 mln., 1950 ildə 706 mln, 1980 ildə 1809 mln nəfər olmuşdur. 1922-84 illərdə Azərbaycanda şəhər əhalisi 7,4 dəfə artmış, əhalinin ümumi sayında payı 54%-ə çatmışdır.
şəkildə insan ekologiyasının vəziyyəti və perspektivliyinin tətbiqi ilə məşğul olan yeni elm sahəsi.
xammal, yarımfabrikat, yanacaq və s. kimi faydalı istifadə. U.-nın x.t.- nda böyük əhəmiyyəti var. Bir sıra sahələrdə U. məqsədi ilə xüsusi U. sexləri və hətta U. zavodları yaradılır. U. tullantılarının toplanması ilə xüsusi müəssisələr məşğul olur.
orqanizmin (fərd, populyasiya, növ, biosenoz) reaksiyasının və əlamətlərinin yeniləşməsi.
qruplaşmanın dəyişən mühitə uyğunlaşma mexanizmi (davranışının dəyişməsi, morfoloji dəyişmə və s.).
Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin PREZİDENT KİTABXANASI ────────────────────────────────────────── 476
Ü ÜFÜQİ MİQRASİYA – Müntəzəm olaraq, (əsasən mövsümi) zoohidrobiontların əlverişli, həyat üçün vacib olan şərait axtarmaq üçün təkrar olunan kütləvi yerdəyişməsi; mülayim və yüksək en dairələrində isti mövsümün əvvəlində (yazda) bir çox zoohidrobiontlar sahilə doğru, kəskin temperatur düşdükdə (xüsusilə su hövzəsi donarkən) isə sahildən su hövzəsinin daha dərin sahələrinə doğru miqrasiya edir. ÜFÜQİ (HORİZONTAL) ZONALLIQ – Yerin landşaft və iqlim şəraitinə uyğun olaraq bitki örtüyü və heyvanat aləminin eninə yayılması.
XVI baş assambleyası tərəfindən Yerin heyvanat aləminin qorunması və səmərəli istifadəsi strategiyası qəbul olunmuşdur (Aşqabad, 1978). Strategiyanın məqsədi canlı təbiət resurslarının tam qorunmasının təmin olunmasına nail olmaqdır, bəşəriyyətin gələcəyi məhz bununla əlaqədardır. ÜMUMDÜNYA ƏTRAF MÜHİT GÜNÜ – 5 iyun – Stokholmda (İsveç) BMT-nin 5-16 iyun 1972-ci ildə keçirilmiş konfransında Yaponiya və Seneqal nümayəndələrinin təklifi ilə təsis edilmişir. Ətraf mühitin mühafizəsi probleminə ictimaiyyətin diqqətini cəlb etmək məqsədilə bütün dünyada hər il qeyd edilir.
ildən BMT-nin fəaliyyət göstərən xüsusi dövlətlərarası idarəsi. ÜMT-in vəzifəsi meteoroloji müşahidələrin və tədqiqatların aparılmasına, həmçinin milli meteoroloji və hidroloji xidmətin koordinasiyasına qarşılıqlı əlaqə yaratmaqdır. Qərərgah binası Cenevrədə (İsveçrə) yerləşir. ÜMUMDÜNYA SAĞLAMLIQ TƏŞKİLATI (ÜST) – əsası 1945- ci ildə qoyulan BMT-in dövlətlərarası xüsusi idarəsi. Məqsədi – daha təhlükəli olan xəstəliklərlə mübarizə aparmaq, beynəlxalq sanitar qaydalar hazırlamaq, statistik uçotlar yerinə yetirmək və s. Qərargah mənzili Cenevrədə (İsveçrə) yerləşir.
Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin PREZİDENT KİTABXANASI ────────────────────────────────────────── 477
ÜMUMDÜNYA TƏBİƏT XARTİYASI – 1982-ci ildə BMT-nin baş Assambleyasında qəbul etdiyi beynəlxalq təbiəti mühafizə sənədi. Bu sənəd bütün dövlətlər qarşısında planetimizi və onun zənginliklərini qoruyub saxlamaq məsuliyyəti tapşırır. ÜMUMDÜNYA TƏBİƏTİ MÜHAFİZƏ STRATEGİYASI (ÜTMS) – Beynəlxalq təbiəti və təbii resursları mühafizə (MSOP) ittifaqı BMT-nin ətraf mühit üzrə (YUNEP), ümumittifaq yabanı təbiət fondu (ÜYTF), BMT-nın ərzaq kənd təsərrüfatı təşkilatı (FAO), YUNESKO və başqa beynəlxalq qeyri dövlət təşkilatlarının məsləhəti, əlaqəsi və maliyyə köməyilə 5 mart 1980-ci ildə dünyanın bir çox ölkələri tərəfindən ÜTMS elan olundu. ÜMUMDÜNYA YABANI TƏBİƏT FONDU (ÜYTF) – tükənməkdə olan və nadir heyvan, bitki növlərinin qorunması və öyrənilməsi üzrə beynəlxalq ictimai, qeyri-dövlət təşkilatı. Əsası 1961- ci ildə qoyulmuşdur. 27 ölkədə şöbələri var. MSOP, YUNESKO, FAO və digərlərilə sıx əlaqədə işləyir. İllik (jurnal) və qəzet buraxır. Təbiəti mühafizə üzrə (1988 ilə qədər) 3000-dən artıq (60 mln dollar məbləğində) layihə hazırlanmışdır. “Qızıl medalla ”təltif olunmuşdur.
əmsallarının cəmi (faizlə) aşağıdakı düsturla ifadə olunur: K td
ad + K
nd
⋅ 100 burada: K ad – antropogen ölüm əmsalı K nd – təbii ölüm əmsalı. ÜZVİ ALƏM, CANLI TƏBİƏT – yerin biosferində məskunlaşan canlı varlıqdır. Mikroorqanizmlər, bitkilər, heyvanlar və insanlar Ü.a.-i əmələ gətirir. Ü.a.-in ayrı-ayrı komponentləri həyat fəaliyyəti prosesində öz aralarında və qeyri-üzvi təbiət cisimləri ilə sıx qarşılıqlı təsirdə olurlar.
qədər Yer tarixində olan bütün hadisələr (təxm. 4 mlrd il əvvəl). ÜZVİ GÜBRƏLƏR – tərkibində üzvi birləşmələr formasında qidalı maddələr olan bitki və heyvan mənşəli gübrələr. Ü.g-in müntəzəm verilməsi torpağın fiziki-kimyəvi və kimyəvi xassələrini, onun su və hava rejimini yaxşılaşdırır, faydalı mikroorqanizmlərin (azotfiksə edən bakteriyalar, ammonifikatorlar və s.) həyat fəaliyyətini aktivləşdirir.
Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin PREZİDENT KİTABXANASI ────────────────────────────────────────── 478
Ü.g.-in tətbiqi kənd təsərrüfatı bitkilərindən yüksək məhsul almağa imkan verir. Ü.g-rə yerli gübrələrin çoxu (peyin, torf, kompast, quş peyini və s.) yaşıl gübrələr, şəhər kommunal təsərrüfatı, yeyinti və dəri sənayesi tullantıları və s. daxildir.
orqanizmlərin canlı maddəsinin cəmi, orqanizmlərin ölü maddələri (töküntü, torf və s.), humus və ya çürüntü və ölü kütlənin parçalanması nəticəsində əmələ gələn çoxlu miqdarda məhsul (protein, karbohidratlar, liqlin, yağlar, qətran, mum, üzvi turşular, aşılayıcı maddələr).
proses; üzvi maddələrin tam parçalanıb qeyri-üzvi maddələrin əmələ gəlməsi.
maddə və ya kimyəvi, yaxud adsorbsiyalı mineral birləşmələr olan gübrələr. Ü.m.g.-in tərkibi və adı müxtəlif olur: Huymofos, humofoska, torflu ammonyaklı gübrələr, torflu-minerallı-ammonyaklı gübrələr və s. ÜZÜM FƏSİLƏSİ – (Vitaceae) fəsiləyə 12 cins daxildir. Üzüm cinsi (Vitis) – cinsə 30-dan çox artıq növ daxildir. Bir çox mədəni sortları vardır. Təbii halda geniş yayılanı meşə üzümüdür. Meşə üzümü (V.silvestris) Azərbaycanda Samur-Dəvəçi, Qanıx- Əyriçay vadisində, Kür-Araz ovalığında, Lənkəran düzənliyində, Böyük və Kiçik Qafqazın orta dağ qurşağına kimi meşələrdə ağaclara sarmaşan halda rast gəlinir. ÜZÜM MÜALİCƏSİ, ampeloterapiya – Müxtəlif xəstəliklərin üzümlə müalicəsi. Ü.m. nəticəsində su-duz mübadiləsi, bağırsaqların motor funksiyası sürətlənir, iştaha, sidik ifrazı artır və s. Ürək-damar, böyrək, qaraciyər, ağciyər, xəstəliklərinin müalicəsində istifadə olunur. Şəkərli diabetdə, ağız boşluğunda yara olduqda (stomatit, gigivit), kəskin və xroniki enteritdə, enterokolitlərdə, kəsgin ağciyər vərəmində Ü.m.-dən istifadə etmək olmaz.
təsərrüfatı sahəsi. Ü. əhalini üzüm və kişmişlə, şərabçılıq və konserv sənayesini xammalla təmin edir. Azərbaycan Respublikasında Ü. kənd təsərrüfatı
-nın əsas sahələrindən biridir. Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin PREZİDENT KİTABXANASI ────────────────────────────────────────── 479
V VAHƏ – səhra və yarımsəhraların torpaqlarında intensiv əkinçilik rayonları, ağac, kol və ot sahələri. V.-nin əmələ gəlməsinə səbəb sahədə qonşu rayonlara nisbətən rütubətlənmənin (təbii rütubətlənmə yeraltı suların səthə yaxın olması, bulaq sularının təbii çıxışı, çayların vaxtaşırı daşması, süni rütubətlənmə isə çay, göl, kanal və quyu sularından suvarma ilə əlaqədardır) çox olmasıdır. V.-lərin sahəsi (Afrikada Nil çayı dərəsi, Orta Asiyada Fərqanə dərəsi, Amudəryanın aşağı axını və s.) onlarca hektardan on minlərlə km 2 -ə qədər olur. V.-lər səhralarda əhalinin məskunlaşdığı, kənd təsərrüfatı ilə məşğul olduğu yerlərdir. V.- lərdə ərzaq bitkiləri, qiymətli texniki bitkilər (xüsusən pambıq), üzüm və s. becərilir. Afrika və Cənubi-Qərbi Asiyadakı V.-lərin xarakterik bitkisi xurma ağacıdır. VAHİD DÖVLƏT SU FONDU – Azərbaycan respublikasının bütün su obyektlərinin (çaylar, su anbarları, göllər, nohurlar, kanallar, daxili dənizlər və s.) məcmusu. Su obyektləri ümumxalq mülkiyyəti olub dövlətin tabeçiliyində olur, əhaliyə, müəssisələrə, təşkilatlara ancaq istifadə üçün verilir.
növdən ibarət populyasiyaların miqdarı məhdudlaşmış olan eyni resursdan istifadə etdikdə aralarında yaranan rəqabət; bu, müxtəlif növ populyasiyaların arasında əsas rəqabət forması sayılır. Yaşayış uğrunda belə mübarizədə konkurentlər (rəqiblər) «üz-üzə»” gəlmir, onlar arasındakı mübarizə bilavasitə hücum etməklə yox, acından ölməklə bilinir.
fəaliyyəti halı (sakitlik halından fərqli olaraq). VEGETASİYA DÖVRÜ – il ərzində hər hansı bir iqlim şəraitində bitkinin boy artımı və inkişafı (vegetasiya) mümkün olduğu dövr. Mülayim iqlim şəraitində bu dövr axırıncı yaz soyuqlarından ilk payız soyuqlarına qədər, tropik və subtropik iqlim şəraitində isə bütün il boyu davam edir. Azərbaycanda V.d. tərəvəz üçün 90-120, üzüm üçün 208- 239, pambıq üçün 130-140, payızlıq taxıl üçün 230-306, yarpağı tökülən Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin PREZİDENT KİTABXANASI ────────────────────────────────────────── 480
ağac və kollar üçün 220-260, həmişəyaşıl bitkilər üçün 365 gün (bütün il boyu) hesab olunur.
şəraitində becərilməsi üsulu. V.ü. ilə qida maddələrinin fizioloji rolu, onların bitki orqanizminə daxil olması, mühit reaksiyasının (pH), işığın, temp-run, aerasiyanın, müxtəlif suvarma normalarının, gübrələrin, torpaqdakı zərərli duzların bitkiyə təsiri, bitkilərin kimyəvi vasitələrlə mühafizə edilməsi və s. məsələlər dəqiq öyrənilir. Müxtəlif amillərin bitki üçün əhəmiyyətini müəyyən etməkdən ötrü vegetasiya qablarına torpaq, təmiz kvars qumu, yaxud distillə edilmiş su (su kulturasında) doldurulur. V.ü. ilə alınmış məlumat tarla şəraitində yoxlanılır.
ana orqanizmin müəyyən hissəsindən yeni orqanizm əmələ gəlməsi. Mikroorqanizmlər, ibtidai heyvanlar, təxminən bütün bitkilər V.ç. üsulu ilə artır. Ali bitkilər vegetativ orqanalarla (firqəndə, sürünən gövdənin hissələri, bığcıq və kök pöhrələri) artır. Bir çox dekorativ və tərəvəz bitkiləri soğanaqla, çoxillik bitkilər isə bir qayda olaraq kökümsovla çoxalır. Bitkiçilikdə çiliklə çoxalma geniş yayılmışdır. Meyvəçilikdə, meşəçilikdə firqəndə, çilikbasdırma və calaq üsulu geniş tətbiq edilir.
calaqaltının qarşılıqlı təsiri. Onların bir-birinə təsiri uzunmüddətli olsa da V.h.-də əsas növ xüsusiyyətləri dəyişmir. Calaq və calaqaltı öz cinsi xüsusiyyətlərini saxlayır və cinsi çoxalmada bu xüsusiyyətlər nəslə keçmir. V.h. üsulunu İ.V.Miçurin işləyib hazırlamışdır.
qidalanmasını təmin edən hissələr. İbtidai bitkilərdə vegetativ cisim (tallom) bir hüceyrədən ibarət olub, orqanlara ayrılmır. Alaq bitkilərində əsas V.o. kök, gövdə və yarpaqdır. VEKTOR (yun. Vector) – digər orqanizmlərə patogen agentlər (viruslar, bakteriyalar, ibtidailər, qurdlar və s.) yayan orqanizmlər. Ən çox həşəratlar arasında rast gəlinir.
(Venesiya, İtaliya, 1958) qəbul edilmiş təbii suların duzluluq dərəcəsinə görə təsnifat sistemi.
Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin PREZİDENT KİTABXANASI ────────────────────────────────────────── 481
VENTİLYASİYA (lat. ventilatio - küləkləndirmək) – 1) heyvanların öz yuvalarının havasını təmizləməsi (təzələməsi); 2) istehsalat yaşayış və ictimai evlərin gigiyena tələblərinə uyğun hava ilə təmin edilməsi. Yerli V.-da çirklənmiş hava yalnız çirklənmiş yerdən kənar edilir. Ümumidəyişmə V.-da çirklənmə yerindən asılı olmayaraq bütün binanın havası ventilyasiya edilir. Kombinasiyalı V.-da yerli və ümumdəyişmə ventilyasiyasının elementlərindən istifadə olunur.
V.İ.Vernadski (1926) tərəfindən ifadə olunmuş bu prinsipə əsasən canlı maddə daim (fasiləsiz olaraq) kosmik mühit və onun əhatəsilə kimyəvi mübadilədədir. Bu mübadilə əsnasında canlı maddə Günəşin kosmik enerjisilə planetimizdə yaranır və saxlanılır.
məhv etmək üçün təyin olunmuş kimyəvi maddələr. VEZİKANTLAR – övrə xəstəliyinin yaranmasına səbəb olan müxtəlif canlı orqanizmlər (gicitkan, dəniz ulduzları), həmçinin kimyəvi maddələr (çirkləndirici).
populyasiyanın yerinin və ya tərkibinin dəyişdirilməsi yolu ilə vəhşi heyvanların sayının saxlanması və dəyişdirilməsi üzrə müxtəlif üsulların tətbiq edilməsi. VƏHŞİ HEYVAN SAXLAMA – vəhşi heyvanların (xüsusən xəzli) qəfəs-volyer şəraitində artılırması nəzəriyyəsi və praktikası. V.h.s. Rusiya, ABŞ, Kanada, İsveç, Danimarka, Finlandiya və digər ölkələrdə aparılır. Dünyada 20 növə qədər vəhşi heyvan (su samuru, nutriya, tülkü, şinşilla, su qunduzu və s.) artırılır.
heyvan. 2) Yaxın sistematik növlərin (qrupların) nümayəndələri ilə qidalanan heyvanlar.
dəfələrlə təkrarı sayəsində avtomatik icra olunur. Bəzən pis V. orqanizmin zəifləməsinə, bəzən məhvinə səbəb ola bilər. (məs., insanın siqaretə və ya alkoqola V.-i və s.). VİOLATOR BİTKİ ÖRTÜYÜ – daim insan fəaliyyətinin təsiri altında olan bitki örtüyü. VİOLENTLƏR (lat. violent - qəzəbli) – güclü qruplaşma yaratma qabiliyyəti olan, sürətlə inkişaf edərək əraziləri zəbt edən, fəal həyat fəaliyyətilə rəqiblərini sıxışdırıb sıradan çıxaran növlər bura, əsasən
Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin PREZİDENT KİTABXANASI ────────────────────────────────────────── 482
mezofil dominantlar daxildir. V. anlayışı L.Q.Ramenski (1936) tərəfindən irəli sürülmüşdür. Belə növləri o, həmçinin «dünya bitki örtüyünün pələngləri”» adlandırır. VİRULENTLİK – patogen mikroorqanizmlərin digər orqanizmlərə daxil olub onlarda xəstəlik törətməsi. VİRUS XƏSTƏLİKLƏRİ – virusların törətdiyi xəstəliklər. İnsan, heyvan, quş, balıq, həşərat, bitki, ibtidailər və hətta bakteriyalar tutulur. V.x-nə çiçək, su çiçəyi, qızılca, məxmərək, ploimielit, epidemik hepatit, epidemik və endemik ensefalitlər, sarı qızdırma xəstəlikləri aiddir. VİRUSLAR – süzülən viruslar, ultraviruslar – bitki, heyvan və insanlarda yoluxucu xəstəliklərin törədicisi. Yalnız canlı toxumla çoxala bilir. V. başqa orqanizmlərdən aşağıdakı xüsusiyyətlərilə fərqlənir: 1) V. mikroorqanizmlərin ən kiçiyi olduğu üçün (m.mk.-la ölçülür) bakterioloji filtrdən süzülür; 2) tərkibində yalnız bir tipli nuklein turşusu, RNT və ya DNT olur; 3) parazit olub, canlı hüceyrədə çoxalır; 4) hüceyrə quruluşu olmayan ən bəsit canlı mikroorqanizmlərdir.
üçün əsas qida maddələrinə (zülal, yağ, karbohidrat və duzlara) nisbətən cüzi miqdarda tələb olunan üzvi maddələr qrupu. Orqanizmin həyat fəaliyyəti və maddələr mübadiləsinin normal getməsi üçün B.-in olduqca böyük əhəmiyyəti var. İnsan və heyvanlar vitamini bilavasitə bitkilərdən və ya dolayı yolla heyvan məhsullarından alır. Suda həll olan V.: askorbin turşusu (C vitamini), tiamin (B vitamini) ribovlavin (B 2
vitamini), B 6 vitamini, kobalamin (B 12 vitamini), niabin (PP vitamini), folasin (foliyeva turşusu), hantoten turşusu, biotin. Yağda həll olan B: retinol (A vitamini), kalsiferol (D vitamini), tekoferol (E vitamini), filloxanonlar (K vitamini).
ya vitaminlərin fizioloji aktiv hissəsi – provitamin olan bitkilər. Vitaminlərlə, xüsusən «C» vitamini zəngin olan bitkilər: itburnu meyvəsi (4500 mq%-ə qədər), qoz (3000 mq%-ə qədər), çaytikanı (300- 500 mq%-ə) quşarmudu 220 mq%, çiyələk (120-200 mq%). Ali bitkilərin demək olar ki, hamısında A provitamini olan karotin vardır. Qırmızı və sarı meyvələr, yerkökü karotin ilə daha zəngindir. Yeməli göbələklər PP vitamini, taxıl bitkiləri toxumunun rüşeymi B 1 , B
2 , eləcə
də PP vitamininin təmiz preparatlarını istehsal etmək üçün itburnu meyvəsindən, konsentratlarını hazırlamaq üçün isə qozdan (kal halda), qırmızı istiotdan, qarağat, çay tikanı və s. bitkilərin meyvəsindən istifadə olunur. Bitkilərin hamısında D provitamini olan sterinlər var. Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin PREZİDENT KİTABXANASI ────────────────────────────────────────── 483
“E” vitamini konsentratı buğda dəninin rüşeymindən alınır. Kələm, ispanaq, adi şabalıd yarpağında, kök, qabaq, quşarmudu, pomidor meyvələrində çoxlu «K»” vitamini, itburnu və sitrus bitkilərinin meyvəsində isə «P»” vitamini olur.
əsasən laboratoriya heyvanları saxlanan bina. V.-dən eyni zamanda heyvan yetişdirmə məntəqəsi kimi də istifadə olunur.
Download 3.98 Mb. Do'stlaringiz bilan baham: |
ma'muriyatiga murojaat qiling